AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
02.10.2019
QEYDİYYAT NÖMRƏSİ
426
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2007-ci il 25 iyun tarixli 103 nömrəli, “Akvakulturanın həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 14 iyun tarixli 256 nömrəli və “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 18 sentyabr tarixli 400 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 04-10-2019, Nəşr Nömrəsi: 219), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2019, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1673)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
04.10.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201910020426
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
07.10.2019
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2007-ci il 25 iyun tarixli 103 nömrəli, “Akvakulturanın həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 14 iyun tarixli 256 nömrəli və “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 18 sentyabr tarixli 400 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 467 nömrəli Fərmanının 7.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 iyun tarixli 103 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 707, № 12, maddə 1341; 2009, № 10, maddə 860; 2014, № 2, maddə 201; 2015, № 2, maddə 227; 2016, № 4, maddə 800, № 5, maddə 955) ilə təsdiq edilmiş “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası”nın 2.1-ci bəndinin yeddinci abzasında “Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin yerli qurumunun” sözləri “Aqrar Xidmətlər Agentliyinin” sözləri ilə, 2.4-cü bəndinin dördüncü abzasında “Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin” sözləri “Aqrar Xidmətlər Agentliyinin” sözləri ilə və altıncı abzasında “Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin yerli qurumu” sözləri “Aqrar Xidmətlər Agentliyi” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 256 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1231; 2018, № 8, maddə 1817) ilə təsdiq edilmiş “Akvakulturanın həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 8.2-ci bənddə “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (bundan sonra - Dövlət Baytarlıq Nəzarəti Xidməti)” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin;

2.2. 12.1.5-ci yarımbəndin birinci cümləsində “Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 sentyabr tarixli 400 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1928; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 339 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nın 3.1.2-ci yarımbəndində “Dövlət Baytarlıq Xidmətinin rayon (şəhər) baytarlıq idarəsinin” sözləri “Aqrar Xidmətlər Agentliyinin” sözləri ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 2 oktyabr 2019-cu il

     № 426

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status