541 - Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin tətbiq edilməsi haqqında
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
19.07.2001
QEYDİYYAT NÖMRƏSİ
541
ADI
Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin tətbiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2001, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 478)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin tətbiq edilməsi haqqında

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin tətbiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar həmin Məcəllənin tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Məcəlləyə uyğunlaşdırılmasını təmin etsin və bu Barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Məcəllənin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Məcəllənin 4.1-ci, 4.2-ci, 5.1-ci, 5.2-ci, 8.2-ci, 12.1-ci, 13.2-ci, 18.2-ci, 20-ci, 25.1-ci, 27.2-ci, 29.2-ci, 30.3.1-ci, 44.4-cü, 61.3-cü, 67.3-cü, 68-cü, 89.1-ci, 89.2-ci, 265.4-cü maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı» barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; [1]

öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsindən irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki: [2]

2.1. Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 2.5-ci və 4.4-cü (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [3]

2.2. həmin Məcəllənin 4.4-cü maddəsində (ikinci halda), 16.3-cü maddəsində, 22.6-cı maddəsində (ikinci halda), 26.5-ci maddəsində (ikinci halda), 42.2-ci, 43-cü, 44.1-ci, 47.2-ci maddələrində, 61.2-ci maddəsinin ikinci cümləsində, 62.1.8-ci, 63.4-cü, 67.1-ci, 142.2-ci, 182.1-ci maddələrində və 182.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [4]

2.3. həmin Məcəllənin 4.3-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir;

2.4. həmin Məcəllənin 4.1-ci, 4.2-ci, 5.1-ci, 5.2-ci, 8.2-ci, 12.1-ci, 13.2-ci, 14.2-ci, 15.3-cü, 18.2-ci, 22.4-cü, 22.6-cı (birinci halda), 25.1-ci, 29.2-ci, 30.3.1-ci, 44.4-cü maddələrində, 61.2-ci maddəsinin birinci cümləsində, 62.1-ci, 63.1-ci, 63.2-ci, 63.3-cü, 64.1-ci, 67.3-cü, 68-ci, 89-cu (hər iki halda) maddələrində, 182.2-ci maddəsinin birinci cümləsində və 265.4-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərinin Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir; [5]

2.5. həmin Məcəllənin 18.3-cü, 22.5-ci və 45-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

2.6. həmin Məcəllənin 83.4-cü maddəsində «müvafiq icra hakimiyyəti orqanı» dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi başa düşülür.

2.7. həmin Məcəllənin 28.4-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir; [6]

2.8. həmin Məcəllənin 2.5-ci maddəsində “orqan (qurum)” dedikdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə münasibətdə Azərbaycan İnvestisiya Holdinqi, digər limanlara münasibətdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzərdə tutulur; [7]

2.9. həmin Məcəllənin 4.4-cü maddəsində “qurum” dedikdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, o cümlədən onun strukturuna daxil olan qurumlar nəzərdə tutulur; [8]

2.10. həmin Məcəllənin 20-ci, 27.2-ci və 275.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. [9]

 

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 19 iyul 2001-ci il

               № 541

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       7 fevral 2005-ci il tarixli 193 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 69)

2.       28 dekabr 2006-cı il tarixli 506 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1053)

3.       14 iyun 2007-ci il tarixli 588 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 601)

4.       19 dekabr 2012-ci il tarixli 765 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 20 dekabr 2012-ci il, № 284, “Azərbaycan” qəzeti 26 dekabr 2012-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1239)

5.       2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)

6.       20 may 2016-cı il tarixli 916 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 877)

7.       7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)

8.       22 may 2018-ci il tarixli 77 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 25 may 2018-ci il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 945)

9.       19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9 , maddə 1840)

10.    9 avqust 2021-ci il tarixli 1417 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 avqust 2021-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 909)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



 

[1] 20 may 2016-cı il tarixli 916 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 877) ilə 1-ci hissənin beşinci abzasından “89.1-ci, 89.2-ci,” sözləri çıxarılmışdır.

 

[2] 22 may 2018-ci il tarixli 77 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 25 may 2018-ci il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 945) ilə 2-ci hissənin ikinci–səkkizinci abzasları, müvafiq olaraq, 2.2–2.8-ci bəndlər hesab edilmişdir.

 

[3] 22 may 2018-ci il tarixli 77 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 25 may 2018-ci il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 945) ilə 2-ci hissəyə yeni məzmunda 2.1-ci bənd əlavə edilmişdir.

 

9 avqust 2021-ci il tarixli 1417 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 avqust 2021-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 909) ilə 2.1-ci bənddə 4.4-cü maddəsində (birinci halda) sözləri 2.5-ci və 4.4-cü (birinci halda) maddələrində sözləri ilə əvəz edilmişdir.

 

[4] 28 dekabr 2006-cı il tarixli 506 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1053) ilə 2-ci bəndinin ikinci abzasında “16.3- cü, 26.5-ci” rəqəmləri “16.3-cü maddələrində, 26.5-ci maddəsində (ikinci halda)” sözləri ilə əvəz edilmişdir.

 

19 dekabr 2012-ci il tarixli 765 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 20 dekabr 2012-ci il, № 284, “Azərbaycan” qəzeti 26 dekabr 2012-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1239) ilə 2-ci hissəsinin ikinci abzasında “, 61.2-ci, 62.1.11-ci” sözləri “maddələrində, 61.2-ci maddəsinin ikinci cümləsində, 62.1.8-ci, 63.4-cü” sözləri ilə əvəz edilmişdir.

 

20 may 2016-cı il tarixli 916 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 877) ilə 2-ci hissənin ikinci abzasda “2.5-ci, 16.3-cü maddələrində,” sözləri “16.3-cü maddəsində, 22.6-cı maddəsində (ikinci halda),” sözləri ilə, “və 142.2-ci maddələrində” sözləri “, 142.2-ci, 182.1-ci maddələrində və 182.2-ci maddəsinin ikinci cümləsində” sözləri ilə əvəz edilmişdir.

 

22 may 2018-ci il tarixli 77 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 25 may 2018-ci il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 945) ilə 2.2-ci bənddə “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin” sözləri “həmin Məcəllənin 4.4-cü maddəsində (ikinci halda),” sözləri ilə əvəz edilmişdir.

 

[5] 7 fevral 2005-ci il tarixli 193 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 69) ilə 2-ci bəndin dördüncü abzasında "Rabitə Nazirliyi" sözləri "Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə 2-ci hissənin dördüncü abzasında “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə 2-ci hissənin dördüncü abzasına “Rabitə” sözündən əvvəl “Nəqliyyat,” sözü əlavə edilmişdir.

 

9 avqust 2021-ci il tarixli 1417 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 avqust 2021-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 909) ilə 2.4-cü bənddə 14.2-ci və 22.4-cü maddələrində sözləri 4.1-ci, 4.2-ci, 5.1-ci, 5.2-ci, 8.2-ci, 12.1-ci, 13.2-ci, 14.2-ci, 15.3-cü, 18.2-ci, 22.4-cü, 22.6-cı (birinci halda), 25.1-ci, 29.2-ci, 30.3.1-ci, 44.4-cü maddələrində, 61.2-ci maddəsinin birinci cümləsində, 62.1-ci, 63.1-ci, 63.2-ci, 63.3-cü, 64.1-ci, 67.3-cü, 68-ci, 89-cu (hər iki halda) maddələrində, 182.2-ci maddəsinin birinci cümləsində və 265.4-cü maddəsində sözləri ilə əvəz edilmişdir.

 

[6] 14 iyun 2007-ci il tarixli 588 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 601) ilə 2-ci bəndinə yeddinci abzas əlavə edilmişdir.

 

[7] 20 may 2016-cı il tarixli 916 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 877) ilə 2-hissəsinə yeni məzmunda səkkizinci abzas əlavə edilmişdir.

 

19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9 , maddə 1840) ilə 2.8-ci bəndində “Dövlət Dəniz Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

9 avqust 2021-ci il tarixli 1417 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 avqust 2021-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 909) ilə 2.8-ci bənddə nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini sözləri orqan (qurum) dedikdə sözləri ilə, Azərbaycan Respublikasının Nazirlər Kabineti sözləri Azərbaycan İnvestisiya Holdinqi” sözləri ilə və həyata keçirir sözləri nəzərdə tutulur sözləri ilə əvəz edilmişdir.

 

[8] 22 may 2018-ci il tarixli 77 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 25 may 2018-ci il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 945) ilə 2.8-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.9-cu bənd əlavə edilmişdir.

 

[9] 9 avqust 2021-ci il tarixli 1417 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 avqust 2021-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 909) ilə 2.9-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.10-cu bənd əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status