×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
03.12.2019
QEYDİYYAT NÖMRƏSİ
1723-VQD
ADI
Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 29-12-2019, Nəşr nömrəsi: 291), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2019, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1909)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
29.12.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.270.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201912031723
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
28.12.2019
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12 (I kitab), maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447; 2016, № 12, maddələr 1979, 2040; 2017, № 1, maddələr 16, 27, № 7, maddə 1311, № 10, maddə 1771, № 11, maddə 1962, № 12 (I kitab), maddələr 2242, 2269; 2018, № 2, maddə 168, № 3, maddə 387, № 5, maddələr 841, 859, 874, № 6, maddə 1190, № 11, maddə 2207, № 12 (I kitab), maddələr 2465, 2516; 2019, № 3, maddə 369, № 5, maddə 790; Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1687-VQD nömrəli Qanunu) 2-ci maddəsində “Diplomatik xidmətə verilən töhfəyə görə” medalı;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:

“Diaspor fəaliyyətində xidmətə görə” medalı;”.

Maddə 2. “Diaspor fəaliyyətində xidmətə görə”

Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

Maddə 3. “Diaspor fəaliyyətində xidmətə görə”

Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 dekabr 2019-cu il

                  № 1723-VQD

 


 

 

Azərbaycan Respublikasının 2019-cu il

3 dekabr tarixli 1723-VQD nömrəli Qanunu ilə

təsdiq edilmişdir

 

“Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı haqqında

 

ƏSASNAMƏ

 

Maddə 1. Təltif edilən şəxslər

 

1.0. “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif edilirlər:

1.0.1. Azərbaycan diasporunun fəaliyyətinə verilən mühüm töhfəyə görə;

1.0.2. diasporun Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanla bağlı obyektiv informasiyanın yayılmasında göstərilən xidmətə görə;

1.0.3. Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə verilən töhfəyə görə;

1.0.4. Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafında səmərəli fəaliyyətə görə.

 

Maddə 2. Təltif edən orqan

 

“Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

 

Maddə 3. Taxılma qaydası

 

“Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

 


 

 

Azərbaycan Respublikasının 2019-cu il

3 dekabr tarixli 1723-VQD nömrəli Qanunu ilə

 təsdiq edilmişdir

 

“Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikası medalının təsviri

 

Maddə 1. Medalın ümumi təsviri

 

“Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, guşələrinin arası iki üzbəüz birləşən qövs şəklində işlənmiş, diametri 40 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

 

Maddə 2. Medalın ön tərəfi

 

2.1. Səkkizguşəli ulduzun üzərində konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Dairəvi lövhə üfüqi istiqamətdə Azərbaycan Respublikasının Dövlət Bayrağının rənglərinə uyğun mina ilə örtülmüşdür.

2.2. Dairənin mərkəzində mina üzərində yer kürəsini əks etdirən meridian və paralellər təsvir olunmuşdur. Yer kürəsinin aşağı hissəsində dəfnə budağı həkk edilmişdir. Bütün elementlər relyefli olaraq qabarıqdır.

 

Maddə 3. Medalın arxa tərəfi

 

3.1. Medalın arxa tərəfi hamar səthlidir.

3.2. Medalın arxa tərəfinin mərkəzində “DİASPOR FƏALİYYƏTİNDƏ XİDMƏTƏ GÖRƏ” sözləri, aşağı hissəsində medalın seriyası və nömrəsi həkk olunmuşdur. Yazılar relyefli olaraq qabarıqdır.

 

Maddə 4. Medalın elementləri

 

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, üzərinə 30 mm x 13 mm ölçülü xara lent çəkilmiş beşbucaqlı lövhəyə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Qızılı rəngli xara lentin mərkəzində 7 mm enində tünd qırmızı rəngli zolaq, mərkəzdən sol və sağ tərəflərə doğru mərkəzi qırmızı zolaqdan 1,5 mm aralı, hər birinin eni 2 mm olan iki tünd qırmızı rəngli zolaq təsvir edilmişdir. Beşbucaqlı lövhənin aşağı hissəsində qabarıq şəkildə aypara və səkkizguşəli ulduz həkk olunmuşdur.

4.3. Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 30 mm x 9 mm ölçülü qəlib əlavə olunur.

 


 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status