AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
29.06.2001
QEYDİYYAT NÖMRƏSİ
166-IIQ
ADI
Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2001, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 451)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
380.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında

Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 29 iyun 2001-ci il
№ 166-IIQ

Azərbaycan Respublikasının

29 iyun 2001-ci il tarixli

166-IIQ saylı  Qanunu ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında
ƏSASNAMƏ

 

1. Prokurorluq işçisinin xidməti vəsiqəsi onun şəxsiyyətini, xüsusi rütbəsini və tutduğu vəzifəsini təsdiq edir.

2. Prokurorluq işçisi prokurorluqdan xaric edildikdə xidməti vəsiqə onu təqdim edən orqana qaytarılır.

3. Prokurorluq işçisinin xidməti vəsiqəsinin təsviri aşağıdakı kimidir:

3.1. Xidməti vəsiqə 90mm x 65mm ölçüdə tünd qırmızı rəngli möhkəm cildli kitabça şəklindədir.

3.2. Xidməti vəsiqənin cildinin üst tərəfində, ortada basma üsulu ilə Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və onun altında “Azərbaycan Respublikasının Prokurorluğu” sözləri qızıl rəngdə həkk olunur.

3.3. Xidməti vəsiqənin içliyi xüsusi kağızdan hazırlanır.

3.4. Xidməti vəsiqənin içliyinin birinci səhifəsində:

sol tərəfdə prokurorluq işçisinin xüsusi geyim formasında 30x40mm ölçüdə rəngli fotoşəkil üçün yer ayrılır;

yuxarıda ortada Azərbaycan Respublikası Dövlət Gerbinin rəngli təsviri verir, onun altında “VƏSİQƏ №” sözləri yazılır;

sol tərəfdə aşağıda “Vəsiqə________ilədək etibarlıdır“ sözləri, sağ tərəfdə aşağıda “şəxsi imza” sözləri yazılır və şəxsi imza üçün yer ayrılır;

3.5. Xidməti vəsiqənin içliyinin ikinci səhifəsində:

üst tərəfdə ortada “Azərbaycan Respublikasının Prokurorluğu” sözləri yazılır;

birinci sətrin altında “xüsusi rütbəsi”, ikinci sətrin altında “soyadı, adı, atasının adı”, üçüncü sətrin altında “vəzifəsi” sözləri yazılır. [1]

dördüncü sətrin altında xidməti vəsiqənin sahibinə xidməti silah gəzdirmək və saxlamaq hüququ verilməsi göstərilə bilər.

səhifənin aşağı hissəsində xidməti vəsiqənin “verildiyi tarix” sözləri yazılır və tarix üçün yer ayrılır.

səhifənin axırında xidməti vəsiqədə imza edən müvafiq dövlət orqanının rəhbərinin vəzifəsi və soyadı göstərilir və imza üçün yer ayrılır.

4. Azərbaycan Respublikası Baş Prokurorunun xidməti vəsiqəsi Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Baş Prokurorunun müavinlərinin, Naxçıvan Muxtar Respublikası prokurorunun xidməti vəsiqəsi Azərbaycan Respublikası Prezidenti İcra Aparatının rəhbəri, digər işçilərin xidməti vəsiqəsi isə Azərbaycan Respublikasının Baş Prokuroru və ya Baş Prokurorun müavini tərəfindən imzalanır və müvafiq qaydada təqdim edilir. Xidməti vəsiqənin içliyinin hər iki səhifəsində müvafiq dövlət orqanının dairəvi möhürü vurulur.

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       2 aprel 2010-cu il tarixli 985-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 aprel 2010-cu il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 281)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 

 

 



[1] 2 aprel 2010-cu il tarixli 985-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 aprel 2010-cu il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 281) ilə 1-ci maddəsindən və 3.5-ci maddəsinin üçüncü abzasından "xüsusi" sözü çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status