Prokurorluğun rəsmi emblemi haqqında
AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Prokurorluğun rəsmi embleminin təsviri təsdiq edilsin (əlavə olunur).
2. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 29 iyun 2001-ci il
№ 164-IIQ
Azərbaycan Respublikasının 29 iyun
2001-ci il tarixli,
164-IIQ saylı Qanunu ilə
TƏSDİQ EDİLMİŞDİR
Prokurorluğun rəsmi embleminin
TƏSVİRİ
Prokurorluğun rəsmi embleminin əsas hissəsi şaquli yerləşmiş, yuxarı tərəfinin küncləri çevrə ilə kəsilmiş, üfüqi vəziyyətdə olan qövslə əhatə olunmuş, aşağı hissəsi iti bucaq olan qızılı rəngli qalxandır.
Qalxanın eni üzrə ən uzaq nöqtələri arasındakı məsafə hündürlüyün hissəsini təşkil edir.
Qalxanın arxasına hər iki tərəfi kəsici olan bir-birinə çarpazlandırılmış vəziyyətdə iti ucları aşağı olan qızılı rəngli qılınclar bərkidilmişdir. Qalxanın yuxarı hissəsinə qızılı rəngdə səkkiz güşəli ulduz və ondan aşağıda isə iti ucları yuxarı olan aypara qabartma üsulu ilə həkk edilmişdir.
Həmçinin qalxanın dövrəsi bütün perimetri boyunca qabartma üsulu ilə lentlə əhatə olunmuş və lentin üzərinə eyni üsulla səkkiz nöqtə bərkidilmişdir. Lentin eni qalxanın eni üzrə ən uzaq nöqtələrinin biri-birindən məsafəsinin 1/6 hissəsini təşkil edir.