Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1226-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200, № 6, maddə 1105, № 9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2, maddə 199, № 3, maddələr 415, 419, 429, № 5, maddələr 915, 927, № 7 (I kitab), maddə 1481, № 8, maddə 1698) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2.1-ci bənddə “344 - 347, 352.0.1 - 352.0.3” rəqəmləri “344, 345, 347, 362.0.1, 352.0.3” rəqəmləri ilə, “354.0.2, 354.0.3, 354.0.5, 354.0.6” rəqəmləri “354.0.1 - 354.0.6” rəqəmləri ilə əvəz edilsin, həmin bənddən “354.0.1,4, 354.0.4,” rəqəmləri çıxarılsın və həmin bəndə “münasibətdə) maddələrində,” sözlərindən sonra “Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, Məcəllənin 346 və 346-1-ci maddələrində,” sözləri, “350.2,” rəqəmlərindən sonra isə “352.0.2,” rəqəmləri əlavə edilsin.
2. 2.2-ci bənddə “344 -
3. 2.3-cü bənddə “346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü” sözləri “353.2, 469.3-cü maddələrində, Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, Məcəllənin 346.3, 346-1.1, 346-1.5-ci” sözləri ilə əvəz edilsin.
4. 2.4-cü bənddən “346, 346-1.2 - 346-1.4,” rəqəmləri çıxarılsın və həmin bəndə “xətalar istisna olmaqla),” sözlərindən sonra “Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, Məcəllənin 346, 346-1.2 - 346-1.4-cü maddələrində,” sözləri əlavə edilsin.
5. Aşağıdakı məzmunda yeni 19-cu hissə əlavə edilsin:
“19. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi adından:
19.0. iş üzrə icraat Agentliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 352.0.4, 352.0.5, 352.0.7 - 352.0.10, 354.0.2, 354.0.3, 354.0.5, 354.0.6,-354.0.8-354.0.10-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - İdarə Heyətinin sədri, onun müavinləri, Aparat rəhbəri, Hüquqi Təminat və İnsan Resursları İşinin Təşkili İdarəsinin rəisi.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr 2018-ci il
№440