AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
04.11.2019
QEYDİYYAT NÖMRƏSİ
434
ADI
Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomların formasının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 07-11-2019, Nəşr Nömrəsi: 248), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2019, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1854)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
07.11.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
200.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201911040434
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
19.11.2019
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomların formasının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomların forması” təsdiq edilsin (əlavə olunur).

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 4 noyabr 2019-cu il

     № 434

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2019-cu il 4 noyabr tarixli 434 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomların forması

 

1. Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomlar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 1.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (bundan sonra - Komissiya) tərəfindən həmin elmi dərəcələri təsdiq etmək məqsədilə verilir.

2. Fəlsəfə Doktoru Diplomunun təsviri:

2.1. diplom 195 mm x 285 mm ölçüdə mühafizə nişanlı kağızda çap olunur. Fəlsəfə doktoru diplomu açıq mavi rənglidir;

2.2. diplomun ön tərəfinin sağ yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri əks olunur və Azərbaycan Respublikasının Dövlət Gerbinin altında “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, həmin sözlərin altında isə tünd qara rənglə “FƏLSƏFƏ DOKTORU DİPLOMU” sözləri yazılır;

2.3. diplomun digər tərəfinin sol və sağ yuxarı hissələrində Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri əks olunur, solda Azərbaycan Respublikasının Dövlət Gerbinin altında “FƏLSƏFƏ DOKTORU DİPLOMU ELMİ DƏRƏCƏ HAQQINDA DÖVLƏT SƏNƏDİDİR” sözləri, həmin sözlərin altında isə diplomun seriyası və nömrəsi, sağ aşağı hissəsində “FƏLSƏFƏ DOKTORU ELMİ DƏRƏCƏSİ VERİLMİŞDİR” sözləri yazılır və ondan aşağıda isə möhür yeri və diplomun verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır;

2.4. mətn Fəlsəfə Doktoru Diplomunun nümunəsində göstərilən formada yerləşdirilir (1 nömrəli əlavə);

2.5. diplom qalın örtüklü xüsusi cilddə yapışdırılmadan təqdim edilir. Cildin üz qabığının yuxarı hissəsində relyeflə Azərbaycan Respublikasının Dövlət Gerbi, aşağı hissəsində “FƏLSƏFƏ DOKTORU DİPLOMU” sözləri həkk olunur, cildin içərisində isə heç bir qeydiyyat aparılmır. Fəlsəfə doktoru diplomunun cildi tünd göy rənglidir;

2.6. nömrələnmə Fəlsəfə Doktoru Diplomu üçün “FD” (fəlsəfə doktoru) seriyası və beş rəqəmdən ibarət olmaqla, Komissiya tərəfindən ardıcıl olaraq verilir.

3. Elmlər Doktoru Diplomunun təsviri:

3.1. diplom 195 mm x 285 mm ölçüdə mühafizə nişanlı kağızda çap olunur. Elmlər doktoru diplomu açıq çəhrayı rənglidir;

3.2. diplomun ön tərəfinin sağ yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri əks olunur, solda Azərbaycan Respublikasının Dövlət Gerbinin altında “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, həmin sözlərin altında isə tünd qara rənglə “ELMLƏR DOKTORU DİPLOMU” sözləri yazılır;

3.3. diplomun digər tərəfinin sol və sağ yuxarı hissələrində Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri əks olunur, Azərbaycan Respublikasının Dövlət Gerbinin altında “ELMLƏR DOKTORU DİPLOMU ELMİ DƏRƏCƏ HAQQINDA DÖVLƏT SƏNƏDİDİR” sözləri, həmin sözlərin altında isə diplomun seriyası və nömrəsi, sağ aşağı hissəsində “ELMLƏR DOKTORU ELMİ DƏRƏCƏSİ VERİLMİŞDİR” sözləri yazılır və ondan aşağıda isə möhür yeri və diplomun verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır;

3.4. mətn Fəlsəfə Doktoru Diplomunun nümunəsində göstərilən formada yerləşdirilir (2 nömrəli əlavə);

3.5. diplom qalın örtüklü xüsusi cilddə yapışdırılmadan təqdim edilir. Cildin üz qabığının yuxarı hissəsində relyeflə Azərbaycan Respublikasının Dövlət Gerbi, aşağı hissəsində “ELMLƏR DOKTORU DİPLOMU” sözləri həkk olunur, cildin içərisində isə heç bir qeydiyyat aparılmır. Elmlər doktoru diplomunun cildi tünd qırmızı rənglidir;

3.6. nömrələnmə elmlər doktoru diplomu üçün “ED” (elmlər doktoru) seriyası və beş rəqəmdən ibarət olmaqla, Komissiya tərəfindən ardıcıl olaraq verilir.

4. Komissiya fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə verdiyi diplomların uçotunu aparır.

5. Diplom Azərbaycan Respublikasının dövlət dilində tərtib edilir.

 

 


 

 

“Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomların forması”na

1 nömrəli əlavə

 

 

 

 

 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

FƏLSƏFƏ DOKTORU

 

DİPLOMU

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI-_____

 

             il

 

 

 

 


 

 

 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ

 

PREZİDENTİ YANINDA ALİ ATTESTASİYA KOMİSSİYASININ

 

_______________ TARİXLİ

 

QƏRARI İLƏ

 

 

FƏLSƏFƏ DOKTORU DİPLOMU

___________________________________________________

ELMİ DƏRƏCƏ HAQQINDA

(adı, atasının adı, soyadı)

DÖVLƏT SƏNƏDİDİR

______________________________________ İXTİSASINDA

 

(ixtisasın şifri və adı)

 

________________________________ ELM SAHƏSİ ÜZRƏ

 

(elm sahəsinin adı)

FD № _______

 

 

FƏLSƏFƏ DOKTORU

 

ELMİ DƏRƏCƏSİ VERİLMİŞDİR

 

 

 

 

 

SƏDR:

___________

_____________________

 

 

(imza)

(adı, soyadı)

 

BAŞ ELMİ KATİB:

___________

_____________________

 

 

(imza)

(adı, soyadı)

 

M.Y.

 

 

 

 


 

 

 

“Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomların forması”na

2 nömrəli əlavə

 

 

 

 

 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

ELMLƏR DOKTORU

 

DİPLOMU

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI-_____

 

             il

 

 

 

 


 

 

 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ

 

PREZİDENTİ YANINDA ALİ ATTESTASİYA KOMİSSİYASININ

 

_______________ TARİXLİ

 

QƏRARI İLƏ

 

 

ELMLƏR DOKTORU DİPLOMU

___________________________________________________

ELMİ DƏRƏCƏ HAQQINDA

(adı, atasının adı, soyadı)

DÖVLƏT SƏNƏDİDİR

______________________________________ İXTİSASINDA

 

(ixtisasın şifri və adı)

 

________________________________ ELM SAHƏSİ ÜZRƏ

 

(elm sahəsinin adı)

ED № _______

 

 

ELMLƏR DOKTORU

 

ELMİ DƏRƏCƏSİ VERİLMİŞDİR

 

 

 

 

 

SƏDR:

___________

_____________________

 

 

(imza)

(adı, soyadı)

 

BAŞ ELMİ KATİB:

___________

_____________________

 

 

(imza)

(adı, soyadı)

 

M.Y.

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status