×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
23.04.2019
QEYDİYYAT NÖMRƏSİ
657
ADI
Azərbaycan Respublikası Prezidentinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında” 2003-cü il 4 avqust tarixli 911 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli və “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 2016-cı il 3 fevral tarixli 762 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2019, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 655)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.04.2019
Azərbaycan Respublikası Prezidentinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında” 2003-cü il 4 avqust tarixli 911 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tari

Azərbaycan Respublikası Prezidentinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında” 2003-cü il 4 avqust tarixli 911 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli və “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 2016-cı il 3 fevral tarixli 762 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bakı Şəhər İcra Hakimiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 381 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 440; 2006, № 3, maddə 229, № 6, maddə 498; 2007, № 2, maddələr 86, 101, № 3, maddələr 217, 227, № 7, maddə 714, № 9, maddə 867, № 10, maddə 948, № 12, maddə 1242; 2008, № 1, maddə 9, № 3, maddələr 173, 179, № 6, maddə 499, № 8, maddələr 717, 723; 2009, № 2, maddə 66, № 6, maddələr 419, 421, 422; 2010, № 2, maddə 80, № 3, maddə 183, № 10, maddə 850; 2011, № 2, maddə 85; 2012, №11, maddə 1078; 2013, № 3, maddə 236, № 8, maddə 901; 2014, № 9, maddə 1027; 2016, № 5, maddə 854, № 6, maddələr 1029, 1073; 2017, № 5, maddə 840, № 8, maddələr 1519, 1521; 2018, № 7 (I kitab), maddələr 1445, 1486, №11, maddə 2287; 2019, № 1, maddə 76) ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1.5-ci yarımbəndin 8-ci abzasına “köməkçisi” sözündən sonra “və müşaviri” sözləri əlavə edilsin;

1.2. 2.1.6-cı yarımbəndin 10-cu, 2.1.7-ci yarımbəndin 5-ci və 2.1.8-ci yarımbəndin 1-ci abzaslarında “başçısı Aparatının birbaşa tabeliyində” sözləri “başçısının yanında” sözləri ilə əvəz edilsin;

1.3. 2.3.4-cü yarımbəndin 1-ci abzasında “başçısı aparatının birbaşa tabeliyində” sözləri “başçısının yanında” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117, № 3, maddə 246, № 8, maddə 909, № 10, maddə 1155, № 12, maddə 1514; 2014, № 5, maddələr 477, 487, № 9, maddə 1027, № 12, maddə 1577; 2015, № 3, maddə 271, № 9, maddə 1005, №11, maddə 1322 № 12, maddə 1448; 2016, № 2 (II kitab), maddə 273, № 5, maddələr 859, 864, № 8, maddə 1384, № 9, maddə 1464, № 10, maddə 1647, №11, maddə 1835; 2017, № 3, maddə 353, № 4, maddə 545, № 5, maddə 807, № 8, maddə 1521, № 10, maddə 1797; 2018, № 2, maddələr 191, 215, № 3, maddə 427, № 4, maddə 659, № 7 (1 kitab), maddə 1462, № 10, maddə 2017, № 12 (I kitab), maddələr 2538, 2596) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.5-ci bəndin birinci cümləsində (birinci və ikinci hallarda), 1.6-cı bəndin birinci və ikinci abzaslarında, 1.7-ci, 2.8-ci, 2.10-cu bəndlərdə, 2.12-ci bəndin ikinci cümləsində (birinci halda), 2.15-ci, 2.16-cı bəndlərdə, 3.1.7-ci (birinci halda), 3.1.8-ci, 3.1.10-cu, 3.1.13-cü, 3.1.14-cü, 3.1.16-cı, 3.1.18-ci, 3.15.1 -ci, 3.15.8-ci, 3.15.9.2-ci, 4.1.4-cü, 4.1.5-ci (birinci halda), 4.1.6-cı, 4.1.7-ci, 4.1.8-ci (hər iki halda), 4.1.10-cu, 4.1.11-ci, 4.1.13-cü (birinci halda) və 4.1.17-ci yarımbəndlərdə ismin müvafiq hallarında “qurumlar” sözü ismin müvafiq hallarında ’’orqanlar” sözü ilə əvəz edilsin;

2.2. 2.15-ci və 2.16-cı bəndlərdə “qurum” sözü “orqan” sözü ilə əvəz edilsin;

2.3. 4.8.2-ci yarımbənddə “qurumlarda” sözü “hüquqi şəxslərdə” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 226; 2017, № 12 (I kitab), maddə 2335; 2018, №4, maddə 661) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.7-ci, 7.5-ci, 7.11-ci və 7.12-ci bəndlərdə ismin müvafiq hallarında “dövlət büdcəsindən maliyyələşən qurumlar” sözləri ismin müvafiq hallarında “orqanlar” sözü ilə əvəz edilsin;

3.2. 3.0.4-cü yarımbənddə və 6.4-cü bəndin ikinci cümləsində “qurumların” sözü “orqanların” sözü ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 aprel 2019-cu il

№657

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status