×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
12.07.2019
QEYDİYYAT NÖMRƏSİ
1652-VQD
ADI
Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 15-09-2019, Nəşr nömrəsi: 203), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2019, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 1485)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.09.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
280.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201907121652
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
17.09.2019
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 135; 1999, № 8, maddə 476; 2002, № 5, maddə 237; 2003, № 1, maddə 10; 2004, № 2, maddə 57; 2006, № 11, maddə 923; 2007, № 5, maddə 436, № 10, maddə 938; 2008, № 2, maddə 47; 2015, № 2, maddə 72, № 4, maddə 357; 2017, № 9, maddə 1631; 2019, № 1, maddə 20) aşağıdakı dəyişikliklər edilsin:

1. 18-ci maddə üzrə:

1.1. birinci hissənin onuncu abzasına “qaydalarını” sözündən sonra “, sudan istifadəyə görə güzəşt və azadolmaları” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

“Sudan istifadəyə görə güzəşt və azadolmalar yalnız təbii su mənbələrindən aşağıdakı məqsədlərlə götürülən suya görə tətbiq edilir:

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) emal edilməmiş su ilə təmin edilməsi;

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən içməli su təchizatı;

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektrik enerjisinin istehsalı üçün sudan istifadə edilməsi.”.

2. 44-cü maddənin birinci hissəsinin yeddinci abzasından “sudan istifadəyə və” sözləri çıxarılsın və həmin hissəyə aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:

“bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla, sudan istifadəyə görə haqq ödənilmədikdə;”.

3. 45-ci maddənin birinci hissəsinin doqquzuncu abzasına “sudan istifadə haqqını” sözlərindən əvvəl “bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin.

4. 80-ci maddə üzrə:

4.1. birinci hissəyə “su obyektlərindən” sözlərindən sonra “tələb olunan həcmdə və ödənişsiz” sözləri əlavə edilsin;

4.2. aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

“Yanğından mühafizə ehtiyacları üçün götürülmüş sudan və bu suyun saxlanıldığı obyektlərdən təyinatdankənar istifadə edilməsi qadağandır.”.

5. 96-cı maddənin birinci hissəsinin ikinci abzasına “sudan” sözündən, üçüncü abzasına “su obyektlərindən” sözlərindən əvvəl “bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin.

6. 97-ci maddənin birinci hissəsində “Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla” sözləri “Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla,” sözləri ilə əvəz edilsin.

7. 98-ci maddənin üçüncü hissəsi ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 iyul 2019-cu il

                № 1652-VQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status