![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASININ QƏRARI |
Qəbul edildiyi tarix |
03.06.2019 |
Qeydiyyat nömrəsi |
1951100024 |
Adı |
“Qarşısıalınma tədbirləri fondunda yığılan vəsaitlərin istifadə olunması təyinatları haqqında Qaydalar”ın təsdiq edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
19.06.2019 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.050.010 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
23201906030024 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
18.06.2019 |
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 4.10.12-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti
Q Ə R A R A A L I R:
1. “Qarşısıalınma tədbirləri fondunda yığılan vəsaitlərin istifadə olunması təyinatları haqqında Qaydalar” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq və lisenziyalaşdırma departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
İdarə Heyətinin sədri vəzifəsini icra edən |
İbrahim Alışov |
|
“Təsdiq edilmişdir” Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Qərar № 1951100024
“3” iyun 2019-cu il
İdarə Heyətinin sədri vəzifəsini icra edən
______________________ İbrahim Alışov
|
Qarşısıalınma tədbirləri fondunda yığılan vəsaitlərin istifadə olunması təyinatları haqqında Qaydalar
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 78.4-cü maddələrinə uyğun olaraq hazırlanmışdır və qarşısıalınma tədbirləri fondunda yığılan vəsaitlərin istifadə olunması üzrə təyinatları, habelə həmin vəsaitlərin istifadəsi ilə bağlı hesabat formalarını və onların təqdim edilmə qaydasını müəyyən edir.
1.2. Qarşısıalınma tədbirləri fondu hər bir icbari sığorta növü üzrə ayrılıqda hesablanır və bu Qaydalarda nəzərdə tutulmuş təyinatlar üzrə istifadə olunur.
1.3. Bu Qaydalarda istifadə olunan anlayışlar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş mənanı ifadə edir.
2. Qarşısıalınma tədbirləri fonduna yığılan vəsaitlərin təyinatı
2.1. Qarşısıalınma tədbirləri fonduna yığılan vəsaitlərin xərclənməsinə dair təyinatlar aşağıdakılardır:
2.1.1. maarifləndirici tədbirlərin həyata keçirilməsi:
2.1.1.1. təhsil müəssisələrində yol hərəkəti qaydaları, yanğın təhlükəsizliyi və ilkin tibbi yardım ilə bağlı maarifləndirici tədbirlərin həyata keçirilməsi;
2.1.1.2. təhsil müəssisələrində sığorta hadisəsi hesab edilə bilən halların baş verməsinin fəsadları barədə maarifləndirmə işlərinin aparılması;
2.1.1.3. zərərçəkmiş şəxslərə ilkin tibbi yardımın göstərilməsi istiqamətində maarifləndirici çarxların hazırlanması;
2.1.1.4. baş verə biləcək sığorta hadisələri hesab edilə bilən halların baş verməsinin qarşısının alınması üçün təbliğat və təşviqat işlərinin aparılması;
2.1.2. sığorta hadisələri intensivliyinin yüksək olduğu ərazilərdə hadisənin baş vermə ehtimalının azaldılması ilə bağlı təkliflər verilməsi və (və ya) dəstək göstərilməsi;
2.1.3. təbii və ekoloji xarakterli fövqəladə halların, o cümlədən daşqın və sellərin baş verməsi nəticəsində fəsadların qarşısının alınması və azaldılması ilə bağlı təkliflər verilməsi və (və ya) dəstək göstərilməsi;
2.1.4. yanğına qarşı xəbərvericilərin (siqnalizasiyaların) qurulması ilə bağlı təkliflər verilməsi və (və ya) dəstək göstərilməsi;
2.1.5. təmizləyici qurğular, müəssisələrdə zərərli tullantı süzgəcləri, digər təbiəti mühafizə obyektləri avadanlıqlarının təkmilləşdirilməsi ilə bağlı təkliflər verilməsi və (və ya) dəstək göstərilməsi.
3. Qarşısıalınma tədbirləri fonduna yığılan vəsaitlərdən və onlardan istifadə olunması haqqında hesabat
Sığortaçı qarşısıalınma tədbirləri fonduna yığılan vəsaitlər və onlardan istifadə olunmasına dair bu Qaydalara 1 saylı Əlavədə müəyyən edilmiş formada, aylıq əsasda müvafiq ay başa çatdıqdan 7 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına hesabat təqdim edir.
“Qarşısıalınma tədbirləri fondunda yığılan vəsaitlərin istifadə olunması təyinatları haqqında Qaydalar”a Əlavə 1 Qarşısıalınma tədbirləri fonduna yığılan vəsaitlər və onlardan istifadə olunması haqqında hesabat Sığortaçının adı: __________________________________ Hesabat dövrü:__________________________________________________________
|
I.Sığorta növü üzrə qarşısıalınma tədbirləri fonduna yığılan vəsaitlər |
||
Sıra sayı |
Sığortanın növü |
Hesabat dövrü ərzində hesablanmış qarşısıalınma tədbirləri fondunun məbləği |
1. |
|
|
2. |
|
|
3. |
|
|
... |
|
|
|
Yekun |
|
II. Qarşısıalınma tədbirləri fonduna yığılan vəsaitlərdən istifadə olunması təyinatı |
|||
Sıra sayı |
Təyinatı |
Hesabat dövrü ərzində faktiki xərclənmiş məbləğ |
Hesabat dövrünün sonuna qarşısıalınma tədbirlər fondunun məbləği |
1. |
|
|
X |
2. |
|
|
X |
3. |
|
|
X |
... |
|
|
X |
|
Yekun |
|
|