![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Qərarı |
Qəbul edildiyi tarix |
26.07.2019 |
Qeydiyyat nömrəsi |
1951100030 |
Adı |
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin 2018-ci il 08 oktyabr tarixli 1851100007 nömrəli qərarı ilə təsdiq edilmiş “İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”nda dəyişiklik edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
04.08.2019 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.010.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
23201907260030 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
03.08.2019 |
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində və Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1584-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 may tarixli 1201 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 4.10.12-ci yarımbəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti
Q Ə R A R A A L I R:
1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin 2018-ci il 08 oktyabr tarixli 1851100007 nömrəli qərarı ilə təsdiq edilmiş “İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”nın 2.2.1-ci və 3.2.8-ci yarımbəndlərində “mühasibat balansı, mənfəət və zərər haqqında maliyyə hesabatları” sözləri “maliyyə vəziyyəti haqqında hesabat, mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat” sözləri ilə əvəz edilsin.
2. Hüquq və lisenziyalaşdırma departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
İdarə Heyətinin sədri |
|
vəzifəsini icra edən |
İbrahim Alışov |