AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
03.06.2019
QEYDİYYAT NÖMRƏSİ
253
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “ASAN ödəniş” sisteminə qoşulmaq üçün texniki tələblər”in və “ASAN ödəniş” sistemindən istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” 2015-ci il 26 oktyabr tarixli 341 nömrəli və “İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında” 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 05-06-2019, Nəşr Nömrəsi: 122), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2019, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 1142)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
05.06.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
420.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201906030253
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
10.06.2019
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “ASAN ödəniş” sisteminə qoşulmaq üçün texniki tələblər”in və “ASAN ödəniş” sistemindən istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” 2015-ci il 26 oktyabr tarixli 341 nömrəli və “İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında” 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1221-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 208 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 26 oktyabr tarixli 341 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1559; 2017, № 2, maddə 305, № 7, maddə 1485; 2018, № 2, maddə 364, № 8, maddə 1802) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “ASAN ödəniş” sistemindən istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1-ci bəndə “real vaxt rejimində” sözlərindən sonra “, 7.1.5-1-ci yarımbəndində göstərilən məlumatlar isə 1 gün müddətində” sözləri əlavə edilsin;

1.2. 2.2.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.2.5. inzibati xəta haqqında iş üzrə qərardan sistemdənkənar verilmiş şikayət barədə məlumatları (şikayət üzrə iş materiallarını (ərizələri), şikayətə baxılmasının nəticəsi barədə inzibati xəta haqqında iş üzrə qərarı və ya məhkəmə qərarını;”;

1.3. 3.11-ci bənd ləğv edilsin;

1.4. 4.3-cü bənddən “yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolun seriyası və nömrəsi və ya” sözləri çıxarılsın;

1.5. 4.11-ci bənddə “əleyhinə olan inzibati xəta, yaxud Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş” sözləri “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan” sözləri ilə əvəz edilsin;

1.6. 4.13-cü bənd üzrə:

1.6.1. “7.1.1-ci və 7.1.2-ci yarımbəndlərində” sözləri “7.4-cü bəndində” sözləri ilə əvəz edilsin;

1.6.2. “mobil telefon” sözlərindən əvvəl “elektron kabinetində olan” sözləri əlavə edilsin;

1.6.3. “inzibati xəta haqqında elektron protokolun və ya” sözləri çıxarılsın;

1.7. 4.14-cü bənd aşağıdakı redaksiyada verilsin:

“4.14. Sistemin istifadəçiləri inzibati xəta haqqında iş üzrə qərardan sistemdə yaradılan elektron kabinet vasitəsilə şikayət verə və həmin şikayətə baxılmasının nəticəsi ilə tanış ola bilərlər.”;

1.8. 4.16-cı bənddə “qərar və ya yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolla” sözləri “qərarla” sözü ilə əvəz edilsin;

1.9. 4.17-ci bəndə “mobil telefon” sözlərindən əvvəl “elektron kabinetində olan” sözləri əlavə edilsin;

1.10. 4.21-ci bənddən “yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolun tarixi, seriyası və nömrəsini və ya” sözləri çıxarılsın.

2. “İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1954) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3-cü hissədə “İnzibati xəta haqqında Elektron Protokol”un” sözləri “İnzibati tənbeh vermə haqqında Elektron Qərar”ın” sözləri ilə əvəz edilsin;

2.2. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “İnzibati xəta haqqında Protokol”un mətninə “seriyası və nömrəsi,” sözlərindən sonra “vətəndaşın fərdi identifikasiya nömrəsi,” sözləri əlavə edilsin;

2.3. həmin Qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “İnzibati tənbeh vermə haqqında Qərar”ın və 5 nömrəli əlavə - “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar”ın mətnlərinə “seriyası və nömrəsi” sözlərindən sonra “, vətəndaşın fərdi identifikasiya nömrəsi” sözləri əlavə edilsin;

2.4. həmin Qərarla təsdiq edilmiş 6 nömrəli əlavə - “İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında Qərar”ın və 7 nömrəli əlavə - “İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Qərar”ın mətnlərinə “seriyası və nömrəsi,” sözlərindən sonra “vətəndaşın fərdi identifikasiya nömrəsi,” sözləri, “on gün müddətində” sözlərindən sonra “(yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətmiş şəxs həmin Məcəllənin 125.2.2-ci və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində)” sözləri əlavə edilsin;

2.5. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “İnzibati xəta haqqında Elektron Protokol” aşağıdakı redaksiyada verilsin:

 

“İnzibati tənbeh vermə haqqında

Elektron Qərar

 

№ ____________

 

 

Qərarın çıxarıldığı yer ______________

                  “___” ___________ 20___ il

_______________________,

_______________________,

_______________________,

(tipi)

(markası)

(modeli)

_____________________________________________________________________________

(yerləşdiyi yer)

_____________________________________,

______________________________________

(son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt)

(dövlət yoxlamasından keçdiyini təsdiq edən sənədin nömrəsi, tarixi)

____________________________________.

İnzibati xətanın aşkar edilməsində istifadə

(növbəti dövlət yoxlamasının keçirilməli olduğu vaxt)

 

olunan xüsusi texniki vasitənin məlumatına əsasən

 

müəyyən edildi:

_____________________________________________________________________________

(inzibati xətanın törədildiyi yer, tarix və vaxt)

_____________________________________________________________________________

______________ markalı _______________ dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi ___________________________________________________________________

(barəsində qərar çıxarılan fiziki şəxsin soyadı, adı, atasının adı, vətəndaşlığı, doğulduğu tarix,

____________________________________________________________________________

şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi, vətəndaşın fərdi identifikasiya nömrəsi, elektron ünvan (olduğu halda)

___________________________________________________________________ tərəfindən

____________________________________________________________________________

(xətanın mahiyyəti)

____________________________________________________________________________

 

Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin _______ maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir (inzibati xəta hadisəsinin baş verdiyini və nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunur).

 

Qərara alınır:

 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin __________ maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə

_____________________________________________________________________________

_____________________________________________________________________________

(barəsində qərar çıxarılan fiziki şəxsin soyadı, adı və atasının adı)

 

barəsində ________________________ manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin.

İnzibati cərimə inzibati xəta törətmiş şəxs tərəfindən yalnız bank, poçt, plastik kart və ya internet, o cümlədən “ASAN ödəniş” sistemi vasitəsilə ödənilir.

Barəsində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda, həmin qərardan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə uyğun olaraq 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə, habelə xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər.

İnzibati xətanın törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir.

 

İmza ______________________________________________________________________”.

(qərarı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, elektron imzası)

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 3 iyun 2019-cu il

     № 253

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status