AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
29.06.2001
QEYDİYYAT NÖMRƏSİ
165-IIQ
ADI
Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2001, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 450)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
380.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında

Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsviri təsdiq edilsin (əlavə olunur).

2. Bu qanun dərc olunduğu gündən qüvvəyə minir.

 


Azərbaycan Respublikasının Prezidenti
HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 29 iyun 2001-ci il
№ 165-IIQ

 

Azərbaycan Respublikasının

29 iyun 2001-ci il tarixli

165-IIQ saylı Qanunu ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının

təsviri

 

1. Fərqlənmə nİşanları

Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları çiyinüstu paqonlardır. Həqiqi dövlət ədliyyə müşaviri, I dərəcəli dövlət ədliyyə müşaviri, II dərəcəli dövlət ədliyyə müşaviri və III dərəcəli dövlət ədliyyə müşaviri üçün yarımyumşaq materialdan hazırlanmış paqonun aşağı hissəsi düzbucaqlı, paralel tərəflərinin uzunluğu 15 və 17 sm olmaqla arxa tərəfi iti, ön tərəfi kor bucaq şəklində, eni isə 6 sm olur. Paqonun yan kənarları 4 mm enində yaşıl mahuddan hazırlanmış kantla haşiyələnir. Ondan aşağı rütbələr üçün paqonun yuxarı hissəsi yarımdairəvi, orta xətt üzrə uzunluğu 17 sm, eni 5 sm olur. Paqonun kənarları, aşağı kənarı istisna olmaqla, 4 mm enində yaşıl mahuddan hazırlanmış kantla haşiyələnir.

Paqonlar pencəyə, paltoya, plaşa və köynəyə bərkidilir.

Həqiqi dövlət ədliyyə müşaviri, I dərəcəli dövlət ədliyyə müşaviri, II dərəcəli dövlət ədliyyə müşaviri və III dərəcəli dövlət ədliyyə müşavirinin paqonları mahud astar üzərində xüsusi toxunmuş gümüşü rəngli liflərdən hazırlanır.

Həqiqi dövlət ədliyyə müşavirinin paqonunun üzərində 40 mm diametri olan qabarıq şəkilli qızılı rəngli lifdən Azərbaycan Respublikasının Dövlət gerbi, ondan aşağı hissədə diametri 40 mm olan qabarıq şəkilli səkkiz guşəli ulduz hörülür. Paqonun aşağı kənarından ulduzun mərkəzinə qədər olan məsafə 45 mm, gerb ilə ulduzun mərkəzləri arasındakı məsafə isə 65 mm olur (şəkil 1).

I dərəcəli dövlət ədliyyə müşavirinin paqonu üzərində uzununa doğru orta xətt üzrə, qızılı rəngli liflərdən diametri 30 mm olan qabarıq şəkilli üç ədəd səkkiz guşəli ulduz hörülür. Paqonun aşağı kənarından 1-ci ulduzun mərkəzinə məsafə 35 mm, ulduzların mərkəzləri arasındakı məsafə isə 40 mm olur (şəkil 2).

II dərəcəli dövlət ədliyyə müşavirinin paqonu üzərində uzununa doğru orta xətt üzrə, qızılı rəngli liflərdən diametri 30 mm olan qabarıq şəkilli iki ədəd səkkiz guşəli ulduz hörüpür. Paqonun aşağı kənarından 1-ci ulduzun mərkəzinə məsafə 45 mm, ulduzların mərkəzləri arasındakı məsafə isə 60 mm olur (şəkil 3).

III dərəcəli dövlət ədliyyə müşavirinin paqonu üzərində ortada qızılı rəngli liflərdən diametri 30 mm olan qabarıq şəkilli bir ədəd səkkiz guşəli ulduz hörülür. Paqonun aşağı kənarından ulduzun mərkəzinə qədər məsafə 75 mm olur (şəkil 4).

Baş ədliyyə müşavirinin, Ədliyyə müşavirinin və Kiçik ədliyyə müşavirinin paqonları mahud astar üzərində gümüşü rəngli liflərdən hazırlanır və onların üzərində paqonun uzununa doğru mərkəzdən bir-birindən 10 mm aralı hər birinin eni 3 mm olmaqla yaşıl rəngli iki paralel xətt olur (şəkil 5).

Baş ədliyyə müşavirinin paqonu üzərində qızılı rəngli metaldan diametri 20 mm olan səkkiz guşəli üç ulduz bərkidilir. Ulduzlardan ikisi paralel xətlərin hər birinin üzərində, üçüncüsü isə onlardan yuxarıda paralel xətlərin arasında yerləşdirilir. Paqonun aşağı kənarından paralel xətlərin üzərində olan ulduzların mərkəzinə məsafə 25 mm, bu ulduzların mərkəzindən paralel xətlərin arasında olan ulduzun mərkəzinə məsafə 30 mm-dir (şəkil 6).

Ədliyyə müşavirinin paqonu üzərində qızılı rəngli metaldan diametri 20 mm olan 8 guşəli iki ulduz bərkidilir. Ulduzlar paralel xətlərin hər birinin üzərində yerləşdirilir. Paqonun aşağı kənarından ulduzların mərkəzinə məsafə 25 mm-dir (şəkil 7).

Kiçik ədliyyə müşavirinin paqonu üzərində paralel xətlərin arasında qızılı rəngli metaldan diametri 20 mm olan səkkiz guşəli bir ulduz bərkidilir. Paqonun aşağı kənarından ulduzun mərkəzinə məsafə 50 mm-dir (şəkil 8).

I dərəcəli hüquqşünas, II dərəcəli hüquqşünas və III dərəcəli hüquqşünasın paqonları mahud astar üzərində gümüşü rəngli liflərdən hazırlanır və onların üzərində paqonun uzununa doğru mərkəzdə eni 3 mm olan bir yaşıl rəngli xətt olur (şəkil 9).

I dərəcəli hüquqşünasın paqonu üzərində qızılı rəngli metaldan diametri 15 mm olan səkkiz guşəli dörd ulduz bərkidilir. Ulduzlardan ikisi mərkəzi xəttin sağında və solunda, ikisi isə yuxarıda mərkəzi xəttin üzərində yerləşdirilir. Paqonun aşağı kənarından mərkəzi xəttin sağında və solunda olan ulduzların mərkəzinə, habelə ulduzların mərkəzləri arasındakı məsafə 25 mm-dir (şəkil 10).

II dərəcəli hüquqşünasın paqonu üzərində qızılı rəngli metaldan diametri 15 mm olan səkkiz guşəli üç ulduz bərkidilir. Ulduzlardan ikisi mərkəzi xəttin sağında vo solunda, biri onlardan yuxarıda mərkəzi xəttin üzərində yerləşdirilir. Paqonun aşağı kənarından mərkəzi xəttin sağında və solunda olan ulduzların mərkəzinə məsafə 25 mm, bu ulduzların mərkəzindən xəttin üzərində yerləşən ulduzun mərkəzinə məsafə 30 mm-dir (şəkil 11).

III dərəcəli hüquqşünasın paqonu üzərində qızılı rəngli metaldan diametri 15 mm olan səkkiz guşəli iki ulduz bərkidilir. Ulduzlar mərkəzi xəttin sağında və solunda yerləşdirilir. Paqonun aşağı kənarından ulduzların mərkəzinə məsafə 25 mm-dir (şəkil 12).

Baş ədliyyə müşaviri, Ədliyyə müşaviri, Kiçik ədliyyə müşaviri, I dərəcəli hüquqşünas, II dərəcəli hüquqşünas və III dərəcəli hüquqşünasın paqonları yuxarı hissədən pencəyə, paltoya, plaşa və köynəyə diametri 15 mm olan, üzərində Azərbaycan Respublikasının Dövlət gerbi həkk olunmuş qızılı rəngli metaldan hazırlanmış düymə ilə bərkidilir.

 

2. Geyİm forması

2.1. Prokurorluq işçilərinin qış geyim forması göy rəngli kabardin parçadan hazırlanmış kostyumdan ibarətdir.

Pencək iki tərəfi düymələnən, qatlama yaxalıqlı olur. Hər cərgədə iki ədəd olmaqla üç cərgə, diametri 20 mm olan qızılı rəngli metaldan hazırlanmış, üzərində Azərbaycan Respublikasının Dövlət gerbi həkk olunmuş düymələr tikilir və aşağı iki cərgə düymələrdən ikisi işlək, qalanları isə dekorativ olur. Pencəyin hər iki yanında üstü qapaqlarla örtülən içəriyə tikilən cibləri, sol döş hissədə qapaqsız içəriyə tikilən cibi olur, qolları iki tikişli olmaqla uc hissədən 10 sm aralı manjetdən ibarətdir. Manjet və pencəyin yaxalığının üst hissəsi 2,5 mm enində yaşıl rəngli kantla haşiyələnir. Manjetlərin hər birinə diametri 15 mm olan qızılı rəngli metaldan hazırlanmış üzərində Azərbaycan Respublikasının Dövlət gerbi həkk olunmuş üç ədəd düymə sıra ilə tikilir (şəkil 13,17).

Həqiqi dövlət ədliyyə müşaviri, I dərəcəli dövlət ədliyyə müşaviri, II dərəcəli dövlət ədliyyə müşaviri və III dərəcəli dövlət ədliyyə müşavirinin pencəyinin yaxalıqlarının üst hissəsinə eni 12 mm olan palıd yarpaqları ilə əhatələnmiş prokurorluğun emblemi hörülür. Pencəyin qollarındakı manjetlərin altında 6 mm məsafədə 3 mm diametri olan qızılı rəngli qaytan, daha aşağı 6 mm məsafədə eni 12 mm olan qızılı rəngli palıd yarpaqları hörülür (şəkil 14,15).

Baş ədliyyə müşaviri, Ədliyyə müşaviri, Kiçik ədliyyə müşaviri, I dərəcəli hüquqşünas, II dərəcəli hüquqşünas və III dərəcəli hüquqşünasın pencəyinin yaxalıqlarının üst hissəsinə prokurorluğun qızılı rəngli metaldan hazırlanmış emblemi bərkidilir (şəkil 16).

Qadınlar üçün eyni biçimli, lakin sol tərəfə düymələnən pencək tikilir (şəkil 18).

Şalvarlar göy rəngli kabardin parçadan manjetsiz olur və onun yan tikişi boyu 2,5 mm enində yaşıl rəngli kant tikilir.

Həqiqi dövlət ədliyyə müşaviri, I dərəcəli dövlət ədliyyə müşaviri, II dərəcəli dövlət ədliyyə müşaviri və III dərəcəli dövlət ədliyyə müşavirinin şalvarlarındakı kanta paralel hər iki hissədə ondan 0,5 sm aralı eni 22 mm olan yaşıl rəngli yun parçadan iki zolaq tikilir (şəkil 19).

Qadınlar üçün bir qapalı büküyü olan yubka tikilir.

Kostyumla geymək üçün üst köynəyi ağ rəngli nazik parçadan hazırlanır və yaxalığı qalstuk üçün nəzərdə tutulur. Qalstuk göy rəngli olur.

Qadınlar üçün köynək eyni biçimli olmaqla sol tərəfə düymələnir.

Həqiqi dövlət ədliyyə müşaviri, I dərəcəli dövlət ədliyyə müşaviri, II dərəcəli dövlət ədliyyə müşaviri və III dərəcəli dövlət ədliyyə müşaviri üçün furajka boz, aşağı rütbələr üçün göy rəngli parçadan hazırlanır. Onun üst dövrəsi yaşıl rəngli kantla əhatə olunur, qara laklı günlüyü olur.

Həqiqi dövlət ədliyyə müşaviri, I dərəcəli dövlət ədliyyə müşaviri, II dərəcəli dövlət ədliyyə müşaviri və III dərəcəli dövlət ədliyyə müşavirinin furajkasının qabağında qızılı rəngli saplardan toxunmuş eni 15 mm olan ikiqat qaytan qızılı rəngli sapla yenidən eşilərək diametri 15 mm olan, üzərində Azərbaycan Respublikasının Dövlət gerbi həkk olunmuş iki düymə ilə bərkidilir. Qaytandan yuxarı furajkanın dövrəsinin üzərində tam ortada qızıl rəngli palıd yarpaqları ilə simmetrik şəkildə əhatə olunmuş prokurorluğun emblemindən ibarət qızılı rəngli kokarda bərkidilir. Furajkanın günlüyünün kənarı boyu qızılı rəngli hörmə qaytan yerləşdirilir və onun üstündə simmetrik şəkildə qızılı rəngli palıd yarpaqları olur (şəkil 20).

Baş ədliyyə müşaviri, Ədliyyə müşaviri, Kiçik ədliyyə müşaviri, I dərəcəli hüquqşünas, II dərəcəli hüquqşünas və III dərəcəli hüquqşünasın furajkalarında eni 10 mm olan qızılı rəngli saplardan hörülmüş hörmə qaytan üzərində Azərbaycan Respublikasının Dövlət gerbi həkk olunmuş iki düymə ilə bərkidilir. Bunların qızılı rəngli kokardası simmetrik olaraq dəfnə yarpaqları ilə əhatə olunmuş prokurorluğun emblemindən ibarətdir (şəkil 21).

Qış fəslində geyinmək üçün Həqiqi dövlət ədliyyə müşaviri, I dərəcəli dövlət ədliyyə müşaviri, II dərəcəli dövlət ədliyyə müşaviri və III dərəcəli dövlət ədliyyə müşaviri üçün boz rəngli, digər rütbələr üçün isə qara rəngli laklanmış günlüyü olan qaragül papaq hazırlanır. Papaqlarda fərqlənmə nişanları furajkalarda olan fərqlənmə nişanları ilə eynidir (şəkil 22, 23).

Qadınlar üçün müvafiq olaraq beret və günlüksüz qaragül papaq verilir (şəkil 24, 25).

Palto göy rəngli drap parçadan tikilir. İki tərəfi düymələnən, qatlama yaxalıqlı, arxadan tikişli və aşağı hissəsində bir açıq büküklü, içəri tikilmiş üstü qapaqlı, yan cibləri olur. Paltonun yaxasına diametri 20 mm olan qızılı rəngli metaldan hazırlanmış, üzərində Azərbaycan Respublikasının Dövlət gerbi həkk olunmuş hər cərgədə iki ədəd olmaqla üç cərgə düymə tikilir. Aşağı iki cərgə düymələrdən ikisi işlək, qalanlan isə dekorativ olur. Paltoların manjetləri pencəkdəki manjetlərlə eynidir (şəkil 26).

Paltonun fərqlənmə nişanları pencəkdəki fərqlənmə nişanları ilə eynidir.

Plaş göy rəngli plaş parçasından palto formasında tikilir. Plaşın beldən bağlanan, eni 50 mm olan kəmari olur.

Qadınlar üçün palto və plaş eyni biçimli olur, lakin sol tərəfə düymələnir.

2.2. Prokurorluq işçilərinin mövsümi geyimi göy rəngli nazik parçadan hazırlanmış qış geyim formasına uyğun kostyum, ağ rəngli uzunqol köynək, göy rəngli qalstukdan ibarətdir (şəkil 27).

2.3. Prokurorluq işçilərinin yay geyim forması nazik göy rəngli parçadan qış şalvarı formasında hazırlanmış şalvar, ağ rəngli nazik parçadan hazırlanmış qısaqollu üst köynəyindən ibarət olur. Köynəyin döş hissəsində üstdən tikilmiş qapaqlı iki cibi olur. Ona pencəklər üçün nəzərdə tutulmuş paqonlarla eyni ölçüdə paqon bərkidilir. Paqonun kənarları aşağı kənarı istisna olmaqla 4 mm enində ağ kətan parça ilə haşiyələnir və köynəyə bərkidilən düymədən 5 mm aşağı hissəsinə ortada prokurorluğun emblemi bərkidilir (şəkil 28, 29).

Qadınların yay formasında köynək sola düymələnir və yubkaları qış yubkası formasında hazırlanır (şəkil 30).

2.4. Mövsümi və yay ayaqqabısı qara rəngli dəridən hazırlanmış ayaqqabıdan, qış fəsli üçün isə eyni rəngli yarımçəkmədən ibarətdir.

2.5. Həqiqi dövlət ədliyyə müşaviri, I dərəcəli dövlət ədliyyə muşaviri, II dərəcəli dövlət ədliyyə müşaviri və III dərəcəli dövlət ədliyyə müşaviri üçün əlavə olaraq boz rəngli şərf, təbii dəridən qara əlcək, ayaqqabı və qayış nəzərdə tutulur.

3. Prokurorluq işçilərinin xüsusi geyiminin verilməsi normaları və istifadə müddətlərinə dair qaydalar Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən müəyyən edilir.

4. Hərbi prokurorluq işçilərinin geyim forması hərbi qulluqçular üçün müəyyən edilmiş formadır, lakin onların paqonları və yaxalıqları üzərində müvafiq olaraq prokurorluğun emblemi yerləşdirilir.

4.1. Hərbi prokurorluq işçilərinə geyim formasının verilmə norması və istifadə müddətləri hərbi qulluqçular üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll olunur.

 

Azərbaycan Respublikası Prokurorluq orqanları işçilərinə geyim formasının verilmə norması və istifadə müddətləri

 

Əşyaların adı

Verilməsi norması

İstifadə müddəti

Qış kostyumu

1 dəst

2 il

Mövsümi kostyum

1 dəst

2 il

Köynək

2 ədəd

1 il

Qalstuk

2 ədəd (göy)

1 il

Qayış

1 ədəd

1 il

Ayaqqabı

1 cüt

1 il

Yarımçəkmə

1 cüt

1 il

Furajka (beret)

1 ədəd

4 il

Qış papağı

1 ədəd

4 il

Qış əlcəyi

1 cüt

4 il

Şərf

1 ədəd

4 il

Plaş

1 ədəd

4 il

Palto

1 ədəd

4 il

Yay üst köynəyi

2 ədəd

1 il

Yay şalvarı (yubka)

1 ədəd

1 il

Corab

6 cüt

1 il

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status