Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 26 dekabr tarixli 828 nömrəli, “Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının “bir pəncərə” prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2008-ci il 20 fevral tarixli 713 nömrəli və “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli 1593 nömrəli fərmanlarında, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda, “YUNESKO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyası üzrə səlahiyyətli orqanların təyin edilməsi barədə” 2007-ci il 12 mart tarixli 2031 nömrəli Sərəncamında, 2017-ci il 2 iyun tarixli 2947 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nda və 2018-ci il 28 fevral tarixli 3722 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 iyul tarixli 222 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 26 dekabr tarixli 828 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 12, maddə 723; 2005, №11, maddə 1016; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610) 2-ci hissəsinin ikinci abzası ləğv edilsin.
2. “Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının “bir pəncərə” prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 fevral tarixli 713 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 2, maddə 54, № 12, maddə 1064; 2015, № 7, maddə 841; 2016, № 9, maddə 1464) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3.4-cü bənddən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin üçüncü hissəsinin yeddinci abzasında,” və “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinə,” sözləri çıxarılsın;
2.2. 4.2-ci bənd ləğv edilsin.
3. “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1593 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1640) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1-ci və 2-ci hissələr, 4.1—4.3-cü bəndlər ləğv edilsin;
3.2. 4.4-cü bənddə “işçilərinin say həddinin” sözləri “icra orqanının yaradılmasını, onun səlahiyyətlərinin müəyyənləşdirilməsini” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 361 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 11-1-ci hissəyə “185-188-ci” sözlərindən sonra “və 412-ci” sözləri əlavə edilsin və həmin hissədə “Müəllif Hüquqları” sözləri “Əqli Mülkiyyət” sözləri ilə əvəz edilsin;
4.2. 40-cı hissədən “
4.3. 41.4-cü və 48.4-cü bəndlərdə “Müəllif Hüquqları” sözləri “Əqli Mülkiyyət” sözləri ilə əvəz edilsin.
5. “YUNESKO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyası üzrə səlahiyyətli orqanların təyin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 mart tarixli 2031 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 263) 1-ci və 2-ci hissələrində “Müəllif Hüquqları” sözləri “Əqli Mülkiyyət” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 iyun tarixli 2947 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1125; 2018, № 8, maddə 1678, № 9, maddə 1840) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nın 10.1.4.1-ci və 10.1.9.1-ci yarımbəndlərinin “İcra orqanları” sütununda “Müəllif Hüquqları” sözləri “Əqli Mülkiyyət” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 3722 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 325) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın 7.1.1 -ci və 7.1.4-cü yarımbəndlərinin “İcraçılar” sütununda “Müəllif Hüquqları” sözləri “Əqli Mülkiyyət” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr 2018-ci il
№ 444