×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
30.12.2019
QEYDİYYAT NÖMRƏSİ
520
ADI
“Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 09-01-2020, Nəşr Nömrəsi: 2), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2019, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2100)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
09.07.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
170.140.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201912300520
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
09.01.2020
Əmək pensiyaları haqqında

“Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanının 2.3.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Elektrik və istilik qurğularının texniki istismar Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minir.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 30 dekabr 2019-cu il

                      № 520

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2019-cu il 30 dekabr tarixli 520 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Elektrik və istilik qurğularının texniki istismar

 

QAYDASI

 

Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanının 2.3.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Azərbaycan Respublikasında elektrik və istilik qurğularının texniki istismarı üzrə münasibətləri tənzimləyir.

 

1. İstehlakçıların elektrik qurğularının texniki istismar qaydası

 

1.1. Elektrik qurğularının istismarının təşkili

 

1.1.1. Ümumi tələblər

 

1.1.1.1. Bu Qayda elektrik qurğularının etibarlı, təhlükəsiz və səmərəli istismarını təmin etmək və onları işlək və yararlı vəziyyətdə saxlamaq məqsədi daşıyır.

1.1.1.2. Bu Qayda 1000 V-dan yuxarı gərginlikli elektrik qurğularına şamil olunur və özündə 220 kV da daxil olmaqla, həmin həddə qədər gərginlikli mövcud elektrik qurğularına dair tələbləri ehtiva edir.

Elektrik stansiyalarının, blok-stansiyaların, elektrik və istilik şəbəkələri müəssisələrinin elektrik qurğuları bu Qaydanın “2. Elektrik stansiyalarının və şəbəkələrinin texniki istismar qaydası” hissəsinə uyğun istismar olunur.

 

1.1.2. İstehlakçıların öhdəlikləri və məsuliyyəti

 

1.1.2.1. Mövcud elektrik qurğularına xidmət göstərilməsi, onlarda əməliyyat çevirmələrinin həyata keçirilməsi, istehlakçıların elektrik qurğularının təmir, quraşdırma və sazlama işlərinin və sınaqlarının təşkili və yerinə yetirilməsi hazırlıqlı elektrotexniki heyət tərəfindən həyata keçirilməlidir.

Mövcud elektrik qurğularına malik olan və yaxud onları istismar edən müəssisədəki elektrik qurğularının istismarı üzrə işlərin həcmindən və mürəkkəbliyindən asılı olaraq müvafiq ixtisas dərəcəli elekrotexniki heyətlə təmin olunmuş enerji xidməti mövcud olmalıdır.

Kənar ixtisaslaşmış müəssisə ilə (podratçı) müqavilə əsasında elektrik qurğularının istismarına yol verilir.

1.1.2.2. İstehlakçı aşağıdakıları təmin etməlidir:

a) elektrik qurğularının işlək vəziyyətdə saxlanması və onların bu Qaydanın, Təhlükəsizlik üzrə vahid qaydaların, istismar sənədlərinin və digər normativ-texniki sənədlərin tələblərinə müvafiq olaraq istismarı;

b) elektrik qurğularına və elektrik avadanlıqlarına texniki qulluğun, planlı-xəbərdarlıq əsasında təmirlərin, sınaqların, müasirləşdirmə və rekonstruksiya işlərinin vaxtlı-vaxtında və keyfiyyətlə aparılması;

c) elektrik qurğularının etibarlı və təhlükəsiz işinin təmin edilməsi;

d) elektrotexniki heyət üçün vəzifə və istehsal təlimatlarının işlənib hazırlanması;

e) elektrik qurğularının qoruyucu vasitələr və alətlər, yanğınsöndürmə və siqnalizasiya vasitələri ilə təchiz edilməsi;

f) enerji istehlakı (sərfiyyatı) üzərində daimi nəzarət və elektrik enerjisinin və gücünün yay və qış dövrlərinin müəyyən edilmiş xarakterik rejimli bir gününə düşən sərfiyyatının müvafiq ölçmələrini həyata keçirmək və təyin edilmiş müddətlərdə sutkalıq rejimli qrafikləri təqdim etmək;

g) elektrik yüklənməsinin sutkalıq qrafikinin tənzimlənməsi, enerji təchiz edən təşkilatların maksimum yüklənmə saatlarında elektrik gücünün sərfiyyatının maksimum hədd göstəricilərinin azaldılması üzrə tədbirlərin işlənib hazırlanması;

h) elektrik enerjisi sərfiyyatının, gücünün məhdudlaşdırılması və istehlakçıların (istifadəçilərin) qəza zamanı enerji mənbəyindən ayrılması qrafikinin yerinə yetirilməsi;

i) məhdudlaşdırma qrafiklərinə uyğun olaraq müəyyən edilmiş elektrik sərfiyyatı rejimlərinin təmin edilməsi üçün elektrik enerjisindən istifadənin azaldılması üzrə tədbirlərin işlənib hazırlanması;

j) elektrik qurğularının profilaktik sınaqlarının həyata keçirilməsi;

k) elektrik enerjisi və (və yaxud) gücünün hesablaşma uçot vasitələrinin, istifadəçinin balansından olan hesablaşma uçot vasitələrinin onların ikinci tərəf dövrələri qoşulduğu cərəyan və gərginliyin ölçmə transformatorlarının metroloji nəzarətini və təmirini həyata keçirmək;

l) elektrik qurğusunun istismarı zamanı ətraf mühitin mühafizəsinə riayət olunması.

1.1.2.3. Elektrik qurğularının istismarının təşkilinin birbaşa olaraq yerinə yetirilməsi üçün hüquqi şəxsin rəhbəri müvafiq sənədlə müəssisənin elektrik təsərrüfatına cavabdeh şəxsi (bundan sonra – elektrik təsərrüfatı üzrə cavabdeh) təyin edir. Fiziki şəxslər:

- 1000 V-dan yuxarı gərginlikli elektrik qurğularının sahibləri isə, ixtisaslaşmış müəssisələrlə elektrik avadanlıqlarına xidmət barəsində müqavilə bağlayır və təhlükəsiz istismara görə məsuliyyət bu müəssisələrin üzərinə düşür;

- 1000 V-dan aşağı gərginlikli elektrik qurğularının sahibləri üçün elektrik quruğuları üzrə məsul şəxs təyin edilmir, elektrik qurğularının istismarı Azərbaycan Respublikasının elektroenergetika sahəsində qüvvədə olan qanunvericiliyinə müvafiq həyata keçirilir.

Elektrik təsərrüfatı üzrə cavabdeh şəxs, istehlakçının rəhbərləri və mütəxəssisləri içərisindən təyin edilir.

İstehlakçıda baş energetik vəzifəsi olduğu təqdirdə elektrik təsərrüfatı üzrə cavabdeh şəxsin öhdəlikləri ona həvalə edilir.

1.1.2.4. Elektrik təsərrüfatı yalnız giriş (giriş-paylama) qurğularından, işıqlandırma qurğularından, nominal gərginliyi 380 V-dan yüksək olmayan elektrik avadanlıqarından ibarət olan, 30 kVt-dək gücdən istifadəyə icazəsi olan, istehsalat fəaliyyəti ilə məşğul olmayan istehlakçılarda, elektrik təsərrüfatı üzrə cavabdeh şəxs təyin olunmaya bilər.

Bu halda istehlakçının rəhbəri biliklərin yoxlanması aparılmadan müvafiq ərizə-öhdəliyin tərtib edilməsi vasitəsilə (bu Qaydanın 1 nömrəli əlavəsi) Enerji Məsələlərini Tənzimləmə Agentliyi ilə yazılı razılaşdırma əsasında elektrik qurğularının təhlükəsiz istismarı üzrə məsuliyyəti öz üzərinə götürə bilər.

1.1.2.5. Elektrik qurğularına texniki xidmət və onların istismarını həyata keçirən, bu qurğularda quraşdırma, sazlama, təmir işlərini, müqavilə üzrə sınaq və ölçmə işlərini aparan fərdi sahibkarlar Azərbaycan Respublikasının elektroenergetika sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada biliklərin yoxlanılmasından keçməli və elektrik təhlükəsizliyi üzrə müvafiq qrupa malik olmalıdırlar.

1.1.2.6. Elektrik təsərrüfatı üzrə məsul şəxs aşağıdakıları etməlidir:

a) elektrik qurğularının istismarının təşkili məsələləri üzrə zəruri sənədləşdirmənin işlənib hazırlanması və icrasını təşkil etmək;

b) elektrik qurğularına texniki xidmətin, plan-xəbərdarlıq təmir işlərinin və profilaktiki sınaqların vaxtlı-vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək;

c) yeni və yenidən qurulmuş elektrik qurğularının istismara verilməsi mövcud qaydaların tələblərinə uyğun olaraq təmin edilsin;

d) elektrik qurğularına əməliyyat xidmət və qəza hallarının aradan qaldırılmasını təşkil etmək;

e) elektrik qurğularında bütün növ işlərin, o cümlədən podratçı müəssisə heyətinin və (və ya) ezam edilmiş işçi heyətin iştirakı ilə işlərin təhlükəsiz şəkildə yerinə yetirilməsini təşkil etmək;

f) mövcud elektrik qurğularında və elektrik veriliş xətlərin mühafizə zonalarında işlərə cəlb edilmiş ixtisaslaşmış müəssisə heyətinin sahəyə buraxılmasının düzgünlüyünə nəzarət etmək;

g) İstehlakçının elektrik enerjisinə tələbatının hesabatını təşkil etmək və onun sərfiyyatına nəzarəti həyata keçirmək;

h) elektrik enerjisindən səmərəli istifadəyə dair tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsində iştirak etmək;

i) elektrik qurğularında mühafizə vasitələrinin və alətlərinin, yanğınsöndürmə vasitələrinin və həyəcan siqnallarının olması, vaxtlı-vaxtında yoxlanması və sınaqdan keçirilməsinə nəzarət etmək;

j) elektrik heyətinin təlim, təlimat, biliklərinin yoxlanmasını və müstəqil işinə başlamasını təşkil etmək.

1.1.2.7. Elektrik təsərrüfatı üzrə məsul şəxsin təyinatı biliklərin yoxlanması və elektrik təhlükəsizliyi üzrə müvafiq qrupun verilməsindən sonra həyata keçirilir:

a) V – 1000 V-dan yuxarı gərginlikli elektrik qurğularında;

b) IV – 1000 V-dək gərginlikli elektrik qurğularında.

1.1.2.8. Elektrik təsərrüfatı üzrə məsul şəxsin təqdimatı əsasında istehlakçının rəhbəri, struktur bölmələrin (filialların) elektrik təsərrüfatı üzrə məsul şəxslərini təyin edə bilər.

Struktur bölmələrin (filialların) elektrik təsərrüfatı üzrə məsul şəxslərinin və istehlakçının elektrik təsərrüfatı üzrə məsul şəxsinin arasında qarşılıqlı münasibət və öhdəliklərin bölgüsü onların vəzifə və işçi təlimatlarında əks etdirilməlidir.

1.1.2.9. Bu Qaydanın pozulmasını aşkar edən, eləcə də elektrik qurğularının və yaxud mühafizə vasitələrinin nasazlığını görən hər bir işçi dərhal bu barədə özünün birbaşa rəhbərinə, onun olmadığı halda isə daha yuxarı rəhbərliyinə məlumat verməlidir.

1.1.2.10. Bu Qaydanın tələblərinə riayət edilməsinə nəzarət Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən həyata keçirilir.

 

1.1.3. Elektrik qurğularının istismara qəbul edilməsi

 

1.1.3.1. Yeni və yenidən qurulmuş elektrik qurğuları və işəsalma kompleksləri, bu Qaydada və yanacaq-energetika kompleksi sahəsində dövlət siyasətinin və normativ-hüquqi tənzimlənmənin işlənib hazırlanması və həyata keçirilməsi üzrə funksiyaları həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş digər normativ sənədlərdə müəyyənləşdirilmiş qaydada istismara qəbul edilməlidir.

1.1.3.2. Elektrik qurğularının quraşdırılmasına və ya yenidən qurulmasına başlamazdan öncə aşağıdakıları yerinə yetirmək lazımdır:

a) enerjitəchizat müəssisəsindən texniki şərt almalı;

b) layihələndirmə sənədlərini tam həcmdə hazırlamalı;

c) layihələndirmə sənədlərini, texniki şərti verən enerjitəchizat müəssisəsi və Enerji Məsələlərini Tənzimləmə Agentliyi ilə (elektrik gücü 150 kVt-dan yuxarı olduğu halda) razılaşdırmalı.

1.1.3.3. Elektrik qurğularını istismara qəbul etməzdən öncə bunlar yerinə yetirilməlidir:

a) enerji obyektinin tikintisi və quraşdırılması dövründə - avadanlıqların düyünlərinin və tikililərinin aralıq qəbulu, o cümlədən qapalı işlərin qəbul edilməsi;

b) avadanlığın təhvil-təslim sınaqları və elektrik qurğularının ayrı-ayrı sistemlərinin işə salma-sazlama sınaqları;

c) avadanlığın kompleks yoxlanması.

1.1.3.4. Avadanlığın təhvil-təslim sınaqlarını və ayrıca sistemlərin işə salma-sazlama sınaqları, təhvil verilən elektrik qurğusu üzrə bütün inşaat və quraşdırma işləri başa çatdıqdan sonra, sifarişçinin işçi heyəti cəlb olunmaqla, layihə sxemləri üzrə podratçı (baş podratçı) tərəfindən aparılmalı, kompleks yoxlama-sınaq işləri isə sifarişçi tərəfindən həyata keçirilməlidir.

1.1.3.5. Təhvil-təslim və işə salma-sazlama sınaqlarından və avadanlığın kompleks yoxlanmasından öncə, bu Qaydanın, müvafiq qurumların qəbul etdiyi normativ sənədlərin, tikinti norma və qaydalarının, əməyin təhlükəsizliyi, partlayış və yanğın təhlükəsizliyi üzrə dövlət standart və qaydalarının, istehsalçının istismar göstərişlərinin, avadanlığın quraşdırılması üzrə təlimatın yerinə yetirilməsi yoxlanmalıdır.

1.1.3.6. Elektrik avadanlığının işəsalma-sazlama işlərinin və sınaq yoxlanmasının həyata keçirilməsi üçün elektrik qurğularının Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən verilmiş müvəqqəti icazə əsasında layihə sxemi üzrə qoşulmasına yol verilir.

1.1.3.7. Avadanlığın kompleks yoxlanılması zamanı avadanlıqların və texnoloji sxemlərin iş qabiliyyəti yoxlanmalı, bütün nəzarət və idarəetmə sistemlərinin, mühafizə və bloklanma qurğularının, həyəcan siqnalı qurğularının və nəzarət-ölçü cihazlarının (bundan sonra – NÖC) yoxlanması, tənzimlənməsi və sazlanması həyata keçirilməlidir. Kompleks yoxlanma əsas və yardımçı avadanlıqların 72 saat ərzində, elektrik veriliş xətlərin isə 24 saat ərzində normal və fasiləsiz işləməsi şərti ilə aparılmış hesab olunur.

1.1.3.8. İnşaat və quraşdırma gedişində buraxılmış qüsurlar və natamamlıqlar, eləcə də elektrik qurğularının təhvil-təslim və işə salma-sazlama sınaqları, kompleks yoxlama prosesində aşkar edilmiş nasazlıqlar tam şəkildə aradan qaldırılmalıdır. Elektrik qurğularını qüsurlar və natamam işlərlə birlikdə istismara qəbul edilməsinə icazə verilmir.

1.1.3.9. Sınaq yoxlamaları və qəbuldan öncə enerji obyektinin etibarlı və təhlükəsiz istismarı üçün aşağıdakılar hazırlanmalıdır:

a) istismar təlimatları və texniki sənədlər işlənilməlidir;

b) zəruri mühafizə vasitələri və alətlər, ehtiyat hissələri və materialları hazırlanmalıdır;

c) rabitə, siqnallama və yanğınsöndürmə vasitələri, qəza işıqlandırması və havalandırma sistemləri işə salınmalıdır.

1.1.3.10. Obyektin (elektrik qurğusunun) daimi istismara buraxılması və elektrik şəbəkəsinə qoşulması məqsədilə sifarişçi və ya mülkiyyətçi, Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (elektrik gücü 150 kVt-dan yuxarı olduğu halda) baxış üçün elektrik qurğusunu, eləcə də layihə, icra və digər texniki sənədləri təqdim edir.

1.1.3.11. Texniki sənədlərin yoxlanılması və elektrik qurğusuna keçirilmiş baxışın nəticələri onların istismara verilməsinin mümkünlüyü (qeyri-mümkünlüyü) barədə məcburi yekun rəylərlə birlikdə baxış aktında rəsmiləşdirilir.

Elektrik qurğularına gərginliyin verilməsi, yalnız Enerji Məsələlərini Tənzimləmə Agentliyindən (elektrik gücü 150 kVt-dan yuxarı olduğu halda) icazə alındıqdan sonra, istehlakçı və enerjitəchizatı müəssisəsi arasında elektrik təchizatına dair müqavilə əsasında yerinə yetirilir.

 

1.1.4. Heyətə və onun hazırlanmasına dair tələblər

 

1.1.4.1. Elektrik qurğularının istismarını hazırlıq keçmiş elektrotexniki heyət həyata keçirməlidir.

Müəssisənin elektrotexniki heyəti aşağıdakılara bölünür:

a) İnzibati-texniki;

b) əməliyyat*;

c) təmir;

d) operativ-təmir*;

e) operativ-səyyar* .

______________

* Daha sonra əgər bölünmə tələb olunmursa, əməliyyat və operativ-təmir heyəti əməliyyat heyəti adlandırılır.

 

1.1.4.2. Elektrotexniki heyət birbaşa enerji xidmətinin tərkibinə və ya istehlakçının istehsalat bölmələrinin (struktur vahidlərinin) ştatına daxil ola bilər, həmçinin ixtisaslaşmış təşkilatların işçiləri ola bilər.

1.1.4.3. Elektrotexnoloji qurğuların (elektrik qaynağı, elektroliz, elektrotermiya və s.), eləcə də elektrik aparatların, ötürücülərin, elektrik əl maşınlarının, daşına bilən və səyyar elektrik qəbuledicilərin, daşına bilən elektrik alətinin daimi texniki qulluğu və tənzimlənməsi tələb olunan elektrik enerjisi ilə təmin olunmuş mürəkkəb texnoloji istehsalat avadanlığının texniki qulluğu elektrotexnoloji heyət tərəfindən həyata keçirilməlidir. Bu heyət ona təhkim olunmuş qurğuların təhlükəsiz işi və texniki qulluğu üçün kifayət qədər bilik və bacarıqlara sahib olmalıdır.

1.1.4.4. İstehlakçının energetika xidmətinin tərkibinə daxil olmayan istehsalat sexləri və sahələrinin elektrotexnoloji qurğuların istismarını həyata keçirən və II qrup elektrik təhlükəsizliyinə malik olan elektrotexnoloji heyəti hüquq və vəzifələr baxımından elektrotexniki heyətə bərabərdir; texniki baxımdan bu heyət İstehlakçının energetika xidmətinə tabedir.

1.1.4.5. Elektrotexnoloji heyətin rəhbərləri birbaşa tabeçiliyində olduğu heyətdə olduğundan aşağı olmayan elektrik təhlükəsizliyi qrupuna malik olmalıdır. Onlar bu heyətə texniki rəhbərlik etməli və işinə nəzarət etməlidir.

1.1.4.6. Elektrik təhlükəsizliyi üzrə müvafiq qrupa malik olan elektrotexniki və elektrotexnoloji heyətin vəzifə və peşə siyahısı istehlakçının rəhbəri tərəfindən təsdiqlənir.

1.1.4.7. Bundan sonra elektrotexniki heyət dedikdə, fərqləndirmək tələb olunmayan hallarda, həm də elektrotexnoloji heyət nəzərdə tutulacaq.

1.1.4.8. Elektrik qurğularında işlərin yerinə yetirilməsi üçün qəbul edilən işçilər işin xüsusiyyətlərinə uyğun peşəkar hazırlığa malik olmalıdırlar. Peşəkar hazırlıq olmadığı təqdirdə, belə işçilər texniki heyətin hazırlanması üzrə ixtisaslaşmış mərkəzlərdə (müstəqil işləməyə buraxılana kimi) təlim keçməlidirlər.

1.1.4.9. Elektrotexniki heyət sərbəst işə buraxılana kimi, yaxud elektrik qurğularının istismarı ilə bağlı olan digər işə (vəzifəyə) keçdikdə, eləcə də elektrotexniki heyət qismində işdə 6 aydan çox müddətdə fasilə yarandığı təqdirdə, iş yerində təcrübə (istehsalat təlimi) keçməlidir.

İş yerində təlim keçmək üçün işçiyə avadanlıqlarla, aparatlarla, əməliyyat sxemləri ilə tanış olmaq, həmçinin mövcud vəzifəyə (peşəyə) lazım olan həcmdə aşağıda qeyd olunan sənədlərin öyrənilməsi üçün kifayət edəcək vaxt verilməlidir:

a) elektrik qurğularının quraşdırılması qaydası, elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası, mühafizə vasitələrinin tətbiqi və istifadəsi qaydaları, bu Qayda;

b) vəzifə, işçi, texnoloji, istehsalat təlimatları;

c) əməyin mühafizəsi və təhlükəsizliyi üzrə təlimatlar;

d) həmin istehlakçı üçün, qüvvədə olan digər qaydalar, normativ və istismar sənədləri.

1.1.4.10. Təcrübə keçmə proqramında, avadanlıqların, aparatların, əməliyyat sxemlərinin, xidmət avadanlığının qəzasız, təhlükəsiz və qənaətlə istismarı üsulları və şərtlərini öyrənməyi nəzərdə tutmalıdır.

1.1.4.11. Təcrübə keçmə məsul təlimçi işçinin rəhbərliyi altında aparılır və hər bir vəzifə (iş yeri) üçün işlənib hazırlanmış və müəyyən edilmiş qaydada təsdiqlənmiş proqram üzrə həyata keçirilir. Təcrübə keçmənin davam etmə müddəti 5-dən 20 iş günü növbəsində olmalıdır.

1.1.4.12. İstehlakçının və yaxud struktur bölməsinin rəhbəri ixtisası üzrə ən azı 3 il təcrübəsi olan bir təşkilat daxilində bir struktur bölmədən digərinə keçirilən işçini, əgər onun işinin xarakteri və daha öncələr işlədiyi avadanlığın növü dəyişmirsə, təcrübə keçməkdən azad edilə bilər.

1.1.4.13. Təcrübə keçməyə buraxılma istehlakçının və yaxud struktur bölməsinin rəhbərinin müvafiq sənədi ilə rəsmiləşdirilir. Sənəddə təcrübə keçmənin təqvim müddəti və onun keçirilməsi üçün məsul olan işçilərin soyadı göstərilir.

1.1.4.14. Təcrübə keçmənin davam etmə müddəti təlim keçənin peşəkar təhsilinin səviyyəsindən, iş təcrübəsindən, peşəsindən (vəzifəsindən) asılı olaraq müəyyənləşdirilir.

1.1.4.15. Təcrübə keçmə prosesində işçi aşağıdakıları etməlidir:

a) öz iş yerində işə dəqiq uyğunlaşmaq üçün çalışmalıdır;

b) istehsalat əməliyyatlarının yerinə yetirilməsinə lazım olan praktik bacarıqları mənimsəməlidir;

c) xidmət göstərilən avadanlığın qəzasız və təhlükəsiz istismarı üsullarını və şərtlərini öyrənməlidir.

1.1.4.16. Əməliyyat heyətinə təkrar işi görmək icazəsini, inzibati-texniki və təmir heyəti üçün müstəqil işi görmək icazəsini İstehlakçı müvafiq sənədləşdirmə ilə rəsmiləşdirilir.

Təkrar işi görmədən uğurla keçən əməliyyat və operativ-təmir heyəti işçisi, müstəqil iş görə bilər. Təkrar işi görmə müddəti 2-dən 10-dək iş növbəsi kimidir. Konkret işçidən ötrü bu müddət onun peşəkar hazırlığı, stajı və iş təcrübəsindən asılı olaraq, biliklərin yoxlanması üzrə komissiyanın qərarı ilə müəyyən edilir.

Əməliyyat heyəti üçün müstəqil iş görmə istehlakçının rəhbərinin müvafiq sənədi ilə rəsmiləşdirilir.

1.1.4.17. İşçilərin biliklərinin yoxlanılması ilkin və dövri (növbəti və növbədənkənar) olur.

Biliklərin ilkin yoxlanılması elektrik qurğularının texniki qulluğu ilə bağlı təzə işə götürülmüş işçilərlə və ya bilik yoxlamasında 3 ildən çox fasilə olduqda aparılır. Növbəti və növbədənkənar yoxlamalar bu Qaydanın 1.1.4.18-ci və 1.1.4.21-ci yarımbəndlərində göstərilən qaydada aparılır.

1.1.4.18. Növbəti yoxlamalar aşağıdakı müddətlərdə həyata keçirilməlidir:

a) Fəaliyyətdə olan elektrik qurğularının texniki qulluq işlərini bilavasitə təşkil edən və həyata keçirən və ya belə qurğuların sazlanması, elektromontajı, təmiri və ya profilaktik sınağını həyata keçirən elektrotexniki heyət üçün, eləcə də tapşırıq, əmr vermək, əməliyyat danışıqlar aparmaq hüququ olan heyət üçün – ildə 1 dəfə;

b) əvvəlki qrupa aid olmayan inzibati-texniki heyət, eləcə də elektrik qurğularının təftişinə buraxılan əməyin mühafizəsi üzrə mütəxəssislər üçün – 3 ildə 1 dəfə.

1.1.4.19. Növbəti yoxlamanın tarixi son bilik yoxlamasının tarixinə uyğun təyin edilir.

1.1.4.20. Komissiya növbəti yoxlamada bilikləri qeyri-məqbul sayılmış işçilərə son yoxlamadan sonra 1 aydan gec olmayan müddətdə təkrar yoxlama təyin edir. Bilikləri qeyri-məqbul sayılmış işçi üçün iş icazəsinin qüvvədə olduğu müddət avtomatik olaraq komissiyanın təyin etdiyi ikinci yoxlama tarixinədək uzadılır, o şərtlə ki, biliklərin yoxlanılması haqqında jurnalda işçinin elektrik qurğularında işdən müvəqqəti uzaqlaşdırılması haqqında komissiyanın xüsusi qərarı olmasın.

1.1.4.21. Biliklərin növbədənkənar yoxlanışı əvvəlki yoxlamanın keçirildiyi tarixdən asılı olmayaraq, aşağıdakı hallarda keçirilir:

a) istehlakçının yeni və ya təkmilləşdirilmiş norma və qaydaları qüvvəyə mindikdə;

b) yeni avadanlıq quraşdırıldıqda, əsas elektrik və texnoloji sxemlərin rekonstruksiyası və ya dəyişməsi zamanı (bu zaman növbədənkənar yoxlamanın zəruriliyi texniki rəhbər tərəfindən müəyyən edilir);

c) başqa işə təyin olunduqda və ya başqa işə keçirildikdə, yeni vəzifələr əlavə norma və qaydaları bilməyi tələb etdikdə;

d) işçilər əməyin mühafizəsi üzrə normativ aktların tələblərini pozduqda;

e) dövlət nəzarət orqanlarının tələbi üzrə;

f) energetika obyektində insanlarla bağlı bədbəxt hadisələri və ya iş zamanı pozuntuları araşdırmış komissiyanın qərarı üzrə;

g) daha yuxarı qrupa keçid üçün biliklər artırıldığı zaman;

h) qeyri-məqbul qiyməti aldıqdan sonra biliklər qiymətləndirilərkən;

i) müəyyən vəzifədə işdə 6 aylıq fasilə olduqda.

1.1.4.22. Təşkilatın elektrotexniki və elektrotexnoloji heyətinin biliklərini yoxlamaq üçün istehlakçı rəhbəri təşkilat üzrə əmrə əsasən tərkibində beş nəfərdən az olmamaqla komissiya təyin etməlidir.

Komissiya sədri gərginliyi 1000 V-dək və ondan yuxarı elektrik qurğuları olan istehlakçılar elektrik təhlükəsizliyi üzrə V qrupa, gərginliyi 1000 V-dək elektrik qurğuları olan istehlakçılar elektrik təhlükəsizliyi üzrə IV qrupa malik olmalıdır. Bir qayda olaraq, komissiyanın sədri istehlakçının elektrik təsərrüfatına cavabdeh şəxs təyin olunur.

1.1.4.23. Komissiyanın bütün üzvləri elektrik təhlükəsizliyi qrupuna malik olmalı və səlahiyyətli dövlət enerji nəzarət orqanının komissiyasında bilik yoxlamasından keçməlidir.

Komissiyanın ayrı-ayrı üzvlərinin bilikləri yerindəcə yoxlanıla bilər, o şərtlə ki, komissiyanın sədri və ən azı iki üzvü səlahiyyətli dövlət enerji nəzarət orqanının komissiyasında bilik yoxlamasından keçmiş olsun.

1.1.4.24. Vəzifə öhdəliklərinə mövcud elektrik qurğularının təftişi və yoxlanması daxil olan, elektrik təhlükəsizliyi üzrə IV qrupa uyğun biliklərin yoxlanmasından keçmiş mütəxəssisə, öz istehlakçısının elektrik qurğularının təftişinə səlahiyyət verən şəhadətnamə təqdim olunur.

1.1.4.25. İstehlakçılar tərəfindən elektrotexniki heyətlə, onların ixtisasartırma, əməyin mühafizəsi üzrə qaydalar və təlimatlara dair bilik səviyyəsinin artırılması, elektrik qurğularına xidmət üzrə qabaqcıl təcrübələrin və təhlükəsizlik fəndlərinin öyrənilməsi, qəza halları və travmatizm barədə xəbərdarlığın yüksəldilməsinə yönəldilmiş sistemli iş aparılmalıdır.

Təşkil olunan texniki təhsilin həcmini, qəza əleyhinə təlimlərin keçirilmə vacibliyini istehlakçının texniki rəhbəri müəyyənləşdirir.

 

1.1.5. Elektrik təsərrüfatının idarə edilməsi

 

1.1.5.1. Elektrik enerjisi istehlakçısının elektrik təsərrüfatının idarə olunması sistemi, istehlakçının bütünlüklə idarəetmə sisteminə inteqrasiya olunmuş, enerji təsərrüfatının idarə olunmasının tərkib hissəsidir.

1.1.5.2. Sistemin əsas funksiyaları:

a) elektrik təsərrüfatının əməliyyat-dispetçer idarəçiliyi, o cümlədən özünün elektrik enerji mənbələrinin idarəçiliyi;

b) öz elektrik enerji mənbələrinin, o cümlədən avtonom rejimdə işləyən mənbələrin texniki vəziyyəti və istismarına nəzarət;

c) elektrik təsərrüfatının və onun struktur bölmələrinin işi, elektrik təchizatı sisteminin ayrı-ayrı elementlərinin vəziyyətinin, onların iş rejiminin qiymətləndirilməsi;

d) enerjinin qorunub saxlanılması və qənaəti üzrə tədbirlərin həyata keçirilməsi vasitəsilə elektrik təsərrüfatı işinin səmərəliliyinin artırılması;

e) yeni istismar və təmir texnikasının və texnologiyasının, istehsalatın və əməyin təşkilinin səmərəliyi və təhlükəsizlik metodlarının tətbiqi və mənimsənilməsinə nəzarət;

f) İstehlakçının enerji təchizat müəssisəsi tərəfindən ona verilən iş rejimlərinə və enerji sərfiyyatı rejimlərinə riayət etməsinə nəzarət;

g) elektrik qurğularının və elektrik avadanlığının səmərəli istismarı;

h) elektrik qurğu və avadanlıqlarının texniki vəziyyətinə nəzarət;

i) elektrik avadanlığının təmirinin və texniki təmir xidməti sisteminin maddi-texniki təminatının vaxtlı-vaxtında yerinə yetirilməsi sayəsində avadanlığın etibarlılığının, təhlükəsizliyinin və qəzasız işinin artırılması;

j) texniki-iqtisadi göstəricilərin təhlili əsasında istehlakçının elektrik təchizatının etibarlılığının, qənaətliliyinin və təhlükəsizliyinin artırılması üzrə tədbirlərin işlənib hazırlanması və yerinə yetirilməsi.

1.1.5.3. İstehlakçıda, elektrik təchizatının və onun struktur bölmələrinin, ayrı-ayrı elementlərin və bütöv sistemin vəziyyətinin, onların iş rejimlərinin, elektrik təsərrüfatının fəaliyyətinin normalaşdırılmış və faktiki göstəricilərinin uyğun olub olmamağını, keçirilən təşkilati-texniki tədbirlərin effektivliyinin qiymətləndirilməsi üçün texniki-iqtisadi təhlili təşkil olunmalıdır.

1.1.5.4. İstehlakçının və onun struktur bölmələrinin elektrik təsərrüfatında təyin olunmuş formada onun NÖC-lərinin göstərişlərinə, sınaqların, ölçülərin hesabatların nəticələrinə əsaslanan, avadanlıqların iş göstəricilərinin uçotu (növbə üçün, sutkalıq, aylıq, rüblük, illik) təşkil olunmalıdır.

1.1.5.5. İstehlakçının, xidmətlərin və sexlərin rəhbərləri nəzarət-ölçü vasitələrinin və sistemlərin göstəricilərinin etibarlılığını, uçot və hesabatların qüvvədə olan normativ-texniki sənədlərə müvafiq olaraq düzgün qurulmasını təmin etməlidirlər.

1.1.5.6. Elektrik təsərrüfatını idarəetmə sisteminin əsas tərkib hissələri aşağıdakılardır:

a) əməliyyat-dispetçer idarəçiliyi;

b) elektrik qurğularının və elektrik avadanlıqlarının istismarının idarəçiliyi;

c) avtomatlaşdırılmış idarəetmə sistemi.

1.1.5.7. İstehlakçının dispetçer idarəçiliyi elə iyerarxik struktur üzrə təşkil olunmalıdır ki, əməliyyat nəzarət və idarəetmə funksiyaları istehsalat bölgüsünə, eləcə də dispetçer idarəçiliyi aşağı səviyyəli işçilərinin daha yuxarı səviyyəli işçilərə tabe olmasına uyğun səviyyələr üzrə bölüşdürülməsini nəzərdə tutmuş olsun.

1.1.5.8. İstehlakçı üçün yüksək səviyyəli dispetçer idarəçiliyi enerji təchizatı müəssisələrinin və yaxud onların struktur bölmələrinin dispetçer xidməti sayılır.

1.1.5.9. İstehlakçının elektrik qurğularının əməliyyat-dispetçer idarə edilməsi üçün, onun mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı olmayaraq, müvafiq hazırlıq keçmiş və bu işləri yerinə yetirmək üçün səlahiyət verən biliklərin yoxlanmasından keçmiş yüksək ixtisaslı heyət seçilib cəlb olunmalıdır.

1.1.5.10. İstehlakçının enerji təchizatı müəssisəsinin iş rejiminə təsir göstərən elektrik avadanlığının və rele mühafizə, avtomatika, telemexanika və qəza əleyhinə avtomatika qurğularının (RMAT və QA) əməliyyat tabeçiliyini enerji təchizatı müəssisəsi müəyyən edir.

1.1.5.11. İstehlakçının elektrik veriliş xətləri, cərəyan naqilləri, elektrik təchizatı sisteminin avadanlıqları və qurğuları, dispetçer idarə edilməsi dərəcələrinə uyğun bölüşdürülməlidir.

1.1.5.12. Əməliyyat heyətinin əməliyyat idarəçiliyinə və yaxud əməliyyat rəhbərliyinə aid elektrik veriliş xətlərinin, cərəyan daşıyan naqillərinin, avadanlıq və qurğuların siyahısı enerji təchizatı müəssisələrinin əməliyyat-dispetçer idarə edilməsi şərtləri və enerji təchizatının mövcud sxeminin strukturu nəzərə almaqla tərtib olunmalı, onunla razılaşdırılmalı və elektrik təsərrüfatı üzrə məsul şəxs tərəfindən təsdiq edilməlidir.

1.1.5.13. Dispetçer idarə edilməsinin fərqli səviyyəli işçilərinin qarşılıqlı münasibətləri müvafiq əsasnamələr, təlimatlarla reqlamentləşdirilməli və müəyyən edilmiş qaydada razılaşdırılmalıdır.

1.1.5.14. İstehlakçının işinin özəlliklərini nəzərə almaqla, elektrik təsərrüfatının əməliyyat idarə edilməsi sistemi aşağıdakı tələblərə cavab verməli və aşağıda göstərilən funksiyaları yerinə yetirməlidir:

a) elektrik təchizatının etibarlılığı;

b) iş rejiminin, o cümlədən enerji təchizatı müəssisəsi tərəfindən verilmiş rejimlərin həyata keçirilməsi;

c) elektrik qurğularında əməliyyatların hazırlanması və həyata keçirilməsi;

d) elektrik təchizatında texnoloji pozulmaların qarşısının alınması və aradan qaldırılması, elektrik təchizatının normal rejiminin bərpa edilməsi;

e) elektrik qurğularında təmir işlərinin yerinə yetirilməsini nəzərə almaqla, elektrik şəbəkəsinin iş rejiminin hazırlanması.

1.1.5.15. Elektrik enerji qəbuledicilərindən başqa, enerji təchizatı sisteminin tərkibində öz elektrik enerjisi mənbələri (elektrik stansiyaları) olan, yaxud öz balansında şəxsi elektrik enerjisi mənbələri olmadan, amma 35-220 kV gərginlikli avadanlıqları olan istehlakçılar üçün onların işinin dispetçer idarəçiliyi təşkil olunmalıdır ki, onun da vəzifələri aşağıdakılardır:

a) fasiləsiz elektrik təchizatının verilməsini təmin edən, öz elektrik stansiyalarının və elektrik şəbəkələrinin iş rejimini təşkil etmək və həyata keçirmək məsələlərini işləyib hazırlamaq və enerji təchizatı müəssisəsi ilə razılaşdırmaq;

b) elektrik enerjisinin istehsal edilməsi, ötürülməsi və istehlakının uçotunu təmin etmək;

c) elektrik enerjisinin keyfiyyətinin təmin edilməsinə dair tələblərin yerinə yetirilməsi;

e) elektrik təchizatı sisteminin səmərəli işinin təmin edilməsi və elektrik enerjisinin qorunub saxlanması və reaktiv gücün kompensasiyası rejiminə əməl edilməsi şərti ilə enerji resurslarından səmərəli istifadə;

e) elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması və ondan istifadə zamanı qəzaların və digər texnoloji pozuntuların qarşısının alınması və aradan qaldırılması. [1]

1.1.5.16. Əməliyyat idarəetmə, idarəetmə lövhəsindən və yaxud dispetçer məntəqəsindən yerinə yetirilməlidir. Bu məqsəd üçün uyğunlaşdırılmış elektrotexniki otaqlardan istifadə etmək olar.

İdarəetmə lövhələri (məntəqələri) müasir rabitə və videomüşahidə vasitələri ilə təchiz edilməlidir.

1.1.5.17. Əməliyyat idarəetmə lövhələrində (məntəqələrində) və bu məqsəd üçün uyğunlaşdırılmış digər otaqlarda əməliyyat heyətin idarəçiliyində və yaxud əməliyyat tabeçiliyində olan elektrik qurğularının, elektrik birləşmələrinin əməliyyat sxemləri (sxem-maketlər) olmalıdır.

Elektrik qurğularının və rele mühafizə və avtomatika qurğularının (bundan sonra - RMA) birləşmə sxemlərində, eləcə də torpaqlama qurğularının qoşulma və çıxarılma yerlərində bütün dəyişikliklər çevirmələrin həyata keçirilməsindən sonra əməliyyat sxemində (sxem-maketdə) əks etdirilməlidir.

1.1.5.18. Hər bir elektrik qurğusu üçün avadanlığın normal iş rejimində bütün gərginliklər üçün istehlakçının elektrik təsərrüfatı üzrə məsul şəxsi tərəfindən təsdiq edilmiş kommutasiya aparatlarının vəziyyəti göstərilməklə, elektrik birləşmələrinin birxətli sxemləri tərtib olunmalıdır.

1.1.5.19. Hər bir dispetçer məntəqəsində, istehlakçının daimi əməliyyat heyəti olan idarəetmə lövhəsində, enerji təchizatı müəssisəsi ilə, o cümlədən öz elektrik stansiyaları ilə, qarşılıqlı əlaqəyə dair qaydalar, həmçinin yüksək səviyyəli əməliyyat-dispetçer idarəetmə orqanının nümunəvi göstərişlərinə uyğun tərtib edilmiş, qəzaların və digər pozuntuların qarşısının alınması və aradan qaldırılması üzrə təlimatlar saxlanmalıdır.

Təlimatların tərtib edilməsi zamanı enerji təchizatı müəssisəsinin, qəzaların aradan qaldırılması üzrə göstərişləri, həmçinin əməliyyat işçilərin fəaliyyətləri üzrə göstərişləri və yanğın baş verdiyi zaman elektrik avadanlığının açılması qaydaları rəhbər tutulmalıdır.

1.1.5.20. İstehlakçı əməliyyat idaretmə, əməliyyat danışıqların və yazışmaların aparılması, təşkilatın spesifikası və struktur özəllikləri nəzərə alınmaqla əməliyyatların və qəza rejimlərinin aradan qaldırılmasının yerinə yetirilməsi üzrə təlimatlar işləyib hazırlayır.

1.1.5.21. Yarımstansiyaların paylayıcı qurğularında, lövhələrində, yığma şinlərində əməliyyatlar bilavasitə elektrik qurğularına xidmət edən əməliyyat heyət yerinə yetirməlidir. Bu çevirmələr elektrik avadanlıqları əməliyyat idarəçiliyində və ya tabeçiliyində olan daha yüksək səviyyəli əməliyyat heyətin sərəncamı və ya razılığı ilə yerinə yetirilir. Digər avadanlığın əməliyyatları istehlakçı tərəfindən təyin olunmuş qaydaya uyğun olaraq, əməliyyat jurnalda qeyd olunmaqla şifahi və yaxud telefonla göstəriş üzrə yerinə yetirilir.

Əməliyyatlar zamanı elektrik sxemlərində onların ardıcıllığını qeydiyyata almaq zəruridir. Əməliyyatlar haqqında sərəncamın yerinə yetirilməsi, yalnız göstərişi yerinəyetirən işçidən bu barədə məlumat alındıqdan sonra yerinə yetirilmiş hesab olunur.

1.1.5.22. 1000 V-dan yuxarı gərginlikli elektrik qurğularında əməliyyatlar aşağıdakı kimi yerinə yetirilməlidir:

a) çevirmə blankları olmadan – sadə çevirmələr hallarında və işlək bloklama qurğuları olduğu təqdirdə - bu da öz növbəsində çevirmələri yerinə yetirərkən ayırıcı və torpaqlayıcı bıçaqlarla yanlış əməliyyatları mümkünsüz edir;

b) çevirmə blankları üzrə (bax. bu Qaydanın 1 nömrəli əlavəsi) - bloklama qurğularının olmadığı və yaxud nasaz vəziyyətdə olduğu, bloklanmanın tam həcmdə yerinə yetirilmədiyi hallarda, həmçinin mürəkkəb çevirmələr yerinə yetirildiyi zaman.

1.1.5.23. Mürəkkəb çevirmələrin siyahısı elektrik təsərrüfatı üzrə məsul şəxs tərəfindən təsdiq olunmalı və dispetçer məntəqələrində idarəetmə lövhələrində saxlanmalıdır. Mürəkkəb çevirmələrin siyahısı birləşmələrin elektrik sxemlərində, elektrik avadanlıqlarının RMA və QA qurğularının tərkibində dəyişikliklər olduğu hallarda yenidən nəzərdən keçirilməlidir.

1.1.5.24. Mürəkkəb çevirmələri bir qayda olaraq biri nəzarətçi olmaqla iki işçi yerinə yetirməlidir.

Növbədə əməliyyat heyət işçilərindən biri olduğu halda, nəzarətçi həmin elektrik qurğusunun sxemini, çevirmələrin icrasını bilən və çevirmələrin yerinə yetirilməsinə buraxılan inzibati-texniki heyətdən bir işçi ola bilər.

1.1.5.25. Mürəkkəb çevirmələr zamanı, RMA dövrələrində əməliyyatlar üçün RMA xidməti heyətindən üçüncü işçini cəlb etməyə yol verilir. Qabaqcadan çevirmə blankı ilə tanış olan və onu imzalayan bu işçi hər bir əməliyyatı, çevirməni yerinə yetirən işçinin sərəncamına əsasən yerinə yetirməlidir.

İşlək qabiliyyətli bloklama qurğularının olduğu təqdirdə bütün digər çevirmələri növbənin tərkibindən asılı olmayaraq eyni şəxs tərəfindən yerinə yetirilə bilər.

1.1.5.26. Təxirə salınmaz hallarda (bədbəxt hadisə, təbii fəlakətlər, eləcə də qəzaların aradan qaldırılması zamanı), yerli təlimatlara müvafiq olaraq, yuxarı rəhbərliyin əməliyyat heyətinin sərəncamı olmadan və yaxud onları məlumatlandırmadan, sonradan məlumatlandırmaqla və əməliyyat jurnalında qeyd etməklə çevirmələrin icrasına icazə verilir.

1.1.5.27. Əməliyyat çevirməni yerinə yetirməyə səlahiyyətli işçilərin siyahısını İstehlakçının rəhbəri təsdiqləyir.

Əməliyyat danışıqlar aparmağa səlahiyyəti olan şəxslərin siyahısı elektrik təsərrüfatı üzrə məsul şəxs tərəfindən təsdiqlənir və enerji təchizatı müəssisəsinə və yaxud subabonentlərə verilir.

1.1.5.28. Təkrar olan mürəkkəb çevirmələr üçün tipik proqramlardan və çevirmə blanklarından istifadə olunmalıdır.

Enerji xidmətləri üçün tipik proqramları və çevirmə blanklarını tərtib edərkən, enerji təchizatı müəssisəsində fəaliyyət göstərən elektrik qurğularında çevirmələr üzrə nümunəvi təlimatlardan istifadə etmək tövsiyə olunur.

Texnoloji pozuntuların aradan qaldırılması zamanı və yaxud onların qarşısının alınması üçün çevirmə blankları olmadan daha sonra əməliyyat jurnalında qeyd etməklə çevirmə aparmağa icazə verilir.

1.1.5.29. Əməliyyat sənəd sayılan proqramlarda və əməliyyat çevirmə blanklarında elektrik qurğularının və RMA dövrələrinin, elektrik birləşmələrinin sxemlərində çevirmələr aparılması əməliyyatlarının qayda və ardıcıllığı müəyyən edilməlidir.

Çevirmə blanklarından (nümunəvi blanklardan) birbaşa olaraq çevirmələri yerinə yetirən əməliyyat heyəti istifadə etməlidir.

1.1.5.30. Çevirmə blankları (nümunəvi blanklar) ehtiva etməlidir:

a) çevirmə blankının (nümunəvi blankın) nömrəsi;

b) çevirmə obyektinin dispetçer adı;

c) çevirmələrin başlama və bitmə tarixi və vaxtı;

d) çevirmələrin məqsədi;

e) çevirmə blankının (nümunəvi blankın) tətbiqi şərti:

- çevirmənin başlama anına vəziyyəti göstərilməklə, çevirmələrin növbəliliyinə təsir edən kommutasiya aparatları, torpaqlayıcı ayırıcıları qeyd olunmaqla, çevirmə obyektinin elektrik birləşməlirinin sxemi, çevirmələrin həyata keçirilməsinə təsir edən RMA qurğularının istismar vəziyyəti,

- avtomalaşdırılmış iş yeri (AİY) və ya terminallardan istifadə edərək çevirmələrin həyata keçirilməsi,

- induksiyalı gərginliyin olması barədə məlumat,

- ferrorezonansın yaranmasının ehtimalı göstəricisi;

f) əməliyyatın yerinə yetirilməsi ardıcıllığı;

g) çevirmədə iştirak edən işçilərin siyahısı.

Qeyd: Çevirmə blanklarında (nümunəvi blanklarda) AİY istifadə olunması, induksiya olunmuş gərginlik və ferrorezonans barəsində məlumat yerinə yetirilən əməliyytlarda mövcud olduğu halda əks olunmalıdır.

1.1.5.31. Çevirmə blanklarının (nümunəvi blankların) “Əməliyyatların yerinə yetirilməsinin ardıcıllığı” bölməsində əsas və yoxlama əməliyyatları lazımı ardıcıllıqda göstərilməlidir:

a) əsas əməliyyatlar:

- kommutasiya aparatları ilə,

- torpaqlama ayırıcıları ilə,

- səyyar torpaqlayıcılarının qurulması və sökülməsinə əsasən,

- kommutasiya aparatlarının intiqalının əməliyyat cərəyanı ilə,

- RMA-nın çevirici qurğuları ilə,

- RMA-nın əməliyyat cərəyanı, cərəyan, gərginlik və siqnalizasiyası dövrələri ilə,

- telemexanika qurğuları ilə,

- avadanlıqların fazalaşdırılması əsasında.

Qeyd: Bir fazalı idarə olunan aralayıcılar, ayırıcılar və torpaqlama ayırıcıları üçün çevirmə blanklarına (nümunəvi blanklara) hər bir faza üzrə ayrıca bəndlə əməliyyatları əlavə etmək lazımdır;

b) yoxlama əməliyyatları:

- torpaqlamadan öncə cərəyan keçirici hissələrdə gərginliyin olmamasının yoxlanması,

- birləşmələrin bir şin sistemindən digərinə keçidi əməliyyatının yerinə yetirilməsindən öncə şinbirləşdirici elektrik açarlarının qurulduğu yerdə qoşulma vəziyyətinin yoxlanması,

 - aralayıcı, ayırıcılar və sürüşən arabacıqlarla əməliyatların yerinə yetirilməsindən öncə dövrədə olan müvafiq elektrik açarının açıq vəziyyətinin yoxlanması,

 - aralayıcı və ayırıcılarla əməliyyatların həyata keçirilməsindən öncə dayaq – çubuq izolyatorlarına baxış, bütün növ və konstruksiyalı kommutasiya aparatları və torpaqlayıcı ayırıcılarının onlarla əməliyyat yekunlaşdıqdan sonra qoşulma və açılma vəziyyətlərinin yoxlanması,

 - çevirmələrin yekununda RMA çevirmə qurğularında vəziyyətlərin rejim xəritələri və s. uyğunluğunun yoxlanması,

- cərəyan kəsiciləri, ayırıcılar, torpaqlama ayırıcıları ilə aparılmış bütün əməliyyatlar, birfazalı intiqala malik elektrik açarları ilə (APQ – də) yoxlama əməliyytları çevirmə blanklarına ayrıca bəndlə əlavə etmək lazımdır.

1.1.5.32. Müvafiq Əməliyyat Dispetçer İdarəsinin (ƏDİ) dispetçer nəzarətində olan EVX, RMA qurğuları və cihazlarlarının işə salma və işinin dayandırılması üzrə çevirmə blankı (nümunəvi blankı) enerji obyektində həyata keçirilən əməliyyatların lazımı detalizasiya dərəcəsi ilə çevirmə proqramı (nümunəvi proqramı) əsasında hazırlanmalıdır.

1.1.5.33. Çevirmə blankı (nümunəvi blank) üzrə növbəti əməliyyat üçün ƏDİ-in heyətinin əmrini (icazəsini) almaq lazımdırsa çevirmə blankında (nümunəvi blankda) əməliyyatdan öncə müvafiq yazılış olmalıdır:

a) "ƏDİ-in əməliyyat heyətinin əmri əsasında yerinə yetirilir ";

b) "ƏDİ-in dispetçeri və (və ya) Mərkəzi Dispetçer İdarəsinin əməliyyat heyətinin icazəsi alındıqdan sonra yerinə yetirilir ".

1.1.5.34. Proqramda (nümunəvi proqramda), çevirmə blankında (nümunəvi blankda) hər bir əməliyyat individual sıra nömrəsi ilə göstərilməlidir. Çevirmə blanklarının (nümunəvi blankların) rəsmiləşdirilməsi qaydası elektrik qurğularında çevirmələrin həyata keçirilməsinin yerli təlimatlarında qeyd olunmalıdır.

1.1.5.35. Təkrarlanan mürəkkəb çevirmələr üçün çevirmə blankları öncədən hazırlanmalıdır.

Çevirmə blankları ƏDİ dispetçeri ilə razılaşdırılmalı və enerji obyektinin texniki rəhbərliyi tərəfindən təsdiq olunmalıdır.

ƏDİ-in baş dispetçeri işdən çıxarma (işə salma) çevirmə blankları yuxarı ƏDİ ilə razılaşdırılan EVX, RMA avadanlıqları və qurğularının siyahısını təsdiq edir. Siyahı ilə müəyyən olunan nümunəvi çevirmə blankları elektro energetika subyekti (elektrik enerjisinin istehlakçısı) və ya onun filialı tərəfindən müvafiq ƏDİ ilə razılaşdırılmaya yönləndirilməlidir.

1.1.5.36. Elektrik enerjisi obyektlərinin elektrik birləşmələrinin normal sxemlərində, habelə yeni avadanlıqların qoşulması, avadanlıqların dəyişdirilməsi və ya demontajı, paylayıcı qurğuların rekonstruksiyası, fəaliyyət göstərən RMA qurğularının modernizasiyası və yenilərinin işə salınması ilə əlaqədar dəyişikliklər nəticəsində nümunəvi proqramlara və nümunəvi çevirmə blanklarına vaxtında düzəlişlər qeyd olunmalıdır.

1.1.5.37. Çevirmə proqramlarını (nümunəvi proqramları) müxtəlif idarəetmə səviyyəli elektrik qurğularında və fərqli enerji obyektlərində çevirmələr yerinə yetirilən zaman, əməliyyat heyət rəhbərləri istifadə etməlidir.

Proqramların mükəmməllik dərəcəsi əməliyyatın idarəçilik səviyyəsinə uyğun gəlməlidir.

Bilavasitə çevirmələri yerinə yetirən işçilərə çevirmə blankları ilə tamamlanan, müvafiq dispetçer çevirmələri proqramını tətbiq etməyə icazə verilir.

1.1.5.38. Nümunəvi proqramlarda və çevirmə blanklarında, yeni avadanlığın daxil edilməsi, köhnəlmiş avadanlığın əvəzlənməsi və yaxud qismən demontaj edilməsi, paylayıcı qurğuların rekonstruksiyası ilə əlaqədar elektrik birləşmələrinin, avadanlığın baş sxemində dəyişiklər edilərkən, eləcə də yeni RMA cihazlarının qoşulması və yaxud quraşdırılmış RMA qurğularında dəyişikliklər edildikdə, düzəlişlər edilməlidir.

1.1.5.39. 1000 V-dan yuxarı gərginlikli elektrik qurğularında çevirmələr yerinə yetirilir:

a) çevirmə blankları olmadan – sadə çevirmələr hallarında və işlək bloklama qurğuları olduğu təqdirdə, bu da öz növbəsində çevirmələri yerinə yetirərkən ayırıcı və torpaqlayıcı bıçaqlarla yanlış əməliyyatları mümkünsüz edir;

b) çevirmə blankları üzrə - bloklama qurğularının olmadığı və yaxud nasaz vəziyyətdə olduğu hallarda, həmçinin mürəkkəb çevirmələr yerinə yetirildiyi zaman.

Çevirmə blankları nömrələnməlidir. İstifadə olunmuş blanklar müəyyən edilmiş qaydada saxlanılır.

Gərginliyi 1000 V-dək olan elektrik qurğularında çevirmə blankları üzrə çevirmələri sərəncam verən şəxs təyin edir.

1.1.5.40. Qəzaların aradan qaldırılması zamanı, çevirmələr sonra əməliyyat jurnalında qeyd edilmək şərtilə blanksız aparılır.

1.1.5.41. Texnoloji heyətin hər hansı bir işin görülməsi üçün şifahi müraciəti əsasında açılmış elektrik avadanlıqları, yalnız açılma sərəncamı verən işçinin, yaxud onu əvəz edən şəxsin tələbi əsasında işə salınır.

Texnoloji heyətin sərəncamı əsasında müvəqqəti açılmış avadanlığı işə salmaqdan öncə əməliyyat heyəti avadanlığa baxış keçirməli, onun gərginlik verilməsinə hazır olduğuna əmin olmalı və nəzərdə tutulan qoşulma barədə bu avadanlıqda işləyən heyəti məlumatlandırmalıdır.

Elektrik avadanlığının açılması və qoşulması sifarışlərinin qeydiyyatı istehlakçının texniki rəhbərliyi tərəfindən təsdiq olunmuş qaydada aparılır.

1.1.5.42. Daimi növbətçi heyəti olan elektrik qurğularında təmirdə və yaxud sınaqda olan avadanlığa yalnız onu əməliyyat heyəti qəbul etdikdən sonra gərginlik verilir.

Daimi növbətçi heyəti olmayan elektrik qurğularında təmirdən və ya sınaqdan sonra avadanlığın qəbul edilməsi qaydası, elektrik qurğusunun xüsusiyyətləri və təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsi nəzərə alınmaqla yerli təlimatlarla müəyyənləşdirilir.

1.1.5.43. Elektrik qurğularında çevirmələr zamanı aşağıdakı qaydalara riayət olunmalıdır:

a) yuxarı səviyyəli əməliyyat heyətinin sərəncamı dəqiq və aydın olmalıdır;

b) tapşırıq və yaxud icazə alan və ya verən əməliyyat heyəti onu əməliyyat jurnalında qeyd etməlidir. Qeydiyyat və əməliyyat danışıqlarının elektron yazılması qurğularının olduğu təqdirdə, əməliyyat jurnalında qeydlərin həcmi təşkilatın müvafiq təlimatları ilə müəyyənləşdirilir;

c) çevirməyə dair tapşırıq alan işçi onun yerinə yetirilməsi üçün zəruri olan əməliyyat qaydasını əməliyyat sxeminə və ya sxem-maketə görə təyin etməli, həmçinin zərurət yarandığı təqdirdə çevirmə blankını tərtib etməlidir;

d) avadanlığın iş rejiminin dəyişməsinə dair sərəncamlarda dəyişilən rejim parametrinin lazım olan qiymətləri və parametrin göstərilən qiymətlərinin əldə edilməsi üçün vaxt müddəti göstərilməlidir.

e) əgər çevirməni iki işçi yerinə yetirirsə, o zaman tapşırığı alan işçi çevirmədə iştirak edən ikinci işçiyə birləşmələrin əməliyyat sxemi üzrə nəzərdə tutulan əməliyyatların qaydasını və ardıcıllığını izah edib aydınlaşdırmalıdır;

f) tabeçilikdə olan əməliyyat heyəti yuxarı əməliyyat heyətinin sərəncamının səhv olduğu qənaətində olduğu halda, o, dərhal bu barədə tapşırığı verən şəxsə məruzə etməlidir. Tapşırıq təsdiqləndiyi halda tabeçilikdə olan əməliyyat heyəti onu yerinə yetirməyə borcludur;

g) çevirmələrin yerinə yetirilməsinin düzgünlüyünə dair şübhələr yarandıqda onları dayandırmaq və birləşmələrin əməliyyat sxeminə görə tələb olunan ardıcıllığı yoxlamaq lazımdır;

h) çevirmələrə dair tapşırıq yerinə yetirildikdən sonra, bu barədə əməliyyat jurnalında qeyd olunmalıdır;

i) elektrik avadanlığının dərhal açılmasına zərurət yarandıqda (insanların həyatı üçün təhlükə olduqda, avadanlığın zədələnməsi, qəza təhlükəsi olduqda) avadanlıq daha sonra mütləq yuxarı səviyyəli əməliyyat heyətə xəbər verilməklə istehlakçının əməliyyat heyəti tərəfindən açılmalıdır. Avadanlıq dayandırıldıqdan sonra, təmirin səbəbləri və müddəti göstərilməklə sifariş tərtib olunur.

1.1.5.44. İstehlakçının energetika avadanlığının sxemlərində və iş rejimlərində planlaşdırılan dəyişikliklər zamanı, idarəçiliklərində RMA avadanlıqları və qurğuları olan dispetçer xidmətləri tərəfindən RMA qurğularında dəyişikliklər zamanı, zəruri dəyişikliklər və əlavələr öncədən əməliyyat idarəetmənin müvafiq səviyyələrində nümunəvi proqramlara və çevirmə blanklarına daxil edilməlidir.

1.1.5.45. Bilavasitə çevirmələri yerinə yetirən əməliyyat heyətinə özbaşına bloklamanın işdən çıxarmasına icazə verilmir.

Blokdan çıxmağa, yalnız açılmış elektrik açarının açılma vəziyyəti yerində yoxlanılmasından və bloklanmanın işləməməsinin səbəblərini aydınlaşdırdıqdan sonra, istehlakçının elektrik təsərrüfatı üzrə məsul şəxsinin yazılı sərəncamı ilə buna səlahiyyət verilmiş işçilərin icazəsi və rəhbərliyi altında icazə verilir.

Bloklamadan çıxmağa zərurət yarandığı halda çevirmə blankı tərtib olunaraq ona bloklamadan çıxma üzrə əməliyyat daxil edilir.

1.1.5.46. Çevirmə blankını, çevirmənin yerinə yetirilməsinə tapşırıq almış növbətçi doldurur. Blankı çevirməni yerinə yetirən hər iki işçi imzalayır.

Çevirmə yerinə yetirilmə zamanı vəzifəcə böyük olan nəzarətçi olur.

Bütün hallarda çevirmənin düzgünlüyünə görə məsuliyyət əməliyyatı həyata keçirən hər iki işçinin üzərinə düşür.

1.1.5.47. Komplekt paylayıcı qurğularda (komplekt transformator yarımstansiyalarında) çevirməni, həmçinin avadanlıq olan arabaların dartılmasına və itələnməsinə, həmçinin 1000 V-dək gərginlikli paylayıcı qurğularda, lövhələrdə və yığmalarda çevirməni bu elektrik qurğularına xidmət edən əməliyyat heyətindən bir işçinin yerinə yetirməsinə icazə verilir.

1.1.5.48. Yuxarı vəzifəli əməliyyat heyətinin əməliyyat idarə edilməsində olan elektrik avadanlıqlarında və RMA qurğularında çevirmələr sərəncam əsasında, onun sərəncamında olan avadanlıqlarda isə - onun icazəsi ilə həyata keçirilməlidir.

Yanğın və qəzaların aradan qaldırılması zamanı, əməliyyat heyəti yerli göstərişlərə və əməliyyat yanğınsöndürmə planına uyğun olaraq hərəkət etməlidir.

1.1.5.49. Çevirmələr haqqında sərəncamda elektrik qurğularının və RMA dövrələrinin sxemində əməliyyatların ardıcıllığı, yuxarı vəzifəli əməliyyat heyət tərəfindən müəyyənləşdirilmiş zəruri mükəmməllik dərəcəsi ilə birlikdə göstərilməlidir.

Çevirmələri icra edənlərə eyni zamanda əməliyyat çevirmələri yerinə yetirmək üzrə birdən artıq tapşırıq verilməməlidir.

1.1.5.50. Elektrik qurğusunda gərginlik itdikdə, əməliyyat heyəti istənilən zaman xəbərdarlıq olmadan gərginliyin yenidən verilməsinə hazır olmalıdır.

1.1.5.51. Dövrəsində elektrik açarı olan qoşulmaya gərginlik verilməsi və çıxarılması, və işə qoşulması və açılması elektrik açarı vasitəsilə yerinə yetirilməlidir.

Ayırıcılar, aralayıcılar və çıxarıla bilən kontaktlar vasitəsilə komplekt paylayıcı qurğuların, o cümlədən açıqda quraşdırılan qurğuların birləşmələrinin açılması və qoşulmasına icazə verilir:

a) gərginliyi 110-220 kV olan güc transformatorlarının neytrallarının;

b) şəbəkədə yerə qapanma olmayan hallarda 6-35 kV gərginlikli qövssöndürücü reaktorların torpaqlayıcılarının;

c) gərginliyi 6-220 kV olan güc transformatorlarında maqnitləndirici cərəyanın (neytralı torpaqlanmış gərginliyi 110-220 kV olan transformatorlarda);

d) hava və kabel elektrik veriliş xətlərində tutum və yerə qapanma cərəyanın;

e) şin sistemlərinin yüklənmə cərəyanın, həmçinin enerji təchizatı müəssisəsinin normativ-texniki sənədlərinin tələblərinə əməl etməklə, birləşmələrin yüklənmə cərəyanın.

Gərginliyi 6-10 kV olan dairəvi şəbəkələrdə aralayıcılar vasitəsilə 70 A-dək bərabərləşdirici cərəyanı olan dövrənin açılmasına və aralayıcıların açılmış kontaktlarında gərginlik fərqi nominaldan 5%-dən artıq olmadıqda şəbəkənin dövrəyə qapanmasına icazə verilir. Gərginlik 10 kV və daha aşağı olduqda, 15 A-dək yüklənmə cərəyanının üçqütblü xarici ayırıcılar vasitəsilə açılmasına və qoşulmasına yol verilir.

Qəzaların aradan qaldırılması üzrə təlimatlarda qeyd olunmuş hallarda, əgər elektrik açarının açılması onun dağılmasına və yarımstansiyanın açılmasına gətirib çıxara bilərsə, 220 kV-luq nasaz elektrik açarının məsafədən ayırıcılar vasitəsilə açılmasına icazə verilir.

Aralayıcılar vasitəsilə açılan və qoşulan cərəyanların buraxıla bilən qiymətləri, enerji təchizatı strukturun normativ-texniki sənədləri ilə təyin olunmalıdır.

1.1.5.52. Əməliyyat heyətinə istehlakçını özbaşına sistemli qəza əleyhinə avtomatikanın təsiri altından çıxarmaq, açılmış qəza əleyhinə avtomatika qurğularını yenidən işə salmaq qadağan edilir.

 

Elektrik təsərrüfatını avtomatik idarəetmə sistemləri

 

1.1.5.53. İstehlakçının elektrik təsərrüfatını avtomatik idarəetmə sistemləri (bundan sonra - ETAİS) elektrik təsərrüfatını dispetçer, texnoloji və təşkilati idarəetmə məsələlərini həll etmək üçün nəzərdə tutulmuşdur. ETAİS-in strukturu və inkişaf səviyyəsi elektrik təsərrüfatının strukturundan, elektrik enerjisindən istifadə xüsusiyyətlərindən və istehsal texnologiyasından asılıdır.

1.1.5.54. İstehlakçının ETAİS-i, istehlakçının müəssisəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin (bundan sonra - MAİS) alt-sistemidir. Avtomatlaşdırılmış İdarəetmə Sisteminə (AİS) daxil olan müxtəlif funksional təyinatlı alt-sistemlər arasında zəruri əlaqə səviyyəsi istehlakçının özü tərəfindən müəyyən edilir.

1.1.5.55. AİS enerji təchizatı müəssisəsinin dispetçer məntəqələri ilə sonuncu ilə razılaşdırılmış əlaqə vasitələrinə malik olmalı və enerji təchizatı müəssisəsinin dispetçer məntəqəsində informasiya ötürülməsini təmin etməlidir.

1.1.5.56. ETAİS aşağıdakı vəzifələrin həll edilməsi üçün nəzərdə tutulmuşdur:

a) istehlakın hesabat (kommersiya) və texniki uçotu;

b) elektrik enerjisinin istehsalı, saxlanılması və buraxılışı; [2]

c) elektrik istehlakı rejimlərinə nəzarət və idarəetmə;

d) elektrik enerjisinin paylanması;

e) texniki-iqtisadi proqnozlaşdırma və planlaşdırma;

f) elektrik avadanlığının təmirinin idarə olunması;

g) elektrik avadanlığına texniki xidmət və təmirin maddi-texniki təchizatı;

h) elektrik təsərrüfatının istehsalat-texniki fəaliyyətinin idarə olunması;

i) istismar heyətinin və kadrların hazırlanması, digər tapşırıqlar.

ETAİS, elektrik enerjisinin avtomatlaşdırılmış nəzarət və uçot sistemindən (EANUS) ibarətdir.

1.1.5.57. Hər bir elektrik təsərrüfatında ETAİS məsələləri kompleksləri, mövcud nümunəvi tətbiqi proqram paketlərindən rasional istifadə etmək və texniki vasitələrin imkanları nəzərə alınmaqla, istehsal və iqtisadi əlverişli olmasına uyğun olaraq seçilməlidir.

1.1.5.58. ETAİS-in texniki vasitələr kompleksinin tərkibinə aşağıdakılar daxil edilməlidir:

a) informasiyanın toplanması və ötürülməsi vasitələri (informasiya ötürücüləri, rabitə kanalları, telemexanika cihazları, verilənlərin ötürülməsi aparatları və s.);

b) informasiyanın emalı və əks etdirilməsi vasitələri (EHM, analoq və rəqəmsal cihazlar, displeylər, çap qurğuları və s.);

c) yardımçı sistemlər (elektrik qidalanması, havanın kondisionerləşməsi, yanğın əleyhinə sistemlər).

1.1.5.59. ETAİS-in istismara buraxılması qəbul komissiyasının aktı ilə rəsmiləşdirilməlidir. Əgər ETAİS-ın informasiyasından enerji təchizatı müəssisəsi istifadə edirsə, o zaman həmin təşkilatın nümayəndələri qəbul komissiyasının tərkibinə daxil edilməlidirlər. İstehsalatda istismara buraxılmazdan öncə, onun 6 aydan çox olmayan müddətdə təcrübə-sınaq istismarı keçirilə bilər.

ETAİS-nın yaradılması və istismara buraxılmasını növbə ilə həyata keçirmək olar.

ETAİS-nin sənaye istismarına qəbul edilməsi, ETAİS-nin daxil edilmə növbəliyi üçün nəzərdə tutulan bütün tərkibi funksiyaların və alt-sistemlərin sənaye istismarına qəbul edilməsindən sonra gerçəkləşdirilir.

1.1.5.60. ETAİS-nin istismarının təşkili zamanı texniki vasitələr kompleksi üçün proqram təminatına xidmət üzrə struktur bölmələrin vəzifələri, istehlakçının rəhbəri tərəfindən təsdiq edilmiş struktur bölmələr haqqında əsasnamə ilə müəyyənləşdirilməlidir.

Bu halda 1000 V-dan yuxarı gərginlikli elektrik veriliş xətlərlə telefon rabitəsi və telemexanikanın yüksək tezlikli kanalları üzrə avadanlıqların (rabitə kondensatorlarının, yüksək tezlikli məhdudlaşdırıcı reaktorların, torpaqlayıcı bıçaqların, antenna rabitəsi qurğularının, keçid izolyatorlarının, sazlama elementlərinin və birləşmə filtrlərinin boşaldıcılarının və s.) istismarını və təmirini, 1000 V-dan yuxarı gərginlikli qurğulara xidmət göstərən heyət yerinə yetirməlidir.

Cərəyan və gərginlik transformatorlarının ikinci dolaq dövrəsinə qoşulmuş, sensorlara (çeviricilərə) texniki xidmət və yoxlanmanı rele mühafizə və avtomatlaşdırma qurğularının istismarı və metroloji təminatı ilə məşğul olan müvafiq bölmələrin heyəti yerinə yetirməlidir.

1.1.5.61. ETAİS-ə xidmət göstərən bölmələr aşağıdakıları təmin etməlidirlər:

a) texniki vasitələrin, informasiya və proqram təminatının etibarlı istismarı;

b) qrafikə uyğun olaraq müvafiq bölmələrə EHM tərəfindən emal edilmiş informasiyanın təqdim edilməsi;

c) hesablama texnikasından qüvvədə olan normativlərə uyğun olaraq səmərəli şəkildə istifadə edilməsi;

d) idarəetmə sisteminin təkmilləşdirilməsi və inkişafı, o cümlədən yeni vəzifələrin tətbiq edilməsi, istismarda olan proqramların modernləşdirilməsi, başlanğıc informasiyanın toplanması və hazırlanmasının qabaqcıl texnologiyasının mənimsənilməsi;

e) normativ-məlumat informasiyalarının klassifikatorlarının tətbiq edilməsi;

f) ETAİS-nin yanaşı qarışıq iyerarxik səviyyələri ilə qarşılıqlı informasiya əlaqəsinin təşkili;

g) ETAİS-in fəaliyyət göstərməsi üçün zəruri olan instruktiv və metodiki materialların işlənib hazırlanması;

h) ETAİS-nin işinin, onun iqtisadi səmərəliliyinin təhlili, hesabatların vaxtında təqdim edilməsi.

1.1.5.62. Hər bir ETAİS üzrə ona xidmət edən heyət istehlakçının texniki rəhbəri tərəfindən təsdiq edilmiş siyahı üzrə texniki və istismar sənədləşməsini aparmalıdır.

1.1.5.63. Teleidarənin çıxış dövrələrini iş prosesindən çıxarılmaq üçün, yarımstansiyalarda və dispetçer məntəqələrində, xüsusi ümumi açarları və ya açıcı qurğular tətbiq olunmalıdır. Ayrı-ayrı birləşmələrin teleidarə və telesiqnallama dövrələrinin açılmasını, sökülə bilən sıxaclarla və yaxud fərdi açıcı qurğularla, müvafiq dispetçer xidmətinin icazəsi və müraciəti əsasında yerinə yetirilməlidir. Teleidarəetmənin ümumi açarları ilə və teleidarəetmə və telesiqnallama dövrələrində fərdi açıcı qurğularla bütün əməliyyatlar, yalnız yuxarı səviyyəli əməliyyat heyətin göstərişi ilə və yaxud onları məlumatlandırmaqla yerinə yetirilməsinə icazə verilir.

1.1.5.64. ETAİS-nin texniki vasitələrində təmir-profilaktiki işlər təsdiq olunmuş qrafikə uyğun olaraq yerinə yetirilməlidir. Onların təmirə çıxarılması, texniki xidmət və təmir qaydası təsdiq olunmuş əsasnamə ilə müəyyənləşdirilməlidir.

Dispetçer rabitə vasitələrinin və telemexanika sisteminin iş prosesindən çıxarılması əməliyyat ərizə ilə yerinə yetirilməlidir.

1.1.5.65. İstehlakçının rəhbəri, ETASİ-nin fəaliyyətinin təhlilini, istismarı üzərində nəzarəti və ETAİS-nin inkişafı və təkmilləşdirilməsi və vaxtlı-vaxtında yenidən təchiz edilməsi üzrə tədbirlərin işlənib hazırlanmasını təmin etməlidir.

 

1.1.6. Texniki xidmət, təmir, müasirləşdirmə və yenidənqurma

 

1.1.6.1. Elektrik avadanlığının etibarlı fəaliyyətinin təmin edilməsi üçün istehlakçıda, planlı-xəbərdarlıq təmir prinsipinə əsaslanan, elektrik avadanlığına texniki xidmət və təmir sistemi (TX və T) işləməlidir.

1.1.6.2. Elektrik avadanlığının fəaliyyətinin səmərəliliyinin artırılması üçün onun müasirləşdirilməsi və yenidənqurulması yerinə yetirilməlidir. Yenidənqurma və müasirləşdirilmənin zəruriliyi və həcmi texniki-iqtisadi hesablamalara əsaslanır.

1.1.6.3. Texniki xidmətin və planlı-xəbərdarlıq əsaslı təmirin həcmi, elektrik qurğularının iş qabiliyyətinin dəstəklənməsi zəruriliyi ilə müəyyən olunur.

1.1.6.4. Elektrik qurğularının əsas avadanlıqlarının bütün növ təmirləri üçün elektrik təsərrüfatı üzrə məsul şəxs tərəfindən istehlakçının texniki rəhbərinin təsdiq etdiyi illik və çoxillik planlar (qrafiklər) tərtib olunmalıdır.

Texnoloji aqreqatlarla birbaşa əlaqəli olan elektrik avadanlıqlarının və aparatların təmiri bu aqreqatların təmiri ilə eyni zamanda yerinə yetirilməlidir.

1.1.6.5. İstehsalat həcmlərində dəyişikliklərə təsir edən elektrik qurğularının təmir qrafiki təşkilatın rəhbəri tərəfindən təsdiq edilməlidir. İstehlakçılar həmçinin elektrik qurğularının texniki cəhətdən yenilənməsi və yenidən qurulmasının uzunmüddətli planlarını işləyib hazırlamalıdırlar. Təmir qrafikindən kənara çıxmalara yalnız elektrik avadanlığının texniki diaqnostikasının nəticələrinə əsasən yol verilir.

1.1.6.6. Ayrı-ayrı növ elektrik avadanlıqları üçün, bütün növ təmirlərin dövriliyi və müddəti, həmçinin illik təmirə dayanmaların müddəti, bu Qaydaya, qüvvədə olan sahə normalarına və istehsalçının göstərişlərinə müvafiq olaraq müəyyənləşdirilir.

1.1.6.7. Təmirin dövrülüyünün artırılması və yaxud azaldılmasına, təmir müddətinin normativ müddətlərlə müqayisədə artırılmasına, elektrik avadanlığının vəziyyətindən və tipik işdən artıq fəaliyyətlərin həcmindən asılı olaraq, müvafiq texniki əsaslar olduğu hallarda təşkilatın texniki rəhbərinin yazılı icazəsi ilə yol verilir.

1.1.6.8. Elektrik qurğularının əsaslı təmirə çıxarana kimi, qüsurlar siyahısı əsasında iş həcmləri müəyyənləşdirilməli və avadanlığı açdıqdan sonra dəqiqləşdirilmiş smeta tərtib edilməlidir, həmçinin:

a) işlərin görülməsinə dair texnoloji xəritələr və həmçinin layihə işlənib hazırlanmalı, razılaşdırılmalı və təsdiq edilməlidir;

b) əsaslı təmir dövründə iş üzrə texniki sənədləşdirmə tərtib edilməli və təsdiq olunmalıdır;

c) iş həcmi siyahısına müvafiq olaraq zəruri materiallar və ehtiyat hissələri tədarük edilməlidir;

d) alətlər, qurğular, takelaj avadanlıqları və qaldırıcı-nəqliyyat mexanizmləri komplektləşdirilməli və işlək vəziyyətə gətirilməlidir;

e) təmir üçün iş yerləri hazırlanmalı, hissələrin və detalların yerləşdirilməsi göstərilməklə meydançanın planlaşdırılması aparılmalıdır;

f) təmir briqadaları səfərbər olunmalı və təlimatlandırılmalıdır.

1.1.6.9. Elektrik qurğularının əsaslı təmirinə dair texniki sənədləri elektrik təsərrüfatı üzrə məsul şəxs təsdiq edir. Təmiri ixtisaslaşmış təşkilat müqavilə əsasında yerinə yetirdiyi halda texniki sənədlər bu təşkilatla razılaşdırılmalıdır.

1.1.6.10. Elektrik qurğularının əsaslı təmirdən qəbul edilməsi zamanı bütün nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi, o cümlədən elektrik qurğusunun xarici vəziyyəti (istilik izolyasiyası, təmizlik, boyama, məhəccərlərin vəziyyəti və s.), texniki hesabat sənədlərinin mövcudluğu və keyfiyyəti, texniki, sanitar-gigiyenik və digər tələblərə uyğunluğu yoxlanılmalıdır.

1.1.6.11. Əgər istehsalçının digər göstərişləri yoxdursa elektrik qurğularının əsaslı təmir olunmuş əsas avadanlıqları 24 saatdan az olmayaraq yük altında sınaqdan keçirilməlidir. Avadanlığın normal işinə maneçilik törədən qüsurlar aşkar olunarsa, təmir bu qüsurlar aradan qaldırılmayana və təkrar sınaqdan keçirilməyənə kimi tamamlanmamış hesab olunur.

1.1.6.12. Bütün elektrik qurğuları üçün istismar sənədləri (pasport, təmir jurnalları və s.) tərtib edilməlidir.

İstismar sənədlərində texniki məlumatlarla yanaşı, avadanlığın üzərində görülmüş bütün növ işlər (texniki xidmət, cari və əsaslı təmir, sazlama, diaqnostika və s.) və onun nəticələri (texniki xidmət, təmirlər, profilaktiki sınaqlar, parametrlərin ölçülməsi, qəzalar, qüsurlar, dəyişikliklər, bundan sonrakı istismar haqqında yekun rəylər və s.) qeyd olunmalıdır.

Elektrik təsərrüfatı üzrə məsul şəxsin mülahizəsinə və qərarına əsasən, əsaslı və yaxud cari təmirlər zamanı yerinə yetirilmiş işlər akt üzrə qəbul edilə bilər, bu halda akta təmir üzrə hesabat sənədləri əlavə edilməlidir. Aktlar bütün qoşmaları ilə birlikdə avadanlığın istismar sənədlərində saxlanılır.

1.1.6.13. İstehlakçıda diaqnostika aparmaq üçün system və hazırlıqlı icraçılar olduğu halda, texniki xidmət və təmir texniki müayinənin nəticələrinə əsasən həyata keçirilə bilər. Diaqnostikanın nəticələrinin etibarlılığına tam əmin olduqda, məsul avadanlığın texniki vəziyyətə əsasən təmir xidməti sisteminə keçidə yol verilir. İşlənib hazırlanmış əsasnaməyə müvafiq olaraq müəssisənin texniki rəhbəri belə bir qərarı qəbul edə bilər.

1.1.6.14. İxtisaslaşmış müəssisələr tərəfindən texniki diaqnostikanın aparılmasına icazə verilir.

1.1.6.15. Elektrik avadanlığının texniki vəziyyətinin diaqnostikası komissiya tərəfindən istehlakçının texniki rəhbəri (elektrik təsərrüfatı üzrə məsul şəxs) və yaxud onun müavini ilə razılaşdırılmış proqram üzrə aparılır. Komissiyanın tərkibinə istehlakçının struktur bölmələrinin mütəxəssisləri və müvafiq müqavilə bağlandığı halda ixtisaslaşmış təşkilatın nümayəndələri də daxil edilir.

1.1.6.16. Elektrik qurğularının texniki vəziyyətinin diaqnostikasının tapşırıqları aşağıdakılardır:

a) elektrik qurğularının texniki vəziyyətinin təhlili;

b) mümkün imtina və ya nasazlıq yerlərinin müəyyənləşdirilməsi;

c) elektrik qurğularının texniki vəziyyətinin proqnozlaşdırılması.

1.1.6.17. Texniki diaqnostikanın keçirilməsinin həcminə NTS əsasında aşağıdakılar daxil edilməlidir:

a) xarici və daxili baxışlar;

b) avadanlıq parametlərinin ölçmələri;

c) daha öncəki diaqnostikanın nəticələri ilə müqayisəli tutuşdurma;

d) texniki sənədlərin yoxlanması;

e) elektrik qurğularını istismar edən mütəxəssislər arasında sorğu;

f) keçirilmiş sınaqlar və ölçmələrin NTS-lərin göstəricilərinə uyğunluğu.

1.1.6.18. Komissiyanın işinin nəticələri aktla rəsmiləşdirilməli və növbəti diaqnostikanın müddətinin mütləq müəyyənləşdirilməsi ilə texniki pasporta daxil edilməlidir.

1.1.6.19. Nəzarət və diaqnostika nəticəsində aşkar edilmiş qəza təhlükəli qüsurları olan elektrik qurğularının istismarı qadağandır.

1.1.6.20. Normativ-texniki sənədlərlə müəyyənləşdirilmiş xidmət müddəti bitdikdə, bütün texnoloji və elektrik sistemlərin, bundan sonrakı işin müddətinin və istismar şərtlərinin müəyyənləşdirilməsi məqsədilə istehlakçının texniki rəhbərinin başçılıq etdiyi komissiyanın texniki şəhadətləndirmə keçməlidir.

Komissiyanın işinin nəticələri aktda və texnoloji sistem və elektrik avadanlıqlarının texniki pasportlarında, növbəti yoxlanışın müddəti mütləq göstərilməklə, əks etdirilməlidir.

Texniki şəhadətləndirmə həmçinin ixtisaslaşmış təşkilatlar tərəfindən də keçirilə bilər.

1.1.6.21. Elektrik avadanlıqlarının və aparatların konstruktiv dəyişiklikləri, həmçinin təmir işləri aparılarkən elektrik sxemlərində dəyişikliklər təsdiq olunmuş texniki sənədlər üzrə yerinə yetirilir.

1.1.6.22. Təmirdən sonra işə salınan avadanlıq elektrik avadanlığının sınaqdan keçirilmə normalarına (müvafiq qurumların qəbul etdiyi normativ sənədlərin tələblərinə) müvafiq olaraq sınaqdan keçirilməlidir.

1.1.6.23. İstismar olunan avadanlığın xüsusi sınaqları elektrik təsərrüfatı üzrə cavabdeh şəxsin təsdiq etdiyi sxemlərə və proqramlara uyğun olaraq keçirilir.

1.1.6.24. Əsas avadanlığın əsaslı təmiri zamanı görülmüş bütün işlər akt üzrə qəbul edilir ki, bu akta təmir üzrə texniki sənədlər əlavə olunmalıdır. Aktlar bütün əlavələri ilə birlikdə avadanlığın pasportlarında saxlanılır. Digər avadanlığın və aparatların təmiri zamanı görülmüş işlər barədə avadanlığın pasportunda və yaxud xüsusi təmir jurnalında ətraflı qeydlər aparılır.

1.1.6.25. Qaydanın bu yarımbəndində göstərilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün təmir heyətinin anbarları, emalatxanası və digər müvafiq otaqları, həmçinin alətləri, sınaq və ölçü vasitələri, o cümlədən qüsurların erkən diaqnostikasının aparılması üçün vasitələri, məsələn, titrəyiş-akustik cihazlar, istilikvizorları (termal nəzarət qurğuları), stasionar və səyyar laboratoriyalar və s. olmalıdır.

 

1.1.7. Теxniki sənədləşdirmə

 

1.1.7.1. Hər bir istehlakçıda aşağıdakı texniki sənədlər olmalıdır:

a) üzərində binalar, tikililər və yeraltı elektrotexniki kommunikasiyalarla birlikdə göstərilmiş baş plan;

b) elektrik şəbəkələrinə qoşulmaq üçün texniki şərtlər;

c) bütün sonrakı düzəlişlərlə təsdiq olunmuş layihə sənədlərini (cizgilər, izahlı qeydlər və s.);

d) elektrik qurğularının və elektrik avadanlıqlarının sınaqdan keçirilməsi və sazlaması aktları, elektrik qurğularının istismara verilməsi (buraxılması) aktları;

e) əsas və ikinci elektrik birləşmələrinin icraçı işçi sxemləri;

f) enerjitəchizat müəssisəsi ilə istehlakçı arasında balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı;

g) enerji obyektlərinin əsas elektrik avadanlığının, bina və tikililərinin texniki pasportları, məcburi sertifikatlaşdırılmalı olan elektrik avadanlıqları və materiallar üçün sertifikatlar;

h) ümumi enerji təchizatı sxemləri;

i) bütün zəruri qoşmalarla birlikdə enerji təchizatı müqaviləsi;

j) istismar və texnoloji sənədlər, vəzifə (işçi) təlimatları, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi tədbirləri üzrə təlimatlar;

Yuxarıda göstərilən sənədlər toplusunu istehlakçı tərəfindən saxlanmalı və sahibi dəyişdikdə, tam həcmdə yeni mülkiyyətçiyə verilməlidir. Sənədlərin saxlanılması qaydası istehlakçının rəhbəri tərəfindən müəyyən edilir.

1.1.7.2. Hər bir istehlakçının struktur bölmələr üçün texniki rəhbər tərəfindən təsdiq olunmuş texniki sənədlərin siyahısı tərtib edilməlidir.

Siyahılar 3 ildə 1 dəfədən tez olmamaqla təkrar nəzərdən keçirilməlidir.

Siyahıya aşağıdakı sənədlər daxil edilməlidir:

a) əsas elektrik avadanlıqları sadalanmaqla və onların texniki göstəriciləri, həmçinin onlara verilən inventar nömrələri göstərilməklə, elektrik avadanlıqlarının uçotu jurnalları (jurnallara istehsalçının istismar təlimatları və texniki pasportları, sınaq və ölçmələrin, avadanlığın və elektrik veriliş xətlərin təmiri, RMA qurğularına texniki xidmət protokolları və aktları əlavə olunur);

b) elektrik avadanlıqlarının, elektrik qurğularının və tikililərin cizgiləri, ehtiyat hissələrinin cizgi dəstləri, hava və kabel trassalarının icraçı cizgiləri və kabel jurnalları;

c) yeraltı kabel traslarının və torpaqlayıcı qurğuların binalara və daimi tikililərə əlaqələndirilməsi ilə birləşdirici muftaların quraşdırma yerlərinin və digər kommunikasiya xətləri ilə kəsişmələrin göstərilməsi ilə birlikdə cizgiləri;

d) bütövlükdə istehlakçı üzrə və ayrı-ayrılıqda sexlər və sahələr (bölmələr) üzrə tərtib edilmiş ümumi elektrik təchizatı sxemləri;

e) istehlakçının rəhbərliyinin struktur bölmələri arasında balans mənsubiyyəti və istismara cavabdehlik üzrə şəbəkələrin sərhədlərinin bölünməsinə dair aktları və yaxud yazılı göstərişi (zərurət yarandığı təqdirdə);

f) sexin, sahənin (bölmənin) elektrik qurğularının istismarına dair istehsalat göstərişlərinin dəsti;

g) həmin struktur bölmənin (xidmətin) işçiləri üçün istismar və texnoloji göstərişlərin, vəzifə təlimatlarının və əməyin mühafizəsi üzrə təlimatların dəsti;

h) qaz təhlükəli yeraltı qurğuların, elektrik qurğularında xüsusi işlərin siyahısı;

i) elektrik mənbəyindən açıldıqdan sonra induksiya olunmuş gərginlik altında qalan HX;

k) cari istismar əsnasında icazə verilən işlərin siyahısı;

j) işlərin təhlükəsiz yerinə yetirilməsinin təmin edilməsi üzrə əlavə tədbirlərin görülməsi tələb olunan elektrik qurğuları;

l) elektrik təhlükəsizliyi üzrə müvafiq qrupa malik mühəndis-texniki işçilərin (bundan sonra - MTİ) və elektrotexniki heyətin vəzifələri;

m) elektrotexnoloji və elektrotexniki heyətin vəzifə bölgüsü;

n) əməliyyat idarəetmədə olan elektrik qurğuları;

o) çevirmə blankları üzrə yerinə yetirilən mürəkkəb çevirmələrin siyahısı;

p) indikatorların sırasına keçirilmiş ölçü vasitələri;

q) obyektlər arasında paylanmış inventar mühafizə vasitələri.

1.1.7.3. Təlimatların tam toplusu istehsalat vahidlərinin elektrik təsərrüfatı üzrə məsul şəxsində və zəruri toplu müvafiq heyətin iş yerində saxlanılmalıdır.

1.1.7.4. İstismar prosesi zamanı elektrik qurğularında görülmüş bütün dəyişikliklər elektrik təsərrüfatı üzrə məsul şəxsin imzası ilə, onun vəzifəsi və dəyişikliklərin edilmə tarixi göstərilməklə, vaxtlı-vaxtında sxemlərdə və cizgilərdə əks etdirilməlidir.

Sxemlərdəki dəyişikliklər haqqında məlumatlar bu sxemlərin öyrənilməsi məcburi sayılan bütün işçilərin diqqətinə çatdırılmalı, naryad, sərəncam üzrə işlər və göstərişlər jurnalında və ya əməliyyat jurnalında qeyd edilməlidir.

1.1.7.5. Sxemlərdə işarələr və nömrələr naturada yerinə yetirilən işarələr və nömrələrə uyğun gəlməlidir.

1.1.7.6. Elektrik (texnoloji) sxemlərinin (cizgilərinin) faktiki istismar sxemlərinə uyğunluğu 2 ildə 1 dəfədən az olmayaraq onlarda yoxlama haqqında qeydlər edilməklə yoxlanmalıdır.

1.1.7.7. Elektrik təchizatı sxemlərinin toplusu elektrik təsərrüfatı üzrə məsul şəxsin iş yerində olmalıdır.

Müvafiq sexin, sahənin (bölmənin) və onunla elektrik vasitəsilə əlaqələndirilmiş digər bölmələrin əməliyyat sxemləri alt bölmənin əməliyyat heyətinin iş yerində saxlanılmalıdır.

Əsas sxemlər həmin elektrik qurğusunun otağında görünən yerdə asılır.

1.1.7.8. Bütün iş yerləri zəruri təlimatlarla: istehsalat (istismar), vəzifə və işçi təlimatlarla, əməyin mühafizəsi və təhlükəsizliyi, yanğın təhlükəsizliyi tədbirlərinə dair göstərişlərlə təchiz olunmalıdır.

1.1.7.9. Elektrik avadanlığının istismar şərtlərində dəyişikliklərin baş verdiyi hallarda istehsalat və işçi təlimatlara müvafiq əlavələr edilir ki, bunlar haqqında, bu cür təlimatları bilməyi vacib sayılan işçilərə məlumat verilir.

Həmin təlimatlar 5 ildə 1 dəfədən az olmayaraq təkrar nəzərdən keçirilir.

1.1.7.10. Əməliyyat heyətin iş yerlərində (yarımstansiyalarda, paylayıcı qurğularda və yaxud elektrik qurğularına xidmət göstərən heyət üçün ayrılmış yerlərdə) aşağıdakı sənədlər tərtib edilməli və saxlanılmalıdır:

a) əməliyyat sxem, zərurət yarandıqda isə sxem-maket. Sadə və əyani elektrik təchizatı sxemləri olan istehlakçılar üçün, üzərində kommutasiya aparatlarının faktiki vəziyyəti qeyd olunmayan, ilkin elektrik birləşmələrinin birxətli sxeminin olması kifayətdir;

b) əməliyyat jurnalı;

c) naryadlar və sərəncamlar üzrə işin uçotu jurnalı;

d) elektrik qurğuları açarlarının təhvil verilməsi və geri alınması jurnalı;

e) elektrik avadanlığında qüsurların və nasazlıqların jurnalı və yaxud kartotekası;

f) NÖC-lərin və elektrik sayğaclarının göstəricillərinin cədvəlləri;

g) elektrik avadanlıqlarının qeydiyyatı jurnalı;

h) kabel jurnalı.

1.1.7.11. İş yerlərində həmçinin aşağıdakı sənədlər olmalıdır:

a) işçilərin siyahısı:

- əməliyyat çevirmələri yerinə yetirilməsi, əməliyyat danışıqların aparılması, elektrik qurğularına və texnoloji avadanlıqların elektrotexniki hissələrinə təkbaşına baxış keçirmək səlahiyyəti olan heyətin;

- sərəncam vermək və naryad vermək səlahiyyəti olan;

- işəburaxan, məsul iş rəhbəri, iş icraçısı, müşahidəçi səlahiyyətləri verilən heyət;

- yeraltı tikililərin qaz sızmalarının yoxlanılmasına buraxılan;

- enerji təchizatı müəssisəsinin və subabonentlər təşkilatlarının əməliyyat danışıqlar aparmaq hüququ olan məsul işçilərinin siyahıları;

b) təhkim edilmiş sahədə əməliyyat idarəetmədə olan avadanlığın, elektrik veriliş xətlərin və RMA qurğularının siyahısı;

c) elektrik qurğularında işləmək üçün naryad-buraxılışların blankları;

d) cari istismar əsnasında yerinə yetirilən işlərin siyahısı;

e) elektrik qurğularında çevirmələr üzrə istehsalat göstərişləri ;

f) qəza və fövqəladə halların, həmçinin yanğının baş verdiyi hallarda heyətin fəaliyyət ardıcıllığı haqqında təlimat;

g) enerjitəchizat müəssisəsi ilə rejim əsaslı qarşılıqlı əlaqəyə dair əsasnamə;

h) elektrik gücünün maksimum göstəricisinə nəzarət saatlarında, yükün azaldılması üzrə daim qüvvədə olan tədbirlərin müəyyən edilmiş qaydada təsdiqlənmiş siyahısı.

1.1.7.12. Yerli şəraitdən (əməliyyat idarəetmənin təşkilati strukturu və formaları, əməliyyat heyətin və onun əməliyyat idarəçiliyində olan elektrik qurğularının tərkibi) asılı olaraq əməliyyat sənədlərin tərkibinə aşağıdakı sənədlər daxil edilə bilər:

a) iş yerində təlimatlandırmanın qeydiyyatı jurnalı;

b) avadanlığın normal iş rejimində elektrik qurğularının elektrik birləşmələrinin birxətli sxemi;

c) əməliyyat sərəncamlar verməyə səlahiyyəti olan işçilərin siyahısı;

d) qəza əleyhinə və yanğın əleyhinə təlimlərin uçotu üzrə jurnal;

e) relenin tənzim qiymətləri avtomatika və telemexanika jurnalı və relenin tənzim qiyməti və avtomatikanın kartları;

f) mürəkkəb əməliyyat çevirmələrin siyahısı;

g) çevirmə blankları.

Əməliyyat sənədlərin həcmi istehlakçının rəhbərinin və ya elektrik təsərrüfatı üzrə məsul şəxsin qərarı ilə artırıla bilər.

1.1.7.13. Əməliyyat sənədlərinə müntəzəm olaraq (müəyyən edilmiş müddətlərdə, lakin ayda 1 dəfədən az olmamaqla) rəhbər vəzifəli əməliyyat və yaxud inzibati-texniki heyət baxmalı və aşkar edilən çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər görməlidr.

1.1.7.14. Əməliyyat sənədləri, NÖC-lərin qeydiyat diaqramları, elektrik hesabat sayğaclarının göstəriş cədvəlləri, avtomatlaşdırılmış idarəetmə sisteminin (bundan sonra – AİS) operativ-informasiya kompleksi tərəfindən yaradılan çıxış sənədləri ciddi uçot (hesabat) sənədlərinə aid edilir və müəyyən edilmiş qaydada saxlanmalıdır.

 

1.2. Ümumi təyinatlı elektrik avadanlıqları və elektrik qurğuları

 

1.2.1. Güc transformatorları və reaktorlar

 

1.2.1.1. Transformatorların və reaktorların quraşdırılması müvafiq qurumların qəbul etdiyi normativ sənədlərinin tələblərinə və texnoloji layihələndirilməsi normalarına uyğun olaraq həyata keçirilməlidir.

 Transformator və reaktorların nəqli, boşaldılması, saxlanılması, quraşdırılması və istismarı istehsalçıların idarəetmə sənədlərinə (təlimatlarına) uyğun olaraq yerinə yetirilməlidir.

1.2.1.2. Güc transformatorlarının (avtotransformatorlar) və şuntlayıcı yağ reaktorlarının istismarı zamanı onların etibarlı işləməsi təmin olunmalıdır. Yükləri, gərginlik səviyyələri, temperaturu, yağ xüsusiyyətləri və izolyasiya parametrləri müəyyən edilmiş normalar çərçivəsində olmalıdır. Soyutma, gərginliyi tənzimləmə, mühafizə qurğuları, yağ təsərrüfatı və digər elementləri saz vəziyyətdə saxlanılmalıdır.

1.2.1.3. Qaz mühafizəsi qurğuları ilə təchiz edilmiş transformatorlar (reaktorlar) elə quraşdırılmalıdır ki, qapağı (çənin çıxarıla bilən hissəsi) ən azı 1% qaz relesinə doğru yuxarı meyilliyi olsun. Bu halda, yağ kəmərinin genişləndiriciyə mailliyi ən azı 2% olmalıdır.

1.2.1.4. İşləməyən transformatorun (reaktorun) genişləndiricisindəki yağ səviyyəsi, həmin anda transformatorun (reaktor) yağ temperaturuna uyğun səviyyədə olmalıdır.

Xidmət heyəti genişləndiriciləri olan transformatorların təchiz edildiyi termosiqnalizatorlar və termometrlər üzrə yağın üst qatının temperaturunu, həmçinin germetik transformatorlarda monovakuummetrlərin göstəricilərini müşahidə etməlidirlər ki, çəndəki təzyiq 50 kPa-nı (0,5 kq/sm2) keçdiyi halda, xidmət heyəti təxirə salmadan yükün azaldılması üzrə tədbirlər görməlidir.

Daimi növbətçi heyəti olmayan obyektlərdə dispetçerə siqnal verməklə (onun mövcud olduğu halda) məsuliyyətsiz istehlakçıların avtomatik olaraq açılması vasitəsilə transformatorların boşaldılması nəzərdə tutulmalıdır.

1.2.1.5. Transformatorun (reaktorun) qoruyucu borusunun hava boşluğu genişləndiricinin hava boşluğu ilə birləşdirilməlidir.

Qoruyucu borunun membranının səviyyəsi genişləndiricinin səviyyəsindən yüksək olmalıdır.

İstifadə olunan qazın sorulması borusunun membranı zədələnərkən yalnız identifikasiya zavod istehsalı olan membranla əvəzlənməlidir.

1.2.1.6. Stasionar yanğınsöndürmə qurğuları qəza hallarında tətbiq edilməyə hazır vəziyyətdə saxlanmalı və təsdiq olunmuş qrafikə uyğun olaraq yoxlamalardan keçməlidir.

1.2.1.7. Transformatorların (reaktorların) yağ qəbuledicilərinin ərazisində səpilmiş çınqıl təmiz vəziyyətdə saxlanmalı və ildə 1 dəfədən az olmayaraq yuyulmalıdır.

Çınqıl çirkləndiyi hallarda (tozla, qumla və s.) və yaxud çınqılın yağlandığı təqdirdə onun yuyulması bir qayda olaraq yazda və payızda yerinə yetirilməlidir.

Çınqıl örtüyündə neft məhsullarının 3 mm-dən böyük qalınlıqda bərk qalıqları bitkilər əmələ gəldikdə və yaxud onun yuyulması mümkün olmadıqda, çınqılın əvəzlənməsi yerinə yetirilməlidir.

1.2.1.8. Açıq qurğularda quraşdırılmış üçfazalı transformatorlarının çənləri üzərində yarımstansiya nömrələri göstərilməlidir. Birfazalı transformator və reaktor qrupunun yarımstansiya nömrəsi orta fazada göstərilir. Birfazalı transformator və reaktorlar bir qrupun çənləri fazaya uyğun rənglənir.

Açıq qurğularda quraşdırılmış transformatorlar və reaktorlar atmosfer təsirlərinə və transformator yağının təsirinə qarşı dayanıqlı olan açıq rəngli boyalarla rənglənir.

1.2.1.9. Transformator məntəqələrinin və kameralarının qapılarında çöl və içəri tərəfdən transformatorların yarımstansiya nömrələri göstərilməlidir, həmçinin çöl tərəfdə xəbərdarlıq işarələri olmalıdır. Qapılar daima qıfılla bağlanmalıdır.

1.2.1.10. Transformatorların və reaktorların yüksəklikdə (3 metrdən çox) yerləşdirilən elementlərinə baxış və texniki xidmət təhlükəsizlik qaydalarına riayət edilməklə məhəccərli və yuxarıya doğru meydançası olan stasionar nərdivanlardan yerinə yetirilməlidir.

1.2.1.11. Transformatorun (reaktorun) şəbəkəyə qoşulması tam gərginliyə təkanla yerinə yetirilməlidir. Generatorla blokda işləyən transformatorlar generatorla birlikdə gərginliyin sıfırdan qaldırılması ilə işə qoşula bilər.

1.2.1.12. Hər bir elektrik qurğusu üçün yüklənmə qrafikindən asılı olaraq, istehlakçıların qidalanmasının etibarlılığı və itkilərin minimum səviyyəsi nəzərə alınmaqla, eyni vaxtda işləyən transformatorların sayı müəyyən edilməlidir.

1.2.1.13. 20 kV-dək (20 kV daxil olmaqla) gərginlikli paylayıcı elektrik şəbəkələrində transformatorların yüklərinin və gərginliklərinin ölçülməsi, istismarın ilk ilində, maksimum və minimum yüklənmə dövrlərində, ildə ən azı 2 dəfə, daha sonra isə zərurət yarandıqca aparılmalıdır.

1.2.1.14. Ehtiyat transformatorlar daim işə qoşulmağa hazır vəziyyətdə saxlanmalıdır. Onlara baxış əsas avadanlığa baxışlarla birlikdə həyata keçirilməlidir.

1.2.1.15. 110 kV gərginlikli transformatorların və reaktorların dolaqlarının neytralları bir qayda olaraq möhkəm torpaqlanmış rejimlərdə işləməlidir. 110 kV gərginlikli transformatorların neytrallarının digər rejimini və onların mühafizə üsullarını enerji təchizat müəssisəsi müəyyənləşdirir.

1.2.1.16. Daxili zədələnmədən mühafizənin işə düşməsi nəticəsində avtomatik açılmış transformator (reaktor), yalnız transformatora baxışdan, sınaqdan, qazın və yağın təhlilindən və aşkar edilmiş nasazlıqların (zədələnmələrin) aradan qaldırılmasından sonra işə qoşula bilər.

Transformatorun (reaktorun) daxili zədələnməyə təsiri olmayan mühafizələrdən açılması hallarında o yoxlama aparılmadan yenidən qoşula bilər.

1.2.1.17. Qaz relesi siqnala işləyərkən, transformatora xaricdən baxış keçirilməli və alovlanmağa görə təhlil və yoxlama üçün reledən qaz götürülməlidir.

Qaz relesindən qaz götürülərkən və onun işə düşmə səbəbini araşdırarkən heyətin təhlükəsizliyini təmin etmək üçün transformator (reaktor) ən qısa zamanda boşaldılmalı və açılmalıdır.

Əgər reledəki qaz yanan deyilsə və transformatorun zədələnməsinin əlamətləri yoxdursa, onun açılması elektrik enerjisinin buraxılmamasına səbəb olmuşdursa, transformator qaz relesinin siqnala işləmənin səbəblərinin aydınlaşdırılmasına kimi işə qoşula bilər. Bu halda transformatorun işinin davam etmə müddətini istehlakçının elektrik təsərrüfatı üzrə məsul şəxsi təyin edir. Qaz relesindəki qazın təhlilinin, yağın və digər ölçmələrin və sınaqların təhlilinin nəticələrinə görə qaz relesinin siqnala görə işləməsinin səbəbini müəyyənləşdirmək, transformatorun (reaktorun) texniki vəziyyətini və onun normal istismarının mümkünlüyünü təyin etmək lazımdır.

1.2.1.18. Transformatorların (reaktorların) genişləndiricisindəki, eləcə də yük altında gərginliyin tənzimlənməsi qurğusunun (YGT) çənindəki və ya genişləndiricisindəki yağ hava ilə təmasdan mühafizə olunmalıdır. Yağın rütubətlənməsinin qarşısını alan xüsusi qurğularla təchiz edilmiş transformatorlarda və reaktorlarda bu qurğular transformatorun (reaktorun) iş rejimindən asılı olmayaraq həmişə qoşulmuş vəziyyətdə qalmalıdır. Əgər bu, istehsalçının istismar sənədlərində nəzərdə tutulmuşdursa göstərilən qurğular istehsalçının göstərişlərinə uyğun olaraq istismar edilməlidir.

160 kVA və daha artıq gücdə transformatorlar termosifon və adsorb filtrlərində yağın fasiləsiz regenerasiyası sistemi ilə istismar edilməlidir.

Hermetik olmayan istifadəli yağla doldurulmuş girişlərin yağı oksidləşmə və rütubətdən mühafizə olunmalıdır.

1.2.1.19. YGT qurğusu ilə təchiz edilmiş yüklənməmiş transformatorun aralayıcı (ayırıcı) vasitəsilə boş işləmə cərəyanından açılması zərurəti yarandığı zaman istehlakçı tərəfində yük çıxarıldıqdan sonra çevirgək nominal gərginliyə uyğun gələn vəziyyətdə qoyulmalıdır.

1.2.1.20. Transformatorların (avtotransformatorların) paralel işləməsinə o şərtlə yol verilir ki, heç bir dolaq həmin dolaq üçün yol verilən cərəyan qiymətini aşan cərəyanla yüklənməsin.

Transformatorların paralel işlərinə aşağıdakı şərtlərlə icazə verilir:

a) dolaqların birləşmə qrupları eynidir;

b) transformatorların güclərinin nisbəti 1:3-dür;

c) transformasiya əmsalı ± 0,5%-dən çox fərqlənmir;

d) qısaqapanma gərginliyi ± 10%-dən çox fərqlənmir;

e) transformatorların fazalanması yerinə yetirilmişdir.

Fərqli qısaqapanma gərginliyinə malik paralel işləyən transformatorlar arasında gərginliyin bərabərləşdirilməsi üçün budaqlanmanın çevirmə vasitəsilə transformasiya əmsalının kiçik hədlərdə dəyişdirilməsinə bir şərtlə icazə verilir ki, transformatorlardan heç biri ifrat yüklənməmiş olsun.

1.2.1.21. Yağ transformatorları və dielektrik yanmayan maye transformatorlar üçün, əgər gərginlik müvafiq budaqlanmanın nominal gərginliyindən yuxarı deyilsə istənilən dolağın nominal budaqlanma cərəyanını 5% aşan uzunmüddətli cərəyanla yüklənməsinə yol verilir. Avtotransformatorda ümumi dolaqdakı cərəyan bu dolağın ən böyük uzunmüddətli buraxıla bilən cərəyanından yüksək olmamalıdır.

Quru transformatorların uzunmüddətli buraxıla bilən yükləri konkret transformatorların qrupu və növləri üçün standartlarda və texniki şərtlərdə müəyyənləşdirilir.

Yağ və quru transformatorlar üçün, həmçinin dielektrik yanmayan maye transformatorları üçün qiyməti və müddəti istehsalçıların istismar sənədləri ilə tənzimlənən sistemli ifrat yüklənmələrinə yol verilir.

1.2.1.22. Qəza rejimlərində transformatorların nominal cərəyandan yüksək qısamüddətli ifrat yüklənməsinə bundan öncəki yüklənmələrin müddəti və göstəricilərindən və soyuducu mühitin aşağıdakı hədlərdə temperaturundan asılı olmayaraq yol verilir:

 

Yağ transformatorları:

 

Cərəyan üzrə ifrat yüklənmə, %

30

45

60

75

100

İfrat yüklənmə müddəti, dəqiqə

120

80

45

20

10

 

Quru transformatorlar:

 

Cərəyan üzrə ifrat yüklənmə, %

20

30

40

50

60

İfrat yüklənmə müddəti, dəqiqə

60

45

32

18

5

 

1.2.1.23. Transformatorların uzunmüddətli işləməsinə (nominal gücdən yuxarı olmayan yüklənmə şərti ilə), ixtiyari dolağın ixtiyari budaqlanmasında gərginlik həmin budaqlanma üçün nominal gərginlikdən 10% artıq olduqda yol verilir. Bununla bərabər, dolaqların istənilən birində gərginlik ən böyük işçi gərginlikdən yüksək olmamalıdır.

1.2.1.24. Transformatorun nominal yüklənməsi zamanı yağın üst qatlarının temperaturu aşağıdakılardan yuxarı olmamalıdır (əgər istehsalçının istismar sənədlərində digər temperaturlar göstərilməmişdirsə): yağın üfürülməsi və məcburi sirkulyasiyalı (bundan sonra - ÜS) yağ soyudulması sistemli transformatorlarda - 75°C , yağın soyudulması və yağın üfürülməklə soyudulması (bundan sonra - Ü) sistemli transformatorlarda - 95°C ; yağın su ilə soyuducu vasitəsilə məcburi sirkulyasiyalı (bundan sonra - S), yağın soyudulması sisteminə malik transformatorlarda yağın soyuducuların girişində temperaturu 70°C-dən yüksək olmamalıdır.

1.2.1.25. ÜS yağ soyuducu sistemli dolaqlarda yağın sirkulyasiyasına yönəldilmiş (bundan sonra - ÜSY) S, yağın dolaqlarda sirkulyasiyasına və suda soyutma vasitəsilə sirkulyasiyasına yönəldilmiş (bundan sonra - SY) yağ soyuducu sistemlərinə malik transformatorlarda və reaktorlarda soyutma qurğuları transformatorun (reaktorun) işə salınması (açılması) ilə eyni zamanda avtomatik olaraq işə salınmalıdır (açılmalıdır).

Transformatorların aşağıda göstərilən nominal yüklə işə salınmasına yol verilir:

a) Y və Ü soyutma sistemləri ilə - havanın istənilən mənfi temperaturunda;

b) ÜS və S soyutma sistemləri ilə - ətraf havanın temperaturu mənfi 25°C-dən aşağı olmaması şərti ilə. Daha aşağı temperaturlarda transformator yağın sirkulyasiyası sistemini işə salmadan 0,5 nominal gərginliklə yüklənmənin işə salınması ilə ilkin olaraq qızdırılmalıdır. Yağın sirkulyasiyası sistemi yalnız yağın üst qatlarının temperaturunun mənfi 25°C-dək artırılmasından sonra işə salınmalıdır.

Qəza hallarında ətraf havanın temperaturundan asılı olmayaraq transformatorların tam yüklənmə ilə işə salınmasına yol verilir (ÜSY, SY sərinləşdirmə sistemli transformatorlar – zavod göstərişlərinə müvafiq olaraq).

1.2.1.26. Yağın soyudulma sistemlərində məcburi sirkulyasiya transformatorun yüklənməsindən asılı olmayaraq fasiləsiz olmalıdır.

1.2.1.27. Əsas və ehtiyat ÜS (ÜSY), S (SY) soyudulma sisteminin qoşulmuş və açılmış soyuducularının sayı, açılmış üfürmə Ü soyudulma sistemli transformatorlarının işləmə şərtləri zavod göstərişləri ilə müəyyənləşdirilir.

1.2.1.28. Yağı məcburi sirkulyasiya olunan transformatorların və reaktorların istismarına, yalnız yağın sirkulyasiyasının, sərinləşdirici suyun və soyuducuların üfürülməsi ventilyatorlarının işinin dayanmasının siqnallama sisteminin işə qoşulması ilə yol verilir.

1.2.1.29. S və SY yağ-su soyudulma sistemi işə salınarkən ilk növbədə yağ nasosu işə salınmalıdır. Daha sonra yağın üst qatlarının temperaturu 15°C-dən yuxarı olduğu təqdirdə su nasosu qoşulur. Əgər zavod sənədlərində başqa cür nəzərdə tutulmamışdırsa, su nasosunun söndürülməsi yağın üst qatlarının temperaturunun 10°C-dək azaldığı halda yerinə yetirilir.

Yağ soyuducularında yağın təzyiqi transformatorun genişləndiricisində yağın minimum səviyyədə olması şərti ilə dövr edən suyun təzyiqini 10 kPa-dan (0,1 kqq/sm2) çox keçməməlidir.

Yağ soyuducularının, nasosların, su magistral kəmərlərinin donmasının qarşısını almaq üçün tədbirlər nəzərdə tutulmalıdır.

1.2.1.30. Ü soyudulma sistemli transformatorlar üçün bütün ventilyatorların qəza açılmalarında transformatorların işinin davam etmə müddəti istehsalçının istismar sənədləri ilə müəyyənləşdirilir.

ÜS və S soyudulma sistemli transformatorlar üçün aşağıdakılara yol verilir:

a) süni soyudulma dayandırılarkən, 10 dəqiqə ərzində nominal yüklənmə ilə işləmə və yaxud boş işləmə rejimində 30 dəqiqə ərzində, əgər göstərilən vaxtın bitdiyi zaman yağın üst qatlarının temperaturu 80°C-ə çatmamışdırsa, gücü 250 MVA-dan yuxarı transformatorlar üçün göstərilən temperatura çatana qədər, lakin 1 saatdan çox olmamaqla, nominal yüklə işləməyə yol verilir;

b) ventilyatorlar tam və yaxud qismən açıldığı halda və yaxud yağın sirkulyasiyası saxlanmaqla suyun dövr etməsi dayanmış olarsa, yağın üst qatlarının temperaturunun 45°C-dən yuxarı olmaması şərti ilə azaldılmış yüklənmə ilə uzunmüddətli işləmə.

Əgər istehsalçının istismar sənədlərində başqa cür qeyd-şərt yoxdursa, bu yarımbəndin tələbləri qüvvədədir.

Yağın dolaqlarda istiqamətləndirilmiş sirkulyasiyasına malik (ÜS soyudulma sistemi) transformatorlar istehsalçının istismar sənədləri ilə işlədilir.

1.2.1.31. Ü soyudulma sistemli transformatorlarda ventilyatorların elektrik mühərrikləri yağın temperaturu 55°C olduğu halda, yaxud yağın temperaturundan asılı olmayaraq nominal cərəyana bərabər cərəyanla avtomatik olaraq qoşulmalıdır. Ventilyatorların elektrik mühərriklərinin açılması, əgər bu zaman yüklənmə cərəyanı nominal həddən azdırsa, yağın üst qatlarının temperaturu 50°C-dək azaldığı halda yerinə yetirilir.

1.2.1.32. Yük altında gərginliyin tənzimlənməsi qurğuları bir qayda olaraq avtomatik rejimdə işləməlidir. Onların işinə əməliyyatların sayı sayğaclarının göstəricilərinə əsasən nəzarət olunmalıdır.

Əgər şəbəkədə gərginlik rəqsləri istehlakçının tələblərinə cavab verən hədlərdə qalarsa, İstehlakçının elektrik təsərrüfatı üzrə məsul şəxsin qərarı əsasında YGT-nin idarəetmə pultundan məsafədən çevirmələrə icazə verilir. Gərginlik altında əl ilə çevirmələrə (dəstəyin köməkliyi ilə) icazə verilmir.

İstehlakçının transformatora xidmət heyəti şəbəkənin gərginliyi ilə tənzimlənən budaqlanma üçün müəyyənləşdirilmiş gərginlik arasında uyğunluğu saxlamalıdır.

1.2.1.33. Transformatorların YGT çevirici qurğularını yağın üst qatlarının mənfi 20°C-dən yuxarı (açıqdakı rezistor YGT qurğuları üçün) və cərəyan məhdudlaşdırıcı reaktorların YGT qurğuları, eləcə də transformatorun çənindən xaricdə dayaq izolyatorunda yerləşdirilmiş və süni qızdırma qurğusu ilə təchiz olunmuş kontaktorlu təkrar qoşulma qurğuları üçün - mənfi 45°C-dən yüksək olduqda işə qoşulmasına icazə verilir. YGT qurğularının istismarı istehsalçının istismar sənədlərinə müvafiq olaraq təşkil edilməlidir.

1.2.1.34. Dolaqlarının budaqlanmaları təsirlənməsiz çevircəklə (DBTÇ) təchiz olunmuş transformatorlarda transformasiya əmsalının seçilməsinin düzgünlüyü ildə ən azı 2 dəfə - qış maksimumu yüklənməsi gəlməmişdən öncə və yay minimumunun yüklənməsi başlanmasından öncə yoxlanılmalıdır.

1.2.1.35. Transformatorları (reaktorları) açmadan onlara baxış keçirilməsi aşağıdakı müddətlərdə yerinə yetirilməlidir:

a) daimi növbətçi heyət olan yarımstansiyaların baş azaldıcı transformatorlarında - sutkada 1 dəfə;

b) daimi növbətçi heyət olan və olmayan elektrik qurğularının digər transformatorlarında – ayda 1 dəfə;

c) transformator məntəqələrində - ayda 1 dəfədən az olmayaraq.

Yerli şəraitlərdən və transformatorların (reaktorların) vəziyyətindən asılı olaraq göstərilən müddətlər istehlakçının elektrik təsərrüfatı üzrə məsul şəxs tərəfindən dəyişdirilə bilər.

Transformatorlara (reaktorlara) növbədənkənar baxış yerinə yetirilməlidir:

a) transformatorun nasazlıq siqnalı gəldiyi zaman;

b) əlverişsiz hava şəraitindən sonra (tufan, temperaturun qəfil dəyişməsi, güclü külək və s.);

c) siqnala görə qazdan mühafizənin işləməsi, həmçinin qaz və (və ya) diferensial mühafizə transformatorunun (reaktorunun) açılması zamanı.

1.2.1.36. Transformatorların (reaktorların) cari təmirləri lazım olduqca aparılır. Cari təmirlərin dövriliyini istehlakçının texniki rəhbərliyi müəyyən edir.

1.2.1.37. Əsaslı təmirlər (plan-xəbərdarlıq əsaslı – işlərin nümunəvi nomenklaturası üzrə) yerinə yetirilməlidir:

a) 110 kV və 125 MVA və daha yüksək gücə malik transformatorlarda, həmçinin reaktorlarda istismara buraxıldıqdan sonra 12 ildən gec olmayaraq, diaqnostik nəzarətin nəticələrini nəzərə almaqla, daha sonra gələcəkdə isə zərurət yarandıqca;

b) digər transformatorlarda – onların vəziyyətindən və diaqnostik nəzarətin nəticələrindən asılı olaraq.

1.2.1.38. Transformatorların (reaktorların) hər hansı bir elementindəki nasazlıq işin dayanmasına səbəb olabiləcəyi hallarda növbədənkənar təmir aparılmalıdır. Transformatorun (reaktorlarun) təmirə çıxarılması barədə qərarı istehlakçının rəhbərliyi və yaxud elektrik təsərrüfatı üzrə cavabdeh şəxs qəbul edir.

1.2.1.39. Öz balansında yağ ilə doldurulan avadanlıqlar olan istehlakçı ən çox tutuma malik aparatın həcminin 110%-dən az olmayaraq azalmayan izolyasiya yağı ehtiyatını saxlamalıdır.

1.2.1.40. Transformatorların və reaktorların və onların istismarda olan elementlərinin sınaqdan keçirilməsi elektrik avadanlıqlarının sınaq normalarına (müvafiq qurumların qəbul etdiyi normativ sənədlərin tələblərinə uyğun) və zavod göstərişlərinə müvafiq olaraq yerinə yetirilməlidir. Sınaqların nəticələri aktlarla və yaxud protokollarla rəsmiləşdirilir və həmin avadanlıq üzrə sənədlərlə birlikdə saxlanılır.

1.2.1.41. 110 və 220 kV gərginlikli transformatorlar və reaktorların yağından yağda həll olunan qazların xromatoqrafik təhlili üçün nümunə götürülməsinin dövriliyi transformator avadanlığının yağında həll olunan qazların xromatoqrafik analizinin nəticələri əsasında əmələ gələn nasazlıqların diaqnostikası üzrə metodiki göstərişlərə uyğun olmalıdır.

1.2.1.42. Тransformator (reaktor) aşağıdakı hallarda qəza səbəbi ilə istismardan çıxarılmalıdır:

a) transformatorun daxilində güclü qeyri-bərabər küy və silkələnmə zamanı;

b) soyutma qurğularının nominaldan aşağı və nominal həddə yüklənməsi zamanı transformator anormal və daima artan şəkildə qızdığı təqdirdə;

c) genişləndiricidən və yaxud işlənmiş qaz borusunun diaqfraqması arasından yağın atılması;

d) yağın yağ ölçən şüşənin səviyyəsindən aşağı səviyyəyə doğru azalması ilə axması.

Тransformatorlar, həmçinin laboratoriya analizlərinin nəticələrinə əsasən yağın dərhal dəyişdirilməsinə zərurət yarandıqda iş prosesindən çıxarılır.

1.2.1.43. İstehlakçının ərazisində yerləşən 10/4 kV-lıq hər bir transformator yarımstansiyasının (bundan sonra - TYS) üzərinə onun adı, mülkiyyətçinin ünvanı və telefonu yazılmalıdır.

 

1.2.2. Paylayıcı qurğular (PQ) və yarımstansiyalar

 

1.2.2.1. Qaydanın bu yarımbəndi istifadəçinin 0,4-220 kV-dək gərginlikli PQ-larına və yarımstansiyalarına şamil olunur.

1.2.2.2. Kənar strukturlara məxsus olan binalarla yanaşı istehlakçının PQ və gərginlik altında olan avadanlıqları onlardan izolyasiya edilməlidir. Onun ayrıca bağlanan çıxışı olmalıdır.

1.2.2.3. PQ otaqlarında qapılar, pəncərələr hər zaman bağlı olmalıdır, aparatların arasındakı arakəsmələrdə olan yağ saxlamaq üçün keçid tutumları isə kip bağlanılmalıdır. Naqillərin keçdiyi yerlərdəki bütün dəliklər möhkəm bağlanılır. Heyvanların və quşların içəri düşməsinin qarşısını almaq üçün otaqların xarici divarlarında bütün dəliklər və oyuqlar xana (1x1 sm) ölçülü şəbəkələrlə qapanır və yaxud bağlanır.

1.2.2.4. İşəsalmanın tənzimləyici aparatlarının və mühafizə aparatların cərəyan daşıyıcı hissələri təsadüfi toxunmalardan çəpərlənməlidir. Xüsusi otaqlarda (elektromaşın, lövhə, idarəetmə stansiyaları və s.) mühafizə örtükləri olmadan aparatın açıq şəkildə quraşdırılmasına yol verilir.

Elektrik otaqlarından kənarda quraşdırılmış bütün PQ-ların (lövhələrin, yığmaların və s.) onlara qeyri-elektrik heyətin daxil olmasına maneçilik törədən bağlayıcı qurğuları olmalıdır.

1.2.2.5. PQ-lərin bütün növ və gərginlikli elektrik avadanlıqları həm normal, həm də qısaqapanma, ifrat gərginlik və ifrat yüklənmə rejimlərində iş şərtlərinə cavab verməlidir.

Elektrik avadanlığının izolyasiya sinifi şəbəkənin nominal gərginliyinə, ifrat gərginlikdən mühafizə qurğular isə elektrik avadanlığının izolyasiya dərəcələrinə uyğun gəlməlidir.

1.2.2.6. Elektrik avadanlıqları çirklənmiş atmosferli yerlərdə yerləşdirildikdə izolyasiyanın etibarlılığını təmin edən tədbirlər həyata keçirilməlidir:

a) açıq paylayıcı qurğularda (bundan sonra - APQ) – səthləri hidrofob pastalarla gücləndirilməli, yuyulmalı, təmizlənməli, örtülməlidir;

b) qapalı paylayıcı qurğularda (bundan sonra - QPQ) – tozun və zərərli qazların keçməsindən mühafizə;

c) açıq qurğularda quraşdırılmış komplekt paylayıcı qurğularda – şkafların germetikləşdirilməsi və izolyasiyanın hidrofob pastalarla emalı.

1.2.2.7. Cərəyanın axdığı cərəyan daşıyıcı hissələrin yaxınlığında yerləşən və heyətin toxunması üçün açıq olan konstruksiyanın yönəlmiş cərəyan səbəbindən əmələ gələn qızması, 50°C-dən yuxarı olmamalıdır.

1.2.2.8. QPQ otaqları daxilində havanın temperaturu yay vaxtlarında 40°C-dən yuxarı olmamalıdır. Onun artdığı hallarda avadanlığın temperaturunun aşağı salınması və yaxud havanın soyudulması üzrə tədbirlər görülməlidir.

PQ-ın şinlərinin birləşdiricilərinin temperaturuna, təsdiq olunmuş qrafik üzrə nəzarət təşkil olunmalıdır.

1.2.2.9. APQ-lərin cərəyan daşıyıcı hissələrindən ağaclara, hündür kollara kimi məsafə elə olmalıdır ki, qapanma imkanı istisna edilmiş olsun.

1.2.2.10. Otaqlar küçələrdən və digər otaqlardan təcrid edilməlidir. QPQ-lərin, Komplekt Paylayıcı Qurğuların (KPQ), Xaricdə Quraşdırılmış Komplekt Paylayıcı Qurğuların (XKPQ) divarları, döşəmələri və tavanları tozun əmələ gəlməsinə yol verməyən örtüyə malik olmalıdır. Otağın təmizlənməsi nəmli və vakuumlu üsullarla aparılmalıdır.

1.2.2.11. APQ və QPQ-ların kabel kanalları və yerüstü kabel lotları yanmayan plitələrlə örtülməli, kabellərin kabel kanallarından, lotlarından, mərtəbələrdən çıxışları və kabel aralıqları arasındakı keçidlər, odadavamlı materiallarla kipləşdirməlidir.

Tunellər, zirzəmilər, kanallar təmiz vəziyyətdə saxlanmalı, drenaj qurğuları isə suyun maneəsiz kənarlaşdırmasını təmin etməlidir.

Yağ qəbulediciləri, çınqıl örtüyü, drenajlar və yağ ayırıcıları saz vəziyyətdə saxlanmalıdır.

1.2.2.12. Yağ açarlarında, ölçü transformatorlarında və girişlərdə yağın səviyyəsi ətrafdakı havanın maksimum və minimum temperaturlarında yağ göstəricisi şkalasının hədlərində qalmalıdır.

Qeyri-germetik işə salma qurğularının yağı rütubətdən və turşulaşmadan mühafizə olunmalıdır.

1.2.2.13. Avtomobillərin PQ və yarımstansiyalara gediş yolları işlək və saz vəziyyətdə saxlanmalıdır.

Avtomobil nəqliyyatı vasitələrinin kabel kanalları üzərindən keçməsinə icazə verilən yerlər işarələrlə qeyd olunmalıdır.

1.2.2.14. Bütün idarəetmə açarlarında, düymələrində və əl dəstəklərində üzərində onlarla nəzərdə tutulan aparılacaq əməliyyatları göstərən yazılar olmalıdır (“QOŞMAQ”, “AÇMAQ”, “AZALTMAQ”, “ARTIRMAQ” və s.).

Siqnal lampalarında və siqnal aparatlarında siqnalın xarakterini göstərən yazılar olmalıdır (“QOŞULUB”, “AÇILIB”, “İFRAT QIZIB” və s.).

1.2.2.15. Elektrik açarları və onların intiqalları açılmış və qoşulmuş vəziyyət göstəricilərinə malik olmalıdır.

İçində intiqal quraşdırılmış və ya intiqalı bilavasitə yaxınlıqda yerləşdirilmiş və ondan qeyri-şəffaf çəpərlə (divarla) ayrılmayan açarın və ya intiqalın üzərində bir ədəd göstəricinin quraşdırılmasına icazə verilir. Çöl kontaktlarının işə salınmış vəziyyəti aydın şəkildə göstərən elektrik açarlarında göstəricinin elektrik açarında və daxili və yaxud divarla ayrılmamış ötürücüdə olması məcbur deyildir. Xarici kontaktları qoşulma vəziyyətini aydın göstərən açarlarda, açarın üzərində və intiqalda içəridə quraşdırılmış və ya divarla ayrılmış göstəricinin olması mütləq deyil.

Aparatlardan divarla ayrılan, aralayıcıların, torpaqlayıcı bıçaqların, ayırıcıların, qısaqapayıcıların və digər avadanlıqların intiqallarının açılmış və qoşulmuş vəziyyətlərini göstərən göstəricisi olmalıdır.

Çəpərləri olmayan aralayıcıların, torpaqlama bıçaqların, ayırıcıların, qısaqapayıcıların bütün intiqallarının onları həm qoşulmuş, həm də açılmış vəziyyətdə bağlamaq üçün ləvazimatı olmalıdır.

Yaylı intiqallı açarlarla təchiz olunmuş PQ-lər, yaylı mexanizmi işə salmaq üçün ləvazimatlarla komplektləşdirilməlidir.

1.2.2.16. PQ-lərə xidmət edən heyətin normal və qəza şəraitlərində buraxıla bilən iş rejimləri üzrə sənədləri olmalıdır.

Əməliyyat-təmir heyətində ehtiyat, kalibrlənmiş əriyən taxmaları olmalıdır. Əriyə bilməyən taxmalardan istifadə etmək qadağandır. Əriyən taxmalar qoruyucuların növlərinə müvafiq olmalıdır.

PQ-lərin ehtiyat elementlərinin (transformatorların, elektrik açarlarının, şinlərin və s.) sazlığı yerli göstərişlərlə müəyyənləşdirilmiş müddətlərdə gərginlik altında işə salınmaqla müntəzəm olaraq yoxlanılmalıdır.

1.2.2.17. PQ avadanlıqları mütəmati olaraq toz və çirkdən təmizlənməlidir.

Təmizlənmə müddətini yerli şəraitləri nəzərə alaraq, elektrik təsərrüfatı üzrə məsul şəxs müəyyənləşdirir.

1.2.2.18. Mexaniki qurğulardan başqa, paylayıcı qurğuların qurğuları daim möhürlü olmalıdır. Əməliyyatlar zamanı işçi heyətə bu qurğuları özbaşına blokdan çıxarmağa icazə verilmir.

1.2.2.19. 1000 V-dan yuxarı gərginlikli PQ-də torpaqlama qoyulması üçün bir qayda olaraq, stasionar torpaqlama bıçaqlarından istifadə olunur.

Torpaqlama bıçaqlarının intiqallarının dəstəkləri qırmızı rənglə, torpaqlama intiqalları isə bir qayda olaraq qara rənglə boyanmalıdır. Aparatların əllə işə salma mexanizmləri ilə işlər təhlükəsizlik qaydalarına uyğun olaraq yerinə yetirilməlidir.

Stasionar torpaqlama bıçaqları olmadıqda, cərəyan daşıyıcı hissələrə və torpaqlama qurğusuna səyyar torpaqlayıcılarının qoşulma yerləri hazırlanmalı və nişanalanaraq göstərilməlidir.

1.2.2.20. QPQ-lərin kameralarının qapılarında və daxili divarlarında, APQ-lərin avadanlığında, açıqda və daxildə quraşdırılmış KPQ-lərin ön və daxili hissələrində, torpaqlayıcılarda , həmçinin lövhələrin ön və arxa tərəflərində birləşmələrin təyinatını və onların dispetçer adlarını göstərən yazılar yerləşdirilməlidir.

PQ-lərin divarlarında xəbərdarlıq plakatları və təyin olunmuş nümunə işarələri olmalıdır.

Qoruyucu lövhələrdə və (və ya) birləşmələrin qoruyucularında əriyən taxma üçün nominal cərəyanı göstərən yazılar olmalıdır.

1.2.2.21. PQ-lərdə elektromühafizə vasitələri və fərdi qoruyucu vasitələr (qoruyucu vasitələrlə təchiz olunma normalarına uyğun olaraq), yanğın əleyhinə və yardımçı mühafizə vasitələri (qum, yanğınsöndürmə balonları) və bədbəxt hadisələrdən zərər görən şəxslərə ilkin yardım vasitələri olmalıdır.

Operativ-ezam briqadaları (bundan sonra - OEB) tərəfindən xidmət göstərilən PQ üçün mühafizə vasitələri OEB-lərda ola bilər.

1.2.2.22. Rele mühafizəsi və avtomatika, rabitə və telemexanika qurğuları aparatlarının şkaflarında, yağ, hava açarlarının, ayıranların, qısa qapayıcıların intiqallarının şkaflarında havanın temperaturu buraxılabilən aşağı olduqda elektrik qızdırılma qurğuları olmalıdır.

Elektrik qızdırıcılarının qoşulması və açılması bir qayda olaraq avtomatik yerinə yetirilməlidir. Elektrik qızdırıcılarının avtomatik qoşulması və açılması sistemi həmdə yerli idarəetmə lövhəsinə və (və ya) dispetçer pultuna məlumatların ötürülməsi vasitəsilə onların bütövlüyünə daimi nəzarəti nəzərdə tutumalıdır.

Ətraf mühitin temperaturu buraxıla bilən həddən aşağı olduqda qoşulan yağ açarları çənlərin dibini və gövdələri qızdırmaq üçün elektrik qızdırıcı qurğularla təchiz olunmalıdırlar. Elektrik qızdırıcılarının hansı temperaturda işə salınmalı və hansı temperaturda istismardan çıxarılması temperatur qiymətləri, elektrik avadanlıqları istehsalçılarının istismar sənədləri nəzərə alınmaqla, yerli təlimatlarla təyin olunur.

Açarların, aralayıcıların, ayırıcıların, qısaqapayıcıların və onların intiqallarının oynaq birləşmələri və yastıq və mexanizmlərinin sürtülən səthləri aşağı temperaturda donan sürtgü yağları ilə yağlanmalıdır, açarların və digər aparatların yağ dempferləri, donma temperaturu xarici havasının minimal qış temperaturundan 20ºC aşağı olan yağla doldurulmalıdır.

1.2.2.23. Oynaq birləşmələr, yastıq ayırıcı açarların, birləşdiricilərin, ayırıcıların, qısaqapanma aparatlarının və onların ötürücülərinin mexanizmlərinin sürtülən səthləri az donan yağlarla, elektrik açarlarının və digər aparatların yağ dempferləri isə donma temperaturu xarici havanın minimum qış temperaturundan 20°C-dən az olmayan yağla doldurulmalıdır.

1.2.2.24. Eleqaz Komplekt Paylayıcı Qurğularda (EKPQ) eleqazının nəmliyi birinci dəfə avadanlığın eleqazla doldurulmasından sonra bir həftədən gec olmayaraq, daha sonra isə ildə 2 dəfə (qışda və yayda) yoxlanmalıdır.

1.2.2.25. EKPQ və QPQ otaqlarında eleqazın sıxlığına nəzarət, döşəmə səviyyəsindən 10-15 sm hündürlükdə xüsusi sızıntıaxtarıcı cihazlar vasitəsilə yerinə yetirilməlidir.

Otaqlarda eleqazın sıxlığı zavod-aparatı istehsalçısının təlimatlarında göstərilmiş normalar hədlərində olmalıdır.

İstehlakçının texniki rəhbəri tərəfindən təsdiqlənmiş qrafik üzrə nəzarət aparılmalıdır.

1.2.2.26. Eleqazın sızması ildə ümumi kütlənin 3%-dən artıq olmamalıdır. Çənlərdə təzyiq nominal təzyiqdən fərqləndiyi zaman onun eleqazla doldurulması üzrə tədbirlər zəruridir.

Eleqazın təzyiqi aşağı olduğu zaman elektrik açarı ilə əməliyyatları yerinə yetirməyə icazə verilmir.

1.2.2.27. Vakuumlu qövssöndürmə kameraları (bundan sonra - VQK) elektrik açarlarının istehsalçılarının istismar sənədləri ilə müəyyənləşdirilmiş həcmlərdə və müddətlərdə sınaqdan keçirilməlidir.

VQK-nın 20 kV-dan yuxarı amplitudlu qiymətində yüksələn gərginliklə sınaqdan keçirilməsi zaman əmələ gələn rentgen şüalanmasından mühafizə üçün ekrandan istifadə edilməsi zəruridir.

1.2.2.28. Yükün açarlarının söndürcü kameralarının yoxlanılması, qaz generasiya edən qövsboğucu içliklərin aşınma səviyyəsinin və tərpənməz qövssöndürücü kontaktların yanmasının yoxlanılması yük ayırıcıları ilə aparılan əməliyyatların tezliyindən asılı olaraq, elektrik təsərrüfatı üzrə məsul şəxs tərəfindən təyin olunmuş müddətlərdə müntəzəm olaraq yerinə yetirilməlidir.

1.2.2.29. Elektrik açarlarının yağ çənlərindən nəmlikdən təmizlənməsini ildə 2 dəfə - yazda mülayim temperaturun başlaması ilə və payızda mənfi temperaturun başlanmasından öncə yerinə yetirmək lazımdır.

1.2.2.30. PQ avadanlıqlarının profilaktik yoxlamaları, ölçmələri və sınaqları elektrik avadanlığının sınaq normalarında (müvafiq qurumların qəbul etdiyi normativ sənədlərin tələblərinə uyğun) nəzərdə tutulmuş həcmlərdə və müddətlərdə aparılmalıdır.

1.2.2.31. PQ-lərdə açılma olmadan baxış keçirilməlidir:

a) daimi növbətçi heyəti olan obyektlərdə - gündə 1 dəfədən az olmayaraq; günün qaranlıq vaxtlarında boşalmaların, taclamaların aşkar edilməsi üçün – ayda 1 dəfədən az olmamaqla;

b) daimi növbətçi heyəti olmayan obyektlərdə - ayda 1 dəfədən az olmayaraq, transformator və paylayıcı məntəqələrdə isə - 6 ayda 1 dəfədən az olmayaraq.

Əlverişsiz hava şəraitində (güclü duman, sulu qar, buz bağlama və s.) və yaxud güclü çirklənmə olduqda, APQ-lərdə əlavə baxışlar təşkil olunmalıdır.

Bütün aşkar edilmiş nasazlıqlar barəsində avadanlığın qüsur və nasazlıqları jurnalında qeydlər aparılmalı və bundan başqa, onlar haqqında məlumatlar elektrik təsərrüfatı üzrə məsul şəxsə bildirilməlidir.

Aşkar edilən nasazlıqlar ən qısa müddətdə aradan qaldırılmalıdır.

1.2.2.32. PQ-lər baxış keçirilərkən, aşağıdakılara xüsusi diqqət yetirilmək lazımdır:

a) otağın vəziyyəti, qapı və pəncərələrin sazlığı, dam örtüklərində və mərtəbələrarası örtüklərdə sızmaların olmamağı, qıfılların, hasar konstruksiyalarının olması və sazlığı;

b) isitmə və ventilyasiya, işıqlandırma və torpaqlama şəbəkələrinin işlək vəziyyətdə olması;

c) yanğın əleyhinə mühafizənin texniki vasitələrinin və ilkin yanğınsöndürmə vasitələrinin mövcudluğu və vəziyyəti;

d) sınaqdan keçirilmiş mühafizə vasitələrin mövcud olması;

e) tibbi aptek qutularının təchizatı;

f) yağın səviyyəsi və temperaturu, aparatlarda sızmanın yoxluğu;

g) aşağı gərginlik lövhələrinin kəsicilərinin kontaktlarının vəziyyəti;

h) sayğaclarda plombların bütövlüyü;

i) izolyasiyanın vəziyyəti (tozlanma, çatlaqların, boşalmaların mövcudluğu və s.);

j) eleqaz avadanlığında zədələnmələrin və korroziyanın, titrəyişlərin və çatlamanın yoxluğu;

k) RMAT və QA çevirici qurğularının vəziyyəti;

l) siqnallama sisteminin işi;

m) hava açarlarının çənlərində havanın təzyiqi;

n) açarların pnevmatik intiqallarının çənində sıxılmış havanın təzyiqi;

o) hava sızmalarının yoxluğu;

p) açarlarının vəziyyət göstəricilərinin sazlığı və göstərişlərinin düzgünlüyü;

q) hava açarları qütblərinin ventilyasiyasının mövcudluğu;

r) hava açarlarının tutumlu gərginlik bölücüləri kondensatorlarından yağın axmasının yoxluğu;

s) ilin soyuq vaxtlarında elektrik qızdırma qurğularının işi;

t) idarəetmə şkaflarının bağlanmasının kipliyi;

u) kommutasiya aparatlarına və s. asan əlçatanlığın mümkünlüyü.

1.2.2.33. Baxışın ardıcıllığı, əməliyyat heyətinin hərəkət marşrutu, baxış zamanı diqqət yetirilməsi lazım olan əsas məqamlar, avadanlığa baxışın marşrut sxemində əks etdirilməli və vəzifə (iş) təlimatlarına qoşma qismində daxil edilməlidir.

1.2.2.34. Avadanlığa baxış dövrülüyü, o cümlədən gecə vaxtı baxış, onun texniki vəziyyəti və təhlükəsiz istismarına cavabdeh olan heyət tərəfindən yerinə yetirilməlidir. Baxışın dövrülüyünü istehlakçının texniki rəhbəri təyin edir.

1.2.2.35. PQ avadanlıqlarının əsaslı təmiri aşağıdakı müddətlərdə yerinə yetirilir:

a) yağ ayırıcılarında – 6-8 ildə 1 dəfə, təmirlər arası dövrdə intiqallı açarının xüsusiyyətlərinə nəzarət etməklə;

b) yük açarlarında, ayırıcılarda, və torpaqlayıcı bıçaqlarda – 4-8 ildə 1 dəfə (konstruktiv xüsusiyyətlərindən asılı olaraq) ;

c) açıq bıçaqlı ayıranda və qısaqapayıcılarda və onların intiqallarında - 2-3 ildə 1 dəfə;

d) EKPQ-larında – 10-12 ildə 1 dəfə;

e) eleqaz və vakuum açarlarında – 10 ildə 1 dəfə;

f) cərəyan naqillərində - 8 ildə 1 dəfə;

g) bütün aparatlarda və kompressorlarda - resurslar bitdikdən sonra, istismarın davam etmə müddətindən asılı olmayaraq.

Quraşdırılmış avadanlığın ilk əsaslı təmiri istehsalçının istismar sənədlərində göstərilmiş müddətlərdə aparılmalıdır.

Daxildə quraşdırılmış ayırıcıları lazım olduqda təmir etmək zəruridir.

PQ avadanlıqlarının təmiri də həmçinin profilaktik sınaqların və baxışların nəticələri nəzərə alınmaqla zərurət yarandıqda yerinə yetirilir.

Təmirlərin dövrülüyü istismar təcrübəsindən çıxış edərək istehlakçının texniki rəhbərinin qərarı ilə dəyişdirilə bilər.

Növbədənkənar təmirlər avadanlığın işləmədiyi hallarda, həmçinin kommutasiya və yaxud mexaniki resursun bitdiyi zaman yerinə yetirilir.

 

1.2.3. Hava elektrik veriliş xətləri və cərəyandaşıyıcılar

 

1.2.3.1. Qaydanın bu yarımbəndi istehlakçılar tərəfindən xidmət göstərilən 0.38-20 kV gərginlikli hava xətlərinə (HX) və 35 kV-a kimi (35 kV daxil olmaqla) gərginlikli dəyişən və sabit cərəyandaşıyıcılara şamil edilir.

Bu qaydalar quraşdırılması və istismarı xüsusi normalarla müəyyənləşdirilən kontakt şəbəkəsinin xətlərinə, elektroliz qurğularının cərəyandaşıyan xətlərinə və digər xüsusi hava xətlərinə və qurğularına şamil olunmur.

1.2.3.2. Bütün yeni tikilmiş və yenidən qurulmuş hava xətlərinin və cərəyan naqilləri müvafiq qurumların qəbul etdiyi normativ sənədlərin tələblərinə uyğun olaraq yerinə yetirilməlidir.

1.2.3.3. Yenidən layihələndirilən (yenidən qurulan) HX-lərinin və cərəyan ötürücülərinin texniki sənədləşməsinin razılaşdırılması zamanı istehlakçılar layihələndirmə təşkilatlarına HX-nin və cərəyan ötürücülərinin layihələndirildiyi zonanın faktiki şəraitinə dair məlumatları (iqlim şərtlərini, çirklənmənin xarakterini və intensivliyini və s.) təqdim etməli və bu layihədə nəzərə alınmasını tələb etməlidir. Kənar enerji təchizatı elektrik şəbəkəsinə qoşulacaq yeni və yenidən qurulan HX-ləri (cərəyan ötürücüləri) üzrə nəzərdə tutulmuş layihələndirmə qərarları enerji təchizatı müəssisələri ilə razılaşdırılmalıdır.

1.2.3.4. Yenidən qurulan HX və cərəyan ötürücülərinin istismara verilməsi öhdəliyi daşıyan istehlakçı işlərin yerinə yetirilməsi üzərində texniki nəzarəti, görülən işlərin təsdiq olunan texniki sənədlərə uyğunluğunun yoxlanmasını təşkil etməlidir.

1.2.3.5. Yenidən qurulan HX və cərəyan ötürücülərinin istismara qəbul edilməsi və işə buraxılması, tikinti norma və qaydaları və yeni və yenidən qurulan elektrik qurğularının təyin olunmuş istismara buraxılma qaydalarına, həmçinin tikintisi başa çatdırılmış elektrik veriliş xətlərin istismara qəbul edilməsi qaydalarına müvafiq olaraq yerinə yetirilməlidir.

Qəbul edilmədən öncə HX (cərəyan ötürücülərinin) trasının, dayaqlarının və digər elementlərinin, torpaqlama və ildırımdan mühafizə qurğularının, asma oxlarının texniki vəziyyətinin və aşırımlardakı və kəsişmələrdəki naqillərdən və troslardan yerə və obyeklərə kimi məsafənin layihəyə uyğunluğu yoxlanmalıdır.

1000 V-dan yuxarı gərginlikli cərəyan ötürücülərininistismara verilməsi zamanı müvafiq qurumların qəbul etdiyi normativ sənədlərində və tikinti norma və qaydalarında nəzərdə tutulmuş sənədlərdən başqa, aşağıdakılar da sənədləşdirilməlidir:

a) müxtəlif kommunikasiya xətləri ilə kəsişmə yerlərinin göstərilməsi ilə trassanın icra cizgisi;

b) kommunikasiya xətləri ilə kəsişmə yerlərində cərəyan ötürücülərinin profilinin cizgisi;

c) layihədən kənara çıxmaların siyahısı;

ç) fazalama protokolu;

d) elastik cərəyan naqilləri üçün dartı sıxacların montaj aktları;

e) sınaq protokolları;

ə) hazırlıqlı heyətin mövcudluğunu təsdiq edən sənədlər;

f) zəruri icra sxemlər;

g) işlənib hazırlanmış və təsdiqlənmiş təlimatlar.

1.2.3.6. HX-lərinin istismarı zamanı elektrik şəbəkələrinin mühafizə qaydalarına riayət olunmalı və onların yerinə yetirilməsinə nəzarət olunmalıdır.

HX-lərini istismar edən istehlakçı HX-lərinin keçdiyi rayonlarda yerləşən digər istehlakçıları bu Qaydanın tələbləri barədə məlumatlandırmalıdır.

HX-lərinin məxsus olduğu istehlakçı HX-lərinin mühafizə zonasında elektrik şəbəkələrinin mühafizəsi qaydalarını pozmaqla yerinə yetirilən işlərin dayandırılması üzrə tədbirlər görməlidir.

1.2.3.7. HX-lərinin və cərəyan ötürücülərinin istismarı zamanı, onların etibarlı işləməsinə yönəldilmiş texniki xidmət və təmir işləri yerinə yetirilməlidir.

Texniki xidmət zamanı, texniki baxışlar, yoxlamalar və ölçmələr aparılarkən aşkar edilmiş zədələnmələrin və nasazlıqların aradan qaldırılması vasitəsilə HX elementlərinin və cərəyan ötürücülərinin elementlərinin vaxtından əvvəl aşınıb dağılmadan qorunması işləri yerinə yetirilməlidir.

HX və cərəyan ötürücülərinin əsaslı təmiri zamanı detalların və elementlərin təmiri və yaxud onların etibarlılığını artıran və istismar xüsusiyyətlərini yaxşılaşdıran yeniləri ilə əvəz edilməsi yolu ilə bütövlükdə HX və cərəyan ötürücülərinin və yaxud ayrı-ayrılıqda onun elementlərinin saxlanmasına və yaxud bərpa edilməsinə yönəlmiş kompleks tədbirlər yerinə yetirilməlidir.

Dəmir-beton və metal dayaqlar üzərindəki HX-lərinin əsaslı təmiri 10 ildə 1 dəfədən az olmaqla ağac hissələri olan dayaqların üzərindəki HX-lərinin təmiri isə 5 ildə 1 dəfədən az olmayaraq yerinə yetirilməlidir.

Cərəyan ötürücülərinin əsaslı təmiri istehlakçının texniki rəhbərinin qərarı əsasında zərurət yarandıqca aparılmalıdır.

HX və cərəyan ötürücülərinə texniki xidmət və təmirə aid olan işlərin siyahısı HX-lərinin istismarı üzrə nümunəvi təlimatlarla təyin edilir.

1.2.3.8. HX-lərinə dövri və növbədənkənar baxışlar keçirilməlidir.

HX-lərinə dövri baxış istehlakçının elektrik təsərrüfatı üzrə məsul şəxsi tərəfindən təsdiqlənmiş qrafikə görə keçirilir. Hər bir HX-nə bütün uzunluğu boyunca baxışların dövriliyi ildə ən azı 1 dəfə olmalıdır. Bu Qayda ilə müəyyən edilmiş hədlərdə konkret müddətlər yerli istismar şərtlərini nəzərə alaraq istehlakçının elektrik təsərrüfatı üzrə məsul şəxsi tərəfindən təyin edilməlidir. Bundan əlavə, ildə 1 dəfədən az olmayaraq inzibati-texniki heyət təmirə ehtiyacı olan xətlərin ayrı-ayrı hissələrinə, o cümlədən HX bütün sahələrinə təsdiq edilmiş qrafik üzrə seçim əsasında baxış keçirməlidir.

35 kV və daha yuxarı gərginlikli, 20 il və daha artıq müddətdə istismar olunan naqil və trosların (burazların) 20 il və ya daha artıq istismar olunan 35 kV-lıq və daha yuxarı gərginlikli HX-də, 35 kV-lıq sıxaclarda və distansiya dirəklərində və ya onların hissələrində və intensiv çirklənmə zonalarında, həmçinin açıq sahələrdən keçən HX-də seçmə yoxlanması ilə əsaslı baxış ən azı 5 ildən 1 dəfə yerinə yetirilməlidir.

35 kV-dən yuxarı gərginlikli digər sahələrdə 10 ildə 1 dəfədən az olmayan müddətdə yerinə yetirilməlidir.

0,38 - 20 kV-lıq HX-də əsaslı baxış zəruri hallarda yerinə yetirilməlidir.

1.2.3.9. HX-də və ya onların sahələrində fövqəladə yoxlamalar naqil və troslarda buz təbəqəsi yarandıqda, “naqillər rəqs etdikdə”, çaylarda buz axını və daşqınlar olduqda, HX-nin trassası zonasında yanğınlar olduqda, ağır fırtına, qasırğa və digər təbii fəlakətlərdən sonra, həmçinin HX-nin rele mühafizəsı açıldıqdan və şəbəkəyə uğursuz və uğurlu avtomatik təkrar qoşulmadan sonra lazım gəldikdə yerinə yetirilməlidir.

1.2.3.10. Сərəyan naqillərində dövri yoxlanılmalar onların istismarının yerli şəraitə uyğunluğunu nəzərə almaqla, istehlakçının elektrik təsərrüfatı rəhbərinin təsdiq etdiyi qrafikə uyğun olaraq yerinə yetirilməlidir.

1.2.3.11. HX-nin və cərəyan naqillərinin yoxlanılması zamanı aşağıdakıları yoxlamaq lazımdır:

a) trassanın yanğınaqarşı vəziyyəti: HX-nin mühafizə zonasında tikililər, ot tayaları, meşə qalaqları, naqilllərə doğru əyilən və ya təhlükəli yanaşan ağaclar, yanar materialların bir yerə yığılması və tonqallar olmamalıdır, HX-ni istismar edən istehlakçının yazılı razılığı olmadan işdən kənar qurumlar tərəfindən işlər aparıla bilməz;

b) özüllərin, artırmaların vəziyyəti: özüllərin ətrafında çökmə və ya şişmə, özüllərdə (artırmalarda) çat və zədələr olmamalı, dərinlik kifayət qədər olmalıdır;

c) dayaqların vəziyyəti: onlarda əyilmələr və ya qruntda sürüşmələr olmamalıdır, ağac dayaqlarda görünən çürümələr, taxta detallarında yanma və parçalanmalar, dəmir dayaqlarda bandajlarının, qaynaq tikişlərinin, boltla və pərçim birləşmələrinin tamlığının pozulması, dəmir-beton dayaqlarda metal elementlərin aralanması, metalın korroziyası, çatlar və zədələnmələr, onlarda quş yuvaları və digər kənar əşyalar olmamalıdır. Dayaqlar üzərində plakatlar və təhlükəsizlik işarələri olmalıdır;

ç) naqil və trosların vəziyyəti: HX layihəsində nəzərdə tutulmuş, ayrı-ayrı məftillərdə qırılma və ərimə, naqillərin və trosların üzərinə atmalar, onların tənzimlənməsində pozulmalar, sallanma oxunda dəyişikliklər və məftillərdən yerə və obyektə kimi olan məsafələrdə dəyişiklik halları olmamalıdır.

e) cərəyan naqillərinin elastik şinlərinin vəziyyəti: məftillərin həddən artıq burulması, açılması və partlaması olmamalıdir;

ə) izolyatorların vəziyyəti: sınıqlar, yanıqlar, çatlar, çirklənmələr, emalında zədələnmələr, oxlu izolyatorları oxa və ya qarmağa səhv taxmalar, mühafizə buynuzlarında zədələnmələr olmamalıdir; asma izolyator zəncirələrinin oxdan yolverilməz meyillənməsi olmamalıdır; qaykalar və ya şplintlər yerində olmalıdır;

f) armaturun vəziyyəti: onda çatlar, ayrı-ayrı hissələrdə sürtünmə və deformasiyalar olmamalıdır;

g) HX-də elektrik boşaldıcıların, kommutasiya aparatlarının və endirmələrdə kabel uc muftalarının vəziyyəti: dayaqlarda və yerdə torpaqlayıcı naqillərdə zədələnmə və ya qırılmalar, trosun ildırımdan mühafizəsi və ya dayağın gövdəsi ilə bolt birləşmələri kontaktlarında pozulmalar, korroziya ilə torpaqlayıcı qurğuların elementlərində dağılmalar olmamalıdır.

1.2.3.12. HX-də və cərəyan naqillərində profilaktiki yoxlamalar və tədbirlər elektrik avadanlıqlarının sınağı üzrə normalarla (müvafiq qurumların qəbul etdiyi normativ sənədlərin tələblərinə uyğun) nəzərdə tutulmuş həcm və müddətlərdə yerinə yetirilir.

1.2.3.13. HX və cərəyan naqillərinə baxış zamanı və profilaktik yoxlama və tədbirlər prosesində aşkarlanan nasazlıq istismar sənədlərində (jurnalda və ya qüsurlar siyahısında) qeyd olunmalı və onların xarakterindən asılı olaraq istehlakçının elektrik təsərrüfatına görə məsul şəxsinin tapşırığı ilə qısa müddətdə aradan qaldırılmalıdır.

HX-nin qüsurlu dayaqların detalları və digər elementləri üzrə istismar icazələri və çıxdaş normaları elektrik avadanlığının sınağı normalarına uyğunlaşdırılmalıdır (müvafiq qurumların qəbul etdiyi normativ sənədlərin tələblərinə uyğun).

1.2.3.14. Texniki xidmət və təmir işləri, bir qayda olaraq, minimal müddətdə HX-nin aşılması hesabına kompleks şəkildə təşkil olunmalıdır. Bu işlər fazasının bir xəttini açmaqla (fazalı təmir) və gərginliyi çıxarmadan aparıla bilər. Bir fazanın kəsilməsi və gərginliyi çıxarmadan HX-də aparılan işlər xüsusi təlimatlara uyğun yerinə yetirilir.

1.2.3.15. HX-nin texniki xidmət və təmiri zamanı xüsusi maşınlar, mexanizmlər, nəqliyyat vasitələri, avadanlıq, alət və ləvazimatlardan istifadə olunmalıdır.

HX-də işləri yerinə yetirən briqadalar istehlakçının rəhbər işçiləri və dispetçer məntəqələri ilə əlaqə saxlayan avadanlıqlarla təchiz edilməlidir.

1.2.3.16. HX dayaqlarında və digər elementlərində, cərəyan naqillərində, habelə dayağın qrunta bərkidilməsi üsulunda konstruktiv dəyişikliklər yalnız texniki sənədlər (əsaslandırılma) və istehlakçının elektrik təsərrüfatına cavabdeh şəxsinin yazılı icazəsi olduqda aparıla bilər.

Bütün hallarda konstruktiv dəyişikliklərin texniki əsaslandırılması müvafiq qurumların qəbul etdiyi normativ sənədlərinə, tikinti norma və qaydalarına və s.) normativ-texniki sənədlərin tələblərinə uyğun olmalıdır.

1.2.3.17. HX trassını vaxtaşırı kol və ağaclardan təmizləmək və yanğında qarşı təhlükəsiz vəziyyətdə saxlamaq lazımdır. Layihə ilə müəyyən edilmiş cığırların eni saxlanılmalı və ağacların kəsilməsi işləri həyata keçirilməlidir.

1.2.3.18. Sinklənməmiş metal dayaqlarının və dəmir-beton və taxta dayaqların metal elementlərinin, eləcə də polad burazlardan və kanatların korroziyaya qarşı örtüyü istehlakçının elektrik təsərrüfatına cavabdeh şəxsinin göstərişi ilə bərpa olunmalıdır.

 1.2.3.19. İntensiv çirklənməyə məruz qalmış HX və cərəyan naqilləri sahələrində xüsusi və gücləndirilmiş izolyasiya işləri aparılmalı, zərurət yarandıqda isə izolyasiyanın təmizlənməsi (yuyulması) və izolyatorların dəyişdirilməsi prosesi yerinə yetirilməlidir.

Quşların izolyasiyanı intensiv çirkləndirmə zonalarında və onların kütləvi şəkildə yuva qurduqları yerlərdə zəncirlər üzərinə qonmasını istisna edən və ya onları hürküdən qurğular quraşdırılmalıdır.

1.2.3.20. HX-nin istismarı zamanı fəaliyyət göstərən HX və HX-nin yuxarısından keçən naqil və ya trosda olan digər HX-i ilə kəsişən aralarda yalnız bir birləşməyə yol verilir; aralarda rabitə və siqnallama, həmçinin radioötürücü şəbəkələrinin xətlərinin birləşməsinə icazə verilmir. Aşağıdan keçən 1000 V HX –də naqil və ya trosların birləşmələrinin sayı reqlamentləşdirilmir.

1.2.3.21. İntensiv şəkildə buz bağlamasına məruz qalmış 1000 V-dan yuxarı gərginlikli HX-də buz bağlamasının elektrik cərəyanı ilə əridilməsi işi yerinə yetirilməlidir.

HX-ni istismar edən istehlakçı, HX-də buz təbəqəsinin yaranması prosesinə nəzarət etməli və yolların buz bağlamasının əridilməsi sxeminin həyata keçirilməsini təmin etməlidir; Buz bağlaması əridilən HX, bir qayda olaraq, buz bağlaması və əridilmə prosesi üzrə avtomatik nəzarət və siqnallama qurğuları ilə təchiz olunmalıdır.

 Əritmə metodun seçilməsi HX-nin iş şəraiti (şəbəkəsinin sxemi, istehlakçıların yükü, buz bağlaması zonası, xətlərin açılmasının mümkünlüyü, və s) ilə təyin olunur.

1.2.3.22. HX-ni istismar edən istehlakçı onu saz vəziyyətdə saxlamalıdır:

a) HX-nın gəmiçilik və ya axıdılma çayları, göllər, su anbarları, kanallar ilə kəsişdiyi sahillərdə, elektroenergetika sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təyin olunmuş siqnal işarələri;

b) HX dayaqları üzərində qurulmuş işıq hasarları, hündür maneələrin işıqdan markalanması və hasarlanması qaydalarının tələblərinə uyğun olaraq;

c) dayaqlar üzərində qurulmuş daimi nişanlar, HX layihəsinə və normativ texniki sənədlərin tələblərinə uyğun olaraq.

1.2.3.23. HX-ni istismar edən istehlakçı HX-nin kəsişmələrində, şose yolları ilə kəsişdiyi yerlərdə, eləcə də qabaritsiz yük maşınları və kranların hərəkəti mümkün olan qabaritli qapılarda HX-nin dəmir yolları ilə kəsişdiyi yerlərdə quraşdırılmış qabarit nişanlarının saz vəziyyətdə olub-olmamasına nəzarət etməlidir. Kəsişmələrdə qabaritli qapıların və nişanlarının quraşdırılması və onlara xidmət işləri dəmir və şose yollarının tabeçiliyində olan qurum tərəfindən yerinə yetirilir.

1.2.3.24. Yerə qapanma cərəyanı kiçik 6-35 kv-lıq elektrik şəbəkələrində, qısaqapanma aradan qaldırılanadək torpaqlanmış fazası ilə HX-də işlərin aparılmasına icazə verilir. Bu zaman heyət qısa müddətdə zədələnmiş yeri müəyyən edib nəticələrini aradan qaldırmalıdır (bax: həmçinin bu Qaydaların 1.2.7.17-ci yarımbəndi).

1.2.3.25. Yüksək tezlikli telemexanika və rabitə kanalları olan HX-də aparılan təmir işləri zamanı bu kanalları işləyən vəziyyətdə saxlamaq üçün, torpaqlayıcı qismində səyyar torpaqlama çəpərlərindən istifadə etmək lazımdır.

1.2.3.26. 110-220 kv gərginlikli HX-nin, həmçinin 6-35 kv-lıq fazalararası zədələnmiş yerlərin distant şəkildə müəyyən edilməsi üçün xüsusi cihazlar quraşdırılmalıdır. Lehimi açılmış 6-35 kv gərginlikli HX-lərdə zədələnmiş sahələrdə göstəricilər quraşdırılmalıdır.

6-35 kv-luq HX-də yerə qapanmaların təyin edilməsi üçün istehlakçılar səyyar cihazlarla təchiz edilməlidir.

1.2.3.27. HX-də qəza hallarının vaxtında aradan qaldırılması məqsədilə, istehlakçılarda müəyyən olunmuş normalara əsasən material və detal ehtiyatı saxlanılmalıdır.

1.2.3.28. Kənd təsərrüfatı sahələrindən keçən HX-də planlı təmir və onların yenidən qurulması işləri bu torpaqdan istifadə edənlərlə razılaşdırılmaqla aparılmalıdır.

HX-də baş verən pozuntuların qarşısının alınması və nəticələrinin aradan qaldırılması işləri ilin istənilən fəslində torpaqdan istifadə edənlərlə razılaşdırılmadan, lakin aparılan işlər barədə onlara xəbərdarlıq edilməklə aparıla bilər.

1.2.3.29. Digər istehlakçılara məxsus HX-nin və başqa təyinatlı xətlərin naqillərinin dayaqları üzərində birgə asqı zamanı HX-də planlı təmir işləri bu istehlakçılarla razılaşdırılmış müddət ərzində həyata keçirilməlidir. Qəzalarda təmir işləri istehlakçılar məlumatladırılmaqla aparılmalıdır. Ona məxsus naqillərdə iş aparan kənar istehlakçı, işləri HX-ni istismar edən istehlakçı ilə işlərin başlanmasından ən azı 3 gün öncə razılaşdırmalıdır.

1.2.3.30. HX-nin və cərəyan naqillərinin istismarı yerli təlimatlara uyğun olaraq hazırlanmış və işə buraxılmış, HX-nin xidmət heyəti tərəfindən yerinə yetirilməlidir.

 

1.2.4. Kabel xətləri

 

1.2.4.1. Qaydanın bu yarımbəndi 0,4-220 kV-dək gərginlikli elektrik kabel xətləri üçün tətbiq olunur.

1.2.4.2. 1000 V-ə kimi və daha yüksək gərginlikli kabel xətləri (KX) istismara verildikdə tikinti işləri üzrə norma və qaydalar, həmçinin sahə üzrə qaydalarda qəbul üçün nəzərdə tutulmuş sənədlərdən başqa, aşağıdakı texniki sənədlər hazırlanmalı və müştəriyə təqdim edilməlidir:

a) 110 kV və daha yüksək gərginlikli kabellər üçün təshih edilmiş (yenidən işlənmiş) KX üzrə layihə kabel istehsalçı və istismar təşkilatı ilə razılaşdırılmalıdır;

b) trassın həmin rayonunda kommunikasiyanın inkişafından asılı olaraq, 1:200 və ya 1:500 miqyasda hazırlanmış birləşdirici muftaların quraşdırılması yerlərinin göstərilməsi ilə həmin marşrutun icra cizgisi;

c) 20 kV və daha yüksək gərginlikli və xüsusilə 6 və 10 kV gərginlikli KX marşrutları üçün yolların və digər kommunikasiyaların kəsişməsində KX-nin profilinin cizgisi;

ç) kabellərin bütün yeraltı kommunikasiya xətləri ilə kəsişməsini və yaxınlaşmasını göstərməklə inşaat işlərinin və qapalı işlərin aparılması aktları;

d) qazma işlərinin, blokların, boruların, kanalların, tunellərin və kollektorların döşənməsi üçün montaja qəbul aktları;

e) uyğunluq sertifikatları və kabellərin zavod pasportları;

f) barabanların üzərindəki kabellərin vəziyyəti və zərurət olduqda nümunələrin sökülməsi və yoxlanılması protokolları;

g) kabel jurnalı;

ğ) aşağı temperaturda döşənmədən əvvəl barabanlarda kabellərin qızması protokolu;

i) izolyasiya müqavimətinin ölçülməsinin nəticələrini əks etdirən sənədlər;

j) döşənmədən sonra KX-nin (1000 V-dan yuxarı gərginlikli KX-ləri üçün) yüksək gərginlikdə izolyasiyasının sınaq protokolları;

l) kabel muftalarının quraşdırılması üçün sənədlər;

m) bağlanmadan əvvəl qanovlarda və kanallarda yerləşdirilmiş kabellərin yoxlanılması aktları;

n) KL-nin elektrokimyəvi korroziyadan mühafizəsi qurğularının quraşdırılması aktı, həmçinin korroziya sınaqlarının nəticələrinə dair sənədlər;

o) avtomatik yanğın söndürmə və yanğın siqnallaması sistemlərinin yoxlanılması və sınağı aktı.

p) kabel xəttinin istismara qəbulu aktı.

Yuxarıda göstərilən sənədlərə əlavə olaraq, 110 kV və daha yuxarı gərginlikli KX-lərinin istismara qəbulu zamanı, quraşdırma təşkilatı sifarişçiyə əlavə olaraq aşağıdakı sənədləri təqdim etməlidir:

q) aşağı təzyiqli yağ doldurulmuş 110-220 kV gərginlikli kabellər üçün kabel və qidalanma avadanlıqlarının hündürlük icra qiymətləri;

r) xətlərin bütün elementlərindən yağın (mayenin) sınağının nəticələri haqqında sənədlər; yüksək təzyiqli yağ doldurulmuş kabellər üçün qidalandırma aqreqatlarının sınağı nəticələri haqqında sənədlər; təzyiqin siqnallama sistemlərinin yoxlanmasının nəticələri haqqında sənədlər;

s) çəkilmə zamanı ağırlıq qüvvələri aktı;

t) döşənmədən sonra yüksək elektrik gərginliyə malik mühafizə örtüklərin sınaqdan keçirilməsi aktı;

u) kabel, mufta və qidalanma avadanlıqları üçün zavod sınağı protokolları;

v) uc muftalarının avtomatik qızdırılma qurğusunun sınağının nəticələri haqqında sənədlər;

y) 110 kV-lıq gərginlikli yağ doldurulmuş alçaq təzyiqli və plastmas izolyasiyalı kabellərin hər bir fazasının elektrikkeçirici damarı və örtüyü üzrə cərəyanın ölçməsinin nəticələri haqqında; kabellərin tutumunun ölçülməsinin nəticələri haqqında; quyuların və uc muftaların yerəbirləşdiricilərinin müqavimətinin ölçülməsinin nəticələri haqqında protokol.

1.2.4.3. Yenidən qurulmuş KX-nin istismara qəbulu zamanı testlər müvafiq qurumların qəbul etdiyi normativ sənədlərin tələblərinə uyğun olaraq həyata keçirilməlidir.

1.2.4.4. KX-nin sahibi olan istehlakçı (istismar təşkilatı) KX quraşdırma təşkilatlarının inşa etdiyi bütün gərginlikli KX-nin çəkilməsi və quraşdırılmasına texniki nəzarət həyata keçirməlidir.

Şlanq örtüklü, zirehlənməmiş kabelləri çəkərkən və istismara verilən zaman, şlanqların vəziyyətinə xüsusi diqqət yetirilməlidir. Birbaşa qırılmalaları, deşikləri və çatları olan şlanqlı kabellər təmir olunmalı və ya dəyişdirilməlidir.

1.2.4.5. Hər bir KX-nin 1.2.4.2-ci yarımbənddə göstərilən nömrə və ya adı göstərən sənəd də daxil olmaqla, pasportu olmalıdır.

Açıq döşənmiş kabellər, eləcə də bütün kabel muftaları birkalarla təchiz olunmalıdır. Xəttin başında və sonunda kabel birkalarının üzərində xəttin markası, gərginliyi, kəsişməsi, nömrəsi və ya adı göstərilməli, birləşdirici muftaların birkaları üzərində isə muftanın nömrəsi və quraşdırılma tarixi göstərilməlidir.

Birkalar ətraf mühitə davamlı olmalıdır. Onlar açıq şəkildə çəkilmiş kabellərdə, həmçinin marşrut döngələrində və kabellərin odadavamlı arakəsmə və örtüklərdən (hər iki tərəfdən) keçdiyi yerlərdə hər 50 m-dən bir məsafədə yerləşdirilməlidir.

1.2.4.6. Hər bir KX üçün, istismara verilən zaman ən yüksək buraxıla bilən cərəyan yükləri təyin olunmalıdır. Yüklər ən əlverişsiz soyutma şəraitində ən azı 10 m uzunluğunda marşrut sahəsi üzrə təyin edilməlidir. Bu yüklərin artması, istilik temperaturunun sınaqdan keçirilməsinə əsaslanaraq, damarlar üçün istilik temperaturunun dövlət standartlarında və ya texniki şərtlərdə verilən uzunmüddətli buraxıla bilən temperaturdan yüksək olmaması şərtilə mümkündür. Bu halda, kabellərin qızması yoxlamaları, marşrutun ən əlverişsiz soyutma şəraitində olan sahələlərində aparılmalıdır.

1.2.4.7. Kabel qurğularında və digər otaqlarda kabellərin istilik iş rejiminə, hava temperaturuna və havalandırma cihazlarının işinə sistematik şəkildə nəzarət həyata keçirilməlidir.

Yaz aylarında kabel tunellərinin, kanallarının və şaxtlarının içərisində havanın temperaturu açıq havada olan hərarətdən 10 °C-dən çox olmamalıdır.

1.2.4.8. Qəzanın ləğv edilməsi dövründə polietilen və polivinilxlorid plastiklə izolə edilmiş kabellər üçün 15%, rezin və vulkanlaşmış polietilen izolyasiyalı kabellər üçün isə 18% gün ərzində 6 saatdan çox olmamaqla 5 gün ərzində, bir ildə isə 100 saatdan çox olmamaq şərtilə cərəyanın artıq yükənməsinə icazə verilir, bir şərtlə ki bu günlərin qalan dövrlərində yük uzunmüddətli buraxıla bilən qiymətdən böyük olmasın.

15 ildən çox müddətdə istismarda olan kabellər üçün ifrat yüklənmələr 10% -ə kimi azaldılmalıdır.

Kağız izolyasiyalı 20 və 35 kV gərginlikli kabellərin ifrat yüklənməsi yolverilməzdir.

1.2.4.9. Yağ doldurulmuş kabellərdən hər bir KX-i və ya onun 110-220 kV-luq seksiysı üçün xətt profilindən asılı olaraq KX-nin açılması, pozuntuların aşkar edilməsi və aradan qaldırıldıqdan sonra qoşulmasının mümkün olması, həmçinin sapınmalar zamanı, yağın təzyiqinin buraxıla bilən sərhəd qiymətləri yerli təlimatlara uyğun təyin olunmalıdır.

1.2.4.10. Yağ doldurulmuş kabellərdən yağ nümunəsi və 110 kV və daha yüksək gərginlikli plasmas izolyasiyalı kabellərin uc muftalarından mayelər nümunələri, yeni xətt işə salındıqdan sonra, xəttin işə salınmasından 1 il keçdikdən, daha sonra 3 ildən sonra və hər 6 ildən bir götürülməlidir. Yağ və mayenin nəzarət parametrlərin göstəriciləri elektrik avadanlıqlarının sınaqları üçün standartlara (müvafiq qurumların qəbul etdiyi normativ sənədlərin tələblərinə) uyğun olmalıdır.

1.2.4.11. Neytralı izolə olunmuş və ya kompensasiya olunmuş şəbəkələrdə birfazalı yerəqapanma olduqda, şəxsi heyət bu barədə bəsləyici yarımstansiyasında olan enerji təchizatının təşkili şəbəkəsi üzrə növbətçini dərhal məlumatlandırmalı və bundan sonra onların təlimatlarına uyğun olaraq fəaliyyət göstərməlidir.

1.2.4.12. KX-nin yükləri elektrik avadanlıqlarının sınaq normaları və həcmləri ilə müəyyən edilmiş müddət ərzində mütəmadi olaraq ölçülməlidir (müvafiq qurumların qəbul etdiyi normativ sənədlərin tələblərinə uyğun). Bu ölçmələr əsasında KX-nin iş rejimləri və sxemləri dəqiqləşdirilməlidir.

1.2.4.13. 35 kV-dək gərginlikli KX-lərə baxış aşağıdakı qaydada yerinə yetirilməlidir:

a) yerə döşənən kabel trassları- ən azı 3 aydan bir;

b) estakada, tunel, blok, kanal və qalereyalarda, o cümlədən binaların divarları boyunca çəkilən kabel trassları - ən azı 6 aydan bir;

c) kabel quyuları - ən azı 2 ildən bir;

ç) sualtı kabellər - yerli təlimatlara uyğun olaraq, istehlakçının elektrik təsərrüfatına cavabdeh şəxs tərəfindən təyin edilmiş müddətdə.

1.2.4.14. 110-220 kV gərginlikli KX-lərin yoxlanılması aşağıdakı qaydada aparılmalıdır:

a) yerə döşənən kabel trassları - ən azı ayda 1 dəfə;

b) kollektorlar və tunellərdə qoyulan kabel trassları - ən azı 3 aydan bir;

c) yağ (maye) təzyiqininin siqnallaması olduqda bəsləyici məntəqələr - ayda ən azı 1 dəfə (Yağ (maye) təzyiqininin siqnallaması olmadıqda, bəsləyici məntəqələr və sualtı kabellər - istehlakçının elektrik təsərrüfatına məsul şəxsi tərəfindən yerli təlimatlara əsasən təyin etdiyi müddətdə).

Açıq şəkildə çəkilmiş KX-lər üçün 1000 V-dan yüksək gərginlikli muftalarının yoxlanılması hər bir elektrik avadanlığının yoxlanılması aparılarkən tələb olunmalıdır.

1.2.4.15. 6 ayda 1 dəfədən az olmamaqla dövri olaraq seçmə üsulu ilə yoxlamalar inzibati-texniki işçi heyəti tərəfindən həyata keçirilməlidir.

Daşqınlar zamanı, ağır leysan yağışlardan sonra və KX söndürülən zaman rele mühafizəsindən sonra növbədənkənar yoxlamalar həyata keçirilməlidir.

Yoxlamalar zamanı aşkar edilmiş qüsurlar barədə məlumatlar qüsur və qəza qeydləri jurnalında qeyd edilməlidir. Nasazlıq mümkün qədər tez aradan qaldırılmalıdır.

1.2.4.16. Daimi növbətçi heyəti olan yarımstansiyalarda tünellərin (kollektorların), şaxta və kanalların yoxlanılması, müntəzəm olaraq ayda ən azı 1 dəfə, daimi növbətçi heyəti olmayan yarımstansiyalarda isə bu qurğuların yoxlanılması İstehlakçının elektrik avadanlıqları üçün təyin etdiyi müddətdə yerli təlimatlarına əsasən həyata keçirilməlidir.

1.2.4.17. Kabel qurğularında yanğın siqnalı və yanğınsöndürmə qurğusunun işlək olmasının sınaqdan keçirilməsi müddəti yerli təlimatlarla təyin olunmalıdır.

1.2.4.18. Tüneller, kolektorlar, kanallar və digər kabel qurğuları təmiz saxlanmalı, kabel qurğularında çəkilmiş kabellərin metal qolsuz zirehləri və kabellərin çəkildiyi qeyri-metal örtüklü metal konstruksiyallar müntəzəm olaraq yanmayan antikorroziya birləşmələrlə örtülməlidir.

Kabel qurğularında hər hansı materialın saxlanılmasına icazə verilmir.

Su daxil olan kabel qurğuları qrunt və yağış sularının çəkilməsi üçün vasitələrlə təchiz edilməlidir.

1.2.4.19. Elektriklənmiş dəmir yolu nəqliyyatı olan və ya KX-də aqressiv qruntlu ərazilərdə, azmış cərəyanın ölçülməsi aparılmalı, KX-nin (və ya ayrı-ayrı hisssələri) potensial diaqramları və torpaq korroziya zonalarının xəritələri tərtib edilməli onlara sistemli olaraq düzəlişlər olunmalıdır. Bütün yeraltı kommunikasiya xətləri üçün birgə korroziyaya qarşı mühafizənin olduğu şəhərlərdə potensial diaqramların çəkilməsi tələb olunmur.

Kabellərin potensialları, azmış çərəyan zonalarında, elektrik kabellərinin katod mühafizəsi olan boru kəmərləri və rabitə kabelləri ilə birləşdiyi yerlərdə və korroziyaya qarşı mühafizə qurğuları ilə təchiz edilmiş kabelli ərazilərdə ölçülməlidir. Şlanq mühafizə örtüklü kabellərdə anti-korroziya örtüklərinin vəziyyəti də nəzarət olunmalıdır.

1.2.4.20. Tabeliyində KX olan istehlakçı elektrik enerjisi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq, torpaq sahəsindəki azmış cərəyan qiymətlərinin azaltması üçün, elektrikləşdirilmiş dəmir yolu nəqliyyat idarələrinin və xidmətlərinin yerinə yetirdikləri tədbirlərə nəzarət etməlidir.

KX-də elektrik, torpaq və kimyəvi korroziyaya görə metal örtüklərin məhv edilməsi təhlükəsi aşkar edildikdə, bunun qarşısını almaq üçün tədbirlər görülməlidir.

KX-də mühafizə qurğularına yerli təlimatlara uyğun olaraq nəzarət həyata keçirilməlidir.

1.2.4.21. Kabel trasslarının qazılması və ya onların yaxınlığında torpaq işləri, yalnız KX-nin keçdiyi ərazinin rəhbərliyindən və KX-nı idarə edən təşkilat üçün təşkilatın rəhbərliyindən müvafiq icazə alındıqdan sonra yerinə yetirilməlidir. İcazə KX-ın yeri və dərinliyini göstərən plan (sxem) ilə müşayiət olunmalıdır. Kabel xəttinin yeri həm plan (sxem), həm də iş yerində müvafiq işarə və ya yazılarla göstərilməlidir. Bu halda, icraçı işlərin bütün dövrlərində kabellərin təhlükəsizliyinə nəzarəti təmin etməli və mexaniki zədələrdən mühafizə və onların əyilməsinin qarşısını almaq üçün açıq kabelləri möhkəmləndirməlidir. İş yerində siqnal işıqları və xəbərdarlıq plakatları quraşdırılmalıdır.

1.2.4.22. Kabellərin yerini və onların dərinliyini aydınlaşdırmaq üçün qazıntı işlərindən əvvəl KX-ni istismar edən istehlakçının elektrotexniki heyətinin nəzarəti altında kabel xəttinin şurflanması (nəzarət açılması) yerinə yetirilməlidir.

Sxemdə göstərilməyən kabellər və ya digər rabitə qurğuları üçün torpaq xəndəyi qazılan zaman boru kəməri aşkar edildikdə, işin dayandırılması və elektrik avadanlığı üçün cavabdeh olan şəxsi məlumatlandırmaq lazımdır. Kabel və yeraltı qurğuların döşəndiyi yerlərdə xəndək və səkilər xüsusilə ehtiyatla 0,4 m və daha dərinlikdə və yalnız bellə qazılmalıdır.

1.2.4.23. Qış dövründə torpağın donması zamanı kabellərin keçdiyi yerlərdə 0,4 m-dən daha dərinlikdə qazıntılar qruntun istiləşməsi ilə həyata keçirilməlidir. Eyni zamanda, qızdırılan təbəqənin səthindən kabellərə kimi bir torpaq qatının ən azı 0,15 m qalınlığında saxlanmasını təmin etmək lazımdır. Donu açılmış qrunt bellə çıxarılmalıdır.

Zərbə alətlərindən istifadəyə icazə verilmir.

1.2.4.24. Kabeldən 1 m-dən daha yaxın məsafədə qazma maşınları ilə qazma işləri, həmçinin kabellərin üstündən, qrunt torpağı kabeldən 0,3 m-dən az məsafə qaldıqda bu dərinliyi qazmaq üçün sındırıcı çəkiclərdən, linglərdən və külüngdən istifadə edilməsinə icazə verilmir.

Zərbə və titrəyişyükləmə mexanizmlərinin istifadəsinə kabellərdən ən azı 5 m məsafədə icazə verilir.

Partlatma işlərin aparılması üçün əlavə texniki şərtlər verilməlidir.

1.2.4.25. Kabel xəttinin sahibi (balans sahibi) və istismar təşkilatı, kabel trasslarının keçdiyi ərazidə yerləşən qurum və təşkilatları, eləcə də əhalini həmin trassların yaxınlığında torpaq işlərinin aparılması proseduru barədə mütəmadi olaraq məlumatlandırmalıdır.

1.2.4.26. Elektrik avadanlıqlarının sınaq standartlarına (müvafiq qurumların qəbul etdiyi normativ sənədlərin tələblərinə) uyğun olaraq, KX-in yüksək sabit gərginliklə profilaktik sınaqları həyata keçirilməlidir.

Təmirdən sonra və ya trassların üstünün açılması ilə əlaqədar olaraq, eləcə də KX-nin avtomatik olaraq açılmasından sonra KX-də növbədənkənar sınaqların aparılmasının zəruriliyi kabel xəttinin sahibi istehlakçının rəhbərliyi tərəfindən təyin edilir.

110-220 kV-lik KX-nin sınaqdan keçirilməsi yalnız enerji təchizatı müəssisəsinin icazəsi ilə yerinə yetirilir.

1.2.4.27. 20-35 kV gərginlikli kabellərin vertikal sahələrində izolyasiyanın quruması nəticəsində yaranan elektrik deşilmələrinin qarşısını almaq üçün, onlar mütəmadi olaraq əvəz olunmalı və ya dayaq muftaları quraşdırılmalıdır.

20-35 kV gərginlikli axmayan hopdurucu kütlə və plastik izolyasiyalı kabelləri və ya qazdoldurulmuş kabellərin vertikal bölmələrin izolyasiya şəraitinə və onların dövri şəkildə dəyişdirilməsinə əlavə nəzarət tələb olunmur.

1.2.4.28. Zədələnmiş kabellərin iş zamanı və profilaktik sınaqlar zamanı izolyasiyası elektrik deşilməsindən zədələnən kabel muftalarının nümunələri zədələnmənin səbəblərini müəyyən etmək və onların qarşısını almaq məqsədilə tədbirlər hazırlamaq üçün laboratoriya müayinələrinə məruz qalmalıdır. İstehsalçılara reklamasiya təqdim olunduqda zavod qüsurları olan zədələnmiş nümunələr ekspertlərin müayinəsi üçün saxlanılmalıdır.

1.2.4.29. 6-10 kV gərginlikli kabel xətləri seksiyalanma yerlərində xətlərin zədələnmə işarələri ilə təchiz olunmalıdır.

 

1.2.5. Elektrik mühərrikləri

 

1.2.5.1. Qaydanın bu yarımbəndi sabit və dəyişən cərəyanlı elektrik mühərriklərinə şamil edilir.

1.2.5.2. Elektrik mühərrikləri, eləcə də onları işəsalma-tənzimləmə və mühafizə qurğuları həmçinin bütün elektrik və köməkçi avadanlıqları müvafiq qurumların qəbul etdiyi normativ sənədlərə uyğun olaraq seçilir və quraşdırılır.

1.2.5.3. Elektrik mühərrikləri və onların idarə etdiyi mexanizmlərin üzərində fırlanma istiqamətini göstərən oxlar çəkilməlidir.

Elektrik mühərrikləri və işəsalma-tənzimləmə qurğularının üzərində onların aid olduğu aqrerqatın və (və ya) mexanizmin adını göstərən yazı olmalıdır.

1.2.5.4. Qoruyucuların əriyən taxmaları kalibrlənməli və istehsalçı tərəfindən və ya istehlakçının uyğun avadanlığa malik və ya qoruyucuların kalibrlənməsinə səlahiyyəti olan bölməsində qoyulmuş nominal cərəyanı göstərməklə damğalanmalıdır. Kalibrlənməmiş taxmaların istifadəsinə icazə verilmir. 1000 V-dək gərginlikli mühərriklərin mühafizəsi üçün üçqütblü avtomat açarlarından istifadə olunur.

1.2.5.5. Elektrik mühərriklərinin elektrik enerjisi ilə bəslənməsi qısa zaman kəsildikdə texnoloji prosesin şərtlərinə və yol verilən təhlükəsizlik şərtlərinə görə mexanizmləri işdə saxlamaq üçün təkrar gərginlik verildikdə məsul mexanizmlərin elektrik mühərriklərinin öz-özünə işə salınması təmin edilməlidir.

1.2.5.6. Öz-özünə işə salınan məsul mexanizmlərin siyahısı istehlakçının texniki rəhbərliyi tərəfindən təsdiq edilməlidir.

1.2.5.7. Tozlu və yüksək rütubətli otaqlarda quraşdırılmış üfürülən elektrik mühərriklərinə temperaturu və miqdarı istehsalçının istismar sənədlərinə uyğun olan təmiz soyuducu havanın çatdırılmasını təmin edən qurğularla təchiz edilməlidir.

1.2.5.8. Soyutma yolunun sıxlığı (elektrik mühərrikinin gövdəsi, hava kanalları, qapaqlar) ən azı ildə 1 dəfə yoxlanmalıdır.

1.2.5.9. Podşipnikləri məcburi yağlanan elektrik mühərriklərində temperaturun podşipniklərin içliklərində temperatur artması zamanı elektrik mühərrikinin siqnalı və açılması əsasında işləyən mühafizə sistemi qurulmalıdır.

1.2.5.10. Bölüşdürücü qurğuların şinlərindəki gərginlik nominal qiymətin (göstəricinin) (100 - 105)% həddində saxlanmalıdır. Elektrik mühərriklərinin uzun müddətliyini təmin etmek üçün 110-dan yuxarı gərginlikdə və nominalın 90% -dən aşağı səviyyədə istifadəsinin tövsiyə edilmir.

1.2.5.11. Elektrik mühərriklərinin eyni zamanda gərginliyi nominaldan ±10%-dək və tezliyi ±2,5%-dək sapındıqda onun gücü saxlanılmalıdır, bir şərtlə ki, artırılmış gərginliklə və alçaldılmış tezliklə və ya artırılmış tezliklə və alçaldılmış gərginliklə işləyərkən, gərginlik və tezlik sapınmalarının mütləq qiyməti 10%-dən böyük olmasın.

1.2.5.12. Elektrik mühərriklərinin qrup yığmalarında və lövhələrində gərginliyin olub-olmamasına nəzarət üçün voltmetrlər və ya xəbərdarlıq lampaları nəzərdə tutulmalıdır.

1.2.5.13. Texnoloji prosesi stator cərəyanı ilə tənzimlənən mexanizmlərin, həmçinin texnoloji ifrat yüklənmələrə məruz qalan mexanizmlərin elektrik mühərrikləri işə salma lövhəsində və ya panellərində quraşdırılmış ampermetrlərlə təchiz edilməlidir. Ampermetrlər sinxron mühərriklərin təsirlənmə sxemlərinə daxil edilməlidir. Ampermetir şkalasında statorun (rotorun) uzunmüddətli buraxıla bilən və ya nominal qiymətlərinə uyğun qırmızı xətt olmalıdır.

Gücündən asılı olmayaraq, məsul mexanizmləri idarə etmək üçün istifadə olunan sabit cərəyanlı elektrik mühərrikləri üzərində lövbərin cərəyanına nəzarət edilməlidir.

1.2.5.14. Əgər istehsalçının istismar sənədlərində daha çox sayda işə salma yol verilmirsə qısa qapanmış rotorlu elektrik mühərriklərini soyuq haldan 2 dəfə, isti haldan isə 1 dəfə işə salmağa icazə verilir. Mühərrikin daha sonrakı işə salınmalarına bu növ mühərriklər üçün istehsalçı sənədləri ilə müəyyənləşdirilən müddət ərzində soyuduqdan sonra icazə verilir.

Mühərriklərin əsas mühafizə ilə açılma hallarında təkrar qoşulmasına mühafizənin işə düşməsinin səbəbləri aydınlaşdırıldıqdan və izolyasiyanın müqavimətinin yoxlama ölçmələri aparıldıqdan sonra icazə verilir.

Ehtiyatı olmayan məsul mexanizmlərin elektrik mühərrikləri üçün əsas mühafizə işə düşdükdən sonra bir təkrar qoşulmağa, mühərrikə xaricdən baxış keçirilməsinin nəticələri üzrə icazə verilir.

1.2.5.15. Uzun müddət ehtiyatda olan elektrik mühərrikləri, həmişə dərhal işə salınmağa hazır olmalıdırlar; onlar mütəmadi olaraq istehlakçıların texniki rəhbəri tərəfindən təsdiqlənmiş cədvəl üzrə mexanizmlərlə birlikdə yoxlanılmalı və sınaqdan keçirilməlidir. Bu halda isidilməsi olmayan, açıq havada quraşdırılmış elektrik mühərrikləri üçün stator sarğılarının izolyasiya müqaviməti və absorbsiya əmsalı yoxlanılmalıdır.

1.2.5.16. Elektrik mühərriklərin mexanizmlərlə birləşmiş podşipniklərində ölçülən titrəyişlərin şaquli və üfüqi göstəriciləri (titrəyiş sürətlərinin orta kvadratik qiyməti və ya rəqslərin ikiqat amplitudu), istehsalçının istismar sənədlərində göstərilən qiymətləri aşmamalıdır.

Texniki sənədlərdə bu cür göstərişlər olmadıqda elektrik mühərriklərinin mexanizmlər ilə birləşmiş podşipniklərinin titrəyişləri aşağıdakı göstəricilərdən yüksək olmamalıdır:

 

Sinxron fırlanma tezliyi, dövr/dəq.

3000

1500

1000

750 və aşağı

Podşipniklərin rəqsinin ikiqat amplitudu, mkm

30

60

80

95

 

Fırlanan işçi hissələri hissələri tez köhlənən, çətin vəziyyətdə işləyən müxanizmərlə birləşmiş, elektrik mühərriklərinin, həmçinin, istismar müddəti 15 ildən artıq olan elektrik mühərriklərinin podşipniklərinin aqreqatlarının işləməsinə, titrəyişlərin artması səbəblərini aradan qaldırmaq üçün lazım olan zaman müddətində işləməyə icazə verilir.  Bu şərtlər üçün titrəyiş normaları aşağıdakı göstəricilərdən yüksək olmamalıdır:

 

Sinxron fırlanma tezliyi, dövr/dəq.

3000

1500

1000

750 və aşağı

Podşipniklərin rəqsinin ikiqat amplitudu, mkm

30

100

130

160

 

Podşipniklərində titrəyişin ölçülməsinin dövrülüyü İstehlakçının texniki rəhbəri tərəfindən təsdiqlənmiş cədvəllə təyin edilir.

1.2.5.17. Elektrik mühərriklərinin yükünə, fırçalı aparata, titrəyişlərə, elektrik mühərrikinin temperatur elementlərinə və soyutma mühitinə (statorun dolaqlarına və nüvəsinə, havaya, podşipniklərə və s.) nəzarət, podşipniklərə xidmət (yağın tələb olunan səviyyəsinin saxlanılması) və soyuducu hava və suyun hava soyuducularına və dolaqlara çatdırılmasına, həmçinin elektrik mühərrikinin işə salınması və dayandırılmasına nəzarət mexanizmə xidmət edən heyət tərəfindən həyata keçirilməlidir.

1.2.5.18. Aşağıdakı hallarda elektrik mühərriklər şəbəkədən açılmalıdır:

a) insanlarla əlaqəli bədbəxt hadisə baş verən hallarda;

b) elektrik mühərrikinin gövdəsindən, həmçinin onun işəsalma-tənzimləyici aparatından və təsirlənmə qurğusundan tüstü və alov yarandıqda;

c) intiqal mexanizmi sındıqda;

ç) aqreqatın podşipniklərində titrəyişlər kəskin artdıqda;

d) podşipniklər istehsalçının istismar sənədlərində göstərilən buraxıla bilən temperaturdan ifrat yüksək qızdıqda.

İstismar təlimatlarında həmçinin elektrik mühərriklərinin gecikmədən söndürülməsi vacib olan digər hallar, həmçinin qəza halının aradan qaldırılması və elektrik mühərriklərinin işə salınmasının təyin olunması qaydaları göstərilə bilər.

1.2.5.19. Enerji sisteminin maksimal yüklənmə saatlarında sinxron elektrik mühərrikləri güc koefisientini qabaqlayan optimal göstərici ilə reaktiv güc generasiyası rejimində istismar olunur. Qabaqlayan güc koefisienti ilə işləyən iri sinxron elektrik mühərriklərinin (1000 kVt və yuxarı) iş rejimi enerji sistemi ilə razılaşdırılır.

1.2.5.20. Təmir işləri zamanı elektrik mühərriklərinin profilaktiki sınaqları və təmiri, onların çıxarılması və quraşdırılması İstehlakçının və ya podratçının təlim keçmiş əməkdaşları tərəfindən həyata keçirilməlidir.

1.2.5.21. Elektrik mühərriklərinin əsaslı və cari təmirinin dövrülüyü İstehlakçının texniki rəhbəri tərəfindən təyin edilir. Bir qayda olaraq, elektrik mühərriklərinin təmiri texnoloji aqreqatların təmiri ilə eyni vaxtda aparılmalıdır.

1.2.5.22. Elektrik mühərrikləri üzərindəki profilaktiki sınaqlar və ölçmələr elektrik avadanlıqlarının sınağının normaları və həcminə uyğun olaraq aparılmalıdır (müvafiq qurumların qəbul etdiyi normativ sənədlərin tələblərinə uyğun).

 

1.2.6. Rele mühafizəsi, elektroavtomatika, telemexanika və ikinci dövrələr

 

1.2.6.1. İstehlakçılara məxsus yarımstansiyalar, elektrik şəbəkələri və elektrik qurğuları qısaqapanmalardan və normal rejimlərin pozulmalarından, rele mühafizəsi qurğuları, avtomatika açarları və ya qoruyucuları vasitələri ilə mühafizə olunmalıdırlar və müəyyən edilmiş qaydalara uyğun olaraq elektroavtomatika və telemexanika vasitələri ilə təchiz olunmalıdırlar.

1.2.6.2. Rele mühafizəsi, avtomatlaşdırma və telemexanika qurğularına (bundan sonra - RMAT) və onların ikinci dövrələrinə texniki xidməti bir qayda olaraq, rele mühafizəsi avtomatika və ölçmələr xidmətinin (laboratoriyasının) heyəti olan mərkəzi, yerli və ya istehlakçının elektrik laboratoriyası yerinə yetirməlidir:

İstehlakçıda quraşdırılmış RMAT qurğularına xidmət üçün ixtisaslaşmış təşkilatların cəlb edilməsi mümkündür.

1.2.6.3. Rele mühafizəsinin sazlanma şərtləri üzrə və mümkün istismar rejimləri nəzərə alınmaqla, elektrik şəbəkəsinin qidalandırıcı elementlərinin buraxılabilən sərhəd yükləri istehlakçı tərəfindən enerji təchizatı müəssisəsinin dispetçer xidməti ilə razılaşdırmalı və dövri olaraq yenidən baxılmalıdır.

1.2.6.4. İstehlakçının rabitə xətlərinin rele mühafizəsi və avtomatika (bundan sonra - RMA) qurğuları üçün, həmçinin enerji təchizatı müəssisəsinin dispetçerinin əməliyyat idarəçiliyində və ya əməliyyat tabeliyində olan istehlakçının yarımstansiyalarında transformatorları (avtotransformatorları) üçün enerji təchizatı müəssisəsi ilə qoyuluşlar, enerji təchizatı müəssisəsinin müvafiq RMA xidmətləri ilə razılaşdırılmalıdır.

Qoyuluşları seçərkən, ehtiyatın avtomatik qoşulması (bundan sonra - EAQ) və avtomatik təkrar qoşulma qurğularının (bundan sonra - ATQ) mövcudluğu nəzərə alınmaqla seçmə qabiliyyəti təmin olunmalıdır. Bundan əlavə selektivlik üçün qoyuluşları təyin edərkən, texnoloji avtomatlaşdırma qurğusunun işləməsi və sex aqreqatlarının və digər mexanizmlərin bloklanması nəzərə alınmalıdır.

1.2.6.5. Əməliyyat cərəyanı dövrələrində mühafizə aparatları (qoruyucuların və avtomatika açarlarının) işinin selektivliyi təmin olunmalıdır. Hər bir elektrik qurğusunda mühafizə aparatının nominal cərəyanları və işləmə qoyuluşları göstərilməklə, istehlakçının elektrik təsərrüfatına cavabdeh şəxs tərəfindən təsdiqlənmiş, selektivlik kartı tərtib olunmalıdır.

1.2.6.6. Elektrik açarlarının altında qoruyucuların qəliblərinin altında birləşmənin adı və nominal cərəyanı dəqiq göstərən qeydlər olmalıdır.

1.2.6.7. İstismarda rele mühafizəsi qurğularının, elektrik avtomatika, telemexanika və ikinci dövrələrin (buraxıla bilən temperatur, rütubət, titrəyiş, işçi parametrlərin nominaldan sapınması, maneələrin səviyyəsi və s.) normal işləməsi üçün şərait təmin edilməlidir.

1.2.6.8. İstismarda olan RMAT qurğuları, istifadənin təyinatı və iş prinsipi, elektrik şəbəkəsinin iş rejimi və selektivlik şərtlərinə uyğun olaraq işdən çıxarılmalı olanlardan savayı daimi işdə qoşulmuş olmalıdırlar.

RMAT qurğularının planla iş prosesindən çıxarılması müvafiq ərizə-müraciət ilə rəsmiləşdirilməli və yuxarı səviyyəli əməliyyat heyətin icazəsi ilə (müvafiq olaraq) təyin edilməlidir.

RMAT qurğularının düzgün işləməməsi təhlükəsi yarandığı hallarda, rele qurğuları yuxarı səviyyəli işçi heyətinin icazəsini almadan prosesdən kənarlaşdırılmalıdır, lakin yerli təlimatlara və ərizənin işlənməsinə uyğun olaraq sonradan bildiriş göndərilməlidir. Bu halda, rele mühafizəsinin qalan qurğuları elektrik avadanlıqlarının və elektrik xətlərinin bütün növ zədələnmələrdən tam mühafizəsini təmin etməlidir. Bu şərtlərə riayət olunmadıqda, yerinə yetirilmədikdə, müvəqqəti mühafizə yerinə yetirilməli və ya birləşmələr açılmalıdır.

1.2.6.9. Qəza və xəbərdarlıq siqnallama qurğuları həmişə işə hazır rejimində olmalı və mütəmadi olaraq yoxlanılmalıdırlar.

Əməliyyat cərəyanın mövcudluğuna, ikinci dövrələrdə, həmçinin açarlarla idarə olunan dövrələrdə əməliyyat cərəyanın mövcudluğuna, qoruyucuların və avtomatik açarların işlək olmasına xüsusi diqqət yetirilməlidir.

1.2.6.10. RMAT qurğularında ixtisaslaşmış təşkilat tərəfindən sazlama işlərinin həyata keçirilməsi zamanı onların qəbulunu istehlakçının RMAT qurğularına texniki xidmət göstərən heyəti yerinə yetirir.

İstehlakçının belə heyəti mövcud olmadığı halda, onları daha yuxarı təşkilatın heyəti qəbul edir.

Yenidən quraşdırılmış qurğuların istismara qəbuluna icazə, rele mühafizəsi, avtomatika və telemexanika jurnalında qeyd olunmaqla, bu İstehlakçının (yuxarı qurum) nümayəndəsninin və sazlama təşkilatının məsul icraçısının imzası ilə rəsmiləşdirilir.

1.2.6.11. Qəbul olunmuş RMAT qurğularının istismara verilməsindən əvvəl aşağıdakı texniki sənədlər təqdim edilməlidir:

a) quraşdırma və sazlama zamanı düzəliş edilmiş layihələndirmə materialları (cizgilər və sxemlər, izahlı qeydlər, kabel jurnalı və s.) - montaj və sazlama təşkilatları tərəfindən;

b) zavod materialları (texniki təsvir və istismar təlimatları, elektrik avadanlıqlarının və aparatlarının pasportları və s.) - quraşdırma və sazlama şirkəti tərəfindən;

c) sazlama və sınaq protokolları – sazlama təşkilatı və yaxud istifadəçinin laboratoriyası tərəfindən.

1.2.6.12. Əgər istehlakçıda rele mühafizəsi və avtomatikanın proqramlaşdırılan mikroprosessorlu qurğuları quraşdırılırsa, ona aşağıdakı əlavə materiallar və xidmətlər təqdim olunur:

a) çatdırılan rele mühafizəsi, avtomatika və telemexanika qurğuları və avadanlıqları üçün istehsalçıların sınaq protokolları;

b) istifadəçi üçün proqram təminatı üzrə təlimatlar;

c) rele mühafizəsi, avtomatlaşdırma və telemexanika qurğularının və qrafik və digər zəruri redaktorlar daxil olmaqla güc avadanlıqlarının oyuqlarının funksiyalarının konfiqurasiyasını yerinə yetirmək üçün proqram təminatı.

Zəruri hallarda istismarçı təşkilatın heyətinə mikroprosessor mühafizəsinin ixtisaslaşdırılmış texniki və istismar xidmətinin metodikası ilə təlimlər keçirilir.

1.2.6.13. Hər RMAT qurğusunda aşağıdakı texniki sənədlər saxlanmalıdır:

a) pasport-protokol;

b) metodik göstərişlər və ya texniki xidmət üzrə təlimatlar;

c) xəritələr və ya qoyuluşların (və ya xarakteristikaların) cədvəlləri şəklində texniki verilənlər və parametrlər;

ç) prinsipial, quraşdırma və ya prinsipial – quraşdırma sxemləri.

d) işdə qalan rele mühafizəsi və avtomatika qurğularının dövrələrindən, avadanlıqları idarəetmə dövrələrindən və cərəyan və gərginlik dövrələrindən, açılma üsulları ardıcıllıqları açılma yerləri göstərilməklə, mürəkkəb rele mühafizəsi və avtomatika qurğularının yoxlamağa çıxarma (işə qoşma) işçi proqramları: iş proqramları tərtib olunmayan qurğuların siyahısı elektrik enerjisi müəssisəsinin və ya enerji obyektinin texniki rəhbəri tərəfindən təsdiq edilir.

Qurğulara texniki xidmət zamanı dövri müayinələrin nəticələri pasport protokoluna daxil edilməlidir (detallı qeydlər, xüsusilə mürəkkəb RMAT qurğuları üzrə olanları, rele mühafizəsi, elektrik avtomatikası və telemexanika jurnalında saxlanılması məsləhət görülür).

1.2.6.14. Qoyuluşlarını əməliyyat heyət tərəfindən dəyişdirilə bilənlər istisna olmaqla, rele, aparatlar və köməkçi RMAT qurğularının, yalnız bu qurğulara texniki xidmət edən işçilər tərəfindən açılmasına icazə verilir.

1.2.6.15. RMAT və siqnallama qurğularının panelləri və şkaflarının, həmçinin idarəetmə panelləri və pultlarının üzərində və əks tərəfində onların dispetçer adlarına müvafiq təyinatlarını göstərən qeydlər olmalıdır, onların üzərində quraşdırılmış aparatlarda isə sxemlərə müvafiq yazılar və ya markalanmalar olmalıdır.

Ayrı ayrılıqda yoxlanıla bilən, müxtəlif birləşmələrin və ya eyni birləşmənin müxtəlif RMAT qurğularına aid olan üzərində aparatlar olan panellərin üzərində dəqiq sərhədayırıcı xətlər çəkilməlidir və ya quraşdırılmalıdır. Ayrı-ayrı qurğuları yoxlayarkən, çəpərlərin quraşdırılması imkanları təmin olunmalıdır.

1.2.6.16. Yığımların sıxaclarına (sıralarına) birləşdirilmiş naqillər sxemlərə uyğun gələn şəkildə markalanmalıdır. İdarəetmə naqillərində markalanma uclarda, naqillərin budaqlanma və kəsişmə yerlərində və onlar divardan, tavanlardan və s. keçdiyi zaman hər iki tərəfində aparılmalıdır. Kabellərin sərbəst damarlarının ucları izolə edilməlidir.

1.2.6.17. RMAT qurğularının ikinci dövrələrinin elektriklə əlaqələndirilmiş ikinci dövrələrinin yerə nisbətən, eləcə də müxtəlif təyinatlı dövrələr arasında, elektriklə əlaqələndirilməyən (ölçmə dövrələri, əməliyyat cərəyan dövrələri, siqnalizasiya) dövrələrin izolyasiya müqaviməti hər bir birləşmənin hədləri daxilində 1 MOm-dan aşağı olmamaqla, teleidarəetmənin çıxış dövrələrinin və telemexanika qurğularının 220 V gərginlikli qidalanma dövrələrində isə 10 MOm-dan aşağı olmayaraq saxlanmalıdır.

60 V və daha aşağı işləmə gərginliyi üçün nəzərdə tutulmuş, ayrıca mənbədən və yaxud bölücü transformator vasitəsilə qidalanan RMAT qurğularının ikinci dövrələrinin izolyasiya müqaviməti 0,5 MOm-dan aşağı olmamalıdır.

RMAT qurğularının dövrələrinin, teleidarəetmənin çıxış dövrələrinin və 220 V qidalanma dövrələrinin izolyasiya müqaviməti 1000-2500 V-luq meqaommetrlə, 60 V və daha aşağı işçi gərginlikli RMA qurğuları dövrələrinin və telemexanika dövrələrinin müqaviməti isə 500 V-luq meqaommetrlə ölçülür.

 24 V və daha aşağı gərginlikdə qurğuların izolyasiya müqavimətinin mikroelektron bazada ölçülməsi istehsalçının istismar sənədlərinin göstərişlərinə müvafiq olaraq aparılır. Əgər heç bir göstəriş yoxdursa, bu dövrələrin yerə qısaqapanmasının yoxluğu 15 V-dək gərginlikdə ommetrlə yoxlanılır.

Tərkibində yarımkeçiricilər və mikroelementlər olan RMA qurğularının ikinci dövrlərinin izolyasiyasının yoxlanması zamanı, bu elementlərin zədələnməsinin qarşısının alınması üçün tədbirlər görülməlidir.

1.2.6.18. RMAT qurğularının hər bir yeni qoşulmasında və profilaktiki sınaqları zamanı elektrik cəhətdən əlaqələndirilmiş RMAT dövrələrinin və hər bir birləşməsinin bütün digər ikinci dövrələrinin yerə nisbətən izolyasiyası, həmçinin bir panelin hüdudlarında olan elektrik cəhətdən əlaqələndirilməmiş dövrələrin izolyasiyası, 60 V və daha aşağı işçi gərginliyə hesablanmış elementlərin dövrəsi istisna olmaqla, 1 dəqiqə ərzində 1000 V gərginlikli dəyişən cərəyanla sınaqdan keçirilib yoxlanmalıdır.

Bundan başqa, ciddi nəticələr səbəb olan qısaqanmanın ehtimalı böyük olan yerlərdə dövrələrin (qazdan mühafizə dövrələri, əməliyyat cərəyan mənbəyi kimi istifadə olunan kondensator dövrələri və s.) idarəetmə kabellərinin damarları arasındakı izolyasiya bir dəqiqə müddətində 1000 V gərginliklə sınaqdan keçirilməlidir.

1.2.6.19. RMAT qurğularının bütün düzgün və qeyri-düzgün işlənməsi hallarında, o cümlədən onlara əməliyyat və texniki xidmət göstərilməsi prosesində aşkar edilən qüsurları (nasazlıqlar) xidmət göstərən heyət əsaslı şəkildə təhlil etməlidir. Heyət bütün qüsurları aradan qaldırmalıdır.

1.2.6.20. RMAT qurğuları və ikinci dövrələr həcm və dövrülüyü müəyyən edilmiş qaydada təyin olunmuş texniki baxışdan keçirilməlidir.

1.2.6.21. Sürətlə işləyən RMA qurğuları və elektrik açarlarının işləmədiyi təqdirdə rezervləşdirmə qurğularının mövcud olduğu halda (bundan sonra - EAİRQ), xətlərin, şin və elektrik avadanlığının təmirindən sonra onların işə salınması və yaxud açılması üzrə əməliyyatlar, həmçinin ayırıcılar və hava elektrik açarları ilə əməliyyatlar RMA qurğularının işə salınmasından sonra həyata keçirilməlidir. Onları işə salmaq mümkün olmadıqda ehtiyat mühafizənin sürətləndirilməsi və yaxud müvəqqəti mühafizəni (o cümlədən qeyri-selektiv mühafizəni) yerinə yetirmək lazımdır.

1.2.6.22. RМАТ qurğularında işlər elektrik qurğularının istismarında əmək təhlükəsizliyi qaydalarına uyğun olaraq müvafiq qurğuların müstəqil saxlanılması üçün təlim keçmiş və səlahiyyətli heyət  tərəfindən həyata keçirilməlidir.

1.2.6.23. Panellərdə (dolablarda) və idarəetmə, rele mühafizə, elektroavtomatika və telemexanika dövrələrində işləyərkən avadanlığın yanlışlıqla açılmasına qarşı tədbirlər görülməlidir. İşlər yalnız izolyasiyalı alətlərlə yerinə yetirilməlidir.

Bu işlərin icra sxemləri olmadan, mürəkkəb RMAT qurğuları üçün isə - verilmiş həcmlər və iş ardıcıllığı ilə proqramlar olmadan yerinə yetirilməsinə icazə verilmir.

İşin sonunda cərəyan, gərginlik dövrələrinin və əməliyyat dövrələrin birləşmələrinin işləkliyi və düzgünlüyü yoxlanmalıdır. RMA-nın əməliyyat dövrələri və idarəetmə dövrələri bir qayda olaraq, onların sınaq rejimində işə salınması ilə yoxlanmalıdır.

1.2.6.24. RMAT qurğularında onların birləşmələrinin açılması istiqamətində işə düşməsinə (mühafizə olunan və ya yanaşı), eləcə də digər nəzərdə tutulmayan təsirlərə səbəb ola biləcək işlər bu ehtimalları nəzərə alan icazəli ərizə əsasında həyata keçirilməlidir.

1.2.6.25. Cərəyan transformatorlarının ikinci dolaqları releyə və cihazlara birləşdirilməli və yaxud qapanmalıdır. Cərəyan və gərginlik transformatorlarının ikinci dövrələri və yüksək tezlikli kanalların birləşmə filtrlərinin ikinci dolaqları yerlə birləşdirilməlidir.

1.2.6.26. RMAT qurğularının planlaşdırılan texniki xidmət, sınaq və qəza sonrası yoxlamaları sona çatdıqdan sonra protokollar tərtib edilməli və rele mühafizə, elektroavtomatika və telemexanika jurnalında, eləcə də pasport-protokolda qeydlər aparılmalıdır.

RMAT qoyuluşlarının və sxemlərinin dəyişdiyi təqdirdə pasport-protokolda müvafiq qeydlər aparılmalı, həmçinin prinsipial və montaj sxemlərinə və istismar üzrə təlimatlara düzəlişlər edilməli və əməliyyat heyəti təlimatlandırılmalıdır.

1.2.6.27. RMAT qurğularının yoxlanması üçün sınaq qurğuları texniki xidmət göstərilərkən ştepsel yuvalarına və bu məqsədlə idarəetmə panellərində, yarımstansiyaların paylayıcı qurğularında və digər yerlərdə quraşdırılmış lövhələrə qoşulmalıdır.

1.2.6.28. Panellərin (şkafların) və idarəetmə, rele mühafizəsi, elektroavtomatika və telemexanika pultlarının və onların üzərində quraşdırılmış aparatların ön tərəfini xüsusi olaraq təlim keçmiş heyət dövri olaraq tozdan təmizləməlidir.

Açıq istifadədə olan aparatları, eləcə də bu panellərin (şkafların) və pultların əks tərəfini RMAT qurğularına xidmət göstərən heyət, yaxud təlimatlandırılmış əməliyyat heyəti təmizləməlidir.

1.2.6.29. Əməliyyat heyəti aşağıdakıları yerinə yetirməlidir:

a) RMAT və idarəetmə panellərində (şkaflarında) sınaq bloklarının qapaqlarında yenidən işə salma qurğularının düzgün yerləşdirilməsinə, həmçinin RMAT və idarəetmə dövrələrində avtomatik açarların və qoruyucuların sazlığına nəzarət;

b) panellərdə (dolablarda) və qurğularda mövcud olan xarici təsirlənmə siqnal qurğularına əsasən RMAT qurğularının vəziyyətinə nəzarət;

 c) yüksək gərginlikli açarların və aparatların, eləcə də avtomatik təkrar qoşulmanın, ehtiyat və fiksə qurğusunun (indikatorların) avtomatik qoşulması üçün qurğuların yoxlanılması;

ç) yüksək tezlikli mühafizə və yüksək tezlikli teleaçılma qurğularının, avtomatika kanallarının alçaq tezlikli aparatlarının, qəza əleyhinə avtomatikanın yüksək tezlikli aparatlarının, idarə olunan parametrlərinin ölçü siqnallarının mübadiləsi;

d) mühafizə şinlərində cərəyan qeyribalanslığının və gərginlik transformatorunun açılmış üçbucağında gərginlik qeyri-balanslığının ölçülməsi;

e) qəza qeydləri və s. avtomatik ossiloqraflarının saatlarının işə salınması.

Nəzarətin və digər əməliyyatların dövrüliyi, həmçinin heyətin hərəkət qaydası yerli təlimatlarla müəyyən edilməlidir.

1.2.6.30. Teleidarəetmə avadanlığın avtonom idarəetməyə köçürülməsi və ya əksinə yalnız dispetçerin və yaxud istehlakçının elektrik təsərrüfatı üzrə məsul şəxsinin icazəsi ilə edilməlidir.

Teleidarəetmənin çıxış dövrələrinin iş prosesindən çıxarılması üçün yarımstansiyalarda ümumi açarlar və açıcı qurğular tətbiq olunmalıldır. Ayrı-ayrı birləşmələrin teleidarəetməsinin və yaxud telesiqnallama dövrələrinin açılması sökülə bilən sıxaclarda və yaxud fərdi açıcı qurğularda yerinə yetirilməlidir.

RMAT qurğularının teleidarəetmə və fərdi açma qurğularının ümumi açarları ilə teleidarəetmə və telesiqnallama dövrələrində bütün əməliyyatların aparılmasına yalnız dispetçerin (əməliyyat heyətin) göstərişi və ya razılığı ilə icazə verilir.

1.2.6.31. İdarəetmə pultlarının yığmalarında (sıralarında) və RMAT qurğularının panellərində (şkaflarında) birbaşa yaxınlıqda, əməliyyat cərəyan dövrələrində və ya sinxron generatorun (elektrik mühərrikinin, kompensatorun) təsirlənmə dövrəsində təsadüfi qoşulmalar və ya açılmalar zamanı qısaqapanma (bundan sonra - QQ) yarada biləcək sıxaclar olmamalıdır.

1.2.6.32. Metal örtüklü nəzarət troslarında zədələnmələrin aradan qaldırılması zamanı və yaxud onların uzadıldığı hallarda damarların birləşdirilməsi germetik muftaların quraşdırılması ilə və ya bunun üçün nəzərdə tutulmuş qutuların köməkliyi ilə həyata keçirilməlidir. Göstərilən mufta və qutuların xüsusi jurnalda uçotu aparılmalıdır.

Polivinilxlorid və kauçuk örtüklü troslar bir qayda olaraq, epoksid və yaxud termal şəraitə uyğunlaşan birləşdirici muftaların köməkliyi ilə və yaxud sıxacların keçici cərgələrində qoşulmalıdır. Hər 50 metr trosa orta hesabla ən azı yuxarıda göstərilən birləşmələrdən biri düşməlidir.

Havanın, işığın və yağın təsir altında dağılmağa məruz qalan izolyasiyalı nəzarət troslarının tətbiq edildiyi hallarda, damarların sıxaclardan uc ayırıcılara qədər hissələrində bu dağılmanın qarşısını alan əlavə örtük çəkilməlidir.

1.2.6.33. Əməliyyat heyət tərəfindən RMAT qurğularının panellərində (dolablarında) açarların, kontakt qutularının, sınaq bloklarının və digər vasitələrin köməkliyi ilə əməliyyatların yerinə yetirilməsi zamanı istifadə olunan rejimlər üçün göstərilən çevirici RMAT qurğularının vəziyyət cədvəllləri tətbiq olunmalıdır.

Belə dəyişikliklər üzrə əməliyyatlar barədə əməliyyat jurnalında qeyd aparılmalıdır.

1.2.6.34. RMAT qurğularına texniki xidmət göstərən təşkilatın xidmət heyəti mütəmadi olaraq bütün idarəetmə panellərini və pultlarını, rele mühafizə, elektroavtomatika, telemexanika, siqnallama panellərini (şkaflarını) nəzərdən keçirməlidir. Eyni zamanda çevirici qurğuların (kontakt qutularının, idarəetmə açarlarının ayırıcılarının və s.) və sınaq bloklarının qapaqlarının düzgün yerləşmə vəziyyətinə, eləcə də onların mövqeyinin elektrik avadanlığının sxemlərinə və işinə uyğunluğuna xüsusi diqqət yetirililir.

Yerli qaydalarla müəyyənləşdirilmiş yoxlamaların tezliyi istehlakçının elektrik təsərrüfatı üzrə məsul şəxs tərəfindən təsdiq olunmalıdır.

Əməliyyat heyəti RMAT-nın o elementlərinin düzgün yerləşdirilməsinə görə məsuliyyət daşıyır ki, xidmət heyəti tərəfindən RMAT-ya mütəmadi baxış keçirilməsindən asılı olmayaraq, ona bu elementlərlə əməliyyatları yerinə yetirməyə icazə verilir.

1.2.6.35. Yarımstansiyalarda və yaxud paylayıcı qurğularda quraşdırılmış qəza rejimlərində qeydə alınmanın avtomatik sürətləndirməsi ilə özüyazan cihazlar, qəza zamanı qeydə alınmanın avtomatik ossiloqrafları, o cümlədən onların işə salınma qurğuları, fiksələşdirmə cihazları (indikatorlar) və RMAT qurğularının işinin təhlili və hava elektrik veriliş xətlərin zədələnmə yerlərini müəyyənləşdirmək üçün istifadə olunan digər qurğular hər zaman işləmək üçün hazır olmalıdır. Göstərilən qurğuların işə salınması və iş prosesindən çıxarılması ərizə-müraciət üzrə həyata keçirilməlidir.

 

1.2.7. Torpaqlayıcı avadanlıqlar

 

1.2.7.1. Qaydanın bu yarımbəndi torpaqlayıcı qurğuların bütün növlərinə, potensialların bərabərləşdirilməsi sistemlərinə və s. (bundan sonra – torpaqlayıcı qurğuları) şamil olunur.

1.2.7.2. Torpaqlayıcı qurğular dövlət standartlarının, müvafiq qurumların qəbul etdiyi normativ sənədlərin tələblərinə, tikinti norma və qaydalarına və digər normativ-texniki sənədlərə uyğun olmalı, insan təhlükəsizliyi şəraitini, istismar əməliyyat rejimi və elektrik qurğularının mühafizəsini təmin etməlidir.

1.2.7.3. Torpaqlayıcı qurğuların istismara qəbul edilməsi elektrik enerjisi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə uyğun yerinə yetirilir.

Torpaqlama qurğusu istifadəyə verildikdə quraşdıran təşkilat müəyyən edilmiş tələblərə və qaydalara uyğun olaraq sənədlər təqdim etməlidir.

1.2.7.4. Torpaqlayıcı naqillərin torpaqlayıcıya və yaxud torpaqlayıcı konstruksiyalarına qoşulması qaynaq vasitəsilə aparılmalı, əsas torpaqlayıcı sıxaca, aparat, maşın və hava xətlərinin (HX) dayaqlarının gövdəsinə isə boltlu birləşdirmələrlə qoşulmalıdır (ölçmələrin aparılması imkanının təmin edilməsi məqsədilə). Kontakt birləşmələri dövlət standartlarının tələblərinə cavab verməlidir.

1.2.7.5. Torpaqlayıcı, torpaqlayıcı konstruksiyaların quraşdırılması, torpaqlama aparatlarının torpağa və qurğulara qoşulması Azərbaycan Respublikasının elektrik enerjisi sahəsində qanunvericiliyində müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

1.2.7.6. Elektrik qurğularının torpaqlamalı və yaxud sıfırlanmalı olan hər bir hissəsi torpaqlama və yaxud sıfırlama şəbəkəsinə ayrıca naqil vasitəsilə qoşulmalıdır. Elektrik qurğusunun bir neçə elementinin torpaqlama (sıfırlama) naqilləri vasitəsilə ardıcıl birləşdirilməsinə yol verilmir.

Torpaqlayıcı və sıfırlayıcı mühafizə naqillərinin en kəsiyi müvafiq qurumların qəbul etdiyi normativ sənədlərinə uyğun olmalıdır.

1.2.7.7. Açıq şəkildə qoyulmuş torpaqlayıcı naqillər korroziyadan qorunmalıdır.

1.2.7.8. Torpaqlama qurğusunun texniki vəziyyətini müəyyən etmək üçün görünən hissənin vizual yoxlanması, torpağın seçmə yolu ilə açılması ilə torpaqlama qurğusunun yoxlanması, elektrik avadanlıqlarının sınaq normalarına uyğun olaraq torpaqlama qurğusunun parametrlərinin ölçülməsi (müvafiq qurumların qəbul etdiyi normativ sənədlərin tələblərinə uyğun) həyata keçirilməlidir.

1.2.7.9. Torpaqlama qurğusunun görünən hissəsinin vizual yoxlamalarını qrafikə uyğun olaraq, lakin 6 ayda ən azı 1 dəfə istehsalçının elektrik təsərrüfatı üzrə məsul şəxsi və yaxud onun tərəfindən səlahiyyətləndirilmiş işçilər aparmalıdır.

Yoxlama zamanı mühafizə naqilləri və avadanlıq arasındakı kontakt əlaqələrinin vəziyyəti, korroziyaya qarşı örtüyün mövcudluğu və qırılmaların olmaması qiymətləndirilir.

Yoxlamaların nəticələri torpaqlama qurğusunun pasportunda qeyd edilməlidir.

1.2.7.10. Korroziyaya daha çox məruz qalan yerlərdə, o cümlədən güc transformatorlarının neytrallarının torpaqlama yerlərinin yaxınlığında, elektrik boşaldıcılarının və normadan artıq gərginlik məhdudlaşdırıcılarının birləşmələrində torpağın selektiv üsulla açılması ilə müayinələr plan-profilaktik işlərin (bundan sonra - PPİ) qrafikinə müvafiq olaraq, lakin 12 ildə 1 dəfədən tez olmayaraq həyata keçirilir. Torpağın seçmə yolu ilə açılmasına məruz qalan torpaqlama qurğularının sahəsinin ölçüsü (yaşayış yerlərində HX-lərindən başqa 1.2.7.11-ci yarımbəndə bax) istehlakçının texniki rəhbərinin qərarı ilə müəyyən edilir.

1.2.7.11. Torpağın selektiv əsasda açılması istehlakçının elektrik qurğularının bütün torpaqlama avadanlıqlarında həyata keçirilir; yaşayış yerlərindəki HX üçün açılma seçim əsasında torpaqlama qurğularına malik olan dayaqların 2%-də aparılır.

1.2.7.12. Torpağın yüksək aqressivliyə malik olduğu ərazilərdə istehlakçının texniki rəhbərinin qərarına əsasən torpağın seçmə yolu ilə daha tez dövrülükdə baxış müəyyən oluna bilər.

Torpağın açıldığı zaman torpaqlayıcının vəziyyətinin instrumental qiymətləndirilməsi və kontakt birləşmələrinin korroziya dərəcəsinin qiymətləndirilməsi aparılmalıdır. Torpaqlayıcının elementinin en kəsiyinin 50%-dən çoxu dağılmışdırsa, o əvəzlənməlidir.

Yoxlamaların nəticələri aktlarla rəsmiləşdirilməlidir.

1.2.7.13. Torpaqlama qurğusunun texniki vəziyyətinin müəyyənləşdirilməsi üçün elektrik avadanlıqlarının sınaqdan keçrilməsi normalarına (müvafiq qurumların qəbul etdiyi normativ sənədlərin tələblərinə uyğun) uyğun olaraq aşağıdakılar həyata keçirilməlidir:

a) Torpaqlama qurğusunun müqavimətini ölçmək;

b) toxunma gərginliyinin ölçülməsi (torpaqlama qurğusu toxunma gərginliyi normalarına uyğun olaraq hazırlanmış elektrik qurğularında), torpaqlama qurğusu və torpaqlama elementləri arasında dövrələrin mövcudluğunun, eləcə də təbii torpaqlayıcıların torpaqlama qurğusuna qoşulmasının yoxlanılması;

c) elektrik qurğularının qısaqapanma cərəyanlarının ölçülməsi, deşilmə qoruyucularının vəziyyətinin yoxlanılması;

ç) torpaqlama qurğusu rayonunda torpağın xüsusi müqavimətinin ölçülməsi.

Ölçmələr torpağın daha çox quruma vaxtlarında aparılmalıdır.

Ölçmələrin nəticələri protokollarla rəsmiləşdirilir.

1.2.7.14. Torpaqlama qurğularının parametrlərinin – torpaqlama qurğusunun müqavimətinin, toxunma gərginliyinin, torpaqlayıcılar və torpaqlanan elementlər arasında dövrələrin mövcudluğu, həmçinin torpaqlama qurğularının yenidən qurulması və təmirindən sonra, HX izolyatorlarının sıradan çıxmasının və yaxud elektrik qövsü ilə örtüldüyünün aşkar olunduğu zaman həyata keçirilir.

Lazım olduqda, torpaqlama qurğularının parametrlərinin normativ parametrlərə çatdırılması üçün tədbirlər görülməlidir.

1.2.7.15. İstismarda olan hər bir torpaqlama qurğusuna pasport açılmalı və tərkibində aşağıdakı məlumatlar olmalıdır:

a) əsaslı tikililərə əlavə edilməklə qurğunun icra sxemi;

b) yeraltı və yerüstü kommunikasiya xətləri və digər torpaqlama qurğuları ilə əlaqələrin göstərilməsi;

c) istismara buraxılma tarixi;

ç) torpaqlalayıcıların əsas parametrləri (material, profil, xətti ölçülər);

d) torpaqlama qurğusunun cərəyan axınına müqavimət dərəcəsi;

e) torpağın maksimum müqaviməti;

ə) toxunma gərginliyi üzrə məlumatlar (lazım olduğu təqdirdə);

f) süni torpaqlayıcıların korroziya dərəcəsi barədə məlumatlar;

g) torpaqlama qurğusu və torpaqlanış (sıfırlanmış) avadanlıq arasında dövrələrin mövcudluğu haqqında məlumatlar;

h) keçirilmiş baxışlar və aşkar edilmiş qüsurlar barədə informasiya;

i) iradlar və nasazlıqların aradan qaldırılmasına dair informasiya.

Pasporta vizual yoxlamaların nəticələri, torpaq açılması ilə əlaqədar yoxlamalar, torpaqlama qurğusunun parametrlərinin ölçülməsi üzrə protokol, təmirin və qurğunun konstruksiyasına edilmiş dəyişikliklərin xüsusiyyətləri barədə məlumatlar əlavə edilməlidir.

1.2.7.16. Elektrik qurğularında torpaqlayıcıların ərimə cərəyanlarının və ya avtomatik dövrəkəsmə açarlarının qısaqapanma cərəyanına qoyuluşlarının yoxlanması üçün mühafizənin işləməsinin yoxlanması aparılmalıdır.

1.2.7.17. 1000 V-dək elektrik qurğularında torpaqdan faza və sıfır ötürücü qismində istifadə edilməsinə yol verilmir.

1.2.7.18. Elektrik qurğularında mühafizə açılması avadanlıqlarının (bundan sonra - MAQ) istifadəsi zamanı onun istehsalçının istismar sənədlərinin tövsiyələri və elektrik avadanlığının sınaq normalarına (müvafiq qurumların qəbul etdiyi normativ sənədlərin tələblərinə) müvafiq olaraq yoxlanması aparılmalıdır.

 

1.2.8. İfrat gərginlikdən mühafizə

 

1.2.8.1. İstehlakçılarda elektrik qurğularının müvafiq qurumların qəbul etdiyi normativ sənədlərinin tələblərinə uyğun ildırımdan və daxili ifrat gərginlikdən mühafizəsi olmalıdır.

Elektrik veriliş xətləri, APQ, QPQ, paylayııcı qurğular və yarımstansiyalar birbaşa ildırım vurmalarından və elektrik veriliş xətlərindən gələn ildırım ifrat gərginliklərdən mühafizə olunurlar. QPQ binalarının və qapalı yarımstansiyaların, həmçinin yarımstansiya ərazisində yerləşən bina və qurğuların (yağ təsərrüfatı, elektroliz otağı, maye yanacaq və ya qazlarla dolu rezervuarlar və s.) mühafizəsi müəyyən olunmuş tələblərə uyğun olaraq yerinə yetirilir.

1.2.8.2. İldırımdan mühafizə qurğuları quraşdırıldıqdan sonra qəbul olunarkən istehlakçıya aşağıdakı texniki sənədlər təqdim olunmalıdır:

a) müvafiq orqanlar tərəfindən təsdiq olunmuş, enerji təchizatı müəssisəsi və yanğından mühafizə inspeksiyası ilə razılaşdırılmış ildırımdan mühafizənin texniki layihəsi;

b) ventilli elektrik boşaldıcıları və qeyri-xətti gərginlik məhdudlaşdırıcılarının quraşdırmadan əvvəl və sonra aparılmış sınaq aktları;

c) boru şəkilli elektrik boşaldıcılarının quraşdırılmasına dair aktlar;

ç) elektrik boşaldıcılarının və ildırım sipərlərinin torpaqlanma müqavimətini ölçmə protokolları;

d) torpaqlayıcı ilə ildırım qəbuledici arasında dövrənin olub-olmamasının yoxlama protokolları.

1.2.8.3. İstehlakçılar aşağıdakı sistemləşdirilmiş verilənləri qoruyub saxlamalıdır:

a) ventilli və boru şəkilli elektrik boşaldıcıları və mühafizə aralıqlarının torpaqlaması (boşaldıcıların növü, mühafizə avadanlıqlarına kimi olan məsafə), həmçinin boru şəkilli elektrik boşaldıcılarından xətti ayırıcılara və ventilli boşaldıcılara kimi olan məsafə haqqında;

b) ventilli və boru şəkilli elektrik boşaldıcılarının torpaqlaması və mühafizə aralıqları barədə (elektrik boşaldıcılarının tipləri, müdafiə olunan avadanlığa qədər olan məsafə), həmçinin borulu elektrik boşaldıcılarından xətti ayırıcılara və ventilli elektrik boşaldıcılara qədər məsafə haqqında;

c) ildırımdan mühafizə vasitələrinin quraşdırıldığı dayaqların torpaqlama müqaviməti haqqında, troslar da daxil olmaqla;

ç) elektrik ötürmə xətlərinin yarımstansiyalara yaxınlaşma yerlərində qruntun müqaviməti haqqında;

d) elektrik veriliş xətlərinin digər elektrik veriliş xətləri ilə kəsişməsi, rabitə və avtomatik bloklama, HX-dən budaqlanmalar, xətti kabel calaqları və zəif izolyasiyasiyalı digər yerlər haqqında.

Hər bir APQ üçün ildırım sipərlərinin mühafizə zonalarının, projektor dirəklərinin, zonalarına açıq cərəyandaşıyan hissələrin düşdüyü metal və dəmir-beton konstruksiyaların ümumi şəkili tərtib olunmalıdır.

1.2.8.4. 1000 V-dək gərginlikli HX-nin (işıqlandırma, telefon və s.) naqillərin APQ konstruksiyalarında, ayrıca dayanmış oxlu ildırım sipərlərində, projektor dirəklərində, tüstü borularından və soyuducu qurğulardan asılmasına, həmçinin həmin xətlərin partlayışdan təhlükəli binalara yaxın çəkilməsinə yol verilmir.

1.2.8.5. Hər il ildırım mövsümündən əvvəl paylayıcı qurğuların və elektrik veriliş xətlərinin həddən artıq gərginliklərdən mühafizəsinin vəziyyəti yoxlanılmalı və ildırımdan və daxili ifrat gərginliklərdən mühafizəyə hazırlıq təmin olunmalıdır.

İstehlakçılar HX-nin, PQ və TY avadanlığının ildırım nəticəsində açılması və zədələnməsi hallarının qeydiyyatı aparmalıdır. Əldə olunan məlumatlar əsasında ildırımdan mühafizənin etibarlılığı qiymətləndirilməli və zərurət yarandıqda onun etibarlılığının artırılması üçün tədbirlər işlənib hazırlanmalıdır.

PQ-da standartlara cavab verməyən aparatlar və ya avadanlıq quraşdırıldığı halda müvafiq ildırımdan mühafizə tədbirləri işlənib hazırlanmalıdır.

1.2.8.6. İstənilən gərginlikli ventilli boşaldıcıları və ifrat gərginlik məhdudlaşdırıcıları daima qoşulmuş vəziyyətdə olmalıdır.

APQ-da qış dövrü (və ya onun ayrı-ayrı ayları) ərzində yalnız tufanlı külək, sırsıra (buz bağlama), kəskin temperatur dəyişməsi və intensiv çirklənmənin xas olduğu rayonlarda ildırım ifrat gərginlikdən mühafizə üçün nəzərdə tutulmuş ventilli elektrik boşaldıcılarının açılmasına icazə verilir.

1.2.8.7. Ventilli və boru şəkilli elektrik boşaldıcılarının, həmçinin ifrat gərginlik məhdudlaşdırıcılarının profilaktik sınaqları elektrik avadanlığının sınaq normalarına (müvafiq qurumların qəbul etdiyi normativ sənədlərin tələblərinə) uyğun olaraq yerinə yetirilməlidir.

1.2.8.8. Yarımstansiyalarda ifrat gərginlikdən mühafizə vasitələrinə baxışın keçirilməsi

a) daimi növbətçi heyəti olan qurğularda – növbəti yoxlamalar zamanı, həmçinin çıxan HX-də rele mühafizəsinin işə düşməsinə səbəb olan hər ildırımdan sonra;

b) daimi növbətçi heyəti olmayan qurğularda – bütün avadanlığa keçirilən baxış zamanı.

1.2.8.9. 1000 V-dək gərginlikli HX-də ildırım mövsümündən öncə istehlakçının elektrik təsərrüfatına görə cavabdeh olan şəxsin seçiminə görə dəmir-beton dayaqlar üzərində quraşdırılmış qarmaqların və oxlu izolyatorların torpaqlayıcıların sazlığı, eləcə də həmin dayaqların armaturları yoxlanmalıdır. Sıfır naqili olduqda həmin elementlərin sıfırlanması da yoxlanılır.

Taxta dayaqlar üzərində qurulmuş HX-də ildırım ifrat gərginliyindən mühafizəsi olan dayaqlar üzərində quraşdırılmış qarmaqların və oxlu izolyatorların torpaqlaması və sıfırlanması, həmçinin sıfır naqilinin təkrar torpaqlaması icra olunduğu yerdə, torpaqlama və sıfırlama yoxlanılır.

1.2.8.10. Neytralı izolə olunmuş və ya tutum cərəyanları kompensasiya olunmuş şəbəkələrdə qüsurlar aradan qaldırılana kimi hava və kabel elektrik xətlərinin torpağa qapanma ilə işləməsinə icazə verilir.

Bu zaman insanların və heyvanların cərəyan vurma təhlükəsinin yarandığı yaşayış məntəqəsindən keçən HX-nin zədələnmiş yerinin axtarılıb tapılmasına dərhal başlanmalı və zədələnmə qısa müddətdə aradan qaldırılmalıdır.

Həmin anda şəbəkədə torpağa qapanma olduğu halda qövs söndürücü reaktorların açılmasına icazə verilmir. İnsanların elektrik təhlükəsizliyi şərtlərinə dair yüksək tələblər olan elektrik şəbəkələrində (dağ-mədən sənayesi, torf emalı və s. təşkilatları) birfazalı torpağa qapanma ilə işləməyə icazə verilmir. Həmin şəbəkələrdə yarımstansiyadan çıxan bütün xətlər torpağa qapanmadan mühafizə ilə təmin olunmalıdır.

1.2.8.11. Generator gərginliyi şəbəkələrində, həmçinin yüksək gərginlikli elektrik mühərriklərinin qoşulduğu şəbəkələrdə statorun dolağında birfazalı qapanma baş verdikdə torpağa qapanma cərəyanı 5 A-dən artıq olarsa maşın avtomatik şəbəkədən ayrılmalıdır. Qapanma cərəyanı 5 A-dən artıq olmadığı halda ən çox 2 saat işləməyə yol verilir. Həmin müddət başa çatandan sonra maşın açılmalıdır. Torpağa qapanma yerinin statorun dolağında olmadığı müəyyən olunarsa istehlakçının texniki rəhbərinin mülahizəsinə görə şəbəkədə torpağa qapanma ilə fırlanan maşının 6 saata qədər işləməsinə yol verilir.

1.2.8.12. Qövssöndürən reaktorlarla tutum cərəyanının torpağa qapanmasının kompensasiyası, tutum cərəyanlarının qiymətləri aşağıda göstərilənlərdən böyük olduqda tətbiq olunur:

 

Şəbəkənin nominal gərginliyi, kV

6

10

15-20

35 və daha yüksək

Torpağa qapanmanın tutum cərəyanı, А

30

20

15

10

 

Dəmir-beton və metal dirəklər üzərində qurulmuş HX-li 6 – 35 kV gərginlikli şəbəkələrdə qövs söndürücü aparatlar 10 A-dən artıq torpağa qapanma tutum cərəyanı olduqda tətbiq olunur.

Yuxarıda verilmiş göstəricilərdən artıq göstəricilərə malik tutum cərəyanın kompensasiyası olmadan 6 – 35 kV gərginlikli şəbəkələrin işləməsinə yol verilmir.

Torpağa qapanma tutum cərəyanın kompensasiyası üçün şəbəkələrdə avtomatik və ya əl ilə cərəyan tənzimləməsi olan torpaqlanmış qövs söndürücü reaktorlar istifadə olunmalıdır.

Tutum cərəyanları, qövs söndürücü reaktorların cərəyanları, torpağa qapanma cərəyanları və neytralın sürüşmə gərginliyinin ölçülməsi qövs söndürücü reaktorlar işə salınarkən və şəbəkənin iş rejiminin əhəmiyyətli dəyişmələri zamanı, lakin 6 ildə 1 dəfədən az olmamaqla yoxlanmalıdır.

1.2.8.13. Qövs söndürücü reaktorların gücü şəbəkənin tutum cərəyanına görə onun perspektiv inkişafını nəzərə almaqla seçilməlidir.

Torpaqlama qövs söndürücü reaktorlar kompensasiya olunan şəbəkə ilə ən azı iki elektrik veriliş xətti ilə birləşən yarımstansiyalarda quraşdırılmalıdır. Dalan yarımstansiyalarında reaktorların quraşdırılmasına yol verilmir.

Qövs söndürücü reaktorlar transformatorların neytrallarına ayırıcılar vasitəsilə qoşulmalıdır.

Qövs söndürücü reaktorların qoşulması üçün bir qayda olaraq “ulduz-üçbucaq” dolaq birləşməsi sxeminə malik olan transformatorlar istifadə olunmalıdır.

Qövs söndürücü reaktorların əriyən qoruyucularla mühafizə olunmuş transformatorlara qoşulmasına yol verilmir.

Qövs söndürücü reaktorun torpaqlama üçün nəzərdə tutulmuş girişi cərəyan transformatoru üzərindən ümumi torpaqlama qurğusu ilə birləşməlidir.

Tam kompensasiya edilməmiş ayarların tətbiqi növbəti şərtlərdə müvəqqəti olaraq icazə verilir, faza şəbəkələrinin qəza nəticəsində yaranan tutumunun simmetrik olmaması (məsələn, xəttin sınmasında), 70% faza gərginliyini keçməyən neytralın yerdəyişmə gərginliyinin yaranmasına şərait yaradır.

1.2.8.14. Qövs söndürücü reaktorların rezonanslı sazlanması olmalıdır.

Təkrar kompensasiya ilə sazlanmaya o halda icazə verilir ki, bu zaman yerə qapanma cərəyanının reaktiv tərkib hissəsi 5 A-dən çox, pozulmanın dərəcəsi isə 5%-dən artıq olmasın. 6 – 20 kV gərginlikli şəbəkələrdə quraşdırlmış qövs söndürücü reaktorların qonşu budaqlarının cərəyanları arasında böyük fərq olarsa, yerə qapanma cərəyanının 10 A-dən çox olmayan reaktiv tərkib hissəsi ilə qurulmasına yol verilir. 35 kV gərginlikli şəbəkələrdə tutum cərəyanı 15 A-dan aşağı olduqda ən çox 10% pozulma dərəcəsinə yol verilir. Sona kimi kompensasiya olunmayan sazlanmanın tətbiq olunmasına müvəqqəti yol verilir, bir şərtlə ki, qəza qeyri-simmetriyasından yaranan şəbəkə fazalarının tutumları (məsələn, naqil qırıldıqda) faza gərginliyinin 70%-dən çox olmayan neytralın sürüşmə gərginliyinin yaranması ilə nəticələnsin.

1.2.8.15. Tutum cərəyanın kompensasiyası ilə işləyən şəbəkələrdə qeyri-simmetriyanın gərginliyi faza gərginliyinin 0,75%-dən çox olmamalıdır.

Yerə qapanma şəbəkəsində neytralın sürüşmə gərginliyi yaranmadığı halda ən çox 15% faza gərginliyi uzun müddətə və 30% -dən yuxarı olmadıqda isə -1 saat ərzində yol verilir.

Qeyri-simmetriyanın və neytralın sürüşməsi gərginliyinin qeyd olunan göstəricilərə kimi azalması şəbəkənin faza tutumlarının bərabərləşdirilməsi (faza naqillərinin qarşılıqlı yerləşməsinin dəyişməsi, xətlərin fazaları arasında yüksək tezlikli rabitə kondensatorlarının paylanması) yolu ilə həyata keçirilməlidir.

Fırlanan maşınların yüksək tezlikli rabitə kondensatorlarının və ildırımdan mühafizə kondensatorlarının şəbəkəyə qoşulması zamanı faza həcmlərinin yerə nisbətən qeyri-simmetriyasının buraxıla bilənliyi yoxlanılmalıdır.

Neytralın qeyd olunan göstəricilərdən artıq sürüşmə gərginliyinə səbəb ola biləcək hava və kabel elektrik veriliş xətlərinin fazalar üzrə qoşulması və açılmasına icazə verilmir.

1.2.8.16. 6-10 kV gərginlikli şəbəkələrdə bir qayda olaraq avtomatik sazlanan kompensasiya cərəyanlı səlis tənzimlənən qövs söndürücü reaktorlar tətbiq olunmalıdır.

Cərəyanı əl ilə tənzimlənən qövs söndürücü reaktorlar tətbiq olunduqda sazlanmanın göstəriciləri kompensasiyanın pozulmasının ölçüsü üzrə müəyyən olunmalıdır. Bu cür qurğu olmadığı halda sazlanmanın göstəriciləri neytralın sürüşmə gərginliyi nəzərə alınmaqla yerə qapanma cərəyanlarının, tutum cərəyanlarının, kompensasiya cərəyanının ölçmələrinin nəticələrinə əsasən seçilməlidir.

1.2.8.17. Vakuumlu söndürücüləri olan qurğularda bir qayda olaraq kommutasiya ifrat gərginlikdən mühafizə üzrə tədbirlər nəzərdə tutulmalıdır. İfrat gərginlikdən mühafizədən imtina olunması əsaslandırılmalıdır.

1.2.8.18. Tutum cərəyanın kompensasiyası ilə işləyən şəbəkədən qidalanan istehlakçı qövs söndürücü reaktorların yenidən qurulması üçün özünün şəbəkə sxemində baş verən dəyişikliklər barədə enerji sisteminin əməliyyat heyətinə vaxtında xəbər verməlidir.

1.2.8.19. 110-220 kV gərginlikli yarımstansiyalarda neytralın müstəqil yerdəyişməsi və ya təhlükəli ferrorezonans nəticəsində ifrat gərginlik yaranmasının qarşısını almaq üçün əməliyyat hərəkətlər НКФ-110 və НКФ-220 gərginlikli transformatorlarla şinlərin yüklənməmiş sisteminə daxil olan transformatorun neytralının torpaqlanmasından başlanmalıdır.

НКФ-110 və НКФ-220 növ transformatorlarla şinlərin yüklənməmiş sistem şəbəkəsindən ayırmazdan əvvəl qidalandırıcı transformatorun neytralı yerə birləşdirilməlidir.

Elektromaqnit gərginlik transformatorlu və kontaktları kondensatorlarla şuntlanmış 150-220 kV gərginlikli paylayıcı qurğular şin sistemləri açıldıqda ferrorezonans ifrat gərginlik baş verməsinin mümkünlüyü ilə bağlı yoxlanmalıdır. Zərurət yarandıqda əməliyyat və avtomatik açılma zaman ferrorezonans qarşısını almaq üçün tədbirlər görülməlidir.

Şəbəkələrdə və 6-35 kV gərginlikli birləşmələrdə zərurət yarandıqda ferrorezonans, o cümlədən neytralın özbaşına sürüşməsinin qarşısını almaq üçün tədbirlər görülməlidir.

1.2.8.20. Transformatorların və avtotransformatorların aşağı (orta) gərginlikli istifadə olunmayan dolaqları ulduz və ya üçbucaq şəklində birləşdirilməli və ifrat gərginlikdən mühafizə olunmalıdır.

Aşağı gərginlik dolağında daimi olaraq ən azı 30 m uzunluqda elektrik veriliş kabel xətti qoşulmuş vəziyyətdə olduğu halda mühafizə tələb olunmur.

Qalan hallarda aşağı və orta gərginlikli istifadə olunmayan dolaqların mühafizəsi bir fazanın və ya neytralın yerə birləşməsi ilə yaxud hər bir fazanın çıxışına qoşulmuş ventilli elektrik boşaldıcıları və ifrat gərginlik məhdudlayıcıları ilə yerinə yetirilməlidir.

1.2.8.21. 110 kV gərginlikli şəbəkələrdə transformatorların 110 kV gərginlikli dolaqlarının neytralının yerdən ayırması, həmçinin rele mühafizəsinin və avtomatikanın təsirinin məntiqi elə yerinə yetirilməlidir ki, müxtəlif əməliyyat və avtomatik açılma zamanı neytralı torpaqlanmış transformatoru olmayan şəbəkə sahələri açılmasın.

İzolyasiya səviyyəsi xətti girişlərdən aşağı olan transformator neytralının ifrat gərginlikdən mühafizəsi ventilli elektrik boşaldıcıları və ya ifrat gərginlik məhdudlaşdırıcıları ilə yerinə yetirilməlidir.

1.2.8.22. Əməliyyat və qəza rejimləri zamanı sənaye tezlikli gərginliyin yol verilən artımı.

 

Avadanlıq

Təsir müddəti uzun olduqda yol verilən gərginlik artımı, s

Güc transformatorları və avtotransformatorlar

1,10

1,10

1,25

1,25

1,90

1,50

2,00

1,58

Şuntlayıcı reaktorlar və elektromaqnit gərginlik transformatorları

1,15

1,15

1,35

1,35

2,00

1,50

2,10

1,58

Kommutasiya aparatları, cərəyan transformatorları, rabitə kondensatorları və şin dirəkləri

1,15

1,15

1,60

1,60

2,20

1,70

2,40

1,80

Bütün növ ventilli elektrik boşaldıcıları

1,15

1,35

1,38

Qeyri-xətti ifrat gərginlik məhdudlaşdırıcıları

1,39

1,50

1,65

 

1.2.8.23. 110 kV gərginlikli şəbəkələrdə əməliyyat çevirmələrdə və qəza rejimlərində avadanlığın sənaye tezliyinin (50 Hs) gərginlik artımı bu Qaydanın 1.2.8.22-ci bəndində verilən göstəricilər həddində olmalıdır. Qeyd olunan göstəricilər həmçinin, 50 Hs sinusoidinin üzərinə başqa tezliyin tərkib hissəsinin qoyulması ilə əmələ gələn gərginlik amplitudasına şamil olunur.

 

1.2.9. Kondensator qurğuları

 

1.2.9.1. Qaydanın bu yarımbəndi reaktiv gücün kompensasiyası və gərginliyin tənzimlənməsi üçün nəzərdə tutulmuş və elektrik şəbəkəsinin induktiv elementlərinə paralel birləşdirilən 0,22 kV-dan 10 kV-dək gərginlikli və 50 Hs tezlikli kondensator qurğularına şamil olunur.

1.2.9.2. Kondensator qurğusu onun uzun müddətli və etibarlı işini təmin edəcək texniki vəziyyətdə olmalıdır.

1.2.9.3. Kondensator qurğusunun idarə olunması, kondensatorların batareyalarının iş rejiminin tənzimlənməsi bir qayda olaraq avtomatik olmalıdır.

Elektrik enerjisinin fərdi qəbuledicisi ilə ümumi kommutasiya aparatına malik olan kondensator qurğusunun idarə olunması elektrik enerjisi qəbuledicisinin qoşulması və ya açılması ilə, eyni vaxtda əl ilə yerinə yetirilə bilər.

1.2.9.4. Kondensator qurğusunun iş rejimlərinin işlənib hazırlanması reaktiv enerjinin və gücün iqtisadi qiymətinin razılaşdırılmış kəmiyyətindən irəli gələrək yerinə yetirilməlidir. Kondensator qurğusunun iş rejimləri istehlakçının texniki rəhbəri tərəfindən təsdiq olunmalıdır.

1.2.9.5. Elektrik şəbəkəsində gərginliyin artması nəticəsində yaranmış nominal qiymətin 110% bərabər olan gərginlik zamanı kondensator qurğusunun iş rejiminin sutka ərzində müddəti ən çox 12 saat olmalıdır. Gərginliyin nominal qiymətin 110%-dən çox artdıqda kondensator qurğusu dərhal açılmalıdır.

İstənilən tək kondensatorun (ardıcıl sıra kondensatorlarında) gərginliyi onun nominal qiymətinin 110%-dən artıq olduqda kondensator qurğusunun işləməsinə icazə verilmir.

1.2.9.6. Fazaların cərəyanları 10%-dən çox fərqlənirsə kondensator qurğusunun işləməsinə icazə verilmir.

1.2.9.7. Kondensatorların quraşdırıldığı yerdə ətraf mühitin havasının temperaturunu ölçmək üçün cihaz nəzərdə tutulmalıdır. Bu zaman kondensator qurğusu açılmadan və çəpərləmələr götürülmədən onun göstəricilərini müşahidə etmək imkanı təmin olunmalıdır.

1.2.9.8. Kondensatorlarda temperatur onların lövhələri üzərində və ya istehsalçının istismar sənədlərində göstərilən yol verilən ən aşağı temperaturdan az olduqda kondensator qurğusunun işə salınmasına icazə verilmir.

Yalnız ətraf mühitin havasının temperaturu pasportda göstərilən temperatur göstəricisinə kimi artırıldıqdan sonra kondensator qurğusunun işə salınmasına icazə verilir.

1.2.9.9. Kondensatorların quraşdırıldığı yerdə ətraf mühitin havasının temperaturu onların lövhələri üzərində və ya istehsalçının istismar sənədlərində göstərilən maksimal qiymətdən yuxarı olmamalıdır. Bu temperatur artdıqda havalandırma gücləndirilməlidir. 1 saat ərzində temperatur aşağı düşmədiyi halda kondensator qurğusu açılmalıdır.

1.2.9.10. Kondensator batareyalarının gövdələri üzərində onların sıra nömrələri olmalıdır.

1.2.9.11. Kondensator batareyasına birbaşa (kommutasiya aparatları və qoruyucular üzərindən olmamaqla) birləşən elektrik boşaldıcı qurğu olduğu halda kondensator qurğusu açıldıqdan sonra onun qoşulmasına ən az 1 dəqiqə sonra yol verilir. Boşaldıcı qurğu qismində yalnız kondensatorlara quraşdırılmış rezistorlar istifadə olunursa, kondensator qurğusunun təkrar qoşulmasına: 660 V və daha az gərginlikli kondensatorlar üçün ən azı 1 dəqiqə sonra, 660 V və daha artıq gərginlikli kondensatorlar üçün isə ən azı 5 dəqiqə sonra icazə verilir.

1.2.9.12. Mühafizə qurğularının təsiri nəticəsində açılmış kondensator qurğusunun qoşulmasına yalnız açılmanın səbəbini müəyyən edib aradan qaldırandan sonra yol verilir.

1.2.9.13. Kondensator qurğusu aşağıdakılarla təmin olunmalıdır:

a) əriyən taxmaların müvafiq nominal cərəyanları üçün rezerv qoruyucu ehtiyatı;

b) kondensator batareyasının otağında saxlanılan kondensatorların nəzarət boşaldılması üçün, xüsusi ştanqa;

c) yanğın əleyhinə vasitələr (odsöndürənlər, qum və çalovun olduğu yeşik).

Kameraların xarici və daxili qapılarında, kondensator batareyaları şkaflarının qapıları üzərində onların dispetçer adlarını bildirən yazılar qeyd edilməlidir. Kamera qapılarının, eləcə də istehsal sahələrində quraşdırılmış kondensator batareyaları şkaflarının qapılarının çöl tərəfində təhlükəsizlik nişanları bərkidilməli və ya yuyulmayan boya ilə yazılmalıdır. Qapılar daima qıfılla bağlanmış olmalıdır.

1.2.9.14. Qoruyucuları əvəz edərkən kondensator qurğusu şəbəkədən açılmalı və qoruyucularla kondensator batareyası arasındakı elektrik dövrəsi qırılmalıdır (kommutasiya aparatını açmaq yolu ilə). Bu cür qırılma üçün şərait yoxdursa, qoruyucuların əvəz olunması bütün kondensator batareyalarının xüsusi ştanqa ilə nəzarət boşaldılmasından sonra yerinə yetirilir.

İstehsalçıların digər göstərişləri olmadığı halda kondensatorların nəzarət boşaldılmasının qurğu söndürüləndən ən azı 3 dəqiqə sonra həyata keçirilməsinə icazə verilir.

1.2.9.15. Hopdurucu dielektrik qismində trixlordifenil istifadə olunan kondensatorların texniki xidməti zamanı onun ətraf mühitə düşməsinin qarşısını almaq üçün tədbirlər görülməlidir. Sıradan çıxmış trixlordifenil hopduruculu kondensatorlar onların utilizasiyası üçün şərait olmadıqda xüsusi ayrılmış yerlərdə məhv olunmalıdır.

1.2.9.16. Kondensator qurğusunun baxışı (söndürülməmiş halda) yerli istismar təlimatında müəyyən olunmuş müddət ərzində, lakin daimi heyət növbəsi olan obyektlərdə sutkada 1 dəfədən az olmayaraq, daimi növbə heyəti olmayan obyektlərdə isə ayda 1 dəfədən az olmayaraq yerinə yetirilməlidir.

Kondensator qurğusunun növbədənkənar baxışı gərginliyin və ya ətraf mühit havasının temperaturunun yol verilən ən yüksək göstəricilərə kimi artdığı, qoruyucu vasitələrin, qurğunun normal işləməsi üçün təhlükə yaradan xarici amillərin təsiri olduğu halda, həmçinin onu qoşmazdan əvvəl həyata keçirilir.

1.2.9.17. Kondensator qurğusunun baxışı zamanı aşağıdakılar yoxlanmalıdır:

a) hasarlamaların və kilidlərin sazlığı, kənar əşyaların olmaması;

b) gərginliyin, cərəyanın, ətraf mühitin temperaturunun göstəricisi, ayrı-ayrı fazaların bərabər yüklənməsi;

c) aparatların, avadanlığın, kontaktlı birləşmələrin texniki vəziyyəti, izolyasiyanın tamlığı və çirklənmə dərəcəsi;

ç) hopdurucu mayenin damcılı axıtmasının və kondensator gövdələrinin divarlarının yolverilməz şişməsinin olmaması;

d) yanğından mühafizənin və ilkin yanğın söndürmə vasitələrinin texniki vasitələrinin olması və vəziyyəti.

Baxışın nəticələrinə əsasən əməliyyat jurnalında müvafiq qeyd aparılmalıdır.

1.2.9.18. Əsaslı və cari təmirlərin dövriliyi, elektrik avadanlığının və kondensatorlu qurğuların yoxlama və sınaq həcmi, elektrik avadanlığının sınaq normalarının və həcminin tələblərinə uyğun olmalıdır (müvafiq qurumların qəbul etdiyi normativ sənədlərin tələblərinə uyğun).

 

1.2.10. Akkumulyator qurğuları

 

1.2.10.1. Qaydanın bu yarımbəndi istehlakçıda quraşdırılan turşu və qələvi akkumulyator batareyalarının stasionar qurğularına şamil olunur.

Akkumulyator batareyaları müvafiq qurumların qəbul etdiyi normativ sənədlərinin, bu Qaydanın və istehsalçıların istismar sənədlərinin tələblərinə uyğun olaraq qurulmalı və qulluq olunmalıdır.

Akkumulyatorların quraşdırılması, batareyaların montajı və onların işlək vəziyyətə gətirilməsi ixtisaslaşmış təşkilatlar tərəfindən akkumulyator qurğularının texniki şərtlərinə və istehsalçıların istismar sənədlərinə uyğun olaraq həyata keçirilməlidir.

1.2.10.2. Akkumulyator batareyaları istismar olunarkən normal və qəza rejimlərində sabit cərəyan şinlərində lazımi gərginlik səviyyəsi təmin olunmalıdır.

Batareyanın etibarlı işinin təmin olunması üçün istehsalçının təlimatlarının tələblərinə riayət olunmalıdır.

1.2.10.3. Turşu və qələvi akkumulyator batareyalarının bir otaqda quraşdırılmasına yol verilmir.

1.2.10.4. Akkumulyator otağının divarları və tavanı, qapıları və pəncərə çərçivələri, metal konstruksiyaları, stellajları və digər hissələri turşuyadavamlı (qələviyə davamlı) boya ilə boyanmalıdır. Havalandırma qutuları və sorucu dolablar həm xaricdən, həm də daxildən boyanmalıdır.

Pəncərələr üçün mat və ya ağ yapışqanlı boya ilə örtülmüş şüşələr istifadə olunmalıdır.

1.2.10.5. Akkumulyator batareyaları otaqlarının işıqlandırılması üçün partlayışdan mühafizə olunmuş armatura içərisində közərmə lampaları istifadə olunmalıdır. Bir işıqlandırıcı qəza işıqlandırması şəbəkəsinə birləşdirilməlidir.

Elektrik açarları, ştepsel rozetkaları, qoruyucular və avtomatlar akkumulyator otağından kənarda yerləşməlidir. İşıqlandırma üçün elektrik xəttinin çəkilməsi turşuyadavamlı (qələviyə davamlı) örtüyü olan naqillərlə yerinə yetirilməlidir.

1.2.10.6. Açıq yerinə yetirilmiş turşu akkumulyatorunun elektrolitinin buxarlanmasını azaltmaq üçün lövhələrin çıxıntılarına (qabarmalarına) söykənən örtüklü şüşələr və ya şəffaf turşuyadavamlı plastmas istifadə olunmalıdır. Bu şüşələrin ölçüsü çənin daxili ölçüsündən kiçik olmalıdır. Çəninin ölçüsü 400 x 200 mm böyük olan akkumulyatorlar üçün iki və daha artıq hissəli örtük şüşələrinin istifadə olunmasına yol verilir.

1.2.10.7. Turşu elektrolitinin hazırlanması üçün keyfiyyəti zavod sertifikatı və ya dövlət standartlarının tələblərinə uyğun şəkildə aparılmış kimyəvi təhlilin protokolu əsasında təsdiq olunmuş sulfat turşusu ilə distillə olunmuş su istifadə olunmalıdır.

Turşu elektrolitinin hazırlanması, elektrolitin və turşunun saxlanması və nəql olunması, akkumulyator batareyasının işlək vəziyyətə gətirilməsi istehsalçının istismar sənədlərinin və stasionar qurğuşun-turşu akkumulyator batareyalarının istismarı üzrə təlimatın göstərişlərinə uyğun olaraq yerinə yetirilməlidir.

1.2.10.8. Turşu akkumulyator batareyalarında elektrolitin səviyyəsi aşağıdakı kimi olmalıdır:

a) CK növlü səthi-qutulu lövhəli stasionar akkumulyatorlar üçün elektrodların yuxarı kənarından 10 – 15 mm hündür;

b) CH növlü boyanmış lövhəli stasionar akkumulyatorlar üçün qoruyucu lövhəcik üzərində 20 – 40 mm həddində.

20°C temperatura gətirilmiş turşu elektrolitinin sıxlığı aşağıdakı kimi olmalıdır:

a) CK növlü akkumulyatorlar üçün - 1,205 ± 0,005 q/sm3;

b) CH növlü akkumulyatorlar üçün - 1,240 ± 0,005 q/sm3.

1.2.10.9. Qələvi akkumulyatorları batareyaya quraşdırılarkən polad nikelli elementlər arası bəndlərlə ardıcıl dövrədə birləşdirilməlidir.

Qələvi akkumulyator batareyaları mis keçiricidən olan bəndlərlə ardıcıl dövrədə birləşdirilməlidir.

Natrium-litium və kalium-litium yüklənmiş akkumulyatorlarda elektrolitin səviyyəsi lövhələrin üst kənarından 5 – 10 mm hündür olmalıdır.

1.2.10.10. Qələvi elektrolitin hazırlanması üçün mövcud dövlət standartlarına cavab verən kalium hidroksid və ya natrium hidroksid, litium hidroksid, distillə olunmuş su istifadə olunmalıdır.

Qələvi elektrolitin hazırlanması və akkumulyator batareyasının işlək vəziyyətə gətirilməsi zamanı istehsalçıların istismar sənədlərinin göstərişləri yerinə yetirilməlidir.

1.2.10.11. Akkumulyator batareyasının elementləri nömrələnməlidir. İri rəqəmlər çənin şaquli ön tərəfinə turşuyadavamlı (qələviyə davamlı) boya ilə yazılır. Batareyada birinci nömrə altında müsbət şinin birləşdirildiyi element işarələnir.

1.2.10.12. Yenidən montaj olunmuş və ya əsaslı təmirdən çıxmış akkumulyator batareyası qəbul olunarkən aşağıdakılar yoxlanmalıdır:

a) tutum (10 saatlıq boşalma cərəyanı ilə və ya istehsalçıların istismar sənədlərinin göstərişlərinə uyğun olaraq);

b) elektrolitin keyfiyyəti;

c) elektrolitin sıxlığı və batareyanın dolması və boşalmasının sonunda elementlərdəki gərginlik;

ç) batareyanın izolyasiyasının yerə nisbətən müqaviməti;

d) axıcı-sorucu havalandırmanın işlək vəziyyətdə olması.

Batareyalar 100% nominal tutuma çatandan sonra istismara verilməlidir.

1.2.10.13. Daimi yükləmə rejimində işləyən turşu batareyaları bərabərləşdirici dövri yenidən yükləmələr olmadan istismar olunmalıdır. Bütün akkumulyatorları tamamilə yüklü vəziyyətdə saxlamaq üçün və elektrodların sulfatlaşmasının qarşısını almaq üçün batareyanın vəziyyətindən asılı olaraq, lakin ildə 1 dəfədən az olmayaraq, bütün elementlərdə elektrolitin sıxlığı 1.2.10.8 b. göstərilmiş müəyyən olunmuş qiymətinə çatana kimi batareyanın bərabərləşdirici yüklənməsi (tam həcmdə yüklənməsi) yerinə yetirilməlidir.

Bərabərləşdirici yükləmənin müddəti batareyanın texniki vəziyyətindən asılıdır və ən azı 6 saat təşkil etməlidir.

Yarımstansiyalarda batareyanın iş qabiliyyəti təkan cərəyanları zamanı gərginliyin azalması üzrə yoxlanmalıdır.

Bütün batareyaların və ya onun ayrı-ayrı elementlərinin bərabərləşdirici yüklənməsi yalnız zərurət yarandıqca baş verməlidir.

Batareyanın yüklənməsi və boşalması yalnız həmin batareya üçün maksimaldan çox olmayan cərəyan vasitəsilə yol verilir. Yükləmənin sonunda elektrolitin temperaturu CK növlü akkumulyatorlar üçün ən çox 40°C , CH növlü akkumulyatorlar üçün isə ən çox 35°C təşkil etməlidir.

1.2.10.14. Turşu batareyaların nəzarət yüklənmələri zərurət yarandıqca və ya 1 – 2 il ərzində 1 dəfə olmaqla batareyanın faktiki tutumunun müəyyən olunması üçün stasionar qurğuşun-turşu akkumulyator batareyalarının istismarı üzrə təlimatın göstərişlərinə uyğun olaraq yerinə yetirilməlidir.

Boşalma cərəyanının qiyməti hər dəfə eyni olmalıdır. Nəzarət boşalmasının nəticələri əvvəlki boşalmaların ölçmələrinin nəticələri ilə müqayisə olunmalıdır.

Daimi yükləmə rejimində işləyən turşu batareyaları təlim boşalması olmadan istismar olunmalıdır. Ayrı-ayrı akkumulyatorların (və ya onların bir qrupunun) boşalması onlarda təmir işləri və ya nasazlığın aradan qaldırılması zamanı yerinə yetrilə bilər.

1.2.10.15. Yükləmə qurğusunun gücü və gərginliyi ondan əvvəl 30 dəqiqəlik boşaldılmaqla ən çoxu 8 saat ərzində akummulyator batareyasının nominal tutumunun 90% həcmində yüklənməsi üçün kifayət səviyyədə olmalıdır.

Yükləmə qurğusu batareyanın şinlərində gərginliyin ± 2% kənara çıxma ilə sabitləşdirilməsini təmin etməlidir. Akkumulyator batareyalarının yüklənməsi və əlavə yüklənməsi üçün istifadə olunan bərabərləşdirici qurğular bölüşdürücü transformator üzərindən dəyişən cərəyan tərəfindən birləşməlidir.

İş zamanı daimi istifadə olunmayan əlavə akkumulyator batareyalarının ayrıca əlavə yüklənmə qurğusu olmalıdır.

Akkumulyator qurğusu yükləmə, əlavə yükləmə qurğularının və akkumulyator batareyasının dövrələrində çevirici açarı voltmetrlə və ampermetrlə təchiz olunmalıdır.

1.2.10.16. Akkumulyator batareyasının otağında havalandırma sisteminin istismar qaydası konkret şərait nəzərə alınmaqla yerli təlimatla təyin olunmalıdır.

Akkumulyator batareyasının otağının axıcı-sorucu havalandırması batareya yüklənməyə başlamazdan əvvəl işə salınmalı və qazlar tam həcmdə təmizlənəndən sonra, lakin yükləmə başa çatandan ən tezi 1.5 saat sonra açılmalıdır. Akkumulyator batareyaları üçün havalandırma açılmış olduğu halda bir element üçün 2.3 V-dan artıq gərginlikli yükləmənin yerinə yetirilməsinə yol verməyən bloklama nəzərdə tutulmalıdır.

1.2.10.17. Normal istismar şəraitində əməliyyat sabit cərəyan şinlərində gərginliyi cərəyan qəbuledicilərin nominal gərginliyindən 5% yüksək saxlamağa yol verilir.

1.2.10.18. Sabit cərəyanın bütün yığmaları və halqalı magistralları iki mənbədən qidalanma ilə təmin olunmalıdır.

1.2.10.19. Akkumulyator batareyasının izolyasiya müqavimətinin ölçülməsi 3 ayda 1 dəfə həyata keçirilir, onun qiyməti isə batareyanın nominal gərginliyindən asılı olaraq aşağıdakı kimi olmalıdır:

 

Akkumulyator batareyasının gərginliyi, V

24

48

60

110

220

Izolyasiyanın müqaviməti Riz, kOm, az olmamaqla

15

25

30

50

100

 

Sabit cərəyan şinləri qütblərdən birinin izolyasiya müqaviməti 24 V-luq şəbəkədə 3 kOm, 48 V-luq şəbəkədə - 5 kOm, 60 V-luq şəbəkədə 6 kOm, 110 V-luq şəbəkədə 10 kOm, 220 V-luq şəbəkədə isə 20 kOm göstəricisinə kimi azaldıqda siqnala reaksiya verən izolyasiyanın daimi nəzarəti üçün qurğu ilə təchiz olunmalıdır.

İstismar şəraitində sabit əməliyyat cərəyan şəbəkəsinin dövri olaraq izolyasiyaya nəzarət qurğusunun (və ya voltmetrin) köməyi ilə ölçülən izolyasiya müqaviməti yuxarıda verilmiş minimal rəqəmlərə nisbətən ən azı ikiqatı olmalıdır.

1.2.10.20. Əməliyyat cərəyan şəbəkəsində yerə qapanma (və ya izolyasiya müqavimətinin nəzarət qurğusunun işə düşmə dərəcəsinə kimi azalması) baş verdikdə bunun dərhal aradan qaldırılması üçün tədbirlər görülməlidir.

Əməliyyat cərəyan şəbəkəsində gərginlik altında işlərin icrasına, həmin şəbəkədə yerə qapanma baş verdiyi halda, yol verilmir (qapanmanın baş verdiyi yerin axtarışı ilə bağlı işlər istisna olmaqla).

1.2.10.21. Akkumulyator qurğularına qulluqla bağlı vəzifə akkumulyator batareyalarının istismar qaydalarını bilən mütəxəssisə həvalə olunmalıdır.

Hər bir akkumulyator qurğusu üzərində baxışların nəticələrini və iş həcmini qeyd etmək üçün akkumulyator batareyasının jurnalı olmalıdır.

1.2.10.22. İşləyən turşu akkumulyator batareyasının elektrolitinin təhlili hər il nəzarət elementlərindən götürülən nümunələr üzrə aparılmalıdır. Nəzarət elementlərinin miqdarı istehlakçının elektrik təsərrüfatına cavabdeh şəxs tərəfindən akkumulyator batareyasının vəziyyətindən asılı olaraq, lakin batareyadakı elementlərin miqdarının 10%dən az olmamaqla müəyyən edilir. Nəzarət elementləri qismində istifadə etmək üçün hər il müxtəlif elementlər təyin olunmalıdır.

Nəzarət boşalması zamanı elektrolit nümunələri boşalmanın sonunda götürülür.

Akkumulyatorların əlavə doldurulması üçün xlor və dəmirin olmaması ilə bağlı yoxlanışdan keçmiş distillə olunmuş su istifadə olunmalıdır.

1.2.10.23. Batareyada ən çoxu 5% gecikən element ola bilər. Gecikən elementlərin gərginliyi yükləmənin sonunda digər elementlərin orta gərginliyindən maksimum 1.5% fərqlənməlidir.

1.2.10.24. Akkumulyator batareyalarının baxışı istehlakçının elektrik təsərrüfatına cavabdeh şəxs tərəfindən təsdiq olunmuş cədvəl üzrə baxışların aşağıdakı dövriliyi nəzərə alınmaqla həyata keçirilməlidir.

a) əməliyyat heyəti tərəfindən – sutka ərzində 1 dəfə;

b) xüsusi olaraq ayrılmış işçi tərəfindən – ayda 2 dəfə;

c) elektrik təsərrüfatına cavabdeh şəxs və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən – ayda 1 dəfə.

1.2.10.25. Cari baxış zamanı aşağıdakılar yoxlanmalıdır:

a) nəzarət elementlərində elektrolitin gərginliyi, sıxlığı və temperaturu (bütün elementlərdə elektrolitin gərginliyi və sıxlığı, və nəzarət elementlərində elektrolitin temperaturu ən azı ayda 1 dəfə yoxlanmalıdır);

b) əsas və əlavə akkumulyatorların tam yüklənməsinin gərginliyi və cərəyanı;

c) elektrolitin səviyyəsi;

ç) örtük şüşələrinin və ya filtr-tıxacların yerləşməsinin düzgünlüyü;

d) akkumulyatorların tamlığı, otağın təmizliyi;

e) havalandırma və isitmə;

f) akkumulyatorlardan az miqdarda qaz qovuqcuqlarının ayrılması;

g) şəffaf çənli akkumulyatorlarda şlamın səviyyəsi və rəngi.

1.2.10.26. Akkumulyator qurğusuna xidmət edən heyət aşağıdakılarla təmin olunmalıdır:

a) texniki sənədlər;

b) batareyanın ayrı-ayrı elementlərinin gərginliyinə, elektrolitin sıxlığına və temperaturuna nəzarət cihazları;

c) xüsusi geyim;

ç) xüsusi inventar və ehtiyat hissələri.

1.2.10.27. Düzləndirici qurğulara və akkumulyator batareyalı sabit cərəyan qurğularına daxil olan mühərrik-generatorlara xidmət göstərmə və onların təmiri həmin avadanlıq növü üçün müəyyən olunmuş qaydada həyata keçirilməlidir.

1.2.10.28. Batareyanın əsaslı təmiri (xeyli sayda akkumulyatorların, lövhələrin, separatorların əvəzlənməsi, bütün batareyanın və ya onun bir hissəsinin sökülməsi) üçün ixtisaslaşmış təmir təşkilatlarının dəvət olunması məqsədə uyğundur.

Batareyanın əsaslı təmiri üçün zərurətin yarandığını İstehlakçının elektrik təsərrüfatına cavabdeh şəxs müəyyən edir.

CK növlü akkumulyatorların əsaslı təmiri bir qayda olaraq 15 – 20 illik istismar müddətindən sonra həyata keçirilməlidir.

CH akkumulyatorların əsaslı təmiri həyata keçirilmir. Bu növ akkumulyatorların əvəzlənməsi ən tezi 10 illik istismar müddətindən sonra həyata keçirilməlidir.

 

1.2.11. Nəzarət, ölçü və uçot vasitələri

 

1.2.11.1. Qaydanın bu yarımbəndi avadanlığın texnoloji parametrlərinin nəzarət sistemlərinə, onun iş rejimlərinin ölçmə vasitələrinə (stasionar və daşıyıcı), həmçinin elektrik enerjinin uçotu vasitələrinə (aktiv və reaktiv enerji sayğacları) şamil olunur.

1.2.11.2. Elektrik qurğularının nəzarət sistemləri, elektrik enerjinin ölçü və uçotunun texniki vasitələri ilə, təchiz edilmə həcmi normativ – texniki sənədlərin tələblərinə uyğun olmalıdır və bunları təmin etməlidir: avadanlığın texniki vəziyyəti və onun iş rejimləri üzrə nəzarəti; işlənmiş, azad edilmiş və istifadə edilmiş elektrik enerjisinin uçotu; əməyin təhlükəsizlik şərtlərinə və sanitar norma və qaydalarına riayət olunması; ətraf mühitin mühafizəsinə nəzarəti.

1.2.11.3. Avadanlığın texnoloji parametrlərinə, onun iş rejimlərinə nəzarət, elektrik enerjisinin və informasiya – ölçü sistemlərinin uçot sistemləri, ölçmələrin vəhdətini və tələb olunan dəqiqliyini nəzərdə tutmuş qayda və normalar əsasında təşkil edilmiş metroloji təminat daxil olmaqla, müəyyən edilmiş tələblərə cavab verən ölçü vasitələri və texniki vasitələr ilə təchiz edilməlidir. 

Təyin olunmuş qaydada metroloji attestasiyadan keçmiş qeyri – standart vasitələrin tətbiq edilməsinə icazə verilir.

1.2.11.4. Elektrik enerjisinin ölçü və uçot vasitələrinin quraşdırılması və istismarı, müvafiq qurumların qəbul etdiyi normativ sənədlərinin və istehsalçının istismar sənədlərinin tələblərinə uyğun olaraq yerinə yetirilir.

1.2.11.5. Elektrik enerjisinin ölçü və uçot vasitələrinin dövri baxışı və profilaktik xidmət göstərilməsi, onların vəziyyətlərinə nəzarət, dövlət standartlarına uyğun olaraq istehlakçıda bu vasitələrin yoxlanılması, təmiri və sınanması üçün metroloji xidmət və ya ölçmələrin vəhdətinin təmin edilməsi üçün digər struktur yaradıla bilər.

Bu cür xidmətin mövcudluğu zamanı, o sınaq və təmir avadanlığı ilə və normativ-texniki sənədlərin tələblərinə uyğun olaraq ölçmələrin nümunəvi vasitələri ilə təchiz olunmalıdır.

1.2.11.6. Elektrik enerjisinin bütün ölçü və uçot vasitələri, həmçinin informasiya-ölçü sistemləri saz və işə hazır vəziyyətdə olmalıdır. Texnoloji enerji avadanlığının iştismarı zamanı, ölçü və uçot vasitələrinin təmiri çıxarılarsa, onların əvəzinə ehtiyat vasitələri quraşdırılmalıdır (bu Qaydanın 1.2.11.17-ci bəndində qeyd olunmuş hallar istisna olmaqla).

1.2.11.7. Elektrik enerjisinin və gücün kommersiya uçotu sistemi elektroenergetika sahəsi üzrə Azərbaycan Respublikasında qüvvədə olan qanunların tələblərinə uyğun olaraq təşkil edilməlidir. İstehlakçının əsas avadanlığının sənaye istismarına buraxılmasınadək informasiya-ölçü sistemləri metroloji attestasiyadan və istismar prosesində dövri yoxlamadan keçirilməlidirlər.

Metroloji attestasiyadan keçirilməyən informasiya-ölçü sistemlərinin istifadəsinə yol verilmir.

1.2.11.8. Ölçmə dəqiqliyi normalaşmayan texnoloji parametrlərə görə nəzarət üçün tətbiq edilən ölçmələrin iş vasitələri indikatorlar dərəcəsinə keçirilə bilər. İndikator dərəcəsinə keçirilmiş ölçü vasitələrinin üzərində “İ” fərqləndirmə nişanı qeyd olunur. Ölçü vasitələrinin bu cür siyahısı istehlakçının rəhbəri tərəfindən təsdiq edilir.

1.2.11.9. Elektrik enerjisinin hesabat uçotu vasitələrinin və nümunəvi ölçü vasitələrinin yoxlanılması dövlət standartları ilə müəyyən edilmiş müddətdə, həmçinin göstərilən vasitələrin təmirindən sonra aparılır.

1.2.11.10. Enerji avadanlıqları vasitələrinə quraşdırılmış elektrik ölçü vasitələrinin (cərəyan və gərginlik transformatorları, şuntların, elektrik çeviricilərinin və sair) yoxlama müddəti, onlar üçün təyin edilmiş avadanlığın təmirarası iş intervallarına uyğun olmalıdır. Avadanlığın təmir həcminə bu cür ölçü vasitələrinin demontajı, yoxlanılması və quraşdırılması daxil edilməlidir.

1.2.11.11. Elektrik enerjisinin ölçü və uçot vasitələri üçün pasportlar (və ya jurnallar) tərtib edilir, orada bütün təmirlər, kalibrləmələr və yoxlamalar haqqında qeydlər aparılır.

Hesabat sayğaclarının dövrülüyünün və həcminin yoxlanılması qüvvədə olan normativ – texniki sənədlərin tələblərinə uyğun olmalıdır.

Sayğac yoxlamasının müsbət nəticələri uyğunluq möhürü və ya yoxlama haqqında şəhadətnamə ilə təsdiq edilir.

Hesabat sayğacları kalibrləmə dövrülüyü və həcmi yerli təlimat ilə təyin edilir.

Hesabat sayğacının kalibrləməsi onun istismar yerində aparılır, əgər o yerli təlimat ilə nəzərdə tutulubsa, enerji obyektində elektrik enerjinin qeydiyyatına görə səlahiyyətli olan işçinin iştirakı ilə enerji təchizatı müəssisəsinin attestasiyadan keçmiş nümayəndəsi tərəfindən uyğunluq möhürü pozulmadan aparıla bilər. Kalibrləmə normativ – texniki sənədlər ilə nəzərdə tutulmuş yoxlamanı əvəz etmir. Kalibrləmənin nəticələri akt ilə rəsmiləşdirilir.

1.2.11.12. Elektrik avadanlıqlarının və elektrik veriliş xətlərinin iş rejimi nəzarət edilən stasionar ölçü vasitələri üzrə ölçülən vahidin nominal qiymətinə uyğun olan nişan vurulmalıdır. Nişanın vurulma ölçüləri və üsulu ölçü cihazları şkalalarına dövlət standartları tələblərinə uyğun olmalıdır. Xarici mənbədən elektrik enerjisi ilə təmin olunan cihazlar gərginliyi göstərən siqnallama qurğuları ilə təchiz olunmalıdırlar.

1.2.11.13. Elektrik enerjisinin hər bir uçot vasitəsində (sayğac), üzərində elektrik enerjisinin uçotu aparılan, birləşmənin adını qeyd edən yazı yerinə yetirilməlidir. Sayğacın yanında panel üzərində qeydin yerinə yetirilməsinə yol verilir, əgər bu zaman hər bir sayğaca qeydlərin məxsusluğunu birmənalı qaydada müəyyən etmək mümkündürsə.

1.2.11.14. Ölçü vasitələrinin və elektrik enerjisi uçotunun, o cümlədən, qeydiyyata alma cihazlarının və qəza rejimində, elektrik yarımstansiyalarda (paylayıcı qurğularında) qeydin avtomatik sürətləndirilməsi cihazlarının işinə görə müşahidəni istifadəçinin texniki rəhbərliyinin qərarı ilə təyin edilmiş bölmələrin əməliyyat və ya əməliyyat-təmir heyəti aparmalıdır.

1.2.11.15. Ölçmə və elektrik enerjisi uçotu vasitələrinin xarici vasitələrinin qorunub saxlanılması və təmizliyinə görə məsuliyyəti onlar quraşdırılmış avadanlığa xidmət edən heyət daşıyır. Heyət, ölçmə və elektrik enerjisi uçotu vasitələrinin işində bütün pozuntular haqqında istehsalçının metroloji xidmətinin funksiyalarını yerinə yetirən bölməyə dərhal xəbər verməlidir. Qeydiyyata alma cihazları ilə normal qeydiyyatın təmin edilməsi işləri ilə bağlı olmayan elektrik ölçü vasitələrinin açılması, yalnız istehsalçının metroloji xidmətinin funksiyalarını yerinə yetirən bölmənin heyətinə, tədarükçü və ya istehsalçı ilə hesabat üçün ölçü vasitələri isə onların nümayəndələri ilə birgə bölmənin heyətinə icazə verilir.

1.2.11.16. Hesabat sayğacları birləşdirilən ikinci dövrələrə cərəyan və gərginlik ölçü transformatorlarının quraşdırılmasını və əvəz edilməsini enerji təchizatı müəssisəsinin icazəsi ilə istehlakçının işini görən heyət tərəfindən yerinə yetirilir.

Enerji təchizatı müəssisəsi və istehlakçı arasında hesabat sayğaclarının əvəz edilməsini və yoxlanılmasını enerji təchizatı müəssisəsi ilə razılaşma üzrə uçot cihazlarının sahibi həyata keçirir. Bu zaman, elektrik enerjinin uçotsuz istifadə edilməsi zamanı və orta sərf edilən güc iki tərəfli akt ilə rəsmiləşdirilməlidir.

1.2.11.17. İstehlakçı, hesablaşma elektrik sayğaclarının işində imtina halları və bütün nöqsanlar haqqında dərhal enerji təchizatı müəssisəsini xəbərdar etməyə borcludur.

Enerji obyektinin heyəti, hesabat sayğacının qorunub saxlanılmasına, onun plombuna görə və elektrik enerjisi uçotu dövrələrinin, mövcud “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə görə məsuliyyət daşıyır.

1.2.11.18. Elektrik ölçü cihazlarına, kommutasiya aparatlarına və elektrik dövrələrinin sökülə bilən birləşmələrin uçot dövrələrinə sanksiyadan kənar müdaxilədən qorumaq üçün müəyyən edilmiş tələblərə uyğun olraq, vizual nəzarətin xüsusi nişanlar ilə onların nişanlanması aparılmalıdır.

Elektrik enerjisinin və (və ya) gücün hesabat uçotu vasitələri üzrə vizual nəzarətin müəyyən edilmiş xüsusi nişanlarının yalnız enerjitəchizat müəssisəsinin nümayəndələri tərəfindən çıxarılmasına icazə verilir. İstelakçının işçi heyətinə, həmçinin nümayəndələri tərəfindən bu barədə icbari məlumatlandırılması ilə sənədləşmə təsdiqinin mövcudluğu zamanı yalnız qəza vəziyyətlərində vizual nəzarət nişanlarının çıxarılması icazə verilir.

 

1.2.12. Elektrik işıqlandırması

 

1.2.12.1. Qaydanın bu yarımbəndi sahələrin və qurğuların, yaşayış və ictimai binaların, açıq sahələrin və küçələrin elektrik işıqlandırma, həmçinin reklam işıqlandırma qurğularına şamil olunur.

1.2.12.2. Bütün sahələrdə, iş yerlərində, açıq sahələrdə və küçələrdə iş və qəza işıqlandırılması müəyyən edilmiş tələblərə uyğun olaraq işıqlandırmanı təmin etməlidir.

 Proqram idarə olunması qurğuları ilə təchiz edilmiş reklam işıqlandırılması, həmçinin icazə verilmiş sənaye radio maneəsi üzrə qüvvədə olan normaların tələblərini təmin etməlidir.

İş və qəza işıqlandırılması elektrik qurğularının istismarı zamanı tətbiq edilən çıraqlar yalnız zavod istehsalı olmalıdır və dövlət standartları və texniki şərtlərin tələblərinə uyğun olmalıdır.

1.2.12.3. Qəza işıqlandırılma çıraqları işçi işıqlandırma çıraqlarından nişanlar və ya rənglər ilə fərqlənməlidir.

Tüstü bacalarının və digər hündür qurğuların işıq hasarı müəyyən edilmiş qaydalara uyğun olmalıdır.

1.2.12.4. Qəza və iş işıqlandırma çıraqlarının qidalanması müstəqil mənbələdən həyata keçirilməlidir. İşçi işıqlandırmasının söndürülməsi zamanı, qəza işıqlandırılmasına keçid avtomatik olaraq və ya əllə layihənın tələblərinə uyğun olaraq, yerli şəraitlər üzrə məqsədə uyğunluqdan çıxış edərək və müvafiq qurumların qəbul etdiyi normativ sənədlərinin tələblərinə uyğun olaraq yerinə yetirilməlidir.

Layihədən kənar sxemlər üzrə qəza işıqlandırılması şəbəkəsinin qidalanmasına yol verilmir.

Bu işıqlandırmaya aid olmayan səyyar transformatorların və digər yüklərin qəza işıqlandırma şəbəkəsinə qoşulmasına yol verilmir.

Qəza işıqlandırma şəbəkəsi ştepsel yuvaları olmadan yerinə yetirilməlidir.

1.2.12.5. İşıqlandırma sipərlərinin və şəbəkə quraşdırmasının qabaq tərəfində, adın (sipərin, quraşdırmanın), nömrənin, müvafiq dispetçer adının qeydi (nişanlama) olmalıdır. İçəri tərəfdən (məsələn, qapılarda) bir xətli sxem, cərəyanın qiymətinin, qoruyucularda əritmə dərəcəsinin və ya avtomatik elektrik açarlarının nominal cərəyanının və onların vasitəsilə qida alanlara uyğun olaraq elektrik qəbuledicilərinin adının qeyd edilməsi ilə yazılar olmalıdır. Elektrik qəbul edicilərinin adı (xüsusilə, çıraqların) elə izah edilməlidir ki, tək-tək yerləşən və ya qrup şəklində olan çıraqları yandıran və ya söndürən işçilər, bu hərəkətləri səhvsiz yerinə yetirsin. Avtomatik elektrik açarlar, onlardan qida alan istehlakçıların selektiv sönməsini təmin etməlidir.

Hər hansı bır daşıyıcı və ya səyyar elektrik qəbuledicilərin yanması üçün işıqlandırma şəbəkələrinin istifadə edilməsinə yol verilmir.

1.2.12.6. Yüksək gərginlik ilə olan sahələrdə və xüsusi təhlükəli sahələrdə daşıyıcı (əl) elektrik çıraqlarının qidalanması üçün 50 V artıq olmayan, xüsusi əlverişsiz şəraitlərdə iş zamanı, elektrik cərəyanın vurması təhlükəsi olan yerlərdə, işləyənin narahat vəziyyətdə olması, böyük metallik, yaxşı torpaqlanmış səhtlər ilə (məsələn, qazanxanalarda, baxış quyularında, qarajlarda və sair olan iş) toxunması zamanı və açıq qurğularda - 12 V artıq olmayan gərginlik tətbiq edilməlidir.

12-50 V gərginlikdə olan cihazların çəngəlləri daha yüksək nominal gərginliyi olan rozetkalara daxil olmamalıdır. İki və ya daha çox nominalı olan gərginlik istifadə olunan sahələrdə, bütün elektrik yuvalarında nominal gərginliyin qeyd edilməsi yazıları olmalıdır.

12-50 V şəbəkəsində olan çıraqların qidalanması üçün avtotransformatorların istifadə edilməsinə yol verilmir.

Sərt dayaqlara bərkidilməmiş florasan lampaların daşıyıcı işıqlandırılması üçün tətbiq edilməsinə yol verilmir.

1.2.12.7. Layihə gücünə və ya işıqlandırma parlaqlığına uyğun olmayan lampaların iş və qəza işıqlandırılması şəbəkəsinin çıraqlarda quraşdırılması, həmçinin çıraqların qorunma və müdafiə çəpərlərinin çıxarılmasına yol verilmir.

1.2.12.8. İstehlakçıların, qurğuların, yaşayış və ictimai binaların, açıq sahələrin və küçələrin bir qayda olaraq daxili, xarici, həmçinin mühafizə işıqlandırılması şəbəkələrinin qidalanması ayrı – ayrı xətlər üzrə nəzərdə tutulmalıdır.

Uzaqda olan obyektlərin işıqlandırma şəbəkələrindən savayı, xarici işıqlandırma şəbəkəsinin idarə olunması, həmçinin müdafiə işıqlandırma şəbəkəsinin idarə olunması bir qayda olaraq mərkəzləşdirilmiş qaydada, bu istehlakçının enerji təsərrüfatı idarə edilməsi lövhənin sahəsindən və ya digər xüsusi sahədən həyata keçirilir.

1.2.12.9. İşıqlandırma şəbəkəsi lazımi limitlərdə gərginliyin saxlanılması imkanını təmin edən mənbələrdən (stabilizatorlardan və ya ayrı – ayrı transformatorlardan) qida almalıdır.

Lampalarda gərginlik nominal qiymətdən yuxarı olmamalıdır. Daxili iş işıqlandırma şəbəkəsinin daha uzaq lampalarında, həmçinin projektor qurğularının gərginliyin aşağı düşməsi, nominal gərginliyin 5%-dən artıq olmamalıdır, xarici və qəza işıqlandırma şəbəkəsinin daha uzaq lampalarında və 12 – 50 V gərginliyi olan şəbəkədə - 10 % artıq olmamalıdır.

1.2.12.10. İki çıxışa malik olan elektrik yarım stansiyalarının və bölüşdürmə qurğularının dəhlizində və keçid tunellərində işıqlandırma iki tərəfli idarəetmə ilə yerinə yetirilməlidir.

1.2.12.11. Elektrik işıqlandırma şəbəkəsinə xidmət göstərən əməliyyat heyətində bu şəbəkənin sxemi, müvafiq şıraqların və işıqlandırmanın bu şəbəkəsinin bütün gərginlikdə olan lampalarının kalibrlənmış taxmalarının ehtiyatı olmalıdır.

İstehlakçının və ya obyektin əməliyyat və əməliyyat-təmir heyəti hətta qəza işıqlandırılmasının mövcudluğu zamanı müstəqil qidaya malik olan daşıyıcı elektrik fənərləri ilə təchiz edilməlidir.

1.2.12.12. Çıraqların təmizlənməsi, elektrik işıqlandırma şəbəkəsinin baxışı və təmiri qrafik üzrə (plan PXT) ixtisaslaşmış heyət yerinə yetirməlidir.

İstifadəçinin çıraqlarının təmizlənməsi və işıqlandırma qurğularının texniki vəziyyətinin yoxlanılması üzrə işlərin dövrülüyü (şüşələrin, çərçivələrin və torların mövcudluğu və bütövlüyü, xüsusi təyinatlı çıraqların sıxlığının sazlığı və sair) yerli şəraitlər nəzərə alınmaqla istehlakçının elektrik təsərrüfatına görə məsul şəxs tərəfindən müəyyən edilməlidir. Gücləndirilmiş çirklənməyə məruz qalmış sahələrdə çıraqların təmizlənməsi xüsusi qrafik üzrə yerinə yetirilməlidir.

1.2.12.13. Yanıb xarab olmuş lampaların dəyişdirilməsi qrup və ya fərdi üsulla aparıla bilər, o lampaların mövcudluğu və işıqlandırma qurğularının gücündən asılı olaraq konkret olaraq hər bir istehlakçı üçün müəyyən edilir. Qrup üsulu zamanı armaturun növbəti təmizləmə müddətləri lampaların qrup şəklində əvəz edilməsi müddətlərinə uyğunlaşdırılmalıdır.

1.2.12.14. 5 m-dək çıraqların asılması hündürlüyü zamanı söykədilən nərdivan və asma nərdivan ilə onların xidmət göstərilməsinə yol verilir. Daha artıq hündürlükdə olan çıraqların yerləşməsi zamanı körpü kranlarının, stasionar körpülərin və yerli təlimatlar və elektrik qurğularının istismarı zamanı təhlükəsizlik qaydaları ilə müəyyən edilmiş təhlükəsizlik tədbirlərinə (bax. Texniki təhlükəsizlik Qaydaları) riayət edilməsi zamanı səyyar qurğuların onlara xidmət göstərilməsinə icazə verilir.

1.2.12.15. Sıradan çıxmış lüminessensiya edilmiş lampalar, DRL tipli lampalar və civədən ibarət olan digər mənbələr xüsusi sahədə saxlanılmalıdır. Onları vaxtaşırı məhv etmək və dezaktivasiya etmək üçün bunu xüsusi ayrılmış yerlərə aparmaq lazımdır.

1.2.12.16. İşıqlandırma şəbəkələrinə baxış və yoxlama aşağıda qeyd edilmiş müddətlərdə:

a) ildə 2 dəfə iş işıqlandırılmasının söndürülməsi zamanı qəza işıqlandırılmasının sazlığının yoxlanılması;

b) işıqlandırma normalarına uyğun olaraq şəbəkənin istismara verilməsi zamanı, həmçinin sahənin funksional təyinatının dəyişdirilməsi zamanı – sahənin daxilində işıqlandırmanın ölçülməsi (o cümlədən, sahələrin, ayrı – ayrı iş yerlərinin, keçidlərin və sair) aparılmalıdır.

1.2.12.17. Stasionar avadanlığın və qəza və iş işıqlandırılması elektrik şəbəkəsinin vəziyyətinin yoxlanılması, simlərin, kabellərin və torpaqlama qurğuların izolyasiya müqavimətini sınaqdan keçirilməsi və ölçülməsi elektrik işıqlandırma şəbəkəsinin istismara verilməsi zamanı, gələcəkdə isə - lakin üç ildə 1 dəfədən az olmayaraq İstehlakçının elektrik təsərrüfatına görə məsul olan şəxs tərəfindən təsdiq edilmiş qrafik üzrə aparılmalıdır. Ölçmə nəticələri elektrik avadanlığının sınaq normalarına uyğun olaraq akt (protokol) ilə rəsmiləşdirilir (müvafiq qurumların qəbul etdiyi normativ sənədlərin tələblərinə uyğun).

1.2.12.18. Xarici (küçə) və reklam işıqlandırma qurğularının texniki xidmət göstərilməsini və təmirini hazırlıqlı elektrik texniki heyət yerinə yetirməlidir.

Bu cür heyətə malik olmayan istehlakçılar bu qurğuların texniki xidmət göstərmə və təmiri funksiyalarını xüsusiləşdirilmiş təşkilatlara verə bilərlər.

Reklam işıqlandırma şəbəkəsinin qaz və işıq qurğularının plan – xəbərdarlıq təmirinin vaxtaşırılığı onların akteqoriyalarından asılı olaraq müəyyən edilir (yerləşmə yeri, texniki xidmət göstərmə sistemləri və sair) və İstehlakçının elektrik təsərrüfatına görə məsul şəxs tərəfindən təsdiq edilir.

1.2.12.19. Bir qayda olaraq, küçə və reklam işıqlandırılma qurğularının yandırılması və söndürülməsi ilin fəsilləri, yerli şəraitin xüsusiyyətləri nəzərə alınaraq tərtib edilmiş və yerli hakimiyyət orqanları tərəfindən təsdiq edilmiş qrafika uyğun olaraq, avtomatik şəkildə həyata keçirilməlidir.

1.2.12.20. Reklam işıqlandırılma qurğularının işində bütün nasazlıqlar və zədələr (sayrışma, tez – tez boşalmalar və sair) haqqında istehlakçının əməliyyat və ya əməliyyat–təmir heyəti dərhal öz rəhbər işçilərinə məlumat verməlidir və onların aradan qaldırılması üçün tədbirlər görməlidir. Gözlə görünən zədələr zamanı reklam işıqlandırılma qurğularının işinə yol verilmir.

1.2.12.21. Küçə və reklam işıqlandırma qurğularının mərkəzləşdirilmiş avtomatik idarəetmə sistemi zamanı, öz sərəncamənda nəqliyyat vasitəsinə və telefon rabitəsinə malik olan heyətin gecə - gündüz növbəsi ilə təmin edilməlidir.

 

1.2.13. İstehlakşıların elektrik avadanlıqlarının və elektrik qurğuları aparatlarının sınaqlarına dair metodik göstərişlər

 

1.2.13.1. Bu Qaydanın 3 nömrəli əlavəsində göstərilmiş istehlakçıların elektrik avadanlıqlarının və elektrik qurğuları aparatlarının sınaq normaları (bundan sonra – Elektrik avadanlıqlarının yoxlamalarının həcmi və normaları) gərginliyi 220 kV-dək olan elektrik qurğularını istismar edən istehsalçılar üçün vacid hesab ediləcək. 220 kV-dan artıq gərginlikdə olan elektrik avadanlıqlarının, elektrik qurğuların, həmçinin generatorların və sinxron kompensatorların parametrlərinin sınanması və ölçülməsi zamanı müvafiq tələbləri rəhbər tutmaq lazımdır.

1.2.13.2. Əsaslı təmir zamanı (bundan sonra – Ə), cari təmir zamanı (bundan sonra – C) və təmirlərarası sınaqlar və ölçmələr zamanı, yəni elektrik avadanlığının vəziyyətininin qiymətlərindirilməsi üçün yerinə yetirilmiş və elektrik avadanlığının təmirə çıxarılması ilə bağlı olmayan (bundan sonra – T) profilaktik sınaqlar zamanı elektrik qurğuların, elektrik avadanlıqların parametrlərinin ölçülməsinin və sınaqların konkret müddətləri, zavod təlimatlarının tövsiyələrini, elektrik qurğularının vəziyyətini və yerli şəraiti nəzərə alınmaqla elektrik avadanlıqlarının yoxlama normaları (müvafiq qurumların təsdiq etdiyi normativ sənədləri) əsasında istehlakçının texniki rəhbəri tərəfindən müəyyən edilir.

Elektrik avadanlıqlarının ayrı-ayrı növləri üçün bu Qaydanın 1.2.13.1-1.2.13.27-ci yarımbəndlərində qeyd edilmiş sınaqların dövrüliyi tövsiyə xarakterlidir və istehlakçının texniki rəhbərinin qərarı ilə dəyişdirilə bilər.

1.2.13.3. Hazırkı normalara daxil edilməmiş elektrik avadanlıqlarının növləri üçün konkret normalar və parametrlərin sınaq və ölçmə müddətlərini istehsalçıların təlimatlarını (tövsiyələrini) nəzərə almaqla, istehlakçının texniki rəhbəri müəyyən etməlidir.

1.2.13.4. Xarici firmaların elektrik avadanlıqlarının sınaq normaları istehsalçının qeydləri nəzərə alınmaq ilə müəyyən edilməlidir.

1.2.13.5. Təmirdən sonra elektrik avadanlığı normalar ilə müəyyən edilmiş həcmdə sınanır. Təmirə başlamazdan əvvəl, sınaqlar və ölçmələr təmirin həcm və xarakterini müəyyən etmək üçün, həmçinin təmirdən sonrakı sınaqların və ölçmələrinin nəticələri ilə müqayisə edilən əsas məlumatların əldə edilməsi üçün aparılır.

1.2.13.6. Uzun müddətli saxlanılma mərhələsində olan elektrik avadanlığının izolyasiya vəziyyətinin qiymətləndirilməsi (o cümlədən, qəza ehtiyatı) həm istismarda olan bu normaların qeydlərinə uyğun olaraq aparılır. Ayrı – ayrı hissələr və detallar, məmulatlar üzrə müşayiət sənədlərində istehsalçı tərəfindən qeyd edilmiş normalar üzrə yoxlanılır.

1.2.13.7. İşin zəmanət dövründə elektrik qurğularının, elektrik avadanlıqlarının sınaq və ölçmə həcmi və vaxtaşırılığı zavad – istehsalçılarının təlimatlarının qeyd edilməsinə uyğun olaraq qəbul edilməlidir.

1.2.13.8. İstismara elektrik avadanlığının yararlığı haqqında rəy yalnız normalar ilə sınaq və ölçmələrin müqayisəsi əsasında deyil, bütün keçirilmiş sınaqların, ölçmələrin və baxışların nəticəsinin məcmusu üzrə verilir.

Sınaqlar və ölçmələr zamanı əldə edilmiş parametrlərin qiymətləri bir tipli elektrik avadanlıqlarının və ya digər fazaların elektrik avadanlığının ölçülməsi nəticələri, həmçinin əvvəlki ölçmələr və sınaqların nəticələri, o cümlədən, onların əsas qiymətləri ilə müqayisə edilmiş olmalıdır.

Ölçülən parametrlərin ilkin göstəricisi kimi zavod sınaqlarının və ölçmələrinin pasportlarında və protokollarında qeyd edilmiş göstəricilərini başa düşmək lazımdır. Əsaslı və təmir-bərpa işlərinin keçirilməsi halında əsas ilkin göstəricilər kimi təmirlər zamanı əldə edilmiş ölçmələrin nəticələri başa düşülür.

Bu cür göstəricilərin mövcud olmaması halında əsas hal kimi yenidən daxil edilmiş bir tipli avadanlığın sınanması zamanı əldə edilmiş göstəricilər qəbul edilə bilər.

1.2.13.9. İstismar edilən elektrik qurğularının nominal gərginliklərinə çevrilən nominal gərginlik üzrə elektrik avadanlığı və izolyatorlar, bu qurğunun izolyasiya sinfi üçün müəyyən edilmiş normalar üzrə yüksək gərginlik ilə sınana bilər.

1.2.13.10. Əgər sənaye tezliyi gərginliyi ilə və ya yüksək düzləndirilmiş gərginlik ilə sınaq elektrik avadanlığından şinləmələri ayırmadan aparılırsa, o zaman sınanan gərginliyin qiyməti ən aşağı sınaq gərginliyi olan elektrik avadanlıqları üçün normalar üzrə qəbul edilir.

6-10 kV güc kabelləri ilə biləşdirilmiş cərəyan transformatorlarının və yüksək gərginlikli olan izolyatorların sınağı güc kabelləri üçün qəbul edilmiş normalar üzrə kabellər ilə birlikdə aparıla bilər.

1.2.13.11. Dəyişən cərəyanın lazımi sınaq aparatının mövcud olmaması halında sənaye tezliyi sınaq gərginliyinin bir yarım dəfə olan qiymətinə bərabər olan yüksək düzəldilmiş gərginlik ilə (20 kV-dək olan gərginliklə) bölüşdürmə qurğularının elektrik avadanlığını sınaqdan keçirməyə icazə verilir.

1.2.13.12. Sınaqlar və ölçmələr üzrə tipli metodik qeydlər, sənədlər ilə müəyyən edilmiş (tövsiyə edilmiş) qaydada təsdiq edilmiş müvafiq sənədlər və istehlakçı rəhbəri tərəfindən təsdiq edilmiş proqamlar (metodikalar) üzrə aparılmalıdır. Proqramlar işin təhlükəsiz şəraitlər aparılmasının təmin edilməsi üzrə tədbirlər nəzərdə tutmalıdır.

1.2.13.13. Sınaq, ölçmə və yoxlamanın nəticələri elektrik avadanlıqları üzrə pasportlarla birgə saxlanılacaq protokollar və ya aktlar ilə rəsmiləşdirilməlidir.

1.2.13.14. Elektrik avadanlıqların elektrik sınaqları və kimyəvi təhlil üzrə aparatların çənlərindən transformator yağının nümunəsini seçməyi 5°C aşağı olmayan izolyasiya temperaturu zamanı aparmaq lazımdır.

1.2.13.15. Elektrik avadanlığın izolyasiya xarakteristikaları bir tipli sxemlər üzrə və eyni temperaturda ölçülməsi tövsiyə edilir.

İzolyasiya xarakteristikalarının müqayisəsi eyni və ya temperaturun ona yaxın qiymətlərdə aparılır (5°C-dən artıq olamayan temperatur fərqi). Əgər bu mümkün deyilsə, o zaman elektrik avadanlığının konkret növlərinin istismarı üzrə təlimatlara uyğun olaraq temperaturun yenidən hesablanması aparılmalıdır.

1.2.13.16. Elektrik avadanlıqlarının sınağı və ölçülməsi keçirilməmişdən əvvəl (istismarda olan fırlanan maşınlar istisna olmaqla) onun izolyasiyasının xarici səthi, avadanlığın açılması tələb olunmayan metod ilə ölçmə aparılan bütün hallardan başqa toz və çirkdən təmizlənməlidir.

1.2.13.17. Fırlanan maşın, transformator və reaktorların sarıqlarının izolyasiyasının sənaye tezlikli yüksəldilmiş gərginliklə sınağı zamanı, hər bir müstəqil elektrik dövrələri və ya parallel budaqlanması (sonuncu halda – budaqlanmalar arasında tam izolyasiya mövcud olanda) ardıcıl yoxlanılmalıdır. Bu halda sınaq qurğusunun bir qütbü sınaqdan keçən sarığın çıxışı ilə, digər qütbü - sınaqdan keçən elektrik qurğunun torpaqlanmış gövdəsilə birləşir. Bu dolağın sınağı keçirilən müddətdə, digər dolaqlar torpaqlanmış gövdə ilə elektriki birləşdirilir. Bir biri ilə birbaşa birləşdirilmiş və hər bir faza və ya budaqlanmanın çıxışları əlçatan olmadığı halda, dolaqlar ayrılmadan gövdəyə nisbətən sınaqdan keçirilməlidir.

1.2.13.18. Elektrik avadanlığının sənaye tezlikli yüksək gərginlik ilə sınağı zamanı həmçinin güc və ölçmə transformatorlarının boş işləmə itkilərinin və cərəyanın ölçülməsi zamanı qidalandırıcı şəbəkənin xətt gərginliyini istifadə etmək tövsiyə olunur.

1/3 sınaq qiymətinə qədər gərginliyin qalxma sürəti sərbəst ola bilər. Sonradan sınaq gərginliyi ölçmə cihazları üzrə vizual hesabatı aparmağa yol verən sürət ilə səlis şəkildə qalxmalıdır və gərginliyin müəyyən edilmiş qiyməti tətbiq edildikdən sonra sınaq müddəti ərzində dəyişilməyərək saxlanmalıdır. Tələb olunan sınaq müddəti bitdikdən sonra gərginlik sınaq gərginliyinin 1/3-dən az olmayan qiymətinə qədər səlis şəkildə azaldılır və açılır. Sınaq müddəti dedikdə normaya uyğun tam sınaq gərginliyinin tətbiq edildiyi müddət başa düşülür (müvafiq qurumların qəbul etdiyi normativ sənədlərin tələblərinə uyğun).

Düzəldilmiş gərginlik və ya sənaye tezliyinin yüksək gərginliyi ilə izolyasiya sınağından əvvəl və sonra meqaommetr vasitəsilə izolyasiyanın müqavimətini ölçmək tövsiyə edilir. İzolyasiya müqaviməti qismində ölçülmüş gərginliyin bir dəqiqəlik qiyməti R60 qəbul edilir.

Əgər normalara uyğun olaraq özünəçəkmə (R60/R15) əmsalının müəyyən edilməsi tələb edilirsə hesabat 2 dəfə aparılır: ölçmə başladıqdan sonra hər 15 və 60 s bir.

1.2.13.19. Elektrik avadanlığının izolyasiya parametrlərinin ölçülməsi zamanı ölçmə cihazlarının və aparatların xətaları ölçmə sxemlərinin arasında induktiv əlaqələr və əlavə tutumlar, temperaturun təsiri, ölçmə qurğularına xarici elektrik maqnit və elektrik statik sahələrin təsiri, metod xətaları və sair ilə şərtləndirilmiş təsədüfi və sistematik xətalar nəzərə alınmalıdır. Lazım olduğu halda itki cərəyanının ölçülməsi zamanı (cərəyan keçirmə) düzləndirilmiş gərginliyin pulsasiyaları nəzərə alınır.

Elektrik avadanlığının izolyasiyasının dielektrik itkiləri və bu normalarda boşalmaların cərəyan keçirmə bucağının tangens qiyməti avadanlığın 20°C temperaturu zamanı göstərilib.

Elektrik avadanlığının izolyasiyasının dielektrik itkiləri bucağının tangensini ölçmə zamanı eyni zamanda onun tutumunu müəyyən etmək lazımdır.

1.2.13.20. Sənaye tezliyi 1000 V gərginliyi olan sınaq 2500 V gərginlik üzrə meqaommetr ilə izolyasiya gərginliyinin bir dəqiqəlik qiymətinin ölçülməsi ilə əvəz edilə bilər. Bu əvəzləmə məsuliyyətli fırlanan maşınların və rele mühafizəsi zəncirlərinin və avtomatikanın, həmçinin normalarda danışılmış hallarda yoxlama zamanı yol verilmir.

Normalardan fərqlənən xarici mühitin amilləri sənaye tezliklərinin yüksək gərginlikdə olan elektrik avadanlığının xarici izolyasiyasının sınanması zamanı (havanın temperaturu 20°C , mütləq rütubət 11 q/m3, atmosfer təzyiqi 101,3 kPa, əgər elektrik avadanlıq üzrə standartlarda digər limitlər qəbul edilməyibsə), sınanan gərginliyin qiyməti müvafiq dövlət standartları ilə reqlament edilən sınaq şərtləri üzrə düzəliş əmsalı nəzərə alınmaqla müəyyən edilməlidir.

1.2.13.21. Elektrik avadanlığı izolyasiyasının bir neçə sınaq növlərinin keçirilməsinə yüksək gərginlik ilə sınağa digər metodlar ilə izolyasiya vəziyyətinin əsaslı baxışı və qiymətləndirilməsi əvvəlcə gəlməlidir. Sınaq və ölçmə nəticələrindən asılı olmayaraq, xarici baxış zamanı nöqsan aşkar edilmiş elektrik avadanlığı əvəz edilməlidir və ya yenidən təmir edilməlidir.

1.2.13.22. Yüksək gərginlik ilə olan sınaqların nəticələri kafi hesab edilir, əgər tam sınaq gərginliyinin qoyulması zamanı sürüşən boşalmalar, cərəyanın təkanları, itki və ya cərəyan itkisinin səlis itkisi, izolyasiyanın deşilməsi və ya örtülməsi müşahidə edilmirsə və əgər sınaqdan sonra meqaommetr ilə ölçülmüş izolyasiya müqaviməti əvvəlki kimi qalıbsa. 

Əgər izolyasiya xarakteristikaları kəskin şəkildə pisləşmişdirsə və ya nöqsan normasına yaxındırsa, o zaman izolyasiyanın pisləşmə səbəbləri müəyyən edilməlidir və onun aradan qaldırılması üçün tədbirlər görülməlidir. Əgər izolyasiyanın nöqsanı aşkar edilməyibsə və ya aradan qaldırılmayıbsa, o zaman sonrakı ölçmələrin və sınaqların müddətləri, izolyasiyanın iş rejimi və vəziyyəti nəzərə alınmaqla istifadəçinin elektrik təsərrüfatına görə məsul şəxs tərəfindən müəyyən edilir.

1.2.13.23. Yağ doldurma elektrik avadanlığında yağın tam əvəz edilməsindən sonra (yağ elektrik açarları istisna olmaqla) onun izolyasiyası hazırkı normalara uyğun olaraq, təkrar sınaqlara məruz qalmalıdır.

1.2.13.24. Güc transformatorlarının yüksüzişləməsi təcrübəsi bütün sınaqların və ölçmələrin əvvəlində daimi cərəyanın transformator sarğılarına verilməsinə qədər yəni, izolyasiyanın müqavimətini və daimi cərəyana sarğıların müqavimətini, daimi cərəyan ilə transformatorun isidilməsini və sair ölçməyə qədər aparılır.

1.2.13.25. Elektrik avadanlığın izolyasiya temperaturu aşağıda qeyd edilmiş qaydada müəyyən edilir:

a) isidilməyə məruz qalmamış transformatorun izolyasiya temperaturu qismində termometr ilə ölçülmüş yağın üst qatlarının temperaturu qəbul edilir;

b) isidilməyə və günəş radiasiyası təsirinə məruz qalmış transformatorun izolyasiyası temperaturu qismində daimi cərəyana onun müqaviməti üzrə müəyyən edilmiş yüksək gərginlikli sarğıda fazanın orta temperaturu qəbul edilir;

c) isidilməyə məruz qalmış elektrik maşınların izolyasiya temperaturu qismində daimi cərəyanın müqaviməti üzrə sarğıların orta temperaturu qəbul edilir;

d) yağ doldurması ilə TFZM (TFN) seriyalı cərəyan transformatorların izolyasiya temperaturu qismində ətraf mühitin temperaturu qəbul edilir;

e) isidilməyə məruz qalmamış transformatorda və ya yağ elektrik açarı üzərində müəyyən edilmiş daxil etmə izolyasiyasının temperaturu qismində, ətraf mühitin temperaturu və ya elektrik açarı və ya transformatorun çənində yağın temperaturu qəbul edilir.

1.2.13.26. Normalarda qeyd edilmiş “az olmayaraq” olan qeydlər ilə mənalar ən az olan hesab edilir. Normalarda göstərilmiş “dan, dən” “dak, dək ” olan bütün say qiymətini daxil olan vahid kimi qəbul etmək lazımdır.

1.2.13.27. Elektrik avadanlığının vəziyyəti üzrə termal nəzarətini imkan olduğu halda ümumilikdə elektrik qurğusu üçün həyata keçirmək lazımdır.

 

2. Elektrik stansiyalarının və şəbəkələrinin texniki istismar qaydası

 

2.1. İstismarın təşkili

 

2.1.1. Əsas qaydalar və vəzifələr

 

2.1.1.1. Hər bir enerji obyektində enerji qurğularının texniki vəziyyətinə daimi və vaxtaşırı nəzarət (o cümlədən baxışlar, yoxlamalar, müayinələr) təşkil olunmalı, onların texniki vəziyyəti və təhlükəsizlik istismarı üçün məsul şəxslər müəyyən edilməli, habelə texniki və texnoloji nəzarət üzrə işçi heyət təyin edilməli, onun funksiya və səlahiyyətləri təsdiq edilməlidir.

2.1.1.2. Avadanlığın, binaların və tikililərin istismarı bu Qaydaya və Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş normativ-texniki sənədlərə uyğun olaraq həyata keçirilməlidir.

2.1.1.3. Hər bir işçi öz funksiyaları daxilində qurğuların və elektrik stansiyalarının və şəbəkələrin avadanlıqlarının, binalarının və tikililərinin qüvvədə olan texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi üzrə quvvədə olan qaydalara uyğunluğunu təmin etməlidir.

2.1.1.4. Enerji obyektlərinin işçiləri aşağıdakılara əməl etməlidirlər:

a) istehlakçıların enerji təchizatının müqavilə şərtlərinə;

b) buraxılan enerjinin keyfiyyətinin – elektrik cərəyanının normalaşdırılmış tezliyinin və gərginiyinin, istilik daşıyıcısının təzyiqinin və temperaturunun saxlanmasına;

c) əməliyyat-dispetçer intizamına;

d) avadanlığın, binaların və qurğuların istismara hazır vəziyyətdə saxlanmasına;

e) enerji istehsalının etbarlılığını, qənaətliyini elektrik və istilik enerjisinin qorunub saxlanması üzrə normativ sənədlər və bu Qaydanın tələblərinə uyğun şəkildə təmin edilməsinə;

f) avadanlığın və qurğuların istismarı prosesində sənaye və yanğın təhlükəsizliyi tələblərinə;

g) əməyin təhlükəsizliyi və mühafizəsi üzrə qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə;

h) istehsalatın insanlara və ətraf mühitə ziyanlı təsirinin azaldılmasına;

i) enerjinin istehsalı, saxlanılması, ötürülməsi və paylanması zamanı ölçmələrin vəhdətinin təmin edilməsinə. [3]

2.1.1.5. Enerji sistem aşağıdakıları təmin etməlidir:

a) əmək məhsuldarlığının artırılması, elektrik və istilik enerjisinin maya dəyərinin azaldılması, quraşdırılmış avadanlığın gücündən istifadənin səmərəliliyinin artırılması, enerjinin qorunub saxlanması və ikinci enerji resurslarından istifadə üsulu ilə elektrik stansiyalarının və şəbəkələrinin səmərəli işini;

b) avadanlıqların, binaların, tikililərin, qurğuların, idarəetmə sistemlərinin, kommunikasiyaların etibarlılığı və təhlükəsizliyinin artırmasını;

c) elektrik stansiyalarının və şəbəkələrinin texniki olaraq yenidən təchizatı və yenidən qurulması, avadanlıqların modernləşdirilməsi yolu ilə əsas istehsalat fondlarının yenilənməsini;

d) yeni istismar və təmir texnikasının və texnologiyasının, istehsalatın və əməyin təşkilinin səmərəli və təhlükəsiz metodlarının tətbiq edilməsini;

e) işçi heyətin ixtisasını artırmaq, müasir istehsalat metodlarının yayılmasını.

Yüksək istehsalat təhlükəsi ilə bağlı olaraq enerji obyektlərinin layihələndirilməsi, sazlanması, istismarı ilə məşğul olan təşkilatlar səlahiyyətli dövlət orqanlarının müəyyən edilmiş qaydada verdikləri müvafiq icazələrə (lisenziyalara) malik olmalıdırlar.

2.1.1.6. Avadanlıqların, binaların və tikililərin texniki vəziyyətinə və onlara təhlükəsiz xidmət göstərilməsini təmin edən tədbirlərin həyata keçirilməsinə, istilik-enerji ehtiyatlarından effektiv istifadəyə nəzarəti səlahiyyətli dövlət nəzarəti və idarəetmə orqanları yerinə yetirirlər.

 

2.1.2. Avadanlıq və tikililərin istismara qəbul edilməsi

 

2.1.2.1. Tikintisi tamamilə başa çatdırılmış stansiyalar, qazanxanalar (buxar və su ilə işləyənlər), elektrik və istilik şəbəkəsi obyektləri, eləcə də enerji obyektinin mürəkkəbliyindən asılı olaraq onların növbəsi və işəsalma kompleksləri qüvvədə olan qanunvericliklə və normativ qaydalarla müəyyənləşdirilmiş qaydada istismara qəbul edilməlidir. Hazırki tələb, həmçinin genişlənmədən, yenidən qurulmadan və modernizasiyadan sonra (bundan sonra - tikinti) enerji obyektinin istismara qəbul edilməsinə də şamil olunur.

2.1.2.2. Tikintisi başa çatdırılmış ayrı-ayrı bina və tikililərin,enerji obyektinin tərkibinə daxil olan və layihələndirmə vasitəsilə ayrı-ayrı işəsalma komplekslərinə, tikinti mərhələlərinə ayrılmış istehsalat və yardımçı təyinatlı quraşdırılmış və yaxud əlavə binaların istismara qəbul edilməsi onlar hazır olduqca, bütövlükdə enerji obyektinin istismara qəbulu üçün nəzərdə tutulmuş qaydada ayrıca aktla həyata keçirilir.

Layihələndirmə sənədlərində ayrılmış enerji obyektinin tikinti mərhələlərinin, işəsalma komplekslərinin istismara qəbul edilməsi obyektin bütövlükdə istismara qəbul edilməsi üçün nəzərdə tutulan qaydada, istismara qəbul edilən hər bir tikinti mərhələsi (işəsalma kompleksi) üçün ayrıca təhvil-təslim aktını tərtib etməklə həyata keçirilir.

2.1.2.3. Tikintisi başa çatdırılmış enerji obyektinin istismara qəbulunun təşkil edilməsi sifarişçiyə həvalə edilir və onun hesabına həyata keçirilir.

Tikintinin sifarişçisi işlərin yerinə yetirilməsinə nəzarəti, görülən işlərin təsdiq edilmiş texniki sənədlərə, normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılmasını təşkil etməlidir.

Sifarişçinin texniki nəzarəti həyata keçirmək üçün səlahiyyətinin və yaxud icazəsinin olmadığı hallarda, o, belə nəzarətin təşkili üçün ixtisaslaşmış kənar mühəndis təşkilatı cəlb edir.

2.1.2.4. Sifarişçi, quraşdırmadan sonra elementlər üzrə qəbulun, enerji avadanlığının fərdi və funksional sınaqlarının, sınaq məqsədli işəsalmaların, kompleks yoxlamaların təşkili və həyata keçirilməsi, enerji avadanlığının istismara qəbul edilməsinə hazırlığı barədə sənədlərin işlənib hazırlanması üçün əmrlə işçi komissiyasını təyin edir.

İşçi komissiyanın tərkibinə Sifarişçinin nümayəndələri (Komissiyanın sədri və komissiyanın üzvləri – enerji avadanlığının istismarının həvalə edildiyi bölmələrin mütəxəssisləri), baş podratçının, baş layihəçinin, podrat əsasında cəlb edilmiş layihələndirmə, quraşdırma və işəsalma-sazlama təşkilatlarının, sahəvi dövlət nəzarəti orqanlarının və zərurət yarandığı təqdirdə, enerji avadanlığının istehsalçısının nümayəndələri daxil edilir.

Zəruri olduğu hallarda işçi komissiyalar, alt komissiyalar təşkil edə bilərlər (tikinti, turbin, qazanxana, hidrotexniki, elektrotexniki, nəzarət və idarəetmə sistemləri üzrə və s.).

Alt komissiyalar enerji obyektinin onların profillərinə uyğun gələn hissələrinin vəziyyəti və onların enerji avadanlığının kompleks yoxlanmasına və istismara qəbul edilməsinə hazır olması barədə rəy tərtib etməlidirlər. Alt komissiyanın rəyləri işçi komissiya tərəfindən təsdiqlənməlidir.

2.1.2.5. Enerji obyektinin (enerji avadanlığının) istismara qəbul edilməsi prosesində aşağıdakılar həyata keçirilməlidir:

a) tikinti və quraşdırma dövründə avadanlıq qovşaqlarının, kommunikasiyaların, qurğuların və tikililərin (o cümlədən gizli-qapalı işlərin) elementlər üzrə qəbulu;

b) texniki hazırlıqları onların üzərində avtonom şəkildə işə salma-sazlama işlərinin, aqreqatların, mexanizmlərin, qurğuların, boru kəmərlərinin yoxlama və sınaqlarının aparılmasına imkan verən konstruktiv və texnoloji təhvil verilməli detalların qovşaqlar üzrə qəbulu;

c) istilik-güc avadanlıqlarının sınaqlarının keçirilməsini təmin edən elektrotexniki qurğular, idarəetmə sistemləri üzrə işəsalma-sazlama işləri;

d) enerji avadanlığının və idarəetmə qurğularının fərdi sınaqları;

e) yardımçı avadanlıqların, texnoloji sistemlərin, kommunikasiyaların (o cümlədən yuma və üfürmə) funksional sınaqları;

f) əsas enerji avadanlığının sınaq şəraitində işə salınması;

g) enerji obyektinin (işəsalma kompleksinin) kompleks yoxlanması.

2.1.2.6. Avadanlıqların, kommunikasiyaların, ayrı-ayrı texnoloji sistemlərin fərdi və funksional sınaqları həmin texnoloji təhvil verilən qovşaqda, texnoloji sistemdə bütün tikinti və quraşdırma işlərinin başa çatmasından sonra baş podratçı (podratçı) tərəfindən, sifarişçinin işçi heyətini cəlb etməklə keçirilməlidir.

Fərdi və funksional sınaqların qrafiki və proqramları baş podratçı (podratçı) tərəfindən işlənib hazırlanır, sifarişçi tərəfindən təsdiq olunur və lazım olduqda enerji avadanlığının istehsalçısı ilə razılaşdırılır.

Proqramlarda sınaqların keçirilməsinin təhlükəsizlik tədbirlərini və iştirakçıların təhlükəsizlik texnikası, partlayış və yanğın təhlükəsizliyi üzrə məsuliyyəti, sifarişçinin və podratçının sınaqlarda iştirak etməyən və onların həyata keçirilməsindən asılı olaraq təhlükəli və potensial təhlükəli amillərin təsir zonasında olan işçi heyətinin təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirləri müəyyən edən bölmə olmalıdır.

2.1.2.7. Enerji avadanlığının fərdi sınaqlarının və ayrı-ayrı texnoloji sistemlərin, o cümlədən idarəetmə sistemlərinin funksional sınaqlarının keçirilməsindən ötrü enerji obyektinin öz ehtiyaclarının enerji təchizatı sistemlərinə layihələndirilən sxemlər üzrə gərginliyin xəbərdarlıqla verilməsi təmin edilməlidir.

Enerji təchizatı sisteminə gərginliyin verilməsinə 3 gün qalmış istismar rejimi müəyyənləşdirilməli və əgər baş tikinti podratına dair müqavilədə başqa hallar nəzərdə tutulmayıbsa, elektrik avadanlığına sifarişçinin əməliyyat işçi heyəti tərəfindən xidmət göstərilməlidir.

2.1.2.8. Fərdi və funksional sınaqların uğurla keçirilməsindən sonra işçi komissiya enerji avadanlığını baş podratçıdan akt üzrə qəbul edir.

Bu aktın işçi komissiyanın üzvləri tərəfindən imzalandığı və enerji obyektinin texniki rəhbərliyi tərəfindən təsdiq olunduğu andan etibarən enerji avadanlığı, texnoloji təhvil qovşağı, texnoloji sistem sınaq rejimində işəsalmalara və kompleks yoxlanmağa hazırlanmış sayılır və sifarişçi onların istismarını təmin edir və əgər baş tikinti podratına dair müqavilədə başqa hallar nəzərdə tutulmayıbsa, onların qorunub saxlanması üçün məsuliyyət daşıyır.

2.1.2.9. Sınaq rejimində işəsalmalar enerji obyektinin kompleks yoxlanmasına qədər aparılır. Yoxlama rejimində işə salma zamanı avadanlığın və texnoloji sxemlərin iş qabiliyyəti, onların istismarının təhlükəsizliyi yoxlanmalı; bütün nəzarət və idarəetmə sistemlərinin, o cümlədən avtomatik tənzimləyicilərin, qorunma və bloklanma qurğularının, siqnallama qurğularının və NÖC-lərin yoxlanması və sazlanması həyata keçirilməlidir.

Sınaq məqsədli işəsalmadan öncə enerji obyektinin etibarlı və təhlükəsiz istismarı üçün şərtlər yerinə yetirilməlidir:

a) istismar və təmir üzrə işçi heyət komplektləşdirilməli, təlimatlandırılmalı (biliklərin yoxlanılması ilə), istismar göstərişləri, əməyin mühafizəsi üzrə təlimatlar və əməliyyat sxemləri, uçot və hesabatlılıqla bağlı texniki sənədlər işlənib hazırlanması və təsdiqi;

b) yanacagın, materialların, alətlərin və ehtiyatlarının hazırlanması;

c) rabitə xətləri, yanğın xəbərdarlıq siqnallanması və yanğınsöndürmə, qəza işıqlandırılması, ventilyasiya sistemləri ilə birlikdə Dispetçer və texnoloji idarəetmə Sisteminin (DTİS) işə salınması;

d) nəzarət və idarəetmə sistemlərinin quraşdırılması və sazlanması;

e) dövlət nəzarəti orqanlarından enerji obyektinin istismarına icazənin alınması.

İşəsalma rejimləri, onların sayı, başlanğıc istilik vəziyyəti, iş mühitinin parametrləri, yüksüz rejimdə sınaqların həcmi, yüklənmənin miqyası və işin davam etmə müddəti işəsalmaların hər biri üzrə proqram vasitəsilə müəyyən olunur.

2.1.2.10. Tikinti və quraşdırmanın gedişində buraxılmış qüsurlar və natamamlıqlar, eləcə də fərdi və funksional sınaqlar prosesində aşkar edilmiş avadanlıq qüsurları tikinti, quraşdırma təşkilatları və istehsalçılar tərəfindən kompleks yoxlanmanın başlanmasınadək aradan qaldırılmalıdır.

2.1.2.11. Enerji obyektinin kompleks yoxlanması, mərhələlər, enerji avadanlığının işçi komissiya ilə razılaşdırılmış və sifarişçi tərəfindən təsdiq olunmuş proqrama uyğun olaraq işəsalma kompleksi zamanı əsas və bütün yardımçı avadanlığın, kommunikasiyaların, qurğuların, texnoloji tikililərin birgə işi, işəsalma rejimlərində, dəyişən yüklənmə şəraitində etibarlılığı və təhlükəsiz istismarı yoxlanılmalıdır.

Kompleks yoxlanma zamanı layihə ilə nəzərdə tutulmuş NÖC-lər, bloklanma, siqnallama və məsafədən idarəetmə qurğuları, rejim sazlanmasını tələb etməyən qoruyucular və avtomatik tənzimlənmələr işə salınmalıdır.

2.1.2.12. Kompleks yoxlanma proqramında təhlükəsizlik tədbirlərini və yoxlama iştirakçılarının təhlükəsizlik texnikası, partlayış və yanğın təhlükəsizliyi üzrə məsuliyyəti, sifarişçinin və podratçının sınaqlarda iştirak etməyən və onların həyata keçirilməsindən asılı olaraq təhlükəli və potensial təhlükəli amillərin təsir zonasında olan işçi heyətinin təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirləri müəyyən edən bölmə olmalıdır.

2.1.2.13. Əgər baş inşaat podratı üzrə müqavilədə başqa cür nəzərdə tutulmayıbsa, kompleks yoxlanmanı sifarişçi baş podratçının (podratçının) işçi heyətini cəlb etməklə yerinə yetirməlidir.

2.1.2.14. Avadanlığın layihədə nəzərdə tutulmayan sxemlər üzrə kompleks yoxlanmasına yol verilmir.

2.1.2.15. Elektrik stansiyalarının və qazanxanaların kompleks yoxlanması əsas avadanlığın 72 saat ərzində nominal yüklənmə ilə və istilik elektrik stansiyaları üçün buxarın layihə parametrləri (qaz turbin qurğuları (QTQ) üçün) işəsalma kompleksində nəzərdə tutulmuş su elektrik stansiyaları üçün suyun təzyiqi və sərfiyyatı ilə əsas yanacaq bazasında normal və fasiləsiz işləməsi şərti ilə və işəsalma kompleksinə daxil olan bütün yardımçı avadanlıqların daimi və yaxud növbəli işləməsi şərti ilə keçirilmiş hesab olunur.

2.1.2.16. Elektrik şəbəkələrində kompleks yoxlanma yarımstansiyanın avadanlığının 72 saat ərzində, elektrik verilişi xətlərinin isə 24 saat ərzində yüklənməsi altında normal və fasiləsiz iş şərti ilə aparılmış hesab olunur.

2.1.2.17. İstilik şəbəkələrində kompleks yoxlanma avadanlığın işəsalma zamanı nəzərdə tutulmuş nominal təzyiqlə 24 saat ərzində yüklənməsi altında, normal və fasiləsiz iş şərti ilə keçirilmiş hesab olunur.

Bundan başqa, QTQ-lər üçün 10, SES-lərin hidroqurğuları üçün isə 3 avtomatik işəsalmanın uğurla keçirilməsi kompleks yoxlanmanın məcburi şərtidir.

Əgər kompleks yoxlanma əsas yanacaqla keçirilə bilməzsə, yaxud istilik elektrik stansiyası üçün nominal yüklənmə və buxarın layihə parametrləri (QTQ-qaz üçün), su-elektrik stansiyaları üçün suyun təzyiqi və sərfiyyatı, birgə və yaxud ayrıca yoxlanma üçün elektrik verilişi xətləri və istilik şəbəkələri üçün istilik daşıyıcılarının parametrləri işəsalma komplekslərində nəzərdə tutulmuş işlərin yerinə yetirilməməsi ilə əlaqədar olmayan hər hansı səbəblərə görə əldə edilə bilmirsə, ehtiyat yanacaqda, eləcə də son hədd parametrlərində və yüklənmələrində kompleks yoxlama aparmaq barədə qərar işçi komissiya tərəfindən qəbul edilir və müəyyənləşdirilir və işəsalma kompleksinin istismarında təhvil-təslim aktına şərt kimi daxil edilir.

2.1.2.18. İşçi komissiya kompleks yoxlanma və aşkar edilmiş qüsurların və natamamlıqların aradan qaldırılmasından sonra enerji avadanlığını, işəsalma kompleksini və enerji obyektini bütöv şəkildə akt üzrə qəbul etməli, eləcə də tikintisi başa çatmış bina və tikililərin hazır olması barədə akt tərtib etməlidir. İşçi komissiyanın aktları sifarişçiyə ötürülür.

2.1.2.19. Sifarişçinin və yaxud onun səlahiyyət verdiyi təşkilatın əmri (sərəncamı) ilə tikintisi (yenidən qurulması) başa çatdırılmış enerji obyektinin istismara qəbul edilməsi üçün qəbul komissiyası təyin edilir. Əmrdə qəbul komissiyasının tərkibi, komissiyanın üzvlərinin içərisindən onun sədri göstərilir, enerji obyektinin qəbul edilməsinin başlanmasının və başa çatdırılmasının müddətləri müəyyənləşdirilir.

2.1.2.20. Qəbul komissiyası enerji obyektinin istismara qəbul edilməsinin başlanmasına ən azı 30 gün qalmış, tikintisinin davam etməsinin normativ müddətləri 30 gündən az təşkil edən enerji obyektləri üzrə isə ən azı 15 gün öncə təyin olunmalıdır.

2.1.2.21. Qəbul komissiyası sifarişçinin, baş podratçının (podratçının), baş layihəçinin (layihəçinin), istismar edən təşkilatın, dövlət nəzarəti orqanlarının (razılıq üzrə) nümayəndələrindən yaradılır.

2.1.2.22. Qəbul komissiyası enerji obyektinin istismara qəbula hazırlığını yoxlamalı və yerinə yetirilən işlərin, avadanlıq və obyektin bütövlükdə aşağıdakı kateqoriyalar üzrə keyfiyyətinə qiymət verməlidir:

a) obyektin və quraşdırılmış enerji avadanlığının təsdiq edilmiş layihə və icazə sənədlərinə uyğunluğu;

b) obyektdə yerinə yetirilmiş tikinti, xüsusi, montaj, işəsalma-sazlama işlərinin, istifadə olunan materialların və məhsulların normativ-texniki sənədlərin tələblərinə uyğunluğu;

c) icra sənədlərinin yerinə yetirilmiş tikinti-quraşdırma işlərinə və normativ-texniki sənədlərin tələblərinə uyğunluğu;

d) enerji avadanlığının sazlıq, işləklik və istismar etibarlılığı baxımından sınaqlarının və kompleks yoxlanmasının nəticələri, enerji obyektinin istismara və məhsul buraxmağa (xidmət göstərilməsinə) hazırlığı, o cümlədən onlarda əmək şərtlərinin partlayış və yanğın təhlükəsizliyi və istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi üzrə tələblərə müvafiq olaraq təmin edilməsi üzrə tədbirlər daxil olmaqla;

e) layihə sənədlərində nəzərdə tutulmuş texniki-iqtisadi göstəricilərə müvəffəq olunması;

f) enerji obyektinin vətəndaşların həyatı və təhlükəsizliyinin, istismar etibarlılığının təmin edilməsi baxımından normativ hüquqi sənədlərin tələblərinə uyğunluğu;

g) akta əlavə olunan sənədlərin və dövlət nəzarəti orqanlarının rəylərinin mövcudluğu və saxlanması.

Enerji obyektinin istismara qəbula hazırlığının yoxlanılması sifarişçi tərəfindən işlənib hazırlanmış və qəbul komissiyası tərəfindən təsdiq edilmiş proqram üzrə yerinə yetirilir.

Qeyd olunan keyfiyyət kriteriyalarına uyğun gəlməyən və (və ya) qeyd olunan şərtlər yerinə yetirilməyərək tikilən obyektlərin, o cümlədən tikinti mərhələlərinin, işəsalma komplekslərinin istismara qəbul edilməsi qadağan olunur.

2.1.2.23. Qəbul komissiyası zəruri hallarda nəzarət yoxlamaları, sınaqlar və təftişlər təyin edir.

Qəbul komissiyası enerji obyektinin istismara qəbula hazır olmamasını aşkar etdikdə, bu barədə komissiyanı təyin edən hüquqi şəxsə əsaslandırılmış rəyini təqdim edir.

Qəbul komissiyasının aktının təsdiq edildiyi andan etibarən qəbul komissiyasının səlahiyyətləri bitir.

2.1.2.24. Sifarişçi və baş podratçı qəbul komissiyasına onun işi üçün zəruri olan sənədləri Azərbaycan Respublikasının elektrik enerjisi sahəsində qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təqdim etməlidir.

2.1.2.25. Sifarişçi dövlət nəzarəti orqanlarına enerji obyektinin qəbul edilməsi haqqında qəbul komissiyasının işinin başlanmasına ən azı 15 gün qalmış yazılı məlumat verməlidir.

Dövlət nəzarəti orqanları qəbul komissiyasının öz işini bitirməsinə qədər enerji obyektinin hazır olması barədə rəyi və yaxud əsaslandırılmış etirazı təqdim etməlidirlər (istənilən formada sərbəst təqdim edilir).

2.1.2.26. Qəbul aktında komissiya üzvlərindən istənilən birinin imzasının olmadığı, eləcə də dövlət nəzarəti orqanları tərəfindən əsaslandırılmış iradların olduğu təqdirdə enerji obyektinin istismara qəbuluna yol verilmir.

2.1.2.27. Enerji obyektinin (onun mərhələlərinin, işəsalma kompleksinin, enerji avadanlıqlarının) qüsurlarla və ya natamamlıqlarla istismara qəbuluna yol verilmir.

2.1.2.28. Enerji obyektinin istismara qəbulu qəbul komissiyasının bütün üzvləri tərəfindən imzalanan və bu komissiyanı təyin edən hüquqi şəxs tərəfindən təsdiq olunan müəyyənləşdirilmiş formada aktla rəsmiləşdirilir.

2.1.2.29. Qəbul komissiyasının sədri idarəetmə orqanına və yaxud qəbul komissiyasını təyin edən hüquqi şəxsə enerji obyektinin istismara qəbul aktını təqdim etməlidir.

Enerji obyektinin istismara qəbul aktı 3 nüsxədə tərtib olunur, onlardan biri sifarişçidə qalır, bir nüsxəsi enerji obyektinin balans saxlayıcısına, digər biri isə podratçıya təqdim edilir.

2.1.2.30. Enerji obyektinin istismara qəbul aktı qəbul komissiyasını təyin edən hüquqi şəxs tərəfindən aktların imzalanmasından sonra ən geci 15 gün müddətində təsdiq olunur. Aktın təsdiqlənməsi tarixi enerji obyektinin istismara qəbul edilməsi tarixi hesab olunur.

Göstərilən müddətlərin keçdiyi enerji obyektləri qəbul edilməmiş sayılır və onlar üzrə təkrar olaraq qəbul komissiyaları təyin edilir.

Qəbul komissiyası tərəfindən müəyyənləşdirilmiş qaydada qəbul edilməyən enerji obyektinin istismara buraxılmasına yol verilmir.

2.1.2.31. Enerji obyektinin istismara qəbul edilməsindən sonra sifarişçi (yaxud onun tapşırğı ilə kənar təşkilat) enerji obyektinin layihə gücünün Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən müəyyənləşdirilmiş müddətlərdə mənimsənilməsinin (zərurət yarandıqda rejim-sazlama işlərinin) koordinasiya planını işləyib hazırlamalıdır.

2.1.2.32. İnkişaf dövrünün müddəti hazırkı standartlarda nəzərdə tutulmuş vaxtdan artıq olmamalıdır.

Plan aşağıdakıları nəzərdə tutur:

a) qazanların, turbin birləşmələrinin, generatorların, yüklərin daşınması üçün enerji bloklarının xüsusi sınaqları;

b) enerji avadanlığının zəmanət və istilik sınaqları, tənzimləyici xüsusiyyətlərin inkişafı;

c) əsas avadanlıqların manevr xüsusiyyətlərini sınaqdan keçirmək.

2.1.2.33. Sifarişçi aşağıdakı həcmdə istifadəyə verildikdən sonra avadanlıq üzərində istismar işlərinin (PHP) yerinə yetirilməsi ilə elektrik enerjisi obyektinin dizayn gücünün inkişafı üçün cədvəl hazırlayır:

a) avtomatlaşdırılmış prosesə nəzarət sistemlərinin və təhlükəsizlik avadanlığının modal tənzimlənməsi;

b) start və stop rejimlərinin optimallaşdırılması, digər dəyişən rejimlər, eləcə də minimum yük rejimi;

c) əməliyyat təlimatlarının tənzimlənməsi (zavodun əməliyyat təlimatlarına uyğunlaşdırılması), rejim xəritələrinin hazırlanması və kadr hazırlığı proqramları;

d) Sifarişçinin qərarı ilə digər işləri.

2.1.2.34. Sınaq (eksperimental), sınaq-sənaye enerji texnologiyası qurğuları, təcrübələr aparmaq və ya layihə ilə təmin edilmiş məhsullar hazırlamaq üçün hazır olduqları halda qəbul komitəsi tərəfindən istismara verilir.

2.1.2.35. Enerji obyektinin istismara verilməsi barədə bütün sənədlər Sifarişçi tərəfindən, habelə enerji obyektinin fəaliyyət göstərən təşkilatın balansına köçürüldüyü təqdirdə müvafiq əməliyyat təşkilatında saxlanmalıdır.

2.1.2.36. Bütün sənədlər ümumi kataloqda yerləşdirilməlidir və ayrı sənəd qovluqlarında təsdiq edilmiş məzmun inventarları olmalıdır.

2.1.2.37. Sənədlər qəbul edən komitə tərəfindən tərtib olunmuş sənədlərlə birlikdə müştərinin texniki arxivində (əməliyyat təşkilatı) saxlanmalıdır. Saxlanma müddəti daimidir.

 

2.1.3. İşçi heyətinə dair tələblər

 

2.1.3.1. Elektrik energetikasının enerji obyektlərində peşəkar təhsili olan, enerji qurğularının idarə edilməsi üzrə isə müvafiq iş təcrübəsinə malik şəxslər işə buraxıla bilərlər.

2.1.3.2. Yenidən işə qəbul edilən və həm də yeni vəzifəyə keçirilən, müvafiq peşə təhsilinə malik olmayan şəxslər sahə üzrə qüvvədə olan təlimatlandırma qaydasına uyğun təlimatlandırılmalıdır.

2.1.3.3. Zərərli maddələr, təhlükəli və sağlamlığa yüksək risk yaradan işlərdə çalışan işçilər müəyyən edilmiş qaydada ilkin olaraq (işə qəbul zamanı) və vaxtaşırı (əmək fəaliyyəti müddətində) tibbi müayinədən keçməlidir.

2.1.3.4. Enerji obyektlərində heyət ilə onun vəzifə fuksiyalarının yerinə yetirilməsinə və ixtisasının saxlanmasına hazır olmasının təmin edilməsi üçün daima iş aparılmalıdır.

2.1.3.5. Heyətin hazırlanması üçün obyektlər poliqonlarla, təhsil otaqları, emalatxanalar, laboratoriyalar, texniki vasitələrlə təchiz edilməli, kadrlarla komplektləşdirilməlidir. Bundan əlavə, dərslərin aparılması üçün yüksək ixtisaslı (təcrübəli) mütəxəssislər cəlb olunmalıdır.

2.1.3.6. Hər bir enerji obyektində texniki kitabxana yaradılmalı, həmçinin heyətin dərsliklərdən və müəssisənin fəaliyyətinə aid texniki ədəbiyyatlardan, habelə normativ-texniki sənədlərdən istifadəsi imkanı təmin edilməlidir.

2.1.3.7. Hər bir enerji obyektində nümunəvi əsasnamələrə müvafiq təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi kabinetləri yaradılmalıdır.

2.1.3.8. Maddi-texniki təhsil-təlim bazasının yaradılması çətin olan, şəxsi heyətin sayı az olan enerji obyektlərində heyətin peşə təhsilinin artırılması üzrə işlərin bu cür bazaya malik digər energetika müəssisələrində müqavilə ilə aparılmasına icazə verilir.

Heyət ilə işlərin aparılmasına enerji obyektinin rəhbəri və ya müəssisənin rəhbər işçilərinə mənsub vəzifəli şəxs cavabdehdir.

2.1.3.9. İşə yeni qəbul olunmuş və ya dərəcəsindən asılı olaraq işində 6 aydan artıq fasilə yaranan işçilərin sərbəst işə buraxılmasına onların iş yerində təcrübə və hazırlıq keçməsindən, praktiki vərdişlərə yiyələnməsindən, əməyin mühafizəsi üzrə təlimatlandırılmasından, qüvvədə olan vəzifə və istehsalat təlimatları üzrə biliklərinin yoxlanılmasından keçdikdən, həmçinin iş yerində növbətçinin vəzifəsini əvəz etdikdən sonra icazə verilir.

2.1.3.10. İşində 1 aydan 6 aya qədər fasilə yarandıqda sərbəst işə buraxılması üçün heyətin hazırlığını işçinin peşəkar hazırlıq səviyyəsi, iş təcrübəsi, xidməti funksiyaları və s. nəzərə alınmaqla müəssisə və ya struktur bölmə rəhbəri təyin edir. Bununla belə istənilən hallarda əməyin təhlükəsizliyi üzrə plandankənar təlimatlandırma aparılmalıdır.

2.1.3.11. Enerjisistemdə heyətin hazırlanması texniki vasitələrdən istifadə etməklə enerjimüəssisələrin istismar heyətinin hazırlanması qüvvədə olan “Heyətlə aparılan işlərin təşkili qaydaları”nın əsasında aparılır.

2.1.3.12. Enerji qurğularının və onların elementlərinin idarə edilməsi və ya onlara xidmət üçün heyət, təcrübə keçəndən (iş yerində hazırlaşmaq, işdə təcrübi vərdiş almaqla), texniki istismar qaydalarından (TİQ), təhlükəsizlik texnikası qaydalarından (TTQ), yanğın təhlükəsizliyi qaydalarından (YTQ), qüvvədə olan vəzifə və istehsalat təlimatlarından biliyini yoxlayandan və əvəzetmədən (iş yerində növbətçinin vəzifəsini əvəz etmək) keçəndən sonra müstəqil işə buraxılır.

2.1.3.13. Enerji avadanlığının bilavasitə təmiri, sazlanması və sınağı ilə məşqul olan mühəndis-texniki işçilər və fəhlələr təcrübə keçəndən və TİQ, TTQ, YTQ, istehsalat və vəzifə təlimatları üzrə biliyi yoxlanandan sonra müstəqil işə buraxılmalıdırlar.

2.1.3.14. Bilavasitə enerji qurğularının istismarı, təmiri ya sazlanması ilə əlaqələri olmayan işçilər TTQ, YTQ, vəzifə və istehsalat təlimatları üzrə bilikləri yoxlanıldıqdan sonra işə buraxılmalıdır.

2.1.3.15. Heyətin təcrübə keçməsi müəssisənin baş mühəndisinin təsdiqlədiyi fərdi proqram üzrə təşkil edilməlidir.

2.1.3.16. Enerji qurğusunun idarə edilməsilə əlaqədar olan mühəndis-texniki vəzifələrə təyin olunmuş şəxslər müəssisənin baş mühəndisinin təsdiqlədiyi proqram üzrə iş yerində hazırlıq keçməlidirlər.

2.1.3.17. Dövlət nəzarəti idarələrinin nəzarətində olan obyektlərə xidmət edən heyətin biliyinin yoxlanması və attestasiyası həmin idarələrin tələblərinə uyğun və onlarla razılaşdırılmış proqram üzrə təşkil edilməli və keçirilməlidir.

TİQ, TTQ, YTQ, vəzifə və istehsalat təlimatları üzrə biliyin yoxlanılması:

- ilk dəfə - müstəqil işə buraxmazdan qabaq;

- dövrü - qoyulmuş müddətlərdə;

- növbədənkənar - qaydaları və təlimatları pozanda, dövlət nəzarət idarələrinin, elektrik stansiyaları və şəbəkələrinin istismarı üzrə Dövlət müfəttişliyinin və yuxarı idarəetmə orqanlarının tələbi üzrə, xüsusi komissiyanın qərarı üzrə keçirilməlidir.

2.1.3.18. TİQ, YTQ, istehsalat və vəzifə təlimatları üzrə biliyin dövrü yoxlanılması 3 ildə 1 dəfədən az olmayaraq keçirilməlidir.

2.1.3.19. Fövqəladə Hallar nazirliyinin nəzarətindəki avadanlığın təhlükəsiz istismarı və quruluşu qaydaları, TTQ üzrə biliyin dövrü yoxlanılması aşağıdakı kimidir:

 - bilavasitə enerji qurğunun idarə edilməsi və ona xidmət edilməsi ilə əlaqədar olan şəxslər üçün, həmçinin bütün dərəcəli fəhlələr üçün ildə 1 dəfə;

 - qalan rəhbər və mühəndis-texniki işçilər üçün 3 ildə 1 dəfə.

 2.1.3.20. Hər bir vəzifə mütəxəssisləri üçün təlimatlar və qaydalar üzrə biliyin həcmı müəssisənin rəhbərliyinin təsdiqlədiyi əsasnamə ya da vəzifə təlimatı ilə təyin edilməlidir.

2.1.3.21. Operativ heyətin biliyinin yoxlanmasına texniki vasitələrdən əlavə, həmçinin məşqlər, psixofiziooloji və psixometrik sınamalar daxil edilməlidir.

2.1.3.22. Təyin olunmuş və ya rəsmi göstərilmiş müddətlərdə biliyin yoxlanılmasından keçməyən işçiləri avadanlığı müstəqil idarə etməyə buraxmaq qadağandır.

2.1.3.23. Biliyin səviyyəsini yüksəltmək, qəzasız və təhlükəsiz iş üsullarını təkmilləşdirmək üçün, bilavasitə avadanlıq, bina və qurğuların istismarı ilə əlaqəsi olan bütün işçilər, təsdiq olunmuş cədvəl və ya tematik plan üzrə aylıq təlimat keçməlidirlər.

   Enerji qurğuların idarə edilməsi ilə əlaqədar olan operativ və operativ-təmir heyəti 3 ayda 1 dəfə qəzaya qarşı və yanğına qarşı məşqlər keçməlidirlər. Keçirilmiş məşq nəticəsində qeyri-kafi qiymət almış şəxslərin TİQ, TTQ, YTQ, istehsalat və vəzifə təlimatları üzrə biliklərinin növbədənkənar yoxlanması keçirilməlidir.

2.1.3.24. Enerji müəssisələrinin və təşkilatların bütün işçiləri istismar heyətinin hazırlanması qaydalarında qoyulmuş həcmdə və dövrilikdə ixtisas artırma kurslarında oxumalıdırlar.

 

2.1.4. Elektrik stansiyalarının, qazanxanaların və şəbəkələrin fəaliyyətinin səmərəliliyinə nəzarət

 

2.1.4.1. Hər bir 10 МVt və daha yuxarı gücdə istilik elektrik stansiyalarında, gücü 30 МVt və daha yuxarı su elektrik stansiyalarında, istilik hasilatlı məhsudarlığı 50 Qkal/saat (209,5 QCoul/saat) və daha yuxarı olan qazanxanalarda, onun elektrik və istilik yüklərindən asılı olaraq mütləq və ya nisbi, texniki-iqtisadi göstəricilərini (TİG) təyin edən, avadanlıqların texniki xarakteristikaları işlənib hazırlanmalıdır.

Daha aşağı gücə malik elektrik stansiyaları üzrə, gücü və istilik hasilatlı məhsudarlığı daha aşağı olan rayon qazanxanaları üzrə xarakteristikaların işlənməsinin məqsədəuyğun olması enerji sistemin sahibi tərəfindən təyin edilir.

2.1.4.2. Enerji obyektlərində, enerjisistem avadanlıqlarının işinin səmərəliyini xarakterizə edən əsas TİG qismində bütövlükdə təyin olunurlar:

a) hər bir enerji blokunun, avadanlıqlar qrupunun, enerji obyekti və enerji birliyinin hasil etdiyi və buraxdığı elektrik və istilik enerjisinin miqdarı;

b) işçi elektrik və istilik gücü;

c) təyin olunmuş elektrik və istilik gücündən istifadə əmsalı;

ç) hazırlıq əmsalı;

d) buraxılmış elektrik və istilik enerjisi üçün xüsusi yanacaq (şərti) sərfi;

e) buraxılmış elektrik enerjisi üçün xüsusi su sərfi və su borularından istifadə əmsalı (SES-lər üçün);

ə) elektrik obyektlərinin ayrıca elektrik enerijisi hasilatına və istilik buraxılışına aid edilən öz ehtiyacları üçün işlədilən elektrik enerjisi sərfi;

f) istilik və elektrik enerjisinin elektrik və istilik şəbəkələrində ötürülməsi və paylanması üçün texnoloji xərcləri; [4]

d) ətraf mühitə atılan çirkləndirici tullantı maddələrin həcmi və /və ya qatılığı;

h) elektrik və istilik enerijisi istehsalının, saxlanmasının ötürülməsinin və paylanmasının maya dəyəri;

i) regional enerji sistemləri arasında elektrik güc axınları;

j) avadanlıqların işə salınma sayı, o cümlədən planda olmayan.

2.1.4.3. Elektrik avadanlıqlarının işinin əsas TİG-nin metodoloji təyini, ayrıca avadanlıqların və bütövlükdə enerji obyektin material və energetik balansları məlumatlarının prinsipləri əsasında aparılmalıdır.

Faktiki, nominal, normativ əsas və aralıq TİG-lərin təyini ardıcıllığı qüvvədə olan sahə normativ sənədləri ilə təyin olunur. Bu zaman faktiki və normativ TİG-lərin metodoloji birliyi və hesabatların avtomatlaşdırılması təmin olunmalıdır.

2.1.4.4. Enerji bloklarının TİG-lərinin hesablamalarının avtomatlaşdırılması, enerji obyektlərinin yeni istismara verilmiş və modernləşdirilmiş əsas avadanlıqları zəruri hesab olunur.

2.1.4.5. Texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemlərində tətbiq olunan texnoloji alqoritmlərin tərkibi, texniki hesabatlar formalarında tələbləridən az olmayan həcmdə parametrlər və göstəricilərin daimi monitorinqini, habelə həm fərdi avadanlıqların (qaz turbininin, qazanın, reaktor qurğusunun, buxar turbininin), həm də enerji blokunun (qurğusunun) bütövlükdə istilik effektivliyi göstəricilərinin təhlilini təmin etməlidir.

2.1.4.6. Elektrik stansiyalarında, elektrik və istilik şəbəkələrində, enerji sistemində xidmətdə, ölçü sistemlərindən, fərdi ölçmələrdən və hesablamalardan məlumatlara əsaslanan faktiki əsas və aralıq TİG-lərin uçotu və təhlili aparılmalıdır.

2.1.4.7. Enerji sistemlərində, işlərin son nəticəsini yaxşılaşdırmaq məqsədilə elektrik stansiyaları, qazanlar, elektrik və istilik şəbəkələrində aşağıdakılar həyata keçirilməlidir:

a) enerji xərclərinin və proses parametrlərinin ölçülməsi tələb olunan dəqiqliyə uyğunluğu;

b) alətlərin oxunması və məlumat ölçmə sistemlərinə əsaslanan avadanlıqların fəaliyyət göstəricilərinin təyin edilmiş formalarına uyğun olaraq (növbəlik, gündəlik, aylıq, illik) hesabat;

c) avadanlığın vəziyyəti, onun iş rejimi, yanacaq ehtiyatlarının qiymətləndirilməsi üçün texniki və iqtisadi göstəricilərin təhlili;

d) istehsal fəaliyyətinin nəticələrinin faktiki göstəricilərin normativ və əsas dövr göstəricilərindən kənarlaşmalarının səbəblərini, ən yaxşı növbələrin və fərdi işçilərin iş təcrübəsi ilə tanış olmaq üçün enerji obyektinin rəhbərlik tərəfindən nəzarət (ayda ən azı 1 dəfə);

e) avadanlıqların etibarlılığı və səmərəliliyinin artırılması, elektrik və istilik yüklərinin optimal paylanması, enerji və digər resurslara qənaət edilməsi, ətraf mühitə zərərli maddələrin emissiyasının azaldılması üçün tədbirlərin hazırlanması.

 

2.1.5. Enerji obyektlərinin istismarının təşkilinə texnoloji və texniki nəzarət

 

2.1.5.1. Hər bir enerji obyektində elektrik qurğularının (avadanlıqların, binaların və qurğuların) texniki vəziyyətinin daimi və mütəmadi olaraq monitorinqi (baxışlar, texniki şəhadətləndirmə) təşkil olunur, onların vəziyyəti və təhlükəsiz istismarı üzrə məsul şəxslər müəyyənləşdirilir, texniki və texnoloji nəzarət heyəti təyin edilir və onların vəzifə öhdəlikləri təsdiqlənir.

2.1.5.2. Enerji müəssisəsinin bir hissəsi olan hidrotexniki qurğular da daxil olmaqla, bütün texnoloji sistemlər, avadanlıqlar, binalar və qurğular dövri texniki yoxlamadan keçirilir.

Texniki şəhadətləndirmə enerji obyektinin texniki rəhbəri və ya onun müavininin başçılığı ilə enerji obyektinin komissiyası tərəfindən həyata keçirilir.

Komissiyaya struktur bölmələrinin rəhbərləri və mütəxəssisləri, ixtisaslaşmış və ekspert təşkilatlarının mütəxəssisləri daxildir.

2.1.5.3. Texniki şəhadətləndirmə 5 ildə ən azı 1 dəfə həyata keçirilir.

Texniki şəhadətləndirmənin vəzifələrinə vəziyyətin qiymətləndirilməsi, istismar müddəti və şərtlərinin, həmçinin, stansiyanın təyin edilmiş resursunun təmin edilməsi üçün lazım olan tədbirlərin müəyyən edilməsi daxildir.

Dövri texniki şəhadətləndirmə daxilində avadanlıqların, binaların və qurğuların təhlükəsizlik şərtlərinə (hidravlik testlər, qoruyucu klapanlarının sazlanması, təhlükəsizlik avtomatlarının sınağı, qaldırıcı mexanizmlər, torpaqlama dövrələri) uyğun olaraq xarici və daxili yoxlamalar, texniki sənədlərin yoxlanılması, sınaqların aparılması daxildir.

Texniki şəhadətləndirmə ilə bərabər, nəzarət obyektlərinin verdikləri məcburi göstərişlərə uyğunluğunun yoxlanılması və enerji obyektinə xidmət zamanı baş verən pozuntu və qəza hallarının araşdırılması nəticəsində müəyyən edilmiş, habelə əvvəlki texniki baxış zamanı işlənib hazırlanmış tədbirlərin yoxlanması aparılır. Texniki şəhadətləndirmələrin nəticələri enerji obyektinin texniki pasportunda qeyd edilir.

Nəzarət prosesində təsbit edilən qəza təhlükəli qüsurları və texniki şəhadətləndirmənin müddətinin pozulması halları olan enerji qurğuları istifadə edilmir.

2.1.5.4. Avadanlıqların texniki vəziyyətinə daimi nəzarət enerji obyektinin istismar və istismar texniki xidmət heyəti tərəfindən həyata keçirilir.

Nəzarət proseduru yerli istehsal və vəzifə təlimatları ilə müəyyənləşdirilir.

2.1.5.5. Avadanlıqların, binaların və strukturların dövri yoxlamaları təhlükəsiz istismar üçün cavabdeh şəxslər tərəfindən həyata keçirilir.

Yoxlamaların tezliyi enerji obyektinin texniki rəhbəri tərəfindən müəyyən edilir. Yoxlamaların nəticələri xüsusi jurnalda qeyd olunur.

2.1.5.6. Avadanlıqların, binaların və qurğuların vəziyyətinin və təhlükəsiz istismarının monitorinqini aparan şəxslər, enerji obyektlərinin istismarı zamanı texniki şərtlərə riayət edilməsini, onların vəziyyətini qeyd etməyi, enerji qurğularında və onların komponentlərində baş verən qəzaların araşdırılması, enerji qurğularının işində dayanmaların qeydlərinin və təmir sənədləşmənin aparılmasını təmin edir.

 

2.1.6. Texniki xidmət, təmir və müasirləşdirmə

 

2.1.6.1. Hər bir enerji obyektində texniki xidmət, profilaktik təmir, avadanlıqların, kommunikasiyaların, qurğuların, binaların və tikililərin modernləşdirilməsi və yenidən qurulması təşkil edilməlidir.

2.1.6.2. Enerji avadanlığının texniki vəziyyətinə və təmirinə, modernləşdirilməsinə və yenidən qurulmasına görə enerji obyektlərinin və onların bölmələrinin rəhbərləri məsuliyyət daşıyır.

2.1.6.3. Enerji avadanlıqlarının təhlükəsiz və işlək vəziyyətini təmin etmək, onun resurs göstəricilərini mütəmadi olaraq bərpa etmək, dəyişən iş şəraiti ilə uyğunlaşdırmaq üçün texniki xidmət, profilaktik təmirlərin həcmi və müddəti müəyyən edilməli və həyata keçirilməlidir.

2.1.6.4. Hər bir enerji obyektində, onun hər bir struktur bölməsində (sex, sahə, şöbə) vaxtaşırı yerinə yetirilən əməliyyatların ümumi cədvəli texniki xidmət sahəsində istifadə edilən avadanlığın (baxışlar, yoxlamalar, sınaqlar, nəzarət, yağlamalar, tənzimlənmə və s.) normativ-texniki sənədlərə uyğun olaraq hazırlanmalıdır. Bu işlər heyət kateqoriyaları üzrə (inzibati-texniki, əməliyyat, əməliyyat-təmir) bölünməlidir.

2.1.6.5. Enerji qurğusunun enerji avadanlıqlarına bütün növ təmirlər üçün perspektiv 3 və ya 5 illik, illik və aylıq cədvəllər hazırlanmalıdır.

2.1.6.6. İstehsal həcmində dəyişikliklərə və ya elektrik və istilik enerjisinin ötürülməsi şərtlərinə təsir göstərən enerji avadanlığının təmiri cədvəlləri təşkilatın və ya nəzarət edən dövlət tənzimləyicisinin rəhbərliyi tərəfindən təsdiq edilməlidir.

2.1.6.7. Hər bir enerji müəssisəsində texniki avadanlıqların yenilənməsi, müasirləşdirilməsi və yenidən qurulması üçün uzunmüddətli planlar hazırlanmalıdır.

2.1.6.8. Bütün növ təmirlərin dövrülüyü və müddəti, müxtəlif növ enerji avadanlıqlarının təmirinin təşkili məsələləri, qüsurların təyini və diaqnostikası, təmir edilmiş avadanlıqların vəziyyətinin qiymətləndirilməsi müvafiq enerji birliyi standartları ilə müəyyən edilir.

2.1.6.9. Hər bir avadanlıq növü üçün resursların etibarlılıq göstəriciləri müəyyənləşdirilməlidir (təyin edilmiş resurs və xidmət müddəti, işə buraxmaların icazə verilən sayı).

2.1.6.10. Enerji resurslarının göstəricilərinin işlənib hazırlanması zamanı və ya bu enerji avadanlığının qalıq resursları ilə bağlı məlumat olmadıqda, onun istismarı, işlək vəziyyətinin, iş qabiliyyətinin və resurs göstəricilərinin bərpa təmiri və (və ya) təkmilləşdirilməsi vasitəsilə davam etdirilə bilər.

2.1.6.11. Avadanlıqların istismarının mümkünlüyü barədə qərar ekspert-texniki komissiya (ETK) tərəfindən qəbul edilir.

2.1.6.12. Qərar ixtisaslaşdırılmış qurum tərəfindən bu avadanlığın texniki vəziyyətinə dair verilmiş nəticəyə zidd olmamalıdır.

2.1.6.13. Texniki nəticələr sazlığın və iş qabiliyyətinin qiymətləndirməsini, təhlükəsizliyin hesablama ilə əsaslandırılması, istismara verilmə və qəbul sınaqlarının nəticələrini (sonuncu əsaslı təmirdən sonra) istismar və texniki-iqtisadi göstəriciləri müəyyən etməklə əhatə etməlidir. Bu halda ETK aşağıdakı qərarlar qəbul edə bilər:

a) qoyulmuş əməliyyat parametrləri ilə istismarın davam etdirilməsi;

b) məhdud əməliyyat parametrləri ilə istismarın davam etdirilməsi;

c) təmirin təyin edilməsi;

d) yenidənqurma, müasirləşdirmənin zəruriliyi;

e) digər məqsədlər üçün istifadə;

f) uçotdan silinmə və utilizasiya üçün istismardan çıxarılması.

ETK qərarı ixtisaslaşdırılmış təşkilatın texniki nəticələri ilə birlikdə səlahiyyətli nümayəndəyə təsdiq üçün təqdim olunur.

2.1.6.14. Hesabat sənədlərinin təhlili, həmçinin düzəliş tədbirlərinin həyata keçirlməsi, avadanlıqların təhlükəsiz istismarı üçün təyin edilmiş resursun və xidmət müddətinin, avadanlığı təhlükəsiz istismar parametrlərini uzadılmasının mümkünlüyü haqqında texniki rəyin hazırlanması və zərurət olduqda, avadanlıqların uzadılan müddət ərzində təhlükəsiz istismarının uzunmüddətli təmin edilməsi üçün düzəliş tədbirlər planını sənaye təhlükəsizliyi sahəsində müvafiq sertifikatlaşdırılmış bir ekspert (ekspertlər) tərəfindən həyata keçirirlir.

2.1.6.15. Təyin edilmiş resursun, təyin edilmiş xidmət müddətinin, enerji avadanlıqlarının təhlükəsiz istismarının əməliyyat parametrlərinin təyin olunan müddətə uzadılmasının mümkünlüyü haqqında texniki rəyin təsdiq edilməsi enerji obyektinin (enerji müəssisəsi, birlik) istismar nəzarətinə cavabdeh olan texniki rəhbəri tərəfindən həyata keçirilir.

2.1.6.16. Təyin edilmiş avadanlıq resursunun birdəfəlik uzadılması 50 min iş saatından çox olmamalıdır. Avadanlıqların təyin olunmuş xidmət müddəti birdəfəlik uzadılması 10 ildən çox olmamalıdır.

2.1.6.17. Enerji avadanlıqlarının vəziyyətindən və fərdi komponentlərin dəyişdirilməsi daxil olmaqla həyata keçirilən işlərin həcmindən asılı olaraq normativ göstəricilərlə müqayisədə təmirin tezliyinin dəyişdirilməsi və müddəti artırılmasına yalnız müvafiq texniki əsaslandırma ilə və bu enerji avadanlığı üçün cavabdeh olan yuxarıda duran inzibatı və dispetçer idarəetmə orqanlarının razılığı ilə icazə verilir.

Təmirlər arasındakı müddətin azalması halında onun normativ səviyyəsinə gətirilməsi üçün tədbirlər hazırlanmalı və baxılması üçün yuxarıda duran idarəetmə və nəzarət orqanlarına təqdim edilməlidir.

2.1.6.18. Əmrlə əsaslı (orta) təmirə çıxarılmazdan əvvəl, enerji obyekti üzrə təmir olunan avadanlıqların düyünlərinin (qazanxanalar və turbin qurğuları, generatorlar, 110 kV və daha yüksək gərginlikli güc transformatorları, elektrik stansiyalarının xüsusi sərfiyyat əsas transformatorları, 330 kV və daha yüksək gərginlikli cərəyan transformatorları və açarları) qüsurlarının aşkarlanması üçün enerji obyektinin, həmçinin cəlb olunmuş təmir və sazlama müəssisələrinin mütəxəssislərindən ibarət komissiyalar yaradılmalıdır.

Baxış vasitəsilə qüsurların aşkarlanması zamanı zədələnmə, deformasiya, aşınma, korroziya və eroziya yerləri aşkarlanmalı və əvvəlki qüsurların aşkarlanması zamanı olan vəziyyətlə, layihə, pasport və ya texniki təmir şərtləri ilə müqayisə olunmalıdır.

Qüsurların aşkarlanmasının nəticələri müəyyən edilmiş formada aktlarla və qüsurların kəmiyyət və keyfiyyət xüsusiyyətlərinin, onların inkişafı üçün bütün mümkün səbəblərin, təmir texnologiyası üzrə qəbul edilmiş qərarların və belə zərərin təkrarlanmasının qarşısının alınması üçün profilaktik və istismar xaratkerli əməliyyat tədbirlərin təsviri ilə sənədləşdirilir.

2.1.6.19. Enerji avadanlığının təmirə çıxarılması və istismara verilməsi müraciət əsasında illik təmir cədvəllərində göstərilən müddətdə aparılmalı və əməliyyat idarəçiliyində olan təşkilatla razılaşdırılmalıdır.

2.1.6.20. Enerji qurğusunun (enerji blokunun) əsaslı (orta) təmirə çıxarılması və təmirdən sonra qəbulu enerji obyektinin texniki rəhbəri tərəfindən təsdiq edilmiş və təmirin icraçısı ilə razılaşdırılmış proqramlara uyğun həyata keçirilməlidir.

2.1.6.21. Proqramlar istismar sınaqları (sistemlər üçün-funksional və qovşaqlar, mexanizmlər üçün fərdi), normativ sənədlərə uyğun olaraq texniki diaqnostika və təhvil-təslim sınaqlarının həyata keçirilməsi işlərini əhatə etməlidir.

2.1.6.22. Enerji qurğularının, istilik və elektrik şəbəkələrinin, əsaslı (orta) təmirdən sonra fərdi sistemlərin qəbul edilməsi testləri iki mərhələdə həyata keçirilir (enerji qurğusunun bütün enerji avadanlıqlarının işəsalma, işlək olmasının və qoşulmağa hazırlığının yoxlanılmasından sonra):

a) işəsalma zamanı sınaqlar;

b) yük altında sınaqlar.

Qızma sürəti və nəzarət en kəsiklərində müxtəlif elementlərin (turbinlər, qazanlar, buxar xətləri, istilik sistemləri və s.) temperatur fərqliliklərinə buraxılışları olan enerji avadanlıqları üçün işəsalma zamanı sınaq mərhələlərindən biri "isti" vəziyyətədək qızdırılma daxildir. Bundan sonra ikinci mərhələnin təhvil-təslim üzrə sınaq proqramının növbəti işlərinin icrası mümkündür- təyin olunmuş yüklənmə qrafiki üzrə yüklənmə və iş.

2.1.6.23. Elektrik stansiyaları, qazanxanaların əsaslı (orta) təmirdən sonra sınağı işə salma əməliyyatlarından, iş şəraitinin nominal göstəricilərində minimal uzunmüddətli icazə verilən yüklənmə rejimə çıxılmasından sonra başlayır, və gündəlik dispetçer qrafikində işləyərkən enerji sistemində yüklənməni nominal saatlarda maksimuma çatdırmaqla və tənzimlənən aralığın aşağı həddinə saatlarında nominal maksimum yükə qədər yüklənmə və tənzimlənən diapazonunun alt limitinə (bəzi hallarda texniki minimuma) qədər enerji sistemində yüklənmənin azaldılmasında boşaldılması ilə həyata keçirilməlidir.

Elektrik stansiyalarının və yarımstansiyalarının əsaslı (orta) təmirdən keçmiş gərginliyi 35 kV və daha yüksək olan elektrik avadanlıqları 48 saat ərzində, istilik və enerji şəbəkələrinin avadanlıqları 24 saat ərzində normal və davamlı yük altında təhvil-təslim sınaqlarıından keçirilməlidir. Məhdud su ehtiyatları ilə pik rejimində fəaliyyət göstərən su elektrik stansiyalar üçün yük altında sınaqları bir neçə gün ərzində 24 saat ümumi işləmə müddəti ilə davam edə bilər.

Enerji obyektinin istismar şərtlərinə görə təmir edilmiş elektrik avadanlıqları yük altında işə salınmırsa, o Mərkəzi Dispetçer İdarəsi ilə razılaşma əsasında stansiyanın texniki rəhbərinin qərarına əsasən yük altında sınaqları keçirilmədən təmirdən çıxarılır və ehtiyata keçirilir.

2.1.6.24. Əsaslı (orta) təmirin bitmə zamanı hesab olunur:

- enerji blokları, qarşılıqlı əlaqələri olan istilik elektrik stansiyalarının (İES) buxar turbinləri, hidravlik aqreqatlar və transformatorlar üçün - şəbəkəyə generatorun (transformatorun) qoşulma vaxtı;

- qarşılıqlı əlaqələri olan İES-lərin buxar qazanları üçün - qazanların ilkin buxar stansiya boru kəmərinə qoşulma vaxtı;

- iki korpuslu qazanları (ikiqat bloklar) olan enerji blokları üçün – qazan korpuslarından biri ilə yük altında enerji blokuna qoşulma zamanı; bu vaxt, ikinci qazan korpusunun işə salınması və aktivləşdirilməsi enerji blokunun işə salma və yük qrafikinə və yük altında sınaq proqramına uyğun olaraq həyata keçirilməlidir;

- istilik şəbəkələri üçün - şəbəkə suyunun dövriyyəsinin qurulması zamanı;

- elektrik şəbəkələri üçün - şəbəkəyə qoşulma anı, gərginlik altında qoşulma zamanı imtina edilmə olmadıqda.

Təhvil-təslim sınaqları zamanı nominal yüklənməli avadanlıqların istismarına mane olan və ya dərhal işin dayanmasını tələb edən qüsurlar aşkar edildikdə, qüsurlar aradan qaldırılana və təhvil-təslim sınaqları təkrar keçirilənə qədər təmir tamamlanmamış sayılır.

2.1.6.25. Təhvil-təslim sınaqları başa çatdıqdan sonra, təmir edilmiş enerji avadanlıqlarının nəzarət altında istismarı yük altında 30 gün ərzində həyata keçirilir.

2.1.6.26. Nəzarət altında istismarı dövründə bütün rejimlərdə enerji avadanlığının işinin sınaqdan keçirilməsi başa çatdırılmalı, texniki vəziyyətin hərtərəfli diaqnostikası və bütün sistemlərin sazlanması aparılmalıdır.

2.1.6.27. Təhvil-təslim sınaqları və ya nəzarət altında istismar zamanı enerji avadanlığının fərdi komponentlərinin normal işləməsinin pozulması (dərhal işin dayandırılması tələb olunmayan halda) baş verdikdə təhvil-təslim sınaqlarının davam etdirilməməsi və qüsurları aradan qaldırmaq üçün müddət məsələsini enerji obyektinin texniki rəhbəri təmirin icraçısı ilə razılaşdırılaraq qərara alır.

2.1.6.28. Enerji blokunun tərkibinə daxil olan bütün əsas avadanlıqların, habelə blokla qarşılıqlı əlaqəli turbin və generatorun əsaslı (orta) təmiri eyni vaxtda həyata keçirilməlidir.

2.1.6.29. Enerji obyektləri, təmir və təmir-sazlama təşkilatları texniki-iqtisadi göstəricilərinin daimi uçotunu aparmalıdırlar və onların təhlilinə əsasən bu göstəriciləri yaxşılaşdırmaq üçün təşkilati-texniki tədbirlər hazırlamalıdırlar.

2.1.6.30. Enerji obyektlərinin istehsal otaqları emalatxana və təmir meydançaları ilə təchiz olunmalıdır.

2.1.6.31. Enerji obyektləri stasionar və səyyar yükqaldırıcı nəqliyyat vasitələri, takelaj vasitələri və təmir işlərinin mexanikləşdirmə alətləri və vasitələri ilə təchiz edilməlidir.

2.1.6.32. Enerji obyektlərinin təmir, təmir-sazlama ixtisaslaşmış təşkilatları və bölmələri xüsusi təmir, sazlama və diaqnostika işləri üzrə istehsalar vasitələri və müvafiq heyət, texnoloji sənədləşmə, alət, diaqnostika aparatları ilə təchiz olunmalıdır.

2.1.6.33. Enerji obyektləri qüvvədə olan istehsal ehtiyatlarının normalarına uyğun ehtiyat hissələrinə, materiallar və armaturların mübadilə fonduna, birləşmələr və avadanlıqlara malik olmalıdır.

Eyni tipli aqreqatların ehtiyat avadanlıqları və birləşmələri (turbinlərin rotorları, generatorlar, qidalandırıcı pompalar, diafraqmaların, turbin kürəklərinin dəstlərinin və generatorların stator dolaqlarının və s.) enerji sistemin mərkəzləşdirilmiş ehtiyatlarında yerləşməlidirlər.

Əməliyyat-dispetçer idarəetməsində enerji obyektlərinin avadanlıqlarının saxlanılan ehtiyat hissələrinin elektron məlumat bazası aparılmalıdır.

Enerji obyektində anbarda, bölmələrdə və ya enerji obyektinin ərazilərində mövcud olan bütün ehtiyat hissələri və ehtiyat avadanlıqlarının uçotu və anbara daxil olmalarına giriş nəzarəti təşkil olunmalıdır. Ehtiyat hissələri və avadanlıqların vəziyyəti mütəmadi olaraq yoxlanılmalıdır.

Ehtiyat hissələri və avadanlıqların saxlama sahələrində onların təhlükəsizliyi və vaxtında bərpası təmin edilməlidir. Ətraf mühitin təsiri altında saz vəziyətinin pozulma təhlükəsi yarana bilən hallarda, avadanlıqlar, ehtiyat hissələri, komponentləri və materiallar qapalı anbarlarda saxlanmalıdır.

Avadanlıqların sökülmüş hissələri, birləşmələri və elementləri onların işləkliyinin təmirarası müddətdə bərpası tədbirləri işlənib hazırlanmaqla sonrakı istifadəsinin mümkünlüyünü müəyyən etmək üçün müvafiq nəzarətdən keçirilməlidir.

 

2.1.7. Texniki sənədlər

 

2.1.7.1. Hər bir enerji obyektində aşağıdakı sənədlər olmalıdır:

a) torpaq sahələrinin ayrılması aktları;

b) yeraltı təsərrüfat da daxil olmaqla binalar və qurğular ilə sahənin ümumi planı;

c) qrunt sınaqları və qrunt sularının təhlilinin nəticələri ilə birlikdə ərazi haqqında geoloji, hidrogeoloji və digər məlumatlar;

d) şurfların kəsilməsi ilə özüllərin qurulması aktları;

e) gizli işlərin qəbul edilməsi aktları;

f) binaların, qurğuların və avadanlıqların özülünün çökmələri haqqında ilkin aktlar;

g) partlayış təhlükəsizliyi, yanğın təhlükəsizliyi, ildırımdan mühafizə və tikililərin korroziyaya qarşı mühafizə qurğuların sınaqdan keçirilməsinin ilkin aktları;

h) daxili və xarici su təchizatı sistemlərinin, yanğınsöndürmə su xəttinin, kanalizasiya, qaz təchizatı, istilik təchizatı, istilik və ventilyasiya sınaqlarının ilkin aktları;

i) avadanl