060.000.000
130.000.000
Azərbaycan Respublikası Prezidentinin “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” 2017-ci il 28 aprel tarixli 1349 nömrəli, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci 1 may tarixli 1358 nömrəli və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 5 avqust tarixli 1569 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Məşğulluq haqqında" Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:
1. “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 563) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adında, 1-ci hissədə və 2.4-cü bənddə “qeyri-rəsmi əmək münasibətlərinin” sözləri “qeyri-formal məşğulluğun” sözləri ilə əvəz edilsin;
1.2. 1.4-cü bənddə “qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində monitorinqin” sözləri “qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması sahəsində nəzarət tədbirlərinin” sözləri ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1358 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 762, №11, maddə 2023, № 12 (I kitab), maddə 2343; 2018, № 6, maddə 1235, № 9, maddə 1842, № 12 (I kitab), maddələr 2555, 2596,2603; 2019, № 1, maddə 95) aşağıdakı dəyişikliklər edilsin:
[1]
2.1. 2.8-ci bənddə “29.3-cü” sözləri “33.2-ci” sözləri ilə, “əmək və işsizlikdən sığorta qanunvericiliyinin və həmin Qanunun 17.2-ci, 17.3-cü, 17.4-cü və 17.8-ci maddələrinin” sözləri “əmək qanunvericiliyinin, Azərbaycan Respublikasının “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” qanunlarının tələblərinin” sözləri ilə əvəz edilsin;
2.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın 2.1.8-ci yarımbəndində və həmin Qaydaya Əlavənin - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xüsusi xəzinə hesabına köçürülən vəsait barədə məlumat”ın 8-ci hissəsində “29.3-cü” sözləri “33.2-ci” sözləri ilə, “əmək və işsizlikdən sığorta qanunvericiliyinin və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 17.2-ci, 17.3-cü, 17.4-cü və 17.8-ci maddələrinin” sözləri “əmək qanunvericiliyinin, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinin” sözləri ilə əvəz edilsin.
3. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1516; 2018, № 12 (I kitab), maddə 2579) 1.1.4-cü yarımbəndində dördüncü abzas ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyun 2019-cu il
№ 746
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
22 may 2020-ci il tarixli 1033 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 558)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
[1]
22 may 2020-ci il tarixli 1033 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 558) ilə 2-ci bənd ləğv edilmişdir.