“Dövlət qulluğu haqqında” Azərbayean Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 28; 2002, № 8, maddə 495; 2005, № 12, maddə 1111; 2007, № 12, maddə 1241; 2008, № 5, maddə 363; 2010, № 2, maddə 80; 2017, № 8, maddə 1518; 2018, № 2, maddə 170, № 11, maddə 2249; 2019, № 1, maddə 75) 3.5-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“3.5. həmin Qanunun 8.1.1-ci, 11.1.1.1-ci, 11.1.2.2-ci, 11.1.3.3-cü və 11.1.4.2-ci maddələrində nəzərdə tutulmuş Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti, 8.1.1-ci, 11.1.1.1-ci, 11.1.2.2-ci (bölmə rəhbərlərinə münasibətdə) və 11.1.4.2-ci maddələrində nəzərdə tutulmuş Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların səlahiyyətlərini isə həmçinin Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidməti həyata keçirirlər.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 avqust 2019-cu il
№821