AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
19.07.2001
QEYDİYYAT NÖMRƏSİ
539
ADI
"Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2001, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 476)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
330.000.000
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011

“Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunu tətbiq etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnaməyə uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Əsasnaməyə uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Əsasnamənin 5-ci maddəsində nəzərdə tutulmuş geyim formasının və fərqlənmə nişanlarının təchizat normasını və istifadə müddətlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Əsasnamənin 14-cü maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılmasını, maliyyələşdirilməsini, təyinatına uyğun bina, müasir avadanlıq və digər zəruri təşkilatı-texniki vasitələrlə təchiz olunmasını təmin etsin, onun Əsasnaməsini və strukturunu təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Əsasnamənin 33-cü maddəsinin birinci hissəsinin axırıncı abzasında fiziki qüvvə, xüsusi vasitələr və xidməti silah tətbiq etmək hüququ olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin siyahısını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Əsasnamənin 33-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş vergi orqanlarında istifadə olunan xüsusi vasitələr, xidməti silah və onlar üçün sursatın siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

öz səlahiyyətləri daxilində həmin Əsasnamədən irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 16-cı maddəsinin ikinci hissəsində, 17-ci maddəsində, 74-cü maddəsinin birinci cümləsində, 33-cü maddəsinin birinci hissəsinin axırıncı abzasında və 78-ci maddəsində nəzərdə tutulmuş vergi orqanlarının vəzifəli şəxsləri dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin vəzifəli şəxsləri nəzərdə tutulur. [1]

3. Müəyyən edilsin ki,

3.1. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 5-ci maddəsində (geyim formasının və fərqlənmə nişanlarının nümunəsinin müəyyənləşdirilməsinə dair), 16-cı maddəsinin ikinci hissəsində, 17-ci maddəsində, 19-cu maddəsinin birinci cümləsində, 20-ci maddəsində, 30-cu maddəsində, 33-cü maddəsinin birinci hissəsinin axırıncı abzasında, 74-cü maddəsinin birinci cümləsində və 78-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [2]

3.2. həmin Əsasnamənin 5-ci maddəsində (geyim formasının və fərqlənmə nişanlarının təchizat normasını və istifadə müddətlərinin müəyyənləşdirilməsinə dair), 6-cı, 33-cü maddəsinin ikinci hissəsində və 55-ci maddəsinin birinci hissəsində (birinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [3]

3.3. həmin Əsasnamənin 5-1-ci maddəsində, 8-ci maddəsinin ikinci hissəsində, 14-cü maddəsində, 19-cu maddəsinin ikinci cümləsində, 31-ci maddəsində, 38-ci maddəsində, 43-cü maddəsində, 44-cü maddəsində, 45-ci maddəsinin 3-cü bəndində, 52-ci maddəsində, 53-cü maddəsinin birinci və ikinci hissələrində, 55-ci maddəsinin birinci hissəsində (ikinci halda), 57-ci maddəsində, 71-ci maddəsində, 75-ci maddəsinin ikinci hissəsində, 76-cı maddəsində, 79-cu maddəsində, 80-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir; [4]

3.4. həmin Əsasnamənin 17-ci maddəsində “məhkəmə və” sözlərindən sonra “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi başa düşülür. [5]

4. Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin 20-ci maddəsinə əsasən vergi orqanlarının vəzifəli şəxslərinin mövcud fərdi rütbələri həmin Əsasnamə ilə nəzərdə tutulmuş xüsusi rütbələrə aşağıdakı qaydada bərabər tutulsun: [6]

 

Ali dövlət vergi xidməti müşaviri

Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri

1-ci, 2-ci, 3-cü dərəcəli baş dövlət vergi xidməti müşaviri və 1-ci dərəcəli böyük dövlət vergi xidməti müşaviri

baş vergi xidməti müşaviri

2-ci dərəcəli böyük dövlət vergi xidməti müşaviri

vergi xidməti müşaviri

3-cü dərəcəli böyük dövlət vergi xidməti müşaviri

kiçik vergi xidməti müşaviri

1-ci dərəcəli dövlət vergi xidməti müşaviri

1-ci dərəcəli müfəttiş

2-ci dərəcəli dövlət vergi xidməti müşaviri

2-ci dərəcəli müfəttiş

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

3-cü dərəcəli müfəttiş

 

5. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 30-cu maddəsinə əsasən vergi orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələrin və bu vəzifələrə uyğun xüsusi rütbələrin Siyahısı təsdiq edilsin (əlavə olunur). [7]

[8] 6. “Azərbaycan Respublikası dövlət vergi orqanlarının tanınma nişanı, vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamə təsdiq edilsin (əlavə olunur). [9]

 

Azərbaycan Respublikasının Prezidenti  HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 19 iyul 2001-ci il

                   № 539

 

 


 

Əlavə 1

 

Azərbaycan Respublikası Prezidentinin

2005-ci il 9 fevral tarixli 195 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

[10] Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələrin və bu vəzifələrə uyğun xüsusi rütbələrin [11]

 

SİYAHISI

 

Vəzifənin adı

Xüsusi rütbənin adı

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında

Dövlət Vergi Xidmətinin Aparatı

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi

Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini

2-ci dərəcəli dövlət vergi xidməti müşaviri

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının rəhbəri

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatında baş idarənin rəisi

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

Digər vergi qurumları

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin rəisi

2-ci dərəcəli dövlət vergi xidməti müşaviri

Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəisi

3-cü dərəcəli dövlət ədliyyə müşaviri

Digər baş idarənin rəisi

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

Tədris Mərkəzinin rəisi

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

 


 

 

 

Əlavə 2

 

Azərbaycan Respublikası Prezidentinin

2008-ci il 8 may tarixli, 761 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası dövlət vergi orqanlarının tanınma nişanı, vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqləndirmə nişanları haqqında [12]

 

ƏSASNAMƏ

 

Birinci bölmə.

 

ƏSAS MÜDDƏALAR

 

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra Dövlət Vergi Xidməti) vəzifəli şəxslərinin xüsusi geyim forması—geyim predmetləri və fərqləndirmə nişanlarının komplektidir. [13]

2. Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin xüsusi geyim formasının predmetlərinə aiddir: [14]

Üst geyimləri—palto, yarımpalto, plaş, yarımplaş, kurtka, gödəkcə, ikitərəfli kurtka, kamuflyaj, pencək, şalvar, yubka.

Baş geyimləri—furajka, yay furajkası, şlyapa, beysbolka, qış papağı.

Digər geyim növləri və aksessuarları—köynəklər, puloverlər, şərflər, qalstuklar, qalstuk üçün sıxaclar, ayaqqabılar, kəmərlər, çantalar, corablar.

Xüsusi geyim formasını Dövlət Vergi Xidmətinin vəzifəli şəxsləri daşıya bilər.

Xüsusi geyim formasını daşıma hüququ olmayan vətəndaşların Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin fərqləndirmə nişanı olan xüsusi geyim formasını daşıması qadağandır. [15]

Dövlət Vergi Xidmətinin vəzifəli şəxsləri xüsusi geyim formasını Dövlət Vergi Xidməti rəisinin təsdiq etdiyi əmrində göstərilən qaydada daşıyır. [16]

Xüsusi geyim forması ilə təminetmə və daşıma qaydaları Azərbaycan Respublikasının vergilər naziri tərəfindən müəyyən edilir. [17]

 

İkinci bölmə.

 

DÖVLƏT VERGİ XİDMƏTİNİN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN GEYİM FORMALARININ DAŞINMASI [18]

 

Fəsil. I

 

MƏRASİM GEYİM FORMALARININ TƏRKİBİ VƏ DAŞINMA QAYDALARI

 

Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin mərasim geyim formalarının tərkibinə aşağıdakı geyim növləri aiddir: [19]

·          Yay geyimləri və geyim aksessuarları:

·          Kişilər üçün furajka—göy rəngli,

·          Qadınlar üçün şlyapa—göy rəngli

·          Furajka—ağ rəngli (ali rəis heyəti, kişilər üçün)

·          Şlyapa—ağ rəngli (ali rəis heyəti, qadınlar üçün)

·          Yay yubkası—göy rəngli

Kişi və qadınlar üçün

·          Pencək—ağ rəngli (ali rəis heyəti üçün)

·          Pencək—göy rəngli

·          Yay şalvarı—göy rəngli

·          Şlyapa—tünd göy rəngli

·          Kəmər—qara rəngli

·          Uzunqol köynək—ağ rəngli

·          Uzunqol köynək—mavi rəngli

·          Qalstuk—qırmızı rəngli

·          Yay çəkməsi—qara rəngli dəridən

Qış geyimləri və geyim aksessuarları:

Kişi və qadınlar üçün

·          Qış papağı—qaragül dəridən (ali rəis heyəti üçün)

·          Qış papağı—dəridən (baş və kiçik rəis heyəti üçün)

·          Furajka (qadınlarda şlyapa)—göy rəngli

·          Palto—tünd göy rəngli

·          Plaş— tünd göy rəngli

·          Pencək—ağ rəngli (ali rəis heyəti üçün)

·          Pencək—göy rəngli

·          Şalvar (qadınlar üçün yubka və şalvar)—göy rəngli

·          Uzunqol köynək—ağ rəngli

·          Pulover qollu—göy rəngli

·          Pulover qolsuz—göy rəngli

·          Qalstuk—qırmızı rəngli

·          Kəmər—qara rəngli

·          Əlcək—qara rəngli

·          Şərf—tünd göy və mavi rəngli

·          Corab—qara rəngli

·          Qış çəkməsi (qadınlarda uzunboğaz çəkmə)—qara rəngli dəridən

 

Fəsil II

 

GÜNDƏLİK GEYİM FORMALARININ TƏRKİBİ VƏ DAŞINMA QAYDALARI

 

Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin xüsusi geyim formasının tərkibinə aşağıdakı xüsusi geyim növləri aiddir: [20]

Yay geyimləri və geyim aksessuarları:

·          Kişilər üçün furajka, şlyapa və beysbolka papaq—göy rəngli

·          Qadınlar üçün şlyapalar və beysbolka—göy rəngli

·          Yubka—göy rəngli

·          Corab—qara rəngli (kişilər üçün)

·          Neylon corab—qara rəngli (qadınlar üçün)

Kişi və qadınlar üçün

·          Pencək—göy rəngli

·          Şalvar—göy rəngli

·          Kəmər—qara rəngli

·          Uzunqol köynək—mavi rəngli

·          Qısaqol köynək—mavi rəngli

·          Üçdüymə köynək—mavi rəngli

·          Qalstuk— mavi və göy rəngli [21]

·          Yay çəkməsi—qara rəngli dəridən

Qış geyimləri və geyim aksessuarları:

Kişi və qadınlar üçün

·          Qış papağı—qaragül dəridən (ali rəis heyəti üçün)

·          Qış papağı—dəridən (baş və kiçik rəis heyəti üçün)

·          Furajka (qadınlarda şlyapa)—göy rəngli

·          Palto—tünd göy rəngli

·          Yarımpalto— tünd göy rəngli

·          Plaş—tünd göy rəngli

·          Yarımplaş—tünd göy rəngli

·          Kurtka—göy rəngli

·          Gödəkcə—göy rəngli

·          Pencək—göy rəngli

·          Şalvar (qadınlar üçün yubka və şalvar)—göy rəngli

·          Uzunqol köynək—mavi rəngli

·          Pulover qollu—göy rəngli

·          Pulover qolsuz—göy rəngli

·          Qalstuk—mavi və göy rəngli

·          Kəmər—qara rəngli

·          Əlcək—qara rəngli

·          Şərf—tünd göy və mavi rəngli

·          Corab—qara rəngli

·          Qış çəkməsi (qadınlarda uzunboğaz çəkmə)—qara rəngli dəridən

 

Fəsil III

 

XÜSUSİ TƏYİNATLI GEYİMLƏRİN TƏRKİBİ VƏ DAŞINMA QAYDALARI

 

Xüsusi təyinatlı geyimlərə aşağıdakılar aiddir:

- İkitərəfli kurtka

- Kamuflyaj (yay və qış üçün)

 

Üçüncü bölmə

 

DÖVLƏT VERGİ XİDMƏTİNİN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN FƏRQLƏNDİRMƏ NİŞANLARI [22]

 

Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin fərqləndirmə nişanları xüsusi geyim formasında rəmzi şərti təsvir olub, müəyyən anlayışı əks etdirir və dövlət məsuliyyəti göstərir. [23]

Vəzifəli şəxslərin fərqləndirmə nişanları və onların təsvirləri bu Əsasnamə ilə müəyyən edilir.

Fərqləndirmə nişanlarına aiddir:

·          Dövlət Vergi Xidmətinin tanınma nişanı;

·          poqon, yaxa nişanları, qol nişanları (medal və nişan tikmələr), baş geyimlərindəki nişanlar (kokardalar, emblemlər, aypara və ulduzlar) kantlar və lampaslar.

Bundan əlavə, xüsusi geyim formasındakı rəng, biçim, geyimin komplektliyi, düymələr və geyimin başqa hissələri digər xarici fərqləndirmə əlamətlərində də həmin məqsədlərlə istifadə edilir.

 

Fəsil IV

 

DÖVLƏT VERGİ XİDMƏTİNİN TANINMA NİŞANI [24]

 

Dövlət Vergi Xidmətinin tanınma nişanı onun rəmzidir (Şəkil 1). [25]

Tanınma nişanı Dövlət Vergi Xidmətinin hər bir əməkdaşına Azərbaycan Respublikasının iqtisadi suverenliyini və təhlükəsizliyini müdafiə etmək, öz xidməti vəzifələrini vicdanla yerinə yetirmək borcunu xatırladır.

Dövlət Vergi Xidmətinin tanınma nişanı dairəvi formadadır. Qızılı xətlə haşiyələnmiş və üzərində xüsusi kompozisiya təsvir olunmuşdur. [26]

Tanınma nişanının yuxarı hissəsində ağ fon üzərində qızılı rəngdə yarımdairə formasında “Azərbaycan Respublikası” və onun aşağısında “İqtisadiyyat Nazirliyi” sözləri yazılmışdır.

Tanınma nişanının mərkəzində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri əks olunmuşdur. Ağ fon üzərində qızılı rənglə təsvir edilmiş üçbucaq formalı elementlər Dövlət Gerbinin ətrafında dairə yaratmış və həmin dairənin aşağı hissəsində ağ fon üzərində qızılı rəngdə “Dövlət Vergi Xidməti” sözləri yazılmışdır.

Tanınma nişanının aşağı hissəsində “Dövlət Vergi Xidməti” sözlərinin hər iki yan tərəfi qızılı rəngli qövsvari sünbüllə haşiyələnmişdir.

Dövlət Vergi Xidmətinin tanınma nişanı xidmətin vəzifəli şəxslərinin xüsusi geyim formasında daşınır, hər növ blanklarında, inzibati binalarının girəcəklərində, avtonəqliyyat vasitələrində və digər sahələrində istifadə olunur. [27]

 

Fəsil V

 

DÖVLƏT VERGİ XİDMƏTİNİN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN XÜSUSİ RÜTBƏLƏRİNƏ GÖRƏ POQONLARIN TƏSVİRİ [28]

 

Ali rəis heyəti—Azərbaycan Respublikasının həqiqi dövlət vergi xidməti müşaviri və 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirləri və 3-cü dərəcəli dövlət ədliyyə müşaviri üçün poqonlar 50x100 mm ölçüdədir, toxunmadır, taxılıb-çıxarılandır, səkkizguşəli ulduzların sayı rütbələrə görə fərqlənir. Gerb və ulduzların ölçüsü 20 mm-dir. Aypara 28x24 mm ölçüdədir (Şəkil 117, 118, 119, 120). [29]

İçərisində kənarı boyunca sarı (qızılı) sapdan toxunma sünbül və dəfnə yarpaqları arasında aypara və səkkizguşəli ulduzlar təsvir olunmuşdur. Poqonun hər iki tərəfindən qırmızı və ya sarı (qızılı) sapla kant toxunmuşdur.

Azərbaycan Respublikasının həqiqi dövlət vergi xidməti müşaviri—yanlarda iki böyük ulduz, mərkəzdə Azərbaycan Respublikasının dövlət gerbi;

1-ci dərəcəli dövlət vergi xidməti müşaviri—3 böyük ulduz;

2-ci dərəcəli dövlət vergi xidməti müşaviri—2 böyük ulduz;

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri (3-cü dərəcəli dövlət ədliyyə müşaviri) —1 böyük ulduzla bir-birindən fərqlənir; [30]

Baş rəis heyəti—baş vergi xidməti müşaviri (baş ədliyyə müşaviri), vergi xidməti müşaviri (ədliyyə müşaviri), kiçik vergi xidməti müşaviri (kiçik ədliyyə müşaviri) üçün poqonlar 50x100 mm ölçüdədir, toxunmadır, taxılıb-çıxarılandır, səkkizguşəli ulduzların sayı rütbələrə görə fərqlənir. Ulduzların ölçüsü 18 mm-dir. Aypara isə 28x24 mm ölçüdədir (Şəkil 121, 122, 123). [31]

İçərisində ayparanın arxa tərəfindən qövsvari sarı (qızılı) sapdan toxunma sünbül və dəfnə yarpaqları, ayparanın ön tərəfindən (içəri hissəsindən) səkkizguşəli ulduzlar təsvir olunmuşdur.

Baş vergi xidməti müşaviri (baş ədliyyə müşaviri)3 böyük ulduz; [32]

Vergi xidməti müşaviri (ədliyyə müşaviri) —2 böyük ulduz; [33]

Kiçik vergi xidməti müşaviri (kiçik ədliyyə müşaviri) —1 böyük ulduzla bir-birindən fərqlənir. [34]

Kiçik rəis heyəti—1-ci dərəcəli müfəttiş (1-ci dərəcəli hüquqşünas), 2-ci dərəcəli müfəttiş (2-ci dərəcəli hüquqşünas), 3-cü dərəcəli müfəttiş (3-cü dərəcəli hüquqşünas), müfəttişlər üçün poqonlar 50 x 100 mm ölçüdədir, toxunmadır, taxılıb-çıxarılandır, səkkizguşəli ulduzların sayı rütbələrə görə fərqlənir. Ulduzların ölçüsü 15 mm-dir. Aypara isə 28x24 mm ölçüdədir (Şəkil 124, 125, 126, 127). [35]

1-ci dərəcəli müfəttiş (1-ci dərəcəli hüquqşünas)4 ulduz; [36]

2-ci dərəcəli müfəttiş (2-ci dərəcəli hüquqşünas)3 ulduz; [37]

3-cü dərəcəli müfəttiş (3-cü dərəcəli hüquqşünas)2 ulduz; [38]

Müfəttiş—1 ulduzla bir-birindən fərqlənir.

 

Fəsil VI

 

DÖVLƏT VERGİ XİDMƏTİNİN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN TANINMA QOL VƏ DÖŞ NİŞANLARI [39]

 

Tanınma qol nişanı göy rəngdədir, pambıq parça üzərində polivinilxlorid (PVX) materialdan istifadə edilməklə preslənmə yolu ilə hazırlanır. Tanınma döş nişanı ağ rəngdədir və vəzifəli şəxslərin üçdüymə köynəyinin üzərinə toxunmuşdur (Şəkil 98, 99). Tanınma qol və döş nişanları dairəvi formadadır, qızılı xətlə haşiyələnmişdir, üzərində xüsusi kompozisiya təsvir olunmuşdur. Dairənin ümumi diametri 80 mm, üçbucaq formalı elementlərin Dövlət Gerbinin ətrafında yaratdığı dairənin diametri isə 48 mm-dir (Şəkil 130). [40]

Tanınma qol və döş nişanlarının yuxarı hissəsində qızılı rəngdə yarımdairə formasında “Azərbaycan Respublikası” və onun aşağısında “İqtisadiyyat Nazirliyi” sözləri yazılmışdır.

Tanınma qol və döş nişanlarının mərkəzində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri göstərilmişdir. Qızılı rənglə təsvir edilmiş üçbucaq formalı elementlər Dövlət Gerbinin ətrafında dairə yaratmış və həmin dairənin aşağı hissəsində qızılı rəngdə “Dövlət Vergi Xidməti” sözləri yazılmışdır.

Tanınma qol və döş nişanlarının aşağı hissəsində “Dövlət Vergi Xidməti” sözlərinin hər iki yan tərəfi qızılı rəngli qövsvari sünbüllə haşiyələnmişdir.

Dövlət Vergi Xidmətinin qol və döş tanınma nişanı xidmətin vəzifəli şəxslərinin xüsusi geyim formalarında daşınır. [41]

 

Dördüncü bölmə

 

DÖVLƏT VERGİ XİDMƏTİNİN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN GEYİM FORMALARININ PREDMETLƏRİNİN DAŞINMA XÜSUSİYYƏTLƏRİ [42]

 

Fəsil VII

 

DÖVLƏT VERGİ XİDMƏTİNİN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN BAŞ GEYİMLƏRİ [43]

 

Furajka—ali rəis heyəti üçün—göy rənglidir (mərasimlər üçün ağ rəngdə, günlüyü qara və ağ rənglərdə), oval formalı, təpə dövrəlidir, günlük hissəsindən, qızılı rəngdə çənəaltı qayışcıqdan və kiçik forma düymələrindən ibarətdir. Kostyumun hazırlandığı parçadan hazırlanır. Dövrənin üstündən (furajkanın rənginə uyğun olaraq) ağ və göy rəngli atlas parçadan bəzək lenti keçir. Furajkanın dövrəsinin qabaq tərəfində hündürlüyü 80 mm , eni 150 mm olan, Azərbaycan Respublikasının dövlət gerbi və sarı (qızılı) rəngli sapla qövsvari sünbül və dəfnə yarpaqları toxunmuş kokarda tikilmişdir (Şəkil 105).

Günlüyün üz səthi hər iki tərəfdən uzunluğu 94 mm , eni 79 mm olan sarı (qızılı) rəngli sapla sünbül və dəfnə yarpaqları ilə bəzədilmişdir (toxunmuşdur).

Furajkanın təpə dairəsinin kənarlarında və oturacaq hissəsindəki dairə boyunca eni 3 mm olan qırmızı rəngli mahud parçadan kant tikilir.

Furajka—baş və kiçik rəis heyəti üçün—göy rənglidir, oval formalı, təpə dövrəlidir, günlük hissəsindən, qızılı rəngdə çənəaltı qayışcıqdan və kiçik forma düymələrindən ibarətdir. Kostyumun hazırlandığı parçadan hazırlanır. Dövrənin üstündən göy rəngli atlas parçadan bəzək lenti keçir. Baş rəis heyəti üçün nəzərdə tutulmuş furajkanın dövrəsinin qabaq tərəfində hündürlüyü 75 mm , eni 130 mm olan, Azərbaycan Respublikasının dövlət gerbi və sarı (qızılı) rəngli sapla qövsvari sünbül və dəfnə yarpaqları ilə bəzədilmiş (toxunmuş), kiçik rəis heyəti üçün nəzərdə tutulmuş furajkada isə hündürlüyü 60 mm , eni 54 mm olan və yalnız dövlət gerbindən ibarət olan kokarda tikilmişdir (Şəkil 106,107).

Günlük qara rənglidir.

Furajkanın təpə dairəsinin kənarlarında və oturacaq hissəsindəki dairə boyunca eni 3 mm olan mavi rəngli mahud parçadan kant tikilir.

Qadın şlyapası—ali rəis heyəti üçün—göy rənglidir (mərasimlər üçün ağ rəngli), günlüksüzdür, oval formalıdır. Şlyapanın üst hissəsinə kənar dövrəsinə paralel xüsusi qövsvari forma verilmişdir. Şlyapanın dövrəsinin qabaq tərəfində hündürlüyü 80 mm , eni 150 mm olan, Azərbaycan Respublikasının dövlət gerbi və sarı (qızılı) rəngli sapla qövsvari sünbül və dəfnə yarpaqları toxunmuş kokarda tikilmişdir (Şəkil 108).

Qadın şlyapası—baş və kiçik rəis heyəti üçün—göy rənglidir, günlüksüzdür, oval formalıdır. Şlyapanın üst hissəsinə kənar dövrəsinə paralel qövsvari xüsusi forma verilmişdir. Baş rəis heyəti üçün nəzərdə tutulmuş şlyapanın dövrəsinin qabaq tərəfində hündürlüyü 75 mm , eni 130 mm olan, Azərbaycan Respublikasının dövlət gerbi və sarı (qızılı) rəngli sapla qövsvari sünbül və dəfnə yarpaqları ilə bəzədilmiş (toxunmuş), kiçik rəis heyəti üçün nəzərdə tutulmuş şlyapada isə hündürlüyü 60 mm , eni 54 mm olan və yalnız dövlət gerbindən ibarət olan kokarda tikilmişdir (Şəkil 109,110).

Qış papağı—ali rəis heyəti üçün (KİŞİLƏR VƏ QADINLAR ÜÇÜN)—göy rənglidir, dairəvi formalıdır, günlüklüdür. Kostyumun hazırlandığı parçadan hazırlanır. Qara rəngli qaragül dəridən olan və basma düymə ilə açılıb bağlanan yarımdairəvi qulaqlığı vardır. Papağın dövrəsinin qabaq tərəfində hündürlüyü 80 mm , eni 150 mm olan, Azərbaycan Respublikasının dövlət gerbi və sarı (qızılı) rəngli sapla qövsvari sünbül və dəfnə yarpaqları ilə bəzədilmiş (toxunmuş) kokarda tikilmişdir (Şəkil 111,112).

Günlüyün üz səthi hər iki tərəfdən uzunluğu 94 mm , eni 79 mm olan sarı (qızılı) rəngli sapla sünbül və dəfnə yarpaqları ilə bəzədilmişdir (toxunmuşdur).

Qış papağı—baş və kiçik rəis heyəti üçün (KİŞİLƏR VƏ QADINLAR ÜÇÜN)—göy rənglidir, dairəvi formalıdır, günlüklüdür. Kostyumun hazırlandığı parçadan hazırlanır. Qara rəngli qaragül dəridən olan və basma düymə ilə açılıb bağlanan yarımdairəvi qulaqlığı vardır. Baş rəis heyəti üçün nəzərdə tutulmuş papağın dövrəsinin qabaq tərəfində hündürlüyü 75 mm , eni 130 mm olan, Azərbaycan Respublikasının dövlət gerbi və sarı (qızılı) rəngli qövsvari sünbül və dəfnə yarpaqları ilə bəzədilmiş (toxunmuş), kiçik rəis heyəti üçün nəzərdə tutulmuş papaqda isə hündürlüyü 60 mm , eni 54 mm olan və yalnız dövlət gerbindən ibarət olan kokarda tikilmişdir (Şəkil 111,112).

Yay furajkası (beysbolka)—ali rəis heyəti üçün (KİŞİLƏR VƏ QADINLAR ÜÇÜN)—göy rənglidir, günlüklüdür, günbəz formalı və dairəvidir. Kostyumun hazırlandığı parçadan hazırlanır. Dairənin hündürlüyü boyunca 6 yerdən aşağıdan yuxarı mərkəzə doğru bərabər ölçülərdə ikitərəfli tikişlərlə tikilir və dairə boyunca 6 ədəd hava dəlikləri vardır. Tikişlərin birləşdiyi təpə mərkəzində adi parça düymə bərkidilir. Furajkanın dövrəsinin qabaq tərəfində hündürlüyü 67 mm , eni 129 mm olan, Azərbaycan Respublikasının dövlət gerbi və sarı (qızılı) rəngli sapla qövsvari sünbül və dəfnə yarpaqları ilə bəzədilmiş (toxunmuş) kokarda tikilmişdir (Şəkil 115,116).

Günlüyün üz səthi hər iki tərəfdən uzunluğu 94 mm , eni 79 mm olan sarı (qızılı) rəngli sapla sünbül və dəfnə yarpaqları ilə bəzədilmişdir (toxunmuşdur).

Günlüyün kənarı boyunca eni 3 mm olan qırmızı rəngli mahud parçadan kant tikilir.

Yay furajkası (beysbolka)—baş və kiçik rəis heyəti üçün (KİŞİLƏR VƏ QADINLAR ÜÇÜN)—göy rənglidir, günlüklüdür, günbəz formalı və dairəvidir. Kostyumun hazırlandığı parçadan hazırlanır. Dairənin hündürlüyü boyunca 6 yerdən aşağıdan yuxarı mərkəzə doğru bərabər ölçülərdə ikitərəfli tikişlərlə tikilir və dairə boyunca 6 ədəd hava dəlikləri vardır. Tikişlərin birləşdiyi təpə mərkəzində adi parça düymə bərkidilir. Baş rəis heyəti üçün nəzərdə tutulmuş furajkanın dövrəsinin qabaq tərəfində hündürlüyü 63 mm , eni 112 mm olan, Azərbaycan Respublikasının dövlət gerbi və sarı (qızılı) rəngli sapla qövsvari sünbül və dəfnə yarpaqları ilə bəzədilmiş (toxunmuş), kiçik rəis heyəti üçün nəzərdə tutulmuş furajkada isə hündürlüyü 56 mm , eni 52 mm olan və yalnız dövlət gerbindən ibarət olan kokarda tikilmişdir (Şəkil 115,116).

Günlüyün kənarı boyunca eni 3 mm olan mavi rəngli mahud parçadan kant tikilir.

Şlyapa (KİŞİLƏR VƏ QADINLAR ÜÇÜN)—tünd göy rənglidir, günlüyü dairəvidir. Günlüyün eni 80 mm-dir. Kənarı dairə boyunca tikişlə tamamlanır. Ali rəis heyəti üçün nəzərdə tutulmuş şlyapanın dövrəsinin qabaq tərəfində hündürlüyü 80 mm , eni 150 mm olan, Azərbaycan Respublikasının dövlət gerbi və sarı(qızılı) rəngli sapla qövsvari sünbül və dəfnə yarpaqları ilə bəzədilmiş(toxunmuş) kokarda tikilmişdir.

Baş rəis heyəti üçün nəzərdə tutulmuş şlyapanın dövrəsinin qabaq tərəfində hündürlüyü 75 mm , eni 130 mm olan, Azərbaycan Respublikasının dövlət gerbi və sarı (qızılı) rəngli sapla qövsvari sünbül və dəfnə yarpaqları ilə bəzədilmiş (toxunmuş), kiçik rəis heyəti üçün nəzərdə tutulmuş şlyapada isə hündürlüyü 60 mm , eni 54 mm olan və yalnız dövlət gerbindən ibarət olan kokarda tikilmişdir (Şəkil 113,114).

 

Fəsil VIII

 

DÖVLƏT VERGİ XİDMƏTİNİN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN ÜST GEYİMLƏRİ [44]

 

Kişilərdə palto (yarımpalto), plaş (yarımplaş), kurtkalar, gödəkcələr, köynəklər, şalvarlar soldan sağa, qadınlarda isə sağdan sola bağlanır.

Palto (yarımpalto), plaş (yarımplaş)—tünd göy rənglidirlər, birbortludurlar, qatlanan boyunluqludur. Döşəmədən paltonun və plaşın ətəyinədək olan məsafə 45 sm, yarımpalto və yarımplaşlarda isə 65 sm-dir. Palto (yarımpalto) və plaş (yarımplaş) ali rəis heyətində üç ədəd 25 mm ölçülü, baş və kiçik rəis heyətində isə üç ədəd 20 mm ölçülü qızılı rəngli düymə ilə düymələnir.

Ali rəis heyəti üçün paltonun (yarımpaltonun), plaşın (yarımplaşın) boyunluğunun kənarı boyu və qol köbəsinin üstündən qırmızı rəngli mahuddan eni 3 mm ölçüdə kant vardır əkil 69, 1417, 2225, 3033). Paltonun (yarımpaltonun), plaşın (yarımplaşın) yaxalıqlarının küncləri sarı (qızılı) rəngli sapla üstündə aypara və ulduz olan sünbül və dəfnə yarpağı ilə bəzədilmişdir (toxunmuşdur) əkil 128). Qolların köbələri üzərində mərkəzində aypara və ulduz, həmçinin kənarlarında ulduz olan sarı (qızılı) rəngli sapla sünbül və dəfnə yarpağı şəklində toxunma təsvir olunmuşdur əkil 129). [45]

Ali rəis heyəti üçün paltonun (yarımpaltonun) boyunluğunda əlavə qaragül dəridən qara rəngli düymələrlə bərkidilən geyinilib çıxarılan yaxalıq vardır. Bu yaxalığın künclərində sarı (qızılı) rəngli sapla üstündə aypara və ulduz olan sünbül və dəfnə yarpağı şəklində toxunma təsvir olunmuşdur.

Baş və kiçik rəis heyəti üçün kant mavi rəngdədir. Lakin kiçik rəis heyətinin paltosunun (yarımpaltosunun), plaşının (yarımplaşının) yaxasında mavi kant nəzərdə tutulmamışdır. Baş və kiçik rəis heyəti üçün boyunluq və qollarda sünbül və dəfnə yarpağı şəklində toxunma nəzərdə tutulmamışdır (Şəkil 3841, 4851, 5459, 6265, 6972, 75, 76, 7881, 8386). [46]

Qol köbəsinin hündürlüyü 130 mm-dir. Qol köbələrində 15 mm ölçülü qızılı rəngdə üç düymə tikilmişdir.

Layları yan kəsmə ciblidir. Ciblərin hündürlüyü kişilərdə 180 mm , qadınlarda isə 170 mm-dir.

Paltonun (yarımpaltonun), plaşın (yarımplaşın) çiyinlərində 140 x 45 mm ölçülü poqon yerləri tikilir. Poqon yerləri yaxa tərəfdən 15 mm ölçülü qızılı rəngli düymə ilə bərkidilir.

Paltonun (yarımpaltonun), plaşın (yarımplaşın) sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 120 mm aşağıda tanınma qol nişanı tikilir.

Paltonun (yarımpaltonun), plaşın (yarımplaşın) astarında iki böyük və sol tərəfdə bir kiçik kəsmə qoltuq cibi vardır.

Paltonun (yarımpaltonun), plaşın (yarımplaşın) kürəyində ortada şlitsa ilə tamamlanan tikiş vardır.

Plaşda zəncirbənd ilə geyinilib çıxarılan isti içlik vardır.

Kurtka—göy rənglidir. Bortları zəncirbənd və xüsusi parça yapışqanla bağlanır. Sinə hissələrində basma düymə ilə düymələnən qapaqlı, gizli cibləri vardır. Laylarında yan kəsmə fiqurlu və basma düymə və zəncirbənd ilə bağlanan qapaqlı, gizli cibləri vardır. Kişilərdə sinə ciblərinin qapaqlarının hündürlüyü 70 mm , lay ciblərinin qapaqlarının hündürlüyü isə 80 mm-dir. Yan kəsmə ciblərinin hündürlüyü 180 mm-dir. Qadınlarda sinə ciblərinin qapaqlarının hündürlüyü 65 mm , lay ciblərinin qapaqlarının hündürlüyü isə 75 mm-dir. Yan kəsmə ciblərinin hündürlüyü160 mm-dir (Şəkil 89,90).

Kurtkanın çiyinlərində 140 x 45 mm ölçülü poqon yerləri tikilir. Poqon yerləri yaxa tərəfdən basma düymə ilə bərkidilir.

Kurtkanın sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 120 mm aşağıda tanınma qol nişanı tikilir.

Kurtkanın belində tənzimləyici gizli rezin ip var.

Kurtkanın kürəyi koketkalıdır, astarlıdır. Hər iki bortunda zəncirbənd ilə bağlanan qoltuq cibləri, bortun aşağı sağ tərəfində isə xüsusi parça yapışqanla bağlanan mobil telefon üçün cib vardır. Qısa qatlama boyunluqludur. Qolları tək tikişlidir, manjetlidir, manjetlərin hündürlüyü 60 mm-dir, onlar tənzimlənən basma düymələrlə bağlanırlar.

Kurtka, gödəkcə, ikitərəfli kurtka, uzunqol köynək, qısaqol köynək, üçdüymə köynək, uzunqol pulover və qolsuz puloverlərdə vəzifəli şəxslər yalnız rütbələrinə görə (poqonların təsvirinə əsasən) fərqlənirlər. [47]

Yay (qış) pencəyi—göy rənglidir (ali rəis heyəti üçün mərasimlərdə ağ rəngli), birbortludur, qatlanan boyunluqludur, qızılı rəngli düymə ilə düymələnir (Şəkil 2,3). [48]

Ali rəis heyəti üçün yay (qış) pencəyinin boyunluğunun kənarı boyu və qol köbəsinin üstündən qırmızı rəngli mahuddan eni 3 mm ölçüdə kant vardır əkil 2, 3, 10, 11, 18, 19, 26, 27. Yay (qış) pencəyinin yaxalığının künclərində sarı (qızılı) rəngli sapla üstündə aypara və ulduz olan sünbül və dəfnə yarpağı şəklində toxunma təsvir olunmuşdur əkil 128). Qolların köbələri üzərində mərkəzində aypara və ulduz, həmçinin kənarlarında ulduz olan sarı (qızılı) rəngli sapla sünbül və dəfnə yarpağı şəklində toxunma təsvir olunmuşdur əkil 129). [49]

Bortdakı düymələrin ölçüsü ali rəis heyətində 25 mm , baş və kiçik rəis heyətində isə 20 mm-dir.

Baş rəis heyəti üçün kant mavi rəngdədir əkil 34, 35, 4244, 52, 60). Lakin kiçik rəis heyətinin yay (qış) pencəyinin yaxasında mavi kant nəzərdə tutulmamışdır əkil 66, 67, 73, 74, 77, 82). Baş və kiçik rəis heyəti üçün boyunluq və qollarda sünbül və dəfnə yarpağı şəklində toxunma nəzərdə tutulmamışdır (Şəkil 34, 35, 66, 67). [50]

Qol köbəsinin hündürlüyü kişilərdə 110 mm , qadınlarda isə 105 mm-dir. Qol köbələrində 15 mm ölçülü qızılı rəngli üç düymə tikilmişdir.

Sinə hissələrində və laylarında 15 mm ölçülü qızılı rəngli düymə ilə düymələnən ciblər vardır.

Kişilər üçün yay (qış) pencəyinin sinədəki cibləri bortların üstünə tikiliblər, ortalarında yarıq var, yarıqdan hər iki tərəfə 5 mm məsafədən tikişlər keçir. Ciblərin və qapaqların qırağında tikiş var. Sinədəki ciblərin ümumi hündürlüyü 140 mm , eni 130 mm , qapağın hündürlüyü 55 mm-dir. Laylarında yerləşən ciblər gizlidirlər, qapağın hündürlüyü 70 mm-dir əkil 3, 19, 35, 67). [51]

Qadınlar üçün yay (qış) pencəyinin sinədəki və laylarındakı ciblər gizlidirlər, qapağın hündürlüyü sinədə 50 mm , laylarında isə 60 mm-dir əkil 11, 27, 43, 74). [52]

Yay (qış) pencəyinin çiyinlərində 140 x 45 mm ölçülü poqon yerləri tikilib. Poqon yerləri yaxa tərəfdən 15 mm ölçülü qızılı rəngli düymə ilə bərkidilir.

Yay (qış) pencəyinin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 120 mm aşağıda tanınma qol nişanı tikilir.

Yay (qış) pencəyinin astarında zəncirbənd ilə bağlanan iki böyük və sol tərəfdə bir kiçik kəsmə qoltuq cibi vardır.

Yay (qış) pencəyinin kürəyində ortada şlitsa ilə tamamlanan tikiş vardır.

Gödəkcə—göy rənglidir, qısa qatlama boyunluqludur. Bortları zəncirbənd və basma düymələrlə bağlanır. Sinə hissələrində basma düymə ilə düymələnən qapaqlı, gizli, laylarında isə yan kəsmə fiqurlu cibləri vardır. Qapaqların hündürlüyü həm kişilər, həm də qadınlar üçün 70 mm , yan kəsmə ciblərin hündürlüyü isə kişilər üçün 180 mm , qadınlar üçün 170 mm-dir (Şəkil 87, 88).

Gödəkcənin çiyinlərində 140 x 45 mm ölçülü poqon yerləri tikilir. Poqon yerləri yaxa tərəfdən basma düymə ilə bərkidilir.

Gödəkcənin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 120 mm aşağıda tanınma qol nişanı tikilir.

Gödəkcənin kürəyi koketkalıdır, astarlıdır. Hər iki bortunda zəncirbənd ilə bağlanan qoltuq cibləri, bortun aşağı sağ tərəfində isə xüsusi parça yapışqanla bağlanan mobil telefon üçün cib vardır. Qolları tək tikişlidir, manjetlidir, manjetlərin hündürlüyü 50 mm-dir, onlar tənzimlənən basma düymələrlə bağlanır.

Gödəkcənin qurşağı manjetlidir, iki yan tərəfdən 50 mm-lik yığma rezin tikilmişdir.

Yay (qış) şalvarı—göy rənglidir. Ali rəis heyəti üçün nəzərdə tutulmuş yay (qış) şalvarın yan tikişinə söykənən və şalvarın uzununa doğru hər birinin eni 3 mm olmaqla qırmızı mahud parçası ilə kant tikilir. Bu kantın hər iki tərəfindən 5 mm məsafədə paralel olaraq eni 180 mm olan qırmızı mahud parçadan kantlar (lampaslar) tikilir (Şəkil 2,5).

Baş və kiçik rəis heyəti üçün nəzərdə tutulmuş şalvarın yan tikişinə söykənən və şalvarın uzununa doğru hər birinin eni 3 mm olmaqla mavi mahud parçası ilə kant tikilir (Şəkil 34,37).

Kişilərdə hər iki yandan uzunluğu 150 mm , eni 10 mm olan, arxada isə hər iki tərəfdən adi kiçik düymə ilə düymələnən kəsmə cibləri vardır. Qadınlarda qabaq ciblərin uzunluğu 140 mm-dir.

Şalvarın miyançası qarmaq, adi kiçik düymə və zəncirbəndlə bağlanır.

Qurşaqda kişilərdə kəmər üçün 8, qadınlarda isə 6 ensiz halqa (körpü) tikilir. Qurşaqda kəmər yerinin eni kişilərdə 40 mm , qadınlarda isə 35 mm-dir.

Yay (qış) yubkası—göy rənglidir. Döşəmədən yubkanın ətəyinədək olan məsafə 45 sm-dir.

Ali rəis heyəti üçün nəzərdə tutulmuş yay (qış) yubkasının yan tikişinə söykənən və yubkanın uzununa doğru hər birinin eni 3 mm olmaqla qırmızı mahud parçası ilə kant tikilir.

Bu kantın hər iki tərəfindən 5 mm məsafədə paralel olaraq eni 180 mm olan qırmızı mahud parçadan kantlar (lampaslar) tikilir (Şəkil 10,13).

Baş və kiçik rəis heyəti üçün nəzərdə tutulmuş yubkanın yan tikişinə söykənən və yubkanın uzununa doğru hər birinin eni 3 mm olmaqla mavi mahud parçası ilə kant tikilir (Şəkil 42,45).

Yubkanın miyançası adi kiçik düymə və zəncirbəndlə bağlanır.

Qurşaqda kəmər üçün 4 ensiz halqa (körpü) tikilir. Kəmər yerinin eni 35 mm-dir. Qurşağın hər iki tərəfində (yanlarda) tənzimləyici rezin var.

İkitərəfli kurtka—üz tərəfi tünd göy rənglidir. Bortları zəncirbənd ilə bağlanır. Hər iki üzünün laylarında hündürlüyü 180 mm , kəsməsinin eni 20 mm olan yan kəsmə fiqurlu cibləri vardır (Şəkil 91, 92, 93).

İkitərəfli kurtkanın əsas üzünün kürəyində tünd boz rəngli koketka var. Koketkanın üzərində qızılı hərflərlə «DÖVLƏT VERGİ XİDMƏ» sözləri yazılmışdır. Koketkanın hündürlüyü poqon yerlərinə qədər davam edir və mavi rəngli kantla bitir. [53]

İkitərəfli kurtka qısa qatlama boyunluqludur. Boyunluğun kənarlarının rəngi göy, mərkəz hissələri isə mavi rəngdədir. Qolları tək tikişli, qollarının qurşağı yığma rezinlidir.

İkitərəfli kurtkanın çiyinlərində 140 x 45 mm ölçülü poqon yerləri tikilib. Poqon yerləri yaxa tərəfdən basma düymə ilə bərkidilir.

İkitərəfli kurtkanın sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 120 mm aşağıda tanınma qol nişanı tikilmişdir.

İkitərəfli kurtkanın iç tərəfi göy rəngli adi geyim formasıdır (heç bir atribut nəzərdə tutulmamışdır).

Xüsusi geyim forması (kamuflyaj—yay və qış üçün)— Dövlət Vergi Xidmətinin xüsusi təyinatlı vəzifəli şəxsləri üçün nəzərdə tutulmuşdur. Yağışa davamlı, ləkə götürməyən xüsusi parçadan tikilmişdir. Qarışıq—tünd göy, qara və mavi rənglərdədir (Şəkil 104). [54]

Kurtkanın materialından tikilmiş, ön hissəsində Azərbaycan Respublikasının dövlət gerbi olan, günlüklü qış və yay furajkası vardır.

Qatlanan boyunluqludur, kürəyi koketkalıdır. Koketkanın cibliyində öz materialından olan gizlədilib çıxarılan parça üzərində «DÖVLƏT VERGİ XİDMƏ» sözləri yazılmışdır. Ciblik yapışqan parça ilə açılıb bağlanandır.

Qış kurtkasının içərisində taxılıb çıxarılan içliyi vardır. İçlik isti süni vatin tipli parçadan hazırlanmışdır.

Kurtkanın bortları orta hissədən zəncirbənd və yapışqan parça ilə bağlanır.

Qolları tək tikişlidir, tənzimlənən zəncirbənd və basma düymə ilə bağlanır. Qoltuq hissəsində hava dəlikləri yerləşdirilmişdir.

Kamuflyajın çiyinlərində 140 x 45 mm ölçülü poqon yerləri tikilib. Poqon yerləri yaxa tərəfdən basma düymə ilə bərkidilir.

Sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 150 mm aşağıda cibin üzərində tanınma qol nişanı tikilir.

Sinəsində gizli, laylarında yan kəsmə fiqurlu və zəncirbənd ilə bağlanan cibləri vardır.

Qış kurtkasının boyunluğunun arxa tərəfindən salınıb çıxarılan yağışdan qorunmaq üçün xüsusi örtük (kapişon) bərkidilmişdir. Hər qolunun üstündə bir kiçik cib tikilmişdir. Sol qolundakı cib basma düymə ilə, sağ qolundakı cib isə zəncirbənd ilə bağlanır.

Kamuflyajın dəstinə eyni parçadan hazırlanmış qolsuz gödəkcə daxildir.

Kürəyi koketkalıdır. Koketkanın cibliyində öz materialından olan gizlədilib çıxarılan parça üzərində «DÖVLƏT VERGİ XİDMƏ» sözləri yazılmışdır. Ciblik yapışqan parça ilə açılıb bağlanandır.

Bortları orta hissədən zəncirbənd ilə bağlanır.

Sinəsində kiçik qapaqlı (sol cibi mobil telefon üçün nəzərdə tutulmuşdur), laylarında qapaqlı və basma düymə ilə bağlanan cibləri vardır.

Sol bortunda zəncirbənd ilə bağlanan gizli qoltuq cibləri vardır.

Çiyinlərində 140 x 45 mm ölçülü poqon yerləri tikilib. Poqon yerləri yaxa tərəfdən basma düymə ilə bərkidilir.

Belində tənzimləyici gizli rezin ip var.

Qurşaqda yan hissələr tənzimlənən basma düymə ilə düymələnirlər.

Şalvarın yan yuxarı hissəsində kəsmə gizli ciblər, aşağı hissəsində qapaqlı cibləri, arxa sağ tərəfində isə zəncirbənd ilə bağlanan cib vardır.

Diz qatlarında şlis ilə tamamlanan tikiş vardır. Şalvarın miyançası qarmaq, adi kiçik düymə və zəncirbəndlə bağlanır. Qurşağında kəmər üçün ensiz halqa (körpü) tikilmişdir.

Kamuflyaj qara rəngli uzunboğaz çəkmə ilə geyilir.

 

Fəsil IX

 

DÖVLƏT VERGİ XİDMƏTİNİN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN DİGƏR GEYİMLƏRİ [55]

 

Uzunqol köynək (mərasim)— ağ rənglidir, uzun qolludur, qatlama boyunluqludur, bortlar ortadan yeddi adi kiçik düymə ilə düymələnir (Şəkil 4,5).

Köynəyin hər iki bortunun döş hissəsində üstdən tikilmiş adi kiçik düymə ilə ortadan düymələnən qapaqlı cibləri vardır. Cibin hündürlüyü 160 mm , eni 135 mm , qapağın hündürlüyü isə 60 mm-dir. Sol cibində qələm üçün xüsusi yer vardır.

Köynəyin çiyinlərində 140 x 45 mm ölçülü poqon yerləri tikilib. Poqon yerləri yaxa tərəfdən adi kiçik düymə ilə bərkidilir.

Köynəyin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 120 mm aşağıda tanınma qol nişanı tikilir.

Qolları tək tikişlidir, manjetlidir, manjetlərin eni kişilərdə 70 mm , qadınlarda 60 mm-dir, onlar adi kiçik düymə ilə düymələnir.

Köynəyin kürəyi koketkalıdır, ətəyi 55 mm hündürlüyündə manjetlidir. Uzunluğu 200 mm olan rezinlə yığma manjet tənzimlənən adi kiçik düymə ilə düymələnir.

Köynək qırmızı qalstukla geyilir.

Uzunqol qış köynəyi—mavi rənglidir (mərasimlər üçün ağ rəngdə), uzun qolludur, qatlama boyunluqludur, bortlar ortadan yeddi adi kiçik düymə ilə düymələnir (Şəkil 94, 95).

Köynəyin hər iki bortunda üstdən tikilmiş adi kiçik düymə ilə düymələnən qapaqlı ciblər vardır. Cibin hündürlüyü 160 mm , eni 135 mm , qapağın hündürlüyü isə 60 mm-dir. Sol cibində qələm üçün xüsusi yer var.

Köynəyin çiyinlərində 140 x 45 mm ölçülü poqon yerləri tikilib. Poqon yerləri yaxa tərəfdən adi kiçik düymə ilə bərkidilir.

Qolları tək tikişlidir, manjetlidir, manjetlərin eni kişilərdə 70, qadınlarda 60 mm-dir, onlar adi kiçik düymə ilə düymələnir.

Köynəyin kürəyi koketkalıdır, ətəyi açıq, qurşaqsızdır.

Köynək mavi və ya qırmızı qalstukla geyilir.

Qısaqol yay köynəyi—mavi rənglidir, qısa qolludur, qatlama boyunluqlu və açıq formadadır, iki bortludur, bortlar ortadan yeddi adi kiçik düymə ilə düymələnir (Şəkil 96, 97).

Köynəyin hər iki bortunun döş hissəsində üstdən tikilmiş adi kiçik düymə ilə ortadan düymələnən qapaqlı cibləri vardır. Cibin hündürlüyü 160 mm , eni 135 mm , qapağın hündürlüyü isə 60 mm-dir. Sol cibində qələm üçün xüsusi yer vardır.

Köynəyin çiyinlərində 140 x 45 mm ölçülü poqon yerləri tikilib. Poqon yerləri yaxa tərəfdən adi kiçik düymə ilə bərkidilir.

Köynəyin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 120 mm aşağıda tanınma qol nişanı tikilir.

Qolları tək tikişlidir, manjetlidir, manjetlərin eni kişilərdə 30 mm , qadınlarda isə 25 mm-dir.

Köynəyin kürəyi koketkalıdır, ətəyi 55 mm-lik manjetlidir. Uzunluğu 200 mm olan rezinlə yığma manjet tənzimlənən adi kiçik düymə ilə düymələnir.

Köynək qalstuksuz geyilir.

Üçdüymə köynək—mavi rənglidir, qısaqolludur. Yaxası üç adi kiçik düymə ilə düymələnir (Şəkil 98, 99).

Köynəyin çiyinlərində 140 x 45 mm ölçülü poqon yerləri tikilib. Poqon yerləri yaxa tərəfdən adi kiçik düymə ilə bərkidilir.

Aşağı birinci düymənin mərkəzindən tanınma döş nişanının arasında olan məsafə 60 mm-dir.

Üçdüymə köynəyin qurşağı manjetlidir, iki yan tərəfdən 50 mm-lik yığma rezinlidir.

Pulover qollu—göy rənglidir, uzun qolludur, yundan toxunmuşdur. Yaxası üçbucaq şəkilli, açıqdır. Çiyin və dirsək hissələrinə puloverin öz rəngində parçadan əlavə qatlar tikilib (Şəkil 102,103).

Puloverin döş hissəsinin sol tərəfində üstdən tikilmiş hündürlüyü 145 mm , eni 125 mm olan açıq cib var. Cibdə qələm üçün xüsusi yer vardır.

Puloverin çiyinlərində 140 x 45 mm ölçülü poqon yerləri tikilir. Poqon yerləri yaxa tərəfdən adi düymə ilə bərkidilir.

Puloverin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 120 mm aşağıda tanınma qol nişanı tikilir.

Puloverin yaxası (eni 25 mm ), qolları (eni 70 mm ) və qurşağı (eni 70 mm ) toxunmuş rezin manjetlidir.

Pulover qolsuz—göy rənglidir, qolsuzdur, yundan toxunmuşdur. Yaxası üçbucaq şəkilli, açıqdır. Çiyin hissələrinə puloverin öz rəngində parçadan əlavə qatlar tikilib (Şəkil 100,101).

Puloverin döş hissəsinin sol tərəfində üstdən tikilmiş hündürlüyü 145 mm , eni 125 mm olan açıq cib var. Cibdə qələm üçün xüsusi yer vardır.

Puloverin çiyinlərində 140 x 45 mm ölçülü poqon yerləri tikilir. Poqon yerləri yaxa tərəfdən adi düymə ilə bərkidilir.

Puloverin yaxası (eni 25 mm ), qolları (eni 25 mm ) və qurşağı (eni 70 mm ) toxunmuş rezin manjetlidir.

Yay və qış çəkməsi—qara rəngdədir, qara rəngli xromdan hazırlanır, zəncirbəndlidir, yaxud tənzimlənən manjetlə bağlanır. Altlığı qəliblənmişdir. Burun və arxa hissələri möhkəmləndirilmişdir. Qış çəkmələrinin içərisi xəzlidir (Şəkil 138, 139, 140, 141). Qadınlar üçün yay çəkməsinin dabanının hündürlüyü 5 sm, kişilər üçün yay və qış çəkməsinin dabanının hündürlüyü isə 2,5 sm-dir. [56]

Uzunboğaz çəkmə (qadınlar üçün)—qara rəngdədir, qara rəngli xromdan hazırlanır, dabanının hündürlüyü 5 sm-dir, burnu ensizdir, zəncirbəndlidir, yaxud tənzimlənən manjetlə bağlanır. Altlığı qəliblənmişdir. Burun və arxa hissələri möhkəmləndirilmişdir. Uzunboğaz çəkmələrin içərisi xəzlidir (Şəkil 140, 141). [57]

 

Fəsil X

 

DÖVLƏT VERGİ XİDMƏTİNİN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN GEYİM AKSESSUARLARI [58]

 

Qalstuk—göy, mavi və qırmızı rəngdədir. Gündəlik geyimlə göy, mavi, mərasim geyimlərilə isə qırmızı rəngli qalstuk bağlanır (Şəkil 132). [59]

Qalstuk üçün sıxaclar—ali rəis heyəti üçün nəzərdə tutulmuşdur. 14 x 60 mm ölçüdədir, qızılı rəngli metaldan hazırlanmışdır. Üzərində hər iki tərəfdə sünbül, dəfnə yarpaqları və səkkizguşəli ulduz ilə bəzədilmişdir. Mərkəzdə Azərbaycan Respublikasının dövlət gerbi və ya Dövlət Vergi Xidməti sözlərinin baş hərfləri (DVX) həkk olunmuşdur (Şəkil 133). [60]

Kəmər—qara rəngli dəridən hazırlanır. Kişilər üçün nəzərdə tutulmuş kəmərin eni 35 mm , qadınlar üçün nəzərdə tutulmuş kəmərin eni isə 25 mm-dir (Şəkil 135).

Əlcək—qara rənglidir, beş barmaqlıdır. Su keçirməyən xüsusi parçadan və dəridən tikilir (Şəkil 137).

Şərf—göy, mavi rəngli kəşmir parçadan hazırlanır. Ölçüsü 30x165 sm-dir (Şəkil 134).

Corab—qara rənglidir, kişilər üçün yun və pambıqdan, qadınlar üçün isə neylondan tikilir.

Yol çantası—qara rənglidir, hündürlüyü 560 mm , eni 620 mm-dir. Su keçirməyən xüsusi möhkəm parçadan hazırlanır (Şəkil 136).

Düymələr—ali rəis heyəti üçün—üzərində Azərbaycan Respublikasının dövlət gerbi olan 25 mm-lik qızılı rəngli düymələr palto, yarımpalto, plaş, yarımplaşın sağ bortuna (qadınlarda sol bortuna) 3 ədəd, pencəkdə isə 4 ədəd tikilir. Üzərində Azərbaycan Respublikasının dövlət gerbi olan 15 mm-lik qızılı rəngli düymələr isə furajkanın çənəaltı qayışına 2 ədəd, paqon yerlərinin uclarına 1 ədəd, palto, yarımpalto, plaş, yarımplaş, pencəyin hər qolunun üstünə isə 3 ədəd tikilir (Şəkil 131).

Düymələr—baş və kiçik rəis heyəti üçün—üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri olan 20 mm-lik qızılı rəngli düymələr palto, yarımpalto, plaş, yarımplaşın sağ bortuna (qadınlarda sol bortuna) 3 ədəd, pencəkdə isə 4 ədəd tikilir. Üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri olan 15 mm-lik qızılı rəngli düymələr isə furajkanın çənəaltı qayışına 2 ədəd, paqon yerlərinin uclarına 1 ədəd, palto, yarımpalto, plaş, yarımplaş, pencəyin hər qolunun üstünə isə 3 ədəd tikilir (Şəkil 131). [61]

 


[62]

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       9 fevral 2005-ci il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 71)

2.       11 aprel 2007-ci il tarixli 561 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №4, maddə 323)

3.       08 may 2008-ci il tarixli 761 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (“Azərbaycan” qəzeti, 13 may 2008-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №05, maddə 372)

4.       12 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (“Azərbaycan” qəzeti, 30 dekabr 2009-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №12, maddə 289)

5.       11 iyul 2014-cü il tarixli 224 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 iyul 2014-cü il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №07, maddə 806)

6.       14 oktyabr 2014-cü il tarixli 289 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 oktyabr 2014-cü il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №10, maddə 1174)

7.       1 fevral 2017-ci il tarixli 1220 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 fevral 2017-ci il, № 24; “Xalq” qəzeti, 4 fevral 2017-ci il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №2, maddə 164)

8.       12 iyul 2017-ci il tarixli 1521 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 iyul 2017-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1331)

9.       10 dekabr 2018-ci il tarixli 382 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 dekabr 2018-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2539)

10.    20 fevral 2019-cu il tarixli 532 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 fevral 2019-cu il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 2, maddə 231)

11.    29 dekabr 2021-ci il tarixli 1547 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, №286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1412)

12.    12 noyabr 2022-ci il tarixli 1875 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 12 noyabr 2022-ci il, “Xalq” qəzeti, 13 noyabr 2022-ci il, № 247)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 

 



[1] 14 oktyabr 2014-cü il tarixli 289 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 oktyabr 2014-cü il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №10, maddə 1174) ilə 2-ci hissəsindən “, 33-cü maddəsinin birinci hissəsinin axırıncı abzasında” sözləri çıxarılmışdır.

 

29 dekabr 2021-ci il tarixli 1547 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, №286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1412) ilə 2-ci hissədə maddəsinin əvvəlində sözləri maddəsində, 74-cü maddəsinin birinci cümləsində sözləri ilə, “şəxslərinə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin sözləri “şəxsləri dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin sözləri ilə, aiddir sözü nəzərdə tutulur sözləri ilə əvəz edilmişdir.

 

[2] 10 dekabr 2018-ci il tarixli 382 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 dekabr 2018-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2539) ilə 3-cü hissəsinin ikinci‒beşinci abzaslar, müvafiq olaraq, 3.1‒3.4-cü bəndlər hesab edilmişdir.

 

29 dekabr 2021-ci il tarixli 1547 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, №286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1412) ilə 3.1-ci bənddə maddəsinin əvvəlində sözləri maddəsində sözü ilə əvəz olunsun və həmin bəndə və 78-ci sözlərindən əvvəl , 74-cü maddəsinin birinci cümləsində sözləri əlavə edilmişdir.

 

[3] 12 iyul 2017-ci il tarixli 1521 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 iyul 2017-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1331) ilə 3-cü hissəsinin üçüncü abzasda “və 33-cü maddəsinin ikinci hissəsində” sözləri “, 33-cü maddəsinin ikinci hissəsində və 55-ci maddəsinin birinci hissəsində (birinci halda)” sözləri ilə əvəz edilmişdir.

 

[4] 11 aprel 2007-ci il tarixli 561 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №4, maddə 323) ilə Fərmanın 3-cü bəndinin dördüncü abzasından "və 82-ci maddəsində" sözləri çıxarılmışdır.

 

12 iyul 2017-ci il tarixli 1521 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 iyul 2017-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1331) ilə 3-cü hissəsinin dördüncü abzasda “55-ci maddəsində” sözləri “55-ci maddəsinin birinci hissəsində (ikinci halda)” sözləri ilə əvəz edilmişdir.

 

10 dekabr 2018-ci il tarixli 382 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 dekabr 2018-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2539) ilə 3.3-cü bəndə “Əsasnamənin” sözündən sonra “5-1-ci maddəsində,” sözləri əlavə edilmişdir.

 

12 noyabr 2022-ci il tarixli 1875 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 12 noyabr 2022-ci il, “Xalq” qəzeti, 13 noyabr 2022-ci il, № 247) ilə 3.3-cü bənddə Vergilər sözü İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat sözləri ilə əvəz edilmişdir.

 

[5] 20 fevral 2019-cu il tarixli 532 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 fevral 2019-cu il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 2, maddə 231) ilə 3.4-cü bənddən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılmışdır və həmin bəndə “Müdafiə Nazirliyi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti” sözləri əlavə edilmişdir.

 

12 noyabr 2022-ci il tarixli 1875 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 12 noyabr 2022-ci il, “Xalq” qəzeti, 13 noyabr 2022-ci il, № 247) ilə 3.4-cü bənddən məhkəmə və sözlərindən sonra sözləri çıxarılmışdır.

 

[6] 9 fevral 2005-ci il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 71) ilə 4-cü bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

4. "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin 20-ci maddəsinə əsasən vergi orqanlarının vəzifəli şəxslərinin mövcud fərdi rütbələri həmin Əsasnamə ilə nəzərdə tutulmuş xüsusi rütbələrə aşağıdakı qaydada bərabər tutulsun:

 

Ali dövlət vergi xidməti müşaviri

Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri

1-ci dərəcəli baş dövlət vergi xidməti müşaviri

1-ci dərəcəli böyük dövlət vergi müşaviri

2-ci dərəcəli baş dövlət vergi xidməti müşaviri

2-ci dərəcəli dövlət vergi xidməti müşaviri

3-cü dərəcəli baş dövlət vergi xidməti müşaviri

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri (3-cü dərəcəli dövlət ədliyyə müşaviri)

1-ci dərəcəli böyük dövlət vergi xidməti müşaviri xidməti müşaviri

baş vergi xidməti müşaviri (baş ədliyyə müşaviri)

 

2-ci dərəcəli böyük dövlət vergi xidməti vergi xidməti müşaviri (ədliyyə müşaviri) müşaviri

 

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

kiçik vergi xidməti müşaviri (kiçik ədliyyə müşaviri)

1-ci dərəcəli dövlət vergi xidməti müşaviri müşaviri

1-ci dərəcəli müfəttiş (1-ci dərəcəli hüquqşünas)

2-ci dərəcəli dövlət vergi xidməti müşaviri

2-ci dərəcəli müfəttiş (2-ci dərəcəli hüquqşünas)

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri müşaviri

3-cü dərəcəli müfəttiş (3-cü dərəcəli hüquqşünas)

 

[7] 9 fevral 2005-ci il tarixli 195 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 71) ilə "Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələr və bu vəzifələrə uyğun xüsusi rütbələrin siyahısı" yeni redaksiyada təsdiq edilmişdir (əlavə olunur). Əvvəlki redaksiyada deyilirdi:

Əlavə 1

Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 19 iyul tarixli 539
nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələr və bu vəzifələrə uyğun xüsusi rütbələrin
SİYAHISI

 

Vəzifənin adı

Xüsusi rütbənin adı

Vəzifələrin sayı

Azərbaycan Respublikası Vergilər Nazirliyinin mərkəzi aparatı

Azərbaycan Respublikasının vergilər

Azərbaycan Respublikasının Həqiqi xidməti dövlət vergi müşaviri

1

Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini

1-ci dərəcəli dövlət vergi xidməti müşaviri

1

Azərbaycan Respublikası vergilər nazirinin müavini

2-ci dərəcəli dövlət vergi xidməti müşaviri

3

Azərbaycan Respublikası vergilər nazirinin müşaviri

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

2

Azərbaycan Respublikası Vergilər Nazirliyinin mərkəzi aparatının Baş idarə rəisi

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

4

Vergilər Nazirliyinin sisteminə daxil olan vergi orqanları və təşkilatları

Naxçıvan MR-nin vergilər naziri

2-ci dərəcəli dövlət vergi xidməti müşaviri

1

Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması

3-cü dərəcəli dövlət ədliyyə müşaviri

1

Departamentinin rəisi

 

 

Bağlı şəhəri üzrə Vergilər İdarəsinin rəisi

Baş 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

1

Tədris mərkəzinin rəisi

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

1

 

 

[8] 9 fevral 2005-ci il tarixli 195 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 71) ilə "Azərbaycan Respublikası dövlət vergi orqanlarının tanınma nişanı, vəzifəli şəxslərinin geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə" yeni redaksiyada təsdiq edilmişdir (əlavə olunur). Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 19 iyul tarixli 539 nömrəli  Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası dövlət vergi orqanlanlarının tanınma nişanı, vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqləndirmə nişanları haqqında
ƏSASNAMƏ

1. Azərbaycan Respublİkası dövlət vergİ orqanlarının tanınma nİşanı

Azərbaycan Respublikasının dövlət vergi orqanlarının tanınma nişanı respublika dövlət vergi orqanlarının rəmzidir. O, Azərbaycan Respublikasının dövlət vergi orqanlarının hər bir əməkdaşına Azərbaycan Respublikasının iqtisadi suverenliyi və təhlükəsizliyini müdafiə etmək, öz xidməti vəzifələrini vicdanla yerinə yetirmək borcunu xatırladır.

Azərbaycan Respublikasının dövlət vergi orqanlarının tanınma nişanlarından vergi orqanlarının sərəncamında olan avtonəqliyyat vasitələrində, dövlət vergi orqanları vəzifəli şəxslərinin xüsusi geyim formasında, dövlət vergi orqanlarının bütün növ blanklarında və inzibati binalarının girəcəklərində, eləcə də digər yerlərdə istifadə olunur.

Azərbaycan Respublikası dövlət vergi orqanlarının tanınma nişanı qara xətlə haşiyələnmiş, ortasında xüsusi kompozisiya təsvir olunmuş açıq boz rəngli, üzərində qara rəngli "Azərbaycan Respublikası" sözləri yazılmış, aşağı hissəsi kəsilmiş dairə şəklindədir. Dairənin ortasında qara rənglə haşiyələnmiş tünd boz rəngli aşağı hissəsi kəsilmiş dairə yerləşdirilmişdir.

Kompozisiyada yuxarıdan aşağı yerləşdirilmiş Azərbaycan Respublikasının bayrağı, qızılı rəngli səkkizguşəli ulduz, xəzinə simvolu olan ağ rəngli pul kisəsi, üzərində qara rəngli "V X" hərfləri yerləşdirilmiş qızılı rongli qalxan, qalxandan sağ və sol tərəflərə yönələn, üzərində qara rəngli "Vergi Xidməti" sözləri yazılmış lent və Azərbaycan Respublikasının bayrağının davamı yerləşdirilmişdir (şəkil 1).

Dövlət vergi orqanlarının inzibati binalarının girəcəylərində və eləcədə xüsusi geyim formasında istifadə olunan tanınma nişanının üstündə olan təsvir və yazılar qabarıqdır.

2. Azərbaycan Respublİkası dövlət vergİ orqanlarının vəzİfəlİ şəxslərİnİn xüsusİ geyİm forması

Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin xiisusi geyim forması (bundan sonra xüsusi geyim forması) - Azərbaycan Respublikasının dövlət vergi orqanlarının vəzifəli şəxsləri üçün müəyyən edilmiş geyim predmetləri komplektidir.

Geyim predmetlərinə aiddir:

Üst geyimləri - qış yarımpaltosu, su keçməyən parçadan tikilmiş gödəkçə, adi parçadan tikilmiş gödəkçə, şalvar, uzunqol köynək və qısaqol köynək.

Baş geyimləri - furajka, yay geyim forması üçün parçadan tikillmiş düz formalı günlüklü papaq, qış geyim forması üçün parçadan (tikilmiş qulaqlıqları xəzli günlünlü papaq, qadınlar üçün düz formalı günlüksüz papaq və düz formalı günlüklü papaq.

Ayaqqabılar - yay çəkməsi va isti içlikli qış çəkməsi.

Digər paltar predmetləri - şərf, əlcək, kəmərlər.

Xüsusi geyim forması mərasim və gündəlik, gündəlik isə öz növbəsində yay və qış geyimlərinə bölünür.

Mərasim geyim forması xüsusilə təntənəli hallarda, istirahət va bayram günlərində, habelə xidmətdənkənar vaxtda geyinmək üçün nəzərdə tutulmuşdur.

Gündəlik geyim forması qalan bütün hallarda geyilir.

Xüsusi geyim formasını daşımaq hüququna Azərbaycan Respublikasının dövlət vergi orqanlarının vəzifəli şəxsləri malikdir.

Xüsusi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların dövlət vergi orqanlarının vəzifəli şəxslərinin fərqləndirmə nişanları olan geyim formasının daşınması qadağandır.

Xüsusi geyim forması Azərbaycan Respublikasının Vergilər Nazirinin təsdiq etdiyi "Azərbaycan Respublikasının dövlət vergi orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasını daşıma qaydaları"na uyğun olaraq daşınır.

Qış dəsti kişilər üçün boz rəngli furajkadan, parçadan tikilmiş qulaqlıqlaprı xəzli günlüklü, boz rəngli papaqdan, tünd boz rəngli kostyumdan, uzunqol açıq boz rəngli köynəkdən, (tünd boz rəngli qalstukdan, yuxarı hissəsi qara rəngli, aşağı hissəsi isə tünd boz rəngli yarımpalto və su keçirməyən parçadan tikilmiş gödəkçədən, adi parçadan tikilmiş gödəkçədən, tünd boz rəngli corabdan və isti içlikli qara rəngli qış çəkməsindən ibarətdir. Yarımpalto ilə geyinmək üçün tünd boz rəngli yun parçadan hazırlanmış eni 40 sm uzunu isə 1 metr olan şərf verilir.

Yay dəsti kişilər üçün boz rəngli furajkadan, parçadan tikilmiş düz formalı günlüklü boz rəngli papaqdan, (qadınlar üçün boz rəngli parçadan tikilmiş düz formalı günlüklü papaqdan), qısaqol yuxarı hissəsi tünd boz rəngli aşağı hissəsi isə açıq boz rəngli köynəkdən, tünd boz rəngli şalvardan (qadınlar üçün boz rəngli yubkadan), tünd boz rəngli corabdan və qara rəngli dəri çəkmədən ibarətdir.

Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşavirinin, 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirləri və 3-cü dərəcəli dövlət ədliyyə müşavirinin geyim formasının pencəyi açıq boz rəngli parçadan tikilmiş, bir tərəfli düymələnən qatlama yaxalı olur. Çiyinlərində fərqləndirmə nişanları olan tünd boz rəngli paqonlar vardır. Üç ədəd diametri 20 mm olan qızılı rəngli metaldan hazırlanmış, üzərində səkkizgüşəli ulduz həkk olunmuş düymələr tikilir. Hər iki yanında üstü qapaqlarla örtülən cibləri olur. Qolları bir tikişli olmaqla eni 10 sm olan manjetdən ibarətdir. Pencəyin yaxalığının üst hissəsinin, ciblərin qapaqlarının və qolların manjetinin kənarlarına eni 2,5 mm olan qara rəngli mahuddan kant tikilir. Manjetlərin hər birinə diametri 15 mm olan qızılı rəngli metaldan hazırlanmış, üzərində səkkizgüşəli ulduz həkk olunmuş üç ədəd düymə tikilir (şəkil 2).

Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşavirinin mərasim geyim foormasının pəncəyi ağ rəngli parçadan tikilmiş, iki tərəfli düymələnən qatlama yaxalı olur. Hər cərgədə iki ədəd olmaqla üç cərgə, diametri 20 mm olan qızılı rəngli metaldan hazırlanmış, üzərində səkkizgüşəli ulduz həkk olunmuş düymələr tikilir və aşağı iki cərgə düymələrdən ikisi işlək, qalanları isə dekorativ olur. Pencəyin bir tərəfi içəridən digər tərəfi ilə bir ədəd düymə ilə birləşdirilir və hər iki yanında üstü qapaqlarla örtülən cibləri olur. Çiyinlərində fərqləndirmə nişanı olan açıq boz rəngli paqonlar vardır.Qolları bir tikişli olmaqla eni 10 sm olan manjetdən ibarətdir. Manjetlərin hər birinə diametri 15 mm olan qızıl rəngli metaldan hazırlanmış, üzərində səkkizgüşəli ulduz həkk olunmuş üç ədəd düymə tikilir. Pencəyin yaxalığının üst hissəsinin, ciblərin qapaqlarının və qolların manjetinin kənarlarına eni 2,5 mm olan qara rəngli kant tikilir.

Mərasim geyim formasının şalvarı açıq boz rəngli parçadan tikilir, şalvarın yan tikişinə söykənən və ön tərəfə bir-birindən 25 mm məsafədə aralı, şalvarın uzununa doğru, hər birinin eni 22 mm olmaqla qızılı rəngi iki paralel zolaq tikilir, düz biçimli olur (şəkil 3).

Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşavirinin gündəlik və mərasim pencəylərinin, yarımpaltosunun və su keçməyən parçadan tikilmiş gödəkçəsinin qollarında kantdan 5 sm yuxarıda məsafədə qızılı rəngli sapla hörülmüş, eni 30 mm olan palıd yarpaqları, 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirlərinin və 3-cü dərəcəli dövlət ədliyyə müşavirinin pəncəyinin, yarımpaltosunun və su keçməyən parçadan tikilmiş gödəkçəsinin qollarına eyni məsafədə qızılı rəngli sapla hörülmüş dəfnə yarpaqları tikilir və düyməsiz olur (şəkil 2,3).

Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşavirinin köynəklərinin, gündəlik və mərasim pencəylərinin, yarımpaltosunun, su keçməyən parçadan tikilmiş gödəkçəsinin və adi parçadan tikilmiş gödəkçəsinin yaxalığının küncünə qızılı rəngli sapla hörülmüş, eni 20 mm , uzunluğu isə 70 mm olan palıd yarpaqları, 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirlərinin və 3-cü dərəcəli dövlət ədliyyə müşavirinin pencəyinin, yarımpaltosunun və su keçməyən parçadan tikilmiş gödəkçəsinin yaxalığının küncünə eni 20 mm , uzunluğu isə 70 mm olan qızılı rəngli sapla hörülmüş dəfnə yarpaqları tikilir (şəkil 2,3).

Digər rütbə dərəcələri üçün pencək tünd boz rəngli parçadan tikilmiş, birtərəfli düymələnən qatlama yaxalı olur. Çiyinlərində fərqləndirmə nişanları olan açıq boz rəngli paqonlar vardır. Üç ədəd diametri 20 mm olan qızılı rəngli metaldan hazırlanmış, üzərində səkkizgüşəli ulduz həkk olunmnuş düymələr tikilir. Hər iki yanında üstü qapaqlarla örtülən cibləri olur. Qərarı bir tikişli olmaqla eni 10 sm olan manjetdən ibarətdir. Pencəyin yaxalığının üst hissəsinin, ciblərin qapaqlarının və qolların manjetinin kənarlarına eni 2,5 mm olan qara rəngli mahuddan kant tikilir. Manjetlərin hər birinə diametri 15 mm olan qızılı rəngli metaldan hazırlanmış, üzərində səkkizgüşəli ulduz həkk olunmuş üç ədəd düymə tikilir (şəkil 4).

Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri, 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirləri və 3-cü dərəcəli dövlət ədliyyə müşaviri üçün pencək qabardin, digər rütbə dərəcələri üçün isə boston parçalardan tikilir.

Qadınların pencəkləri gündəlik və mərasim geyim forması üçün olur. Müvafiq olaraq tünd boz və açıq boz rəngli parçadan tikilmiş, birtərəfli düymələnən qatlama yaxalı eyni biçimli, lakin sol tərəfə düymələnən olur (şəkil 5,6 ).

Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri, 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirləri və 3-cü dərəcəli dövlət ədliyyə müşaviri geyim formalarının şalvarı tünd boz rəngli parçadan tikilir, şalvarın yan tikişinə söykənən və ön tərəfə bir-birindən 25 mm məsafədə aralı, şalvarın uzununa doğru, hər birinin eni 22 mm olmaqla qızılı rəngli iki paralel zolaq tikilir, düz biçimli olur (şəkil 2).

Digər rütbə dərəcələri üçün şalvar tünd boz rəngli parçadan tikilir, yan tikişi boyu mahud parçadan eni 2,5 mm olan qara rəngli kantı olur (şəkil 4). Qadınlara müvafiq rütbə dərəcələri üçün nəzərdə tutulmuş, tünd boz rəngli parçadan gündəlik geyim forması üçün, açıq boz rəngli parçadan mərasim geyim forması üçün arxadan bir qapalı büküyü olan yubka tikilir (şəkil 5,6).

Kostyumla geyinmək üçün üst köynək açıq boz rəngli nazik pambıq parçadan tikilir. Yaxalığı bərk olur və qalstuk üçün nəzərdə tutulur. Qalstuk tünd boz rəngli olur. Köynəyin üstdən tikilmiş, qapaqlarla örtülən və diametri 15 mm olan qızılı rəngli metaldan hazırlanmış, üzərində səkkizgüşəli ulduz həkk olunmuş düymə ilə bərkidilən iki cibi olur və aşağı hissəsinə eni 50 mm olan kəmər tikilir. Qış üçün üst köynəyinin çiyinlərində fərqləndirmə nişanları olan tünd boz rəngli paqonlar vardır (şəkil 7).

Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşavirinin 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirlərinin və 3-cü dərəcəli dövlət ədliyyə müşavirinin qalstuklarında diametri 5 sm olan dövlət vergi orqanlarının tanınma nişanı bərkidilir (şəkil 8).

Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşavirinin 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirlərinin və 3-cü dərəcəli dövlət ədliyyə müşavirinin yay üçün üst köynəyi açıq boz rəngli nazik pambıq parçadan, qısaqollu, bir tikişli olur. Yaxalığı yumşaq və qalstuksuz geyinmək üçün nəzərdə tutulur. Köynəyin üstdən tikilmiş, qapaqları örtülən və diametri 15 mm olan qızılı rəngli metaldan hazırlanmış, üzərində səkkizgüşəli ulduz həkk olunmuş düymə ilə bərkidilən iki cibi olur və aşağı hissəsinə eni 50 mm olan kəmər tikilir. Yay üçün üst köynəyinin çiyinlərində fərqləndirmə nişanları olan tünd boz rəngli paqonlar vardır (şəkil 9).

Digər rütbə dərəcələri üçün yay üst köynəyinin yuxarı hissəsi tünd boz rəngli, aşağı hissəsi isə açıq boz rəngli nazik pambıq parçadan, qısaqollu, bir tikişli olur. Yaxalığı yumşaq və qalstuksuz geyinmək üçün nəzərdə tutulur. Köynəyin üstdən tikilmiş qapaqları örtülən və diametri 15 mm olan qızılı rəngli metaldan hazırlanmış, üzərində səkkizgüşəli ulduz həkk olunmuş düymə ilə bərkidilən iki cibi olur və aşağı hissəsinə eni 50 mm olan kəmər tikilir. Yay üçün üst köynəyinin çiyinlərində fərqləndirmə nişanları olan tünd boz rəngli paqonlar vardır (şəkil 10).

1-ci, 2-ci, 3-cü dərəcəli müfəttişlərin, 1-ci, 2-ci və 3-cü dərəcəli hüquqşunasların köynəklərinin sağ döş hissəsi boz rəngli, qalan hissəsi isə açıq boz rəngli və ancaq sol çiyinlərində fərqləndirmə nişanı olan tünd boz rəngli paqon olur (şəkil 11).

Qadınlar üçün köynəklər eyni biçimli olmaqla sol tərəfə düymələnir (şəkil 12,13,14).

Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşavirinin 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirlərinin və 3-cü dərəcəli dövlət ədliyyə müşavirinin pencəyinin, yarımpaltosunun, su keçməyən parçadan tikilmiş gödəkçəsinin sol qolunda diametri 7 sm olan dövlət vergi orqanlarının tanınma nişanı bərkidilir.

Baş vergi xidməti müşavirinin, vergi xidməti müşavirinin, kiçik vergi xidməti müşavirinin, 1-ci, 2-ci, 3-cü dərəcəli müfəttişlərin, baş ədliyyə müşavirinin, ədliyyə müşavirinin, kiçik ədliyyə müşavirinin, 1-ci, 2-ci və 3-cü dərəcəli hüquqşünasların köynəyinin, pencəyinin, yarımpaltosunun, su keçməyən parçadan tikilmiş gödəkçəsinin, adi parçadan tikilmiş gödəkçəsinin sağ döş hissəsində diametri 7 sm olan qabarıq şəkilli Dövlət Vergi Xidməti orqanlarının tanınma nişanı bərkidilir (şəkil 7,10,11,12).

Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşavirinin, 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirlərinin və 3-cü dərəcəli dövlət ədliyyə müşavirinin gödəkçələri açıq boz rəngli parçadan tikilir və birtərəflidir. Qapaqları örtülən və diametri 15 mm olan qızılı rəngli metaldan hazırlanmış, üzərində səkkizgüşəli ulduz həkk olunmuş düymə ilə bərkidilən iki döş cibi və qapaqsız iki yan cibi olur.

Yaxası "Molniya" tipli kilidlə açılıb bağlanır. Çiyinlərində fərqləndirmə nişanları olan tünd boz rəngdə paqonlar vardır (şəkil 15).

Digər rütbə dərəcələri üçün adi parçadan tikilmiş gödəkçənin yuxarı hissəsi tünd boz rəngli aşağı hissəsi isə açıq boz rəngli parçadan olur və birtərəflidir. Qapaqları örtülən və diametri 15 mm olan qızəl rəngli metaldan hazırlanmış, üzərində səkkizgüşəli ulduz həkk olunmuş düymə ilə bərkidilən iki döş cibi və qapaqsız iki yan cibi oulr. Yaxası "Molniya" tipli kilidlə açılıb bağlanır. Çiyinlərində fərqləndirmə nişanları olan tünd boz rəngdə paqonlar vardır (şəkil 16).

Furajka müvafiq rütbə dərəcələri üçün nəzərdə tutulmuş boz parçadan hazırlanır, qara rəngli laklanmış günlüyü olur.

Furajkanın üst hissəsindəki dairənin kənarına və oturacaq hissəsindəki dairəsi boyunca eni 2,5 mm olan qara mahud parçadan kant tikilir.

Həqiqi dövlət vergi xidməti müşavirinin furajkasının ön tərəfində günluyunun furajkaya birləşən hissəsinə qızılı rəngli saplardan hörülmüş, eni 10 mm olan iki qaytan qızılı rəngli sapla yenidən eşilərək diametri 15 mm olan, üzərində səkkizguşəli ulduz həkk olunmuş, qızılı rəngli metaldan hazırlanmış iki ədəd düymə ilə bərkidilir. Qaytandan yuxarı, furajkanın dövrəsinin üzərində mərkəzdə gümüşü fonda qızılı rəngli saplarla toxunmuş, eni 21 mm , uzunu 53 mm olan palıd yarpaqları ilə simmetrik əhatə olunmuş, diametri 32 mm olan qabarıq şəkilli Azərbaycan Respublikasının Dövlət Gerbi bərkidilir. Günlüyün üstündə kənarına simmetrik olaraq uzunluğu 80 mm olan qızılı rəngli palıd yarpaqları hörülür (şəkil 65).

1-ci, 2-ci və 3-cü dərəcəli dövlət vergi xidməti müşavirlərinin və 3-cü dərəcəli dövlət ədliyyə müşavirlərinin furajkalarının ön tərəfində günlüyün furajkaya birləşən hissəsinə qızılı rəngli saplardan hörülmüş, eni 10 mm olan ikiqat qaytan qızılı rəngli sapla yenidən eşilərək diametri 15 mm olan, üzərində səkkizguşəli ulduz həkk olunmuş, qızılı rəngli metaldan hazırlanmış iki ədəd düymə ilə bərkidilir. Qaytandan yuxarı, furajkanın dövrəsinin üzərində mərkəzdə gümüşü fonda qızılı rəngli saplarla toxunmuş, eni 21 mm , uzunu 53 mm olan dəfnə yarpaqları ilə simmetrik əhatə olunmuş, diametri 32 mm olan qabarıq şəkilli Azərbaycan Respublikasının Dövlət Gerbi bərkidilir. Günlüyün üstündə kənarına simmetrik olaraq uzunluğu 80 mm olan qızılı rəngli dəfnə yarpaqları hörülür (şəkil 17, 66).

Baş vergi xidməti müşavirinin, vergi xidməti müşavirinin, kiçik vergi xidməti müşavirinin, 1-ci, 2-ci və 3-cü dərəcəli müfəttişlərin, baş ədliyyə müşavirinin, ədliyyə müşavirinin, kiçik ədliyyə müşavirinin, 1-ci, 2-ci və 3-cü dərəcəli hüquqşünasların furajkalarının ön tərəfində günlüyün furajkaya birləşən hissəsinə qızılı rəngli saplardan hörülmüş, eni 8 mm olan qaytan diametri 15 mm olan, üzərində səkkizguşəli ulduz həkk olunmuş, qızılı rəngli metaldan hazırlanmış iki ədəd düymə ilə bərkidilir. Qaytandan yuxarı, furajkanın dövrəsinin üzərində mərkəzdə qızılı rəngli metaldan hazırlanmış, diametri 40 mm olan qabarıq şəkilli Azərbaycan Respublikasının Dövlət Gerbi bərkidilir (şəkil 20).

Yay geyim forması ilə geyinmək üçün boz parçadan tikilmiş düz formalı günlüklü papaqda fərqləndirmə nişanları furajkalarda olan fərqləndirmə nişanları ilə eynidir (şəkil 18, 21).

Qış geyim forması ilə geyinmək üçün boz qalın parçadan tikilmiş düz formalı, günlüklü, xəz qulaqlıqlı papaqda fərqləndirmə nişanları furajkalarda olan fərqləndirmə nişanları ilə yenridir (şəkil 19,22).

Qadınlar üçün boz rəngli düz formalı günlüklü papaq tikilir və fərqləndirmə nişanları furajkalarda olan fərqləndirmə nişanları ilə eynidir.

Qadınlar üçün mərasim forması ilə düz formalı qalın, açıq boz rəngli parçadan tikilmiş papaqda fərqləndirmə nişanları furajkalarda olan fərqləndirmə nişanları ilə eynidir (şəkil 23).

Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşavirinin 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirlərinin və 3-cü dərəcəli dövlət ədliyyə müşavirinin yarımpaltoları tünd boz rəngli parçadan tikilmiş, iki tərəfli düymələnən qatlama yaxalı olur. Hər cərgədə iki ədəd olmaqla üç cərgə, diametri 20 mm olan qızılı rəngli metaldan hazırlanmış, üzərində səkkizguşəli ulduz həkk olunmuş düymələr tikilir. Hər iki yanında iistü qapaqlarla örtülən və dimetri 20 mm olan qızılı rəngli metaldan hazırlanmış üzərində səkkizguşəli ulduz həkk olunmuş düymələrlə bərkidilən cibləri olur. Çiyinlərində fərqləndirmə nişanı olan açıq boz rəngli paqonlar vardır. Qolları bir tikişli olmaqla eni 10 sm olan manjetdən ibarətdir. Manjetlərin hər birinə diametri 15 mm olan gümüşü rəngli metaldan hazırlanmış, üzərində səkkizguşəli ulduz həkk olunmuş üç ədəd düymə tikilir (şəkil 24).

Digər rütbə dərəcələri üçün yarımpalto yuxarı hissəsi qara rəngli, aşağı hissəsi isə tünd boz rəngli drap parçadan tikilir. Yaxası "Molniya" tipli kilidlə və parça altında gizlədilmiş bir sırada yerləşən 2 ədəd düymə ilə açılıb bağlanır. Çiyinlərində fərqləndirmə nişanları olan açıq boz rəngli paqonlar vardır. Üstü qapaqsız yan cibləri və aşağı hissəsində diametri 20 mm olan qızılı rəngli metaldan hazırlanmış, üzərində səkkizguşəli ulduz həkk olunmuş düymələrlə bərkidilən kəmərləri olur (şəkil 25).

Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşavirinin 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirlərinin və 3-cü dərəcəli dövlət ədliyyə müşavirinin su keçməyən parçadan tikilmiş gödəkçələri tünd boz rəngli birtərəflidir. Yaxası "Molniya" tipli kilidlə və parça altında gizlədilmiş bir sırada yerləşən 2 ədəd düymə ilə açılıb bağlanır. Çiyinlərində fərqləndirmə nişanları olan açıq boz rəngli paqonlar vardır.

Hər iki yanında üstü qapaqlarla örtülən və diametri 20 mm olan qızılı rəngli metaldan hazırlanmış, üzərində səkkizguşəli ulduz həkk olunmuş iki ədəd düymələrlə bərkidilən cibləri olur. Qolları bir tikişli olmaqla eni 10 sm olan manjetdən ibarətdir. Manjetlərin hər birinə diametri 15 mm olan gümüşü rəngli metaldan hazırlanmış, üzərində səkkizguşəli ulduz həkk olunmuş üç ədəd düymə tikilir. Hər iki döşündə "Molniya" tipli kilidlə bağlanan döş çibləri vardır (şəkil 26).

Digər rütbə dərəcələri üçün su keçməyən parçadan tikilmiş gödəkçələrin yuxarı hissəsi qara, aşağı hissəsi isə tünd boz rəngli, birtərəflidir. Yaxası "Molniya" tipli kilidlə və parça altında gizlədilmiş bir sırada yerləşən 2 ədəd düymə ilə açılıb bağlanır. Çiyinlərində fərqləndirmə nişanları olan açıq boz rəngli paqonlar vardır.

Hər iki yanında üstü qapaqlarla örtülən və diametri 20 mm olan qızılı rəngli metaldan hazırlanmış, üzərində səkkizgüşəli ulduz həkk olunmuş iki ədəd düymələrlə bərkidilən cibləri olur. Qolları manjetsizdir. Sol döşündə "Molniya" tipli kilidlə bağlanan döş çibləri vardır (şəkil 27).

Qadınlar üçün yarımpalto və su keçməyən parçadan tikilmiş gödəkçə eyni biçimli olmaqla sol tərəfə düymələnir (şəkil 28,29).

Ayaqqabılar qara rəngli dəridən hazırlanmış tuflidən, qış fəsli üçün isə yarımkeçmədən ibarətdir. Yarımkeçənlər zəncirbəndlə çarpaz bağlanır.

3. Azərbaycan Respublİkasının dövlət vergİ orqanlarının vəzİfəlİ şəxslərİnİn fərqləndİrmə nİşanları

Fərqləndirmə nişanlarına aiddir: baş geyimlərindəki nişanlar (kokardalar, emblemlər), paqon və yaxalıqlardakı nişanlar (emblemlər, ulduzlar və s.) və kantlar. Bundan əlavə, xüsusi geyim formasındakı rəng, biçim, geyimin komplektliyi, düymələr va geyimin başqa detalları kimi digər xarici fərqləndirmə əlamətlərindən də həmin məqsədlərlə istifadə edilir.

Paqonlar yarımyumşaq, tünd boz və açıq büz-gümüşü rəngdə materialdan hazırlanır. Paqonlar pencəyə, gödəkçələrə, yarımpaltoya və köynəklərə bərkidilir (şəkil 2,8,9,15,24,26).

Bərkidilmə üsuluna görə paqonlar tikilmə və taxılıb-çıxardan paqonlara bölünür.

Tikilən paqonlar pencəkdə, gödəkçələrdə və yarımpaltoda daşınır.

Taxılıb-çıxardan paqonlar köynəkdə daşınır.

Paqonlar uzunluğu 150 mm , aşağı hissəsinin eni 60 mm , yuxarı hissəsinin eni 45 mm , aşağı hissəsi düz bucaqlı, yuxarı hissəsi isə yarımdairəvi şəklində olur (şəkil 31).

Paqonun üzərində səkkizguşəli ulduz həkk olunmuş, qızılı rəngli metaldan hazırlanmış, diametri 12 mm olan bir ədəd düymə bərkidilir. Paqonun yarımdairəvi kənarından düymənin mərkəzinədək olan məsafə mm-dir (şəkil 31).

Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşavirinin paqonu üzərində qızılı rəngli lifdən diametri 40 mm olan qabarıq şəkilli Azərbaycan Respublikasının Dövlət Gerbi, ondan aşağı hissədə diametri 35 mm olan qabarıq şəkilli səkkizguşəli ulduz hörülür. Paqonun aşağı kənarından ulduzun mərkəzinə qədər olan məsafə 35 mm , gerb ilə ulduzun mərkəzləri arasındakı məsafə isə 60 mm olur. Paqonun aşağı kənarındakı hər iki düzbucaqdan eni 10 mm olan, paqondakı ulduzun mərkəzində birləşən və bundan sonra paqonun orta xətti ilə yuxarıyadək uzadılan qızılı sapla qabarıq şəkildə yarpaqlar hörülür (şəkil 30,31).

1-ci dərəcəli dövlət vergi xidməti müşavirinin paqonu üzərində diametri 30 mm olan qabarıq şəkilli üç ədəd səkkizguşəli ulduz hörülür. Paqonun aşağı kənarından birinci ulduzun mərkəzinə qədər məsafə 40 mm , ulduzların mərkəzləri arasındakı məsafə isə 32 mm olur. Paqonda yarımdairəvi şəkildə diametri 45 mm olan qızılı rəngli sapla hörülmüş iki ədəd dəfnə yarpaqları tikilir. Yarpaqların kəsişməsindən paqonun aşağı kənapınadək olan məsafə 12 mm-dir (şəkil 32,33).

2-ci dərəcəli dövlət vergi xidməti müşavirinin paqonu üzərində diametri 30 mm olan qabarıq şəkilli iki ədəd səkkizgüşəli ulduz hörulur. Paqonun aşağı kənarından birinci ulduzun mərkəzinə qədər məsafə 40 mm , ulduzların mərkəzləri arasındakı məsafə isə 32 mm olur. Paqonda yarımdairəvi şəkildə diametri 45 mm olan qızılı rəngli sapla iki ədəd dəfnə yarpaqları tikilir. Yarpaqların kəsişməsindən paqonun, aşağı kənarınadək olan məsafə 12 mm-dir (şəkil 34,35).

3-cü dərəcəli dövlət vergi xidməti müşavirinin (3-cü dərəcəli dövlət ədliyyə müşavirinin) paqonu üzərində ortada diametri 30 mm olan qabarıq şəkilli bir ədəd səkkizguşəli ulduz hörülür. Paqonun aşağı kənarından ulduzun mərkəzinə qədər olan məsafə 40 mm olur. Paqonda yarımdairəvi şəkildə diametri 45 mm olan qızılı rəngli sapla hörülmüş iki ədəd dəfnə yarpaqları tikilir. Yarpaqların kəsişməsindən paqonun aşağı kənarınadək olan məsafə 12 mm-dir (şəkil 36,37).

Baş vergi xidməti müşavirinin (baş ədliyyə müşavirinin) paqonu üzərində diametri 22 mm olan qızılı rəngli metaldan hazırlanmış üç ədəd səkkizguşəli ulduz bərkidilir. Paqonun aşağı kənarından birinci ulduzun mərkəzinə qədər məsafə 18 mm , ulduzların mərkəzləri arasındakı məsafə 35 mm-dir (şəkil 38,39).

Vergi xidməti müşavirinin (ədliyyə müşavirinin) paqonu üzərində diametri 22 mm olan qızılı rəngli metaldan hazırlanmış iki ədəd səkkizguşəli ulduz bərkidilir. Paqonun aşağı kənarından birinci ulduzun mərkəzinə qədər məsafə 18 mm , ulduzların mərkəzləri arasındakı məsafə 35 mm-dir (şəkil 40,41).

Kiçik vergi xidməti müşavirinin (kiçik ədliyyə müşavirinin) paqonu üzərində diametri 22 mm olan qızılı rəngli metaldan hazırlanmış bir ədəd səkkizguşəli ulduz bərkidilir. Paqonun aşağı kənarından ulduzun mərkəzinə qələr olan məsafə 18 mm-dir (şəkil 42,43).

1-ci dərəcəli müfəttişin (I-ci dərəcəli hüquqşunasın) paqonu üzərində diametri 18 mm olan qızılı rəngli metaldan hazırlanmış dörd ədəd səkkizguşəli ulduz bərkidilir. Paqonun aşağı kənarından birinci ulduzun mərkəzinə qədər məsafə 18 mm , ulduzların mərkəzləri arasındakı məsafə 25 mm-dir (şəkil 44,45).

2-ci dərəcəli müfəttişin (2-ci dərəcəli hüquqşünasın) paqonu üzərində diametri 18 mm olan qızılı rəngli metaldan hazırlanmış üç ədəd səkkizguşəli ulduz bərkidilir. Paqonun aşağı kənarından birinci ulduzun mərkəzinə qədər məsafə 18 mm , ulduzların mərkəzləri arasındakı məsafə 25 mm-dir (şəkil 46,47).

3-cü dərəcəli müfəttişin (3-cü dərəcəli hüquqşünasın) paqonu üzərində diametri 18 mm olan qızılı rəngli metaldan hazırlanmış iki ədəd səkkizguşəli ulduz bərkidilir. Paqonun aşağı kənarından birinci ulduzun mərkəzinə qədər məsafə 18 mm , ulduzların mərkəzləri arasındakı məsafə 25 mm-dir (şəkil 48,49).

3-cü dərəcəli dövlət ədliyyə müşavirinin, baş ədliyyə müşavirinin, ədliyyə müşavirinin, kiçik ədliyyə müşavirinin, 1-ci, 2-ci və 3-cü dərəcəli hüquqşünasların paqonu üzərindəki düymədən aşağıya doğru 10 mm məsafədə aralı, diametri 18 mm olan qızılı rəngli metaldan hazırlanmış qabarıq şəkilli qalxanın üzərində səkkiz güşəli ulduz və aypara və arxasında iki çarpaz qılınc təsvirindən ibarət olan emblem bərkidilir (şəkil 50-64).

 

[9] 12 noyabr 2022-ci il tarixli 1875 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 12 noyabr 2022-ci il, “Xalq” qəzeti, 13 noyabr 2022-ci il, № 247) ilə 6-cı hissəyə şəxslərinin sözündən sonra xüsusi sözü əlavə edilmişdir.

 

[10] 12 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (“Azərbaycan” qəzeti, 30 dekabr 2009-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №12, maddə 289) ilə «Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələr və bu vəzifələrə uyğun xüsusi rütbələrin Siyahısı»nın «Azərbaycan Respublikası Vergilər Nazirliyinin mərkəzi aparatı» bölməsinin adından və beşinci qrafasından «mərkəzi» sözü çıxarılmışdır.

 

11 iyul 2014-cü il tarixli 224 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 iyul 2014-cü il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №07, maddə 806) ilə “Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələr və bu vəzifələrə uyğun xüsusi rütbələrin Siyahısı”nın “Azərbaycan Respublikası Vergilər Nazirliyinin mərkəzi aparatı” hissəsinə yeni məzmunda altıncı abzas əlavə edilmişdir.

1 fevral 2017-ci il tarixli 1220 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 fevral 2017-ci il, № 24; “Xalq” qəzeti, 4 fevral 2017-ci il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №2, maddə 164) ilə “Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələr və bu vəzifələrə uyğun xüsusi rütbələrin Siyahısı”nın “Azərbaycan Respublikası Vergilər Nazirliyinin aparatı” hissəsinin beşinci bəndində “aparatının Baş idarə rəisi” sözləri “aparatında departamentin baş direktoru” sözləri ilə əvəz edilmişdir.

1 fevral 2017-ci il tarixli 1220 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 fevral 2017-ci il, № 24; “Xalq” qəzeti, 4 fevral 2017-ci il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №2, maddə 164) ilə “Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələr və bu vəzifələrə uyğun xüsusi rütbələrin Siyahısı”nın “Vergilər Nazirliyinin sisteminə daxil olan vergi orqanları və təşkilatları” hissəsinin ikinci bəndində “Departament rəisi” sözləri “Departamentin baş direktoru” sözləri ilə əvəz edilmişdir.

 

[11] 12 noyabr 2022-ci il tarixli 1875 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 12 noyabr 2022-ci il, “Xalq” qəzeti, 13 noyabr 2022-ci il, № 247) ilə Əlavə 1 Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələr və bu vəzifələrə uyğun xüsusi rütbələrin Siyahısı” yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələr və bu vəzifələrə uyğun xüsusi rütbələrin

 

SİYAHISI

 

Vəzifənin adı

Xüsusi rütbənin adı

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin aparatı

 

Azərbaycan Respublikasının vergilər naziri

Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri

Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini

1-ci dərəcəli dövlət vergi xidməti müşaviri

Azərbaycan Respublikası vergilər nazirinin müavini

2-ci dərəcəli dövlət vergi xidməti müşaviri

Azərbaycan Respublikası vergilər nazirinin müşaviri

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

Azərbaycan Respublikası Vergilər Nazirliyinin aparatında departamentin baş direktoru

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

Azərbaycan Respublikası vergilər nazirinin vergi cinayətlərinin ibtidai araşdırılması məsələləri üzrə müşaviri

3-cü dərəcəli dövlət ədliyyə müşaviri

 

Vergilər Nazirliyinin sisteminə daxil olan vergi orqanları və təşkilatları

 

Naxçıvan MR-ın vergilər naziri

2-ci dərəcəli dövlət vergi xidməti müşaviri

Departamentin baş direktoru

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

Tədris Mərkəzinin rəisi

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

 

[12] 08 may 2008-ci il tarixli 761 nömrəli Fərman (“Azərbaycan” qəzeti, 13 may 2008-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №05, maddə 372) ilə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

 

Azərbaycan Respublikası Prezidentinin

2005-ci il 9 fevral tarixli 195 nömrəli fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikası dövlət vergi orqanlarının

tanınma nişanı, vəzifəli şəxslərinin xüsusi geyim forması

və fərqləndirmə nişanları haqqında

 

ƏSASNAMƏ

 

ÜMUMİ MÜDDƏALAR

 

1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin xüsusi geyim forması - geyim predmetləri və fərqləndirmə nişanlarının komplektidir.

2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin xüsusi geyim formasının predmetlərinə aiddir:

Üst geyimləri - qış paltosu, demisezon palto, buşlat, yarımpalto, kostyum, şalvar, gödəkçələr və s.

Baş geyimləri - papaq, furajka, şlyapa və s.

Ayaqqabılar - çəkmə, botinka, uzunboğaz çəkmə və s.

Digər geyim növləri - köynəklər, yun köynəklər (jaket), şərflər, qalstuklar, əlcəklər və s.

3. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin fərqləndirmə nişanları xüsusi geyim formasında rəmzi şərti təsvir olub, müəyyən anlayışı əks etdirir və dövlət məsuliyyəti göstərir.

Nişanları Azərbaycan Respublikasının vergilər naziri təsis edir, həmçinin fərqləndirmə nişanları haqqında əsasnamələri və onların təsvirlərini təsdiq edir.

Vəzifəli şəxslərin fərqləndirmə nişanları və onların təsvirləri bu Əsasnamə ilə müəyyən edilir.

Fərqləndirmə nişanlarına aiddir:

-  Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı;

- Paqon, yaxa nişanları, döş və qol nişanları (medal və nişan tikmələr), baş geyimlərindəki nişanlar (kokardalar, emblemlər), paqon və yaxalıqlardakı nişanlar (emblemlər, ulduzlar), kantlar və lampaslar.

Bundan əlavə, xüsusi geyim formasındakı rəng, biçim, geyimin komplektliyi, düymələr və geyimin başqa hissələri digər xarici fərqləndirmə əlamətlərində də həmin məqsədlərlə istifadə edilir.

Xüsusi geyim formasını Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxsləri daşıya bilər.

Xüsusi geyim formasını daşıma hüququ olmayan vətəndaşların Vergilər Nazirliyinin vəzifəli şəxslərinin fərqləndirmə nişanı olan xüsusi geyim formasını daşıması qadağandır.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxsləri xüsusi geyim formasını Azərbaycan Respublikası vergilər nazirinin təsdiq etdiyi əmrində göstərilən qaydada daşıyır.

Xüsusi geyim forması ilə təminetmə və daşıma qaydaları Azərbaycan Respublikası vergilər naziri tərəfindən müəyyən edilir.

 


AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİNİN

TANINMA NİŞANI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı onun rəmzidir.

Tanınma nişanı Azərbaycan Respublikası Vergilər Nazirliyinin hər bir əməkdaşına Azərbaycan Respublikasının iqtisadi suverenliyini və təhlükəsizliyini müdafiə etmək, öz xidməti vəzifələrini vicdanla yerinə yetirmək borcunu xatırladır.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı yarımkürə formasındadır. Sarı (qızılı) xətlərlə haşiyələnmiş, üzərində xüsusi kompozisiya təsvir olunmuşdur.

Tanınma nişanının yuxarı yarım hissəsində Azərbaycan Respublikasının Dövlət Bayrağı göstərilmiş, bayrağın qırmızı rəngli hissəsində "Azərbaycan" sözü yazılmışdır.

Tanınma nişanının mərkəz hissəsində Azərbaycan Respublikasının səkkizguşəli ulduzu və aypara şəkilləri çəkilmiş, "Vergilər Nazirliyi" sözləri sarı (qızılı) rəngdə, zeytun rəngli fonda göstərilmişdir.

Tanınma nişanının aşağı yarımkürəsinin aşağı hissəsində özünəməxsus üçbucaq şəklində sarı (qızılı) xətlərlə haşiyələnmiş formanın içərisində Vergilər Nazirliyi sözlərinin baş hərfləri (VN) xüsusi formada sarı fonda ağ rənglə həkk olunmuşdur. Üçbucaq formanın hər iki yan tərəfi qızılı rəngdə dəfnə yarpaqları ilə haşiyələnmişdir.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı nazirliyin vəzifəli şəxslərinin xüsusi geyim formasında daşınır, hər növ blanklarında, inzibati binalarının girəcəklərində, avtonəqliyyat vasitələrində və digər sahələrində istifadə olunur (şəkil 1).

 


AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİNİN

VƏZİFƏLİ ŞƏXSLƏRİNİN XÜSUSİ GEYİM FORMASI


          1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin xüsusi geyim formasının tərkibinə aşağıdakı xüsusi geyim növləri aiddir:

                                                                 Yay paltarları

- Furajka (qadınlarda şlyapa) - zeytun rəngli
- Yay kostyumu - zeytun rəngli
- Yay şalvarı (qadınlarda tuman) - zeytun rəngli
- Şalvar qayışı - qara rəngli
- Köynək - bej (açıq sarı) və ya ağ rəngli
- Corab - qara rəngli (qadınlarda ət rəngli neylon)
- Yay çəkməsi - qara rəngli dəridən

                                                                Qış paltarları

- Kostyum - nazir üçün bej və yaxud zeytun rəngli
- Furajka - nazir üçün bej və zeytun rəngli
- Papaq - nazir üçün tünd boz rəngli qaragül dəridən
- Furajka (qadınlarda şlyapa) - zeytun rəngli
- Papaq (qulaqlı) - qara və ya zeytun rəngli qaragül dəridən
- Qış paltosu - zeytun rəngli
- Qış yarımpaltosu - zeytun rəngli
- Demisezon palto (plaş) - zeytun rəngli
- Qış kostyumu - zeytun rəngli
- Qış şalvarı (qadınlarda tuman) - zeytun rəngli
- Şalvar qayışı - qara rəngli
- Köynək - bej rəngli
- Yun köynək (jaket) - zeytun rəngli
- Qalstuk - zeytun və ya qara rəngli
- Əlcəklər - qara rəngli
- Şərf - zeytun və ya qara rəngli
- Corablar - qara rəngli (qadınlar üçün ət rəngli neylon)
- Qış çəkməsi (qadınlarda uzunboğaz çəkmə) - qara rəngli dəridən

     Qış paltosu və yarımpalto - Azərbaycan Respublikasının həqiqi dövlət vergi xidməti müşaviri və 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirləri üçündür - tünd zeytun rənglidir, ikibortludur, qatlanan boyunluqludur, üç böyük forma düyməsi ilə düymələnir.

Boyunluğunun kənarı boyu və qol köbəsinin üstündən qara rəngli mahuddan kant vardır. Paltonun yaxalıqlarının künclərində toxunma yaxa nişanları tikilir.

Layları yanlardan köklənmiş və yan kəsmə, qapaqlı ciblidir.

Kürəyində ortada şlitsa ilə tamamlanan tikiş vardır. Bel səviyyəsində paltonun yan tikiş yerlərinə bərkidilmiş qızılı rəngli iki böyük forma düyməsi və düymələnən tənzimləyici kəmərcik vardır. Qolları iki tikişli, qol köbəli, içəridən tikilir.

Astarında iki kəsmə qoltuq cibi vardır.

Paltonun sol qabaq bortunun boyunluğunun aşağı qurtaracaq hissəsində üfüqi vəziyyətdə 40 x 120 mm ölçülü xüsusi paqon tikilir.

Paltonun sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 140 mm aşağıda fərqləndirmə qol nişanı tikilir.

Şərf - ağ rənglidir, trikotaj, yun, ipək, yaxud adi parçadan hazırlanır. Ölçüləri 30 x 120 sm-dir.

Qış çəkməsi - qara rənglidir. Qara rəngli xromdan hazırlanır. Zəncirbəndli, yaxud bağları vardır. Altlığı qəliblənmişdir. Burnu və arxa hissəsi möhkəmləşdirilmişdir.

Uzunboğaz çəkmə (qadınlar üçün) - qara rənglidir. Qara rəngli xromdan hazırlanmışdır. Dabanı orta ölçüdədir. Burnu ensizdir. Zəncirbəndlə bağlanır. Burnu və arxa hissəsi möhkəmləşdirilmişdir (şəkil 2, 3).

Demisezon gödəkçə - zeytun rənglidir. Bortları zəncirbəndlə bağlanır, yuxarıdan bir və aşağıdan bir qızılı rəngli 15 mm-lik düymə ilə bağlanır. Laylarında yan kəsmə fiqurlu qapaqlı basma düymə ilə düymələnən cibləri vardır. Kürəyi koketkalıdır, astarlıdır, sol bortunda qoltuq cibi vardır. Qısa qatlama boyunluqludur. Qolları tək tikişlidir, manjetlidir, manjetləri qızılı rəngli bir böyük forma düymələri (qadınlarda bir kiçik qızılı rəngli forma düyməsi) ilə ilgəklə bağlanır.

Gödəkçənın sol qabaq bortunun boyunluğunun aşağı qurtaracaq hissəsində üfüqi vəziyyətdə 40 x 120 mm ölçülü xüsusi paqon tikilir. Həmin tərəfdə paqondan aşağıda 5 mm məsafədə 15 mm ölçülü qızılı rəngli düymədən Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı asılır.

Gödəkçənin qurşağı manjetlidir, iki yan tərəfdən 15 sm-lik yığma rezinlidir. Gödəkçənin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 140 mm aşağıda fərqləndirmə qol nişanı tikilir (şəkil 4).

Yun köynək - zeytun rənglidir. Yundan toxunmuşdur, yaxası üçbucaq şəkilli, açıqdır. Yun köynəyin çiyin və dirsək hissələrinə köynəyin öz rəngində möhkəm parçadan əlavə qatlar tikilir.

Yun köynəyin sol bortunun döş hissəsində 40 x 120 mm ölçüdə paqon, sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 140 mm aşağıda Vergilər Nazirliyinə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanı tikilir (şəkil 5).

Yay (qış) kostyumu - zeytun rənglidir, açıq ikibortludur, qatlanan boyunluqludur.
Sağ və sol qabaq bortların hər birində Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin geyim formasının 25 mm-lik iki böyük qızılı rəngli düymələri tikilir və soldan sağa düymələnir. Hər iki yanda qapaqlı kəsmə ciblər vardır. Kostyumun qollarının qurtaracağında arxa tərəfdən hər qolun üstündə üç ədəd 15 mm-lik qızılı rəngli düymələr tikilmişdir. Azərbaycan Respublikasının həqiqi dövlət vergi xidməti müşavirinin və 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirlərinin kostyumunun qol köbəsinin üstündəki qara rəngli mahuddan olan kantdan 10 mm aşağıda qızılı rəngli sapla dairəvi şəkildə dəfnə yarpaqları toxunur. Kostyumun yaxalıqlarının künclərində toxunma yaxa nişanları tikilir.

Yay (qış) kostyumu qadınlar üçün birbortludur, sağdan sola bortlar qızılı rəngli üç böyük forma düymələri ilə düymələnir.

Kostyum ətəyinədək astarlıdır, astarında iki kəsmə qoltuq cibi vardır. Kostyumun sol döş hissəsinin üstündə Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin vəzifə dərəcəsini göstərən 40 x 120 mm ölçülü xüsusi paqon tikilir. Həmin tərəfdə paqondan aşağıda 5 mm məsafədə 15 mm ölçülü qızılı rəngli düymədən Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı asılır.

Kostyumun sol qolunun üst səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 140 mm aşağıda Azərbaycan Respublikasının Vergilər Nazirliyinə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanı tikilir.

Uzunqol qış köynəyi - bej rənglidir, uzunqoldur. Bortları ortadan 7 adi kiçik düymələrlə düymələnir. Kürəyi koketkalıdır. Ətəyi açıq, qurşaqsızdır.

Köynəyin sol bortunda üstdən tikmə qapaqsız cibi vardır. Qatlama boyunluqludur. Köynək qalstukla geyilir.

Qalstuk - qara və ya zeytun rənglidir, əllə bağlanır. Qızılı rəngli metal sıxacla gəzdirilir.

Yay çəkməsi - qara rənglidir. Qara rəngli xromdan hazırlanır. Tənzimləyici rezinciyi, yaxud bağları vardır. Dabanı qəliblənmişdir. Altlığı gön-dəridir. Burnu və arxa hissəsi möhkəmləşdirilmişdir.

Qadın yay çəkməsi alçaq dabanlıdır. Burnu ensiz, arxa hissəsi möhkəmləşdirilmişdir (şəkil 6).

                                                                Parad forması

- Şalvar - zeytun rəngli
- Köynək - zeytun rəngli
- Kostyum - bej rəngli
- Qalstuk - bej rəngli
- Furajka - bej rəngli


AZƏRBAYCAN RESPUBLİKASININ HƏQİQİ DÖVLƏT VERGİ

XİDMƏTİ MÜŞAVİRİNİN MƏRASİM GEYİM FORMASI


            Mərasim geyimi - kostyum, qalstuk və furajka bej rəngdədir. Şalvar və köynək zeytun rəngdədir. Çəkmə - qaradır.

Kostyum bej rəngli yun parçadandır.

Köynək zeytun rəngli yay və qış formasında, yəni: yay köynəyi gödək qolludur, qabaq iki bortları 7 kiçik düymələrlə bağlanır, qabaq hər iki bortların döş hissəsində üstdən tikmə qırçınlı ciblərin ortasında şaqulidir və qapaqlıdır, qızılı rəngli bir kiçik forma düyməsi ilə düymələnir.

Köynək arxadan koketkalıdır, aşağı ətəyi manjetlidir, iki yandan 20 sm-lik rezinlə yığma qırçınla manjetə birləşdirilir.

Köynəyin sol cibinin üst tikiş xəttində zeytun rəngli paqon tikilir. Paqonun aşağı hissəsində cibin qapağındakı forma düyməsindən Vergilər Nazirliyinin tanınma nişanı asılır.

Köynəyin gödək qolları manjetlidir, qolun qıraq üstündə çiyin tikişindən 140 mm aşağıda fərqləndirmə qol nişanı tikilir.

Fərqləndirmə qol nişanı qızılı rəngli metal sapla toxunur, özünəməxsus uzun üçbucaq şəklində, yuxarı hissəsindən dalğalı xətlərlə ümumi nişanın görünüşünə birləşərək nişanın ümumi görünüşünü tamamlayır. Nişanın yuxarı ortasında qızılı rəngli hərflərlə "Azərbaycan" sözü 8 güşəli ulduzla ayparanın aşağı hissəsində "Vergilər Nazirliyi", nişanın aşağı hissəsində dəfnə yarpaqları əhatəsində üçbucaq şəkilli fiqurun üstündə qızılı rəngli fonda "Vergilər Nazirliyi" sözlərinin baş hərfləri "VN" ağ rənglə toxunaraq ümumi kompozisiyada görüntülüdür.

Qol nişanı üst geyimlərinin bir çoxunda daşınır (şəkil 7, 8).

Demisezon palto (plaş) - zeytun rənglidir. Paltonun rənginə uyğun üç adi düymə ilə düymələnən ikibortlu, qatlanan boyunluqlu və açıq yaxalıdır. Yan kəsmə cibləri və plastmas toqqadan olan parçadan kəməri vardır.

Kürəkdə, ortada aşağıdan şlitsa ilə tamamlanan tikiş vardır. Qolları ikitikişli, içəridən tikilən, kəmərciklidir. Astarlıdır, astarında iki kəsmə qoltuq cibi vardır.
Paltonun yaxalıqlarının künclərində yaxa nişanı ancaq Azərbaycan Respublikasının həqiqi dövlət vergi xidməti müşavirinin və 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirlərinin demisezon paltosunda tikilir.

Paltonun sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 140 mm aşağıda fərqləndirmə qol nişanı tikilir.

Paltonun sol qabaq bortunun boyunluğunun aşağı qurtaracaq hissəsində üfüqi vəziyyətdə 40 x 120 mm ölçülü xüsusi paqon tikilir. Həmin tərəfdə paqondan aşağıda 5 mm məsafədə 15 mm ölçülü qızılı rəngli düymədən Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı asılır.

Döşəmədən paltonun ətəyinədək olan məsafə 40-42 sm-dir (şəkil 9).
Qış yarımpaltosu - zeytun rənglidir, yağışa davamlı parçadan tikilmişdir. Qatlanan boyunluqludur. Qabaq bortları koketkalıdır, orta hissədən iki bort zəncirbəndlə birləşdirilir (bağlanır) və həm də iki qabaq bortlar yuxarı qurtaracaqdan və aşağı ətəkdən sağdan sola bir qızılı rəngli böyük forma düyməsi ilə (qadınlarda soldan sağa bir qızılı rəngli kiçik forma düyməsi ilə) düymələnir.

Yarımpaltonun sol qabaq bortunun boyunluğunun aşağı qurtaracaq hissəsində koketkanın üstündə üfüqi vəziyyətdə 40 x 120 mm ölçülü xüsusi paqon tikilir. Həmin tərəfdə paqondan aşağıda 5 mm məsafədə 15 mm ölçülü qızılı rəngli düymədən Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı asılır.

Qış yarımpaltosunun iki yan tərəflərində üstdən tikmə qapaqlı cibləri vardır. Ciblərin ağzı yapışan parça ilə bağlanır.

Qış yarımpaltosunun qolları birtikişlidir. Hər qolun üstündə bir kiçik kəmərcik tikilmişdir. Kəmərciyin üstündə isə bir qızılı rəngli böyük forma düyməsi tikilmişdir.

Qış yarımpaltosu iki astarlıdır. Üst astar çıxarılmadır, isti süni vatin tipli parçadan hazırlanmış, zəncirbəndlə və boyunluğun yanında bir basma düymə ilə yarımpaltoya bağlanır.

Qış yarımpaltosunun sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 140 mm aşağıda fərqləndirmə qol nişanı tikilir (şəkil 10).

Qısaqol köynək - ağ rəngli və ya açıq sarı rənglidir, qısaqol, qatlanan boyunluqlu, 2 qabaq bortu ortadan 7 kiçik adi düymələrlə düymələnir. Üstdən şaquli tikilmiş və qapaqlı qırçınlı iki döş cibləri var, qapaqlı ciblərin hər biri qızılı rəngli kiçik forma düymələri ilə bağlanır. Kürəyi koketkalıdır. Ətəyi qurşaqlı, yanlardan yığma rezinlidir.

Köynəyin sol cibinin üstündə yuxarı tikiş xəttində Vergilər Nazirliyinin 40x120 mm ölçüdə xüsusi paqonu tikilir, paqonun aşağı xəttində qızılı rəngli kiçik forma düyməsindən Vergilər Nazirliyinin tanınma nişanı asılır.

Köynəyin sol qolunun xarici səthində Vergilər Nazirliyinə mənsubiyyəti bildirən xüsusi fərqləndirmə qol nişanı tikilir.

Köynək qalstuksuz geyilir.

Vəzifəli qadınlar üçün köynəyin qabağı yan tikişlərlə köklənmişdir.

Köynəyin sol cibinin qapaq hissəsinin üstündə Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin vəzifə dərəcəsini göstərən 40 x 120 mm ölçüdə paqon tikilir. Paqonun aşağısında cibin qırçın hissəsinin üstündə Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı bərkidilir.

Köynəyin sol qolunun çiynindən qıraqdakı qurtaracaq tikişdən 140 mm aşağıda fərqləndirmə qol nişanı tikilir.

Yay (qış) şalvarı - zeytun rənglidir. Şalvarın yan tikişinə söykənən və şalvarın uzununa doğru, hər birinin eni 2,5 mm olmaqla qara mahud parçadan uzununa kant tikilir. Hər iki yandan kəsmə cibləri, sağ arxa tərəfdə kəsmə qapaqlı cibi vardır.

Şalvarın miyançası qarmaq zəncirbəndlə bağlanır. Qurşaqda kəmər üçün 7 ensiz halqa (körpü) tikilir (şəkil 11).

Furajka - zeytun rəngli, oval formalı dibcikdən, təpə, dövrə, günlük hissələrindən, qara rəngli çənəaltı qayışcıqdan və forma düymələrindən ibarətdir. Kostyumun hazırlandığı parçadan hazırlanır.

Dövrənin üstündən qara rəngli bəzək lenti keçir. Furajkanın qabaq tərəfinin dövrəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxsləri üçün müəyyən edilmiş qızılı rəngdə tikmə kokarda vardır. Günlüyü zeytun rənglidir. Furajkanın üst hissəsindəki dairənin kənarında və oturacaq hissəsindəki dairəsi boyunca eni 2,5 mm olan qara mahud parçadan kant tikilir.

Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri və 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirləri üçün müəyyən edilmiş furajkanın günlüyünün üstündə özünəməxsus qızılı rəngdə naxış olan zeytun rəngli parçaya tikilir (toxunur), qızılı rəngli çənəaltı qayışcıq, üstündə aypara və səkkizgüşəli ulduz olan iki qızılı rəngli kiçik forma düyməsinə bağlanır.

Qış papağı - Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri və 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirləri üçün tünd boz rəngli qaragül dəridən tikilir.

Papaq (qulaqlı) - qara və ya zeytun rəngli qaragül dəridən tikilir.

Şlyapa - kənarları yanlardan və arxadan azca qaldırılmış qara rəngli qayışcığı iki forma düyməsinə bağlanmış zeytun rəngli baş geyimidir. Kənarlarının eni 90 mm-dir, kostyumun hazırlandığı parçadan hazırlanır.

Şlyapanın aşağı qırağı ilə kənarlarının üstündən eni 30 mm olan qara rəngli bəzək lenti keçir.

Şlyapanın qabaq hissəsinin ortasında Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxsləri üçün müəyyən edilmiş qızılı rəngdə tikmə kokarda vardır (şəkil 12,13 ).

Yaxa nişanları və forma düymələri - Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri və 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirlərinin geyim formalarının yaxalıqlarının künclərində toxunma yaxa nişanları tikilir.

Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri və 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirləri üçün müəyyən edilmiş furajkanın günlüyünün üstündə özünəməxsus qızılı rəngdə naxış olan zeytun rəngli parçaya tikilir (toxunur), qızılı rəngli çənəaltı qayışcıq, üstündə Azərbaycan Respublikasının gerbi olan iki qızılı rəngli 12 mm-lik forma düyməsinə tikilir. Üstündə Azərbaycan Respublikasının gerbi olan 15 mm-lik qızılı rəngli düymələr kostyumun qollarının qurtaracağında arxa tərəfdən hər qolun üstündə üç ədəd tikilir.

Üstündə Azərbaycan Respublikasının gerbi olan 25 mm-lik qızılı rəngli düymələr kostyumun sağ və sol qabaq bortlarının hər birində tikilir və soldan sağa düymələnir.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin geyim formasının düymələri:

Üstündə aypara və səkkizgüşəli ulduz olan iki qızılı rəngli 12 mm-lik forma düyməsi furajkanın çənəaltı qayışcığına tikilir.

Üstündə aypara və səkkizgüşəli ulduz olan 15 mm-lik qızılı rəngli düymələr kostyumun qollarının qurtaracağında arxa tərəfdən hər qolun üstündə üç ədəd tikilir.

Üstündə aypara və səkkizgüşəli ulduz olan 25 mm-lik qızılı rəngli düymələr kostyumun sağ və sol qabaq bortlarının hər birində tikilir və soldan sağa düymələnir (şəkil 14).

Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin rütbələrinə görə fərqləndirmə nişan və paqonlarının təsvirləri:

1. Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri və 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirləri üçün paqonlar 40 x 120 mm ölçüdədir, toxunmadır. 8 guşəli ulduzların sayı vəzifə və rütbələrə görə fərqlənir.

İçərisində hər iki baş tərəfdən yarımkvadrat şəklində toxunma dəfnə yarpaqlarının arasında aypara və 8 güşəli ulduzlar təsvir olunmuşdur (şəkil 15).

Paqonlar yüksək vəzifədən başlayaraq dərəcələrə bölünür.