AKTIN NÖVÜ
Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı
QƏBUL EDİLDİYİ TARİX
10.06.2019
QEYDİYYAT NÖMRƏSİ
1951100026
ADI
“Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
25.06.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.060.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
23201906100026
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
24.06.2019
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASININ QƏRARI [1]

 

1951100026

 

Bakı şəhəri

“10” iyun 2019-cu il

 

“Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”nın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 4.10.12-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti

 

Q Ə R A R A  A L I R:

 

1. “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq və lisenziyalaşdırma departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

İdarə Heyətinin sədri

vəzifəsini icra edən

 

İbrahim Alışov

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Maliyyə Bazarlarına Nəzarət Palatası

Qərar № 1951100026

10 iyun 2019-cu il

İdarə Heyətinin sədri vəzifəsini icra edən

 

______________________

İbrahim Alışov

 

 

Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları

 

1.                  Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə və “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 3-cü və 4-cü hissələrinə və 10-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filiallarında (bundan sonra – bank) bank hesablarının açılması, aparılması və bağlanması qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalar “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 3-cü və 4-cü hissələrinə və 10-cu maddəsinə əsasən müvafiq olaraq qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya fondları və onların idarəçiləri (bundan sonra - maliyyə bazarlarında fəaliyyətinə nəzarət olunan subyektlər) istisna olmaqla, digər rezidentlərə Azərbaycan Respublikasının hüdudlarından kənarda xarici valyuta hesablarının açılması qaydasına, rezidentlərin xarici valyutada və qeyri-rezidentlərin milli və xarici valyutada açılmış hesabları üzrə əməliyyatların aparılması qaydasına şamil edilmir.

1.3. Xüsusi seçki hesablarının açılması, əməliyyatların aparılması və dayandırılması qaydası Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra - Palata) ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.

1.4. Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ölkə daxilində milli valyutada müxbir hesablarını yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankında açırlar.

1.5. Bu Qaydalarda istifadə edilən “rezident və “qeyri-rezident” anlayışları “Valyuta tənzimi haqqında”, “benefisiar mülkiyyətçi”, “xarici dövlətlərin siyasi xadimləri” və “daxili nəzarət sistemi” anlayışları “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “mühüm iştirak payı” anlayışı “Banklar haqqında”, “elektron imza” və “gücləndirilmiş elektron imza” anlayışları Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş mənaları ifadə edir.

1.6. Bu Qaydalarda istifadə edilən “müştəri” anlayışına “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş məna ilə yanaşı dövlət orqanları və bələdiyyələr də aid edilir.

1.7. Dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən təşkilatlara bank hesabının açılması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyinin icazə məktubu tələb olunur.

 

2.       Bank hesablarının növləri

 

2.1.                Bank hesabları aşağıdakı növlərə bölünür:

2.1.1.      cari hesablar;

2.1.2.      cari subhesablar;

2.1.3.      kredit hesabları;

2.1.4.      əmanət hesabları;

2.1.5.      müxbir hesablar.

2.2.                Cari hesablar aşağıdakı məqsədlər üçün açılır:

2.2.1.          dövlət orqanları, bələdiyyələr, hüquqi şəxslər, o cümlədən publik hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, beynəlxalq təşkilatlar, ailə kəndli təsərrüfatı, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadə edən torpaq mülkiyyətçiləri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün onların maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bank əməliyyatlarının aparılması;

2.2.2.          fiziki şəxslər üçün onların hesabına daxil olan pul vəsaitinin qəbul edilməsi və hesaba salınması, hesabdan pul vəsaitlərinin köçürülməsi və verilməsi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair sərəncamlarının yerinə yetirilməsi;

2.2.3.          həmkarlar ittifaqının ilk təşkilatı üçün onların qanun və nizamnamə ilə üzərinə qoyulmuş vəzifələrin icra edilməsi;

2.2.4.          büdcə təşkilatları üçün xarici dövlət və hüquqi şəxslər, beynəlxalq təşkilatlar tərəfindən məqsədli təyinat üzrə verilən yardım və qrantların alınması və istifadəsi üzrə bank əməliyyatlarının aparılması.

2.3.                Cari subhesablar hüquqi şəxslərin filial və nümayəndəlik statusu daşımayan və olduğu yerdən kənarda yerləşən struktur bölmələrinə açılır. Bu hesablara daxil olan vəsaitlər həmin struktur bölmələrin işçilərinin əmək haqları və əmək haqqı ilə bağlı digər məcburi köçürmələrin, habelə bu qurumların fəaliyyətini təmin edən kommunal xərclərin ödənilməsi üzrə ödənişləri istisna olmaqla, hüquqi şəxslə bağlanmış bank hesabı müqaviləsində müəyyən olunmuş müddətlərdə onun cari hesabına köçürülür.

2.4.                Cari hesablara müvəqqəti cari hesablar və xüsusi cari hesablar da aiddir.

2.5.                Müvəqqəti cari hesablar hüquqi şəxslər üçün onların dövlət qeydiyyatına alınanadək nizamnamə, şərikli kapitallarının, habelə əmlak paylarının ödənilməsi üçün, həmçinin investisiya qiymətli kağızları kütləvi təklif edilərkən onların dəyərini ifadə edən pul vəsaitlərinin saxlanılması üçün açılır.

2.6.                Xüsusi cari hesablar aşağıdakı məqsədlər üçün açılır:

2.6.1.          məhkəmənin, icra qurumunun, gömrük orqanının, cinayət təqibini həyata keçirən dövlət orqanlarının, habelə qanunvericilikdə nəzərdə tutulmuş hallarda digər dövlət qurumlarının depozit hesabları – qanunvericilikdə nəzərdə tutulmuş bank əməliyyatlarının aparılması;

2.6.2.          notariusun depozit hesabı - dövlət və xüsusi notariuslar üçün qanunda nəzərdə tutulmuş hallarda hüquqi və fiziki şəxslərdən pul vəsaitlərinin, qiymətli kağızların daxil olması, saxlanması və digər əməliyyatların aparılması;

2.6.3.          zəmanət kassası hesabı - xüsusi notariusların müştərilər qarşısındakı məsuliyyətinə zəmanət vermək məqsədi ilə qanunla nəzərdə tutulmuş pul vəsaitlərinin yığılması və istifadəsi;

2.6.4.          sığorta bank hesabı – vəkillərin müdafiə edilən və ya təmsil edilən şəxslər qarşısındakı məsuliyyətinə zəmanət vermək məqsədi ilə qanunla nəzərdə tutulmuş pul vəsaitlərinin yığılması və istifadəsi;

2.6.5.          valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxsin xüsusi hesabı - qanunla nəzərdə tutulan pul vəsaitinin lisenziyanın qüvvədə olduğu müddətdə girov qoyulması və depozitdə saxlanması. Bu depozitlər digər əməliyyatlar üçün girov qismində çıxış edə bilməz;

2.6.6.          xüsusi seçki hesabı - Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş məqsədlər üçün.

2.7.                Kredit hesabları bankın müştərilərə verdiyi kreditlərin uçotu, kredit müqaviləsində nəzərdə tutulduğu hallarda isə həmçinin kredit vəsaitlərinin istifadəsi və ödənilməsi ilə bağlı bank əməliyyatlarının aparılması üçün açılan hesabdır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə verilmiş kreditlər müştərilərin yalnız vergi ödəyicisi qismində açılmış bank hesablarına köçürülür.

2.8.                Əmanət hesabları bank əmanəti müqaviləsinə əsasən müştərilərin pul vəsaitlərinin əmanətlərə cəlb edilməsi, əmanətlərinin uçotu və müvafiq əməliyyatların aparılması üçün açılan hesabdır.

2.9.                Müxbir hesablar bankların özlərinin və müştərilərinin bank əməliyyatlarının aparılması məqsədi ilə yerli və xarici banklar üçün açılan hesabdır.

 

3.              “Öz müştərini tanı” prinsiplərinin tətbiqi

 

3.1.       Banklar bank hesablarının açılması, aparılması və bağlanması məqsədilə “Öz müştərini tanı” prinsiplərinə uyğun daxili qaydalara (bundan sonra – daxili qaydalar) malik olmalıdır. Daxili qaydalar “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra – PL/TMM Qanunu), bu Qaydaların, digər hüquqi aktların tələblərinə və bankın risklərin idarə edilməsi sisteminə uyğun olaraq hazırlanır.

3.2.       Daxili qaydalar bankın Müşahidə Şurası tərəfindən təsdiq olunur.

3.3.       Daxili qaydalarda aşağıdakı məsələlər əks olunmalıdır:

3.3.1. öz müştərini tanı və müştərinin qəbul edilməsi prinsipləri;

3.3.2. müştərinin və benefisiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyası prosedurları;

3.3.3. bank hesablarına və əməliyyatlara davamlı nəzarət;

3.3.4. risklərin idarə edilməsi.

3.4.       Daxili qaydalarda yeni müştərinin qəbul edilməsi, müştərilərin risk səviyyəsinin müəyyən edilməsi və həmin səviyyələr üzrə kateqoriyalaşdırılması, o cümlədən müştərilərlə münasibətlərin qurulması barədə qərarların qəbul edilməsi üzrə dəqiq prosedurlar mövcud olmalıdır. Daxili qaydalar müştərilərin maliyyə xidmətlərinə çıxış imkanlarını məhdudlaşdırmamalıdır.

3.5.       Bank müştərinin risk kateqoriyasından asılı olaraq bank hesablarına və əməliyyatlara davamlı nəzarət edir, o cümlədən əməliyyatların qeyri-adi və şübhəli olmasını müəyyən edən prosedurlar və mexanizmlər müəyyən edir.

3.6.       Bank hesablarının açılması, aparılması və bağlanması üzrə risklərin idarə edilməsi məqsədilə bank bütün idarəetmə səviyyələrində dəqiq səlahiyyət bölgüsünü müəyyən edir.

3.7.       Daxili qaydalar hazırlanarkən peşəkar və etik normaların təmin edilməsi, maraqlar münaqişəsinin və qeyri-qanuni fəaliyyətin qarşısının alınması istiqamətləri əsas götürülməlidir.

 

4.              Bank hesablarının açılması, rəsmiləşdirilməsi, yenidən rəsmiləşdirilməsi, imza və möhür nümunələri vərəqələri

 

4.1.                Bank hesablarının açılması yeni müştəri və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilmiş bu Qaydalara 1 saylı Əlavədə qeyd olunmuş və Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn sənədlər əsasında həyata keçirilir. Sənədlər kağız daşıyıcıda və/və ya gücləndirilmiş elektron imza ilə təsdiq olunaraq təqdim edilir. Bank tərəfindən yeni müştərinin və ya səlahiyyətli nümayəndəsinin təqdim etdiyi kağız daşıyıcıda olan və ya elektron sənədlərin doğruluğu yoxlanılır, bankda saxlanılması tələb olunan kağız daşıyıcıda olan sənədlərin surəti çıxarılır (və ya elektron şəkildə bankın əməliyyat sisteminə daxil edilir) və onların əsli geri qaytarılır.

4.2.                Müvafiq dövlət orqanlarının (qurumlarının) elektron informasiya sisteminə inteqrasiya təmin oldunduğu halda bank hesabının açılması üçün bu Qaydalara 1 saylı Əlavədə nəzərdə tutulan müvafiq sənəd və məlumatlar bank tərəfindən online rejimdə əldə olunur.

4.3.                Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi riskləri aşağı olduğu üçün barələrində sadələşdirilmiş eyniləşdirmə və verifikasiya tədbirlərinin tətbiq edildiyi müştəri və benefisiarlar istisna olmaqla, digər müştərinin və/və ya müştərinin səlahiyyətli nümayəndəsinin bu Qaydaların 4.4-4.6-cı bəndlərində qeyd olunmuş əlamətlərdən hər hansı birinə malik olması müəyyən edildikdə müştəri və ya onun səlahiyyətli nümayəndəsi yazılı və ya elektron imza ilə təsdiq olunmuş şəkildə bu Qaydalara 2 saylı Əlavədə göstərilmiş əlavə eyniləşdirmə məlumatları təqdim edir. Bu Qaydalara 2 saylı Əlavədə qeyd olunan məlumatların təsdiqedici sənədlərlə rəsmiləşdirilməsi tələb olunmur.

4.4.                Fiziki şəxs, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olan yeni müştəri üçün bank hesabının açılmasından öncə onun aşağıdakı əlamətlərdən bir və ya bir neçəsinə malik olması müəyyən olunmalıdır:

4.4.1.          PL/TMM Qanununun 7.2.2-ci maddəsində nəzərdə tutulan əməliyyatların həyata keçirilməsi;

4.4.2.          PL/TMM Qanununun 7.3-1-ci maddəsində nəzərdə tutulan barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısına uyğun olması;

4.4.3.          bankın daxili nəzarət sistemi çərçivəsində müəyyən edilmiş yüksək risk kateqoriyasına aid olması;

4.4.4.          xarici dövlətlərin siyasi xadimi olması;

4.4.5.          PL/TMM Qanununun 7.3-cü maddəsi ilə müəyyən edilmiş siyahıdakı ölkələrlə əməliyyatlar aparacağının məlum olması;

4.5.                Fiziki şəxs, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olan yeni müştəri adından onun səlahiyyətli nümayəndəsi tərəfindən bank hesabının açılmasından öncə hesab sahibinin bu Qaydaların 4.4-cü bəndi ilə müəyyən olunmuş əlamətlərdən bir və ya bir neçəsinə malik olması müəyyən olunur.

4.6.                Hüquqi şəxs (onun filialı və ya nümayəndəliyi) olan (səhmlərinin və ya paylarının 100 %-i dövlətə məxsus hüquqi şəxslər, publik hüquqi şəxslər və diplomatik nümayəndəliklər istisna olmaqla) yeni müştəri üçün bank hesabının açılmasından öncə onun aşağıdakı əlamətlərdən bir və ya bir neçəsinə malik olması müəyyən olunmalıdır:

4.6.1.          bankın daxili nəzarət sistemi çərçivəsində müəyyən edilmiş yüksək risk kateqoriyasına aid olması;

4.6.2.          hüquqi şəxsin benefisiar mülkiyyətçisi və ya hüquqi şəxsin idarəetmə orqan(lar)ının rəhbər(lər)inini aşağıdakı əlamətlərə malik olması:

4.6.2.1.    PL/TMM Qanununun 7.2.2-ci maddəsində nəzərdə tutulan əməliyyatların həyata keçirilməsi;

4.6.2.2.    PL/TMM Qanununun 7.3-1-ci maddəsində nəzərdə tutulan barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısına uyğun olması;

4.6.2.3.    xarici dövlətlərin siyasi xadimi olması;

4.6.2.4.    bankın daxili nəzarət sistemi çərçivəsində müəyyən edilmiş yüksək risk kateqoriyasına aid olması;

4.6.2.5.    xarici siyasi xadimin tərəfdaşı olması;

4.6.3.          PL/TMM Qanununun 7.3-cü maddəsi əsasında müəyyən edilmiş siyahıdakı ölkələrlə əməliyyatlar aparacağının məlum olması.

4.7.                Bank hesabının açılması üçün müraciət etmiş hüquqi şəxs olan yeni müştərinin eyniləşdirmə və verifikasiyası onun fiziki şəxs olan bütün benefisiar mülkiyyətçilərin kimliyinin müəyyən edilməsinə tam əmin olanadək aparılır. Bunun üçün aşağıdakı ardıcıllığa uyğun olaraq tədbirlər görülür:

4.7.1.          hüquqi şəxsdə mühüm iştirak payına (əgər hüquqi şəxsdə iştirak paylarının bölünməsi mühüm iştirak payının mövcudluğunu istisna etmirsə) malik olan fiziki şəxslər müəyyən edilir və həmin şəxslərin eyniləşdirmə sənədləri əldə edilir;

4.7.2.          mühüm iştirak payına malik olan fiziki şəxslərin hüquqi şəxsin benefisiar mülkiyyətçisi olmasına dair şübhələr varsa və ya hüquqi şəxsdə malik olduğu iştirak payı ilə hüquqi şəxsə nəzarəti həyata keçirən fiziki şəxslər yoxdursa müqavilə əsasında və ya başqa formada hüquqi şəxsə nəzarəti həyata keçirən fiziki şəxslər müəyyən edilir və həmin şəxslərin eyniləşdirmə sənədləri əldə edilir;

4.7.3.          əgər hüquqi şəxs üzərində hər hansı bir formada (malik olduğu iştirak payı ilə, müqavilə əsasında və ya başqa formada) nəzarəti həyata keçirən fiziki şəxsləri müəyyən etmək mümkün deyildirsə hüquqi şəxsə rəhbərliyi həyata keçirən fiziki şəxslər (hüquqi şəxsin cari və ya daimi münasibətləri barədə qərarvermə səlahiyyəti olan şəxs) eyniləşdirilir və verifikasiyası üçün tədbirlər görülür.

4.8.                Bank hesabının rəsmiləşdirilməsi aşağıdakı qaydada aparılır:

4.8.1.          müştərilər üçün bank hesabının açılması müştəri və ya onun səlahiyyətli numayəndəsi ilə bank arasında bağlanan bankın müvəkkil edilmiş şəxsinin imzaladığı bank hesabı müqaviləsi ilə rəsmiləşdirilir;

4.8.2.          bank hesabı müqaviləsi yazılı formada bağlanır;

4.8.3.          bank hesabı müqaviləsində qeyd olunan bütün müddəalar aydın və oxunaqlı olmalıdır.

4.8.4.          banklar tərəfindən bank hesabları rəsmiləşdirilərkən hesab nömrələri İBAN (International Bank Account Number) strukturu üzrə açılır.

4.9.                 Bank hesabı aşağıdakı hallarda yenidən rəsmiləşdirilir:

4.9.1.          dövlət orqanının və ya bələdiyyənin adı və (və ya) tabeçiliyi dəyişdikdə;

4.9.2.          hüquqi şəxsin adı dəyişdikdə;

4.9.3.          filial və nümayəndəliyin tabeçiliyi, ayrıca bölməsi olduğu hüquqi şəxsin adı və (və ya) təşkilati-hüquqi forması dəyişdikdə;

4.9.4.          fiziki şəxsin adı, atasının adı və ya soyadı dəyişdikdə.

4.10.            Bank hesabının yenidən rəsmiləşdirilməsi buna əsas verən halların baş verməsini təsdiq edən və bu Qaydaların 1 saylı Əlavəsində həmin növ hesabın açılması üçün tələb olunan sənədlər əsasında aparılır.

4.11.            Bank hesabı yenidən rəsmiləşdirilərkən hesab üzrə yeni şəhadətnamə-dublikatın təqdim olunması və imza nümunələri tələb olunmur. Bu zaman hüquqi şəxslərin dövlət reyestrindən çıxarışı (ən son dəyişiklikləri əks etdirməklə), sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, ailə kəndli təsərrüfatının və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadə edən torpaq mülkiyyətçilərinin vergi uçotu barədə şəhadətnaməsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənəd məlumatları təqdim olunur.

4.12.            İmza və möhür nümunələri vərəqəsinin tərtib edilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır:

4.12.1.      Dövlət orqanlarının, bələdiyyələrin, rəsmi nümayəndəliklərin, hüquqi şəxslərin, o cümlədən publik hüquqi şəxslərin, onların filial və nümayəndəliklərinin, habelə həmkarlar ittifaqı təşkilatının imza və möhür nümunələri vərəqəsi (3 saylı Əlavə) notariat qaydasında və ya bankın müvafiq idarəetmə orqanı tərəfindən təyin edilən səlahiyyətli şəxsi tərəfindən təsdiq edilir;

4.12.2.       Dövlət orqanlarının, bələdiyyələrin, rəsmi nümayəndəliklərin, hüquqi şəxslərin, o cümlədən publik hüquqi şəxslərin, onların filial və nümayəndəliklərinin, həmkarlar ittifaqının ilk təşkilatının bank hesabı üzrə sərəncam hüququnu həmin təşkilatların rəhbərləri və (və ya) onların müvəkkil etdikləri şəxslər həyata keçirir;

4.12.3.      Fiziki şəxslərin, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, ailə kəndli təsərrüfatının, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadə edən torpaq mülkiyyətçilərinin, o cümlədən müvəqqəti cari hesab açan hüquqi şəxslərin səlahiyyətli şəxsinin imza nümunəsi vərəqəsi bankın müvafiq idarəetmə orqanı tərəfindən təyin edilən səlahiyyətli şəxsi tərəfindən təsdiq olunur;

4.12.4.      Şəxsin etibarlılığına, onun fəaliyyət qabiliyyətinə şübhə yarandığı halda bank imza vərəqəsinin notariat qaydasında təsdiqini tələb edir;

4.12.5.      İmza və möhür nümunələri vərəqəsində birinci və (və ya) ikinci imzaya malik iki və ya daha çox şəxsin imzası qeyd olunduqda, həmin imzaların istifadəsi qaydası müştəri ilə bağlanan bank hesabı müqaviləsi ilə müəyyən edilir və bu barədə imza və möhür nümunələri vərəqəsində müvafiq qeyd aparılır;

4.12.6.      Bank hesabı üzrə sərəncam hüququ bir şəxsə məxsus olduqda, imza və möhür nümunələri vərəqəsində bu barədə müvafiq qeyd aparılır;

4.12.7.      Vərəqədə müştərinin möhürünün əksi həkk olunur və bu zaman “kadrlar üçün”, “buraxılış üçün”, “arayışlar üçün” və buna oxşar məqsədlər üçün möhür və ştamplardan istifadə oluna bilməz;

4.12.8.      Müştərinin möhürü olmadıqda, vərəqədə bu barədə qeyd olunur. Müvəqqəti olaraq möhür olmadıqda (müştərinin adı, tabeliyi dəyişdikdə, möhür itirildikdə, yaxud köhnəldikdə), bank sənədlərinin rəsmiləşdirilməsi qaydaları müştəri ilə bank arasında yazılı razılıq əsasında müəyyənləşdirilir;

4.12.9.      Bank hesabı açılan zaman bank hesabı üzrə sərəncam hüququ iki və daha çox şəxsə məxsus olduqda, onların bu hüququ ayrı-ayrılıqda, yaxud birlikdə həyata keçirmələri barədə vərəqədə müvafiq qeyd aparılır. Vərəqədə bu cür qeyd olmadıqda bank hesabı üzrə sərəncam yalnız vərəqədə göstərilən şəxslərin birgə imzaları ilə verilə bilər;

4.12.10.   Bu Qaydaların 4.12.9-cu yarımbəndində nəzərdə tutulmuş hal istisna olmaqla, hesabın fəaliyyəti dövründə müştəri hesab üzrə sərəncam hüququnu başqa şəxslərə həvalə etdikdə, həmin şəxslərin imzaları notariat qaydasında təsdiq olunmuş etibarnamə və ya müştərinin ərizəsi əsasında onun iştirakı ilə bank tərəfindən imza vərəqəsində təsdiq olunur;

4.12.11.            İmza və möhür nümunələri vərəqəsində imza hüququna malik olan şəxslər dəyişdikdə və ya imza hüququna malik olan şəxslərin sayı artırıldıqda (azaldıqda), yaxud vərəqədə əks olunan möhür dəyişdikdə yeni imza və möhür nümunələri vərəqəsi təqdim olunur. Bu zaman qüvvəsini itirmiş vərəqə bank hesabının rəsmiləşdirilməsinə dair işdə saxlanılır;

4.12.12.            Bank tərəfindən imza nümunəsi bankın İdarə Heyətinin sədri və (və ya) baş mühasibi, yaxud bankın daxili qaydalarına əsasən digər müvəkkil şəxsi tərəfindən təsdiq olunur. İmza həqiqiliyi imza sahibinin şəxsən iştirakı ilə təsdiq olunur;

4.12.13.            Vərəqələr banka iki nüsxədə təqdim edilir (bu Qaydaların 4.12.14-cü yarımbənddə nəzərdə tutulan hal istisna olmaqla). Əməliyyatların aparılması üçün tələb olunduqda, vərəqənin əlavə nüsxələri müvafiq əməliyyat bölməsinə təqdim olunur;

4.12.14.             Bank imza nümunəsi vərəqəsini elektron şəkildə bankın avtomatlaşdırılmış əməliyyat sistemində yerləşdirdiyi halda müştərinin imza nümunəsi vərəqəsi bir nüsxədə təqdim oluna bilər.

4.13.            Məsafədən bank hesabının açılması zamanı imza və möhür nümunələri vərəqəsinin tərtib edilməsi tələb edilmir. Məsafədən bank hesabı açmış müştəri bankın inzibati binasında bank hesabı üzrə əməliyyatı həyata keçirmək istədikdə, bu Qaydaların 4.12-ci bəndinin tələblərinə riayət edilməlidir.

 

5.      Məsafədən bank hesabının açılması

 

5.1.                Yeni müştəri üçün məsafədən bank hesabının açılması hüquqi və fiziki şəxslər (müştərinin səlahiyyətli nümayəndəsi ilə təmsil olunduğu hal istisna olmaqla) üzrə aşağıdakı qaydada aparılır:

5.1.1.          rezident hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video görüntü ilə - bu Qaydalara 1 saylı Əlavə ilə müəyyən olunmuş müvafiq sənədlər və məlumatlar tələb edilməklə;

5.1.2.          rezident fiziki şəxslər üçün:

5.1.2.1.    gücləndirilmiş elektron imza və video görüntü ilə - bu Qaydalara 1 saylı Əlavə ilə müəyyən olunmuş müvafiq sənəd və məlumatlar tələb edilməklə;

5.1.2.2.    video görüntü ilə (bu Qaydalara 1 saylı Əlavə ilə müəyyən olunmuş müvafiq məlumatlar tələb edilməklə) - bu Qaydaların 4.13-cü bəndində qeyd edilən hal istisna olmaqla, 1 (bir) il ərzində həcmi 6000 (altı min) manatadək və ya onun ekvivalentində xarici valyutada mədaxil və (və ya) məxaric əməliyyatların aparılması məqsədilə açılacaq bank hesabı üçün. Bu zaman müştəri xüsusi təyinatlı informasiya resursu vasitəsilə eyniləşdirilir. Əmək haqqı və sosial sığorta ödənişləri üzrə video görüntü vasitəsi ilə bank hesabının açılmasına yol verilmir;

5.1.2.3.    müvafiq informasiya resursunda autentifikasiya vasitəsilə (bu Qaydalara 1 saylı Əlavə ilə müəyyən olunmuş müvafiq məlumatlar tələb edilməklə) - bu Qaydaların 4.13-cü bəndində qeyd edilən hal istisna olmaqla, 1 (bir) il ərzində həcmi 500 (beş yüz) manatadək və ya onun ekvivalentində xarici valyutada mədaxil və (və ya) məxaric əməliyyatların aparılması məqsədilə açılacaq cari hesab üçün. Bu hesablar vasitəsilə milli valyutada pul köçürmələrinə, habelə mal, iş və xidmətlərin dəyərinin ödənilməsi halları istisna olmaqla vəsaitlərin başqa şəxslərin bank hesablarına köçürülməsinə yol verilmir.

5.1.3.          qeyri-rezident şəxslər üçün gücləndirilmiş elektron imza və video görüntü ilə - bu Qaydalara 1 saylı Əlavə ilə müəyyən olunmuş müvafiq sənədlər və məlumatlar tələb edilməklə.

5.2.                Bankda fiziki iştirakı ilə eyniləşdirilməsi aparılmış və bank hesabı mövcud olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər üçün məsafədən yeni bank hesabının açılması zamanı onlardan eyniləşdirilmə və verifikasiya, habelə bu Qaydalara 1 saylı Əlavədə nəzərdə tutulmuş müvafiq sənədlərin təqdim edilməsi tələb olunmur.

 

6.   Bank hesablarına və hesablar üzrə aparılan əməliyyatlara davamlı nəzarət

 

6.1.                Müştərinin və ya onun səlahiyyətli nümayəndəsinin təqdim etdiyi sənəd və məlumatların etibarlılığı, onların bank hesabları vasitəsilə aparılmış əməliyyatların mahiyyətinə uyğunluğu, habelə müştərinin və ya onun səlahiyyətli nümayəndəsinin Qaydaların 4.4- 4.6-cı bəndlərində qeyd olunmuş əlamətlərə malik olması müştərinin risk kateqoriyasından asılı olaraq bank tərəfindən müəyyən edilmiş dövriliklə yoxlanılır.

6.2.                Uyğunsuzluqlar müəyyən edildikdə 2 (iki) iş günü ərzində müştəridən və ya onun səlahiyyətli nümayəndəsindən bunun səbəblərini açıqlayan məlumatların və ya bu Qaydalara 2 saylı Əlavədə göstərilmiş məlumatların yazılı və ya elektron imza ilə təsdiq olunmuş şəkildə 30 (otuz) təqvim günü ərzində verilməsi tələb olunur.

6.3.                Bankın daxili nəzarət sistemi çərçivəsində hesablar üzrə aparılan əməliyyatların xarakterindən, həcmindən, intensivliyindən və təqdim edilən sənədlərin uyğunluğundan asılı olaraq qeyri-adi və şübhəli hesab edilən əməliyyatlar barəsində məlumatlar “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə ötürülür.

 

7.  Bank hesabların açılmasından imtina edilməsi, əməliyyatların icrasının dayandırılması, bank hesablarındakı vəsaitlərin dondurulması və bank hesablarının bağlanması

 

7.1.                Aşağıdakı hallarda bank hesabının açılmasından imtina edilir:

7.1.1.          bank hesabının açılması üçün sənədlər tam təqdim edilmədikdə, təqdim olunmuş sənədlərdə və ya verilmiş məlumatlarda qeyri-dürüst, təhrif olunmuş və ya ziddiyyətli məlumatlar olduqda;

7.1.2.          müştərinin, səlahiyyətli nümayəndəsinin və ya benefisiar mülkiyyətçinin eyniləşdirmə məlumatları PL/TMM Qanununun 7.3-1-ci maddəsində göstərilmiş siyahıda olduqda;

7.1.3.          Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 956.3-cü maddəsində nəzərdə tutulmuş hallarda.

7.2.                Bank hesabı müqaviləsində PL/TMM Qanununda göstərilən hallarda bank hesabı üzrə əməliyyatların dayandırılması və bank hesabındakı vəsaitlərin dondurulması göstərilir. Bu zaman, PL/TMM Qanununun tələbləri gözlənilməlidir.

7.3.       Bank hesabı müqaviləsinin ləğv edilməsi müştərinin hesabının bağlanması üçün əsasdır. Aşağıda müəyyən olunmuş hallarda bank tərəfindən müştərinin bank hesabı bağlanır:

7.3.1.              müştərinin və ya səlahiyyətli nümayəndəsinin ərizəsi daxil olduqda;

7.3.2.              bank hesabı müqaviləsində göstərilən hallarda;

7.3.3.              Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 969-cu maddəsində göstərilmiş hallarda;

7.3.4.              dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən təşkilatlara bank hesabının açılması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyinin icazəsi geri çağırıldıqda;

7.3.5.              Bu Qaydaların 6.2-ci bəndinin tələblərinin pozulduğu hallarda;

7.3.6.              Müştəri və benefisiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyası ilə bağlı tələblər yerinə yetirilə bilinmədiyi, müştəri və ya benefisiar mülkiyyətçi ilə bağlı əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumatlarının doğru olmadığına dair şübhələr olduğu, habelə müştərinin işgüzar münasibətlərinin mahiyyəti və məqsədi barədə məlumatlar əldə etmək mümkün olmadığı hallarda.

7.4.                    Bu Qaydaların 7.1.2-ci yarımbəndində göstərilmiş hal istisna olmaqla bank hesabının açılmasından imtina edildiyi, bank hesabı üzrə əməliyyatlar dayandırıldığı, bank hesabındakı vəsaitlər dondurulduğu və ya bank hesabı bağlandığı gün müştəriyə və ya onun səlahiyyətli nümayəndəsinə bu barədə yazılı (elektron və ya kağız daşıyıcıda) məlumat verilir.

7.5.                    Bank hesabının açılmasından imtina edildikdə bank tərəfindən əldə olunmuş məlumatlar bankda saxlanıla bilər. Bank hesabı bağlandıqda isə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə arxivləşdirilir.

7.6.                    Bank hesabı müqaviləsi ləğv edildiyi halda bank hesabındakı pul vəsaitinin qalığının hüquqi rejimi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Hesabdakı pul vəsaitinin qalığı müştəri tərəfindən geri alınmadıqda və ya vəsaitin köçürülməli olduğu yeni hesab banka bildirilmədikdə, həmin vəsait müvafiq müştəri kateqoriyasının bağlanmış hesablarının uçotu aparılan hesaba köçürülür və müştəriyə bu barədə yazılı (elektron və ya kağız daşıyıcıda) məlumat verilir.

7.7.                    Vəfat etmiş, xəbərsiz itkin düşmüş fiziki şəxslərin, habelə ləğv olunmuş dövlət orqanının, bələdiyyənin, diplomatik nümayəndəliyin və hüquqi şəxslərin bank hesabları üzrə vəsait qalığının hüquqi rejimi Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər hüquqi aktlarla tənzimlənir.

7.8.                    Dövlət orqanının, bələdiyyənin, hüquqi şəxsin, o cümlədən publik hüquqi şəxs, onun filial və nümayəndəliyinin, həmkarlar ittifaqının ilk təşkilatının, ailə kəndli təsərrüfatının, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadə edən torpaq mülkiyyətçilərinin və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin bank hesabı bağlandıqda, bu barədə məlumat 3 (üç) iş günü müddətində vergi orqanına göndərilir.

7.9.                    Bankların hesabları aşağıdakı hallarda bağlanılır:

7.9.1.              bankın müraciətinə əsasən;

7.9.2.              bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edildikdə, Palatanın yazılı müraciəti ilə.

7.10.                Bankın könüllü ləğvi zamanı ləğvetmə komissiyasının, məcburi ləğvi və ya iflas proseduru çərçivəsində isə məhkəmə tərəfindən təyin edilmiş ləğvedicinin müraciətinə əsasən bankın ləğvetmə işlərinin həyata keçirilməsi üçün Mərkəzi Bankda cari hesab açılır, bankın müxbir və digər hesablarında olan vəsaitlər həmin hesaba köçürülür.

7.11.                Ləğv edilən bankın cari hesabının açılması üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına müvafiq olaraq aşağıdakı sənədlər təqdim olunur:

7.11.1.            ərizə (ləğvetmə komissiyası adından verilən ərizə cari hesaba sərəncam vermək səlahiyyətinə malik olan şəxslər tərəfindən imzalanır);

7.11.2.            bank könüllü ləğv edildikdə, bankın ləğvi və ləğvetmə komissiyasının yaradılması haqqında səhmdarların ümumi yığıncağının qərarı (qərarda hesab üzrə sərəncam hüququ olan şəxslər göstərilməlidir);

7.11.3.            bankın məcburi ləğvi və ya müflis elan edilməsi, habelə ləğvedicinin təyin edilməsi barədə məhkəmənin qərarı;

7.11.4.            imza və möhür nümunələri vərəqəsi.

 

8.            Xarici bankların yerli banklarda müxbir hesablarının açılması və bağlanması

 

8.1.                    Xarici bankların yerli banklarda müxbir hesablarının açılması, aparılması və bağlanması qaydası bankın “Öz müştərini tanı” prinsipinə uyğun olaraq daxili qaydalarında əks olunur.

8.2.                    Yerli bank bu Qaydalara 4 saylı Əlavədə göstərilmiş sənədləri əldə edir və əldə edilmiş sənədləri, o cümlədən məlumatları etibarlı mənbələr (bank nəzarəti orqanına sorğular göndərməklə və ya rəsmi nəşrlər və mənbəyi məlum olan digər məlumatlar) vasitəsilə yoxlayır.

8.3.                    Xarici bankların yerli banklarda müxbir hesablarının açılmasından öncə yerli bank ən azı aşağıdakı məlumatları əldə etməklə risk qiymətləndirməsi aparır:

8.3.1.              xarici banka göstəriləcək bank xidmətlərinin məqsədi;

8.3.2.              korrespondent bankda (respondent bankın xeyrinə müxbir hesab açan) açılmış müxbir hesabdan respondent bankın (xeyrinə müxbir hesab açılan bank) respondent bankları tərəfindən istifadə edilməsi;

8.3.3.              korrespondent bankda açılmış müxbir hesabdan respondent bankın müştərisi olan fiziki və ya hüquqi şəxsə birbaşa istifadəyə imkan verilməsi;

8.3.4.              xarici bankın əsas fəaliyyət istiqaməti, onun müştəriləri üçün təklif etdiyi xidmət növləri və müştəri spektri;

8.3.5.              xarici bankın yerli bank tərəfindən tələb edilən dövr ərzində apardığı əməliyyatların növləri və sayı;

8.3.6.              xarici bankın idarəetmə orqanları, təşkilati-strukturu, benefisiarlar mülkiyyətçiləri və bunun çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi riskini daşıması;

8.3.7.              xarici bankın cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılması risklərinin müəyyən edilməsi və qarşısının alınması üzrə siyasət və prosedurlarının olması, o cümlədən respondent bankın öz müştərilərini tanıması üçün tətbiq etdiyi tədbirlər;

8.3.8.              xarici banka qarşı törətdiyi inzibati xətaya və ya cinayət əməlinə görə sanksiyanın tətbiq edilməsi və ya məsuliyyətə cəlb edilməsi;

8.3.9.              xarici bankın fəaliyyət göstərdiyi ölkə;

8.3.10.          xarici bankın törəmə cəmiyyətləri və filiallarının yerləşdiyi ölkə, o cümlədən müxbir bankçılıq xidmətlərindən istifadə edəcək üçüncü tərəflərin yerləşdiyi ölkə;

8.3.11.          xarici bankın ölkəsində (respondent bank holdinq şirkətinin tərkibində olduqda, holdinq şirkətinin qeydiyyatda olduğu ölkədə) tətbiq olunan tənzimləmə və nəzarət (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə normativ hüquqi çərçivə haqqında).

8.4.                    Korrespondent bankda açılmış müxbir hesabdan respondent bankın respondent bankları tərəfindən istifadə edilməsi məlum olduqda, müxbir hesab açan respondent bankın risk qiymətləndirilməsi aparılması məqsədilə korrespondent bank aşağıdakı məlumatları da əldə edir:

8.4.1.              respondent bankın xidmət göstərdiyi maliyyə institutlarının sayı və növü;

8.4.2.              respondent bankla onun respondent banklarının fərqli ölkədə yerləşib yerləşməməsi və həmin ölkədə (yaxud ölkələrdə) cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə hüquqi aktların ictimaiyyətə açıq olması;

8.4.3.              respondent bankın müxbir hesabdan digər respondent banklara göstərdiyi bank xidmətlərinin növləri;

8.4.4.              korrespondent və respondent bank arasında müxbir bankçılıq münasibətlərinin davamlılıq müddəti (olduğu təqdirdə).

8.5.                    Müxbir bankçılıq münasibətlərinin qurulması və dayandırılması haqqında qərar korrespondent bankın səlahiyyətli idarəetmə orqanı tərəfindən qəbul edilir.

8.6.                    Aşağıdakı hallarda müxbir hesabların açılmasından imtina edilir:

8.6.1.              xarici bank tərəfindən bu Qaydaların 8.2-ci bəndi ilə müəyyən olunmuş tələblər qismən və ya tam yerinə yetirilmədikdə;

8.6.2.              hesab açılması üçün təqdim olunmuş sənədlərdə və ya verilmiş məlumatlarda qeyri-dürüst, təhrif olunmuş və ya ziddiyyətli məlumatlar olduqda;

8.6.3.              hesabdan qeyri-qanuni fəaliyyət üçün istifadə ediləcəyi barədə əsaslı şübhələr olduqda;

8.6.4.              respondent bank hər hansı bir dövlətdə və ya ərazidə fiziki mövcudluğu olmayaraq dövlət qeydiyyatına alınmış, bank lisenziyası almış, lakin bank tənzimləməsi və nəzarəti orqanları tərəfindən tənzimləmə və nəzarət prosesləri ilə əhatə edilə bilməyən bank olduqda, o cümlədən müxbir hesabdan qeyd edilən xüsusiyyətlərə malik bank tərəfindən istifadə ediləcəyi müəyyən edildikdə.

8.7.                    Bank aşağıda müəyyən olunmuş hallarda müştərinin müxbir hesabını bağlayır:

8.7.1.              xarici bankın ərizəsi daxil olduqda;

8.7.2.              müxbir hesabın açılması üçün təqdim edilən sənədlərin etibarsız hesab olunması ilə bağlı müvafiq orqandan məlumat daxil olduqda;

8.7.3.              xarici bankın bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edildikdə;

8.7.4.              müxbir hesabından qeyri-qanuni fəaliyyət üçün istifadə olunduğuna və ya olunacağına dair əsaslı şübhələr olduqda;

8.7.5.              müxbir hesab müqaviləsində göstərilən hallarda.

 

9. Maliyyə bazarlarında fəaliyyətinə nəzarət olunan subyektlərin Azərbaycan Respublikasının hüdudlarından kənarda bank hesablarının açılması

 

9.1. Maliyyə bazarlarında fəaliyyətinə nəzarət olunan subyektlər Azərbaycan Respublikasının hüdudlarından kənarda sərbəst şəkildə hesablar aça bilərlər.

9.2. Maliyyə bazarlarında fəaliyyətinə nəzarət olunan subyektlər sahibkarlıq fəaliyyəti məqsədləri üçün Azərbaycan Respublikasının hüdudlarından kənarda hesab açarkən vergi orqanlarından şəhadətnamə-dublikat almalı və hesab üzrə əməliyyatlar aparıldığı tarixədək onun bildiriş adlanan digər hissəsini müvafiq qeydlər etməklə dərhal vergi orqanına təqdim etməlidirlər.

 

 


 

 

“Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”na

Əlavə 1

 

Bank hesablarının açılması üçün tələb olunan sənədlər və məlumatlar

 

1.                 Dövlət orqanları, bələdiyyələr, hüquqi şəxslər, o cümlədən publik hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən cari hesabın açılması üçün aşağıdakı sənədlər tələb olunur:

1.1.           dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən təşkilatlara bank hesabının açılması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyinin icazə məktubu;

1.2.           bələdiyyənin nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktın mətni;

1.3.           hüquqi şəxsin nizamnaməsinin müvafiq qeydiyyat orqanlarının elektron informasiya sistemi vasitəsilə əldə edildiyi hallar istisna olunmaqla notariat qaydasında təsdiq olunmuş surəti;

1.4.           müvafiq dövlət hakimiyyəti orqanının aktı ilə təsdiq olunmuş nizamnamə (əsasnamə) əsasında fəaliyyət göstərən dövlət orqanının (qurumunun) nizamnaməsini (əsasnaməsinin) təsdiq edən müvafiq akt;

1.5.           hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın müvafiq qeydiyyat orqanlarının elektron informasiya sistemi vasitəsilə əldə edildiyi hallar istisna olunmaqla notariat qaydasında təsdiq olunmuş surəti (ən son dəyişiklikləri əks etdirməklə);

1.6.           sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd məlumatları;

1.7.            Kommersiya və qeyri-kommersiya hüquqi şəxsləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikat;

1.8.             imza və möhür nümunələri vərəqəsi.

2.                 Hüquqi şəxslərin filiallarına və nümayəndəliklərinə cari hesabların açılması üçün aşağıdakı sənədlər tələb olunur:

2.1.           hüquqi şəxsin dövlət reyestrindən çıxarışının müvafiq qeydiyyat orqanlarının elektron informasiya sistemi vasitəsilə əldə edildiyi hallar istisna olunmaqla notariat qaydasında təsdiq olunmuş surəti (ən son dəyişiklikləri əks etdirməklə) ;

2.2.           filialın, nümayəndəliyin hüquqi şəxs tərəfindən təsdiq edilmiş əsasnaməsinin müvafiq qeydiyyat orqanlarının elektron informasiya sistemi vasitəsilə əldə edildiyi hallar istisna olunmaqla notariat qaydasında təsdiq olunmuş surəti (nümunəvi əsasnamə əsasında fəaliyyət göstərən qurumlar üçün əsasnaməsinin nümunəvi olduğunu təsdiq edən sənəd tələb olunur);

2.3.                vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikat;

2.4.                imza və möhür nümunələri vərəqəsi.

3.                        Fiziki şəxsin cari hesabının açılması üçün bu Qaydalara 1 saylı Əlavənin 9.2-ci bəndində göstərilən sənəd məlumatları əldə olunur.

4.                        Həmkarlar ittifaqının ilk təşkilatına cari hesabın açılması üçün aşağıdakı sənədlər tələb olunur:

4.1.                  Həmkarlar ittifaqı ilk təşkilatının yaradılması haqqında qərar və ya qərardan çıxarış;

4.2.                  üzv olduğu həmkarlar ittifaqı birliyinin nizamnaməsinin müvafiq qeydiyyat orqanlarının elektron informasiya sistemi vasitəsilə əldə edildiyi hallar istisna olunmaqla notariat qaydasında təsdiq olunmuş surəti;

4.3.                  imza və möhür nümunələri vərəqəsi;

4.4.                  vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikat.

5.                        Ailə kəndli təsərrüfatına cari hesabın açılması üçün aşağıdakı sənədlər tələb olunur:

5.1.                 müvafiq ərazi üzrə uçota alındığı bələdiyyə tərəfindən verilmiş vəsiqənin müvafiq qeydiyyat orqanlarının elektron informasiya sistemi vasitəsilə əldə edildiyi hallar istisna olunmaqla notariat qaydasında təsdiq olunmuş surəti;

5.2.                 ailə kəndli təsərrüfatın başçısının şəxsiyyətini təsdiq edən sənəd məlumatları;

5.3.                  imza nümunəsi vərəqəsi;

5.4.                  vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikat.

6.                        Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadə edən torpaq mülkiyyətçilərinə cari hesabın açılması üçün aşağıdakı sənədlər tələb olunur:

6.1.                 mülkiyyətçinin şəxsiyyətini təsdiq edən sənəd;

6.2.                 vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikat;

6.3.                 imza nümunəsi vərəqəsi.

7.           Müvəqqəti cari hesabın açılması üçün aşağıdakı sənədlər tələb olunur:

7.1.                  hesabın açılması üçün təsisçinin (təsisçilərin) müvəkkil etdiyi şəxs müraciət etdikdə, həmin şəxsə təsisçi (təsisçilər) tərəfindən verilmiş və notariat qaydasında təsdiq olunmuş etibarnamə;

7.2.                  müvəkkil şəxsin şəxsiyyətini təsdiq edən sənəd məlumatları;

7.3.                  imza nümunəsi vərəqəsi;

7.4.                  investisiya qiymətli kağızları kütləvi təklif edilərkən onların dəyərini ifadə edən pul vəsaitlərinin saxlanılması üçün müvəqqəti cari hesabın açılması zamanı qiymətli kağızların dövlət reyestrindən çıxarışın və emissiya prospektinin təsdiq olunması haqqında yazılı bildirişin surətləri (“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda);

8.                        Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa kredit verilərkən müştəriyə cari və eyni zamanda kredit hesabı açılır. Müştəri ilə müvafiq bank hesabı müqaviləsi bağlanılır, həmin müqavilənin şərtləri həm kredit, həm də cari hesaba şamil edilir. Kredit hesabının açılması üçün aşağıdakı sənədlər təqdim olunur:

8.1.                  kredit müqaviləsinə əsasən kreditin istifadəsi və ödənilməsi cari hesab vasitəsilə həyata keçirildikdə, kreditin rəsmiləşdirilməsinə dair sənədlər;

8.2.                  kredit müqaviləsinə əsasən kreditin istifadəsi və/və ya ödənilməsi bilavasitə kredit hesabı vasitəsilə həyata keçirildikdə, bu Qaydalarda cari hesabların açılması üçün tələb olunan sənədlər;

8.3.                  sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər üçün bu Qaydalarda əmanət hesablarının açılması üçün tələb olunan və kreditin rəsmiləşdirilməsinə dair sənədlər.

9.             Əmanət (depozit) hesabının açılması üçün aşağıdakı sənədlər tələb olunur:

9.1.                     dövlət orqanları, bələdiyyələr, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, hüquqi şəxslər, o cümlədən publik hüquqi şəxslər, onların filial və nümayəndəlikləri üçün bu Qaydalara 1 saylı Əlavənin 1-ci və 2-ci hissələrində göstərilən sənədlər;

9.2.                  fiziki şəxslər üçün:

9.2.1.          şəxsiyyətini təsdiq edən sənəd məlumatları (bu Qaydalara 1 saylı Əlavənin 2 saylı Qeydinin 1-4, 1-5 və 1-6 hissələrində göstərilən sənədlər təqdim edilir, bankda saxlanılması üçün surəti çıxarılır və sənəd geri qaytarılır);

9.2.2.          imza nümunəsi vərəqəsi.

9.3.                  ailə kəndli təsərrüfatı üçün bu Qaydalara 1 saylı Əlavənin 5-ci hissəsində göstərilən sənədlər.

9.4.                  mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadə edən torpaq mülkiyyətçiləri üçün bu Qaydalara 1 saylı Əlavənin 6-cı hissəsində göstərilən sənədlər.

10.                    Üçüncü şəxslərin xeyrinə bank əmanəti hesabının açılması üçün aşağıdakı sənədlər tələb olunur:

10.1.              xeyrinə hesab açılan şəxsin eyniləşdirilməsini mümkün edən məlumatlar (hüquqi şəxs üçün-onun adı və dövlət reyestrindən çıxarışın məlumatları, fiziki şəxs üçün-adı, atasının adı, soyadı, şəxsiyyətini təsdiq edən sənəd məlumatları (bu Qaydalara 1 saylı Əlavənin 2 saylı Qeydinin 1-4, 1-5 və 1-6 hissələrində göstərilən sənədlər təqdim edilir, bankda saxlanılması üçün surəti çıxarılır və sənəd geri qaytarılır);

10.2.              hesabı açan fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənəd məlumatları (bu Qaydalara 1 saylı Əlavənin 2 saylı Qeydinin 1-4, 1-5 və 1-6 hissələrində göstərilən sənədlər təqdim edilir, bankda saxlanılması üçün surəti çıxarılır və sənəd geri qaytarılır);

10.3.              hesabı açan hüquqi şəxs olduqda, nizamnaməsinin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının müvafiq qeydiyyat orqanlarının elektron informasiya sistemi vasitəsilə əldə edildiyi hallar istisna olunmaqla notariat qaydasında təsdiq olunmuş surəti (ən son dəyişiklikləri əks etdirməklə) və üçüncü şəxsin xeyrinə hesab açılmasına dair təsisçilərin qərarının surəti;

10.4.              Xeyrinə depozit hesabı açılan şəxs hesab üzrə əmanətçi hüquqlarından istifadə etmək niyyətini banka bildirdikdə, əmanət (depozit) hesabı açılması üçün bu Qaydalarla müəyyən edilmiş sənədlər həmin şəxsə münasibətdə tələb olunur;

10.5.              Hesabı açan şəxs açdığı hesabdan Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq surətdə özü istifadə etdikdə, həmin fiziki şəxs barəsində əmanət (depozit) hesabının açılması üçün bu Qaydalarla müəyyən edilmiş sənədlər, hüquqi şəxs barəsində isə imza və möhür nümunələri vərəqəsi və bu Qaydalara 1 saylı Əlavənin 1.7-ci bəndində göstərilən sənədlər tələb edir.

11.                    Cari subhesabın açılması üçün aşağıdakı sənədlər tələb olunur:

11.1.              hüquqi şəxsin dövlət reyestrindən çıxarışının müvafiq qeydiyyat orqanlarının elektron informasiya sistemi vasitəsilə əldə edildiyi hallar istisna olunmaqla notariat qaydasında təsdiq olunmuş surəti (ən son dəyişiklikləri əks etdirməklə);

11.2.              vergi orqanı tərəfindən hüquqi şəxsə verilmiş şəhadətnamə-dublikat. Yerli qurum vergi ödəyicisi olduqda özünün şəhadətnamə-dublikatı;

11.3.              imza və möhür nümunələri vərəqəsi.

12.                    Bankların və digər kredit təşkilatlarının bank hesablarının açılması zamanı bu Qaydalara 1 saylı Əlavənin 1-ci hissəsində nəzərdə tutulan sənədlərə əlavə olaraq banklar tərəfindən həmçinin hesab üzrə sərəncam hüququna malik olan inzibatçının təyinatı ilə bağlı Palata tərəfindən verilmiş yazılı məlumat təqdim olunur.

13.                    Hüquqi şəxs olan müştərinin müxtəlif növ bank hesabları eyni bankda açıldıqda yeni hesab üzrə müvafiq olaraq vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatı tələb olunur. Bankda açılan yeni hesab üzrə sərəncam vermək hüququ digər şəxslərə həvalə edildikdə, yeni hesab üzrə imza və möhür nümunəsi də təqdim olunur.

14.                    Zəmanət kassası hesabının açılması üçün aşağıdakı sənədlər tələb olunur:

14.1.              xüsusi notariusun qeydiyyat vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti;

14.2.              imza və möhür nümunələri vərəqəsi.

15.                    Sığorta bank hesabının açılması üçün aşağıdakı sənədlər tələb olunur:

15.1.              Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsini təsdiq edən sənədin (vəkil vəsiqəsinin) müvafiq qeydiyyat orqanlarının elektron informasiya sistemi vasitəsilə əldə edildiyi hallar istisna olunmaqla notariat qaydasında təsdiq edilmiş surəti;

15.2.              imza nümunəsi vərəqəsi.

16.                    Dövlət və xüsusi notariusun depozit hesabının açılması üçün aşağıdakı sənədlər tələb olunur:

16.1.              notariat fəaliyyətinə nəzarəti həyata keçirən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qurumunun notariusun bankda depozit hesabının açılmasına razılıq məktubu;

16.2.              xüsusi notariusun qeydiyyat vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti;

16.3.              imza və möhür nümunələri vərəqəsi.

17.                  Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxsin xüsusi hesabının açılması üçün aşağıdakı sənədlər tələb olunur:

17.1.            hesab açan şəxs rezident hüquqi şəxs və qeyri-rezident hüquqi şəxsin filialı, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda bu Qaydalarda əmanət hesablarının açılması üçün tələb olunan sənədlər;

17.2.             imza və möhür nümunələri vərəqəsi.

18.                    Rezident olan şəxslərə xarici valyutada bank hesablarının açılması üçün bu Qaydalara 1 saylı Əlavənin 1-13-cü hissələrində göstərilən sənədlər tələb olunur.

19.                     Vergi ödəyicisinin milli və ya xarici valyutada bank hesabı olan bankda yeni bank hesabının açılması üçün vergi orqanı tərəfindən verilən şəhadətnamə-dublikat tələb olunur.

20.                    Qeyri-rezidentlərə milli və xarici valyutada bank hesablarının açılması üçün aşağıdakı sənədlər tələb olunur:

20.1.              xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin Azərbaycan Respublikasında dövlət reyestrindən çıxarışının müvafiq qeydiyyat orqanlarının elektron informasiya sistemi vasitəsilə əldə edildiyi hallar istisna olunmaqla notariat qaydasında təsdiq olunmuş surəti (ən son dəyişiklikləri əks etdirməklə) (hesab xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri üçün açıldıqda);

20.2.              xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş əsasnaməsinin müvafiq qeydiyyat orqanlarının elektron informasiya sistemi vasitəsilə əldə edildiyi hallar istisna olunmaqla notariat qaydasında təsdiq olunmuş surəti (hesab xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri üçün açıldıqda);

20.3.              fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd məlumatları;

20.4.              Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə başqa hal nəzərdə tutulmadıqda, hüquqi şəxs olan qeyri-rezidentin təsis və qeydiyyat sənədlərinin qanunvericiliyə müvafiq qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş surətləri (hesab xarici hüquqi şəxs üçün açıldıqda);

20.5.              vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikat (sahibkarlıq fəaliyyəti məqsədi ilə açılan hesablar üçün);

20.6.              imza və möhür nümunələri vərəqəsi;

20.7.              Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulduğu halda, hesabın açılması üçün xarici ölkənin müvafiq dövlət qurumlarının (maliyyə bazarlarına nəzarət orqanının və ya digər dövlət qurumunun) xüsusi icazəsi (bu Qaydalara 1 saylı Əlavənin 20.4-cü bəndində nəzərdə tutulmuş qaydada);

20.8.              Rəsmi nümayəndəliklərə bank hesablarının açılması üçün aşağıdakı sənədlər tələb olunur:

20.8.1.        xarici diplomatik və digər rəsmi nümayəndəliyin statusunu təsdiqləyən sənəd (Azərbaycan dilinə tərcümə edilmiş və notariat qaydasında təsdiq edilmiş surəti);

20.8.2.        imza və möhür nümunələri vərəqəsi.

 

Qeyd 1:

1-1. Hüquqi şəxslərin dövlət reyestrindən çıxarış kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, qeyri-kommersiya hüquqi şəxslərə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, dini qurumlara Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən verilir.

1-2. 1992-ci il 1 oktyabr tarixinədək müvafiq icra hakimiyyəti orqanlarında, 1996-cı il 1 iyun tarixinədək isə aşağıda göstərilən orqanlarda dövlət qeydiyyatına alınmış şəxslərin dövlət qeydiyyatı haqqında sənədləri bu Qaydalara 1 saylı Əlavənin 1.5-ci bəndində qeyd olunan qeydiyyat sənədi ilə eyni hüquqi qüvvəyə malikdir:

1-2.1. sığorta təşkilatları - Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarətində;

1-2.2. banklar – Azərbaycan Respublikasının Milli Bankında;

1-2.3. tədris müəssisələri - Azərbaycan Respublikasının Nazirlər Kabinetində və Təhsil Nazirliyində;

1-2.4. icarə müəssisələri, mənzil-tikinti kooperativləri və kəndli (fermer) təsərrüfatları - yerli icra hakimiyyəti orqanlarında;

1-2.5. kütləvi informasiya vasitələri - Azərbaycan Respublikasının Mətbuat və İnformasiya Nazirliyində;

1-2.6. birgə və tam xarici investisiyalı müəssisələr - Azərbaycan Respublikasının Maliyyə Nazirliyində;

1-2.7. xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri - Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyində.

 

Qeyd 2:

Bu Qaydalara 1 saylı Əlavənin 1.6-cı, 5.2-ci, 7.2-ci, 9.2.1-ci, 10.1-ci, 10.2-ci və 20.3-cü bəndlərin, habelə bu Qaydalara 4 saylı Əlavənin 3-cü hissəsinin məqsədləri üçün şəxsiyyəti təsdiq edən sənədlərə aşağıdakılar aiddir:

1-1. şəxsiyyət vəsiqəsi (Azərbaycan Respublikasının vətəndaşları üçün);

1-2. pasport, yaxud Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqəsi (əcnəbilər üçün);

1-3. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilən şəxsiyyət vəsiqəsi, yaxud Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün vətəndaşlığı olmayan şəxslərə verilən icazə vəsiqəsi;

1-4. hərbi bilet (hesabın açılması və ya əməliyyatın aparılması anında həqiqi hərbi xidmətdə olan şəxslər üçün);

1-5. hərbi xidmətə könüllü qəbul edilmiş hərbi qulluqçulara, hərbi vəzifəlilərə və qadınlara (kursantların həqiqi hərbi xidməti hərbi qulluqçularından başqa) onların qəbul olunduğu həqiqi hərbi xidmətin növündən asılı olaraq şəxsiyyəti təsdiq edən müəyyən edilmiş formada verilmiş vəsiqələr;

1-6. kursantların həqiqi hərbi xidmətinə daxil olmuş Azərbaycan Respublikasının vətəndaşlarına verilmiş hərbi bilet;

1-7. qaçqın vəsiqəsi (qaçqın statusu olan şəxslər üçün).

 

Qeyd 3:

1-1. Müvəqqəti cari hesab üzrə yalnız təsərrüfat subyektinin nizamnamə kapitalının (şərikli kapitalın, payların) formalaşdırılması və bank xidmətləri haqqının ödənilməsi ilə bağlı əməliyyatlar aparıla bilər.

1-2. Dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusu almış təsərrüfat subyektinə müvəqqəti cari hesabı olan bankda və ya onun seçdiyi digər bankda bu Qaydalarda müəyyən olunmuş qaydada cari hesab açılır və hesabda olan vəsait onun müvəkkil şəxsinin tapşırığına əsasən həmin cari hesaba köçürülür.

1-3. Təsərrüfat subyekti dövlət qeydiyyatına alınmadıqda, müvəqqəti cari hesaba mədaxil edilmiş vəsait müvəkkil şəxsin ərizəsinə əsasən geri qaytarılır və ya müvəkkil şəxsin sərəncamına əsasən təsisçilərin bank hesablarına köçürülür.

1-4. Palata investisiya qiymətli kağızlarının emissiyasının və ya kütləvi təklifinin yekunları haqqında hesabatı təsdiq etdikdən sonra kütləvi təklif edilən investisiya qiymətli kağızlarının dəyərini ifadə edən pul vəsaitlərinin saxlanılması üçün açılmış müvəqqəti cari hesab bağlanılır və hesabda olan pul vəsaitləri emitentin hesabına köçürülür (kütləvi təklif edilən investisiya qiymətli kağızları üçün).

 

 


 

 

“Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”na

Əlavə 2

 

ƏLAVƏ EYNİLƏŞDİRMƏ MƏLUMATLARI

 

1. Müştəri tərəfindən əlavə məlumatların təqdim edilmə tarixi:

 

FİZİKİ ŞƏXSLƏRƏ DAİR (ÜMUMİ)

 

2. Əvvəlki adı, soyadı, atasının adı, və müvafiq olaraq dəyişilmə tarixləri barədə məlumat (olduqda):

 

3. Üçüncü şəxs adından, üçüncü şəxs xeyrinə və ya üçüncü şəxsin vəsaitləri (əmlakı) ilə əməliyyatlar aparılacaqsa, həmin şəxs(lər) hüquqi şəxs olduqda adı, qeydiyyat ölkəsi, fiziki şəxs olduqda adı, soyadı, atasının adı, təvəllüdü, habelə həmin şəxslərə aid vəsaitlərin məbləği (manat ekvivalentində):

 

4. Hazırkı iş yeri, vəzifəsi:

 

5. Gəlirin əsas mənbələri:

 

Gəlir mənbəyi

Son 1 ildə orta aylıq gəlirin həcmi (manat ekvivalentində)

Əmək haqqı

 

Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir

 

Pensiya, sosial müavinətlər, sosial yardımlar və digər sosial ödənişlər

 

İcarədən, rentadan, royaltidən əldə olunan gəlir

 

Depozit faizləri

 

Dividend ödənişləri

 

Maddi yardım

 

Digər (qeyd edilir)

 

 

6. Hesabları olan digər bankların adları (ölkələri):

 

SİYASİ XADİMLƏRƏ VƏ ƏLAQƏSİ OLAN DİGƏR ŞƏXSLƏRƏ DAİR

 

7. Müştəri (və ya onun nümayəndəsi) siyasi xadim olduqda:

7.1. Tutduğu və / və ya tutmuş olduğu siyasi vəzifələrinin, iş yerlərinin adı və çalışma tarixləri;

7.2. Ailə üzvlərinin və yaxın qohumlarının (ər/arvad, ata/ana, oğlu/qızı, baba/nənə, nəvə, qardaş/bacı, övladlığa götürülən, övladlığa götürən) adı, soyadı, atasının adı, təvəllüdü.

 

8. Müştəri (və ya onun nümayəndəsi) siyasi xadimin ailə üzvü, qohumu və ya tərəfdaşı olduqda:

8.1. Əlaqəsi olan siyasi xadimin adı, soyadı, atasının adı, təvəllüdü, iş yeri, vəzifəsi;

8.2. Əlaqəsinin mahiyyəti (qohumluq dərəcəsi və / və ya tərəfdaşlığın mahiyyəti).

 

Sahibkarıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər

 

9. Hazırkı fəaliyyət sahələri:

 

10. Sahibkarlıq fəaliyyəti üzrə filial, şöbə və ya nümayəndəliklərinin sayı:

 

11. Sahibkarlıq fəaliyyəti üzrə işçilərinin ümumi sayı:

 

12. Hazırkı aktivlərin həcmi (manat ekvivalentində):

 

13. Son 12 aylıq dövrdə mənfəətinin orta aylıq həcmi (manat ekvivalentində):

 

14. Son 12 aylıq dövrdə orta aylıq dövriyyəsi (manat ekvivalentində):

 

15. Son 12 aylıq dövrdə xaricə edilən köçürmələrin orta aylıq məbləği (manat ekvivalentində):

 

16. Son 12 aylıq dövrdə xaricdən edilən köçürmələrin orta aylıq məbləği (manat ekvivalentində):

 

HÜQUQİ ŞƏXSLƏRƏ DAİR

 

17. Əvvəlki ad(lar)ı, adların dəyişilmə tarixləri, əvvəlki idarəetmə orqan(lar)ının rəhbər(lər)inin, 10%-dən yuxarı həcmdə paya malik olan təsisçil(ər)in, səhmdar(lar)ın adları, soyadı, atasının adı, təvəllüdü, onların dəyişilmə tarixi barədə məlumat:

 

18. Üçüncü şəxs adından, üçüncü şəxs xeyrinə və ya üçüncü şəxsin vəsaitləri (əmlakı) ilə əməliyyatlar aparılacaqsa həmin şəxs(lər)in hüquqi şəxs olduqda adı, qeydiyyat ölkəsi, fiziki şəxs olduqda adı, soyadı, atasının adı, təvəllüdü, habelə həmin şəxslərə aid vəsaitlərin məbləği (manat ekvivalentində):

19. Hazırkı fəaliyyət sahələri:

20. Filial, şöbə və ya nümayəndəliklərinin sayı:

21. Əməkdaşlarının ümumi sayı:

22. Hesabları olan digər bankların(hesab açıldığı ölkənin adı qeyd olunmaqla) adları:

23. Hazırkı aktivlərin həcmi (manat ekvivalentində):

24. Son 12 aylıq dövrdə mənfəətinin orta aylıq həcmi (manat ekvivalentində):

25. Son 12 aylıq dövrdə orta aylıq dövriyyəsi (manat ekvivalentində):

26. Son 12 aylıq dövrdə xaricə edilən köçürmələrin orta aylıq məbləği (manat ekvivalentində);

27. Son 12 aylıq dövrdə xaricdən edilən köçürmələrin orta aylıq məbləği (manat ekvivalentində):

28. Rəhbərlərindən, kapitalında 10%-dən yuxarı həcmdə paya malik olan təsisçilərindən, səhmdarlarından, hesabına imza hüququna malik olan şəxslərdən və ya digər nümayəndələrindən birinin siyasi xadim olması:

28.1. şəxsin adı, soyadı, atasının adı, təvəllüdü, həmin vəzifənin, iş yerinin adı və vəzifənin tutması tarixləri;

28.2. şəxsin hazırda və ya əvvəllər belə vəzifələri tutan şəxslərin qohumu olduqda, həmin vəzifələri tutan şəxslərin adı, soyadı, atasının adı, təvəllüdü, iş yeri, vəzifəsi və qohumluq dərəcəsi (ər/arvad, ata/ana, oğlu/qızı, baba/nənə, nəvə, qardaş/bacı, övladlığa götürülən, övladlığa götürən).

29. Bu Qaydaların 4.7-ci bəndi nəzərə alınaraq, 10%-dən yuxarı həcmdə paya malik olan hüquqi şəxs olan təsisçilərinin və səhmdarlarının rəhbərləri, təsisçiləri, səhmdarları barədə eyniləşdirmə məlumatları.

 

 

 


 

 

“Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”na

Əlavə 3

 

Üz tərəfi

 

İmza və möhür nümunəsi vərəqəsi

 

                                               KODLAR                               BANKIN QEYDİ

 

Hesabın sahibi

 

İmza nümunələrini qəbul etməyə icazə verən

 

(imza)

 

 

 

“______”_____________________20__il

 

Digər qeydlər

(tam adı)

VÖEN

 

Ünvan

 

Tel. N                                 Faks.N

Yuxarı təşkilatın adı

(dövlət hakimiyyəti, bələdiyyə orqanı, hüquqi şəxs)

Bankın adı

 

 

SWIFT kodu

 

 

 

 

 

Bankın ünvanı

 

Xahiş edirik göstərilən imzalar nümunələrini hesab üzrə əməliyyatlar apararkən zəruri hesab edəsiniz.

 

 

 

 


 

 

Arxa tərəfi

№-li hesab

 

 

 

   _________________________№-li hesab

hesab sahibinin adı

Vəzifəsi

Adı, atasının adı, soyadı

İmza nümunələri

 

Birinci və ya ikinci imzadan

müvəqqəti istifadə edən vəzifəli

şəxsin səlahiyyət müddəti

 

 

 

 

Birinci imza

 

 

 

 

 

 

Möhür əksinin nümunəsi

 

İkinci imza

 

 

 

 

 

Hesab üzrə sərəncam hüququ, bu vərəqədə sərəncam hüququ olan şəxslər tərəfindən ayrı-ayrılıqda həyata keçirilə bilər ki, bunu öz imzalarımızla təsdiq edirik.

İmza

Hesab üzrə sərəncam hüququ, bu vərəqdə sərəncam hüququ olan şəxslər tətrəfindən yalnız birlikdə həyata keçirilə bilər ki, bunu öz imzalarımızla təsdiq  edirik.

İmza

 

 

*Qeyd: Əgər hesab üzrə sərəncam yuxarıdakı xanalarda göstəriləndən fərqlidirsə, aşağıdakı “Digər qeydlər” hissəsində ətraflı qeyd edilir.

Digər qeydlər:

 

 

 

Notariusun təsdiq qeydləri

 

“____”________________20____il

 

Mən, ................................................................................................................................................................................................................................................

(notarial kontorunun adı)

notariusu.........................................................................................................................................................................................................................................

(adı, atasının adı, soyadı)

Vətəndaşlar.....................................................................................................................................................................................................................................

 

.........................................................................................................................................................................................................................................................

şəxsiyyətinə şəhadət verirəm.                                                                   (adı, atasının adı, soyadı)

 

                                Reyesterdə...........................N ilə qeyd edilib.................manat dövlət rüsumu alınıb............................................

M.Y.

                                   Notarius...............................................................                                                                    (imza)

 

Səlahiyyətli şəxs:

            

             .............................................                       M.Y.                      “______” ____________20___il 

         (imza)

 

 

 


Üz tərəfi

 

Fiziki şəxsin imza nümunəsi vərəqəsi

 

                                                                                                       KODLAR                   BANKIN QEYDİ

 

 

Hesabın sahibi

 

 

İmza nümunələrini qəbul etməyə icazə verən

Müvəkkil şəxs

 

(imza)

(Adı, atasının adı, soyadı)

 

 

Şəxsiyyəti təsdiq edən sənəd ___________N____________

Tarixi ________________orqanın adı__________________

VÖEN

(fərdi sahibkar)

"______    ____________________ 20___il

 

 

Ünvan

 

Tel N

Faks N

 

 

Digər qeydlər

 

Bankın adı

 

 

 

 

 

SWIFT KODU

 

 

 

Bankın ünvanı

 

 

 

Xahiş edirik göstərilən imzalar nümunələrini hesab üzrə əməliyyatlar apararkən zəruri hesab edəsiniz.

 

 

 

 

 

 


 

 

 

Arxa tərəfi

№-li hesabr

 

 

Hesab üzrə əməliyyat aparan şəxsin adı, atasının adı, soyadı

İmza nümunələri

Qeyd

1.

 

 

2.

 

 

 

 

 

 

Hesab üzrə sərəncam hüququ, bu vərəqədə sərəncam hüququ olan şəxslər tərəfindən ayrı-ayrılıqda həyata keçirilə bilər ki, bunu öz imzalarımızla təsdiq edirik.

İmza

Hesab üzrə sərəncam hüququ, bu vərəqədə sərəncam hüququ olan şəxslər tətrəfindən yalnız birlikdə həyata keçirilə bilər ki, bunu öz imzalarımızla təsdiq  edirik.

İmza

 

 

 

*Qeyd: Əgər hesab üzrə sərəncam yuxarıdakı xanalarda göstəriləndən fərqlidirsə, aşağıdakı “Digər qeydlər” hissəsində ətraflı qeyd edilir.

 

Digər qeydlər:

 

 

 

Mən,_____________________________________________________________________________________________________________

(bankın məsul şəxsin adı, atasının adı, soyadı)

      ________________________________________________________________________________________________________________

    Vətəndaş_______________________________________________________________________________________________________

(adı, atasının adı, soyadı)

şəxsən mənim yanımda yuxarıda etdiyi imzasını təsdiq edirəm. Həmin vətəndaşın şəxsiyyəti müəyyən edilib və onun fəaliyyət qabiliyyəti yoxlanılıb.

 

    Səlahiyyətli şəxs:

                                    ...........................................

                                                   (imza)

     M.Y.                      “______” ____________20___il

 

 

 


 

 

“Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”na

Əlavə 4

 

Xarici bankların yerli banklarda müxbir hesablarının açılması üçün tələb olunan sənədlər

 

Xarici bankların yerli banklarda milli və xarici valyutada müxbir hesablarının açılması üçün aşağıdakılar təqdim olunur:

 

1. bankın nizamnaməsinin və ya hüquqi statusunu əks etdirən digər sənədin, habelə qeydiyyatdan keçdiyi ölkədə müvafiq dövlət qurumu tərəfindən bank fəaliyyətinə icazə verən sənədin surətləri;

2. bankın yerləşdiyi ölkədə qeydiyyatdan keçdiyini təsdiq edən sənədin, nizamnamənin (əsasnamənin), ən azı son maliyyə ili üçün auditor yoxlamasından keçmiş illik maliyyə hesabatlarının və auditor rəyinin surəti; 

3. bankın benefisiar mülkiyyətçiləri və bankın rəhbər(lər)liyi haqqında məlumat, onların şəxsiyyəti təsdiq edən sənədlərin surətləri, habelə hesab üzrə sərəncam vermək hüququ olan şəxsin (şəxslərin) imza nümunələrinin və bankın möhürünün əksi;

4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulduğu halda, xarici bankın yerləşdiyi ölkənin qanunvericiliyi ilə tələb olunduğu halda həmin ölkənin səlahiyyətli orqanı tərəfindən (maliyyə bazarlarına nəzarət orqanı və ya digər səlahiyyətli qurum) müxbir hesabın açılmasına verilmiş icazə;

5. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə bankın daxili nəzarət sistemi və bu sahəyə məsul şəxsi barədə, bankın əsas fəaliyyət istiqamətləri və sağlam nüfuzu barədə, habelə hər hansı səlahiyyətli qurum tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı banka qarşı istintaq hərəkətlərinin həyata keçirilməsi və/və ya nəzarət tədbirlərinin görülməsi barədə məlumat və bu məlumatı təsdiq edən sənədlər.

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 4 fevral 2022-ci il tarixli 04/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202202040042, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 fevral 2022-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 4 fevral 2022-ci il tarixli 04/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202202040042, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 fevral 2022-ci il) ilə ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status