AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASININ
QƏRARI
№1951100034
|
|
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin 2018-ci il 16 noyabr tarixli 1851100016 nömrəli qərarı ilə təsdiq edilmiş “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”da dəyişiklik edilməsi barədə
[1]
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 4.10.12-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti
Q Ə R A R A A L I R:
1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin 2018-ci il 16 noyabr tarixli 1851100016 nömrəli qərarı ilə təsdiq edilmiş “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”ına aşağıdakı məzmunda 4.13-cü bənd əlavə edilsin:
“4.13. Müddəti 7 (yeddi) ildən artıq olan istehlak kreditləri üzrə kredit riskinin maksimum miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 0,1 faizindən artıq olmamalıdır.”.
2. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən bir ay sonra qüvvəyə minir və qüvvəyə mindikdən sonra verilən və ya restrukturizasiya edilən istehlak kreditlərinə şamil edilir.
3. Hüquq və lisenziyalaşdırma departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
|
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
22 iyul 2022-ci il tarixli 29/1-2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202207222912, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 iyul 2022-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
22 iyul 2022-ci il tarixli 29/1-2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202207222912, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 iyul 2022-ci il) ilə ləğv edilmişdir.