×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
12.11.2019
QEYDİYYAT NÖMRƏSİ
851
ADI
Azərbaycan Respublikası Prezidentinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 621 nömrəli, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 1 may tarixli 1358 nömrəli fərmanlarında və “Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2019, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1699)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.01.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.11.2019

Azərbaycan Respublikası Prezidentinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 621 nömrəli, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 1 may tarixli 1358 nömrəli fərmanlarında və “Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1688-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 767; 2006, № 12, maddə 1057; 2008, № 9, maddə 798; 2012, № 6, maddə 547, № 12, maddə 1271; 2013, № 11, maddə 1327, № 12, maddə 1510; 2014, № 4, maddə 360; 2016, № 1, maddə 43, № 5, maddə 883, № 9, maddə 1463, №11, maddə 1807; 2017, № 3, maddə 370, № 5, maddə 757, № 7, maddə 1377, № 10, maddə 1804, № 12 (I kitab), maddə 2293; 2018, № 7 (I kitab), maddə 1489, № 12 (I kitab), maddə 2552; 2019, № 1, maddə 95, № 6, maddə 1044, № 7, maddə 1248) aşağıdakı dəyişikliklər edilsin:

1.1.  2.1-ci bəndə “4.1-4-cü” sözlərindən sonra “(hər üç halda), 4.1-5-ci” sözləri əlavə edilsin;

1.2.  2.1-1-ci bənd üzrə:

1.2.1.  “4.1-4-cü” sözləri “4.1-5-ci” sözləri ilə əvəz edilsin;

1.2.2.  ikinci halda “isə” sözü çıxarılsın;

1.2.3.  “sisteminə” sözündən sonra “, 4.1-4-cü maddəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin işçilərinə və texniki baxış stansiyalarına” sözləri əlavə edilsin;

1.3. aşağıdakı məzmunda 2.1-13-2.1-15-ci bəndlər əlavə edilsin:

“2.1-13. həmin Qanunun 4.1-4-cü maddəsində “orqanın işçiləri” dedikdə

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin işçiləri nəzərdə tutulurlar;

2-1.14. həmin Qanunun 4.1-4-cü maddəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;

2.1-15. həmin Qanunun 4.1-4-cü maddəsində (üçüncü halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur.”.

2. “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1358 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 762, № 11, maddə 2023, № 12 (I kitab), maddə 2343; 2018, № 6, maddə 1235, № 9, maddə 1842, № 12 (I kitab), maddələr 2555, 2603; 2019, № 1, maddə 95, № 3, maddə 435, № 4, maddə 645, № 6, maddələr 1038, 1044, № 8, maddələr 1396, 1404; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 2 iyul tarixli 766 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin: [1]

2.1.  2.19-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.20-ci bənd əlavə edilsin:

“2.20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-4-cü maddəsinə əsasən həmin Qanunun 18.65.1.1-ci maddəsinə uyğun olaraq avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ödənilən dövlət rüsumunun 30 faizi aşağıdakı kimi bölüşdürülür:

2.20.1.  5 faiz Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hesabına köçürülür;

2.20.2  25 faiz Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə Nazirliyin texniki baxış stansiyalarının saxlanılmasını təmin etmək məqsədilə həmin Nazirliyin hesabına köçürülür.”;

2.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hesabına köçürülən vəsaitdən istifadə Qaydası” üzrə:

2.2.1.  2.1.19-cu yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.1.20-ci yarımbənd əlavə edilsin:

“2.1.20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-4-cü maddəsinə əsasən həmin Qanunun 18.65.1.1-ci maddəsinə uyğun olaraq avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ödənilən dövlət rüsumu.”;

2.2.2. həmin Qaydaya Əlavənin “Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xüsusi xəzinə hesabına köçürülən vəsait barədə məlumat” cədvəlinə aşağıdakı məzmunda 20-ci hissə əlavə edilsin:

 

20.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1 -4-cü maddə­sinə əsasən həmin Qanunun 18.65.1.1-ci maddəsinə uyğun olaraq avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ödənilən dövlət rüsumu

 

 

 

 

 

3. “Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 10, maddə 870; 2014, № 12, maddə 1630; 2016, № 7, maddə 1315; 2018, № 8, maddə 1678) 2.6-cı bəndinə “nəqliyyat vasitələrinin” sözlərindən əvvəl “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-4-cü maddəsi nəzərə alınmaqla,” sözləri əlavə olunsun və həmin bənddə “illik” sözü “qanunla müəyyən edilmiş hallarda” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. Bu Fərman 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 noyabr 2019-cu il

№851

 


 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       22 may 2020-ci il tarixli 1033 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 558)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 22 may 2020-ci il tarixli 1033 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 558) ilə 2-ci bənd ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status