AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 293; 2009, № 1, maddə 34; 2014, № 7, maddə 934; 2015, № 1, maddə 64, № 2, maddə 227; 2018, № 9, maddə 1937, № 12 (II kitab), maddə 2721; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 23 may tarixli 239 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissədə “şmallenberq virusu” sözlərindən sonra nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda on birinci abzas əlavə edilsin:
“pasterelyoz.”.
2. 4-cü hissədə “blutanq” sözündən sonra nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda yeddinci və səkkizinci abzaslar əlavə edilsin:
“bradzot;
anaerob enterotoksemiya.”.
Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 19 iyul 2019-cu il
№ 318