"Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
"Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
Müəyyən edilsin ki:
"Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini:
dövlət təbiət qoruqlarına, o cümlədən biosfer qoruqlarına, dövlət təbiət yasaqlıqlarına, milli parklara, respublika əhəmiyyətli və ya bölgə əhəmiyyətli təbiət parklara, ekoloji parklara, təbiət abidələrinə, zooloji parklara, nəbatat bağlarına və dendroloji parklara münasibətdə – Azərbaycan Respublikasının Ekologiya və Təbiət Sərvətlər Nazirliyi;
müalicə-sağlamlaşdırma yerləri və kurortlara münasibətdə – Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirirlər.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 4 iyul 2001-ci il
№ 532