![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASININ QƏRARI |
Qəbul edildiyi tarix |
10.06.2019 |
Qeydiyyat nömrəsi |
1951100025 |
Adı |
“Sağlamlaşdırma planına dair tələblər, onun icra müddətinin hesablanması, icrasına dair hesabatların forması və təqdim olunması Qaydası”nın təsdiq edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
25.06.2019 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.050.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
23201906100025 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
24.06.2019 |
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1400-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 yanvar tarixli 493 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 4.10.12-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti
QƏRARA ALIR:
1. “Sağlamlaşdırma planına dair tələblər, onun icra müddətinin hesablanması, icrasına dair hesabatların forması və təqdim olunması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq və lisenziyalaşdırma departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
İdarə Heyətinin sədri vəzifəsini icra edən |
İbrahim Alışov |
|
“Təsdiq edilmişdir” Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Qərar № 1951100025
“10” iyun 2019-cu il
İdarə Heyətinin sədri vəzifəsini icra edən
______________________ İbrahim Alışov
|
Sağlamlaşdırma planına dair tələblər, onun icra müddətinin hesablanması, icrasına dair hesabatların forması və təqdim olunması
Qaydası
1. Ümumi müddəalar
1.1. “Sağlamlaşdırma planına dair tələblər, onun icra müddətinin hesablanması, icrasına dair hesabatların forması və təqdim olunması Qaydası” (bundan sonra – Qayda) “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 96-2.2-ci maddəsinə müvafiq olaraq hazırlanmış və Qanuna uyğun olaraq sığortaçının maliyyə vəziyyətinin pisləşməsi və kapital itkiləri ilə üzləşməsi halında Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən tətbiqi tələb edilən sağlamlaşdırma planına dair tələbləri, onun icra müddətinin hesablanması, icrasına dair hesabatların forması və təqdim olunması qaydasını müəyyən edir.
1.2. Bu Qaydada istifadə olunan anlayışlar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş mənanı ifadə edir.
2. Sağlamlaşdırma planına dair tələblər
2.1. Sığortaçının məcmu kapitalının məbləği onun tələb olunan kapitalının məbləğinin 90 faizinə qədər endikdə Palata sığortaçıdan sığortaçının maliyyə vəziyyətinin və itirilmiş kapitalının bərpası üçün tədbirləri və onların icra müddətlərini özündə əks etdirən sağlamlaşdırma planının (Plan) təqdim edilməsini tələb edir.
2.2. Plan sığortaçının məruz qaldığı risklərin həcmini və mürəkkəbliyini nəzərə alaraq sığortaçının fəaliyyətinə uyğun hazırlanır və sığortaçının Direktorlar Şurası tərəfindən təsdiq olunur.
2.3. Planın strukturu iki hissədən ibarət olaraq tərtib edilir:
2.3.1. sığortaçının maliyyə vəziyyətinin təhlili;
2.3.2. sığortaçının maliyyə vəziyyətinin və itirilmiş kapitalının bərpası ilə bağlı tədbirlər.
2.4. Planda ən azı aşağıdakılar öz əksini tapır:
2.4.1. sığortaçının maliyyə vəziyyətinin təhlili üzrə 1 nömrəli Əlavədə müəyyən edilmiş maliyyə göstəricilərinin cari vəziyyəti;
2.4.2. Planın effektiv və vaxtında icrası üçün mövcud və proqnozlaşdırılan risklərin təsviri;
2.4.3. sığortaçının əsas biznes istiqamətlərinin, əməliyyatlarının və aktivlərinin likvidliyinin və dəyərinin müəyyən edilməsi prosesinin detallı təsviri;
2.4.4. sığortaçının ödəmə qabiliyyətinin qorunması və ya maliyyə vəziyyətinin bərpa edilməsi üçün əlavə kapital və likvid vəsaitləri;
2.4.5. sığortaçının kapitalının qorunması və artırılması istiqamətində həyata keçiriləcək tədbirləri;
2.4.6. məcmu kapital və sığorta ehtiyatları üzrə normativ tələblərə dair planın reallaşdırılması ilə bağlı hər ayın sonuna gözlənilən nəticələrə dair hesablamaları;
2.4.7. risklərin təsirlərinin müəyyən edilməsi və tənzimlənməsi tədbirləri;
2.4.8. maliyyə vəziyyətinin bərpası üçün zərərlilik dərəcəsi yüksək olan sığorta sinifləri üzrə riskləri nəzərə alaraq bağlanılacaq yeni sığorta (təkrarsığorta) müqavilələrinin qiymətləndirilməsi;
2.4.9. təkrarsığorta müqavilələri üzrə təkrarsığortaçıların və təkrarsığorta müqavilələrinin yenidən qiymətləndirilməsi;
2.4.10. təhlillər nəticəsində sığortaçının maliyyə vəziyyətinin yaxşılaşdırılması və itirilmiş kapitalın bərpa olunması ilə əlaqədar həyata keçirilməsi nəzərdə tutulmuş tədbirləri;
2.4.11. planlaşdırılan tədbirlərin həyata keçirilməsi müddəti və proqnozlaşdırılan göstəricilərin məbləği qeyd olunmaqla əldə ediləcək nəticələrə dair məlumatı.
2.5. Planla bağlı məlumatları ehtiva edən aşağıdakı sənədlər (sığortaçının idarəetmə orqanlarının (Direktorlar Şurası, İdarə Heyəti) qərarları, əmr və göstərişləri və digər təsdiqedici sənədlər) əlavə edilir:
2.5.1. sığortaçının icra orqanının sığortaçının xərclərinin azaldılması, habelə sığortaçının filial və (və ya) nümayəndəliklərin fəaliyyətinin yenidən qiymətləndirilməsi ilə bağlı qərarlarını təsdiq edən sənədlər (əgər varsa);
2.5.2. təkrarsığorta müqavilələri üzrə təkrarsığortaçıların və təkrarsığorta müqavilələrinin yenidən qiymətləndirilməsi ilə bağlı sığortaçının icra orqanının protokolunun təsdiq edilmiş surəti;
2.5.3. təsisçilərin (iştirakçıların) və üçüncü şəxslərin sığortaçının nizamnamə kapitalına əlavə vəsait qoymaq, əlavə səhm və qiymətli kağızlar emissiya etmək və ya maliyyə vəziyyətinin yaxşılaşdırılması tədbirləri üzrə digər maliyyə yardımlarının edilməsi niyyətini təsdiq edən protokollar (əgər varsa);
2.5.4. qanunvericilikdə nəzərdə tutulan məcmu kapital və sığorta ehtiyatlarına dair normativ tələblərin icrasını təmin etmək üçün planlaşdırılan tədbirlər barədə sığortaçının icra orqanının qərarlarını təsdiq edən sənədlər;
2.5.5. zərərlilik dərəcəsi yüksək olan sığorta sinifləri üzrə sığorta tariflərinin yenidən qiymətləndirilməsi və əsaslandırılması ilə bağlı aktuar rəyi;
2.5.6. sığortaçı dividendlərinin verilməsinin dayandırılması ilə bağlı təsdiqedici sənədlər (əgər varsa);
2.5.7. müəyyən edilmiş müddətdə konkret tədbirlərin həyata keçirilməsi üçün sığortaçının rəhbər şəxslərinin üzərinə vəzifənin qoyulması barədə Direktorlar Şurasının qərarı;
2.5.8. sığortaçının xərclərinin tərkibini, sığortaçının işçilərinin sayını əks etdirən sənədlər;
2.5.9. sığortaçının investisiya əməliyyatlarının, sığorta və digər fəaliyyətinin proqnozlaşdırılan qiymətləndirmələri (sığortaçının mənfəət və zərər hesabatı üzrə göstəricilərin proqnozu, sığortaçının aktiv və öhdəliklərinin tərkibi və strukturunun proqnozlaşdırılması);
2.5.10. bu Qaydanın 4.1-ci bəndində hesabat formalarındakı göstəricilərlə bağlı sığortaçının həyata keçirilməli olduğu tədbirlərin icrasına dair qərarları və göstərişləri əks etdirən sənədləri.
3. Planın icra müddəti
3.1. Planın hazırlanması və icrası aşağıdakı müddətlərdə təmin edilir:
3.1.1. sığortaçı Planın hazırlanmasına dair Palatanın yazılı tələbini aldıqdan sonra tələbdə göstərilən müddət ərzində Planın layihəsini hazırlayır və baxılması üçün yazılı surətdə Palataya təqdim edir. Planın hazırlanması və onun layihəsinin baxılması üçün təqdim olunması müddətinin son həddi 30 iş günündən çox ola bilməz.
3.1.2. Palatanın Planın layihəsinə dair təklifləri olduqda, bu barədə 10 iş günü ərzində sığortaçıya yazılı bildiriş təqdim edir və Plana əlavə və (və ya) dəyişikliklərin edilməsini tələb edir.
3.1.3. əlavə və (və ya) dəyişikliklərin edilməsi üçün sığortaçıya əlavə 5 iş günü verilir və həmin müddət ərzində sığortaçı layihəni yekunlaşdırıb təkrar yazılı surətdə Palataya təqdim edir.
3.1.4. Palata Planın layihəsi ilə razı olduqda, bu barədə sığortaçıya 5 iş günü ərzində yazılı bildiriş göndərir. Plan Palata ilə razılaşdırıldıqdan sonra sığortaçı Planın icrasına başlayır.
3.2. Planının icra müddəti aşağıdakı hallar nəzərə alınaraq müəyyən olunur:
3.2.1. Plan üzrə tədbirlərin icra müddəti 6 aydan çox olmamaqla sığortaçının məcmu kapitalı tələb olunan kapitalına bərabər olanadək müəyyən edilir.
3.2.2. sığortaçının kapital tələbi təmin edildikdən sonra növbəti 6 ay ərzində kapital yetərsizliyi olmadıqda Plan icra edilmiş hesab olunur.
4. Planın icrasına dair hesabat formaları və təqdim olunması
4.1. Planın icrasına dair hesabatlar artan yekunla aşağıdakı formalarda və dövrilikdə Palataya təqdim olunur:
4.1.1. Plan üzrə görülmüş tədbirlərin icra vəziyyətinin yoxlanılmasına dair hesabat (Əlavə 2) – həftəlik, aylıq;
4.1.2. Planın tələblərinə əsasən sığortaçının maliyyə vəziyyətinə dair hesabat (Əlavə 3) – aylıq;
4.1.3. Planın tələblərinə əsasən sığortaçının aktiv və öhdəliklərinə dair hesabat (Əlavə 4) – aylıq;
4.1.4. Planın tələblərinə əsasən sığortaçının gəlir və xərclərinə dair hesabat (Əlavə 5) – aylıq;
4.1.5. sığorta müqavilələri üzrə hesablanmış sığorta haqları, qaytarılan sığorta haqları və sığorta ödənişləri haqqında hesabat (Əlavə 6) – aylıq;
4.1.6. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 21 dekabr tarixli Q-11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qaydalar”ın Əlavə № 1-lə müəyyən edilmiş “Sığortaçının öz vəsaitlərinin, həmçinin sığorta ehtiyatlarını təmin edən vəsaitlərin investisiya yönəldilməsi və məcmu kapitalı haqqında hesabat” – Forma № 6 - aylıq;
4.1.7. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 21 dekabr tarixli Q-11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qaydalar”ın Əlavə № 2-lə müəyyən edilmiş ”Sığortaçının öz vəsaiti haqqında hesabat” - Forma № 7 – aylıq;
4.1.8. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2014-cü il 27 mart tarixli Q-08 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta müqavilələri haqqında hesabat” - Forma № 12 - aylıq;
4.1.9. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2014-cü il 27 mart tarixli Q-08 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta (təkrarsığorta) müqavilələri üzrə hesablanmış sığorta (təkrarsığorta) haqları, qaytarılan sığorta (təkrarsığorta) haqları və sığorta ödənişləri haqqında hesabat” - Forma № 13 –aylıq;
4.1.10. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2014-cü il 27 mart tarixli Q-08 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təkrarsığorta əməliyyatları haqqında hesabat” – Forma № 15 – aylıq;
4.1.11. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2014-cü il 27 mart tarixli Q-08 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşlərin aparılması xərcləri haqqında hesabat” – Forma № 19 - aylıq;
4.1.12. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2014-cü il 27 mart tarixli Q-08 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta vasitəçilərinə hesablanmış komisyon muzdlar haqqında hesabat” – Forma № 21 - aylıq;
4.1.13. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2014-cü il 27 mart tarixli Q-08 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığortaçı (təkrarsığortaçı) və hüquqi şəxs sığorta brokerinin bəzi göstəricilər haqqında hesabat” – Forma № 23 - aylıq;
4.1.14. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2014-cü il 27 mart tarixli Q-08 nömrəli Qərarı ilə təsdiq edilmiş ”Sığortaçının (təkrarsığortaçının) səhmdarları və onların (səhmdarların) nizamnamə kapitalında iştirak edən şəxslər haqqında hesabat” – Forma № 23/I – aylıq;
4.1.15. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2011-ci il 06 dekabr tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydaları”nın Əlavə № 1-lə müəyyən edilmiş “Sığorta (təkrarsığorta) müqavilələrinin uçotu jurnalı” – aylıq;
4.1.16. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2011-ci il 06 dekabr tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydaları”nın Əlavə № 2-lə müəyyən edilmiş “Zərərlərin uçot jurnalı” – aylıq.
4.2. Planın icrasına dair hesabatları İdarə Heyətinin sədri və baş mühasibi tərəfindən imzalanmalı və həmin sığortaçının möhürü ilə təsdiqlənməlidir.
4.3. Həftəlik hesabat formaları müvafiq həftə başa çatdıqdan sonra 3 təqvim günü, aylıq hesabat formaları müvafiq ay başa çatdıqdan sonra 7 təqvim günü müddətində Palataya təqdim olunmalıdır.
|
“Sağlamlaşdırma planına dair tələblər, onun icra müddətinin hesablanması, icrasına dair hesabatların forması və təqdim olunması Qaydası”na Əlavə № 1 |
Sığortaçının maliyyə göstəriciləri
№ |
Maliyyə göstəriciləri |
Cari vəziyyət |
1. |
hesablanan sığorta haqlarının cəmi kapitala nisbəti |
|
2. |
cəmi kapitalın aktivlərə nisbəti |
|
3. |
cəmi kapitalın sığorta ehtiyatlarına nisbəti |
|
4. |
likvid aktivlərin ümumi aktivlərə nisbəti |
|
5. |
hesablanmış sığorta (təkrarsığorta) haqlarının cəmi aktivlərə nisbəti |
|
6. |
sığorta vasitəçilərinə verilən komisyon muzdların kapitala nisbəti |
|
7. |
konservasiya əmsalı |
|
8. |
zərər əmsalı |
|
9. |
xərc əmsalı |
|
Qeyd: § Cəmi kapital aktivlərdən öhdəliklərin fərqi kimi hesablanır. § Konservasiya əmsalı təkrarsığortaçının payı çıxılmaqla hesablanan sığorta haqlarının ümumi sığorta haqlarına olan nisbəti kimi hesablanır. § Zərər əmsalı sığortaçının fəaliyyət göstərdiyi sığorta sinifləri və bütün sığorta portfeli üzrə sığorta ödənişlərinin və tənzimləmə xərclərinin qazanılmış məcmu sığorta haqlarına olan nisbəti kimi hesablanır. § Xərc əmsalı bütün sığorta portfeli üzrə xərclərin bütün sığorta portfeli üzrə qazanılmış məcmu sığorta haqlarına olan nisbəti kimi hesablanır. § Likvid aktivlər dedikdə banklarda olan pul vəsaitləri, dövlət qiymətli kağızları və digər pul vəsaitləri nəzərdə tutulur. § Əlavə 1-də nəzərdə tutulmuş maliyyə göstəriciləri hesabat dövründən əvvəlki son dörd rübün göstəricilərinə əsasən hesablanır. |
|
“Sağlamlaşdırma planına dair tələblər, onun icra müddətinin hesablanması, icrasına dair hesabatların forması və təqdim olunması Qaydası”na Əlavə № 2 |
||||||||||||||||||||||||||||||||||||||||||
Plan üzrə görülmüş tədbirlərin icrası vəziyyətinin yoxlanılmasına dair hesabat
|
|
“Sağlamlaşdırma planına dair tələblər, onun icra müddətinin hesablanması, icrasına dair hesabatların forması və təqdim olunması Qaydası”na Əlavə № 3 |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Planın tələblərinə əsasən sığortaçının maliyyə vəziyyətinə dair hesabat
|
Planın tələblərinə əsasən sığortaçının aktiv və öhdəliklərinə dair hesabat
|
|
“Sağlamlaşdırma planına dair tələblər, onun icra müddətinin hesablanması, icrasına dair hesabatların forması və təqdim olunması Qaydası”na Əlavə № 5 |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Planın tələblərinə əsasən sığortaçının gəlir və xərclərinə dair hesabat
|
|
“Sağlamlaşdırma planına dair tələblər, onun icra müddətinin hesablanması, icrasına dair hesabatların forması və təqdim olunması Qaydası”na Əlavə № 6 |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|