AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
08.10.2019
QEYDİYYAT NÖMRƏSİ
1676-VQD
ADI
Azərbaycan Respublikasının “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və “Peşə təhsili haqqında” qanunlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 17-11-2019, Nəşr nömrəsi: 255), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2019, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1685)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
17.11.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.050.040
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201910081676
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
18.11.2019
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikasının “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və “Peşə təhsili haqqında” qanunlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1385-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1.Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 10, maddə 836; 2017, № 8, maddə 1512) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.0.8-ci maddədə “psixi” sözü “psixoloji” sözü ilə əvəz edilsin;

1.2. 7.0.1-ci, 15.0.5-ci və 19.2.3-cü maddələrə “reabilitasiya” sözündən sonra “və psixoloji korreksiya” sözləri əlavə edilsin;

1.3. 8.0.6-cı maddədə “psixoloji” sözündən əvvəl “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada” sözləri əlavə edilsin.

Maddə 2.Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 3, maddə 191) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 8.0.11-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 8.0.12-ci maddə əlavə edilsin:

“8.0.12. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq.”;

2.2. 23.0.3-cü maddədə “psixoloji vəziyyətinin reabilitasiyasını” sözləri “psixoloji yardımı” sözləri ilə əvəz edilsin.

Maddə 3.Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 4, maddə 272) 7.0.4-cü maddəsi aşağıdakı redaksiyada verilsin:

“7.0.4. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;”.

Maddə 4.Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 641; 2014, № 4, maddə 347, № 7, maddə 767; 2016, № 6, maddə 987; 2018, № 10, maddə 1979, № 11, maddə 2226; 2019, № 4, maddə 579) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 15.1.22-ci maddə aşağıdakı redaksiyada verilsin:

“15.1.22. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;”;

4.2. 22.4-cü maddədən “və psixoloji” sözləri çıxarılsın.

Maddə 5.Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1152; 2019, № 5, maddə 799, № 6, maddə 986) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 10.23-cü maddəyə “təşkil olunur” sözlərindən sonra “və “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə, psixoloji yardım həyata keçirilir” sözləri əlavə edilsin;

5.2. aşağıdakı məzmunda 18.2.5-1-ci maddə əlavə edilsin:

“18.2.5-1. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 8 oktyabr 2019-cu il

№ 1676-VQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status