![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Qərarı |
Qəbul edildiyi tarix |
26.07.2019 |
Qeydiyyat nömrəsi |
1951100031 |
Adı |
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin 2019-cu il 02 may tarixli 1951100023 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta bazarında peşəkar fəaliyyətin yoxlanılması Qaydası”nda dəyişiklik edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
04.08.2019 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.010.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
23201907260031 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
03.08.2019 |
“Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1586-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 may tarixli 1200 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 4.10.12-ci yarımbəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti
Q Ə R A R A A L I R:
1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin 2019-cu il 02 may tarixli 1951100023 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta bazarında peşəkar fəaliyyətin yoxlanılması Qaydası”nın 5.1.1-ci yarımbəndində “mühasibat sənədlərini, o cümlədən ilkin uçot sənədlərini, mühasibat uçotu registrlərini, kitablarını, jurnallarını” sözləri “mühasibat uçotu sənədlərini” sözləri ilə əvəz edilsin.
2. Hüquq və lisenziyalaşdırma departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
İdarə Heyətinin sədri |
|
vəzifəsini icra edən |
İbrahim Alışov |