“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, №11, maddə 666; 2001, № 7, maddə 459; 2003, № 10, maddələr 546, 571; 2004, № 8, maddə 617, № 12, maddə 1005; 2006, № 9, maddə 743; 2008, № 8, maddə 719; 2009, № 4, maddə 226, № 8, maddə 630; 2010, № 7, maddə 606; 2011, № 6, maddə 510; 2012, № 5, maddə 423, №11, maddə 1079; 2014, № 9, maddə 1043; 2015, № 2, maddələr 110, 140, № 6, maddə 707, № 10, maddə 1116; 2016, № 3, maddə 456, № 4, maddələr 662, 666, № 6, maddə 1062, №11, maddə 1839; 2017, № 5, maddə 758, № 8, maddə 1521; 2018, № 2, maddələr 169, 197, № 4, maddə 677, № 6, maddə 1241, № 7 (I kitab), maddələr 1466, 1493; 2019, № 1, maddə 96, № 3, maddə 420; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 781 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. 2.1-ci bəndə “(hər üç halda)” sözlərindən sonra “, ikinci cümləsində” sözləri əlavə edilsin.
2. 2.2-ci bənddə “nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini” sözləri “orqan (qurum)” dedikdə” sözləri ilə, “həyata keçirirlər” sözləri “nəzərdə tutulur” sözləri ilə əvəz edilsin və həmin bəndə “dövlət qulluqçularına” sözlərindən sonra “habelə Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətinin işçilərinə” sözləri əlavə edilsin.
3. 2.3-cü bəndə “Administrasiyası,” sözündən sonra “Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidməti,” sözləri əlavə edilsin.
4. 2.4-cü bəndə “dövlət qulluqçuları” sözlərindən sonra “, Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətinin işçiləri” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 avqust 2019-cu il
№ 820