AZƏRBAYCAN RESPUBLİKASI
KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN KOLLEGİYASI
Q Ə R A R
№ Q-08-19
Bakı şəhəri 26 aprel 2019-cu il
“Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nın təsdiq edilməsi barədə
“Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanının 7.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 12.2-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası
QƏRARA ALIR:
1. “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının Hüquq şöbəsi bu qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. Bu qərarın icrasına nəzarət Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimovaya tapşırılsın.
Kollegiyanın sədri,
Nazir
|
İnam Kərimov
|
|
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının 2019-cu il “
|
Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların
S İ Y A H I S I
№
|
Kənd təsərrüfatı texnikasının təyinatı
|
Texnika və texnoloji avadanlıqlar
|
1
|
Traktor |
1.1. Ümumi təyinatlı kənd təsərrüfatı traktoru
1.2. Xüsusi təyinatlı kənd təsərrüfatı traktoru
1.3. Universal becərmə traktorları
1.4. Minitraktor
|
2
|
Torpaq hazırlama və becərmə texnikası
|
2.1. Kotan
2.2. Riper
2.3. Kultivator
2.4. Mala
2.5. Daştəmizləyən və ya daşxırdalayan
2.6. Çalaqazan
2.7. Bitki qalıqlarını xırdalayan
2.8. Kanalaçanlar və suvarma şırımı açan
2.9. Tirədüzəldən
2.10. Çoxillik meyvə, giləmeyvə və çay bitkilərinin çətirinin yaş və quru budanmasında istifadə edilən texnika
|
3
|
Səpin və əkin texnikası
|
3.1. Toxumsəpən
3.2. Kombinəedilmiş toxumsəpən aqreqat
3.3. Şitiləkən
3.4. Kartofəkən
3.5. Meyvə tingi əkən maşın və qoşqu
3.6. Şitil hazırlayan konveyer
|
4
|
Biçin və yığım texnikası, maşın və qoşquları
|
4.1. Dənli bitkiləri biçən kombayn və xeder, kombayna qoşulan samandoğrayan
[3]
4.2. Pambıqyığan kombayn, maşın və qoşqu
4.3. Şəkərçuğunduru yığan kombayn, maşın və qoşqu
4.4. Kartofyığan kombayn, maşın və qoşqu
4.5. Tərəvəzyığan kombayn, maşın və qoşqular (məhsul yığımı üçün hündürlüyü 5 metrdən artıq olmayan platforma)
[4]
4.6. Bağçılıqda istifadə olunan kombayn və yığım maşını (platforma)
4.7. Bitkilərin yerüstü kütləsinin biçilməsində və yığılmasında istifadə edilən texnika
4.8. Traktor qoşqusu (yedək)
4.9. Xüsusi təyinatlı qoşqu (heyvandaşıyan, dərman və gübrə daşıyan, rulon pres daşıyan, kənd təsərrüfatı təyinatlı çənlər, o cümlədən tutumu 5 tondan artıq olmayan yanacaq çənləri)
[5]
|
5
|
Gübrəsəpən və hazırlayan maşın, avadanlıq və qoşqular
|
5.1. Bərk mineral və üzvi gübrəsəpən
5.2. Maye mineral və üzvi gübrəsəpən
5.3. Üzvi gübrə və biogübrə hazırlayan maşın və avadanlıq
[6]
|
6
|
Bitki mühafizəsi maşın və avadanlığı
|
6.1. Çiləyici
6.2. Tozlayıcı
6.3. Bitkilərin iqlim təsirlərindən mühafizəsi üçün istifadə olunan texnika və texnoloji avadanlıq (dolu topu, şaxta qovan avadanlıq, donmaya qarşı çiləyici-püskürdücü, qoşqu və eyni təyinatlı digər texnikalar)
[7]
|
7
|
Suvarma sistemləri dəsti və suvarma avadanlığı
[8]
|
7.1. Pivot tipli suvarma sistemi
7.2. Damcılı və yağış yağdırma tipli suvarma sistemi
7.3. Barabanlı (tamburlu) suvarma sistemi
7.4. Suvarmada istifadə olunan dizel mühərrikli səyyar su nasosları
[9]
|
8
|
İlkin emal avadanlığı
|
8.1. Taxılyükləyən
8.3. Qərzəkli meyvə təmizləyən maşın
8.4. Məhsulun 8.5. Meyvə, tütün, çay və digər kənd təsərrüfatı məhsullarını qurudan maşın, avadanlıq və qurğular
|
9
|
Heyvandarlıqda və quşçuluqda istifadə olunan texnika, maşın, avadanlıq, aqreqat və qurğular
|
9.1. Süd sağım avadanlıq və aqreqatları
9.2. Qırxım aqreqatları
9.3. Üzvi gübrə separatorları
9.4. Fermanı üzvi tullantılardan təmizləyən avadanlıq
9.5. Qaşıma fırçası
9.6. İribuynuzlu və xırdabuynuzlu heyvanların saxlanması üçün qurğu və avadanlıq
[12]
9.7. Quş qəfəsləri, damazlıq quşçuluq avadanlığı dəsti
[13]
9.8. İnkubator dəstləri
|
10
|
Yem istehsalında, tədarükündə və yemləmədə, eləcə də məhsulun, mineral və üzvi gübrələrin yüklənməsində istifadə olunan maşın, avadanlıq və texnika
[14]
|
10.1. Otbiçən kombayn və maşın
10.2. Senaj və silos hazırlanmasında istifadə olunan kombayn və qoşqu
10.3. Dırmıq
10.4. Yığıb-presbağlayan və presi polietilen örtüyə bükən maşın
10.5. Traktora öndən quraşdırılan kənd təsərrüfatı təyinatlı yükləyici (həcmi 0.1-0.7 m3 -dən artıq olmayan)
[15]
10.6. Otçevirən, yandırmıqlı və samanqarışdıran texnika
10.7. Asılan, qoşulan və özüyeriyən tipli xırdalayıcı, qarışdırıcı və paylayıcı
10.8. Yem istehsal edən texnoloji avadanlıq dəsti
[16]
10.9. Yaşıl yem yetişdirən texnoloji avadanlıq
[17]
|
11
|
İnnovativ texnika və texnoloji avadanlıq
|
11.1. Kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş dronlar, robot texnikası və ağıllı idarəetmə üzrə texnoloji avadanlıq
11.2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin layihələrində istifadə olunan kənd təsərrüfatı təyinatlı innovativ texnika və texnoloji avadanlıqlar
11.3. İqlim və suvarmaya nəzarət üçün aqrometereoloji cihaz və avadanlıqlar
[18]
|
12.
[19]
|
Kənd təsərrüfatı məhsullarının saxlanması üçün istifadə olunan avadanlıq
|
12.1. Həcmi 7000 kubmetrdən artıq olmayan meyvə-tərəvəz üçün soyuducu anbar dəstləri
12.2. Həcmi 6000 kubmetrdən artıq olmayan kartof üçün soyuducu anbar dəstləri
12.3. Soyuducu anbar təyinatlı texnoloji avadanlıqlar
[20]
12.4. Həcmi 3000 kubmetrdən artıq olmayan heyvandarlıq məhsullarının saxlanması üçün avadanlıq və soyuducular
[21]
12.5. Həcmi 5 tondan artıq olmayan süd çəni
[22]
|
13.
|
Toxumun emalında istifadə olunan maşın və avadanlıq
|
13.1.Toxumun təmizlənməsi, çeşidlənməsi və kalibrlənməsi üçün maşın və avadanlıq
13.2. Toxumun qurudulması üçün maşın və avadanlıq
13.3. Toxumun dərmanlanması, astarlanması və qablaşdırılması üçün maşın və avadanlıq
[23]
|
14.
[24]
|
Arıçılıqda istifadə olunan avadanlıq və texnika
|
14.1. Təməl pətək emalı avadanlığı dəsti
14.2. Avtomatlaşdırılmış bal doldurma-qablaşdırma avadanlığı dəsti
14.3. Tam avtomatlaşdırılmış 20 və 48 çərçivəlik balsüzən aparatlar
14.4. Arı ailələrinin daşınması üçün qoşqu
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
10 iyul 2019-cu il tarixli Q-10-19 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907101019, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 iyul 2019-cu il)
2.
23 oktyabr 2020-ci il tarixli Q-02-20 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010230220, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 noyabr 2020-ci il)
3.
29 sentyabr 2021-ci il tarixli Q-06-21 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202109290621, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 oktyabr 2021-ci il)
4.
26 oktyabr 2022-ci il tarixli MİHO/1.2-3.2-2022-7 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202210260227, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 noyabr 2022-ci il)
5.
16 mart 2023-cü il tarixli 3-22/3-3-5/2023 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202303162335, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 mart 2023-cü il)
6.
13 aprel 2023-cü il tarixli 3-22/3-3-7/2023 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202304132337, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 aprel 2023-cü il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
23 oktyabr 2020-ci il tarixli Q-02-20 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010230220, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 noyabr 2020-ci il) ilə “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nda 1-ci hissənin “Kənd təsərrüfatı texnikasının təyinatı” sütunundan “və ekskavator” sözləri çıxarılmışdır.
[2]
23 oktyabr 2020-ci il tarixli Q-02-20 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010230220, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 noyabr 2020-ci il) ilə “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nda 1-ci hissənin “Texnika və texnoloji avadanlıqlar” sütununun 1.5-ci bəndi ləğv edilmişdir.
[3]
29 sentyabr 2021-ci il tarixli Q-06-21 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202109290621, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 oktyabr 2021-ci il) ilə “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nın 4-cü hissənin “Texnika və texnoloji avadanlıqlar” sütununun 4.1-ci bəndə “xeder” sözündən sonra “, kombayna qoşulan samandoğrayan” sözləri əlavə edilmişdir.
[4]
29 sentyabr 2021-ci il tarixli Q-06-21 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202109290621, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 oktyabr 2021-ci il) ilə “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nın 4-cü hissənin “Texnika və texnoloji avadanlıqlar” sütununun 4.5-ci bəndə “qoşqular” sözündən sonra “(məhsul yığımı üçün hündürlüyü 5 metrdən artıq olmayan platforma)” sözləri əlavə edilmişdir.
[5]
23 oktyabr 2020-ci il tarixli Q-02-20 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010230220, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 noyabr 2020-ci il) ilə “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nda 4-cü hissənin “Texnika və texnoloji avadanlıqlar” sütununun 4.9-cu bəndində “müxtəlif təyinatlı çənlər” sözləri “kənd təsərrüfatı təyinatlı çən” sözləri ilə əvəz edilmişdir.
29 sentyabr 2021-ci il tarixli Q-06-21 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202109290621, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 oktyabr 2021-ci il) ilə “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nın 4-cü hissənin “Texnika və texnoloji avadanlıqlar” sütununun 4.9-cu bənddə “çən” sözü “çənlər, o cümlədən tutumu 5 tondan artıq olmayan yanacaq çənləri” sözləri ilə əvəz edilmişdir.
[6]
29 sentyabr 2021-ci il tarixli Q-06-21 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202109290621, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 oktyabr 2021-ci il) ilə “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nın 5-ci hissənin “Texnika və texnoloji avadanlıqlar” sütununun 5.3-cü bəndinə “gübrə” sözündən sonra “və biogübrə” sözləri əlavə edilmişdir.
[7]
29 sentyabr 2021-ci il tarixli Q-06-21 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202109290621, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 oktyabr 2021-ci il) ilə “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nın 6-cı hissənin “Texnika və texnoloji avadanlıqlar” sütununun 6.3-cü bəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
6.3 Toxumdərmanlayan
13 aprel 2023-cü il tarixli 3-22/3-3-7/2023 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202304132337, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 aprel 2023-cü il) ilə “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nda 6-cı hissənin “Texnika və texnoloji avadanlıqlar” sütununun 6.3-cü bəndinə “olunan” sözündən sonra “texnika və” sözləri, “avadanlıq” sözündən sonra “(dolu topu, şaxta qovan avadanlıq, donmaya qarşı çiləyici-püskürdücü, qoşqu və eyni təyinatlı digər texnikalar)” sözləri əlavə edilmişdir.
[8]
29 sentyabr 2021-ci il tarixli Q-06-21 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202109290621, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 oktyabr 2021-ci il) ilə “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nın 7-ci hissəsinin “Kənd təsərrüfatı texnikasının təyinatı” sütununa “dəsti və” sözlərindən sonra “suvarma” sözü əlavə edilmişdir.
[9]
29 sentyabr 2021-ci il tarixli Q-06-21 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202109290621, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 oktyabr 2021-ci il) ilə “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nın 7-ci hissəsinin “Texnika və texnoloji avadanlıqlar” sütununa yeni məzmunda 7.4-cü bənd əlavə edilmişdir.
[10]
29 sentyabr 2021-ci il tarixli Q-06-21 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202109290621, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 oktyabr 2021-ci il) ilə “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nın 8-ci hissənin “Texnika və texnoloji avadanlıqlar” sütununun 8.2-ci bənd ləğv edilmişdir.
[11]
29 sentyabr 2021-ci il tarixli Q-06-21 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202109290621, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 oktyabr 2021-ci il) ilə “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nın 8-ci hissənin “Texnika və texnoloji avadanlıqlar” sütununun 8.4-cü bənddən “və toxumun” sözləri çıxarılmışdır.
[12]
23 oktyabr 2020-ci il tarixli Q-02-20 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010230220, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 noyabr 2020-ci il) ilə “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nda 9-cu hissənin “Texnika və texnoloji avadanlıqlar” sütununun 9.6-cı bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
9.6. Heyvan saxlanılan qurğu və avadanlıq
[13]
13 aprel 2023-cü il tarixli 3-22/3-3-7/2023 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202304132337, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 aprel 2023-cü il) ilə “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nda 9-cu hissənin “Texnika və texnoloji avadanlıqlar” sütununun 9.7-ci bəndinə “qəfəsləri” sözündən sonra “, damazlıq quşçuluq avadanlığı dəsti” sözləri əlavə edilmişdir.
[14]
13 aprel 2023-cü il tarixli 3-22/3-3-7/2023 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202304132337, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 aprel 2023-cü il) ilə “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nda 10-cu hissənin “Kənd təsərrüfatı texnikasının təyinatı” sütununa “yemləmədə” sözündən sonra “, eləcə də məhsulun, mineral və üzvi gübrələrin yüklənməsində” sözləri əlavə edilmişdir.
[15]
13 aprel 2023-cü il tarixli 3-22/3-3-7/2023 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202304132337, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 aprel 2023-cü il) ilə “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nda 10-cu hissənin “Texnika və texnoloji avadanlıqlar” sütununun 10.5-ci bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
10.5. Yükləyici
[16]
29 sentyabr 2021-ci il tarixli Q-06-21 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202109290621, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 oktyabr 2021-ci il) ilə “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nın 10-cu hissənin “Texnika və texnoloji avadanlıqlar” sütununun 10.8-ci bəndinə “avadanlıq” sözündən sonra “dəsti” sözü əlavə edilmişdir.
[17]
23 oktyabr 2020-ci il tarixli Q-02-20 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010230220, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 noyabr 2020-ci il) ilə “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nda 10-cu hissənin “Texnika və texnoloji avadanlıqlar” sütununa yeni məzmunda 10.9-cu bənd əlavə edilmişdir.
[18]
13 aprel 2023-cü il tarixli 3-22/3-3-7/2023 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202304132337, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 aprel 2023-cü il) ilə “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nda 11-ci hissənin “Texnika və texnoloji avadanlıqlar” sütununa yeni məzmunda 11.3-cü bənd əlavə edilmişdir.
[19]
10 iyul 2019-cu il tarixli Q-10-19 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907101019, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 iyul 2019-cu il) ilə “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”na yeni məzmunda 12-ci hissə əlavə edilmişdir.
[20]
29 sentyabr 2021-ci il tarixli Q-06-21 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202109290621, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 oktyabr 2021-ci il) ilə “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nın 12-ci hissənin “Texnika və texnoloji avadanlıqlar” sütununun 12.3-cü bəndinin “üçün” sözü “təyinatlı” sözü ilə əvəz edilmişdir.
[21]
23 oktyabr 2020-ci il tarixli Q-02-20 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010230220, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 noyabr 2020-ci il) ilə “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nda 12-ci hissənin “Texnika və texnoloji avadanlıqlar” sütunu yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
|
|
[22]
29 sentyabr 2021-ci il tarixli Q-06-21 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202109290621, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 oktyabr 2021-ci il) ilə “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nın 12-ci hissənin “Texnika və texnoloji avadanlıqlar” sütuna yeni məzmunda 12.5-ci bənd əlavə edilmişdir.
[23]
29 sentyabr 2021-ci il tarixli Q-06-21 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202109290621, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 oktyabr 2021-ci il) ilə “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”na yeni məzmunda 13-cü hissə əlavə edilmişdir.
[24]
26 oktyabr 2022-ci il tarixli MİHO/1.2-3.2-2022-7 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202210260227, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 noyabr 2022-ci il) ilə “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”na yeni məzmunda 14-cü hissə əlavə edilmişdir.