×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
09.07.2019
QEYDİYYAT NÖMRƏSİ
1635-VQD
ADI
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 21-07-2019, Nəşr nömrəsi: 157), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2019, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 1199)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.01.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
420.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201907091635
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
22.07.2019
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 762, № 12, maddə 973; 2010, № 7, maddə 587; 2011, № 6, maddə 485, № 7, maddə 593; 2012, № 5, maddə 410; 2013, № 1, maddə 16, № 11, maddə 1267; 2016, № 1, maddə 12; 2017, № 4, maddə 522, № 5, maddə 752, № 11, maddə 1976; 2018, № 5, maddələr 855, 878, № 7 (I kitab), maddə 1440; 2019, № 1, maddə 23) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1-ci maddədə “inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar” sözləri “inzibati məhkəmələr və inzibati kollegiyalar” sözləri ilə əvəz edilsin;

1.2. 3-cü maddənin adında, 3.5-ci maddədə, 5-ci maddənin adında və mətnində, 6-cı maddənin adında və mətnində, 8.6-cı maddənin birinci cümləsində, 81.1-ci maddənin birinci cümləsində, 86.3-cü maddədə “İnzibati-iqtisadi” sözləri “İnzibati” sözü ilə əvəz edilsin;

1.3. 3.1-ci maddədə, 3.2-ci maddənin birinci cümləsində, 3.3-cü, 3.6-cı maddələrdə, 8.6-cı maddənin birinci və ikinci cümlələrində, 81.1-ci maddənin ikinci cümləsində, 83.1-ci, 85.1-ci və 86.1-ci maddələrdə, 87.7-ci maddənin ikinci cümləsində, 87.7.1-ci və 87.7.2-ci maddələrdə “inzibati-iqtisadi” sözləri “inzibati” sözü ilə əvəz edilsin;

1.4. 3.4, 90.1, 98.2, 98.4, 98.5-ci maddələrdə və 98.6-cı maddənin birinci cümləsində “inzibati-iqtisadi” sözləri “İnzibati” sözü ilə əvəz edilsin.

1.5. 3.8-ci maddədə “inzibati-iqtisadi məhkəmələrin və məhkəmə kollegiyalarının” sözləri “inzibati məhkəmələrin və inzibati kollegiyaların” sözləri ilə əvəz edilsin;

1.6. 4.3-cü maddədən “mübahisələrə dair işlər üzrə” sözləri çıxarılsın.

Maddə 2. Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 9 iyul 2019-cu il

                № 1635-VQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status