AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
28.08.2019
QEYDİYYAT NÖMRƏSİ
1399
ADI
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 1 nömrəli Əlavə - “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin dövlət qulluqçularının aylıq vəzifə maaşı”nda dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2019, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 1439)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.08.2019
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 1 nömrəli Əlavə - “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin və Azərbaycan

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 1 nömrəli Əlavə - “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin dövlət qulluqçularının aylıq vəzifə maaşı”nda dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 511, № 7 (II kitab), maddə 1574, № 11, maddə 2287; 2019, № 3, maddə 462, № 6, maddə 1055; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 iyul tarixli 1308 nömrəli Sərəncamı) ilə təsdiq edilmiş 1 nömrəli Əlavə - “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin dövlət qulluqçularının aylıq vəzifə maaşı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. adında “və” sözü vergül işarəsi ilə əvəz edilsin və “Xidmətinin” sözündən sonra “və Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətinin” sözləri əlavə edilsin.

2. 1.2-ci bəndə “rəisi” sözündən sonra “, Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi” sözləri əlavə edilsin.

3. 1.4-cü bənddən “Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi,” sözləri çıxarılsın.

4. 1.8-ci bəndə “Xidmətində şöbə müdiri” sözlərindən sonra “, Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətində şöbə müdiri” sözləri əlavə edilsin.

5. 1.12-ci bəndə “Xidmətində” sözündən sonra “, Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətində” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 avqust 2019-cu il

№ 1399

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status