“Elektrik qurğularının quraşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanının 2.3.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Elektrik qurğularının quraşdırılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minir.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 11 fevral 2020-ci il
№ 40
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
|
Elektrik qurğularının quraşdırılması
QAYDASI
Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanının 2.3.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Azərbaycan Respublikasında elektrik qurğularının quraşdırılması üzrə münasibətləri tənzimləyir.
1. Elektrik qurğularına aid tələblər
1.1. Ümumi müddəalar
1.1.1. Bu Qayda elektrik qurğularının işinin etibarlılığını və təhlükəsizliyini təmin etmək üçün elektrik qurğularının quraşdırılması qaydalarını və normalarını müəyyənləşdirir, yeni istismara verilən və yenidənqurmadan sonra istismara verilən 500 kV-dək gərginlikli sabit və dəyişən cərəyanlı elektrik qurğularına şamil olunur.
1.1.2. Xüsusi elektrik qurğularının quraşdırılmasına dair tələblər bu Qaydanın 7-ci hissəsində verilmişdir.
1.1.3. Bu Qaydanın yenidənqurma işləri aparılan elektrik qurğularına aid tələbləri, elektrik qurğularının yalnız yenidənqurulan hissələrinə şamil olunur.
1.1.4. Bu Qaydanın 7-ci hissəsində göstərilməyən xüsusi elektrik qurğularının quraşdırılması digər texniki normativ sənədlərlə nizamlanmalıdır.
1.1.5. Bu Qaydada “-dan”, “-dən” və “-dək” şəkilçiləri “daxil olmaqla” ifadəsini ehtiva edir.
1.1.6. Bu Qaydanın yenidənqurmaya məruz qalan elektrik qurğularına aid tələbləri, elektrik qurğularının yalnız yenidənqurmaya məruz qalan hissələrinə şamil olunur.
1.1.7. Bu Qayda quraşdırılması müvafiq dövlət standartları ilə tənzimlənən və siyahısı səlahiyyətli nəzarət qurumu tərəfindən müəyyən edilən xüsusi elektrik qurğularının quraşdırılmasına şamil olunmur.
1.1.8. Bu Qaydanın analogiya üzrə tətbiqi məsələsi səlahiyyətli nəzarət qurumu tərəfindən həll edilir.
1.1.9. Bu Qaydanın tətbiqi barədə şikayətlərə səlahiyyətli nəzarət qurumu tərəfindən baxılır. Səlahiyyətli nəzarət qurumunun qərarından müvafiq inzibati məhkəməyə şikayət verilə bilər.
[1]
1.2. Elektrik qurğularının quruluşu üzrə ümumi tələblər
1.2.1. Elektrik qurğularında tətbiq edilən elektrik avadanlıqları, elektrotexniki məmulatlar və materiallar Azərbaycan Respublikasının standartlaşma haqqında qanunvericiliyinə uyğun olaraq qəbul edilmiş standartlar, habelə qanunvericiliyə əsaslanaraq təsdiq edilmiş texniki şərtlərin tələblərinə uyğun olmalıdırlar.
1.2.2. Tətbiq edilən maşınların, aparatların, cihazların və digər elektrik avadanlıqların, həmçinin kabellərin və naqillərin konstruksiyası, icrası, quraşdırılma üsulu, izolyasiyasının sinifi və xarakteristikaları şəbəkə və ya elektrik qurğusunun parametrlərinə, iş rejimlərinə, ətraf mühit şəraitinə və bu Qaydanın tələblərinə uyğun olmalıdırlar.
1.2.3. Elektrik qurğuları və onlarla əlaqəli konstruksiyalar ətraf mühitin təsirinə qarşı davamlı olmalı və ya bu təsirdən mühafizə olunmalıdırlar.
1.2.4. Elektrik qurğuları küy, titrəyiş, elektrik və maqnit sahələrinin gərginliyi, elektromaqnit uyğunluğuna görə ətraf mühitin qorunması üzrə qüvvədə olan normativ sənədlərin və standartların tələblərinə cavab verməlidir.
1.2.5. Elektrik qurğularının tikinti və sanitar-texniki hissələri (binanın və onun elementlərinin konstruksiyası, isitmə, havalandırma, su təchizatı və s.) mövcud tikinti normaları və qaydalarına (TN və Q) müvafiq olaraq, bu Qaydada verilən əlavə tələblərə mütləq şəkildə əməl olunmaqla yerinə yetirilməlidir.
1.2.6. Elektrik qurğularının təsirindən mühafizə üçün, sənaye radiomaneələrinin buraxılabilən normalarının və rabitə, dəmir yol siqnalizasiyası və telemexanika cihazlarının, elektrik ötürülməsi xətlərinin təhlükəli və əngəl yaradan təsirindən mühafizə qaydalarının tələblərinə müvafiq olaraq tədbirlər nəzərdə tutulmalıdır.
1.2.7. Elektrik qurğularında kimyəvi maddələrin, yağların, zibilin, texniki suların və s. tullantılarının toplanması və kənarlaşdırılması nəzərdə tutulmalıdır. Ətraf mühitin mühafizəsi tələblərinə uyğun olaraq, göstərilən tullantıların ətraf mühitə (su hövzələrinə, leysan sularının axıdılma sisteminə, yarğanlara və s.) atılması, həmçinin, belə tullantıların saxlanması üçün nəzərdə tutulmayan ərazilərə atılma mümkünlüyü istisna olunmalıdır.
1.2.8. Elektrik qurğularının sxemlərinin, tərtibatlarının və konstruksiyalarının layihələndirilməsi və seçilməsi, təhlükəsiz xidmətin təmin edilməsi tələbləri, etibarlı sxemlərin tətbiq edilməsi, yeni texnikanın, enerji və maddi ehtiyatlara qənaət texnologiyalarının tətbiqi, istismar təcrübəsi nəzərə alınmaqla, variantların texniki-iqtisadi müqayisəsi əsasında yerinə yetirilməlidir.
1.2.9. Elektrik korroziyası və ya torpaq korroziyası təhlükəsi yarandıqda tikililərin, avadanlıqların, boru kəmərlərinin və digər yeraltı kommunikasiyaların mühafizəsi üzrə tədbirlər nəzərdə tutulmalıdır.
1.2.10. Elektrik qurğularında müxtəlif elementlərə aid hissələrin asan tanınması mümkünlüyü təmin edilməlidir (sxemlərin sadəliyi və aydınlığı, avadanlığın düzgün yerləşdirilməsi, yazılar, nişanlama, rəngləmə).
1.2.11. Ayrı-ayrı izolə olunmuş və ya izolə olunmamış naqillərin rəngli və ya rəqəmli işarələnməsi üçün, “Naqillərin rənglər və ya rəqəmlər üzrə identifikasiyası” normativ sənədinə uyğun olaraq, rənglər və rəqəmlərdən istifadə olunmalıdır.
1.2.12. Bütün elektrik qurğularında qoruyucu torpaqlama naqilləri, həmçinin birbaşa torpaqlanmış neytral ilə 1 kV-dək gərginlikli elektrik qurğularında sıfır qoruyucu naqilləri, o cümlədən, şinlər PE hərfli işarəyə malik olmalıdırlar və eyni endə olan (şinlər üçün 15-dən 100 mm-dək) sarı və yaşıl rəngli uzununa və ya eninə ardıcıl olaraq bir-birini əvəzləyən zolaqlara malik olmalıdırlar.
1.2.13. Sıfır işçi (neytral) naqillər N hərfi və mavi rəng ilə işarələnirlər. Birləşdirilmiş sıfır qoruyucu və sıfır işçi naqilləri PEN hərf işarələnməsinə və bütün uzunluğu boyu mavi rəng və sonlardada sarı-yaşıl zolaqlı rəng işarələnməsinə malik olmalıdırlar.
1.2.14. Eyni adlı şinlərin hərf-rəqəm və rəng işarələri, hər bir elektrik qurğusunda eyni olmalıdır.
1.2.15. Şinlər aşağıdakı kimi işarələnməlidirlər:
a) üçfazalı dəyişən cərəyanda: A fazasının şini – sarı, B fazasının şini – yaşıl, C fazasının şini – qırmızı rənglərlə;
b) birfazalı dəyişən cərəyanda qida mənbəyinin dolağının sonuna birləşdirilmiş B şini qırmızı rənglə, qida mənbəyinin dolağının başlanğıcına birləşdirilmiş A şini – sarı rənglə.
1.2.16. Birfazalı cərəyan şinləri, əgər onlar üçfazalı sistem şinlərdən budaqlanmalıdırlarsa, müvafiq üçfazalı cərəyanın şinləri kimi işarələnirlər.
Sabit cərəyan olduqda: müsbət (+) şin – qırmızı rənglə, mənfi (-) şin – göy rənglə və sıfır işçi M şin – mavi rənglə işarələnirlər.
Rəngli işarələmə daha intensiv soyutma və ya antikorroziya mühafizəsi üçün də nəzərdə tutulduğu halda, şinin bütün uzunluğu boyu yerinə yetirilməlidir.
1.2.17. Şinlərdə, şinin bütün uzunluğu boyu rəngli işarələmə yerinə yetirməməklə, birləşmə yerlərində yalnız rəngli və ya hərfli-rəqəmli işarələmə, ya da birgə rəngli və hərfli-rəqəmli işarələmə etməyə icazə verilir. Əgər izolə olunmamış şinlər, gərginlik altında olduğu dövrdə, baxış üçün əlçatmazdırlarsa, onları işarələməməyə icazə verilir. Bu halda elektrik qurğusuna xidmət zamanı aydınlıq və təhlükəsizlik dərəcələri azalmamalıdır.
1.2.18. Şinlərin paylayıcı qurğularda (bir tərəfli xidmətli komplekt yığma yuvalardan (KYY) və 6-10 kV-luq komplekt paylayıcı qurğulardan (KPQ), həmçinin zavod istehsalı olan 0,4-0,69 kV-luq panellərdən başqa) “düz” və ya “kənarı üzərində” yerləşdirilmə zamanı aşağıdakı şərtlərə riayət etmək lazımdır:
1.2.19. Gərginliyi 6-220 kV olan paylayıcı qurğularda, üçfazalı dəyişən cərayanda yığma və dolayı şinləri, həmçinin bütün növ bölmə şinləri aşağıdakı tələblər üzrə yerləşməlidirlər:
Üfüqi yerləşmədə:
a) biri o birinin altında: yuxarıdan aşağıya A-B-C;
b) biri-birinin ardınca, maili və ya üçbucaq şəklində: ən uzaqda olan şin – A, ortada olan – B, xidmət dəhlizinə ən yaxın olan – C;
Şaquli yerləşmədə (bir müstəvidə və ya üçbucaq şəklində):
a) soldan sağa A-B-C və ya ən uzaqdakı şin – A, ortada olan – B, xidmət dəhlizinə ən yaxın olan – C;
b) yığma şinlərdən budaqlanmalar, əgər şinlərə xidmət dəhlizindən baxılırsa (üç dəhliz olduqda – mərkəzdən):
Üfüqi yerləşmədə:
a) soldan sağa A-B-C;
b) şaquli yerləşmədə (bir müstəvidə və ya üçbucaqlı): yuxarıdan aşağıya A-B-C.
1.2.20. Gərginliyi 1 kV-dək olan elektrik qurğularında beş və dörd naqilli üçfazalı dəyişən cərəyan dövrələrində şinlər aşağıdakı kimi yerləşməlidirlər:
Üfüqi yerləşmədə:
a) biri o birinin altında: yuxarıdan aşağıya A-B-C-N-PE (PEN);
b) biri o birinin ardınca: ən uzaqda olan şin A, sonra B-C-N fazaları, xidmət dəhlizinə ən yaxın olan – PE (PEN);
Şaquli yerləşmədə:
a) soldan sağa A-B-C-N-PE (PEN) və ya ən uzaqda olan şin A, sonra – B-C-N fazaları, xidmət dəhlizinə ən yaxın olan – PE (PEN);
Yığma şinlərdən budaqlanmalar, əgər şinlərə xidmət dəhlizindən baxılarsa:
a) üfüqi yerləşmədə: soldan sağa A-B-C-N-PE (PEN);
b) şaquli yerləşmədə: yuxarıdan aşağıya A-B-C-N-PE (PEN).
1.2.21. Sabit cərəyanda şinlər aşağıdakı kimi yerləşməlidirlər:
a) yığma şinlər şaquli yerləşdirildikdə: yuxarıda – M, ortada (-), aşağıda (+);
b) yığma şinlər üfüqi yerləşdirildikdə: ən uzaqda olan M, ortada (-) və ən yaxında olan (+), əgər şinlərə xidmət dəhlizindən baxılarsa;
c) yığma şinlərdən budaqlanmalar: sol şin M, ortada (-), sağda (+), əgər şinlərə xidmət dəhlizindən baxdıqda.
Elektrik qurğusunun nəzərə çarpacaq dərəcədə mürəkkəbləşməsi ilə əlaqəli olan hallarda (məsələn, hava elektrik verilişi xətlərinin naqillərinin transpozisiyası üçün yarımstansiyanın yaxınlığında xüsusi dayaqların quraşdırılması zərurəti əmələ gəldiyi) və ya yarımstansiyada iki və ya daha çox pilləli transformasiyadan istifadə olunduğu hallarda, 1.1.2.19 – 1.1.2.21-ci yarımbəndlərdə göstərilən tələblərdən kənara çıxmağa icazə verilir.
1.2.22. Elektrik təhlükəsizliyi şərtləri üzrə elektrik qurğuları 1 kV-dək gərginlikli elektrik qurğularına və 1 kV-dan yuxarı gərginlikli elektrik qurğularına (gərginliyin təsiredici qiyməti üzrə) bölünürlər.
1.2.23. Gərginliyi 1 kV-dək olan qurğular yerləşən elektrik otaqlarında, toxunmaya mühafizə olmadan, izolə olunmamış və izolə olunmuş cərəyan daşıyan hissələrin istifadəsinə icazə verilir, o şərtlə ki, yerli şərtlərdə belə bir mühafizə hər hansı digər məqsəd üçün zəruri deyildirsə (məsələn, mexaniki təsirlərdən mühafizə üçün). Bu zaman toxunulması mümkün olan hissələr elə yerləşdirilməlidir ki, normal xidmət zamanı onlara toxunma təhlükəsi yaranmasın.
1.2.24. Yaşayış, ictimai və digər məntəqələrdə cərəyan daşıyan hissələrin çəpərlənməsi və bağlanması üçün xidmət edən qurğular bütöv olmalıdırlar; ancaq ixtisaslı heyətin daxil olma hüququ olan otaqlarda yerləşməlidirlər, bu qurğular bütöv, tor şəklində və ya dəlikli ola bilərlər.
1.2.25. Çəpərləyici və bağlayıcı qurğular elə hazırlanmalıdırlar ki, onları yalnız açarlar və alətlərin köməyi ilə çıxarmaq və açmaq mümkün olsun.
1.2.26. Gərginlik 1 kV-dan artıq olduqda metal çəpərləyici və bağlayıcı qurğuların qalınlığı 1mm-dən az olmamalıdır.
1.2.27. Xidmət heyətinin və kənar şəxslərin təhlükəsizliyi 1.7-ci bənddə nəzərdə tutulmuş mühafizə tədbirləri, həmçinin aşağıdakı tədbirləri yerinə yetirməklə təmin olunmalıdır:
a) cərəyandaşıyan hissələrə kimi müvafiq məsafəyə riayət etməklə və ya cərəyandaşıyan hissələrin çəpərləmək, bağlamaqla;
b) aparatlara və çəpərləyici qurğulara bloklama tətbiq etməklə səhv əməliyyatlar və cərəyandaşıyan hissələrə toxunmanı aradan qaldırmaqla;
c) xəbərdaredici siqnallamadan, yazılardan və plakatlardan istifadə etməklə;
ç) elektrik və maqnit sahələrinin induktivliyini buraxılabilən qiymətlərə kimi azaltmaq üçün qurğular tətbiq etməklə;
e) mühafizə vasitələri və alətlərindən, o cümlədən, induktivliyi buraxılabilən normadan yuxarı olan elektrik və maqnit sahələrinin təsirlərindən mühafizə üçün vasitələrdən istifadə etməklə.
1.2.28. Xidmət heyətini elektrik cərəyanı ilə zədələnməkdən, elektrik qövsünün təsirindən və s. mühafizə etmək üçün, bütün elektrik qurğuları, mühafizə vasitələri ilə, həmçinin, “Elektrik qurğularında istifadə olunan mühafizə vasitələrinin tətbiqi və sınağı Qaydaları”na müvafiq olaraq, ilkin yardım vasitələri ilə təchiz olunmalıdırlar.
1.2.29. Elektrik qurğularının yanğın və partlayış təhlükəsizliyi 2.5-ci və 7.4-cü bəndlərində göstərilən tələblərin yerinə yetirilməsi ilə təmin edilməlidir.
1.2.30. Elektrik qurğuları istismara təhvil verilərkən mövcud normativ tələblərə cavab verən yanğın əleyhinə vasitələr və inventarlarla təmin olunmalıdırlar.
1.2.31. Yeni tikilən və yenidənqurulan elektrik qurğuları və onlarda quraşdırılan elektrik avadanlığı təhvil-təslim sınaqlarından keçməlidirlər.
1.2.32. Yeni tikilən və yenidənqurulan elektrik qurğuları, yalnız mövcud normativ tələblərə uyğun olaraq, onların qəbul edilməsindən sonra sənaye istismarına buraxılır.
1.3. Elektrik təchizatı və elektrik şəbəkələri
1.3.1. Tətbiq sahələri və ümumi tələblər
1.3.1.1. Bu bənd bütün elektrik təchizatı sistemlərinə şamil edilir.
1.3.1.2. Yeraltı, dartıcı və digər xüsusi qurğuların elektrik təchizatı sistemləri bu bənddəki tələblərdən əlavə olaraq, həmçinin xüsusi qaydaların tələblərinə uyğun olmalıdırlar.
1.3.1.3. Elektrik təchizatı sistemlərinin layihələndirilməsində və elektrik qurğularının yenidənqurulmasında aşağıdakı məsələlərə baxılmalıdır:
a) enerji sistemin və elektrik təchizat sisteminin yeni tikilən elektrik şəbəkələrinin mövcud olanlarla və yeni tikilən digər gərginlik sinifli şəbəkələrlə səmərəli uyğunluğu nəzərə alınmaqla perspektiv inkişafı;
b) mənsubiyyətindən asılı olmayaraq, elektrik şəbəkələrinin fəaliyyət zonasında yerləşən bütün elektrik enerjisi istehlakçılarının kompleks mərkəzləşdirilmiş elektrik təchizatının təmin olunması;
c) QQ (qısaqapanma) cərəyanlarının perspektivdə müəyyən edilmiş sərhəd səviyyələri ilə məhdudlaşdırılması;
ç) elektrik enerjisi itkilərinin aşağı salınması;
d) qəbul edilən qərarların ətraf mühitin mühafizəsi şərtlərinə uyğun olması.
Bu zaman texnoloji ehtiyatın yaradılması imkanları və məqsədəuyğunluğu nəzərə alınmaqla daxili və xarici elektrik təchizatına kompleks şəkildə baxılmalıdır.
1.3.1.4. Ehtiyat yaratma məsələlərinin həllində elektrik qurğularının elementlərinin ifrat yüklənmə qabiliyyətini, həmçinin texnoloji avadanlıqda ehtiyatın mövcudluğunu nəzərə almaq lazımdır.
1.3.1.5. Elektrik təchizatı sisteminin inkişafı məsələlərinin həllində təmir, qəza və qəzadan sonrakı rejimlər nəzərə alınmalıdır.
1.3.1.6. Enerji sistemin obyektləri sayılan müstəqil qarşılıqlı ehtiyat qida mənbələrini seçərkən, enerji sistemin hissələrində zədələnmələr zamanı rele mühafizəsi və avtomatikanın işləmə müddətində, eyni vaxtda asılı gərginliyin qısamüddətli aşağı düşməsi və ya tam yox olması ehtimalını, həmçinin ağır sistem qəzaları zamanı bu qida mənbələrində eyni vaxtda uzunmüddətli gərginlik itməsini nəzərə almaq lazımdır.
1.3.1.7. Bu Qaydanın 1.3.1.3–1.3.1.6-cı yarımbəndlərinin tələbləri enerji sistemin və elektrik təchizatı sistemlərinin bütün inkişaf mərhələlərində nəzərə alınmalıdır.
1.3.1.8. Elektrik şəbəkələrinin layihələndirilməsi onlara edilən xidmətin forması nəzərə alınmaqla yerinə yetirilməlidir (daimi növbətçilik, evdən icra olunan növbətçilik, səyyar briqadalar və s.).
1.3.1.9. Gərginliyi 2-35 kV olan elektrik şəbəkələrinin işi həm izolə olunmuş neytralla, həm də qövssöndürücü reaktor və ya rezistor vasitəsilə torpaqlanmış neytralla nəzərdə tutula bilər.
1.3.1.10. Yerlə qapanma tutum cərəyanının kompensasiyası bu cərəyanın normal rejimdə aşağıdakı qiymətlərində tətbiq edilməlidir:
Hava elektrik ötürülməsi xətlərində dəmir-beton və metal dayaqları olan 3-20 kV gərginlikli şəbəkələrdə və 35 kV gərginlikli bütün şəbəkələrdə –10 A-dan yuxarı;
Hava elektrik ötürülməsi xətlərində dəmir-beton və metal dayaqları olmayan şəbəkələrdə:
a) 3-6 kV gərginlikdə – 30 A-dan yuxarı;
b) 10 kV gərginlikdə – 20 A-dan yuxarı;
c) 15-20 kV gərginlikdə – 15 A-dan yuxarı.
Generator-transformator bloklarının 6-20 kV generator gərginlikli sxemlərində – 5A-dan yuxarı.
1.3.1.11. Yerəqapanma cərəyanı 50 A-dan çox olduqda ən azı iki torpaqlayıcı reaktordan istifadə tövsiyə olunur.
1.3.1.12. Gərginliyi 110 kV olan elektrik şəbəkələrinin işləməsi, həm birbaşa torpaqlanmış, həm də effektiv torpaqlanmış neytralla nəzərdə tutula bilər.
1.3.1.13. Gərginliyi 220 kV və daha artıq olan elektrik şəbəkələri yalnız birbaşa torpaqlanmış neytralla işləməlidirlər.
1.3.2. Elektrik qəbuledicilərinin kateqoriyaları və elektrik təchizatın etibarlığının təmin edilməsi
1.3.2.1. Elektrik qəbuledicilərinin elektrik təchizatının etibarlılığı üzrə kateqoriyaları elektrik təchizatı sisteminin layihələndirilməsi prosesində normativ sənədlər, həmçinin layihənin texnoloji hissəsi əsasında təyin edilir.
1.3.2.2. Elektrik təchizatının etibarlılığının təmini baxımından elektrik qəbulediciləri aşağıdakı üç kateqoriyaya bölünürlər:
Birinci kateqoriyalı elektrik qəbulediciləri – elə elektrik qəbulediciləridir ki, onların elektrik təchizatındakı fasilə insanların həyatı, dövlətin təhlükəsizliyi üçün təhlükənin yaranmasına, xeyli dərəcədə maddi ziyanın dəyməsinə, mürəkkəb texnoloji prosesin, kommunal təsərrüfatın xüsusi vacib elementlərinin, rabitə və televiziya obyektlərinin fəaliyyətinin pozulmasına səbəb ola bilər.
Birinci kateqoriyalı elektrik qəbuledicilərinin tərkibindən xüsusi qrup elektrik qəbulediciləri ayrılır ki, insanların həyatına olan təhlükənin, partlayışların və yanğınların qarşısının alınması məqsədilə istehsalatın qəzasız dayandırılması üçün onların fasiləsiz işi zəruridir.
İkinci kateqoriyalı elektrik qəbulediciləri – elə elektrik qəbulediciləridir ki, onların elektrik təchizatındakı fasilə kütləvi miqdarda məhsul buraxılmamasına, işçilərin, mexanizmlərin və sənaye nəqliyyatının kütləvi boş dayanmasına, böyük sayda şəhər və kənd sakinlərinin normal fəaliyyətinin pozulmasına gətirib çıxarır.
Üçüncü kateqoriyalı elektrik qəbulediciləri – birinci və ikinci kateqoriyaya aid olmayan bütün elektrik qəbulediciləri.
1.3.2.3. Normal rejimdə birinci kateqoriya elektrik qəbulediciləri elektrik enerjisi ilə iki müstəqil, qarşılıqlı ehtiyatda olan qidalandırıcı mənbələrdən təmin edilməlidir və qida mənbələrindən birindən elektrik təchizatındakı pozuntu zamanı onların elektrik təchizatındakı fasiləyə yalnız qidalanmanın avtomatik bərpası müddətinə yol verilə bilər.
Birinci kateqoriyalı xüsusi qrup elektrik qəbuledicilərinin elektrik təchizatı üçün qarşılıqlı ehtiyatda olan ikinci müstəqil qida mənbəyindən əlavə qidalanma nəzərdə tutulmalıdır.
Xüsusi qrup elektrik qəbulediciləri üçün üçüncü müstəqil qida mənbəyi və birinci kateqoriya digər elektrik qəbulediciləri üçün ikinci müstəqil qida mənbəyi kimi yerli elektrik stansiyaları, enerjisistemin elektrik stansiyaları (xüsusi halda, generator gərginlikli şinlər), bu məqsədlər üçün nəzərdə tutulan fasiləsiz qidalanma aqreqatları, akkumulyator batareyaları və s. istifadə oluna bilər.
Əgər elektrik təchizatının ehtiyatlandırılması ilə texnoloji prosesin fasiləsizliyini təmin etmək olmursa və ya əgər elektrik təchizatını ehtiyatlandırma iqtisadi cəhətdən məqsədəuyğun deyilsə, texnoloji ehtiyatlandırma yerinə yetirilməlidir. Məsələn, elektrik təchizatının pozulması zamanı fəaliyyət göstərən, qarşılıqlı ehtiyatda olan texnoloji aqreqatların, texnoloji prosesi qəzasız dayandıran xüsusi qurğulardan istifadə etməklə.
Xüsusilə mürəkkəb, fasiləsiz texnoloji prosesli, normal rejiminin bərpasına uzun müddət tələb olunan birinci kateqoriyalı elektrik qəbuledicilərinin elektrik təchizatının texniki-iqtisadi əsaslandırılması olduğu halda, qarşılıqlı ehtiyatda olan iki müstəqil qida mənbəyindən yerinə yetirilməsi tövsiyə olunur, hansılara ki, texnoloji prosesin xüsusiyyətləri ilə müəyyənləşdirilən əlavə tələblər irəli sürülür.
1.3.2.4. İkinci kateqoriya elektrik qəbulediciləri normal rejimdə qarşılıqlı ehtiyatda olan iki müstəqil qida mənbəyindən elektrik enerjisi ilə təmin edilməlidir.
İkinci kateqoriya elektrik qəbulediciləri üçün qida mənbələrindən birində elektrik təchizatındakı pozulması, ehtiyat qidalanmanın növbətçi heyət və ya səyyar operativ briqada tərəfindən qoşulması müddətinə yol veriləndir.
1.3.2.5. Üçüncü kateqoriya elektrik qəbuledicilərinin elektrik təchizatı bir qida mənbəyindən yerinə yetirilə bilər, o şərtlə ki, elektrik təchizatı sistemindəki zədələnmiş elementin təmiri və ya dəyişdirilməsi üçün tələb olunan elektrik təchizatındakı fasilələr bir gündən artıq olmasın.
1.3.3. Gərginliyin səviyyələri və tənzimlənməsi, reaktiv gücün kompensasiyası
1.3.3.1. Elektrik şəbəkələri üçün müvafiq qurumların qəbul etdiyi normativ sənədlərin tələblərinə cavab verən, elektrik enerjisinin keyfiyyətinin təmini üzrə texniki tədbirlər nəzərdə tutulmalıdır.
1.3.3.2. Gərginliyi tənzimləmə qurğuları, elektrik stansiyası və yarımstansiyaların paylayıcı şəbəkələr qoşulmuş 3-20 kV gərginlikli şinlərində, gərginliyin, bu şəbəkələrin ən böyük yüklənmə dövründə nominalın 105%-indən aşağı olmayan və ən az yüklənmə dövründə nominalın 100%-indən yuxarı olmayan həddində saxlanılmasını təmin etməlidir. Gərginliyin göstərilən səviyyələrdən kənara çıxması əsaslandırılmalıdır.
1.3.3.3. Elektrik şəbəkələrində reaktiv gücün kompensasiyası qurğularının seçilməsi və yerləşdirilməsi, normal və qəzadan sonrakı rejimlərdə gərginliyin texniki tələblərə uyğun səviyyəsinin və dayanıqlıq ehtiyatının saxlanılmasında şəbəkənin tələb olunan buraxma qabiliyyətinin təmin edilməsi zərurəti nəzərə alınmaqla yerinə yetirilir.
1.4. Naqillərin seçilməsi qaydası
1.4.1. Naqillərin qızmaya, cərəyanın iqtisadi sıxlığına və taclanma şərtlərinə görə seçilməsi
1.4.1.1. Bu bənd elektrik naqillərinin (izolyasiyasız və izolyasiyalı naqillər, kabellər və şinlər) en kəsiyinin qızmaya, cərəyanın iqtisadi sıxlığına və taclanma şərtlərinə görə seçilməsinə şamil edilir. Əgər bu şərtlərlə seçilən naqilin en kəsiyi digər şərtlərin (QQ cərəyanlarının termiki və elektrodinamiki dayanıqlığı, gərginlik itkiləri və normadan kənara çıxmalar, mexaniki möhkəmlik, ifrat yüklənmədən mühafizə) tələb etdiyi en kəsiyindən kiçik olarsa, onda bu şərtlərlə tələb olunan ən böyük en kəsiyi qəbul olunmalıdır.
1.4.2. Naqillərin en kəsiklərinin qızmaya görə seçilməsi
1.4.2.1. İstənilən təyinatlı naqillər nəinki normal, həm də qəzadan sonrakı rejimlər, həmçinin təmir dövrü və xətlər, şin bölmələri və s. arasında cərəyanın qeyri-bərabər paylanması mümkün olan rejimləri nəzərə alınmaqla, buraxılabilən qızmanın son həddinə olan tələbləri ödəməlidirlər. Qızmaya yoxlamada yarımsaatlıq maksimal cərəyan, şəbəkənin müvafiq elementinin orta yarımsaatlıq cərəyanlarından ən böyüyü qəbul edilir.
1.4.2.2. Elektrik qəbuledicilərinin təkrar-qısamüddətli və qısa müddətli iş rejimlərində (dövrünün ümumi davamiyyəti 10 dəqiqəyədək olan və iş dövrünün davamiyyəti 4 dəqiqədən çox olmayan) naqillərin en kəsiyinin qızmaya görə yoxlanılması üçün hesabat cərəyanı qismində, uzunmüddətli rejimə gətirilmiş cərəyan qəbul edilməlidir. Bu zaman:
a) 6 mm2-dək en kəsikli mis, 10mm2-dək en kəsikli alüminium naqillər üçün, uzunmüddətli iş rejimli qurğular üçün olan cərəyan qəbul edilir;
b) 6 mm2-dən böyük en kəsikli mis, 10mm2-dən böyük en kəsikli alüminium naqillər üçün cərəyan, buraxılabilən uzunmüddətli cərəyanın
1.4.2.3. Qoşulma davamiyyəti 4 dəqiqədən çox olmayan və qoşulmalar arası fasilələri naqillərin ətraf mühitin temperaturuna kimi soyuması üçün yetərli olan qısamüddətli iş rejimləri üçün ən böyük buraxılabilən cərəyanları təkrar-qısamüddətli rejim normaları üzrə müəyyən edilməlidir (bax 1.4.2.2-ci yarımbənd). Qoşulma müddəti 4 dəqiqədən çox olduqda, həmçinin qoşulmalararası fasilələr yetərli davamiyyətli olmadıqda ən böyük buraxılabilən cərəyanları uzunmüddətli iş rejimli qurğular üçün olduğu kimi müəyyən etmək lazımdır.
1.4.2.4. Nominal yükdən az yüklənən, hopdurulmuş kağız izolyasiyalı 10 kV-dək gərginlikli kabellər üçün, qısamüddətli ifrat yüklənmələr, Cədvəl 1-də göstərilib.
Cədvəl 1
10 kV-dək gərginlikli hopdurulmuş kağız izolyasiyalı kabellər üçün buraxılabilən qısamüddətli ifrat yüklənmə
İlkin yüklənmənin əmsalı
|
Xətt çəkilişinin növü
|
Nominala nisbətən yol verilən ifrat yüklənmə, müddəti, saat
|
||
0,5
|
1,0
|
3,0
|
||
0,6
|
Torpaqda
Havada
Boruların içində (torpaqda)
|
1,35
1,25
1,20
|
1,30
1,15
1,0
|
1,15
1,10
1,0
|
0,8
|
Torpaqda
Havada
Boruların içində (torpaqda)
|
1,20
1,15
1,10
|
1,15
1,10
1,05
|
1,10
1,05
1,00
|
1.4.2.5. Qəzadan sonrakı rejimin aradan qaldırılması dövründə 5 gün ərzində, əgər bu günlərin qalan vaxtlarında yükləmə nominalı keçmirsə, gündə 6 saatdan çox olmayan davamiyyətlə yükləmənin maksimumları zamanı polietilen izolyasiyalı kabellər üçün nominalın 10%-nə, polivinilxlorid izolyasiyalı kabellər üçün isə nominalın 15%-dək ifrat yüklənmə buraxılabiləndir.
Qəzadan sonrakı rejimin aradan qaldırılması dövründə kağız izolyasiyalı 10 kV-dək gərginlikli kabellər üçün, Cədvəl 2-də göstərilən hədlərdə 5 gün ərzində ifrat yüklənmə yol veriləndir.
15 ildən çox istismarda olan kabel xətləri üçün ifrat yüklənmələr 10% azaldılmalıdır.
Gərginliyi 20 – 35 kV olan kabel xətlərində ifrat yüklənmə yolverilməzdir.
1.4.2.6. Normal yüklənmələrə və qəzadan sonrakı ifrat yüklənmələrə olan tələblər kabellərə və onlarda quraşdırılmış birləşdirici və sonluq muftalarına və sonluq kipləndirilmələrinə aiddir.
Cədvəl 2
10 kV-dək gərginlikli kağız izolyasiyalı kabellər üçün qəzadan sonrakı rejimin aradan qaldırılması dövründə buraxılabilən ifrat yüklənmə
İlkin yüklənmənin əmsalı
|
Xətt çəkilişinin növü
|
Maksimum uzun müddətli olduqda, nominala nisbətən yolverilən ifrat yüklənmə müddəti, saat
|
||
1
|
3
|
6
|
||
0,6
|
Torpaqda
Havada
Boruların içində (torpaqda)
|
1,5
1,35
1,30
|
1,35
1,25
1,20
|
1,25
1,25
1,15
|
0,8
|
Torpaqda
Havada
Boruların içində (torpaqda)
|
1,35
1,30
1,20
|
1,25
1,25
1,15
|
1,20
1,25
1,10
|
1.4.2.7. Dördnaqilli üçfazalı cərəyan sistemində sıfır işçi naqilləri faza naqillərinin keçiriciliyinin 50%-indən az olmayan keçiriciliyə malik olmalıdırlar, zəruri hallarda isə onların keçiriciliyi faza naqillərinin keçiriciliyinin 100%-nə kimi artırılmalıdır.
1.4.2.8. Temperaturu yuxarıda verilənlərdən əsaslı dərəcədə fərqlənən mühitdə yerləşdirilmiş kabellərin, izolə olunmamış və izolə olunmuş naqillərin və şinlərin, həmçinin sərt və elastik cərəyandaşıyıcılarının uzunmüddətli buraxılabilən cərəyanlarının müəyyən edilməsi üçün Cədvəl 3-də verilən əmsallar tətbiq edilməlidir.
Cədvəl 3
Torpağın və havanın temperaturundan asılı olaraq kabellər, izolə olunmamış və izolə olunmuş naqil və şinlər üçün cərəyanların təshihedici əmsalları
Mühitin
şərti tempera-turu,
oC
|
Damarın normalaş-
dırılmış tempe-raturu,
oC
|
Mühitin hesabı temperaturunda cərayanların təshihedici əmsalları, oC
|
|||||||||||
-5 və aşağı
|
0
|
+55
|
+10
|
+15
|
+20
|
+25
|
+30
|
+35
|
+40
|
+45
|
+50
|
||
15
|
80
|
1,14
|
1,11
|
1,08
|
1,04
|
1,00
|
0,96
|
0,92
|
0,88
|
0,83
|
0,78
|
0,73
|
0,68
|
25
|
80
|
1,24
|
1,20
|
1,17
|
1,13
|
1,09
|
1,04
|
1,00
|
0,95
|
0,90
|
0,85
|
0,80
|
0,74
|
25
|
70
|
1,29
|
1,24
|
1,20
|
1,15
|
1,11
|
1,05
|
1,00
|
0,94
|
0,88
|
0,81
|
0,74
|
0,67
|
15
|
65
|
1,18
|
1,14
|
1,10
|
1,05
|
1,00
|
0,95
|
0,89
|
0,84
|
0,77
|
0,71
|
0,63
|
0,55
|
25
|
65
|
1,32
|
1,27
|
1,22
|
1,17
|
1,12
|
1,06
|
1,00
|
0,94
|
0,87
|
0,79
|
0,71
|
0,61
|
15
|
60
|
1,20
|
1,15
|
1,12
|
1,06
|
1,00
|
0,94
|
0,88
|
0,82
|
0,75
|
0,67
|
0,57
|
0,47
|
25
|
60
|
1,36
|
1,31
|
1,25
|
1,20
|
1,13
|
1,07
|
1,00
|
0,93
|
0,85
|
0,76
|
0,66
|
0,54
|
15
|
55
|
1,22
|
1,17
|
1,12
|
1,07
|
1,00
|
0,93
|
0,86
|
0,79
|
0,71
|
0,61
|
0,50
|
0,36
|
25
|
55
|
1,41
|
1,35
|
1,29
|
1,23
|
1,15
|
1,08
|
1,00
|
0,91
|
0,82
|
0,71
|
0,58
|
0,41
|
15
|
50
|
1,25
|
1,20
|
1,14
|
1,07
|
1,00
|
0,93
|
0,84
|
0,76
|
0,66
|
0,54
|
0,37
|
-
|
25
|
50
|
1,48
|
1,41
|
1,34
|
1,26
|
1,18
|
1,09
|
1,00
|
0,89
|
0,78
|
0,63
|
0,45
|
-
|
1.4.3. Rezin və ya plastik izolyasiyalı naqillər, elastik naqillər və kabellər üçün uzunmüddətli buraxılabilən cərəyanlar
1.4.3.1. Rezin və ya polivinilxlorid izolyasiyalı naqillər, rezin izolyasiyalı elastik naqillər və rezin və ya plastik izolyasiyalı qurğuşun, polivinilxlorid və rezin üzlüklü kabellər üçün uzunmüddətli buraxılabilən cərəyanlar Cədvəl 4-10-da verilmişdir. Onlar damarların +65oC, ətraf mühitin +25oC və torpağın +15oC temperaturları üçün qəbul olunublar.
Bir boruda yerləşdirilən naqillərin (və ya çoxdamarlı naqilin damarlarının) sayını müəyyən edərkən, üçfazalı cərəyanın dördnaqilli sisteminin sıfır işçi naqili, həmçinin yerbirləşdirici və sıfır mühafizə naqilləri hesaba alınmırlar.
Boruların sayından və onların yerləşmə yerlərindən (havada, arakəsmələrdə, bünövrələrdə) asılı olmayaraq Cədvəl 4-5-də təsbit edilmiş rəqəmlər tətbiq edilməlidir.
Cədvəl 4
Rezin və polivinilxlorid izolyasiyalı, mis damarlı və elastik naqillər üçün uzunmüddətli buraxılabilən cərəyan
Cərəyan keçirici damarın en kəsiyi,mm2
|
Naqillər üçün cərəyan, A, yerləşmə yeri:
|
|||||
açıq
|
Bir boruda
|
|||||
iki
birdamarlı
|
üç
birdamarlı
|
dörd birdamarlı
|
bir
ikidamarlı
|
bir
üçdamarlı
|
||
0,5
|
11
|
-
|
-
|
-
|
-
|
-
|
0,75
|
15
|
-
|
-
|
|
-
|
-
|
1
|
17
|
16
|
15
|
14
|
15
|
14
|
1,2
|
20
|
18
|
16
|
15
|
16
|
14,5
|
1,5
|
23
|
19
|
17
|
16
|
18
|
15
|
2
|
26
|
24
|
22
|
20
|
23
|
19
|
2,5
|
30
|
27
|
25
|
25
|
25
|
21
|
3
|
34
|
32
|
28
|
26
|
28
|
24
|
4
|
41
|
38
|
35
|
30
|
32
|
27
|
5
|
46
|
42
|
39
|
34
|
37
|
31
|
6
|
50
|
46
|
42
|
40
|
40
|
34
|
8
|
62
|
54
|
51
|
46
|
48
|
43
|
10
|
80
|
70
|
60
|
50
|
55
|
50
|
16
|
100
|
85
|
80
|
75
|
80
|
70
|
25
|
140
|
115
|
100
|
90
|
100
|
85
|
35
|
170
|
135
|
125
|
115
|
125
|
100
|
50
|
215
|
185
|
170
|
150
|
160
|
135
|
70
|
270
|
225
|
210
|
185
|
195
|
175
|
95
|
330
|
275
|
255
|
225
|
245
|
215
|
120
|
385
|
315
|
290
|
260
|
295
|
250
|
150
|
440
|
360
|
330
|
-
|
-
|
-
|
185
|
510
|
-
|
-
|
-
|
-
|
-
|
240
|
605
|
-
|
-
|
-
|
-
|
-
|
300
|
695
|
-
|
-
|
-
|
-
|
-
|
400
|
830
|
-
|
-
|
-
|
-
|
-
|
Qutularda, həmçinin qanovlarda dəst halında yerləşdirilmiş naqillərin və kabellərin uzunmüddətli buraxılabilən aşağıdakı cərəyanları qəbul edilməlidir: naqillər üçün – Cədvəl 4 və 5 üzrə borularda yerləşdirilən naqillər üçün olduğu kimi; kabellər üçün – Cədvəl 6-8 üzrə havada yerləşdirilən kabellərdə olduğu kimi.
Borularda, qutularda, həmçinin dəst halında qanovlarda yerləşdirilmiş eyni zamanda yüklənmiş naqillərin dörddən artıq sayında, naqillər üçün cərəyanlar Cədvəl 4 və 5 üzrə açıqda (havada) yerləşdirilən naqillərdə olduğu kimi, 5 və 6 naqil üçün 0,68; 7-9 naqil üçün 0,63 və 10-12 naqil üçün 0,6 azaldıcı əmsallar daxil edilməklə qəbul edilməlidir.
İkinci dövrə naqilləri üçün azaldıcı əmsallar daxil edilmir.
Cədvəl 5
Rezin və polivinilxlorid izolyasiyalı, alüminium damarlı naqillər üçün uzunmüddətli buraxılabilən cərəyan
Cərəyan keçirici damarın en kəsiyi, mm2
|
Naqillər üçün cərəyan, A, yerləşmə yeri:
|
|||||
açıq
|
Bir boruda
|
|||||
iki
birdamarlı
|
üç
birdamarlı
|
dörd
birdamarlı
|
bir
ikidamarlı
|
bir
üçdamarlı
|
||
2
|
21
|
19
|
18
|
15
|
17
|
14
|
2,5
|
24
|
20
|
19
|
19
|
19
|
16
|
3
|
27
|
24
|
22
|
21
|
22
|
18
|
4
|
32
|
28
|
28
|
23
|
25
|
21
|
5
|
36
|
32
|
30
|
27
|
28
|
24
|
6
|
39
|
36
|
32
|
30
|
31
|
26
|
8
|
46
|
43
|
40
|
37
|
38
|
32
|
10
|
60
|
50
|
47
|
39
|
42
|
38
|
16
|
75
|
60
|
60
|
55
|
60
|
55
|
25
|
105
|
85
|
80
|
70
|
75
|
65
|
35
|
130
|
100
|
95
|
85
|
95
|
75
|
50
|
165
|
140
|
130
|
120
|
125
|
105
|
70
|
210
|
175
|
165
|
140
|
150
|
135
|
95
|
255
|
215
|
200
|
175
|
190
|
165
|
120
|
295
|
245
|
220
|
200
|
230
|
190
|
150
|
340
|
275
|
255
|
-
|
-
|
-
|
185
|
390
|
-
|
-
|
-
|
-
|
-
|
240
|
465
|
-
|
-
|
-
|
-
|
-
|
300
|
535
|
-
|
-
|
-
|
-
|
-
|
400
|
645
|
-
|
-
|
-
|
-
|
-
|
Cədvəl 6
Rezin izolyasiyalı damarlı metal mühafizəli örtüklərdə olan naqillər və rezin izolyasiyalı mis damarlı qurğuşun, polivinilxloridvə ya rezin örtüklü zirehli və zirehsiz kabellər üçün uzunmüddətli buraxılabilən cərəyan
Cərəyankeçirici damarın en kəsiyi, mm2
|
Cərəyan* , A, naqillər və kabellər üçün
|
||||
birdamarlı
|
ikidamarlı
|
üçdamarlı
|
|||
Çəkilərkən
|
|||||
havada
|
havada
|
yerdə
|
havada
|
yerdə
|
|
1,5
|
23
|
19
|
33
|
19
|
27
|
2,5
|
30
|
27
|
44
|
25
|
38
|
4
|
41
|
38
|
55
|
35
|
49
|
6
|
50
|
50
|
70
|
42
|
60
|
10
|
80
|
70
|
105
|
55
|
90
|
16
|
100
|
90
|
135
|
75
|
115
|
25
|
140
|
115
|
175
|
95
|
150
|
35
|
170
|
140
|
210
|
120
|
180
|
50
|
215
|
175
|
265
|
145
|
225
|
70
|
270
|
215
|
320
|
180
|
275
|
95
|
325
|
260
|
385
|
220
|
330
|
120
|
385
|
300
|
445
|
260
|
385
|
150
|
440
|
350
|
505
|
305
|
435
|
185
|
510
|
405
|
570
|
350
|
500
|
240
|
605
|
-
|
-
|
-
|
-
|
_____________________
* Cərəyanlar həm sıfır damarlı, həm də sıfır damarı olmayan naqillərə və kabellərə aid edilir.
Cədvəl 7
Rezin və ya plastik izolyasiyalı, alüminium damarlı, qurğuşun, polivinilxlorid və rezin örtüklü, zirehli və zirehsiz, kabellər üçün uzunmüddətli buraxılabilən cərəyan
Cərəyankeçirici damarın en kəsiyi, mm2
|
Cərəyan, А, kabellər üçün
|
||||
birdamarlı
|
ikidamarlı
|
üçdamarlı
|
|||
çəkilərkən
|
|||||
havada
|
havada
|
yerdə
|
havada
|
yerdə
|
|
2,5
|
23
|
21
|
34
|
19
|
29
|
4
|
31
|
29
|
42
|
27
|
38
|
6
|
38
|
38
|
55
|
32
|
46
|
10
|
60
|
55
|
80
|
42
|
70
|
16
|
75
|
70
|
105
|
60
|
90
|
25
|
105
|
90
|
135
|
75
|
115
|
35
|
130
|
105
|
160
|
90
|
140
|
50
|
165
|
135
|
205
|
110
|
175
|
70
|
210
|
165
|
245
|
140
|
210
|
95
|
250
|
200
|
295
|
170
|
255
|
120
|
295
|
230
|
340
|
200
|
295
|
150
|
340
|
270
|
390
|
235
|
335
|
185
|
390
|
310
|
440
|
270
|
385
|
240
|
465
|
-
|
-
|
-
|
-
|
Qeyd: Gərginliyi 1 kV-dək olan plastik izolyasiyalı dörddamarlı kabellər üçün uzunmüddətli buraxılabilən cərəyanlarüçdamarlı kabellər kimi Cədvəl 7-dən seçilə bilər, lakin 0,92 əmsalı ilə.
Cədvəl 8
Səyyar şlanqşəkilli orta və yüngül elastik naqillər, səyyar şlanqşəkilli ağır kabellər, şlanqşəkilli elastik şaxta və projektor kabelləri və səyyar mis damarlı naqillər üçün uzunmüddətli buraxılabilən cərəyan
Cərəyankeçirici damarın en kəsiyi, mm2
|
Cərəyan*, А, elastik naqillər, naqillər və kabellər üçün
|
||
birdamarlı
|
ikidamarlı
|
üçdamarlı
|
|
0,5
|
-
|
12
|
-
|
0,75
|
-
|
16
|
14
|
1,0
|
-
|
18
|
16
|
1,5
|
-
|
23
|
20
|
2,5
|
40
|
33
|
28
|
4
|
50
|
43
|
36
|
6
|
65
|
55
|
45
|
10
|
90
|
75
|
60
|
16
|
120
|
95
|
80
|
25
|
160
|
125
|
105
|
35
|
190
|
150
|
130
|
50
|
235
|
185
|
160
|
70
|
290
|
235
|
200
|
____________________
* Cərəyanlar, həm sıfır damarlı, həm də sıfır damarı olmayan naqillərə və kabellərə aid edilir.
Cədvəl 9
Səyyar elektrik qəbulediciləri üçün rezin izolyasiyalı mis damarlı şlanq kabelləri üçün buraxılabilən uzunmüddətli cərəyan
Cərəyankeçirici damarın en kəsiyi, mm2
|
Cərəyan*, A, kabellər üçün gərginlik, kV
|
Cərəyankeçirici damarın en kəsiyi,mm2
|
Cərəyan*, A, kabellər üçün gərginlik, kV
|
||||
3
|
6
|
3
|
6
|
||||
16
|
85
|
90
|
70
|
215
|
220
|
||
25
|
115
|
120
|
95
|
260
|
265
|
||
35
|
140
|
145
|
120
|
305
|
310
|
||
50
|
175
|
180
|
150
|
345
|
350
|
||
____________________
* Cərəyanlar, həm sıfır damarlı, həm də sıfır damarı olmayan naqillərə və kabellərə aid edilir.
Cədvəl 10
1,3 və 4 kV gərginlikli elektrikləşdirilmiş nəqliyyat üçün mis damarlı, rezin izolyasiyalı naqillər üçün buraxılabilən uzunmüddətli cərəyan
Cərəyankeçirici damarın en kəsiyi, mm2
|
Cərəyan, А
|
Cərəyankeçirici damarın en kəsiyi,mm2
|
Cərəyan, А
|
Cərəyankeçirici damarın en kəsiyi,mm2
|
Cərəyan, А
|
1
|
20
|
16
|
115
|
120
|
390
|
1,5
|
25
|
25
|
150
|
150
|
445
|
2,5
|
40
|
35
|
185
|
185
|
505
|
4
|
50
|
50
|
230
|
240
|
590
|
6
|
65
|
70
|
285
|
300
|
670
|
10
|
90
|
95
|
340
|
350
|
745
|
1.4.3.2. Birsıralı yerləşmədə (dəst ilə yox), qanovlarda yerləşdirilmiş naqillər üçün uzunmüddətli buraxılabilən cərəyanları havada yerləşdirilən naqillər üçün olduğu kimi nəzərə almaq lazımdır.
Qutularda yerləşdirilən naqillər və kabellər üçün uzunmüddətli buraxılabilən cərəyanları Cədvəl 4-7 üzrə, Cədvəl 11-də göstərilən azaldıcı əmsallar tətbiq etməklə, açıqda (havada) yerləşdirilən tək naqillər və kabellər üçün olduğu kimi qəbul edilməlidir.
Azaldıcı əmsallar seçilərkən nəzarət və ehtiyat naqillər və kabellər nəzərə alınmırlar.
Cədvəl 11
Qutularda yerləşdirilmiş naqil və kabellər üçün azaldıcı əmsal
Yerləşdirilmə üsulu
|
Yerləşdirilmiş naqil və kabellərin sayı
|
Qidalandırıcı naqillər üçün
azaldıcı əmsal
|
||
təkdamarlı
|
çoxdamarlı
|
istifadə əmsalı
0,7-dəkolanayrı-ayrıelektrikqəbulediciləri
|
istifadə əmsalı 0,7-dən yuxarı olanqrup elektrikqəbuledicilərivə ayrı-ayrı qəbuledicilər
|
|
Çoxqatlı və dəstə ilə
|
-
|
4-dək
|
1,0
|
-
|
2
|
5 – 6
|
0,85
|
-
|
|
3 - 9
|
7 – 9
|
0,75
|
-
|
|
10 - 11
|
10 – 11
|
0,7
|
-
|
|
12 - 14
|
12 – 14
|
0,65
|
-
|
|
15 - 18
|
15 – 18
|
0,6
|
-
|
|
Birqatlı
|
2 - 4
|
2 – 4
|
-
|
0,67
|
5
|
5
|
-
|
0,6
|
1.4.4. Hopdurulmuş kağız izolyasiyalı kabellər üçün uzunmüddətli buraxılabilən cərəyanlar
1.4.4.1. Gərginliyi 35 kV-dək olan hopdurulmuş kağız izolyasiyalı qurğuşun, alüminium və ya polivinilxlorid üzlüklü kabellər üçün uzunmüddətli buraxılabilən cərəyanlar kabel damarlarının buraxılabilən temperaturlarına müvafiq olaraq qəbul edilirlər:
Nominal gərginlik, kV 3-dək 6 10 20 və 35
Kabel damarının buraxılabilən temperaturu, oC +80 +65 +60 +50
|
1.4.4.2. Torpaqda yerləşdirilən kabellər üçün uzunmüddətli buraxılabilən cərəyanlar Cədvəl 12, 15, 18–21-də verilmişdir. Cərəyanlar, torpağın +15oC temperaturunda və torpağın xüsusi müqaviməti 120 sm·K/Vt olduqda, 0,7÷1,0 metr dərinlikdə xəndəkdə birdən çox kabel olmamaq şərtilə hesablanmışdır.
Cədvəl 12
Mis damarlı yağkanifol və axmayan (qatı) kütlə ilə hopdurulmuş kağız izolyasiyalı, qurğuşun örtüklü, torpaqda çəkilən kabellər üçün uzunmüddətli buraxılabilən cərəyan
Cərəyankeçirici damarın en kəsiyi, mm2
|
Cərəyan, A, kabellər üçün
|
|||||
1 kV-dək
birdamarlı
|
1 kV-dək
ikidamarlı
|
üçdamarlı, gərginliyi, kV
|
1 kV-dək dörddamarlı
|
|||
3-dək
|
6
|
10
|
||||
6
|
-
|
80
|
70
|
-
|
-
|
-
|
10
|
140
|
105
|
95
|
80
|
-
|
85
|
16
|
175
|
140
|
120
|
105
|
95
|
115
|
25
|
235
|
185
|
160
|
135
|
120
|
150
|
35
|
285
|
225
|
190
|
160
|
150
|
175
|
50
|
360
|
270
|
235
|
200
|
180
|
215
|
70
|
440
|
325
|
285
|
245
|
215
|
265
|
95
|
520
|
380
|
340
|
295
|
265
|