120.000.000
Kimya sənayesi müəssisələrinin və təşkilatlarının özəlləşdirilməsi haqqında
Azərbaycan Respublİkası Prezİdentİnİn Sərəncamı
İqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi və investisiyaların cəlb olunması yolu ilə iqtisadiyyatın daha sürətlə inkişafını və onun səmərəliliyinin artırılmasını təmin etmək məqsədi ilə və «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II dövlət proqramı»na uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikası «Azərikimya» Dövlət Şirkətinin aşağıdakı müəssisə və təşkilatları özəlləşdirməyə açıq elan edilsinlər:
1. Sumqayıt «Məişətkimyası» zavodu
2. Sumqayıt superfosfat zavodu
3. Bakı şin zavodu
4. Bakı yod zavodu
5. Bakı kimya əczaçılıq zavodu
6. Bakı rezin texniki məmulatları zavodu
7. Salyan plastik kütlə emalı zavodu
8. Neftçala yod-brom zavodu
9. Mingəçevir şüşə lifi zavodu
[1]
10. Mingəçevir rezin texniki məmulatları zavodu
11. Mingəçevir «Regenerator» zavodu
12. «Azərizolit» Elm İstehsalat Birliyi
13. «Azərikimya» istehsalat və xarici iqtisadi əlaqələr müəssisəsi
14. Qaradağ rezin qarışığı zavodu
15. «Azərikimya» İxtisasartırma İnstitutu
16. Azərbaycan Dövlət Elmi Tədqiqat «Olefinlər» İnstitutu
17. «Azərikimya» Dövlət Elmi Tədqiqat Kimya İnstitutu
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu sərəncamın 1-ci bəndində göstərilən Sumqayıt «Məişətkimyası», Superfosfat, Bakı şin, Bakı kimya əczaçılıq, Bakı rezin texniki məmulatları, Salyan plastik kütlə emalı, Neftçala yod-brom, Mingəçevir şüşə lifi, Mingəçevir rezin texniki məmulatları, Mingəçevir «Regenerator», Qaradağ rezin qarışığı zavodlarının və «Azərizolit» Elm İstehsalat Birliyinin səhmdar cəmiyyətlərinə çevrilməsini və investisiya müsabiqəsi yolu ilə satışını, «Azərikimya» İxtisasartırma İnstitutunun, Azərbaycan Dövlət Elmi Tədqiqat «Olefinlər» İnstitutunun və «Azərikimya» Dövlət Elmi Tədqiqat Kimya İnstitutunun «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II dövlət proqramı»nın 16.4-cü bəndinə uyğun olaraq, digər müəssisələrin isə qanunvericilikdə müəyyən olunmuş qaydada özəlləşdirilməsini təmin etsin.
[2]
3. «Azərikimya» Dövlət Şirkətinin və özəlləşdirməyə açıq elan edilən müəssisə və təşkilatların rəhbərlərinə tapşırılsın ki, həmin müəssisələr və təşkilatlar səhmdar cəmiyyətlərinə çevrilənədək onların idarə olunmasına və əmlakının qorunub saxlanmasına şəxsən məsuliyyət daşıyırlar.
4. Müəyyən edilsin ki, bu sərəncamla özəlləşdirməyə açılmış müəssisə və təşkilatların özəlləşdirilməsində yerli investorlarla yanaşı, xarici investorların da iştirakına icazə verilir.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
6. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 22 mart 2001-ci il
№ 648
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640)
2.
6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590)
3.
2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610)
4.
26 dekabr 2020-ci il tarixli 2365 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 27 dekabr 2020-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, III kitab, maddə 1542)
5.
4 avqust 2022-ci il tarixli 3410 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 911)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
26 dekabr 2020-ci il tarixli 2365 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 27 dekabr 2020-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, III kitab, maddə 1542) ilə 1-ci hissəsi 9-cu bəndi ləğv edilmişdir.
[2]
Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə 2-ci bənddə "Dövlət Əmlakı Nazirliyi" sözləri "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə 2-ci bəndində “İqtisadi İnkişaf Nazirliyinə” sözləri “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə” sözləri ilə əvəz edilmişdir.
2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610) ilə 2-ci bəndində "Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə" sözləri "Əmlak Məsələləri Dövlət Komitəsinə" sözləri ilə əvəz edilmişdir.
4 avqust 2022-ci il tarixli 3410 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 911) ilə 2-ci hissəsində “Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki,” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.