×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
27.12.2018
QEYDİYYAT NÖMRƏSİ
446
ADI
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasının yaxşılaşdırılması, Aparatının və regional bölmələrinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2018, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2603)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.12.2018
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasının yaxşılaşdırılması, Aparatının və regional bölmələrinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasının yaxşılaşdırılması, Aparatının və regional bölmələrinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasının yaxşılaşdırılması, Aparatının və regional bölmələrinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 118; 2016, № 5, maddə 862, № 8, maddələr 1373, 1384; 2017, № 1, maddə 46, № 7, maddə 1345, № 12 (I kitab), maddə 2340; 2018, № 10, maddə 2010; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 noyabr tarixli 374 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.5-ci bəndə “büdcəsi” sözündən sonra “, büdcədənkənar vəsait” sözləri əlavə edilsin;

1.2. 5.5.14-cü yarımbənddə “dövlət büdcəsindən ayrılmış vəsaitin” sözləri “bu Əsasnamənin 3.0.71-ci yarımbəndində nəzərdə tutulmuş vəsaitin təyinatı üzrə” sözləri ilə əvəz edilsin;

1.3. aşağıdakı məzmunda 5.5.14-1-ci yarımbənd əlavə edilsin:

“5.5.14-1. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin sərəncamçısı olmaqla, maliyyə vəsaitini müvafiq qaydaya uyğun olaraq bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, Nazirliyin maddi-texniki bazasının yaxşılaşdırılmasını, Aparatının və regional bölmələrinin işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;”.

2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların (Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu istisna olmaqla), Nazirliyin təsisçisi olduğu hüquqi şəxslərin (gəlirləri saxlanma xərclərindən az olan qurumlar (hüquqi şəxslər) istisna olmaqla) fəaliyyəti ilə əlaqədar (o cümlədən malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən) əldə edilən vəsaitin (dövlət rüsumu istisna olmaqla) sərəncamlarında qalan hissəsinin 50 faizi, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlər üzrə daxilolmalarının (faiz, cərimə və sair) 10 faizi (Fondun saxlanması xərcləri güzəştli kreditlər üzrə daxilolmaların 90 faizindən daha çox hissəsini təşkil etdikdə isə Fondun saxlanma xərclərinə ayrılan hissəsi istisna olmaqla qalan vəsait) Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydada bölüşdürülür və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada istifadə olunur; [1]

2.2. Bu Fərmanın 2.1-ci bəndində müəyyən edilmiş qayda həmin qurumların (hüquqi şəxslərin) 2019-cu il yanvarın 1-dək sərəncamlarında qalan vəsaitə münasibətdə də tətbiq edilir;

2.3. bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulmuş vəsait aşağıdakı qaydada bölüşdürülür: [2]

2.3.1. 93 faiz Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasını yaxşılaşdırmaq, Aparatının və regional bölmələrinin işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə, habelə dövlət və ictimai məqsədli məsələlərlə əlaqədar həmin Nazirliyin hesabına köçürülür; [3]

2.3.2. 7 faiz dövlət büdcəsinə köçürülür.

3. “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1358 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 762, №11, maddə 2023, № 12 (I kitab), maddə 2343; 2018, № 6, maddə 1235, № 9, maddə 1842; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 398 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin: [4]

3.1. aşağıdakı məzmunda 2.13-cü bənd əlavə edilsin:

“2.13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların (Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu istisna olmaqla), Nazirliyin təsisçisi olduğu hüquqi şəxslərin (gəlirləri saxlanma xərclərindən az olan qurumlar (hüquqi şəxslər) istisna olmaqla) fəaliyyəti ilə əlaqədar (o cümlədən malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən) əldə edilən vəsaitin (dövlət rüsumu istisna olmaqla) sərəncamlarında qalan hissəsinin 50 faizi, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlər üzrə daxilolmalarının (faiz, cərimə və sair) 10 faizi (Fondun saxlanması xərcləri güzəştli kreditlər üzrə daxilolmaların 90 faizindən daha çox hissəsini təşkil etdikdə isə Fondun saxlanma xərclərinə ayrılan hissəsi istisna olmaqla qalan vəsait) aşağıdakı kimi bölüşdürülür:

2.13.1. 5 faiz Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının hesabına köçürülür;

2.13.2. 95 faiz Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasını yaxşılaşdırmaq, Aparatının və regional bölmələrinin işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyinin hesabına köçürülür.”;

3.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hesabına köçürülən vəsaitdən istifadə Qaydası” üzrə:

3.2.1. 1.5-ci bənddə “2.1.12-ci” sözləri “2.1.13-cü” sözləri ilə əvəz edilsin;

3.2.2. 2.1.12-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.1.13-cü yarımbənd əlavə edilsin:

“2.1.13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların (Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu istisna olmaqla), Nazirliyin təsisçisi olduğu hüquqi şəxslərin (gəlirləri saxlanma xərclərindən az olan qurumlar (hüquqi şəxslər) istisna olmaqla) fəaliyyəti ilə əlaqədar (o cümlədən malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən) əldə edilən vəsait (dövlət rüsumu istisna olmaqla), Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlər üzrə daxilolmaları (faiz, cərimə və sair).”;

3.2.3. həmin Qaydaya Əlavənin “Qanunda nəzərdə tutulmuş mənbələr hesabına formalaşan və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xüsusi xəzinə hesabına köçürülən vəsait barədə məlumat” cədvəli üzrə:

1. adından “Qanunda nəzərdə tutulmuş mənbələr hesabına formalaşan və” sözləri çıxarılsın;

2. 2-ci sütunda “Qanunvericilikdə nəzərdə tutulmuş dövlət rüsumu, cərimə və maliyyə sanksiyalarının” sözləri “Vəsaitin formalaşma” sözləri ilə əvəz edilsin;

3. aşağıdakı məzmunda 13-cü hissə əlavə edilsin:

13.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların (Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu istisna olmaqla), Nazirliyin təsisçisi olduğu hüquqi şəxslərin (gəlirləri saxlanma xərclərindən az olan qurumlar (hüquqi şəxslər) istisna olmaqla) fəaliyyəti ilə əlaqədar (o cümlədən malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən) əldə edilən vəsait (dövlət rüsumu istisna olmaqla), Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlər üzrə daxilolmaları (faiz, cərimə və sair)

 

 

 

 

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1358 nömrəli Fərmanına uyğun olaraq dövlət orqanlarının (Azərbaycan Respublikası Prezidentinin Administrasiyası istisna olmaqla) və qurumlarının hesabına köçürülən vəsaitdən (dövlət rüsumu istisna olmaqla) istifadənin vahid qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etsin;

4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın icrası ilə bağlı müvafiq tədbirlər görsün.

7. Bu Fərmanın 1-ci, 2-ci və 3-cü hissələri 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2018-ci il

№446

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       22 may 2020-ci il tarixli 1033 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 558)

2.       22 may 2020-ci il tarixli 1037 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 may 2020-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 562)

3.       27 oktyabr 2021-ci il tarixli 1469 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 28 oktyabr 2021-ci il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №10, maddə 1113)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 22 may 2020-ci il tarixli 1037 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 may 2020-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 562) ilə 2.1-ci bənddən “Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydada bölüşdürülür və” sözlər çıxarılmışdır.

 

[2] 22 may 2020-ci il tarixli 1037 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 may 2020-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 562) ilə 2.2-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.3-cü bənd əlavə edilmişdir.

 

[3] 27 oktyabr 2021-ci il tarixli 1469 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 28 oktyabr 2021-ci il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №10, maddə 1113) ilə 2.3.1-ci yarımbəndinə məqsədilə sözündən sonra , habelə dövlət və ictimai məqsədli məsələlərlə əlaqədar sözləri əlavə edilmişdir.

 

[4] 22 may 2020-ci il tarixli 1033 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 558) ilə 3-cü bənd ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status