×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
12.07.2019
QEYDİYYAT NÖMRƏSİ
1653-VQD
ADI
Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 27-08-2019, Nəşr nömrəsi: 186), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2019, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 1375)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
27.08.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
170.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201907121653
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
28.08.2019
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 612; 2011, № 12, maddə 1108; 2012, № 6, maddə 501; 2017, № 5, maddə 732, № 7, maddə 1298, № 11, maddə 2190; 2019, № 1, maddə 14, № 3, maddə 368; Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1584-VQD nömrəli Qanunu) aşağıdakı məzmunda 146.4-cü maddə əlavə edilsin:

“146.4. Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 iyul 2019-cu il

№ 1653-VQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status