AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
24.02.2020
QEYDİYYAT NÖMRƏSİ
66
ADI
“Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 27-02-2020, Nəşr Nömrəsi: 44), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 29-02-2020, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 213)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.09.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202002240066
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
28.02.2020
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

3. Bu Qərar 2020-ci il sentyabrın 15-dən qüvvəyə minir.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 24 fevral 2020-ci il

    № 66

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti

 

1. Ümumi müddəa

 

1.1. “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti” (bundan sonra – Sənəd) “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13.10-cu maddəsinə əsasən hazırlanmışdır və ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında, habelə ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrində tədris ilinin müddətini müəyyən edir.

 

2. Tədris ilinin müddəti

 

2.1. Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlayır və növbəti il mayın 31-də başa çatır.

2.2. Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədris ili iki yarımilə bölünür:

2.2.1. birinci yarımil: 1 oktyabr – 26 yanvar;

2.2.2. ikinci yarımil: 1 fevral – 31 may.

2.3. Ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyə­ləri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır və növbəti il iyunun 14-də başa çatır.

2.4. Ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyə­ləri üzrə tədris ili iki yarımilə bölünür:

2.4.1. birinci yarımil: 15 sentyabr – 26 yanvar;

2.4.2. ikinci yarımil: 1 fevral – 14 iyun.

2.5. Tədris ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

2.5.1. payız tətili: 16-20 noyabr (5 gün);

2.5.2. qış tətili: 27-31 yanvar (5 gün);

2.5.3. məktəbəhazırlıq qrupları və ibtidai siniflər üçün əlavə tətil: 1-5 may (5 gün).

2.6. Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının (kurikulumlar) tədrisi üçün ümumi təhsil müəssisəsi tərəfindən bu Sənədlə müəyyən olunmuş tədris ili müddətindən fərqli müddətlər müəyyən edilə bilər.

2.7. Fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, bu və ya digər səbəbdən ayrı-ayrı ümumi təhsil müəssisələrində isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri əsasında həyata keçirilir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status