Aktın növü
|
AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN QƏRARI
|
Qəbul edildiyi tarix
|
11.07.2019
|
Qeydiyyat nömrəsi
|
16/1-2
|
Adı
|
“Nağd xarici valyuta əməliyyatları statistik hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə
|
Rəsmi dərc edildiyi mənbə
|
|
Qüvvəyə minmə tarixi
|
24.07.2019
|
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
|
090.060.000
|
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
|
23201907111612
|
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
|
23.07.2019
|
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən pul və valyuta siyasətinin formalaşdırılmasında istifadə edilməsi üçün banklardan, xarici bankların yerli filiallarından və poçt rabitəsinin milli operatorundan nağd xarici valyuta mübadiləsi əməliyyatları, nağd xarici valyutanın kassa dövriyyəsi və nağd xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması barədə statistik məlumatların əldə edilməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 63-cü, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-ci maddələrinə və “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 2-ci hissəsinin “d” bəndinə əsasən
Q Ə R A R A A L I R:
1. “Nağd xarici valyuta əməliyyatları statistik hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
Mərkəzi Bankın sədri Elman Rüstəmov
|
“Təsdiq edilmişdir”
Azərbaycan Respublikasının
Mərkəzi Bankı
Qərar № 16/1-2
11 iyul 2019-cu il
|
Nağd xarici valyuta əməliyyatları statistik hesabatının tərtibi və təqdim edilməsi haqqında
TƏLİMAT
1. Ümumi müddəalar
1.1. Bu Təlimat “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsinə, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 2-ci hissəsinin “d” bəndinə uyğun olaraq hazırlanmışdır və bankların, xarici bankların yerli filiallarının və poçt rabitəsinin milli operatorunun (bundan sonra – statistik vahidlər) nağd xarici valyuta əməliyyatları haqqında statistik hesabatın tərtibi və təqdim olunması məsələlərini tənzimləyir.
1.2. Hesabatın tərtib olunmasında məqsəd Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən pul və valyuta siyasətinin formalaşdırılmasında istifadə edilməsi üçün statistik vahidlərdən nağd xarici valyuta mübadiləsi (alqı-satqı) əməliyyatları, nağd xarici valyutanın kassa dövriyyəsi (mədaxil, məxaric və qalıq) və nağd xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması barədə statistik məlumatların əldə edilməsidir.
2. Hesabatın məzmunu və tərtib edilməsi
2.1. Nağd xarici valyuta əməliyyatları statistik hesabatı 4 (dörd) statistik formada tərtib olunur:
2.1.1. Nağd xarici valyuta mübadiləsi (alqı-satqı) əməliyyatları statistikası (Forma NXVS-1) – əlavə №1;
2.1.2. Nağd xarici valyuta mübadiləsi (alqı-satqı) əməliyyatlarının regionlar üzrə statistikası (Forma NXVS-1a) - əlavə №2;
2.1.3. Nağd xarici valyutanın kassa dövriyyəsi statistikası (Forma NXVS-2) – əlavə №3;
2.1.4. Nağd xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması statistikası (Forma NXVS-3) – əlavə №4.
2.2. Nağd xarici valyuta mübadiləsi (alqı-satqı) əməliyyatları statistikasında (Forma NXVS-1):
2.2.1. “statistik vahidin xarici valyuta alışı əməliyyatları” və “statistik vahidin xarici valyuta satışı əməliyyatları” təsnifatı üzrə əməliyyatın tarixi, xarici valyutanın adı, mübadilə edilən xarici valyutanın və manatın öz valyuta vahidində alış/satış məbləği, alış/satış məzənnəsi, əməliyyatların sayı qeyd olunur;
2.2.2. statistik vahidin bir xarici valyutanın digər xarici valyutaya mübadiləsi üzrə həyata keçirdiyi nağd valyuta mübadiləsi əməliyyatı (çarpaz məzənnə üzrə) 2 (iki) əməliyyat kimi - milli valyutanın satışı və milli valyutanın alışı - qeyd olunur. Statistik vahidin aldığı nağd xarici valyuta (milli valyutanın alınan xarici valyutaya nisbətdə nağd satış məzənnəsinə əsasən) xarici valyuta alışı əməliyyatı kimi, satdığı xarici valyuta (milli valyutanın satılan xarici valyutaya nisbətdə nağd alış məzənnəsinə əsasən) isə xarici valyuta satışı əməliyyatı kimi qeyd olunur;
2.2.3. günlük əsasda mübadilə edilən hər bir xarici valyuta vahidi üzrə alınan/satılan xarici və milli valyutanın məbləği, aparılan mübadilə əməliyyatlarının sayı cəm şəklində qeyd olunur, həmin tarixə hər bir valyuta vahidi üzrə mübadilə əməliyyatlarının orta çəkili məzənnəsi əks olunur;
2.2.4. orta çəkili məzənnə aşağıda göstərilən düstura əsasən hesablanır:
n – (1, 2, 3, ...............n) əməliyyatın sıra sayı;
kn – n saylı əməliyyatın məzənnəsi;
qn – n saylı əməliyyatın xarici valyuta həcmi;
2.2.5. statistik vahidin Azərbaycan Respublikasında yerləşən avtomatlaşdırılmış valyuta dəyişmə terminalları vasitəsilə həyata keçirilən nağd xarici valyuta mübadilə əməliyyatları əks olunur;
2.2.6. xarici valyuta və manat göstəriciləri üzrə məbləğlər öz valyuta vahidində qeyd olunur;
2.2.7. statistik vahidin bütün əməliyyat bölmələri (baş ofis, filiallar və şöbələr) üzrə nağd xarici valyuta mübadiləsi əməliyyatları əks olunur;
2.2.8. istənilən xarici dövlətə və ya dövlətlər qrupuna məxsus valyuta üzrə nağd mübadilə əməliyyatları məbləğindən asılı olmayaraq əks olunur;
2.2.9. qeyri-nağd xarici valyuta mübadiləsi əməliyyatları barədə məlumatlar daxil edilmir;
2.2.10. statistik vahidin digər statistik vahidlərlə apardığı nağd xarici valyuta mübadiləsi əməliyyatları barədə məlumatlar əks etdirilmir.
2.3. Nağd xarici valyuta mübadiləsi (alqı-satqı) əməliyyatlarının regionlar üzrə statistikasında (Forma NXVS-1a):
2.3.1. “valyutanın adı” və “regionun adı” təsnifatı üzrə hesabat dövründə alınan xarici valyutanın həcmi, əməliyyatların orta çəkili alış məzənnəsi, alınan xarici valyutanın orta çəkili alış məzənnəsinə əsasən manat ilə məbləği, alış əməliyyatlarının sayı, satılan xarici valyutanın həcmi, əməliyyatların orta çəkili satış məzənnəsi, satılan xarici valyutanın orta çəkili satış məzənnəsinə əsasən manat ilə məbləği, satış əməliyyatlarının sayı qeyd olunur;
2.3.2. hər bir region və mübadilə edilən hər bir xarici valyuta vahidi üzrə alınan/satılan xarici və milli valyutanın məbləği, aparılan mübadilə əməliyyatlarının sayı cəm şəklində qeyd olunur, hər bir valyuta vahidi üzrə mübadilə əməliyyatlarının orta çəkili alış/satış məzənnəsi əks olunur;
2.3.3. bu Təlimatın 2.2.2-ci və 2.2.4-2.2.10 –cu yarımbəndlərinin tələbləri gözlənilir;
2.3.4. “Forma NXVS-1a” statistik formasında regionlar üzrə cəmi göstəricilər “Forma NXVS-1” statistik formasında eyni valyuta üzrə cəmi göstəricilərə uyğun tərtib olunur.
2.4. Nağd xarici valyutanın kassa dövriyyəsi statistikasında (Forma NXVS-2):
2.4.1. statistik vahidin nağd xarici valyutada dövrün əvvəlinə və sonuna kassa qalıqları, dövr ərzində nağd xarici valyutanın kassaya mədaxil və məxaric dövriyyələri əks olunur;
2.4.2. nağd xarici valyutanın kassaya mədaxilinin cəmi aşağıdakı mədaxil göstəriciləri əsasında qeyd edilir:
2.4.2.1. statistik vahid tərəfindən Azərbaycan Respublikasına gətirilmiş nağd xarici valyutanın mədaxili;
2.4.2.2. statistik vahidlərdən alınmış nağd xarici valyutanın mədaxili;
2.4.2.3. nağd xarici valyuta mübadiləsi əməliyyatı vasitəsilə alınmış xarici valyutanın mədaxili;
2.4.2.4. fiziki şəxslərin (sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər daxil olmaqla) hesabına yerləşdirilməsi üçün mədaxil, o cümlədən;
2.4.2.4.1. qeyri-rezident fiziki şəxslərin hesabına yerləşdirilməsi üçün mədaxil;
2.4.2.4.2. sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin hesabına yerləşdirilməsi üçün mədaxil;
2.4.2.5. fiziki şəxslərdən pul köçürmələri üçün (hesab açılmadan) alınmış vəsaitin mədaxili;
2.4.2.6. hüquqi şəxslərin hesabına yerləşdirilməsi üçün mədaxil (statistik vahidlərin hesabına yerləşdirilməsi üçün mədaxil istisna olmaqla);
2.4.2.7. digər statistik vahidlə aparılan maliyyə əməliyyatları nəticəsində nağd xarici valyutanın mədaxili;
2.4.2.8. statistik vahidin Mərkəzi Bankdakı müxbir hesabından kassaya mədaxil;
2.4.2.9. digər mədaxil.
2.4.3. nağd xarici valyutanın kassadan məxaricinin cəmi aşağıdakı göstəricilər əsasında qeyd edilir:
2.4.3.1. statistik vahid tərəfindən Azərbaycan Respublikasından çıxarılması üçün nağd xarici valyutanın məxarici;
2.4.3.2. statistik vahidlərə satılmış nağd xarici valyutanın məxarici;
2.4.3.3. nağd xarici valyuta mübadiləsi əməliyyatı vasitəsilə satılmış xarici valyutanın məxarici;
2.4.3.4. fiziki şəxslərin (sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər daxil olmaqla) hesabından çıxarılan vəsaitin məxarici, o cümlədən;
2.4.3.4.1. qeyri-rezident fiziki şəxslərin hesabından çıxarılan vəsaitin məxarici;
2.4.3.4.2. sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin hesabından çıxarılan vəsaitin məxarici;
2.4.3.5. fiziki şəxslərə pul köçürmələrindən (hesab açılmadan) daxil olan vəsaitin verilməsi üçün məxaric;
2.4.3.6. hüquqi şəxslərin hesabından çıxarılması üçün məxaric (statistik vahidlərin hesabından məxaric istisna olmaqla);
2.4.3.7. digər statistik vahidlə aparılan maliyyə əməliyyatları nəticəsində nağd xarici valyutanın məxarici;
2.4.3.8. statistik vahidin Mərkəzi Bankdakı müxbir hesabına yerləşdirilməsi üçün məxaric;
2.4.3.9. digər məxaric.
2.4.4. “kassada nağd xarici valyutanın qalığı dövrün əvvəlinə” sətrində hesabat dövrünün əvvəlinə statistik vahidin xarici valyutada kassa qalığının, xarici valyutada yolda olan nağd pulun, xarici valyutada valyuta mübadiləsi şöbələrindəki nağd pul qalığının, xarici valyutada bankomatlardakı nağd pul qalığının, xarici valyutada ödəniş terminallarındakı nağd pul qalığının cəmi göstərilir;
2.4.5. “kassada nağd xarici valyutanın qalığı dövrün sonuna” sətrində hesabat dövrünün sonuna statistik vahidin xarici valyutada kassa qalığının, xarici valyutada yolda olan nağd pulun, xarici valyutada valyuta mübadiləsi şöbələrindəki nağd pul qalığının, xarici valyutada bankomatlardakı nağd pul qalığının, xarici valyutada ödəniş terminallarındakı nağd pul qalığının cəmi göstərilir;
2.4.6. statistik vahidin əməliyyat bölmələri arasında nağd xarici valyuta əməliyyatları barədə məlumatlar əks olunmur;
2.4.7. dövrün sonuna qalıq, dövrün əvvəlinə olan qalığın və dövr ərzində kassaya mədaxilin cəmindən dövr ərzində kassadan məxaric olunan məbləğ çıxılmaqla müəyyənləşdirilir (Dövrün əvvəlinə kassa qalığı + Dövr ərzində mədaxil - Dövr ərzində məxaric = Dövrün sonuna kassa qalığı);
2.4.8. “statistik vahid tərəfindən Azərbaycan Respublikasına gətirilmiş nağd xarici valyutanın mədaxili / statistik vahid tərəfindən Azərbaycan Respublikasından çıxarılması üçün nağd xarici valyutanın məxarici” göstəriciləri “Forma NXVS-3” statistik formasında qeyd edilən cəmi məbləğə uyğun tərtib olunur (məzənnə fərqi nəzərə alınmaqla);
2.4.9. “statistik vahidlərdən alınmış/satılmış nağd xarici valyutanın mədaxili/məxarici” göstəriciləri statistik vahidlər arasında nağd xarici valyuta alqı-satqı əməliyyatları nəticəsində nağd xarici valyutanın mədaxil/məxaricini nəzərdə tutur;
2.4.10. “nağd xarici valyuta mübadiləsi əməliyyatı vasitəsilə alınmış/satılmış xarici valyutanın mədaxili/məxarici” göstəriciləri “Forma NXVS-1” statistik formasında manatla qeyd olunmuş cəmi məbləğinə uyğun tərtib olunur (məzənnə fərqi nəzərə alınmaqla);
2.4.11. “fiziki şəxslərin hesabına yerləşdirilməsi üçün mədaxil/fiziki şəxslərin hesabından çıxarılan vəsaitin məxarici” göstəricilərinə statistik vahidin bankomatları vasitəsilə fiziki şəxslərin hesabına yerləşdirilən/çıxarılan nağd xarici valyutanın mədaxili/məxarici barədə məlumatlar da daxil edilir;
2.4.12. “fiziki şəxslərdən pul köçürmələri üçün (hesab açılmadan) alınmış vəsaitin mədaxili/fiziki şəxslərə pul köçürmələrindən (hesab açılmadan) daxil olan vəsaitin verilməsi üçün məxaric” göstəriciləri fiziki şəxslərin hesab açmadan xarici valyuta köçürmələri üçün nağd vəsaitlərini statistik vahidə təqdim etməsini və ya köçürülmüş xarici valyutanın hesab açmadan nağd şəkildə fiziki şəxsə verilməsi əməliyyatlarını əhatə edir;
2.4.13. “digər statistik vahidlə aparılan maliyyə əməliyyatları nəticəsində nağd xarici valyutanın mədaxili” göstəricisi statistik vahidin yerləşdirdiyi depozitlər üzrə daxilolmalar, qiymətli kağızlara investisiyalardan daxilolmalar, kreditlərin cəlb edilməsi və statistik vahidin digər statistik vahidlərlə apardığı sair maliyyə əməliyyatları nəticəsində statistik vahidin kassasına nağd xarici valyutada mədaxili nəzərdə tutur;
2.4.14. “digər statistik vahidlə aparılan maliyyə əməliyyatları nəticəsində nağd xarici valyutanın məxarici” göstəricisi digər statistik vahiddə depozitlərin yerləşdirilməsi, qiymətli kağızlara investisiyalar, kreditlərin verilməsi və statistik vahidin digər statistik vahidlərlə apardığı sair maliyyə əməliyyatları nəticəsində statistik vahidin kassasından nağd xarici valyutada məxarici nəzərdə tutur;
2.4.15. “digər mədaxil” göstəricisi 2.4.2.1 - 2.4.2.8 –ci yarımbəndlərdə göstərilməyən mədaxil əməliyyatlarını nəzərdə tutur;
2.4.16. “digər məxaric” göstəricisi 2.4.3.1 - 2.4.3.8 –ci yarımbəndlərdə göstərilməyən məxaric əməliyyatlarını nəzərdə tutur;
2.4.17. məlumatlar hesabat dövrünün son iş günü üçün Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən min manatla əks olunmalıdır.
2.5. Nağd xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması statistikasında (Forma NXVS-3):
2.5.1. nağd xarici valyutanın (müvafiq xarici dövlətin və ya dövlətlər qrupunun ərazisində tədavüldə olan və qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədavüldən çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə tədavüldə olan pul nişanlarına dəyişdirilə bilən kağız və metal pul nişanları) statistik vahidlər tərəfindən Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması əməliyyatları əks olunur;
2.5.2. əməliyyatlar barədə məlumatlar aşağıdakı göstəricilər üzrə tərtib olunur:
2.5.2.1. gömrükdə rəsmiləşdirmə tarixi;
2.5.2.2. gömrük bəyannaməsinin nömrəsi;
2.5.2.3. nağd xarici valyuta nişanının növü (kağız və ya metal pul nişanı);
2.5.2.4. miqdarı – nağd xarici valyutanın növünə görə miqdarı göstərilir;
2.5.2.5. nominalı;
2.5.2.6. xarici valyutanın adı;
2.5.2.7. nominal üzrə ümumi məbləği – nağd xarici valyutanın miqdarına əsasən nominal üzrə məbləği (miqdar göstəricisinin nominal göstəricisi ilə hasilinə bərabərdir) qeyd olunur.
2.6. Nağd xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması nağd xarici valyutanın dövlət gömrük sərhədindən keçirilməsini nəzərdə tutur.
2.7. Nağd xarici valyuta əməliyyatları statistik hesabatına statistik vahidlər tərəfindən qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlarla aparılan əməliyyatlar barədə məlumatlar daxil edilmir.
3. Hesabatın təqdim olunması
3.1. Hesabat statistik vahid tərəfindən onun bütün bölmələri üzrə icmallaşdırılaraq elektron formada aylıq əsasda, hesabat dövründən sonrakı 2 (iki) iş günü ərzində Mərkəzi Banka təqdim edilir. Əməliyyat aparılmadığı hallarda müvafiq göstərici (göstəricilər) üzrə xanada (xanalarda) 0 (sıfır) rəqəmi qeyd olunur.
3.2. Nağd xarici valyuta əməliyyatları üzrə operativ təhlilin aparılması məqsədi ilə nağd xarici valyuta əməliyyatları statistik hesabatının təqdim edilməsi ilə bağlı Mərkəzi Bank tərəfindən statistik vahidə hesabat dövrü bitmədən yazılı (və ya elektron) müraciət olunduqda, statistik vahid tərəfindən Mərkəzi Bankın müraciətində qeyd edilən tarixlər üzrə hesabat (və ya hesabatın müvafiq hissəsi) müraciət tarixindən sonrakı 1 (bir) iş günündən gec olmayaraq Mərkəzi Banka təqdim edilir.
3.3. Hesabat statistik vahidin icra orqanının rəhbərinin, üzvünün, baş mühasib və ya onu əvəz edən şəxsin, yaxud hesabatın təqdim olunmasına məsul olan struktur bölmə rəhbərinin elektron imzası ilə təsdiq edilir.
|
|
“Nağd xarici valyuta əməliyyatları statistik hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”a
|
|||||||||
|
|
Əlavə № 1
|
|||||||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Forma NXVS-1
|
||||
|
|
|
|
|
|
|
Aylıq
|
||||
|
|
|
|
|
|
|
Hesabat statistik vahid tərəfindən hesabat dövründən sonrakı ayın 2 iş günü müddətində Mərkəzi Banka təqdim olunur
|
||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
Statistik vahidin adı:
|
|
|
|
|
|||||||
Hesabat dövrü:
|
|
|
|
|
|||||||
|
Nağd xarici valyuta əməliyyatları statistik hesabatı
|
|
|||||||||
|
Nağd xarici valyuta mübadiləsi (alqı-satqı) əməliyyatları statistikası
|
|
|||||||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
(valyuta vahidi ilə)
|
|||||||||||
|
|||||||||||
Statistik vahidin xarici valyuta alışı əməliyyatları
|
Statistik vahidin xarici valyuta satışı əməliyyatları
|
||||||||||
Tarix
|
Valyutanın adı
|
xarici valyuta
alınmışdır
|
alış məzənnəsi
0.0000
|
manat ilə məbləğ
|
əməliyyatların
sayı
|
Tarix
|
Valyutanın adı
|
xarici valyuta satılmışdır
|
satış məzənnəsi |
manat ilə məbləğ
|
əməliyyatların sayı
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
8
|
9
|
10
|
11
|
12
|
|
|
|
-
|
|
|
|
|
|
-
|
|
|
|
|
|
-
|
|
|
|
|
|
-
|
|
|
|
|
|
-
|
|
|
|
|
|
-
|
|
|
|
|
|
-
|
|
|
|
|
|
-
|
|
|
|
|
|
-
|
|
|
|
|
|
-
|
|
|
Valyutalar üzrə cəmi:
|
|||||||||||
|
|
|
-
|
|
|
|
|
|
-
|
|
|
"Nağd xarici valyuta əməliyyatları statistik hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat"a
Əlavə № 2
[1]
|
|||||||||||
|
|
Forma NXVS-1a
|
|||||||||
|
|
Aylıq
|
|||||||||
|
|
Hesabat statistik vahid tərəfindən hesabat dövründən
|
|||||||||
|
|
|
sonrakı ayın 2 iş günü müddətində Mərkəzi Banka təqdim olunur
|
||||||||
Statistik vahidin adı:
|
|
||||||||||
Hesabat dövrü:
|
|
||||||||||
Nağd xarici valyuta əməliyyatları statistik hesabatı
|
|||||||||||
Nağd xarici valyuta mübadiləsi (alqı-satqı) əməliyyatlarının regionlar üzrə statistikası (Forma NXVS-1a)
|
|
||||||||||
(valyuta vahidi ilə)
|
|||||||||||
Bölmələrin |
Regionun adı
|
sətirlərin |
Valyutanın adı
|
||||||||
USD
|
|||||||||||
xarici valyuta alınmışdır
|
alış məzənnəsi |
manat ilə məbləğ
|
əməliyyatların sayı
|
xarici valyuta satılmışdır
|
satış məzənnəsi |
manat ilə məbləğ
|
əməliyyatların sayı
|
||||
1
|
Bakı iqtisadi rayonu
|
1
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Bakı şəhəri
|
2
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
2
|
Naxçıvan iqtisadi rayonu
|
3
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Naxçıvan şəhəri
|
4
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Babək rayonu
|
5
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Culfa rayonu
|
6
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Kəngərli rayonu
|
7
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Ordubad rayonu
|
8
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Sədərək rayonu
|
9
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Şahbuz rayonu
|
10
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Şərur rayonu
|
11
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
3
|
Abşeron-Xızı iqtisadi rayonu
|
12
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Sumqayıt şəhəri
|
13
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Abşeron rayonu
|
14
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Xızı rayonu
|
15
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
4
|
Dağlıq Şirvan iqtisadi rayonu
|
16
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Ağsu rayonu
|
17
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
İsmayıllı rayonu
|
18
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Qobustan rayonu
|
19
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Şamaxı rayonu
|
20
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
5
|
Gəncə-Daşkəsən iqtisadi rayonu
|
21
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Gəncə şəhəri
|
22
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Naftalan şəhəri
|
23
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Daşkəsən rayonu
|
24
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Goranboy rayonu
|
25
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Göygöl rayonu
|
26
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Samux rayonu
|
27
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
6
|
Qarabağ iqtisadi rayonu
|
28
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Xankəndi şəhəri
|
29
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Ağcabədi rayonu
|
30
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Ağdam rayonu
|
31
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Bərdə rayonu
|
32
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Füzuli rayonu
|
33
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Xocalı rayonu
|
34
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Xocavənd rayonu
|
35
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Şuşa rayonu
|
36
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Tərtər rayonu
|
37
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
7
|
Qazax-Tovuz iqtisadi rayonu
|
38
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Ağstafa rayonu
|
39
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Gədəbəy rayonu
|
40
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Qazax rayonu
|
41
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Şəmkir rayonu
|
42
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Tovuz rayonu
|
43
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
8
|
Quba-Xaçmaz iqtisadi rayonu
|
44
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Xaçmaz rayonu
|
45
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Quba rayonu
|
46
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Qusar rayonu
|
47
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Siyəzən rayonu
|
48
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Şabran rayonu
|
49
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
9
|
Lənkəran-Astara iqtisadi rayonu
|
50
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Astara rayonu
|
51
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
|
Cəlilabad rayonu
|
52
|
-
|
-
|
-
|
-
|
|