Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1268 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 1 nömrəli Əlavə - “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin dövlət qulluqçularının aylıq vəzifə maaşları”nda dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1268 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1104; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 iyul tarixli 1304 nömrəli Sərəncamı) ilə təsdiq edilmiş 1 nömrəli Əlavə - “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin dövlət qulluqçularının aylıq vəzifə maaşları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. adında “və” sözü vergül işarəsi ilə əvəz edilsin və “Xidmətinin” sözündən sonra “və Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətinin” sözləri əlavə edilsin;
1.2. 1.2-ci bəndə “rəisi” sözündən sonra “, Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi” sözləri əlavə edilsin;
1.3. 1.4-cü bənddən “Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi,” sözləri çıxarılsın;
1.4. 1.8-ci bəndə “Xidmətində şöbə müdiri” sözlərindən sonra “, Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətində şöbə müdiri” sözləri əlavə edilsin;
1.5. 1.12-ci bəndə “Xidmətində” sözündən sonra “, Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətində” sözləri əlavə edilsin;
2. Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətində hərbi qulluqçuların və xüsusi növ dövlət qulluğu keçən şəxslərin aylıq vəzifə maaşları Təhlükəsizlik Şurası katibinin xidmətində dövlət qulluqçuları üçün nəzərdə tutulmuş aylıq vəzifə maaşlarına bərabər tutulsun.
3. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətinin maddi-texniki təchizatını təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 avqust 2019-cu il
№ 1400