Azərbaycan Respublikası Prezidentinin “ADA” Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2014-cü il 8 iyul tarixli 211 nömrəli, “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2014-cü il 26 dekabr tarixli 432 nömrəli, “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2015-ci il 21 dekabr tarixli 710 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 793; 2017, № 5, maddələr 788, 802, № 7, maddə 1364; 2019, № 2, maddə 221, № 3, maddə 402, № 7, maddə 1230) ilə təsdiq edilmiş “ADA” Universitetinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.5-ci bəndin ikinci abzasının birinci cümləsində “elmi dərəcələrə və elmi adlara təqdimetmə” sözləri “elmi adlar verilməsinə dair vəsatətlər qaldırılması” sözləri ilə əvəz edilsin;
1.2. 5.6-cı bənddə “2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə”yə” sözləri “2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə” sözləri ilə əvəz edilsin;
1.3. 6.6-cı bəndin ikinci cümləsində “2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə”yə” sözləri “2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”yə” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1585; 2016, № 7, maddə 1250, № 11, maddə 1803; 2017, № 5, maddələr 789, 802, № 7, maddə 1366; 2018, № 4, maddə 697; 2019, № 3, maddə 402, № 5, maddə 856, № 7, maddə 1230) ilə təsdiq edilmiş “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
2.1. 4.10.8-ci yarımbənddə “elmi-pedaqoji işçilərinə” sözləri “işçilərinə elmi və elmi-pedaqoji fəaliyyətə görə” sözləri ilə əvəz edilsin;
2.2. 4.10.9-cu yarımbənddə “təsdiq” sözü “müəyyən” sözü ilə əvəz edilsin;
2.3. 6.14-cü bənddə “2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə”yə” sözləri “2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”yə” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 710 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1464; 2016, № 11, maddə 1803; 2017, № 5, maddələr 791, 802, № 7, maddə 1369; 2018, № 4, maddə 699; 2019, № 3, maddə 402, № 5, maddə 856) ilə təsdiq edilmiş “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
3.1. 3.14.8-ci yarımbənddə “elmi-pedaqoji işçilərinə” sözləri “işçilərinə elmi və elmi-pedaqoji fəaliyyətə görə” sözləri ilə əvəz edilsin;
3.2. 3.14.9-cu yarımbənddə “təsdiq” sözü “müəyyən” sözü ilə əvəz edilsin;
3.3. 5.11-ci bəndin ikinci cümləsində “2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə”yə” sözləri “2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”yə” sözləri ilə əvəz edilsin.
[1]
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 fevral 2020-ci il
№ 945
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
26 iyul 2022-ci il tarixli 1767 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 27 iyul 2022-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 7 maddə 755)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
26 iyul 2022-ci il tarixli 1767 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 27 iyul 2022-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 7 maddə 755) ilə 3-cü maddə ləğv edilmişdir.