AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
29.12.2019
QEYDİYYAT NÖMRƏSİ
517
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydalarının təsdiq edilməsi haqqında” 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli, “Patent müvəkkilləri haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2000-ci il 15 fevral tarixli 21 nömrəli, “Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 11 sentyabr tarixli 166 nömrəli, “Girov müqaviləsinin qeydiyyatı Qaydaları”nın təsdiq edilməsi haqqında” 2009-cu il 18 sentyabr tarixli 146 nömrəli, “Patent hüququnun girov qoyulması barədə müqavilələrin qeydiyyata alınması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 23 fevral tarixli 39 nömrəli və “İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 12 aprel tarixli 63 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 31-12-2019, Nəşr Nömrəsi: 293), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2019, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2097)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.12.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.100.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201912290517
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
07.01.2020
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydalarının təsdiq edilməsi haqqında” 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli, “Patent müvəkkilləri haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2000-ci il 15 fevral tarixli 21 nömrəli, “Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 11 sentyabr tarixli 166 nömrəli, “Girov müqaviləsinin qeydiyyatı Qaydaları”nın təsdiq edilməsi haqqında” 2009-cu il 18 sentyabr tarixli 146 nömrəli, “Patent hüququnun girov qoyulması barədə müqavilələrin qeydiyyata alınması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 23 fevral tarixli 39 nömrəli və “İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 12 aprel tarixli 63 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1509-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 aprel tarixli 608 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1508-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 aprel tarixli 1097 nömrəli Sərəncamının 1.4-cü bəndinə və “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1510-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 aprel tarixli 609 nömrəli Fərmanının 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 10, maddə 600; 2004, № 3, maddə 193, № 9, maddə 742; 2006, № 5, maddə 463; 2009, № 1, maddə 32, № 9, maddə 752; 2012, № 9, maddə 924, № 11, maddə 1209; 2014, № 7, maddə 899; 2018, № 12 (II kitab), maddə 2735) ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 35.1-ci bəndinin birinci abzasının ikinci cümləsində “dövlət rüsumu” sözləri “haqq” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 fevral tarixli 21 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 119; 2002, № 3, maddə 148; 2004, № 3, maddə 193; 2009, № 1, maddə 32, № 9, maddə 752; 2010, № 3, maddə 255; 2014, № 5, maddə 578, № 12, maddə 1661; 2016, № 5, maddə 961; 2017, № 1, maddə 132; 2018, № 12 (II kitab), maddə 2735) ilə təsdiq edilmiş “Patent müvəkkilləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 6.1-ci bəndin birinci abzasının ikinci cümləsində “dövlət rüsumu ödənilməsi” sözləri “haqqın ödənilməsini” sözləri ilə əvəz edilsin;

2.2. 6.4-cü bəndin birinci abzası üzrə:

2.2.1. ikinci cümləyə “alınması” sözündən sonra “üçün müəyyən edilmiş haqqın” sözləri və “verilməsi” sözündən sonra “üçün dövlət rüsumunun” sözləri əlavə edilsin;

2.2.2. üçüncü cümləyə “müddətdə” sözündən sonra “dövlət rüsumunun və” sözləri əlavə edilsin;

2.2.3. dördüncü cümləyə “edilmiş” sözündən sonra “dövlət rüsumunun və” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 166 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 692; 2002, № 3, maddə 148; 2004, № 3, maddə 193; 2009, № 1, maddə 32, № 9, maddə 752; 2012, № 9, maddə 923, № 11, maddə 1210; 2014, № 7, maddə 900; 2018, № 12 (II kitab), maddə 2735) ilə təsdiq edilmiş “Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın IV fəslinin 7-ci hissəsinin ikinci abzasının ikinci cümləsində “dövlət rüsumu” sözləri “haqq” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 18 sentyabr tarixli 146 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 750; 2018, № 12 (II kitab), maddə 2734) ilə təsdiq edilmiş “Girov müqaviləsinin qeydiyyatı Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.3-cü bənddə “dövlət rüsumu” sözləri “haqq” sözü ilə əvəz edilsin;

4.2. 2.2-ci bəndin altıncı abzasında “dövlət rüsumunun” sözləri “haqqın” sözü ilə əvəz edilsin;

4.3. 3.3-cü bəndin dördüncü cümləsində “verilmiş rüsum” sözləri “ödənilmiş haqq” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 fevral tarixli 39 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 159; 2018, № 12 (II kitab), maddə 2734) ilə təsdiq edilmiş “Patent hüququnun girov qoyulması barədə müqavilələrin qeydiyyata alınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1.3-cü bənddə “dövlət rüsumu” sözləri “haqq” sözü ilə əvəz edilsin;

5.2. 2.2-ci bəndin altıncı abzasında “dövlət rüsumunun” sözləri “haqqın” sözü ilə əvəz edilsin;

5.3. 3.3-cü bəndin dördüncü cümləsində “rüsum” sözü “haqq” sözü ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 aprel tarixli 63 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 357; 2014, № 5, maddə 580; 2018, № 12 (II kitab), maddə 2734) ilə təsdiq edilmiş “İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 2.3-cü bənddə “dövlət rüsumunun” sözləri “müəyyən edilmiş haqqın” sözləri ilə əvəz edilsin;

6.2. 2.4-cü bəndin birinci və ikinci abzaslarında “dövlət rüsumu” sözləri “haqq” sözü ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 29 dekabr 2019-cu il

     № 517

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status