120.000.000
Maşınqayırma sənayesi müəssisələrinin özəlləşdirilməsi haqqında
Azərbaycan Respublİkası Prezİdentİnİn Sərəncamı
İqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi və investisiyaların cəlb olunması yolu ilə iqtisadiyyatın daha sürətlə inkişafını və onun səmərəliliyinin artırılmasını təmin etmək məqsədi ilə və «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II dövlət proqramı»na uyğun olaraq qərara alıram:
1. Aşağıdakı maşınqayırma sənayesi müəssisələri və onların iştirakı ilə yaradılmış müştərək müəssisələr özəlləşdirməyə açıq elan edilsinlər:
1. «Azərelektromaş» Elm İstehsalat Birliyi
2. «Azərelektroterm» Elm İstehsalat Birliyi
3. «Bakı kondisioneri» Elm İstehsalat Birliyi
4. «Azərelektroişıq» İstehsalat Birliyi
5. «Azərdəzgahsənaye» İstehsalat Birliyi
6. «Azyolmaş» İstehsalat Birliyi
7. «Çinar» İstehsalat Birliyi
8. «Mingəçevir kompleksheymaş» İstehsalat Birliyi
9. «Orbita-servis» İstehsalat Birliyi
10. Mərkəzielektriktökmə zavodu
11. 7-ci dövlət yastıq zavodu
12. Bakı avtomobillər zavodu
13. «Zəyəmkəndmaş» zavodu
14. «Moskviç» Texniki Xidmət Birliyi
15. «Xəzər-Lada» qapalı tipli səhmdar müştərək müəssisəsi
16. Bakı «Kamazavtomərkəz» Məhdud Məsuliyyətli Cəmiyyəti
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu sərəncamın 1-ci bəndində göstərilən «Azərelektromaş», «Azərelektroterm», «Bakı kondisioneri» elm istehsalat birliklərinin, «Azərelektroişıq», «Azyolmaş», «Çinar» istehsalat birliklərinin baş müəssisələrinin, Mərkəzielektriktökmə və 7-ci dövlət yastıq zavodlarının səhmdar cəmiyyətlərinə çevrilməsini və investisiya müsabiqəsi vasitəsilə satışını, qalanlarının isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada özəlləşdirilməsini təmin etsin.
[1]
3. Bu sərəncamın 1-ci bəndində göstərilən birliklərin və müəssisələrin, habelə onların tabeliyində olan müəssisə və təşkilatların rəhbərlərinə tapşırılsın ki, həmin müəssisə və təşkilatlar səhmdar cəmiyyətlərinə çevrilənədək və ya özəlləşdirilənədək onların idarə olunmasına və əmlakının qorunub saxlanılmasına şəxsən məsuliyyət daşıyırlar.
4. Müəyyən edilsin ki, bu sərəncamda göstərilən müəssisə və təşkilatların özəlləşdirilməsində yerli investorlarla yanaşı, xarici investorların da iştirakına icazə verilir.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
6. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 22 mart 2001-ci il
№ 647
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640)
- 6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590)
- 2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610)
- 4 avqust 2022-ci il tarixli 3410 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 911)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə 2-ci bənddə "Dövlət Əmlakı Nazirliyi" sözləri "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə 2-ci bəndində “İqtisadi İnkişaf Nazirliyi” sözləri “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.
2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610) ilə 2-ci bəndində "Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.
4 avqust 2022-ci il tarixli 3410 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 911) ilə 2-ci hissəsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.