AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
24.12.2019
QEYDİYYAT NÖMRƏSİ
494
ADI
“Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 155 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 27-12-2019, Nəşr Nömrəsi: 289), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2019, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2075)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
27.12.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.060
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201912240494
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
27.12.2019
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 155 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 6 may tarixli 681 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 155 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 681; 2002, № 3, maddə 148; 2004, № 3, maddə 193; 2009, № 1, maddə 32, № 9, maddə 752; 2010, № 3, maddə 255; 2014, № 5, maddə 579; 2018, № 12 (II kitab), maddə 2735; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 19 sentyabr tarixli 414 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:

1. Adına və 1-ci hissəsinə “Agentliyinin” sözündən sonra “sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan” sözləri əlavə edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası haqqında Əsasnamə” üzrə:

2.1. adına “Agentliyinin” sözündən sonra “sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan” sözləri əlavə edilsin;

2.2. 1.1-ci bəndə “Agentliyinin” sözündən sonra “sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan” sözləri əlavə edilsin və həmin bənddən “Apellyasiya şurası” sözlərindən sonra “sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan” sözləri çıxarılsın.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 24 dekabr 2019-cu il

                       № 494

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status