100.060.020
![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN QƏRARI |
Qəbul edildiyi tarix |
11.07.2019 |
Qeydiyyat nömrəsi |
16/1-3 |
Adı |
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2013-cü il 18 dekabr tarixli 25/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”da dəyişiklik edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
24.07.2019 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.060.000; 100.060.020 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
23201907111613 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
23.07.2019 |
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən
Q Ə R A R A A L I R:
1. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2013-cü il 18 dekabr tarixli 25/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ın 4.2-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“4.2 Hesabat statistik vahidin icra orqanının rəhbərinin, üzvünün, baş mühasib və ya onu əvəz edən şəxsin, yaxud hesabatın təqdim olunmasına məsul olan struktur bölmə rəhbərinin elektron imzası ilə təsdiq edilir.”.
2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
Mərkəzi Bankın sədri Elman Rüstəmov