![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN QƏRARI |
Qəbul edildiyi tarix |
11.07.2019 |
Qeydiyyat nömrəsi |
16/1-1 |
Adı |
“Fiziki şəxslərin bank hesablarından Azərbaycan Respublikasından kənara köçürülən xarici valyuta haqqında statistik hesabatın tərtibi və təqdim edilməsinə dair Təlimat”ın təsdiq edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
24.07.2019 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.060.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
23201907111611 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
23.07.2019 |
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən pul və valyuta siyasətinin formalaşdırılmasında istifadə edilməsi üçün fiziki şəxslərin bank hesablarından Azərbaycan Respublikasından kənara köçürülən xarici valyuta barədə statistik məlumatların əldə edilməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 63-cü, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-ci maddələrinə və “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 2-ci hissəsinin “d” bəndinə əsasən
Q Ə R A R A A L I R:
1. “Fiziki şəxslərin bank hesablarından Azərbaycan Respublikasından kənara köçürülən xarici valyuta haqqında statistik hesabatın tərtibi və təqdim edilməsinə dair Təlimat” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
Mərkəzi Bankın sədri Elman Rüstəmov
|
“Təsdiq edilmişdir” Azərbaycan Respublikasının Mərkəzi Bankı Qərar № 16/1-1 11 iyul 2019-cu il |
Fiziki şəxslərin bank hesablarından Azərbaycan Respublikasından kənara köçürülən xarici valyuta haqqında statistik hesabatın tərtibi və təqdim edilməsinə dair
TƏLİMAT
1. Ümumi müddəalar
1.1. Bu Təlimat “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsinə, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq hazırlanmışdır və fiziki şəxslərin, o cümlədən sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin bank hesablarından Azərbaycan Respublikasından kənara köçürülən xarici valyuta haqqında statistik hesabatın tərtibi və təqdim olunması məsələlərini tənzimləyir.
1.2. Fiziki şəxslərin bank hesablarından Azərbaycan Respublikasından kənara köçürülən xarici valyuta haqqında statistik hesabat banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru (bundan sonra – statistik vahidlər) tərəfindən tərtib olunur.
1.3. Hesabatın tərtib olunmasında məqsəd Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən pul və valyuta siyasətinin formalaşdırılmasında istifadə edilməsi üçün fiziki şəxslərin bank hesablarından Azərbaycan Respublikasından kənara köçürülən xarici valyuta barədə statistik məlumatların əldə edilməsidir.
2. Hesabatın məzmunu və tərtib edilməsi
2.1. Hesabat “Fiziki şəxslərin bank hesablarından Azərbaycan Respublikasından kənara köçürülən xarici valyuta haqqında statistik hesabat (Forma FŞS - Əlavə №1)” formasında tərtib olunur.
2.2. Hesabatda fiziki şəxslərin bank hesablarından 1000 (bir min) ABŞ dolları ekvivalentində və ondan artıq məbləğdə xarici valyutanın rezident və qeyri-rezident təsnifatı üzrə köçürülməsi tarixi, valyutanın adı, vəsait köçürülən ölkənin tam adı, köçürmənin məqsədi, köçürülən məbləğ (köçürülən xarici valyutada və ABŞ dolları ekvivalentində) və əməliyyatların sayı əks olunur.
2.3. Hesabatda köçürmənin məqsədi kimi aşağıdakılardan biri qeyd edilir:
2.3.1. mal idxalı;
2.3.2. xidmətlə bağlı ödənişlər, o cümlədən:
2.3.2.1. turizm xidmətləri üzrə;
2.3.2.2. səhiyyə xidmətləri üzrə;
2.3.2.3. təhsilin alınması üzrə;
2.3.2.4. nəqliyyat və yükdaşıma xidmətləri üzrə;
2.3.3. qeyri-rezidentlərin investisiyaları ilə bağlı köçürmələri, o cümlədən:
2.3.3.1. qeyri-rezidentlərin investisiyalarının repatriasiyası;
2.3.3.2. qeyri-rezidentlərin investisiyaları ilə bağlı əldə etdiyi gəlirlər və başqa məbləğlərin köçürülməsi;
2.3.3.3. qeyri-rezidentlərə kompensasiya və zərərin ödənilməsi ilə bağlı köçürmələr;
2.3.4. investisiyalar üzrə köçürmələr, o cümlədən:
2.3.4.1. qiymətli kağızlara investisiyalar;
2.3.4.2. nizamnamə kapitalına investisiyalar;
2.3.4.3. daşınmaz əmlakın (daşınmaz əmlak hüquqlarının) əldə edilməsi;
2.3.5. yaxın qohumlara köçürmələr;
2.3.6. xaricdən daxil olmuş vəsaitin geri köçürülməsi, o cümlədən:
2.3.6.1. nağd gətirilmiş vəsaitin geri köçürülməsi;
2.3.6.2. hesaba daxil olan vəsaitin geri köçürülməsi, o cümlədən;
2.3.6.2.1. icra olunmayan ixrac müqavilələri üzrə geri köçürmələr;
2.3.6.3. pul köçürmə sistemi vasitəsilə (hesab açmadan) daxil olan vəsaitin geri köçürülməsi;
2.3.7. xaricdən cəlb edilmiş kreditlər və digər borc öhdəlikləri üzrə köçürmələr (həmin borc öhdəlikləri üzrə faiz, komisyon haqlar və cərimələrin ödənilməsinə yönəldilmiş köçürmələr daxil olmaqla);
2.3.8. müəlliflik hüququndan, patentdən istifadə haqlarının, françayzinqin ödənilməsi məqsədilə köçürmələr;
2.3.9. məhkəmə, arbitraj, notariat xərcləri, dövlət rüsumları, digər icbari ödənişlərin, aliment və oxşar ödənişlərin, qeyri-rezidentin miras əmlakdan əldə etdiyi vəsaitin köçürülməsi;
2.3.10. malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü ölkəyə göndərilməsi üzrə vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələr;
2.3.11. qeyri-rezidentlərin (əmək müqaviləsi ilə xaricdən işə cəlb edilmiş) əmək haqqının köçürülməsi;
2.3.12. rezident fiziki şəxsin öz hesabına köçürmələri;
2.3.13. beynəlxalq təşkilatlarda, konfranslarda, sərgilərdə və digər tədbirlərdə iştirak haqlarının ödənilməsi ilə bağlı köçürmələr;
2.3.14. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda (bundan sonra – Qaydalar) nəzərdə tutulmuş digər xarici valyuta köçürmələri, o cümlədən:
2.3.14.1. Qaydaların 4.3.8.3-cü yarımbəndinə müvafiq olaraq aparılan köçürmələr;
2.4. Hesabata statistik vahidlərin emissiya etdiyi ödəniş kartları vasitəsilə aparılan valyuta əməliyyatları ilə bağlı məlumatlar daxil edilmir.
2.5. Hesabatda köçürülən xarici valyuta yalnız ABŞ dolları ilə qeyd edilir. ABŞ dolları istisna olmaqla, digər xarici valyutalarda köçürmələr əməliyyatın icra edildiyi günə manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsi əsasında hesablanmış çarpaz məzənnə üzrə ABŞ dolları ekvivalentində əks olunur.
2.6. Hesabatda fiziki şəxslərin hesab açmadan apardıqları pul köçürmə əməliyyatları barədə məlumatlar qeyd edilmir.
3. Hesabatın təqdim olunması
3.1. Fiziki şəxslərin bank hesablarından Azərbaycan Respublikasından kənara köçürülən xarici valyuta haqqında statistik hesabat statistik vahid tərəfindən onun bütün bölmələri üzrə icmallaşdırılaraq elektron formada aylıq əsasda, hesabat dövründən sonrakı 2 (iki) iş günü ərzində Mərkəzi Banka təqdim edilir. Əməliyyat baş verməyən hallarda hesabatda həmin göstərici (göstəricilər) üzrə xanada (xanalarda) 0 (sıfır) rəqəmi qeyd olunur.
3.2. Hesabat statistik vahidin icra orqanının rəhbərinin, üzvünün, baş mühasib və ya onu əvəz edən şəxsin, yaxud hesabatın təqdim olunmasına məsul olan struktur bölmə rəhbərinin elektron imzası ilə təsdiq edilir.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
"Fiziki şəxslərin bank hesablarından Azərbaycan Respublikasından kənara köçürülən xarici valyuta haqqında statistik hesabatın tərtibi və təqdim edilməsinə dair Təlimat"a |
||||||
|
|
|
|
|
|
|
Əlavə № 1 |
||||||
|
|
|
|
|
|
|
|
|
|
|
|||
|
|
|
|
|
|
|
|
|
|
Forma FŞS |
|||
|
|
|
|
|
|
|
|
|
|
Aylıq |
|||
|
|
|
|
|
|
|
|
|
|
|
|||
|
|
|
|
|
|
|
|
|
|
Hesabat statistik vahid tərəfindən hesabat dövründən sonrakı ayın 2 iş günü müddətində Mərkəzi Banka təqdim olunur |
|||
|
|
|
|
|
|
|
|
|
|
|
|||
Statistik vahidin adı: |
ACCESSBANK QSC |
|
|
|
|
|
|
||||||
Hesabat dövrü: |
Yanvar 2019 |
|
|
|
|
|
|
||||||
Fiziki şəxslərin bank hesablarından Azərbaycan Respublikasından kənara köçürülən xarici valyuta haqqında statistik hesabat |
|||||||||||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|||||||||||||
Rezidentlər |
Qeyri-rezidentlər |
||||||||||||
Köçürülmə tarixi |
Valyutanın adı |
Vəsait köçürülən ölkənin tam adı |
Köçürülmə məqsədi |
Məbləğ |
Məbləğ |
Əməliyyatların sayı |
Köçürülmə tarixi |
Valyutanın adı |
Vəsait köçürülən ölkənin tam adı |
Köçürülmə məqsədi |
Məbləğ |
Məbləğ |
Əməliyyatların sayı |
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
8 |
9 |
10 |
11 |
12 |
13 |
14 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Yekun : |
|
|
|
|
|
|
Yekun : |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|