×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
12.07.2019
QEYDİYYAT NÖMRƏSİ
1655-VQD
ADI
“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 01-09-2019, Nəşr nömrəsi: 191), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2019, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 1377)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.09.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.020.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201907121655
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
02.09.2019
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 203, № 3, maddə 404; 2017, № 7, maddə 1269) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2-ci maddədən “və ya publik hüquqi şəxs tərəfindən” sözləri çıxarılsın.

2. 3.2-ci maddədə “tutulmuş” sözü “tutulduğu” sözü ilə əvəz edilsin.

3. 4.1-ci və 6.3-cü maddələrdə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

4. 4.2-ci maddə ləğv edilsin.

5. 4.4-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin dövlət qeydiyyatı onun idarəetmə orqanlarının üzvləri tam tərkibdə təyin edilmədiyi halda da həyata keçirilir.”.

6. 6.2.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“6.2.3. fəaliyyətin istiqamətləri, hüquq və vəzifələri;”.

7. 6.2.8-ci maddəyə “təsərrüfat” sözündən əvvəl “sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq,” sözləri əlavə edilsin.

8. 8.2.1-ci, 8.2.2-ci və 8.2.4-cü maddələr aşağıdakı redaksiyada verilsin:

“8.2.1. nizamnamənin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

8.2.2. idarəetmə orqanlarının yaradılması;

8.2.4. strukturun, işçilərin say həddinin və əməkhaqlarının (o cümlədən əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi;”.

9. Aşağıdakı məzmunda 8.2.2-1-ci maddə əlavə edilsin:

“8.2.2-1. idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;”.

10. 8.2.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 8.2.7-ci və 8.2.8-ci maddələr əlavə edilsin:

“8.2.7. bu Qanunun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;

8.2.8. publik hüquqi şəxsin yenidən təşkili və ləğv edilməsi.”.

11. 8.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“8.3. Publik hüquqi şəxsin təsisçisi bu Qanunun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərinin (onların bir hissəsinin) həyata keçirilməsini müəyyən etdiyi orqana (quruma, o cümlədən publik hüquqi şəxsin özünə) verə bilər.”.

12. 8.4-cü maddədə “rəhbər” sözü “idarəetmə orqanlarının rəhbərləri (üzvləri)” sözləri ilə, “verməlidir” sözü “verməlidirlər” sözü ilə əvəz edilsin.

13. 8.5-ci maddədən “rəhbərin” sözü çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 iyul 2019-cu il

                № 1655-VQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status