AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
29.05.2019
QEYDİYYAT NÖMRƏSİ
251
ADI
“Peşə hazırlığına cəlb olunan şəxsə verilən təqaüdün ödənilməsi Qaydası”nın təsdiq edilməsi və “Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün hesablanması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 13 nömrəli Qərarının ləğv edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 02-06-2019, Nəşr Nömrəsi: 120), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.05.2019, Nəşr nömrəsi: 5, Maddə nömrəsi: 984)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
02.06.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
060.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201905290251
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
04.06.2019
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi Qaydası”nın təsdiq edilməsi və “Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün hesablanması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 13 nömrəli Qərarının ləğv edilməsi barədə [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.2.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün hesablanması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 13 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 91; 2011, № 5, maddə 449; 2017, № 4, maddə 620, № 5, maddə 1000) ləğv edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 29 may 2019-cu il

     № 251

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2019-cu il 29 may tarixli 251 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi [2]

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu QaydaMəşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə əsasən hazırlanmışdır peşə hazırlığına cəlb olunduğu dövrdə işsiz, habelə həmin Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxsə verilən təqaüdün ödənilməsi qaydasını müəyyən edir. [3]

1.2. İşsiz (bu Qaydanın 1.1-ci bəndində göstərilən halda isə işaxtaran) kimi qeydiyyata alınmış şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (bundan sonra – Agentlik) yerli qurumları və “DOST” mərkəzlərinin göndərişi ilə peşə hazırlığı aldığı dövrdə aylıq təqaüd almaq hüququna malikdirlər. [4]

1.3. İşsizlikdən sığorta ödənişi alan işsiz şəxs peşə hazırlığına cəlb olunduqda, ona işsizlikdən sığorta ödənişini aldığı dövrdə təqaüd verilmir.

1.4. Peşə hazırlığı dövründə təqaüdün məbləği minimum aylıq əməkhaqqı məbləğində müəyyən olunur.

 

2. Təqaüdün ödənilməsi

 

2.1. Peşə hazırlığı dövründə bu Qaydanın 1.4-cü bəndi ilə müəyyən edilmiş məbləğdə təqaüd Agentlik tərəfindən peşə hazırlığına cəlb olunan işsiz şəxsin bank hesabına köçürülür. [5]

2.2. Peşə hazırlığına cəlb olunan işsiz şəxsə təqaüdün ödənişi tədris prosesi başlandıqdan sonra növbəti ayın 5-dən gec olmamaqla ödənilir.

2.3. Tədris ayı tam olmadıqda, təqaüdün məbləği həmin ay ərzində olan iş günlərinin sayına bölünüb tədris günlərinin sayına vurulmaqla müəyyən edilir.

 

3. Təqaüdün dayandırılması

 

3.1. Peşə hazırlığına cəlb olunmuş işsiz şəxsə verilən təqaüd aşağıdakı hallarda dayandırılır:

3.1.1. işsiz kimi qeydiyyatı ləğv edildikdə;

3.1.2. işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarıldıqda;

3.1.3. təhsil müəssisəsindən xaric olunduqda;

3.1.4. işaxtaran kimi qeydiyyatı ləğv edildikdə; [6]

3.1.5. işaxtaran kimi qeydiyyatdan müvəqqəti çıxarıldıqda.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       5 mart 2021-ci il tarixli 59 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 278)

2.       20 may 2022-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 may 2022-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 564)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 20 may 2022-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 may 2022-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 564) ilə qərarın adından və 1-ci hissəsindən işsiz sözü çıxarılmışdır.

 

[2] 20 may 2022-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 may 2022-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 564) ilə “Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi Qaydası”nın adından, 2.1-ci, 2.2-ci və 3.1-ci bəndlərindən işsiz sözü çıxarılmışdır.

 

[3] 20 may 2022-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 may 2022-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 564) ilə “Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi Qaydası”nın 1.1-ci bəndinə işsiz sözündən sonra , habelə həmin Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran sözləri əlavə edilmişdir.

 

[4] 5 mart 2021-ci il tarixli 59 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 278) ilə “Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi Qaydası”nın 1.2-ci bəndində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin (bundan sonra – Xidmət) şəhər, rayon məşğulluq orqanları” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (bundan sonra – Agentlik) yerli qurumları” sözləri ilə əvəz edilmişdir.

 

20 may 2022-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 may 2022-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 564) ilə “Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi Qaydası”nın 1.2-ci bəndinə İşsiz sözündən sonra (bu Qaydanın 1.1-ci bəndində göstərilən halda isə işaxtaran) sözləri əlavə edilmişdir.

 

[5] 5 mart 2021-ci il tarixli 59 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 278) ilə “Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi Qaydası”nın 2.1-ci bəndində “Xidmət” sözü “Agentlik” sözü ilə əvəz edilmişdir.

 

[6] 20 may 2022-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 may 2022-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 564) ilə “Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi Qaydası”nın 3.1.3-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 3.1.4-cü və 3.1.5-ci yarımbəndlər əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status