1553-VQD - “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
29.03.2019
QEYDİYYAT NÖMRƏSİ
1553-VQD
ADI
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 26-05-2019, Nəşr nömrəsi: 115), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2019, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 798)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
26.05.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201903291553
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
27.05.2019
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684; 2011, № 2, maddə 70; 2014, № 1, maddə 3; 2015, № 11, maddə 1266; 2016, № 1, maddə 41, № 11, maddə 1766; 2017, № 2, maddə 145, № 5, maddə 691, № 7, maddələr 1277, 1300, № 12 (I kitab), maddə 2202; 2018, № 7 (I kitab), maddələr 1381, 1409, № 11, maddə 2208) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.0.6-cı, 1.0.6-1-ci, 29.0.29-cu, 29.0.43-cü və 33.3.9-cu maddələrə, 36-2-ci maddənin adına, 36-2.1-ci, 36-2.2-ci və 36-2.4-cü maddələrə “ümumi təhsil” sözlərindən sonra “və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə)” sözləri əlavə edilsin.

2. 1.0.40-cı maddəyə “orta ixtisas” sözlərindən əvvəl “yüksək texniki peşə təhsili səviyyəsində və” sözləri əlavə edilsin.

3. 2-ci maddəyə “Məktəbəqədər təhsil haqqında” sözlərindən sonra “, “Peşə təhsili haqqında” sözləri əlavə edilsin və həmin maddədə “Qanunundan” sözü “qanunlarından” sözü ilə əvəz edilsin.

4. 14.5.4-cü maddədə “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə və “və tədris mərkəzləri (kompleksləri)” sözləri “mərkəzləri” sözü ilə əvəz edilsin.

5. 14.8-1-ci maddədə “və orta ixtisas” sözləri “, orta ixtisas və peşə” sözləri ilə əvəz edilsin.

6. 17.1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“17.1.3. Peşə təhsili:

17.1.3.1. ilk peşə təhsili;

17.1.3.2. texniki peşə təhsili;

17.1.3.3. yüksək texniki peşə təhsili.”.

7. 19.6-cı, 29.0.25-ci və 35.2-ci maddələrdə “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin.

8. 20-ci maddənin adında və 20.3-cü maddədə “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə əvəz edilsin.

9. 20.1-ci maddədə “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə əvəz edilsin və həmin maddədən “sənətlər və kütləvi” sözləri çıxarılsın.

10. 20.2-ci maddədə “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə, “asılı olmayaraq” sözlərindən sonrakı “peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin və həmin maddədən “və məzunlara müvafiq istiqamətlər üzrə ilk peşə-ixtisas dərəcələrinin verilməsi ilə başa çatır” sözləri çıxarılsın.

11. Aşağıdakı məzmunda 20.2-1-ci və 20.2-2-ci maddələr əlavə edilsin:

“20.2-1. Peşə təhsilinin səviyyələri aşağıdakılardır:

20.2-1.1. ilk peşə təhsili;

20.2-1.2. texniki peşə təhsili;

20.2-1.3. yüksək texniki peşə təhsili.

20.2-2. İlk peşə təhsilini bitirən məzunlara ilk, texniki peşə təhsilini bitirən məzunlara texniki, yüksək texniki peşə təhsilini bitirən məzunlara isə subbakalavr peşə-ixtisas dərəcəsi verilir.”.

12. 20.4-cü maddədə “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə əvəz edilsin, həmin maddəyə “qəbul olunanlar” sözlərindən sonra “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq,” sözləri əlavə edilsin.

13. Aşağıdakı məzmunda 20.5-ci maddə əlavə edilsin:

“20.5. Azərbaycan Respublikasında peşə təhsilinin hüquqi, iqtisadi və təşkilati əsasları bu Qanun və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”.

14. 29.0.9-cu maddədən “şagird və” sözləri çıxarılsın.

15. 32.3.14-cü maddədə “peşə-ixtisas təhsili pilləsində” sözləri “ixtisas təhsili pilləsində, peşə təhsili” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 mart 2019-cu il

№ 1553-VQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status