AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
26.11.2019
QEYDİYYAT NÖMRƏSİ
863
ADI
“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 27-11-2019, Nəşr nömrəsi: 263), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2019, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1711)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
27.11.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.030.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201911260863
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
28.11.2019
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. həmin Qanunun 7.7-ci, 7.8-ci, 7.9-cu, 7.10-cu, 7.11-ci (birinci halda), 7.14-cü (ikinci halda), 9.1-ci, 13.5-ci (ikinci halda), 13.9-cu, 13.10-cu (ikinci halda), 13.12-ci, 14.9-cu, 15.1-ci, 16.1-ci maddələrində nəzərdə tutulmuş orqan (qurum) barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını beş ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. bu Fərmanın 1.2-ci bəndində nəzərdə tutulmuş orqanlar (qurumlar) müəyyən edildikdən sonra üç ay müddətində:

1.4.1. həmin Qanunun 7.12-ci və 10.3-cü maddələrinə uyğun olaraq, texniki reqlamentlərin hazırlanması, ekspertizası, qəbulu, onlarda dəyişikliklər edilməsi qaydalarının layihəsini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4.2. həmin Qanunun 13.5-ci maddəsinə uyğun olaraq, uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin formasını, hazırlanması və təqdim edilməsi qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4.3. həmin Qanunun 13.10-cu maddəsinə uyğun olaraq, uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4.4. həmin Qanunun 13.11-ci maddəsinə uyğun olaraq, texniki reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.4.5. həmin Qanunun 13.14-cü maddəsinə uyğun olaraq, uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilməsi qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4.6. həmin Qanunun 15.2-ci maddəsinə uyğun olaraq, istehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirlərinin görülməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.4.7. həmin Qanunun 16.3-cü maddəsinə uyğun olaraq, məlumat mərkəzinin yaradılması və fəaliyyət qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7. beynəlxalq təcrübə nəzərə alınmaqla, texniki tənzimləmənin tətbiq edilə bilinməyəcəyi sahələri (halları) müəyyənləşdirəcəyi təqdirdə bununla bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.8. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci, 7.7-ci, 7.8-ci, 7.9-cu, 7.10-cu, 7.11-ci (hər iki halda), 7.12-ci, 7.14-cü (hər iki halda), 9.1-ci, 10.1-ci (hər iki halda), 10.3-cü, 12.3-cü, 13.5-ci (hər iki halda), 13.9-cu, 13.10-cu (hər iki halda), 13.11-ci, 13.12-ci, 13.14-cü, 14.9-cu, 15.1-ci, 15.2-ci, 16.1-ci, 16.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 7.12-ci və 10.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

2.3. həmin Qanunun 7.1-ci, 7.11-ci (ikinci halda), 7.14-cü (birinci halda), 10.1-ci (hər iki halda), 12.3-cü, 13.5-ci (birinci halda), 13.10-cu (birinci halda), 13.11-ci, 13.14-cü, 15.2-ci, 16.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

2.4. həmin Qanunun 7.7-ci, 7.8-ci, 7.9-cu, 7.10-cu maddələrində, 7.11-ci maddəsinin ikinci cümləsində (birinci halda), 7.14-cü maddəsinin ikinci cümləsində (ikinci halda), 9.1-ci maddəsində, 13.5-ci maddəsinin ikinci cümləsində, 13.9-cu, 13.10-cu (ikinci halda) maddələrində, 13.12-ci maddəsinin ikinci cümləsində, 14.9-cu maddəsinin ikinci cümləsində, 15.1-ci, 16.1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. [1]

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 26 noyabr 2019-cu il

                   № 863

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 17 mart 2020-ci il tarixli 961 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 mart 2020-ci il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 237)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 17 mart 2020-ci il tarixli 961 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 mart 2020-ci il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 237) ilə yeni məzmunda 2.4-cü bənd əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status