Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları”nda və 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 209; 2002, № 3, maddə 148, № 10, maddə 635; 2005, № 7, maddə 678; 2006, № 5, maddə 472, № 10, maddə 902; 2010, № 3, maddə 264; 2012, № 12, maddə 1360; 2014, № 12, maddə 1662; 2017, № 12 (II kitab), maddə 2526; 2018, № 12 (II kitab), maddə 2737) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin FORMALARI”nda aşağıdakı dəyişiklik edilsin:
1.1. 1-8 nömrəli əlavələrdə “kargüzar” sözü “mütəxəssis (kargüzar)” sözləri ilə əvəz edilsin;
1.2. 7 nömrəli əlavə üzrə:
1.2.1. 11-ci bənd aşağıdakı redaksiyada verilsin:
11
|
Ər-arvadın “___” __________________ 20___ il tarixli birgə ərizəsi
|
Nikahın pozulması haqqında _____________________ rayon (şəhər) məhkəməsinin “___” ___________ 20___ il tarixli ___________ nömrəli qətnaməsi.
Qətnamənin qanuni qüvvəyə mindiyi tarix “___” ___________ 20___ il
18 yaşa qədər ümumi uşaqlarının sayı _______
|
|
Ərin (arvadın) xəbərsiz itkin düşmüş, yaxud fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə _________ rayon (şəhər) məhkəməsinin
“___” ___________ 20___ il tarixli ___________ nömrəli qətnaməsi.
Qətnamənin qanuni qüvvəyə mindiyi tarix “___” ___________ 20___ il
|
1.3. 14 nömrəli əlavə üzrə:
1.3.1. mətndən “Vətəndaş” sözü (hər üç halda) çıxarılsın;
1.3.2. “ilə olan nikah ləğv edilmişdir, bu barədə nikahın ləğv edilməsi” sözləri “nikahı __________________________________________ əsasən pozulmuşdur.
(onların razılığına, ərin (arvadın) ərizəsinə, nikahın pozulması haqqında qətnamə çıxarmış məhkəmənin adı və qətnamənin çıxarıldığı tarix)
Nikaha “___”__________ 20__ il tarixində xitam verilmişdir.
Bu barədə nikahın pozulması” sözləri ilə əvəz edilsin;
1.3.3. “ləğv olunandan” sözləri “pozulduqdan” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 627; 2005, № 7, maddə 678; 2006, № 2, maddə 185, № 4, maddə 378, № 5, maddə 470, № 9, maddə 819, № 10, maddə 902; 2007, № 5, maddə 546, № 10, maddə 1026; 2008, № 2, maddə 114; 2010, № 7, maddə 700; 2011, № 7, maddə 737; 2012, № 2, maddə 178, № 11, maddələr 1203, 1212, № 12, maddə 1359; 2013, № 3, maddə 348, № 5, maddə 580; 2014, № 5, maddə 554, № 8, maddə 1005; 2015, № 5, maddə 669; 2016, № 2 (II kitab), maddə 389, № 7, maddə 1343, № 9, maddə 1585, № 11, maddə 1976; 2017, № 7, maddə 1499, № 12 (II kitab), maddələr 2525, 2760; 2019, № 3, maddə 516, № 4, maddələr 763, 781) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 5.9.5-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.9.6-cı yarımbənd əlavə edilsin:
“5.9.6. məhkəmənin qətnaməsi əsasında nikahın pozulması qeydə alınarkən, nikahın pozulması haqqında akt qeydində və şəhadətnamədə nikaha xitam verilmə tarixi kimi məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün göstərilir.”.
Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 28 avqust 2019-cu il
№ 373