Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2004-cü il 1 iyul tarixli 298 nömrəli, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında” 2014-cü il 2 aprel tarixli 359 nömrəli, “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” 2015-ci il 2 fevral tarixli 1011 nömrəli, “Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında” 2016-cı il 13 iyun tarixli 2115 nömrəli, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2016-cı il 20 sentyabr tarixli 2345 nömrəli, “Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında” 2017-ci il 25 iyul tarixli 3127 nömrəli və “Sabirabad Sənaye Məhəlləsinin yaradılması haqqında” 2017-ci il 27 noyabr tarixli 3407 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1268-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 582; 2010, № 2, maddə 80; 2016, № 6, maddə 1028) ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı”nın II hissəsinin 14-cü bəndinin “Tədbirlərin adı” sütununa “kiçik” sözündən əvvəl “mikro və” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 540; 2006, № 9, maddə 743; 2007, № 2, maddə 87, № 10, maddə 1011; 2008, № 3, maddə 168; 2009, № 6, maddə 424; 2011, № 2, maddələr 85, 134; 2017, № 3, maddə 353) ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Əlavələr”in 2.3-cü bəndinin “Tədbirin məqsədi” sütununa “kiçik” sözündən əvvəl “mikro,” sözü əlavə edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli 359 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 374; 2017, № 8, maddə 1521) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın 11.6.3-cü yanmbəndinə “kiçik” sözündən əvvəl “mikro,” sözü əlavə edilsin.
4. “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli 1011 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 144; 2016, № 8, maddə 1384) preambulasına və 2-ci hissəsinə “kiçik” sözündən əvvəl “mikro,” sözü əlavə edilsin.
5. “Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyun tarixli 2115 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1118) preambulasına və 2.1-ci bəndinə “kiçik” sözündən əvvəl “mikro,” sözü əlavə edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 sentyabr tarixli 2345 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1540; 2017, № 8, maddə 1521) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın “5. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 5.4.3.4-cü yarımbəndinin “Tədbirin adı” sütununda “Kiçik” sözü “Mikro, kiçik” sözləri ilə əvəz edilsin.
7. “Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 iyul tarixli 3127 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1462) preambulasına və 2.1-ci bəndinə “kiçik” sözündən əvvəl “mikro,” sözü əlavə edilsin.
8. “Sabirabad Sənaye Məhəlləsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli 3407 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2116) preambulasına və 2.1-ci bəndinə “kiçik” sözündən əvvəl “mikro,” sözü əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 may 2019-cu il
№ 1190