×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
25.11.2019
QEYDİYYAT NÖMRƏSİ
861
ADI
“Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1670-VQD nömrəli Qanununun tətbiqi, “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli 107 nömrəli Fərmanında dəyişiklik edilməsi və Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 26-11-2019, Nəşr nömrəsi: 262), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2019, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1709)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
26.11.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201911250861
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
26.11.2019
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

“Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1670-VQD nömrəli Qanununun tətbiqi, “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli 107 nömrəli Fərmanında dəyişiklik edilməsi və Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1670-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini, habelə Ələt azad iqtisadi zonasının idarə edilməsini və inkişafını təmin etmək məqsədilə qərara alıram:

1. “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli 107 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1197) 2-ci hissəsində “və 19.1-ci maddəsində” sözləri “, 19.1-ci və 32-ci maddələrində” sözləri ilə əvəz edilsin.

2. Ələt azad iqtisadi zonasının (bundan sonra – Azad Zona) müvəqqəti idarəetmə qurumu yaradılsın.

3. Müəyyən edilsin ki: [1]

3.1. Azad Zonanın müvəqqəti idarəetmə qurumu “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra – Qanun) uyğun olaraq Azad Zonanın fəaliyyətinə məsul olan, Azad Zonada tənzimləməni və nəzarəti həyata keçirən inzibati qurumdur;

3.2. Qanunun 32-ci maddəsinə uyğun olaraq Azad Zonanın səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər həmin səlahiyyətli qurumun və İdarə Heyətinin hüquqlarını və vəzifələrini müvəqqəti idarəetmə qurumu həyata keçirir;

3.3. müvəqqəti idarəetmə qurumuna Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müvəqqəti idarəetmə qurumunun sədri (bundan sonra – sədr) rəhbərlik edir;

3.4. sədr Azərbaycan Respublikasının Prezidentinə tabedir və ona hesabat verir;

3.5. müvəqqəti idarəetmə qurumunun idarə olunması ilə bağlı müvafiq sənədləri sədr qəbul edir;

3.6. müvəqqəti idarəetmə qurumunun idarə olunmasına, strateji məqsədlərinə çatmasına və fəaliyyətinə görə sədr məsuliyyət daşıyır;

3.7. müvəqqəti idarəetmə qurumunun maliyyə məsələləri Qanunun 8-ci maddəsinə uyğun olaraq tənzimlənir.

4. Sədrə tapşırılsın ki:

4.1. üç ay müddətində:

4.1.1. müvəqqəti idarəetmə qurumunun təşkilati strukturunu müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.1.2. müvəqqəti idarəetmə qurumunun büdcəsini təsdiq etsin;

4.2. Azad Zonanın idarə edilməsi və inkişafı ilə bağlı Qanundan irəli gələn digər səlahiyyətlərin həyata keçirilməsini təmin etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Qanunun 8-ci maddəsinə uyğun olaraq müvəqqəti idarəetmə qurumunun öz hüquq və vəzifələrini həyata keçirməsi üçün maliyyələşmə məsələlərinin həllini təmin etsin;

5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

6.1. müvəqqəti idarəetmə qurumunun öz hüquq və vəzifələrini həyata keçirməsi üçün onun müvafiq inzibati bina ilə təmin edilməsi ilə bağlı tədbirlər görsün;

6.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər bu Fərmandan irəli gələn məsələlərin həlli ilə bağlı müvəqqəti idarəetmə qurumuna lazımi kömək göstərilməsini təmin etsinlər.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 noyabr 2019-cu il

                        № 861


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 22 may 2020-ci il tarixli 1032 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 may 2020-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 557)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 22 may 2020-ci il tarixli 1032 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 may 2020-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 557) ilə 3–7-ci hissələri ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status